» Daha sevgiyə inanmıram mən
  » 30.04.2009
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Dövlət idarələri mix.az ha ...
  » Mix.az-ın şərəf lövhəsi. ...
  » Ən gözəl zaman tuneli layih ...
  » Mix.aZ - 7 yaşın mübarək
  » 3 il keçdi...
  » Facebook-un yaradıcısı Mark ...
  » Onların cavabları-2ci hissə
  » Ən zövqlü mix.azlı layihə ...
  » Bu dəfə körpə mix.az-çıl ...
  » Mix.azlıların niklərinin m ...
  » Necə unudaq?
  » Mənim musiqi zövqüm - Aprel
  » Bu gün Qələbə günüdür
  » "Mix.az"-lıların Məktəb ...
  » Natiq Ritm Qrupu - Eurovision ...
  » Mix.az-ın qızları ) | Music ...
  » Anama yaxşı bax...ATA!
  » Mix.az userlərinin xarakteris ...
  » Mix.Az-lılar sehrli olsaydı ...
  » Mix.Az-lıların nik və avata ...
  » Mix.Az-ın Şirinələri
  » Bəzən...
  » Mix.az-lıların uşaqlıq dü ...
  » “Mix.az-lıların Uşaqlıq ...
  » Eurovision 2012 - Baku 2nd Sem ...
  » "Space" Amaci məhkəməsin ...
  » Qadın olmaq!
  » Bu dəfə Müəllifin özünə ...
  » Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
  » Mixin 7 yaşı.....
  » Mənim sənsiz romantikam
  » Top 10 Müəllif
  » Sizə məsləhətim...
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Peyğəmbərdən nurlu kəlaml ...
  » Mix.az-ın ən maraqlı xəbə ...
  » Bu O`dur?!
  » Mix.az qızları mixin 7 yaş ...
  » Peyğəmbərdən (s) nurlu kə ...
  » Əmi ilə xala:)
  » "Uzaq"
  » Eurovision 2012 All songs mp3
  » Azəri qızı Günel Bakıda f ...
  » Uşaq vaxtı nələr etməmiş ...
  » Mənim sənsiz romantikam
  » Anam haqlı imiş...
  » "Mix.az"-lıların Ana sevgi ...
  » Uşaqlar-uşaq evində və ail ...
  » 22 may 2012 ... Eurovision 1-c ...
  » "Buyuq da..."
  » ATV-nin ev fırıldağı
  » Ad günün mübarək, Mix.Az!
  » Qarabağ - Laçın
  » Life in Paper
  » Mix.az-ın qızları ) | Music ...
  » Kişi olmaq olar, amma Ata olm ...
  » İlk sevgi...

Mi Comentario
Xəbər sayı -67
PsikoOOo
Xəbər sayı -62
iKooo
Xəbər sayı -61
mix dominant
Xəbər sayı -34
Sensiz_Qocaldim
Xəbər sayı -31
Mir_Celal
Xəbər sayı -23
ayshan
Xəbər sayı -21
M.Seyidzadeh
Xəbər sayı -13
krolochilapka
Xəbər sayı -11
BiTTeRMooN
Xəbər sayı -7



Kurtlar Vadisi Pusu
Bir Kadın Tanıdım
Behzat Ç.
İffet
Papatyam
Akasya durağı
Ay tutulması
Sihirli Annem
Arka Sokaklar
Bir Çocuk Sevdim
Fatmagül'ün Suçu Ne?
Kanıt
Kuzey Güney
Öyle Bir Geçer Zaman ki
Umutsuz Ev Kadınları
Muhteşem Yüzyıl
Adını Feriha Koydum
Yahşi cazibe
Çocuklar Duymasın
Hayat devam ediyor
Lale Devri
Yer Gök Aşk








 
 
Eldar və Nigar “2011-ci ilin adamı” mükafatına layiq görüldülər Məşhurlar 

Eldar və Nigar “2011-ci ilin adamı” mükafatına layiq görüldülər



Milli Qəhrəman Çingiz Mustafayev fondu və ANS Şirkətlər Qrupu 2011-ci ilin adamını müəyyənləşdirib. Beləliklə, bu ada ötən il bütün Avropanı arxada qoyaraq vətənimizin bayrağını qaldırmaqla əsl vətənpərvərlik nümunəsi göstərdiyinə, Azərbaycanı beynəlxalq miqyasda daha yaxşı tanıtdırdığına, ölkəmizin müsbət imicinin formalaşması baxımından əhəmiyyətli addım atdıqlarına, mədəniyyətimzin yüksək səviyyədə təbliğinə, nüfuzlu mahnı müsabiqəsinin Azərbaycana gətirilməsi ilə ölkəmizə marağın artmasına səbəb olduğuna və bununla da Azərbaycanın ümumi inkişafına samballı töhfə verdiyinə görə “Avroviziya-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal layiq görülüblər.

Mükafatın təqdimat vaxtı və yeri barədə təşkilat komitəsi əlavə məlumat verəcək.

Qalibləri təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq.

Qeyd edək ki, "İlin adamı" mükafatı - 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, dövlətimizin müsbət imicinin formalaşdırılması naminə samballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.

2001-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, 2002 və 2003-cü illərdə mərhum prezident Heydər Əliyev, 2004-cü ildə Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara, 2005-ci ildə YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, 2006-cı ildə Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, 2007-ci ildə Prezident İlham Əliyev, 2008-ci ildə Azərbaycanın görkəmli rəssamı Tahir Salahov, 2009-cu ildə isə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, 2010-cu ildə isə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov "İlin adamı" adına layiq görülüb.



 
 
#60 Şərhin müəllifi: Rebeka
 


Sitat: Eynur

İkisindən 1ini deyəsən adam saymırlar

xixi
melumatim vardi tessekkurler


--------------------

 
 
#59 Şərhin müəllifi: TARKANFAN
 


Sitat: Resad-9
hər ölkənin özünün 7-8 nəfərlik münsifləri var, onlar oturub qərarlaşdırırlar,

Bilirdim ki, hər ölkənin münsifi var, amma 7-8 nəfər olduğunu bilmirdim. Elə bilirdim hər ölkədən bir jüridir. Onda isə tem bolee mümkünsüzdür).
Nə isə, sən demiş, onsuz da heç vaxt illər sonra bu müzakirələr yada düşmür, yadda qalan sadəcə qalibiyyət olur. Odur ki, RELAX)).

 
 
#58 Şərhin müəllifi: PRiNS_OF_BaKu
 


Mənə həddindən çox maraqlı gəldi sizin Reylərniz oxuduqca məni gülmək tutur öznüz yazırsızki nə bilim sms sayəsind birinci yer olduq flankeslerin rolu böyük oldu ..Ancaq Eldar ve Nigarın kiminsə sayəsində birinci olduğnu yazmırsız deyirsiz elə doğrudanda ilin adamıdı ..Hansı Mətləbə qulluq edirsiz ? )) Nə yazıb nə çıxardırsız mən sizdən baş açmadım həm deyirsiz belədi flan şeyin sayəsində oldular birinci həmd qəbul eləmirsiz ki Kiminsə şotuna birinci oldular )))


--------------------

 
 
#57 Şərhin müəllifi: Resad-9
 


Sitat: Beqi
hər halda bunu müzakirə eləmək lazım deyil məncə..əsas nəticədir.

Əlbəttə... Onsuz da nə olsa belə 1-2 il sonra qaliblərin adı çəkiləndə Azərbaycan adı da keçəcək, heç nə yada düşməyəcək və ən əsası müsabiqəyə Azərbaycan da ev sahibliyi edəcək, öz mədəniyyətini, Qafqaz mədəniyyətini göstərə biləcək...

Sitat: TARKANFAN
Nəyə görə deyirəm jüri, çünki konkret şəxsi pulla almaq olar

Yox Samira, razı deyiləm, münsifləri pulla almaq mümkün deyil... Çünki konkret 5-10 nəfər münsif yoxdur, hər ölkənin özünün 7-8 nəfərlik münsifləri var, onlar oturub qərarlaşdırırlar, 1-dən 12-yə qədər xalları qoşurlar... Onları pulla almaq o deməkdir ki, artıq bu məsələ 43 ölkəyə çatıb, deməli söhbət yayılıb, bizi sevən-sevməyən olduğunu nəzərə alsaq da başa düşmək olar ki, məsələ pul məsələsi deyil... Heç vaxt pulla Azərbaycanı 2-ci etməzdilər...


--------------------

 
 
#56 Şərhin müəllifi: TARKANFAN
 


Sitat: Paradoxal_Despot
43 ölke qatılan rüşvet tekılf edılmesi hecde qeyrı real görsenmır

Mən başqa yarışları bilmirəm, ola bilər təklif ediblər, bizimkilərin qanında var rüşvət vermək və təklif etmək))).
Bilirsiniz, bu müsabiqədə rüşvət məsələsində o vaxt razı olardım ki, jürilər bizi birinci edərdilər. Amma jüri İtaliyanı birinci, bizi ikinci yerdə gördülər, özü də 70 xal fərqlə. Nəyə görə deyirəm jüri, çünki konkret şəxsi pulla almaq olar, amma o boyda telefon operatorlarına girişmək həm dövlətin nüfuzunu aşağı salar, həm də dediyiniz o boks yarışındakı vəziyyət alına bilər. Ona görə sms barədə düşünmürəm ki, saxtakarlıq var. Sms-lə də birinci olduq.
Sitat: Resad-9
O məsələ düzdür ki, Azərbaycan diasporası çox iş görüb...

Ay sağ ol. Əsas məsələ bundadır. Bu diasporanın rolu böyük olub.
Mən həmişə bu siyasəti fikirləşirdim ki, çox sayda xüsusi nümayəndələr göndərilsin o ölkələrə və ordan da çoxlu nömrə alaraq sms göndərsinlər). Kiçik dövlətlərdə də bu siyasət çox uğurlu alınır. Bilmirəm, bunun adı saxtakarlıqdırsa, mən razıyam buna)). Amma bir şeyə də əminəm ki, tək onun rolu olmadı, əsas mahnının uğurlu olması bizi çəkdi qabağa. Yəni ikisi birində).

 
 
#55 Şərhin müəllifi: Paradoxal_Despot
 


TARKANFAN,
bu ESC menım gözumde en menasiz ve manis yarışma olduğu üçün nese demek istemirem amma 43 ölkeye rüşvet verib özunu biyabır etmeycek ki? sözunzule razı deyilem çünki Azerbaycan 2 bokscuya göre Olimpiya Komintesine 10 milyon rüşvet teklif etmişdi konkret admalr ve söyhbeti üstü acılmışdı böyuk biyabrıclıq olmuşdu her halda 180dan çox ölkenin qatıldığı yarışmaya rüşvet tekılf edılıbse 43 ölke qatılan rüşvet tekılf edılmesi hecde qeyrı real görsenmır smile

 
 
#54 Şərhin müəllifi: nuwka
 


TEBRIKLER DOGURDAN DA LAYIQDILER.

 
 
#53 Şərhin müəllifi: Raul
 


Eldar və Nigar “2011-ci ilin adamı” mükafatına layiq görüldülər

İkisindən 1ini deyəsən adam saymırlar


--------------------

 
 
#52 Şərhin müəllifi: Beqi
 


Sitat: Resad-9
Türkiyənin və Ermənistanın da finala keçməməyini yaddan çıxarmayaq, az da olsa köməyi oldu...

ay sağol yerin alınmağını elə ordan başlayaq:))
hər halda bunu müzakirə eləmək lazım deyil məncə..əsas nəticədir..gedişat kimə maraqlıdır e..
İlin adamı seçiliblər lap yaxşı..ama mən o bayraq söhbətini heç vaxt unutmayacam bunu da bilsinlər..


--------------------

 
 
#51 Şərhin müəllifi: AMORE
 


Uğurlu olsun, nə deyək..


--------------------

 
 
#50 Şərhin müəllifi: Emow
 


haladi onlara.ele en cox onlar layiqdirler...

 
 
#49 Şərhin müəllifi: mix dominant
 


Sitat: _MATILDA_
Təbriklər və uğurlar!!!



--------------------

 
 
#48 Şərhin müəllifi: Resad-9
 


Sitat: TARKANFAN
Resad hardasan, komek ele))). Tekliyibler meni)).

Gəldim, gəldim... :)...
Samiranın sözünə qüvvət, əgər doğrudan da layiq olmasaydıq münsiflər bizi ikinci seçməzdi... Əlbəttə, hər il bu məsələlər müzakirə olunur, haqsızlıqlar da olur, çünki əgər işə ölkələr girirsə siyasətsiz ola bilməz, xüsusilə də şərqi Avropa ölkələri üçün...
Amma dediyim kimi, onsuz da keçən il konkret bir iddialı yox idi, gah bizim adımız çəkilirdi, gah İsveçin, gah da İrlandiyanın, ya da başqaları... Nəticələr də bunu göstərir, 221 bal çox azdır 43 ölkə arasında, bu o deməkdir ki, hamıya səs verilib kifayət qədər...
O məsələ düzdür ki, Azərbaycan diasporası çox iş görüb... Bununla belə bizi sevən ölkələr var idi, elə biri də Malta... Maltada maksimum neçə minsə adam yaşayır, elə onların 10-15-i mənim Facebookda dostumdur, bizi çox dəstəkləyirdilər, biz qalib olanda elə bil özləri olmuşdular qalib...
Türkiyənin və Ermənistanın da finala keçməməyini yaddan çıxarmayaq, az da olsa köməyi oldu...


--------------------

 
 
#47 Şərhin müəllifi: princessa
 


Sitat: _MATILDA_
Təbriklər və uğurlar!!!



--------------------

 
 
#46 Şərhin müəllifi: BRIDA
 


Sitat: ayshan
ay Samış elə deyirsənki)

loveis :)

Ehh Samira Samiraa))


--------------------

 
 
#45 Şərhin müəllifi: ShimariIiIik
 


Sitat: Londra
Bir də ki,bu elə yarışmadır ki əlbəttə hər şey əvvəldən planlaşdırılmalıdır.

mencede.o qeder turistleri qarwilamaq var,bawqa ne qeder gorulesi iwler var.qabaqcadan bu qeder yuku qaldira bileceyine dair mence olke raziliq verir.


Ilin adamina geldikde ise dai seciblerde deyilesi soz yoxdu.olkemizin adini ucaldiblar,laiqdirlerki secibler.onlar olmsain bawqasida bu iwi gorseydi yenede onu sececekdiler

 
 
#44 Şərhin müəllifi: PRiNS_OF_BaKu
 


Londra,
ok


--------------------

 
 
#43 Şərhin müəllifi: Never_love
 


Sitat: PRiNS_OF_BaKu
Eldar ve Nigari Marsal elemek lazim deyil ..Sadece onlarin bextine dusdu bu qelebe



--------------------

 
 
#42 Şərhin müəllifi: PRiNS_OF_BaKu
 


TARKANFAN,

Neyse ..Oz fikirnizdede durun duz Movqeydesiz Eldar ve Nigar Alinlarin teri ile seslernin gucne qazandilar bu qelebeni . wink .. Bu sizin fikriniz..

Menim Fikrimse sizden qat qat ferqlidi ..Sadece Eldar Ve Nigarin Bextine dusdu 2011 ..Bu qalib olmadilar Qalib etdiler ..Dasilmis bi siyasetle...



--------------------

 
 
#41 Şərhin müəllifi: TARKANFAN
 


Sitat: Londra
Rəşad gəlincə mən sənə dəstək olum))

Təşəkkürlər)). Tam razıyam fikirlərinlə.
Sitat: Londra
Nə oldu elə bizə çatanda hamısı saxta oldu?

Ay sağ ol.
Sitat: PRiNS_OF_BaKu
hemise siyaset olub hec vaxt mahniya gore olmuyub mahni orda 30 faiz rol oynuyar ya yox..

Heç kim ordakı siyasəti danmır, amma əmin ol ki, dediyin faiz göstəricisi boşdur. Mahnı orda əsas rol oynayır. Siyasət ilk 5-likdə heç vaxt özünü göstərməyib, əsasən 10-dan aşağı ölkələrdə qonşuların bir-birinə səs verməsi yerlərdə dəyişkənlik edir. Amma indiyə qədər qalib olan ölkələrin heç birində siyasət rol oynamayıb. 1 ölkə, 2 ölkə ilə yaxın olub çox xal ala bilərsən, bütün Avropa ilə yox ki. Ona görə də 5-likdə siyasət söhbəti boşdur.
Ən azından illərdir ESC izləyicisi kimi bunu rahatlıqda deyə bilirəm.

Bu siyasət söhbəti də ESC-də yaman mod olub e). Hamı elə siyasət, siyasət deyir).
Sitat: PRiNS_OF_BaKu
Safura oxudugu Mahni bunnan 100 qat yaxsi idi Aysel Arash oxudugu Mahni bunnan minqat yaxsi idi..

Sənə görə yaxşıdır, şəxsən mənim üçün də, amma Avropa bunu bəyəndi. Həmçinin də Londra demiş Türkiyə və Ermənistanın olmaması bir az da bizi qabağa çəkdi.
Aysel və Arash-da onları qabaqlayan favorit iştirakçı Rıbak idi. Hətta Ayselin özü də onu rəqib kimi görürdü. Hər kəsin dediyi Rıbak birinci oldu. Yəni Arash və Ayselin 1-ci olmamasında ədalətsizlik yox idi. Belə.
Sitat: PRiNS_OF_BaKu
Son...

Onsuz da ortaq nöqtəyə gələn deyilik, son olsa yaxşıdır).
Sitat: ayshan
.iş görəndə də gərək planlı görəsən ki, şübhə yeri qalmasın)

Vallah, bu məsələyə nə millətçi, nə də dövlətçi kimi yanaşmıram, tam obyektiv yanaşmaq istəyirəm. Lap Azərbaycan yox, digər ölkə də olsaydı, indi bu sözləri deyərdim.

 
 
#40 Şərhin müəllifi: PRiNS_OF_BaKu
 


Sitat: Londra
Deməli evrovision çərçivəsində də düzgün seçimdir.Kim deyir ki siyasət rol oynamır,bu fikri inkar etmirəm mən. Mən rüşvəti, satınalınmanı qəbul etmirəm sadəcə.


Aydaaa)) Uje Hirsimden Gulurem )) O Rusvet soznu harda oxuyubsuz ? Xanim qiz diqqetnen oxuyun Gorun Rusvet deye bir sey yazan olub bura ..Samirede Rusvet deyir Sizde Rusvet deyirsiz Axi Rusvet yazan olmuyub axi ..
Aha Evrovision cercivesinde duzgun secimdir Ancaq burda Eldar Ve Nigari sisirtmek lazim deyil Mes menim sozmun canida budu ..Bu bir siyasetdi danisilmis Bir yariwdi ..Eldar ve Nigari Marsal elemek lazim deyil ..Sadece onlarin bextine dusdu bu qelebe


--------------------

 
 
#39 Şərhin müəllifi: sofiya
 


Eldarin üzünü görmekden bezdim

 
 
#38 Şərhin müəllifi: PRiNS_OF_BaKu
 


Sitat: TARKANFAN
Danishilib deyende ele bildim rushveti nezerde tutursan. He, bu qalibiyyetde dediyim kimi bizimkilerin rolu olub, beyaqki sherhimde qeyd etdim nece. Amma emin ol ki, tek o yolla qalibiyyet mumkun deyil, esas duzgun mahni sechimi idi ki, o barede de shansli idik.


Yene deyirem mahninin Hec bir elaqesi Yoxdu Safura oxudugu Mahni bunnan 100 qat yaxsi idi Aysel Arash oxudugu Mahni bunnan minqat yaxsi idi..2012 lazim idi ona gore qalib oldular ..
Sitat: Londra
Türkiyənin finala keçmədiyini biləndən sonra mən artıq Nigarla Eldarı ilk üçlükdə görürdüm.Onların böyük dəstəyi oldu.Səslər parçalanmadı,əksinə toplandı. Gəlin qələbəmizin dəyərini özümüz aşağı salmayaq. Layiq idilər qazandılar. Səs verənlər də sağ olsun, düzgün seçim edib bizə səs verdilər.Nə oldu elə bizə çatanda hamısı saxta oldu? Bir də ki,bu elə yarışmadır ki əlbəttə hər şey əvvəldən planlaşdırılmalıdır. Bütün mənfi müsbəti ilə.Lehinə əleyhinəsi ilə))
Tikintiyə qaldıqda isə artıq neçə illərdir bu vəziyyətdəyik,yəqin hələ neçə il bundan sonra da belə olacaq.Bu yarış bitdikdən sonra guya tikinti işləri azalacaq?

Ne vaxt kimse deyibki duzgun secim idi Hansisa olke qalib gelende Evrovision olandan beri hemise siyaset olub hec vaxt mahniya gore olmuyub mahni orda 30 faiz rol oynuyar ya yox..
Tikintiye qaldiqda ise Mene 2-3 Otel sayinki 2013 de basa catacaq mene bir nece korpu sayinki 2013 de basa catacaq Bakida gedenislerin 100 de 70 faizi 2012 inin evvelleri basa catir adice Alov Oteli Gotrek Evrovisiona qeder aclacaq Hilton otel 2011 axirlari acildi Abseron Otel Four Seizin otel Evrovisioona qeder aclacaq daha bir nece otel saya bilerem bunalara sebeb ise bakida birden bire bu qeder otel tikilmeyi sizce oz basnadi bunlar oz basna tiklib hamsida 2012 en uzagi aprel ayna kimi aclacaq ..Demek bunlar evvelceden bilirdiki Flan ilde Flan sey edecekler ona gore bu qeder Hotel tikibler yoxsa Bakiya o qeder Turist gelmirki Otelden Gelir gotursunler ..Mess Buna gore Evrouvision Bir Siyasetdi mes bu qelebe Danisilmis qelebedi..Niye oz oznuze Sual Verionde nece oldu bu Butun oTeller 2012 aprel ayna qeder isdifadeye verlecek ele 2013 de verlerdide ..


Daha bu haqda heckime Stat getirmiyecem yeterince Mence aciqlamasini yazdim ..

Son...


--------------------

 
 
#37 Şərhin müəllifi: _MATILDA_
 


Təbriklər və uğurlar!!!

 
 
#36 Şərhin müəllifi: ayshan
 


Sitat: TARKANFAN
Indi bashqa yerdeyem, gelib haminizin cavabini verecem . Tel-le sebrim chatmir.p

ok))))

Reshadi çagırdınsa hamımız səhv çıxacağıq))


--------------------

 
 
#35 Şərhin müəllifi: TARKANFAN
 


Ayshan

Indi bashqa yerdeyem, gelib haminizin cavabini verecem wink. Tel-le sebrim chatmir.p

Resad hardasan, komek ele))). Tekliyibler meni)).

 
 
#34 Şərhin müəllifi: ayshan
 


Sitat: TARKANFAN
Bu qelebeye niye inanmirsiniz, anlamiram, halbuki, musabiqeden qabaq bookmakerler bizi qabaq siralarda gorurduler, sizce birinci olmagimiz qeyri-normal, gozlenilmez idi?

ay Samış elə deyirsənki) şəxsən mən bilmirəm necə qalib olmuşuq)ama onu bilirəm ki, hər şey elə bookmakerlərdən başlayır..iş görəndə də gərək planlı görəsən ki, şübhə yeri qalmasın)
eləsinə qalsa biz gərək Aysel gedəndə 1ci olardıq)
düzünü Allah bilir)


--------------------

 
 
#33 Şərhin müəllifi: TARKANFAN
 


Prins of Baku

Danishilib deyende ele bildim rushveti nezerde tutursan. He, bu qalibiyyetde dediyim kimi bizimkilerin rolu olub, beyaqki sherhimde qeyd etdim nece. Amma emin ol ki, tek o yolla qalibiyyet mumkun deyil, esas duzgun mahni sechimi idi ki, o barede de shansli idik.

BRIDA

Birce deme ki, rushvetin sayesinde qalib olmushuq. Buna qeti inanmaram. Ya da ki, edaletsiz qelebe idi deye dushunmursen umid edirem.
Bu qelebeye niye inanmirsiniz, anlamiram, halbuki, musabiqeden qabaq bookmakerler bizi qabaq siralarda gorurduler, sizce birinci olmagimiz qeyri-normal, gozlenilmez idi? Xeyr.
Eger mahni heqiqeten ugursuz olsaydi ve hech bir proqnozda on siralarda olmasaydiq, bele sohbet eden olsaydi, men de Tagi Ehmedovdan sitat getirib gulerdim. Amma indi buna ehtiyac yoxdur)). Chunki bu qelebe bizimm haqqimiz idi ve tam edaletli sechim idi.


 
 
#32 Şərhin müəllifi: MEMMED_ZADE
 


bos bos ideyadir...hec de maragli olmadi....ilin adami...yoxe KIMINSE ADAMI...

 
 
#31 Şərhin müəllifi: angel_F.F.
 


ne deyim...TEBRIKLER...

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!