“Mənim görüşümə eşq və məhəbbətlə gələni behiştə daxil edərəm, qorxu ilə gələni əzabdan xilas edərəm, xəcalətli və utanan halda gələnin isə günahlarını əməlləri yazan məlaikələrin zehnindən silərəm.”
Hədisdə deyilir ki, bir gün Cəbrail (ə) Peyğəmbərə (s) ərz etdi: “Əgər bizim ibadətimiz yer üzərində olsaydı üç əməli heç vaxt tərk etməzdim; müsəlmanlara su verməyi, (böyük və ehtiaclı) ailə sahiblərinə kömək etməyi və camaatın günahlarının üstünü örtməyi.”
Mənliyi olmayan şəxsin üç əlaməti var: Özündən üstün olan şəxslə mübahisə və höcət edər, bilmədiyi sözü danışar və heç vaxt çata bilməyəcəyi şeylərin ardınca gedər.
«Әhdə vəfalı olmaq» ən mühüm əxlaqi xüsusiyyətlərdən biridir. Qurani-Kərim bunu əməli-saleh insanların xüsusiyyətlərindən biri qiymətləndirir. Qarşı tərəfin müsəlman, müşrik və ya kafir olmasından asılı olmayaraq, müsəlmanlar bağladıqları əhd-peymana sadiq qalmalıdırlar.
“Əgər bir kəs suyu 3 dəfəyə içsə və hər dəfə içəndə əvvəldə “Bismillah”, axırda isə “Əl-həmdu lillah” desə, həmin su onun qarnında olduğu vaxta qədər Allaha təsbih deyər və savabı ona verilər.”
Saytda verilmış xəbər və yazılan şərhlərə görə Mix.aZ administrasiyası məsuliyyət daşımır! AzNET-də ilk dəfə Www.mix.aZ saytında: DLE scriptinin tərcüməsi(10-X-2006),şərhlərdə TAM unicode dəstəyi (10-III-2007) mp3