» Daha sevgiyə inanmıram mən
  » 30.04.2009
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Dövlət idarələri mix.az ha ...
  » Mix.az-ın şərəf lövhəsi. ...
  » Ən gözəl zaman tuneli layih ...
  » Mix.aZ - 7 yaşın mübarək
  » 3 il keçdi...
  » Facebook-un yaradıcısı Mark ...
  » Onların cavabları-2ci hissə
  » Ən zövqlü mix.azlı layihə ...
  » Bu dəfə körpə mix.az-çıl ...
  » Mix.azlıların niklərinin m ...
  » Necə unudaq?
  » Mənim musiqi zövqüm - Aprel
  » Bu gün Qələbə günüdür
  » "Mix.az"-lıların Məktəb ...
  » Natiq Ritm Qrupu - Eurovision ...
  » Mix.az-ın qızları ) | Music ...
  » Anama yaxşı bax...ATA!
  » Mix.az userlərinin xarakteris ...
  » Mix.Az-lılar sehrli olsaydı ...
  » Mix.Az-lıların nik və avata ...
  » Mix.Az-ın Şirinələri
  » Bəzən...
  » Mix.az-lıların uşaqlıq dü ...
  » “Mix.az-lıların Uşaqlıq ...
  » "Space" Amaci məhkəməsin ...
  » Bu dəfə Müəllifin özünə ...
  » Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
  » Mixin 7 yaşı.....
  » Mənim sənsiz romantikam
  » Sən axı qızsan!...
  » Qadın olmaq!
  » Top 10 Müəllif
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Mix.az-ın ən maraqlı xəbə ...
  » Bu O`dur?!
  » Mix.az qızları mixin 7 yaş ...
  » Sizə məsləhətim...
  » Peyğəmbərdən nurlu kəlaml ...
  » Peyğəmbərdən (s) nurlu kə ...
  » Əmi ilə xala:)
  » "Uzaq"
  » Azəri qızı Günel Bakıda f ...
  » Qızlarımızın Yay aksesuar ...
  » Uşaq vaxtı nələr etməmiş ...
  » Təsadüf
  » Mənim sənsiz romantikam
  » Anam haqlı imiş...
  » "Mix.az"-lıların Ana sevgi ...
  » Uşaqlar-uşaq evində və ail ...
  » 22 may 2012 ... Eurovision 1-c ...
  » "Buyuq da..."
  » ATV-nin ev fırıldağı
  » Ad günün mübarək, Mix.Az!
  » Qarabağ - Laçın
  » Life in Paper
  » Mix.az-ın qızları ) | Music ...
  » Kişi olmaq olar, amma Ata olm ...

Mi Comentario
Xəbər sayı -61
PsikoOOo
Xəbər sayı -53
iKooo
Xəbər sayı -52
mix dominant
Xəbər sayı -29
Sensiz_Qocaldim
Xəbər sayı -27
Mir_Celal
Xəbər sayı -22
ayshan
Xəbər sayı -21
krolochilapka
Xəbər sayı -11
M.Seyidzadeh
Xəbər sayı -7
nuku
Xəbər sayı -6



12-17
18-21
22-27
27-33
33-40
40-50
50-90








 
 
Şəkillərə nəzərən... Din 

1. Афганские шииты практикуют самоистязание во время процессии в Кабуле. (REUTERS/Mohammad Ismail)

Kabilda dini prosesdə əfqan şiələri özlərinə işgəncə verməni məşq etdikləri zaman


2. Шиитский мусульманин идет по огню во время церемонии в честь Ашуры в мечети Янгона. (REUTERS/Soe Zeya Tun)

Yanqon məscidində Aşura mərasimində şiə müsəlmanlar oddan keçirlər

 

 

 

3. Шиитские мусульмане идут по улице во время воспроизведения Кербельской битвы в поселке Саксаких, Ливан. Человек в центре представляет имама Хусейна в сопровождении родственников с белыми материями на лицах. (REUTERS/Ali Hashisho)

Şiə müsəlmanları Livanda Saksaki qəsəbəsində Kərbəla müsibətini  canlandırırlar.Mərkəzdə dayanan şəxs İmam Hüseyni təmsil edir,onu üzünə ağ  niqab geyən qohumları müşaiət edir.

 

 

4. Шиитские паломники избивают себя железными цепями в преддверии Ашуры в Кербеле, в 80 км к юго-западу от Багдада. (REUTERS/Mushtaq Muhammad)

Bağdadın 80 km-yində,Kərbalada Aşura zamanı şiə zəvvarlar özlərini dəmir zəncirlərlə vururlar

 

 

5. Связанные одной цепью шиитские мусульманки идут на воспроизведение Кербельской битвы в поселке Саксаких. (REUTERS/Ali Hashisho)

Saksaki qəsəbəsində zəncirlə bir-birinə bağlanan şiə müsəlmanlar Kərbəla müsibətini canlandırırlar.

 

 

6. Афганские шииты самоистязают себя во время процессии Мухаррам в Кабуле. (REUTERS/Ahmad Masood)

Kabildə əfqan müsəlmanları Məhərrəmlikdə özlərinə əzablar verirlər

 

 

7. Афганские шииты избивают себя цепями в Кабуле. (REUTERS/Omar Sobhani)

Kabildə əfqan şiələri özlərini zəncirlərlə vururlar

 

 

Bu fotograflar çəkdikləri şəkillərlə Aşuranə belə şərh etdilər...




 
 
#85 Şərhin müəllifi: PLATiNUM
 


Xamanei haram edib zencir vurmagi, qan cixarmagi...
duzgun deyil...
Ama wielere dil uzadanin dilin keserem... Ehli sunne deye bishey olmuyub.. Ama Wieler Peygemberimizin (s.a.a.s) dilinden gelib....

Xamanei haram edib zencir vurmagi, qan cixarmagi...
duzgun deyil...
Ama wielere dil uzadanin dilin keserem... Ehli sunne deye bishey olmuyub.. Ama Wieler Peygemberimizin (s.a.a.s) dilinden gelib....

 
 
#84 Şərhin müəllifi: anaresto
 


Butun yazilanlara nezer saldim... Userlerin choxsu hansisa nagil kitablarindan yazir???
Budur Islam dini?? HArda yazilib ki,ozuvu vura bilersen? doye bilersen? Cirmaglaya bilersen? Ey insan, niye eziyyet verirsen caniva? Meger budur Islam dini? Hetta burda ele fikirler yazilib ki,insani kufre aparir.. Allaha tovbe edin ve dininizi oyrenin..

 
 
#83 Şərhin müəllifi: Ali_Zulfuqar
 


İmam Hesen ibn Ali R.A demişdir: “Vallahi, Muaviye menim üçün, bu özünü menim şielerim adlandıranlardan daha xeyirlidir”. (Abu Mansur et-Tebersi, el-İhticac, seh. 290-291[b]

. İmam Ce’fer es-Sadiq R.A demişdir: “Allah “Munafiqun” suresini bizim Şielerimizden başqası üçün endirmemişdir”. (Abdullah el-Mameqani, Miqbas-ul-Hiyade, seh. 407)

NicaT_BeY_DaqlinskY: As Salamu aleykum size bir sual: neye gore Hz.Huseyni kufeye cagirib doyush aninda yezide meglub olduqlari tedqirde Hz.Huseyni darda qoyub qachan sheleri lenetlemirsiniz?

Şiə tarixçisi Hüseyn ibn Əhməd əl-Burakinin sözlərinə görə, «Kufə xalqının utanacağı xüsuslardan biri Həsən ibn Əlini yaralamaları və yanlarına dəvət etdikləri Hüseyn ibn Əlini qətlə yetirmələridir»(Tarixul-Kufə, səh.113).

«Ey Hüseyn! Cəhənnəmlə sevin!» (bu sözdən Allaha sığınırıq) deməsinə və xanım Zeynəb bint Əlinin Həzrəti Hüseyni meydanda tək qoyub, qaçdıqları və qətl etdikləri üçün bütün məsuliyyəti kufəlilərin üzərində olmasını qeyd etməsini nəzərə aldıqda, insan istər-istəməz düşünür ki, tarixə yenidən nəzər salmağın vaxtıdır.

Hz.Huseyni kim qetli haqqinda kim oxumaq isteyirse menim malime yazsin bura versem silecekler no_name81@bk.ru elaqe saxlasin gonderim

 
 
#82 Şərhin müəllifi: cenka
 


mence bir-birinizle yaxsi reftar etseniz daha yaxsi olar.

 
 
#81 Şərhin müəllifi: NicaT_BeY_DaqlinskY
 


ZiRVE,

Əvvəlcə başlayaq Tovbə surəsi 100-cü ayədən.Orda nəzərdə tutulan bütün "ilk muhacir və ənsarlar", bütün "onların ardıyca gələnlər" deyildir.
Əgər məhz məsələni başa düşmədiyimiz kimi izah eləsək.Bu mUahicirn və Ənsarın ardıyca yezid də gəlir.yezid ki, bütün ömrü boyu etmədiyi çirkinlik qalmır.Belə bir adamdan Allahın razı qalması mümkün deyil , qalmamışdı da.
2.Qurani -Kərimdə Ali-İmran 32-ci ayəni oxu :
De: “Allaha və (göndərdiyi )Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz.
Əlini ilk xəlifə kimi qəbul etməsən də, dördüncü xəlifə kimi qəbul edirsən.Onun da Quranda itaəti vacib olan əmr sahiblərindən olduğunu bilirsən.ALlahın sözünə qarşı gələn Muaviyədən Allah niyə razı olsun ?

Bəs sən yazdığın ayədə Allah Muaviyə və onun kimiləri nəzərdə tuturmu? Tutmur!
Çünki, cəmə olunan əmr forması heç də həmişə CƏMƏ aid olmur.


Yenə də Ali-İmran 61-ci ayəyə bax!
Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.

Ayədə "qadınlarımız" sözünə fikir ver! Allah peyğəmbərə (s.a.s) "qadınlarını çağır" deyir.Amma, peyğəmbər (s.a.s) SÜNNİNİN DƏ , ŞİƏNİN DƏ qəbul etdiyinə görə bircə xanım Zəhranı(s.a.s) aparır.Allah rasulu(s.a.s) Allah əmrinə tabe olmur, ya Quranı sizin qədər bilmir ? :)

2.BUndan əlavə, BUXARİ sahabələrin bəzilərinin Allah rasulunundan(s.a.s) ayırılıb cəzalandırılacağını qeyd edir, hədisləri səhih görür.Sizin əqidənizə görə hədislər ayələri izah edə, hətta, hədislər ayələrin hökmünü qadağan edə bilərlər:)


Yəni, həm Quran ayələrinə görə , həm də səhih bildiyiniz hədislərə görə CƏMƏ OLUNAN BÜTÜN MURACİƏTLƏR HEÇ DƏ HAMIYA AİD DEYİL.Deməli, bu ayələri qəsbkarlara aid eləmək olmaz.yazdığın bir ayənin muqabilində iki ayə yazılıb.Sən də Oxu, düşün, qərarını ver!


3.Kiməsə lənət oxumağa gəldikdə isə.BUXARİ səhih bildiyi hədisdə yazır ki, yumurta və ip oğurladığına görə əli kəsilən adama peyğəmbər (s.a.s) .Peyğəmbər yumurta sahibini, ip sahibi Huseyndən(ə) çox istəmirdi.Kİminsə yumurtası, ipi Huseynin(ə) qaından daha dəyərli deyildir.Odur ki, biz Allah rasulunun(s.a.s) , Allahın qadağan etdiyi bir şeyi etmərik.Bir halda ki, Allah rasulu özü lənət deyib .


4.Sahabələr haqqında irəli-geri danışmamağın biz də tərəfdarıyıq.Amma, sahabələr haqqında.Zalımlər, qəsbkarlar haqqında yox.Peyğəmbərin(s.a.s) əhli-beytinə zülm edib, haqlarını qəsb edənləri peyğəmbərin DOSTU , yəni, sahabə adlandırmağın da tərəfdarı deyilik!


5.Qardaşım, mən də şad olardım sizinlə ünsiyyət qurmağa.Amma, təəssüflər olsun ki, məndə MSN yoxdur.Poçta vasitəsi ilə məktublaşa bilərikmi? əlaqəni kəsməyək inşaAllah! inşaAllah ilk imkanda MSN də hazırlayaram.

daqli_balasi@box.az

Allah sizdən də razı olsun!
Bəli! Belə alimlərə həqiqətən də ehtiyac var.Xahiş edirəm, bircə nəfər sünni aliminin də videosunu yerləşdirin ki, HEÇ BİR ƏMMASIZ , məhz bu tərzdə çıxış etsin!
Xahişimi yerinə yetirsəniz sevinərəm.

Təşəkkür edirəm!

P.S

Bütün muzakirələrə baxmayaraq mən sizi özümə qardaş bilirəm və bu sözümdə səmimiyəm.Buna Allah da şahiddir.

 
 
#80 Şərhin müəllifi: ZiRVE
 


Sitat: NicaT_BeY_DaqlinskY
NicaT_BeY_DaqlinskY

Bu sohbet uzun sohbetdi... cetin burda sen meni men de seni basha dusum..
Islam dini bu sohbetlerden ibaret deyil...
En azindan men kimese lenet oxumamagi, Sehabeler haqda danisharken ehtiyatli davranmagin terefdariyam... bununla da hec ne itirmirem..
Amma kiminse haqqinda ireli-geri danishmaq insani mesuliyeyte celb edir...
Bedir ve Uhud eshabi haqda Qurani Kerimde ayetler var...
Islama ilk daxil olan muselmanlarin ustunlukleri barede... En azindan Allahin(c.c) kitabinda buyurduguna diqqet edin... Tovbe suresi 100 cu ayet..
Oxu, sonra ne anlayirsan anla.. oz ishindi...
Secim senindi...

Men burda sohbeti baglayiram...
mubahise yox, sadece fikir paylashimi meqsedi ile MSnle danishmagi teklif edirem..
love-passenger@hotmail.com



Ocaq Necat ağanın Sünni Şiə qardaşalıqı haqqında çıxışına baxdim..
Ela.. Bele Ehli-Shielere kim ne deye biler ki ? Allah razi olsun.
Indi bele dushunen adamlara ehtiyac var...
Ona gore ixtlafli meselerden uzaq durmaq lazimdi. Menim sozumun cani budur...

 
 
#79 Şərhin müəllifi: NicaT_BeY_DaqlinskY
 


NICE_BUTTERFLY,
VeLi,

Əstığfirullah! Biz özümüz hələ də öyrənirik inşaALlah! :)
Mən özüm sizdən nə qədər şey öyrənmişəm :)
ALlah şahiddir ki, sadəcə söz xatirinə demirəm, həqiqəti deyirəm :)
Yenə deyirəm.Mən özüm özümü yaxşı tanıyıram.Allah məni məndən də yaxşı tanıyır.

Dediyiniz heç bir tərifə layiq deyiləm.




Bir də ki, şiələr də əhli-sünnədirlər.Bunu Quran, ALlahın rasulu(s.a.s), əhli-beyt(ə) və şiə alimləri hər zaman iqrar ediblər.Lazım olsa dəlillər də yaza bilərəm :)

Bundan əlavə, bütün alimlərimiz hər zaman sünniləri qardaş biliblər, birliyə, vəhdətə çağırıblar.
Keçmiş alimlər də belə olublar, müasir alimlər də belədirlər.
Buyurub izləyə bilərsiniz :
Ocaq Necat ağanın Sünni Şiə qardaşalıqı haqqında çıxışı.


Amma, qarşı tərəfdən çox nadir hallarda belə danışanlar olub.Nadir hallarda sünni alimlərindən kimlərsə şiəni qardaş hesab edibsə, onu ya "sapıqlıqda" ya da "sufilikdə" iddiham ediblər.Ancaq biz heç zaman sünnini qardaş bilən nə alimlərimizi, nə qardaşlarımızı rədd etməmişik.

Ancaq bizim bu vəhdət çağırışlarımızı başqa cür qələmə verənlər hər zaman olublar.Məsələn, "təqiyyə edirlər" deyənlər olub, "yalan deyirlər" deyənlər olub, "siyasətdi" deyənlər olub.Şəxsən mən HUSNİ-ZƏNN edənləri görməmişəm.
Halbuki, yalan da, hiyləgərlikdə bizim əqidəmizdə haramdır.Təqiyyə isə kafirlərə qarşı , hansısa bir şəraitdə olur.Bu da ALlahın hökmüdür.Biz ki, sünniləri müsəlman bilirik onlara qarşı niyə təqiyyə edək axı? Bundan əlavə, təqiyyəyə ehtiyac da yoxdur axı.

Biz nə zaman səsimizi çıxartmamışıqsa, bax, bu cür mövzularla təfriqə yaratmağa çalışıblar.
Turalın sünni, yaxud şiə olması mənə bəlli deyil!
Hansı məqsədlə , yaxud sifarişlə edirsə, kimlərin sifarişi ilə etməsi mənə məlum deyildir.
Bildiyim odur ki, belə mövzular İslama yox, İslam düşmənlərinə xidmət edir!
Təəssüflər olsun ki, belə movzularda üstüörtülü də olsa şiələrin əleyhinə danışan sünnilər var !

Beqi,

Axı, bu gün şiələrin Amerikanın pilotsuz təyyarələrini havada heç bir xəsarət yetirmədən zərərsizləşdirib yerə salmaq kimi güc və qüdrətə sahibdilər ALlahın izni ilə !:)

Ona görə çoxlarının gözü götürmür! :)))

 
 
#78 Şərhin müəllifi: VeLi
 


Sitat: ZiRVE
Veli qardasha gelince ise Qurani Kerimden aye tefsir etmek ucun en azi 14 dini elm var ki onu bilmelisen ki o ayeti tefsir edesen... yoxsa Quranin mealini oxuyub hokm cixarmaq olmaz...

Bunu təfsir edənlər eidblər,mən kiməmki Quranı təfsir edim smile
Hədisdə var,ayədə var.deməli burda yalnış heçnə yoxdur.

Sualıma cavab ver konkret.
Peyğəmbərin qızını incitmək,Peyğəmbərin(s) vəsiyyətini yazmasına mane olmaq günahdır ya yox?
Hədisi diqqətlə oxu.
İbn-Abbasdan rəvayət edərək deyir: "Cümə axşamı idi. Elə bir cümə axşamı idi ki, Peyğəmbərin (s) ağrıları şiddətlənmişdi. Bu zaman O (s) dedi: "Mənim üçün qələm-kağız gətirin. Sizin heç vaxt azğınlığa düşməməniz üçün vəsiyyətnamə yazım." Lakin yanında olanlar mübahisə etməyə başladılar. Halbuki, heç bir peyğəmbərin yanında mübahisə etmək olmaz. Onlar dedilər: "Buna nə olub ki, belə sayıqlayır? Onu başa salın. Onlar Peyğəmbərin (s) sözünü qəbul etmədilər. Peyğəmbər (s) dedi: -Məni tərk edin. Mənim olduğum iş sizin də'vət etdiyinizdən xeyirlidir. { Səhihi-Buxari. cild 5. Səh. 511 "Əl-Məğazi" kitabı. "Mərzun-nəbiyy səlləllahu əleyhi və alihi və vəfatuhu" babı. }

Allah Quranda buyurur ki,Peyğəmbər hər nə dyeirsə Allahdandır.Məgər Peyğəmbərimiz (s) son nəfəsinə qədər dediyi hər bir söz vəhy deyildi?
O, kefi istəyəni danışmır... Onu çox qüvvətli olan (Cəbrail) öyrətdi. { 53.Nəcm surəsi, 3-5 }
Peyğəmbər sizə nəyi əmr edirsə, əməl edin; nəyi qadağan edirsə, ondan əl çəkin.{ 59.Həşr sürəsi, 7 }
Bu Qur'an (Allah dərgahında) çox möhtərəm olan bir elçinin gətirdiyi kəlamdır. Elə bir elçi ki çox qüvvətlidir; ərşin sahibi yanında çox hörmətli, izzətlidir. Elə bir elçi ki itaət ediləndir, həm də e'tibarlı müvəkkildir. (Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (heç də müşriklərin dediyi kimi) divanə deyildir! { 81.Təkvir surəsi, 19-22 }

Nəyə görə səhabələr buna mane oldular?Nəyə görə sayıqlayır sözünü dedi Ömər?
Müslüm də "Səhih" kitabında səhabələrin cavabının bu cür olduğunu qeyd etmişdir: (Onlar dedilər: "Peyğəmbər (s) sayıqlayır". Başqa rəvayətdə isə deyilir: "...Ömər bir söz dedi. Onunda mə'nası bu idi ki, ağrılar Peyğəmbərə (s) üstün gəlib. Ömər sonra dedi: -Bizim əlimizdə Qur'an var. Allahın kitabı bizə kifayətdir". { Əbu Bəkr-əl-Cövhəri "Səqifə" kitabı. }


Sitat: NICE_BUTTERFLY

Təşəkkürlər) Nicat bəydən öyrənirik bizdə.Maşallah qardaşımız çox şeyi bizlərə öyrədibdir.



--------------------

 
 
#77 Şərhin müəllifi: NicaT_BeY_DaqlinskY
 


ZiRVE,
Çünki, sənin tutduğun iradlar da standart iradlardı.1400 illik yaşı olan şablon iradlardı :)
2.Məsələn, mən demədim ki, sən Muaviyənin adını çəkmisən.Amma, bilirəm ki, sən bu ALlahın düşmənini yad edəndə onun haqqında ən azından "Allah ondan razı olsun" DEYİLMƏSİNƏ ETİRAZ ELƏMİRSƏN.Bu özü də ədalətsiz mövqe tutmaqdı.
3.Mən demədim ki, sən iddia edirsən ki, Əli(ə) haqsızdır.Sadəcə sən Allahın düşməni Muaviyə və onun kimilər haqqında "ictihad eləmişdi, xəta eləmişdi" kimi fikirlər işlədirsən.Bu əqidə isə kökündən yalnış əqidədir.Bəs niyə ardını demədin? Muaviyə nə itirmişdi nə qazanmışdı? Heç nə itirməmişdi.Sadəcə, qazandığı savabın sayı fərqli idi.Əgər elədiyi "ictihad" düz olsaydı, Əliyə(ə) qarşı çıxmasaydı iki savab qazanacaqdı.Yox, elədiyi "ictihadda xəta elədiyinə görə" bircə savab qazandı :) .Yəni, əgər Allahın Muaviyə kimi düşmənləri bütün ömürləri boyu Əhli-beyt ilə düşmnçilikdən başqa bir şey etməsəydilər belə etdikləri "ictihadlarda xəta etdiklərinə görə" qazandıqları bir savablar yığılıb onları cənnətə aparacaqdı.Deməli, Əhli-beytə(ə) düşmənçilik etməklə etməmək arasında heç bir fərq yoxdur.Qazandıqları savabların sayından başqa :) Bax, sizin əsl əqidəniz budur! :) Niyə açıq danışmırsan qardaş? :)
4.Sən məsələləri necə görmək istəsən elə görərsən.Bunu dəfələrlə qeyd etmişəm.Əgər sən namazı namaz kimi yox, "boş-boş oturub durmaq" , Həcdə təvaf etməyi təvaf yox, "boş-boşuna kruq eləmək" kimi görmək istəsən elə də görərsən.Həmçinin munafiqlərin ALlah ilə düşmənçiliklərini bəyan etməyi "sahabələrin arasında baş verənləri qurdalamaq " kimi görmək istəsən elə də görərsən.Şəxsi fikrindi.
5.Biz də əhli-sünnətin və biz bunu "qurdalamaq" adlandırmırıq.Əgər sizin terminologiyanızda həqiqəti bəyan eləmək, ALlahın düşmənlərinin əhli-beytə (ə) etdikləri zülmləri bəyan etmək "qurdalamaq" adlanırsa, qoy olsun "qurdalamaq"!
6.Bəli! Mən də sizinlə razıyam qardaşım.İndiki zamanda düşmənlərin çox olduğu belə bir vaxtda bu cür mövzuları açıb, müsəlmanların İmam Huseynə(ə) olan sevgilərini öz tərzlərində numayiş etdirməklərinə ağız-burun əyməklə sünni -şiə söhbətini ortalığa atmaqla düşmənlərin əlinə "kozr" verilməməlidir.

P.S
Mən sizi həqiqətən də Əlini(ə) haqsız görməkdə iddiham etməmişəm qardaş.Xahiş edirəm məni düzgün başa düşəsiniz.Sadəcə, sizi məsələlərin üstündən ötməməyə, ətraflı düşünməyə dəvət edirəm.ALlah əməllərimizi puça çıxartmasın! Amin!

 
 
#76 Şərhin müəllifi: ZiRVE
 


NicaT_BeY_DaqlinskY
senin sohbetlerin standart sohbetlerdi.
Meselen men Muaviye adini cekmemishem... Hz Eli(r.a) da ixtilafli meselerde tam haqq terefdir...Bunu kim etiraz edir ki ?

Sozumun cani tam ferqlidir... Yeni 1400 il once bash veren hadiseler var ki o vaxtin ixtilaflarinin sebebi bashqadir... Ictihad meselesinde ixtilaf edibler... Tebii ki Hz Eli(r.a) elm seherinin qapisi oldugu ucun bu meselerde o haqlidir...
Ehli Sunne ise Sehaberler arasinda olan ixtilaflari qurdalamamagin terefdaridir... Yeni bu bizim heddimiz deyil..

Yoxsa Muaviyeden ele misal cekirsen ki sanki men Hz Elinin deyil de Onun terefini saxladim.. nese yazanda menim yazima uygun yaz zehmet olmasa..

Veli qardasha gelince ise Qurani Kerimden aye tefsir etmek ucun en azi 14 dini elm var ki onu bilmelisen ki o ayeti tefsir edesen... yoxsa Quranin mealini oxuyub hokm cixarmaq olmaz...

O meseleri Islam alimlerine hevale etmek lazimdir..


indiki zamanda islamin dushmenleri guclu oldugu anda mezheb sohbetlerine girib bir birimizle ixtilafli davranmaq evezine ortaq ve daha onemli meseleler etrafinda birleshmek zamanidir...

 
 
#75 Şərhin müəllifi: NICE_BUTTERFLY
 


Sitat: VeLi
Bu söhbətdə nə dəlil getirsən zəifdir,nə idda etsən puça cıxacaq.Çünki Nicat bəy Dağlınski haqlıdır və sübutları ilə danışır qardaşımız.

kömək lazımdı?=)) Buralardayam lazım olsam xəbər elə
Hərçənd ki, Nicat və sənin yanında mənim elmim dəryada damcı kimidir amma nə də olsa qatqı üçün lazım olsam de=)))


--------------------

 
 
#74 Şərhin müəllifi: VeLi
 


Sitat: ZiRVE
Peygember(s.a.s) Sehabelerine qesbkar deyenle sohbet uzatmaga deymez..

Peyğəmbər səhabəsi içki içirsə,dövləti qəsb edirsə.digər səhabəni öldürürsə necə o səhabələri müdafiə etmək olar?

Müaviyəni necə müdafiə edə bilersen?axı o İmam Həsən (ə) zəhərlənməsinə birbaşa təqsirkardır.
Necə ilk 3 xəlifəni müdafiə edə bilərsən ki.açıq aşkar xilafəti qəsb edib və Peyğəmbər (s) qızını incidib ölümünə səbəbkar olublar.
Necə Təlhəni,Zubeyri müdafiə edə bilersneki Əli (ə) la Cəməldə döyüşdülər?

Məgər Quranda münafiqin surəsini oxumamısan?

Quranda Tövbə surəsinin 77-ci aysində «(Allaha) verdikləri vədə xilaf çıxdıqlarına, yalan danışdıqlarına görə Allah da onların ürəyinə qarşılaşacaqları günə (qiyamət gününə) qədər (davam edəcək) nifaq saldı.»

Bu söhbətdə nə dəlil getirsən zəifdir,nə idda etsən puça cıxacaq.Çünki Nicat bəy Dağlınski haqlıdır və sübutları ilə danışır qardaşımız.


--------------------

 
 
#73 Şərhin müəllifi: NicaT_BeY_DaqlinskY
 


ZiRVE,

Qardaş, insan həm Allahın və rasulunun düşmənini, həm də dostunu sevməklə əhli-beyti sevdiyini bildirə bilməz :)

Yəni, ya qəsbkarları sevəcəksən, ya da zülm etdikləri məzlumları.
Necə ola bilər ki, əhli-beyt ilə vuruşan Muaviyəyə də ALLAH ONDAN RAZI OLSUN deyəsən, sevgivi bildirəsən, ƏLiyə (ə) "sevgivi" bildirəsən ?

Əhli-beyt(ə) nə zaman Əbu BƏkrin(r.a) qəsbkar olduğunu inkar edib ki? :)
Başda ƏLi(ə) olmaqla ona beyətdən çəkinib.Halbuki, Əli(ə) haqqı ilk qəbul edən idi.Əgər Əbu BƏkr(r.a) qəsbkar olmasaydı 6 ay ona itaətsizlik etməzdi.Demək olar ki, Əbu BƏkrə beyət edən ən sonuncu sahabə ƏLi (ə) idi.Təbii ki, siz buna cürbəcür donlar geyindirirsiz.Necə ki, Muaviyənin düşmənçiliyinə cürbəcür don geyindirib ALLHA ONDAN RAZI OLSUN deyirsiz.

Xanım Fatimə(ə) ümumiyyətlə Əbu BƏkr və ÖMərdən narazı , incik və acıqlı dünyasını dəyişdi.Hətta, vəsiyyət belə etdi ki, gizli dənf edilsin ki, bu qəsbkarlar dəfnində iştirak etməsinlər.Öz kitablarınızı oxumursunuz deyəsən !:)
Ömər Hücum çəkib Zəhra(ə) evini ZƏHRA (ə) İÇİNDƏ OLSA BELƏ YANDIRMAĞA hazırlaşırdı.
Budur əhli-beyt (ə) sevgisi ? :)
Əstəğfirullah! Mən heç kafirə qarşı da hörmətsiz davranıb onu təhqir etmirəm.Amma, kafir olduğunu da inkar etmirəm :) Hamçinin Əbu BƏkrə qarşı da hörmətsizlik etmirəm.Amma, qəsbkar olduğunu da inkar eləmək olmaz :) Sən Əbu BƏkrin qəsbkar olmağını ona qarşı hörmətsizlik hesab edirsənsə, qəsbkar olmaqla ən böyük hörmətsizliyi özü özünə edib :)
2.Əgər onların qəsbkar olduğunu, əhli-beytin haqqını qəsb etdiklərini söyləmək , iqrar etmək, hansısa yolla çatdırmaq "əhli-beyt sevgisi adı altında" nə isə eləməkdirsə, "əhli-beyt sevgisi adı altında" əhli-beytin özü də bu qəsbkarların qəsbkarlıqlarını dəfələrlərlə iqrar ediblər.
3.Sahabə dost deməkdir.Əhli-beytin haqqını qəsb edənlər peyğəmbər sahabəsi ola bilməz.Ola bilər ki, nə zamansa sabahə olub, amma, bu sahabəliyini axıracan qoruyub saxlamayıb.Ümumiyyətlə, əhli-beyt ilə düşmənçilik edənin sahabə olması da şübhəlidir.Çünki, əhli-beyt (ə) ilə yalnız Allahın düşmənlərinin düşmənçilik edəcəyi açıq-aşkar hədislərlə sabitdir.
4.Mənim kimi düşünənlərin dərdini bilmək üçün sən gərək mənim kimi düşünənlərin qəlbini görəsən.Ümumiyyətlə şiə əqidəsi belə düşünür.VƏ sən bütün şiə əqidəsini qərəzlilikdə iddiham edirsən, sonra deyirsən ki, məzhəbçilik edirsən.Ha "sənin kimi düşünənlər" dedin, ha "şiə əqidəsi" dedin.Bu sadəcə bir siyasətdir ki, üstü örtülü öz siyasətivi yeridirsən, amma, guya məzhəbçilik eləmirsən :)
5.Nə isə qardaşım, əgər danışmaq istəmirsənsə, mən də sənin dediyin sözləri xoş qarşılyaıram :)
Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər.
Furqan-63

Odur ki, Salam olsun sənə qardaşım! :)

 
 
#72 Şərhin müəllifi: ZiRVE
 


Sitat: NicaT_BeY_DaqlinskY
NicaT_BeY_DaqlinskY


Bununla guya sen Ehli-Beyt sevgisini elan edirsen ?... Ehli Beyt ne zaman Hz.Ebu Bekire(r.a) qarshi hormetsiz davranib ? Senin kimi dushunenlerin derdi Ehli Beyt sevgisi deyil...Ehli Beyt sevgisi altinda diger Xelifelere dushmencilikdir...

Peygember(s.a.s) Sehabelerine qesbkar deyenle sohbet uzatmaga deymez..
Helelik...

 
 
#71 Şərhin müəllifi: NicaT_BeY_DaqlinskY
 


ZiRVE,

O sohbəti mən açmamışam.
Bir insan haqqında iki müxtəlif, bir-birinə zidd fikir yaranırsa, deməli, burda artıq iki tərəf var.
Bundan əlavə "biz və siz" söhbətini qabardan da gördüyünüz kimi mən deyiləm.Sadəcə hansısa formada "biz və siz" məsələsinə yol açan şərhə cavab vermişəm.

"Allah qatında hamı eynidir,sünni də, şiə də" deyib sonra "qəsbkarlara-Əbu Bəkrə, Ömərə, Osmana, Muaviyəyə zərrə qədər də ehtiram edilməməlidir" yaxud, bir topluluğun etdikləri hansısa bir əməli pisləmək, bunu da "ŞƏXSİ GÖRÜŞ" adı altında eləmək zatən "siz və biz" söhbətini yaratmaq deməkdir.

Aralarındakı fərq budur :
"Siz-biz" demədən "siz-biz" söhbəti ilə məzhəbçilik yürütmək;
"Siz-biz" deyərək ortaya atılmış "siz-biz" təfriqəsinə cavab vermək.

Hər halda siz də "siz-biz"-çiliyi kənara qoyub situasiyaya azacıq insaflı yanaşsanız haqsız olmadığımı görərsiz inşaAllah!

 
 
#70 Şərhin müəllifi: ZiRVE
 


Sitat: NicaT_BeY_DaqlinskY
NicaT_BeY_DaqlinskY

#61 ci sherhi oxudum bele sual verdim.
Siz Biz sohbetleri var ona gore...
Hz Omer(r.a) meselesi
Teravih namazi meselesi..
ve s suallariniza gore dedim..

 
 
#69 Şərhin müəllifi: YAHUSEYN
 


IMAM HUSEYNE(E)QALXAN ELLER ZELIL OLSUN ALLAH YEZIDE LENET ELESIN ALLAH DOYDUYUNUZ SINLERI YUKSEK EZADARLIG KIMI QELEME VERSIN INWA ALLAH MUHAMMED(S.A.V.V) VE EHLIBEYTIN (S) WEFASSI SIZELRE NESIB OLSUN VE ALLAH SIZ IMAM SEVERLERI QIYATMETIN GUNUNDE ONLARLA MEHWUR ELESIN AMIN

 
 
#68 Şərhin müəllifi: loving_life
 


wassat sad angry


--------------------

 
 
#67 Şərhin müəllifi: NicaT_BeY_DaqlinskY
 


ZiRVE,

Sual düz qoyulmayıb.
Əvvəlcə soruşun görün mən məzhəb söhbətlərinə meylliyəmmi?

 
 
#66 Şərhin müəllifi: ZiRVE
 


Sitat: dady_91
NicaT_BeY_DaqlinskY

Siz niye mezheb sohbetlerine meyillisiz ?

 
 
#65 Şərhin müəllifi: pul
 


maniyakdilar

 
 
#64 Şərhin müəllifi: dady_91
 


Sitat: NicaT_BeY_DaqlinskY
Ağızları ilə Allahın nurunu söndürməyə çalışsalar da , Allah öz dinini, əsl islamı, şiəliyi qoruyacaqdır !


 
 
#63 Şərhin müəllifi: ZiRVE
 


Veli
Yaxşı oalrdı ki,Məhərrəmlik günündə belə radikal həbərdənsə İmam Hüseyn (ə) əzəmətindən həbər yerləşdirərdiz.
Dini həbərlərə qadağa qoyulursa bu cür həbərlər qoymaqla məncə ancaq təxribat nəzərdə tutulur.Çox təssüf edirəm bugün mix.azda bu cür şeylər mövcüddur.


Tam raziyam... Bu xeberin iki cur effekti ola biler...
1) Ehli imandan olan Ehli Sunne ve Ehli Shie arasinda ixtilaf ve problemlerin artmasina...
Neceki sherhlerde gorsenir...
2) Islamdan anlayishi az olanlarin ise Islama qarshi antipatiyasinin artmasina...

Exlaq ve meneviyyatimiza aid xeberler qadagan edilibse bu cur xeberlerin yerleshdirilmesi ne anlama gelir ? Meqsed ve NIyeyt nedir goresen...
Ehli Sunne ve Ehli shie arasinda minlerle ortag dushuncelerimiz oldugu halda neden ancag ixtilafli meseleler gundeme getirilir ?

Dinimiz bir, imanimiz bir, kitabimiz bir, Peygemberimiz bir... Imamlarimiz bir... Vetenimiz bir, dilimiz bir... minlerle birlikleri olan insanlarin arasinda bir iki ixtilafli mesele varsa bunlara ilishib qalmaq kime fayda verir ?


ne ise...

Veli
Yaxşı oalrdı ki,Məhərrəmlik günündə belə radikal həbərdənsə İmam Hüseyn (ə) əzəmətindən həbər yerləşdirərdiz.
Dini həbərlərə qadağa qoyulursa bu cür həbərlər qoymaqla məncə ancaq təxribat nəzərdə tutulur.Çox təssüf edirəm bugün mix.azda bu cür şeylər mövcüddur.


Tam raziyam... Bu xeberin iki cur effekti ola biler...
1) Ehli imandan olan Ehli Sunne ve Ehli Shie arasinda ixtilaf ve problemlerin artmasina...
Neceki sherhlerde gorsenir...
2) Islamdan anlayishi az olanlarin ise Islama qarshi antipatiyasinin artmasina...

Exlaq ve meneviyyatimiza aid xeberler qadagan edilibse bu cur xeberlerin yerleshdirilmesi ne anlama gelir ? Meqsed ve NIyeyt nedir goresen...
Ehli Sunne ve Ehli shie arasinda minlerle ortag dushuncelerimiz oldugu halda neden ancag ixtilafli meseleler gundeme getirilir ?

Dinimiz bir, imanimiz bir, kitabimiz bir, Peygemberimiz bir... Imamlarimiz bir... Vetenimiz bir, dilimiz bir... minlerle birlikleri olan insanlarin arasinda bir iki ixtilafli mesele varsa bunlara ilishib qalmaq kime fayda verir ?


ne ise...

 
 
#62 Şərhin müəllifi: Router
 


Allah niyyetlerimiz saflaşdırsın İnşAllah....


--------------------

 
 
#61 Şərhin müəllifi: NicaT_BeY_DaqlinskY
 


Dream Girl,
Aydındı xanım.
Deməli, Normal bir işdə işləməyə görə Allahın əmrindən üz döndərirsiniz.Öz işinizdi.
AMma, özünüz nəyəsə xatir Allahın əmrinə riayət eləmirsinizsə niyə görə başqalarını qınayırsınız?
2.Allah inşaAllah qəlbinizə Allahın bu əmrinə də riayət etmək cəsarəti versin.Amin!
3.Xanım deyirsiz ki, dizlərinə döyənlərin heç 90%-i peyğəmbərin doğum gününü bilmir.Başınızı səcdəyə qoyursunuz, oruc tutursunuz.Axı, nəyə görə yalan danışıb namazlaırnı oturub-durmaq, oruclarınızı yalnızca ac qalmaq səviyyəsinə salırsız? ) Hardadı sizdə bu statistika ki, dizlərinə döyənlərin 90%-i peyğəmbərimizin doğum gününü bilmirlər?
4.Sinəyə vurmaq, dizə vurmaq -özünə əzab vermək deyil.Zatən ÖZÜNƏ ƏZİYYƏT VERMƏK HƏDDİNDƏ OLAN HƏR ŞEYİ İSLAM QADAĞAN EDİB ŞİƏ ALİMLƏRİ DƏ,ŞİƏ CAMAATI DA BUNA RİAYƏT EDİR.Rİayət etməyənlər də varsa da ki, bu əqidədən qaynaqlanan bir şey deyildir.
5.Peyğəmbərə "sayıqlayır" deyən, xanım Zəhranın qapısına hücum çəkən Həzrət dediyiniz Ömərin nə edib etməməsi bizə maraqlı deyildir.Zatən bu şiə düşmənçiliyinizin də səbəbləri məlum olur yavaş-yavaş)
6.Bəlİ! Şiələrin Aşura günü və digər günlərdə lənət oxumaqları düzdür.Allah rasulu(s.a.s) və imamlar da munafiqlərə lənət oxuyub )
7.Ümmətimiz deyəndə kimi nəzərdə tutursuz? Şiələr də bu ümmətin bir parçasıdır.Bəs niyə görə ümmətin etdiyini bir şeyi, yəni, sinəyə , dizə vurmağa pis baxırsız? axı, bunu da ümmət edir.Yoxsa, siz şiələri ümmətdən hesab eləmirsiz?
8.Qaldı ki, Allah rasulunun(s.a.s) bir işi etməməsinə.Allah rasulunun hər tərk etdiyi tərk ediləsi işdirsə, ALlah rasulu (s.a.s) təravhi namazını SİZİN ƏQİDƏVİZƏ GÖRƏ təkr etmişdi.Niyə indi də təravih namazı qılırsız?
9.Allah rasulu (s.a.s) SİZİN ƏQİDƏVİZƏ GÖRƏ AŞurada oruc tutmağı tərk etmişdi.Niyə görə indiyənə kimi AŞurada oruc tutursuz?
10.Allah rasulu(s.a.s) xanım Aşiə ilə altı yaşında evlənib, doqquz yaşında evinə köçürtmüşdür.Niyə sizin aranızda bu sünnətə tabe olub bu işi reallaşdıranlar yoxdur ?
11.ALlah rasulu (s.a.s) ilk dəfə evlənəndə özündən təxminən 20 yaş böyük və dul xanımla evlənmişdi.Niyə görə sizin kişiləriniz sünnətə tabe olub ilk dəfə evlənəndə belə etmirlər? )

12.ALlah rasulu (s.a.s) bir şeyi etməyibsə, qadağan da etməyibsə BAŞDA SİZ OLMAQLA HEÇ KİMİN HAQQI YOXDUR BU İŞİ HARAM ADLANDIRSIN!
13.Biz o kəslərin fikirlərinə hörmətlə yanaşırıq ki, onlar da başqalarının fikirlərinə hörmətlə yanaşırlar.
14.Amma, bu heç də o demək deyildir ki, sizin fikirlərinizə hörmətsizlik edirəm ) Yəni, hər zaman üçüncü bir variant da var :)


VeLi,
_Unikalnaya_,

Ən azından ümid edirəm ki, bu xanımın şiələrə qarşı qərəzli mövqeyi dəyişəcək inşaAllah :)

 
 
#60 Şərhin müəllifi: _Jasmin_
 


Sitat: only__you
_Jasmin_,
ne yazdiginin ferqindesen???


Mən fərqindəyəm. Bəs sən mənə nə üçün sitat gətirdiyin fərqindəsən?!=))


--------------------

 
 
#59 Şərhin müəllifi: Dream Girl
 


NicaT_BeY_DaqlinskY 1.Namaz qiliram
2.Orucda tuturam
3.Beli caliwiram ki haramdan uzaq olum
4.xeyr hicab taxmiram.sebeb:Aznda hicab taxanlar ne normal 1 iwde ne normal univerde oxuyub iwleyirler.Hicab taxanlari mktebe qoymullar...
Dize doymek,sineye doymek bunlar ne vaxtdan Islami tentene ile qeyd etmek adlandirilir??meger Allah buyurub ki ozunuze ezab verin???Islam hec vaxt ozune ezab vermeyi buyurmuyub.
O ki qaldi peygemberimizin vefatini,dogumunu qeyd etmek..dizlerine doyen ozune ezab veren insanlarin 90%i hec o gunu bilmir...
Men Allahin hamiya eyni gozle baxmasini imamlarimiza,peygemberlerimize aid etmedim.Men o sozu suni ve shie arasinda ferq qoyan cahil insanlara aid etdim..
men onyarqili daniwmiram...ve bu sozu hamiya aid etmirem ...Beli asura gunu cox insanlar kasiblara yardim eli tutur,komek edir.Elbetde bu gozel bir weydir..Amaki ozlerine bele ezab vermeleri bawqa milletlerin insanlarinda Islama qarwi pis duwunceler emele getirir..Shieler asura gunu lenet oxuyurlar meger bu duzdu??Halbuki Peygemberimiz(s.a.s)duwmenleri terefinden dawqalaq edildiyi zaman ona qarwi olan insanlar hec bir agir soz dememiwdir.Hz.Omer ondan duwmenlwere qarwi hucuma kecmek ucun izn istedikde o izn vermemiwdi.Peygemberimiz(s.a.s)bu teklife cavabinda soylemiwdiki Belke o insanlardan 1i gelecekde muselman olar..Sozum ondadiki ummetimizin etmediyi 1 hereket bizim ne heddimizedir ki edek...neise burda sizinle bu movzu haqqinda mubahise etmek istemirem..men sadece oz fikrimi yazdim..sizden de yalniz menim fikrime hormet etmeyi xais edirem..

 
 
#58 Şərhin müəllifi: VeLi
 


Yaxşı oalrdı ki,Məhərrəmlik günündə belə radikal həbərdənsə İmam Hüseyn (ə) əzəmətindən həbər yerləşdirərdiz.
Dini həbərlərə qadağa qoyulursa bu cür həbərlər qoymaqla məncə ancaq təxribat nəzərdə tutulur.Çox təssüf edirəm bugün mix.azda bu cür şeylər mövcüddur.


Sitat: Dream Girl
Asura gunu dizlerinizi doymekdense gedin 1 kasibin qapisini doyun....

Aşura günü 1363.6 litr qan tədarük olunub
Aksiyalarda 3409 nəfər könüllü olaraq qan verib
Ötən gün Məhərrəmlik ayının onuncu günü “Aşura günü”ndə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən qanvermə aksiyalarında 3409 nəfər könüllü olaraq qan verib. ANS PRESS-in Səhiyyə Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, aksiyalarda ümumilikdə 1363,6 litr qan tədarük olunub. Donorlardan 2329 nəfər və 931,6 litr tədarük olunan qan Bakı şəhərinin, 1080 nəfər və 432 litr tədarük olunan qan isə bölgələrin payına düşür.
Qeyd edək ki, hər il “Aşura” günündə qan vermək istəyən həmvətənlərimizin sayı daha da artır. Belə ki, 2010-cu ildə 2210 nəfər könüllü qan vermiş və 884 litr qan tədarük olunmuşdu.

Bu sizcə aşuranın gözəlliyi deyil?Nə qədər qan həstələrinə yardım olunacaq bu qan vasitəsi ilə?

Sitat: NicaT_BeY_DaqlinskY
NicaT_BeY_DaqlinskY


“(Ya Rəsulum!) İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. (Sənin vəzifən ancaq onları haqq yola də’vət etməkdir)” (“əl-Bəqərə”, 272).

Qardaşım səndən demək,özünü yorma.


--------------------

 
 
#57 Şərhin müəllifi: _Unikalnaya_
 


Sitat: NicaT_BeY_DaqlinskY
NicaT_BeY_DaqlinskY

Niye ozunuzuyorursuz? Her kesin oz fikri, duwwuncesi var, inanin ozunuzu yormayin. duzelen deyil


--------------------

 
 
#56 Şərhin müəllifi: NicaT_BeY_DaqlinskY
 


Dream Girl,
1.Imam Huseyn(ə) ünü dizə və sinəyə döymək dünyasını dəyişdiyinə görə deyil.Faciəvi şəkildə ,amansızlıqla öldürüldüyünə görə, ölümü ilə Allahın izniylə İslamı yaşatmasına görədir.Ən əsas da İmam Huseyn(ə) faciəsi hər zaman öz aktuallığını saxlayır.Məhz buna görə də həqiqi İslam aşiqləri, həqiqi müsəlmanlar İmamın matəmini yüksək təntənə ilə qeyd edirlər.
2. Məgər İslam dini Belə şeyləri qadağan edib? Əgər belə şeylər düzgün olmasaydı, Allahu-təala belə şeyləri qadağan edərdi.Amma, etməyib.
3.Xanım, həqiqətən də insanlar yersiz-yersiz danışanda, cəhalətləri kənardan baxanda da çox pis görünür! Bax, məsələn, siz özünüz böyük xəta edirsiz.Müsəlmanlar tərəfindən peyğəmbərimizin(s.a.s) vəfatı da, doğumu da yad edilir.
4.Allah qatında hamı eyni cür ölçülmür.Əgər belə oslaydı, İmam Huseynlə(ə) yezİTİn ALlah qatında fərqi olmazdı.
5.Məgər siz özünüz İslamın bütün buyurduqlarına riayət edirsiz? Hicaba riayət edirsiz? Namazınızı qılırsız? Haramından uzaqlaşıb halalına yaxınlaşırsız? Yoxsa, siz də "əsas odur ki, qəlbin təmiz olsun" şuarı ilə Allahın şəriətini silib, Quranı bir kənara qoyub yaşayanlardansınız?

6.Bundan əlavə siz hardan bilirsiz ki, dizinə döyənlər kasıb qapısı döymürlər?
Yəni, önyarqılı danışmağınıza sizi vadar edən nədir?

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!