|
|
|
| Hansı əraziden girirsiniz? |
|
|
|
| Mübariz İbrahimov | Xəbərlər | |




Mübariz İbrahimov Ağakərim oğlu- 1988 ci il fevralın 7 de Biləsuvar rayonu Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib.Elə həmin il hərbi xidmətə cağrılıb.Xidmətinə (DQ) Daxili Qoşunların N say...lı hərbi hissəsinin (XTB) Xüsusi Təyinatlı Bölüyündə başlamışdır.Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir.Bir müddət mülki işlərdə işlədikən sonra 2008 ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb.Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb.Bu dəfə artı Gizir kimi çalışmağa başlayıb.Cox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsib olmayıb.Nəhayət 2010 cu ilin aprel ayindan Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayir.Çox çəkmir ki,uzun müddət düşündüyü,arzusunda olduğu ŞƏHİDLİK planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır.Nəhayət ömrünün ən gənc cağında 22 yaşında (1988-2010) 19 iyun 2010-cu il tarixində gece saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır.22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağla sığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir.Sonra isə düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşur.Düşmən ağır itkilərə məruz qalsa da nəhayət ki, səhər saatlarında canını bu bəladan qurtara bilir.İgid vətən oglu 19 iyun 2010-cu il tarixində qəhrəmancasına həlak olur.Özünün də dediyi kimi VƏTƏN SAG OLSUN ! Allah rəhmət eləsin,qəbri nurla dolsun,yeri cənnətlik olsun....amin
Atasının sözlərindən
Bu sözlər cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun valideynlərinə ölümündən bir gün qabaq yazdığı məktubdandır.
Şəhidin atası Ağakərim kişi bu məktubu əzbərləyib, bizimlə söhbəti zamanı məktubda yazılanları olduğu kimi deyir...
Şəhid Mübariz İbrahimovun haqqında daha çox öyrənmək üçün Biləsuvara gedirəm. Mübarizi doğulub boya-başa çatdığı Biləsuvar rayonunda hamı tanıyır. Elə yolda, taksi ilə gedərkən maşında hamı onun cəsarətindən və ürəkli bir insan olduğundan danışırdı. Yolda dedilər ki, Mübarizin atasının evi Biləsuvar rayonunun Əliabad kəndindədir. Kəndin girəcəyində yerləşən orta məktəbin yanında bir ev var. Evin həyətində Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Kənddə yaşayanlar bu evin Ağakərim İbrahimovun olduğunu deyirlər. Evə yaxınlaşıram...
Həyətin darvazaları açıqdır; çoxlu stol-stul düzülüb. Bir küncdə bir neçə nəfər əyləşib. Sakit və qəmgin insanlardan ikisi şəhid Mübariz İbrahimovun qardaşlarıdır. Onun dostları da burada idi. Bizi qarşılayan Mübarizin qardaşı atasının namazda olduğunu deyir. Bir neçə dəqiqə sonra namazını qurtaran şəhidin atası da gəlir. Ağakərim kişinin gözlərindən ələm yağır. Amma bu kədərin arxasından bir təmkin və qürur da boylanır...
Mübarizin uşaqlığından danışan ata onun vətənə bağlı bir gənc olduğunu deyir: “1994-cü ildə Mübariz birinci sinfə gedib. Məktəbdə əlifba bayramı keçirilirdi. Mən özüm toylarda və şənliklərdə oynayan insan deyiləm. O, əsgər mahnısı çaldıraraq təkid etdi ki, mən də onunla oynayım. Əslində bu hadisə mənim yadımda elə də qalmamışdı. Bu yaxınlarda onun müəllimləri mənə danışdı. Hər bir vəchlə vətən bayrağını ucalığa qaldırmağı düşünürdü. Namaz qılardı. Çox tərbiyəli idi. Ən acığı gələn şey yalan və rüşvət idi. Rüşvət alıb-verən insanlara pis baxardı. İki yol seçmişdi. Deyirdi ya hərbçi olacaq, ya da idmançı. Onun daxilindəki vətən, torpaq sevgisi çox böyük idi. Bu sevgiyə qapanmışdı”.
Şəhid atası qəhrəman oğlunun şəkillərini göstərir. Onun haqqında titrək səslə danışır. Mübarizin qardaşı həyətdəki bir stulu göstərir. Orada Qarabağ sözü yazılıb. Köhnə və itmək üzrə olan cizgilərlə yazılmış yazının Mübarizə məxsus olduğunu deyirlər. Qardaşı da ondan danışır. Deyir ki, Mübariz həmişə üstündə Azərbaycan sözü yazılmış, bayrağı həkk olunmuş paltarlar geyərmiş. Dostları da onun uşaqlığından danışır, Mübarizin mərd bir insan olduğunu deyirlər.
Mübarizin atası oğlunun gələcək haqqında danışdığı sözləri xatırlayır: “Hərdən ”Zalımın düşməni, məzlumun dostuyam", “Ata, fəxr et ki, sənin manqal ürəkli oğlun var” kimi sözlər deyərdi. Hərbi hissədə də hamı ondan razılıq edirdi. Komandiri ondan tərif dolu məktublar yazardı. Oğlum bir dəfə dedi ki, gizir olmaq istəyirəm. Dedim, Daxili Qoşunlarda qalardın, şəhərin içidir, sənə rahat olar. Dedi ki, mən paytaxtda qalsam, millətimə qarşı çıxmayacağam. Birdən aksiya və mitinqlər zamanı insanları dağıtmaq üçün göstəriş verə bilərlər. “Mən öz millətimin insanlarına əl qaldıra bilmərəm”, - deyirdi. Artıq məni də özünə uyğunlaşdırmışdı. Ora da gedəndən sonra belə oldu. Hətta bir dəfə əsgərləri döyən bir yüksək rütbəli şəxsə etiraz edib. Əsgərləri söydüyünə görə onunla dava da edib. O, əsgər yoldaşlarını müdafiə edər, onları çox istəyərdi".
Ağakərim kişi o məşum xəbəri necə aldığından da danışdı. Nə qədər ağır olsa da: “Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da məktubunu tapmışdılar. Danışanda da deyirəm ki, o, mənə qalib gəldi, arzusuna çatdı.
Hadisədən bir gün qabaq bizə zəng vurmuşdu. Demə, ayın 17-də bunu edəcəkmiş. Sadəcə həmin gün kağız tapa bilməyib. Daha sonra gecə saat 11-də telefonla mənə zəng vurdu. Nəsə demək istəyirdi, amma hiss edirdim ki, deyə bilmir. Soruşdum xəstələnməyibsən ki. Özünü toplayıb dedi, heç bir şey yoxdur, narahat olmayın. Səhəri günü isə kağızı tapıb və bu məktubu yazıb. Hətta bir əsgər bunun arxasınca gəlirmiş. Hara getdiyini soruşurmuş. O da əsgərin üstünə qışqıraraq, “qayıt, dala, sənlik deyil”, deyib. Həmin hərbi hissədə də olmuşam. Hamı Mübarizdən danışır. İrəliyə də getdim. Həmin tərəflərə baxdım. Amma..."
Şəhid atası bunu deyir və gözləri dolur. Danışmağa çətinlik çəkir. Qardaşı isə Mübarizin sözlərindən sitat gətirir. Deyir ki, Mübariz “mən evlənməyəcəm, mənim yolum başqadır”, kimi sözlər deyərmiş.
Şəhidin ata yurdunu tərk edib rayon mərkəzinə qayıdıram. Burada hər yerdə şəhid gizirimiz Mübariz İbrahimovun şəkillərinə rast gəlirəm. Hamı onun şəklini market və bazarlara, çayxanalara, evlərin divarlarına, küçələrə, maşınların şüşələrinə vurub. Hamı onun qəhrəmanlığından danışır.
Dünən isə 10-15 yaşlı uşaqlar paltarlarının sinəsinə Mübarizin şəkilini vuraraq rayonda yürüş keçiriblər. Hamı onun cəsədinin erməni əsgərlərinin əlində qalmağından narahatdır. Elə onun ailəsi də.
Beləcə, Biləsuvardan qayıdırıq. Yolda bir uşaqla rastlaşıram. O da Mübarizin şəkilini sinəsinə vurub. Bu uşaq deyir ki, “mən də Mübariz kimi olacam, düşmənləri öldürəcəm”. Hamı qəhrəman Mübarizdən danışır. Bu igidə dövlətimiz milli qəhrəman adı verməlidir - o, əsil milli qəhrəman kimi savaşıb, bir neçə düşməni öldürüb, geri çəkilməyib və vuruşa-vuruşa da şəhid olub.
Onu unutmayaq. Yeri behişt olsun. Vətən sağ olsun...
Nazirliyi mətbuat xidmətinin yaydığı riyakar bir bəyanatı həmin ölkənin bütün informasiya agentliklərində, mətbuat vasitələrində geniş yer almaqdadır: “İddia olunur ki, guya Azərbaycan öz Ordusunun giziri Mübariz İbrahimovun cəsədinin qaytarılması üçün Ermənistana rəsmi müraciət etməyib. Erməni xislətinə yaxından bələd olduğuma görə buna qətiyyən təəccüb etmədim. Çünki göz-gözə durub hər şeyi dana bilmək bacarığı mənəvi norma kimi onlar ücün adi bir şeydir. Halbuki gizir Mübariz İbrahimovun meyitinin qaytarılması ücün Azərbaycanın mövqeyi və tələbi beynəlxalq təşkilatlar vasitəsi ilə Ermənistana dəfələrlə çatdırılıb. Buna baxmayaraq, onlar bütün humanitar və adi insanlıq normalarının üzərindən acıq-aşkar xətt çəkərək qəddar qisasçılıq yolunu seciblər.
anspress
Təşəkkür edənlər: (100) Beqi, Mr.KAyfuyem, _SKARPIONA_, Dr_Zara, AMERICANA, Nur_Ay, POLKOVNIK, BOBO_DEMOS, .:: Desert Rose ::., TARKANFAN, ayshan, Manson_9, reservoir engineer, denizim, Aze_Army, FeMeNiSTKa, ROMINA_21, Cehennem_Sakini, Rozalina, _Bonus_, A_def, Half_spirit, rais 1983, Just Why, Financer_001, Eleqant700, Black day, _REQANA_, zaur16, NAVIKRE, Bozqurd, Hafsa, R.PATTINSON, LiVinG_DeaD, ForeveR_SweeT, GLIMPSE, Resad-9, Nifret, Moren, VeLi_DRD, Ruqeyya, Bobo55, (Bakinech), you belong with me, lacrima723, Estela, Whatever Happens, lonna, Shevchenko_Ali, _KamraN_35_35_, Nomre1, heshamahli, egonometrik, BBX, Dr.Genetik, Elgin, Azbukalin, Aze_girl, PRAQMATIK, sweetheart24, I Loove Azerbaijan, Psix_x, Yerazcik, tormento, 2-1-0, AMRASSAA, kitty_, Dandoline, The sun of World, xaliq11, lolka, Atlantis, avantgarde, _MILANoooRE_, WUgirl, _INVISIBLE BOY_, mvusal, Karol_Aze, nemo007858, sakamonda, so_lonely, stamford, alex19842509, sad_boy, VIP, sehriyar_z, narciceyi, naperstanka, mehdi-azeri, baby girl, Forever_Elnur, ele_bele, Asgerov_F, Acidil, flirty girl, UnAdam, yaqut70, vusal123456, sadece gunka, aries91 |  | |  |  | |
| Baxış sayı: 65548 Şərhlər (126) Müəllif : Qul 17 İyul 2010 22:33 | |  |  |  |  |
| |
 | #66 Şərhin müəllifi: Half_spirit | | | | | 
| Sitat: reservoir engineer Qoy senin bu yazdiqlarindan dindarlari "deli" hesab eden "insan"lar utansinlar BILMIREM RASTASTINIZA CIXIB BELE INSANLAR YA YOX AMMA ONUN BU HEREKETINI SEHV QIYMETLENDIRENLER DE VAR.""BEYNINI POZUBMUW''DIYENLER VAR, ''TEKCE OZUN FIKIRLEWIB'' DIYENLER DE VAR.''SEHV ELIYIB ONUN IWI KEWFIYYATA GETMEK IDI GEREK GEDIB QAYIDARDI ERMENI VURMAZDI'' DIYENLER DE VAR.YEQIN BELE FIKIRLEWENLER DAHA COXDU KI INDIYE QEDER BU TORPAQLAR HELE DE BIZE GELIB CATMIYIB. | |  | |  |  | 18 İyul 2010 14:38 | Qeydiyyat: 13.06.2010 | Adı: feride | Ünvan: hava | |  |  |  |  |
| | | #65 Şərhin müəllifi: Nifret | | | | | 
| Keş ki bunu ən az mənim qədər bəzi adamlar da dərk etsəydilər  Görək bu ANS press illərdir Çingiz Mustafayev deyir . BU igid Mübariz İbrahimov ən az Çingiz qədər qəhrəmanlıq elədi . Görək onun adı nə qədər yaddaşda qalacaq . Düzdü heç kəs unutmur Ancaq yada da salmır Qəhrəmanlarımızı | |  | |  |  | 18 İyul 2010 14:26 | Qeydiyyat: 10.02.2009 | Adı: ®xan | Ünvan: -- | |  |  |  |  |
| | | #64 Şərhin müəllifi: Half_spirit | | | | | 
| reservoir engineer
COX SAGOL.HELE SIZ BILSEZ ONUN BU HEREKETINI QINAYANLAR DA VAR.""BEYNINI POZUBMUW"" DIYENLER DE VAR. | |  | |  |  | 18 İyul 2010 14:24 | Qeydiyyat: 13.06.2010 | Adı: feride | Ünvan: hava | |  |  |  |  |
| | | #63 Şərhin müəllifi: nemo132 | | | | | 
| allah rehmet elesin yeri cennet olsun | |  | |  |  | 18 İyul 2010 14:13 | Qeydiyyat: 8.11.2009 | Adı: nemo132 | Ünvan: -- | |  |  |  |  |
| | | #62 Şərhin müəllifi: reservoir engineer | | | | | 
| Sitat: Ruqeyya ALLAH SENI AGAM HUSEYNLE MEHSHUR ETSIN!!!!ALLAH SENI SHEHID QERAR VERSIN!!!ALLAH SENI MUHAMMED [s.a.v.a.s]le CENNETDE QONSHU ETSIN...SENI YARADAN QURBAN !!!ALLAH SENI SHEHID KIMI MEHSHUR ETSIN AMIN!!!!!!!!!!!!IGIDIMIZ FEXRIMIZ MUBARIZ.....ALLAH SHUKUR KI SENIN KIMI QEYRETLI MERD OGUL VE BACILARIMIZ VAR
Amin bacim , Amin ! | |  | |  |  | 18 İyul 2010 14:06 | Qeydiyyat: 19.03.2009 | Adı: Orxan Talibzade | Ünvan: Xirdalan | |  |  |  |  |
| | | #61 Şərhin müəllifi: Bobo55 | | | | | 
| Halal olsun belə Azəri oğullarına.Allah rəhmət eləsin.Cənnətlik olsun inşallah... | |  | |  |  | 18 İyul 2010 13:58 | Qeydiyyat: 29.01.2008 | Adı: shekili | Ünvan: .:Qədim Diyar:. | |  |  |  |  |
| | | #60 Şərhin müəllifi: Ruqeyya | | | | | 
| ALLAH SENI AGAM HUSEYNLE MEHSHUR ETSIN!!!!ALLAH SENI SHEHID QERAR VERSIN!!!ALLAH SENI MUHAMMED [s.a.v.a.s]le CENNETDE QONSHU ETSIN... SENI YARADAN QURBAN !!!ALLAH SENI SHEHID KIMI MEHSHUR ETSIN AMIN!!!!!!!!!!!!
IGIDIMIZ FEXRIMIZ MUBARIZ.....ALLAH SHUKUR KI SENIN KIMI QEYRETLI MERD OGUL VE BACILARIMIZ VAR | |  | |  |  | 18 İyul 2010 13:48 | Qeydiyyat: 27.01.2010 | Adı: Ruqeyya | Ünvan: Baki | |  |  |  |  |
| | | #59 Şərhin müəllifi: asda | | | | | 
| O ELE UCA BIR ZIRVEDEDIRKI ELAVE WERHE HEC BIR EHTIYACI YOXDUR,O OZ ISTEYINE,WEHIDLIK ZIRVESINE CATMIWDIR..... ALLAH REHMET ELESIN.... | |  | |  |  | 18 İyul 2010 13:47 | Qeydiyyat: 11.07.2010 | Adı: aynur | Ünvan: baki | |  |  |  |  |
| | | #58 Şərhin müəllifi: VeLi | | | | | 
| Baxıb qəhərlənməmək mümkün deyil. Allah ailəsinə səbr versin,Allah ruunu şad eləsin. heyif bizim vətən daha doğrusu bu vətənin vətəndaşları uğrunda ölən şəhidlərin dəyərini heç bilmirlər. Zərbə ancaq onun ailəsinə dəydi. Allah rəhmət eləsin.
--------------------
Həzrəti Məhəmməd (S.a.s) peyğəmbər.:«Bir insanın qəlbini qırmaq 70 dəfə Kəbə evini dağıtmaqdan daha günahdır!» Həzrəti İmam Əli (ə):«Öz günahından başqa heç nədən qorxma, öz Rəbbindən başqa heç kəsə ümid bağlama.» Allah Yunus surəsi,44 ayədə buyurur: “Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!” | |  | |  |  | 18 İyul 2010 13:36 | Qeydiyyat: 26.11.2009 | Adı: Xoşbəxtlər dünyasının İNSANI...ツ | Ünvan: Azərbaycan | |  |  |  |  |
| | | #57 Şərhin müəllifi: Moren | | | | | 
| Allah rəhmət eləsin | |  | |  |  | 18 İyul 2010 13:30 | Qeydiyyat: 20.02.2009 | Adı: Zaur | Ünvan: Memphis | |  |  |  |  |
| | | #56 Şərhin müəllifi: suna111 | | | | | 
| Allah rehmet elesin | |  | |  |  | 18 İyul 2010 12:55 | Qeydiyyat: 15.04.2009 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #55 Şərhin müəllifi: NeSTLe | | | | | 
| Allah rəhmət eləsin....5+ | |  | |  |  | 18 İyul 2010 12:51 | Qeydiyyat: 9.05.2009 | Adı: Turkaaa | Ünvan: Qax | |  |  |  |  |
| | | #54 Şərhin müəllifi: AMERICANA | | | | | 
| Sitat: POLKOVNIK BUNDAN NEÇƏ SAAT SONRA ÇİXAN MÖVZUYA BAXİN BAXİŞ SAYİ BUNDAN ÜSTÜNDÜR ONA GÖRƏ Kİ ORDA HAMİ ÇİLPAQ GƏZİR men de teeccub qaliram , bele xeberlere baxan yoxdur,
--------------------
No complex better life.İ guess,İ am going crazy or wiser. Hələ dəqiq bilmirəm Ömur dediyin 1 gündür, o da bu gündür Cəsarət-ən böyük bədbəxtliklərin və ən böyük uğurların başlanğıcıdır | |  | |  |  | 18 İyul 2010 12:14 | Qeydiyyat: 13.09.2009 | Adı: AMERICANA | Ünvan: U.S.A New -YORK, Brooklyn | |  |  |  |  |
| | | #53 Şərhin müəllifi: EMI | | | | | 
| Baxış sayı: 477 Şərhlər (58)
BUNDAN NEÇƏ SAAT SONRA ÇİXAN MÖVZUYA BAXİN BAXİŞ SAYİ BUNDAN ÜSTÜNDÜR ONA GÖRƏ Kİ ORDA HAMİ ÇİLPAQ GƏZİR
--------------------
| |  | |  |  | 18 İyul 2010 12:11 | Qeydiyyat: 31.01.2009 | Adı: -- | Ünvan: BAKU | |  |  |  |  |
| | | #52 Şərhin müəllifi: MaYoR | | | | | |  | |  |  | 18 İyul 2010 12:07 | Qeydiyyat: 24.06.2006 | Adı: Dövlət sirri | Ünvan: Baku, Azerbaijan | |  |  |  |  |
| |  | |  |  | 18 İyul 2010 11:18 | Qeydiyyat: 16.05.2010 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #50 Şərhin müəllifi: Milena | | | | | 
| Torpaq eger ugrunda olen varsa Vetendir.Veten bele oglanlarin qanlari hesabina Veten olur.Allah rehmet elesin | |  | |  |  | 18 İyul 2010 11:02 | Qeydiyyat: 26.06.2010 | Adı: Milena | Ünvan: Milan | |  |  |  |  |
| | | #49 Şərhin müəllifi: ay nur | | | | | 
| ALLAH rehmet elesin.qebri nurla dolsun | |  | |  |  | 18 İyul 2010 10:53 | Qeydiyyat: -- | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #48 Şərhin müəllifi: Hafsa | | | | | 
| onurlu davanın onurlu ve şanslı askeri..
--------------------
- Bir gün məndən soruşsalar hansı rəqəm olmaq istərdin? - 'Sıfır' olmaq istərdim. Nə kimsəyə vurulum, nə də kimsədən bölünüm. Nə kimsənin üzərinə gəlinim. Nədə kimsədən çıxılım. Qoy 1 sənin yanında yazılım. (Tural İ)
| |  | |  |  | 18 İyul 2010 10:22 | Qeydiyyat: 19.02.2010 | Adı: -- | Ünvan: Türkiye | |  |  |  |  |
| | | #47 Şərhin müəllifi: NAVIKRE | | | | | 
| [b ]ALAH REHMET EYLESIN!!AMMA AZERBAYCAN UCUN VURUSMAQA DEYMEZ CUNKI, QIYMETI YOXDUR BU DOLETIN!!RAMIL SEFERIV KIMI OGULLARIMIZ HELEDE ZINDANDA EZIYYET CEKIR GORUN HEC YAXINA GEDENIMIZ VAR???? MUBARIZ IBRAHIMOV HEM UDDU HEM UDUZDU!! UDDU KI , DUSMENLERI MEHV ETDI,UDUZDU KI, AILESININ GOZUNU YASLI,OMURLERINI QEMLI ETTI....NE ISE BU DA BIR ALIN YAZIZIDIR!! ALLAH REHMET EYLESIN...[/b]  | |  | |  |  | 18 İyul 2010 09:49 | Qeydiyyat: 1.07.2010 | Adı: Roman | Ünvan: Baki | |  |  |  |  |
| | | #46 Şərhin müəllifi: hasanov.anar | | | | | 
| Inshallah yeri cennet olar! | |  | |  |  | 18 İyul 2010 09:49 | Qeydiyyat: 25.03.2007 | Adı: Anar | Ünvan: baki | |  |  |  |  |
| | | #45 Şərhin müəllifi: zaur16 | | | | | 
| Allah rehmet elasin!
--------------------
Uvo ay ni. | |  | |  |  | 18 İyul 2010 06:31 | Qeydiyyat: 22.08.2007 | Adı: ....... | Ünvan: uzaqlar | |  |  |  |  |
| | | #44 Şərhin müəllifi: behruzS | | | | | 
| [b][/b]sevinirem ki, MEte xanin neveleri, Atillanin neveleri hele de var......bu ne igidlik, gozlerim yashardi....bu xeberi Amerkada oxudum artiq yanimdaki butun hamiya dedim.....qoy gorsunler Turkun gucun......Allah rehmet etsin.........Veten sene canimiz qurban......Men uzulmurem Sadece fexr edirem.......sadece fexr..........Allah bize de o zirveni reva gormesin InshaAllah.......... | |  | |  |  | 18 İyul 2010 03:02 | Qeydiyyat: 16.06.2008 | Adı: Bəhruz | Ünvan: sumqayıt | |  |  |  |  |
| | | #43 Şərhin müəllifi: Eleqant | | | | | 
|
--------------------
Ничто так не обманывает нас, как наше мнение...
| |  | |  |  | 18 İyul 2010 02:20 | Qeydiyyat: 20.08.2008 | Adı: - | Ünvan: -- | |  |  |  |  |
| | | #42 Şərhin müəllifi: _REQANA_ | | | | | 
| Sitat: NaNi416 Adin kimi mubariz oldun.Yerin cennetlik olsun.ALLAH REHMET ELESIN. Amin,amin... Allah rəhmət etsin,başqa sözə məncə gərək yoxdur. Ailə üçün böyük dərddir.
--------------------
Biz arzu ediləndən ən çox arzu etməyə aşiqik! | |  | |  |  | 18 İyul 2010 02:19 | Qeydiyyat: 5.09.2008 | Adı: _REQANA_ | Ünvan: ölkəm-AZƏRBAYCAN,paytaxtım-BAKI... | |  |  |  |  |
| | | #41 Şərhin müəllifi: Liebe und Hass | | | | | 
| bizden remet dilemek qalir Allah rehmet elesin qebri nurla dolsun yeri cenetlikdi mubariz qardasmizin
--------------------
Yalnız susayanlar suyu axtarmaz... Su da susuzları axtarar. | |  | |  |  | 18 İyul 2010 02:16 | Qeydiyyat: 28.01.2010 | Adı: ....... | Ünvan: .... | |  |  |  |  |
| | | #40 Şərhin müəllifi: Owen | | | | | 
| Verməzlər də cəsədi. Onlarin anasına od vurub axi )) Halal olsun ona. Ama gərək tək getməyəydi. Bu cür cəsarət və bacarıq kicik dəstəylə müşaiyət olunsa idi bəlkə geriyə də qayıda bilərdilər. Təəssüflər. Allah rəhmət eləsin. | |  | |  |  | 18 İyul 2010 02:14 | Qeydiyyat: 29.08.2007 | Adı: Cavid | Ünvan: Yasamal | |  |  |  |  |
| | | #39 Şərhin müəllifi: -misunderstand- | | | | | 
| Allah Rehmet Elesin.Indi bele qehremanlar coxxx azdir. | |  | |  |  | 18 İyul 2010 02:02 | Qeydiyyat: -- | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #38 Şərhin müəllifi: NaNi416 | | | | | 
| Mubariz bizim komandirimizin yaxin dostu olub.Men bu xeberi ewidende Agdamda posta idim.Dediler Ter Ter terefde atiwma var.Ele hemin gundende ermeniler dayanmirdi.Deyesen qisas almaq isteyirdiler.Chunki Mubariz ermenilerin anasini agladib.Neche ermeni anasini gozu yawli qoyub.Bele ogullardan ibret goturmek lazimdi.Halal olsun.Adin kimi mubariz oldun.Yerin cennetlik olsun.ALLAH REHMET ELESIN.
Tewekkur Qul
--------------------
| |  | |  |  | 18 İyul 2010 01:19 | Qeydiyyat: 3.08.2008 | Adı: Alim | Ünvan: QARACHUXUR | |  |  |  |  |
| | | #37 Şərhin müəllifi: Financer_001 | | | | | 
| ALLAH rəhmət eləsin deməklə kifayətlənirik çox təəssüf ki... Şəhidin şəhidlik kimi uca zirvədə olması və gənclərə nümunə olması ya o şəhidin doğum ya da ölüm günündə xatırlanır... Qalan 363 gün heç nə olmamış kimi davam edirik... ALLAH o şəhidlərin timsalında bizim kimi ölülərə də rəhmət eləsin və ağıl versin bizlərə İNŞALLAH
--------------------
Yarada bildiklərimin ən gözəlini Mən yaradıram! Mən yaratdığımdan daha gözəlini isə ancaq ALLAH yarada bilər!!! Financer_001 | |  | |  |  | 18 İyul 2010 01:10 | Qeydiyyat: 24.04.2008 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| |
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
| |
|
|