» Daha sevgiyə inanmıram mən
  » 30.04.2009
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Dövlət idarələri mix.az ha ...
  » Mix.az-ın şərəf lövhəsi. ...
  » Ən gözəl zaman tuneli layih ...
  » Mix.aZ - 7 yaşın mübarək
  » 3 il keçdi...
  » Facebook-un yaradıcısı Mark ...
  » Onların cavabları-2ci hissə
  » Ən zövqlü mix.azlı layihə ...
  » Bu dəfə körpə mix.az-çıl ...
  » Mix.azlıların niklərinin m ...
  » Necə unudaq?
  » Mənim musiqi zövqüm - Aprel
  » Bu gün Qələbə günüdür
  » "Mix.az"-lıların Məktəb ...
  » Mix.az-ın qızları ) | Music ...
  » Natiq Ritm Qrupu - Eurovision ...
  » Anama yaxşı bax...ATA!
  » Mix.az userlərinin xarakteris ...
  » Mix.Az-lılar sehrli olsaydı ...
  » Mix.Az-lıların nik və avata ...
  » Mix.Az-ın Şirinələri
  » Bəzən...
  » Mix.az-lıların uşaqlıq dü ...
  » “Mix.az-lıların Uşaqlıq ...
  » "Space" Amaci məhkəməsin ...
  » Bu dəfə Müəllifin özünə ...
  » Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
  » Mixin 7 yaşı.....
  » Türklər Azərbaycan dilində ...
  » Mənim sənsiz romantikam
  » Sən axı qızsan!...
  » Qadın olmaq!
  » Top 10 Müəllif
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Mix.az-ın ən maraqlı xəbə ...
  » Bu O`dur?!
  » Mix.az qızları mixin 7 yaş ...
  » Sizə məsləhətim...
  » Peyğəmbərdən nurlu kəlaml ...
  » Peyğəmbərdən (s) nurlu kə ...
  » Əmi ilə xala:)
  » "Uzaq"
  » Azəri qızı Günel Bakıda f ...
  » Qızlarımızın Yay aksesuar ...
  » Uşaq vaxtı nələr etməmiş ...
  » Təsadüf
  » Mənim sənsiz romantikam
  » Anam haqlı imiş...
  » "Mix.az"-lıların Ana sevgi ...
  » Uşaqlar-uşaq evində və ail ...
  » 22 may 2012 ... Eurovision 1-c ...
  » "Buyuq da..."
  » ATV-nin ev fırıldağı
  » Ad günün mübarək, Mix.Az!
  » Qarabağ - Laçın
  » Life in Paper
  » Mix.az-ın qızları ) | Music ...

Mi Comentario
Xəbər sayı -61
PsikoOOo
Xəbər sayı -51
iKooo
Xəbər sayı -50
mix dominant
Xəbər sayı -29
Sensiz_Qocaldim
Xəbər sayı -26
Mir_Celal
Xəbər sayı -22
ayshan
Xəbər sayı -21
krolochilapka
Xəbər sayı -11
M.Seyidzadeh
Xəbər sayı -7
nuku
Xəbər sayı -6



12-17
18-21
22-27
27-33
33-40
40-50
50-90








 
 
ermənilər çaşıb.. Xəbərlər 
ermənilər çaşıb..

İrəvan hökuməti Azərbaycan tərəfində türk əsgərlərinin döyüşdüyü və həlak olan zabitimizin Mübariz olmadığını «isbat» etmək üçün xəbərlər yayır

Milli Qəhrəman Mübariz İbrahimovla bağlı məlumatlar səngimək bilmir. Bununla bağlı Azərbaycan tərəfindən deyilən fikirlərin böyük əksəriyyətinin qəhrəmanlıq nümunəsi göstərmiş zabitimizin şərəfinə söylənildiyi aşkardır. Amma Ermənistan tərəfi igid Azərbaycan zabitinin göstərdiyi qəhrəmanlıq qarşısında aciz qalıb. Çünki cəbhə xəttində iyunun 19-da baş vermiş silahlı toqquşmadan sonra erməni ictimaiyyəti artıq hökumətdən geniş açıqlama verilməsini tələb edirlər.

İrəvan hökuməti aciz qalıb

Mübariz İbrahimovun qəhrəmanlıq etməsindən sonra düşmənin 5 əsgərini itirməsi və daha 4-nün isə yaralanması Ermənistan ictimaiyyətində ciddi narazılıqlar yaratmağa başlayıb. Bunun ardından hərbi hissədə daha bir silahlı insidentin baş verməsi isə odun üzərinə benzin tökülməsi effekti yaradıb. Elə buna görədir ki, son günlər Ermənistan qəzetləri və QHT-lərinin bir qismi hökumətə müraciət edərək, iyunun 19-da baş vermiş hadisənin təfsilatı ilə bağlı məlumat vermələrini tələb edir.

Erməni mətbuatının yaydığı məlumatda deyilir ki, sözügedən hadisədən sonra cəmiyyət orduda baş verən olaylarla bağlı geniş məlumat almaq və hökumətdən bununla bağlı açıqlama verməyi tələb edirlər. Bir sıra yerli mətbuat orqanlarının məlumatlarında deyilir ki, əsas sual Azərbaycan zabitinin asanlıqla düşmənin arxasına keçərək, orada 5 əsgəri öldürməsi ilə bağlıdır. Mətbuatın yazdığına görə, ermənilər hakimiyyətlərindən bunun hansı şəkildə baş verdiyi, əsl həqiqətdə nə qədər əsgərin öldüyü, ordudakı durumun hansı şəkildə olduğuna dair suallara cavab verilməsini tələb edirlər. Lakin İrəvan hökuməti bunun üzərindən qaçaraq, diqqəti başqa səmtə yönəltməyə çalışır.

Təbii ki, İrəvan hökuməti baş verənlərin qarşısında aciz qalıb. Çünki indiyə qədər zəif göstərdiyi Azərbaycan ordusunun zabitlərindən təkcə birinin 5 erməni əsgərini öldürməsi və məsələdən ictimaiyyətin xəbər tutması, habelə ictimai müqavimətin bu şəkildə güclənməsinin qarşısında duruş gətirə biləcəyi təhlükələrlə müşahidə oluna bilər. Məhz bu səbəbdən də həmin narazılığı və təzyiqlərin qarşısını almaq üçün mümkün qədər Mübariz İbrahimov məsələsini gizlətməyə, əsl həqiqətləri üzə çıxarmaqdan qaçmağa və döyüşdə şəhid olmuş zabitmizin nəşinin geri verilməməsi üçün cəsədin onlarda olmadığını iddia etməkdədir. Amma bu da son deyil.

Ermənilərdən növbəti ağ yalan

İrəvan hakimiyyəti Mübariz İbrahimovun qəhrəmanlığından sonra nə edəcəyini bilmədiyindən elə bir yalana əl atıb ki, bu da qətiyyən inandırıcı deyil. Belə ki, erməni hakimiyyəti cəmiyyətin narazılığını yatırmaq məqsədi ilə özünə yaxın olan qəzetlərdə Azərbaycan ordusunun zəif göstərilməsi istiqamətində təbliğat işlərini gücləndirməyə başlayıb. Qısa zaman kəsiyində Azərbaycan ordusunun «zəif» olduğu və onların «heç nə bacarmadığı», hətta bir hücumdan sonra «Kürün o biri tayına qədər qaçacağı»na dair fikirlər səsləndirilir. Bir növ, İrəvan hakimiyyəti əhaliyə halva məsələsini yedirtməyə çalışır. Çünki başqa çıxış yolu yoxdur.

Ancaq Ermənistan tərəfinin ortaya atdığı növbəti bir yalan ondan ibarətdir ki, guya, döyüşən heç də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov olmayıb. Bu fikri bir qədər də genişləndirməyə çalışan ermənilərin iddiasına görə, hal-hazırda Türkiyə ordusunun əsgərləri münaqişə bölgəsində hərbi xidmətdədirlər və onlar vaxtaşırı işğal altındakı torpaqlarımıza keçərək, ermənilərə zərbə endirirlər. Bu azmış kimi, onu da iddia ediblər ki, məlum hadisələr zamanı döyüşdə şəhid olmuş zabitmimiz guya, Mübariz İbrahimov deyil, elə Türkiyə ordusunun xüsusi təyinatlı əsgəridir.

Hətta bununla bağlı belə bir məlumat da mövcuddur ki, ermənilər Mübarizin cəsədini özlərində saxlamaqla onun «şəxsiyyətini» müəyyənləşdirməyə çalışır. Bununla bağlı «ekspertiza» işləri aparıldığı və yaxın vaxtlarda Ermənistan Müdafiə Nazirliyinə «rəy» veriləcəyi də vurğulanır. Bunun arxasında dayanan başlıca məqsəd yaxın gələcəkdə Ermənistan ictimaiyyətini sakitləşdirmək və «inandırmaq» üçün döyüş bölgəsində həlak olmuş Azərbaycan zabitinin guya, türk ordusunun əsgəri olduğunu açıqlamaqdır.

İrəvan tərəfinin həyata keçirdiyi yalan kampaniyasında vurğulanır ki, illərdir Türkiyə ordusu Azərbaycana yardım edir və Ermənistan ordusu Azərbaycan ordusundan «güclü» olduğundan rəsmi Bakı belə bir addıma əl atıb. Eyni zamanda, yalan kampaniyasında o da iddia olunur ki, Azərbaycan ordusuna dəstək verən türk komandanları bu şəkildə ermənilərin gözünü qorxutmağa çalışırlar. «Ermənistan ordusu regionda ən güclüdür. Azərbaycan ordusu illərdir nə qədər çox pul xərcləsə də, döyüş hazırlığı səviyyəsinə görə, Ermənistan ordusuna gəlib çata bilmir. Bakı yalnız Türkiyədən aldığı hərbi dəstək sayəsində bəzi çətinliklərini aradan qaldırır. Etiraf etmək lazımdır ki, Ermənistanın Türkiyəyə bu məsələdə gücü çata bilməz. Ona görə də, cəbhə xəttində baş verən insidentlərin qarşısını almaqda çətinlik çəkilir. Çünki erməni ordusuna qarşı Azərbaycan deyil, türk ordusunun əsgərləri döyüşürlər» deyə «Aravot» qəzeti yazıb.

Ermənilər öz ordularını ələ salırlar

Ermənistan ordusunda baş verən hadisələrin artıq total şəkil aldığını görən ermənilər də bunu lətifələrə çevirməyə və məsxərə obyekti etməyə başlayıblar. Helsinki Assambleyasının Vanadzor Ofisinin rəhbəri Artur Sakuns deyib ki, Ermənistan hərbi rəhbərliyi ordudakı sistemli problemləri aradan qaldırmaq əvəzinə, bunu teatral şou şəklində təqdim edir.

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın son hadisələrdən sonra keçirdiyi kollegiyadakı davranışları və çıxışlarını sərt şəkildə tənqid edən Sakuns vurğulayıb ki, nazir nə etmək istədiyini özü də bilmir. «Müdafiə Nazirliyi problemlərin həlli ilə məşğul olmalıdır. Daha bunu şou şəklində cəmiyyətə təqdim etməyə çalışmamalıdır. Həmin kollegiyanın gedişatından da aydın görünürdü ki, Müdafiə Nazirliyində hərbi prokurorluqsuz məhkəmə sistemi qurulmuşdu. Tam əmin oldum ki, Ermənistanda orta əsrlərdəki kimi məhkəmə sistemləri və ittiham yanaşmaları hakimdir».

Ohanyanın hərəkətlərini təhlil edən ofis rəhbəri qeyd edib ki, nazir əsl həqiqətləri gizlətmək üçün bu şounu qurmalı olub. Onun sözlərinə görə, indiyə qədər Ermənistan ordusunda baş verən olaylarla bağlı heç bir rəsmi açıqlama verməyən Müdafiə Nazirliyi elə düşünüb ki, bununla vəziyyətdən çıxmağı bacaracaq. «Aydın məsələdir ki, kollegiyanın keçirilməsi sırf cəmiyyətin gözünə kül üfürmək məqsədi güdüb. Bu adamlar özlərini zabit kimi yox, biznesmen kimi aparırlar. Hərbçilərə isə hərbçi kimi deyil, işçiləri kimi yanaşırlar. Kollegiyanın vəzifəsi məsələni müzakirə edib, problemi aradan qaldırmaqdır. Daha kimlərisə cəzalandırmaq deyil. Amma Seyran Ohanyan özünü hakim kimi aparmaqda davam edir».

Təcili tədbirlər görülməsinin zəruri olduğunu deyən Sakuns orduda kifayət qədər problemlərin olduğunu və bunların çoxunun gizlədildiyini açıqlayıb. «Araşdırmaq lazımdır ki, Müdafiə Nazirliyində çalışan şəxslərin hamısı gündə nə qədər iş araşdırırlar. Məndə olan məlumatlara görə, həmin yüksək çinli hərbçilərin hamısı öz biznesləri ilə daha çox məşğul olurlar, nəinki ordunun problemləriylə. Əlimdə onlarla bağlı dəqiq məlumat var ki, hansı zabit hansı bizneslə məşğul olur».

Ermənistan ordusunda təkcə bu ilin ilk altı ayı ərzində qeyri-döyüş şəraitində ölən erməni əsgərlərinin sayının 42 nəfər olduğunu da bəyan edən ofis rəhbəri bunun həddindən artıq böyük bir rəqəm olduğunu söyləyib. «Bəzi hadisələri məqsədli şəkildə gizlədiblər. İstəyiblər ki, cəmiyyət məsələdən xəbər tutmasın və iş də bu şəkildə ört-basdır olunsun. Amma indi bütün işlərin üstü açılıb. Çünki qısa müddətdə 7 əsgər öldürülüb. Özü də döyüş bölgəsindən xeyli uzaqda. Buna görə də, ciddi bir rezonans baş qaldırıb və bunun qarşısında duruş gətirə bilmədiklərindən kimlərisə işdən çıxarmaqla, cəmiyyətin narazılığının qarşısını ala biləcəklərini düşünürlər».

Bic erməni ancaq gic şeylər haqqında düşünə bilər

Həqiqətən də ermənilərin axmaq olduğunu isbat etməyə gərək yoxdur. Ən azından ağlı başında olan bir millət heç bir vaxt yüz faiz dəqiq olan bir şeyə bu cür don geyindirmək üçün çalışmaz. Axı, döyüşdə həlak olmuş Azərbaycan zabitinin kimliyi, atası, anası bəllidirsə, daha nəyi araşdırmaq lazımdır?

Təbii ki, ermənilərin belə bir addım atmasını «normal» qarşılamağa dəyər. Ona görə ki, ermənilərin analarınin kimliyi bəlli olsa da, atalarının kimliyi məsələsi həmişə şübhə altında olub. Bunu isbat etmək üçün nə böyük kəşflərə gərək var, nə də əlavə faktlara. Hər şey göz qabağındadır. Hər halda Haykanuşların dünyada nələrə «qadir» olduğunu tarix də, bu gün də təsdiqləyir.

Ancaq elə zənn etməsinlər ki, Azərbaycan xalqı da onların əxlaqında ola bilər. Ona görə ki, ermənilərdən fərqli olaraq, bizdə hər kəsin atası da bəllidir, anası da. Elə buna görədir ki, bir Mübariz 10 ermənini təkbaşına məhv edərək, qəhrəmanlıq göstərməyi bacarır.

Fikrət Fəraməzoğlu



 
 
#43 Şərhin müəllifi: Moonlight
 


beynimizi basimizi xarab etdi dee bu koku kesilmislerr nn27 nn30 nn30 nn30 nn30 nn30 gun gun gun gun
Kamil Xəbər ucun cooox sag olun

 
 
#42 Şərhin müəllifi: llakcuf
 


Ureyim_Seninle,
men gorduyumu deyirem.eyer sen bu milletin ne gunde oldugun gormursense onda korsan.gorub xoshlanirsansa onda ermeniperestsen.men ise deyirem ki hami bele olmasin.hech olmasa vicdanli adamlar netice chixarsin.
galdi ki aileye sen oz ailennen danish ve sesini kes bashgalarinin ailesine garishma.

p.s.bizlerde eclafa eclaf deyilir,yaltaga da yaltag.
daha hech ne demeyecem.sadece netice chixart.
sozlerim vicdanli insanlara aid deyil.

 
 
#41 Şərhin müəllifi: hayalet
 


Bu törəmələrdən hər pis iş gözləmək olar yer üzündə ən vəhşi məxluqatdılar.

 
 
#40 Şərhin müəllifi: _ViRuS_BoY_
 


adamin yazigi gelire bu ermenilere.. bedbext bendeler.. )))

 
 
#39 Şərhin müəllifi: SaGoLeRa
 


Söz tapmıram..

 
 
#38 Şərhin müəllifi: As_feniks
 


dunyada ermeniler ve yehudiler kimi yaltaq, satqin, coxuzlu millet cetin tapila...

dunyada ermeniler ve yehudiler kimi yaltaq, satqin, coxuzlu millet cetin tapila...

 
 
#37 Şərhin müəllifi: _SKARPIONA_
 


...

 
 
#36 Şərhin müəllifi: selashka
 


Təbii ki, ermənilərin belə bir addım atmasını «normal» qarşılamağa dəyər. Ona görə ki, ermənilərin analarınin kimliyi bəlli olsa da, atalarının kimliyi məsələsi həmişə şübhə altında olub. Bunu isbat etmək üçün nə böyük kəşflərə gərək var, nə də əlavə faktlara. Hər şey göz qabağındadır. Hər halda Haykanuşların dünyada nələrə «qadir» olduğunu tarix də, bu gün də təsdiqləyir.

Ancaq elə zənn etməsinlər ki, Azərbaycan xalqı da onların əxlaqında ola bilər. Ona görə ki, ermənilərdən fərqli olaraq, bizdə hər kəsin atası da bəllidir, anası da. Elə buna görədir ki, bir Mübariz 10 ermənini təkbaşına məhv edərək, qəhrəmanlıq göstərməyi bacarır.


 
 
#35 Şərhin müəllifi: Ureyim_Seninle
 


llakcuf,

chashma... qinindan chixib qinini beyenmiyen bax senin kimi arsizlara deyilir ki, gor sosial saytda ne yazmsian sen. o yaltaqdan biridesenin aan, bacin atan qardashindi bele chixir?onlarda Azerbaycanli deyil meger? insan bir soz yazanda baxar ki, ne yazir. hemin yazinin altinda hansi mena durur. sen ozun oz aileni neslini tehqir etmish olursan... yaltaqmish.. meneviyyatin olsa bele yazmazsan ermeniperest... hirs

 
 
#34 Şərhin müəllifi: 10-suz
 


Yaltaq milletden artiq ne gozleye bilerik
Artiq onlarda geriye cekilirler ireliye addim ata bilmirler
Vicdansizlar




◄(¯`´•.¸(¯`´•.¸ ____★ WwW.MiX.aZ ★____ ¸.•´´¯)¸.•´´¯)►
◄(¯`´•.¸(¯`´•.¸ ____★ WwW.MiX.aZ ★____ ¸.•´´¯)¸.•´´¯)►
◄(¯`´•.¸(¯`´•.¸ ____★ WwW.MiX.aZ ★____ ¸.•´´¯)¸.•´´¯)►

 
 
#33 Şərhin müəllifi: KARABAX NASH
 


BAWA DUWMEDIM MEN,, ERMENI NIYE CANFEWANLIQALA ESGERIMIZIN SUBUT ETMEYE CALIWIR KI? SEN ESGERIN CESEDIN VER BIZ OZUMUZ AYDINLAWDIRARIQ TURDKU, YOXSA AZERIDI, O KI QALDI TURK ESGERININ BIZIM ORDU DA DOYUWMEYINE..... ONDA NEYE GORE SIZIN ORDUDA RUSLAR QULLUQ EDIR ELE BIZIM TORPAQLARIMIZIDA , XOCALIDA TOREILEN SOYQRIMLARIDA, 20 YANVARIDA BUTUN HAMISINI RUSLARIN ELI ILE ETMISIZ BES NIYE? ALCAX DIGALA.... ONDA O MUBARIZ DEYILSE , BES BIZIM MUBARIZIN CESEDI HANI??????????????

 
 
#32 Şərhin müəllifi: hersey_sensiz
 


Təbii ki, ermənilərin belə bir addım atmasını «normal» qarşılamağa dəyər. Ona görə ki, ermənilərin analarınin kimliyi bəlli olsa da, atalarının kimliyi məsələsi həmişə şübhə altında olub. _define007 ellerine sagliq... nn28

 
 
#31 Şərhin müəllifi: llakcuf
 


ermeni axmagdi.bes azerbaycanlilar nedi?

dunyanin en yaltag milleti.bu yaltag millet uchun bir gun de vurushmaram.

 
 
#30 Şərhin müəllifi: music_is_my_life
 


ana sehifede yazildigi kimi:Bic erməni ancaq gic şeylər haqqında düşünə bilər...

 
 
#29 Şərhin müəllifi: Eleqant
 


Sitat: Beqi
Beqi

meni hech kimle sehv salma.Çalış diggətli ol! Şərhə gəldikdə isə sənin şərhlərini oxumaq mənim üçün daha vacibdir.


--------------------

 
 
#28 Şərhin müəllifi: Beqi
 


Sitat: Eleqant
hər belə mövzularda mən sənin şərhində əsəbləşirəm.

deməli bizim baxılarımız fərqlidir..siz də mənim şərhimi oxumayın ki əsəbləşməyəsiniz..bizim evdə İ.Ə haqda kitab var istəsəniz verim onu oxuyum..psixoloji kontulyasiya kimi 1 şey olar sizin 3ün..

daha bəsdirin..elə ağzını açanlara qapı göstərirsinzi deyə bu ölkədə hamı qaçır..mən Vətənim 3ün darıxacam hə,ama məni burdan göndərən millətim 3ün darıxacam mı onu bilmirəm..
Bu qədər!


--------------------

 
 
#27 Şərhin müəllifi: denizim
 


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.


--------------------

 
 
#26 Şərhin müəllifi: Beqi
 


Sitat: ayshan
Mehi haqlisan bu movzuda,seninle raziyam ama artiq werh yazma


yox onsuz da Mübarizin ruhu hörmətinə bu söhbəti uzatmayacaqdım..dediyimi dedim və deyəcəm onsuz..aylıq maaş 100 manat təqaüd də 60 yaşdan sonra..dövlət bu millətin kəfən pulu 3ün işləyir yaşaması 3ün yox!

Sitat: Shevchenko_Ali
erməni heç nə etmədən burda belə bizi bizə qarşı edir!!!

vse Ali mən çıxdım:)


--------------------

 
 
#25 Şərhin müəllifi: emerald
 


offffffffffffff

 
 
#24 Şərhin müəllifi: denizim
 


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.


--------------------

 
 
#23 Şərhin müəllifi: Eleqant
 


Sitat: Beqi
Mən Azərbaycanı heç zaman pisləməmişəm..mən Vətənimi sevirəm..indi kiminsə marağına kreslo var deyə dövlətə şirinlik edirsə bu onun problemidir mənim yox

sən axı nə istəyirsən? hər belə mövzularda mən sənin şərhində əsəbləşirəm.Hətta keçən səfərdə dedilər xoşu olmayan sevməyən xoş getdi.
Gedin gəzin dünya səyahəti edin. Sonda Azərbaycanım deyib qayıdacaqsız.


--------------------

 
 
#22 Şərhin müəllifi: Shevchenko_Ali
 


erməni heç nə etmədən burda belə bizi bizə qarşı edir!!! fellow


--------------------

 
 
#21 Şərhin müəllifi: ayshan
 


Beqi,

Mehi haqlisan bu movzuda,seninle raziyam ama artiq werh yazma smile


--------------------

 
 
#20 Şərhin müəllifi: Trilli Villi
 


Bic erməni ancaq gic şeylər haqqında düşünə bilər

 
 
#19 Şərhin müəllifi: Beqi
 


Sitat: Eleqant
o qız həmişə Azərbaycanı pisləyir sən ona baş qoşma.

Mən Azərbaycanı heç zaman pisləməmişəm..mən Vətənimi sevirəm..indi kiminsə marağına kreslo var deyə dövlətə şirinlik edirsə bu onun problemidir mənim yox!


--------------------

 
 
#18 Şərhin müəllifi: MilanaliM
 


tewekkurler xebere gore

Sitat: AMERICANA
BU GUN MUBARIZ HAQQINDA XEZER TVNIN CHEKDIYI FILME BAXDIM

gormemiwem netde tapan olsa bu filmi linkin mene verersiz zehmet olmasa

 
 
#17 Şərhin müəllifi: denizim
 


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.


--------------------

 
 
#16 Şərhin müəllifi: Beqi
 


Həqiqətən də ermənilərin axmaq olduğunu isbat etməyə gərək yoxdur

ilk səhvimiz düşməni bu qədər ucuz tutmaqdır..onlar axmaq deyillər..onlar çox yaxşı siyasətcildirlər..axmaq olan başqa torpağın 20 faizini işğala almaz..deyək ki bu Rusiyadır onlar əl altı deməli əl altı ola ola da da dünyaya ermənistan deyə 1 övlət tanıdıblar..deməli onlar axmaq deyillər


--------------------

 
 
#15 Şərhin müəllifi: Eleqant
 


Sitat: Beqi
onlar heç olmasa çaşırlar bəs biz nə edirik?

Biz artıq etmişik.

Sitat: denizim
Beqi,
Elə heeeeyy danışırıq ... danışırıq ... DANIŞIRIQ !!!

o qız həmişə Azərbaycanı pisləyir sən ona baş qoşma.


--------------------

 
 
#14 Şərhin müəllifi: Bobo55
 


Azərbaycan ordusunun zəif göstərilməsi istiqamətində təbliğat işlərini gücləndirməyə başlayıb. Qısa zaman kəsiyində Azərbaycan ordusunun «zəif» olduğu və onların «heç nə bacarmadığı», hətta bir hücumdan sonra «Kürün o biri tayına qədər qaçacağı»na dair fikirlər səsləndirilir. - Ona görə 4əsgərlərini itirib 5- i yaralıdı ??? erməni erməniliyini bildirir...

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!