» Daha sevgiyə inanmıram mən
  » 30.04.2009
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Dövlət idarələri mix.az ha ...
  » Mix.az-ın şərəf lövhəsi. ...
  » Ən gözəl zaman tuneli layih ...
  » Mix.aZ - 7 yaşın mübarək
  » 3 il keçdi...
  » Facebook-un yaradıcısı Mark ...
  » Onların cavabları-2ci hissə
  » Ən zövqlü mix.azlı layihə ...
  » Bu dəfə körpə mix.az-çıl ...
  » Mix.azlıların niklərinin m ...
  » Necə unudaq?
  » Mənim musiqi zövqüm - Aprel
  » Bu gün Qələbə günüdür
  » "Mix.az"-lıların Məktəb ...
  » Mix.az-ın qızları ) | Music ...
  » Natiq Ritm Qrupu - Eurovision ...
  » Anama yaxşı bax...ATA!
  » Mix.az userlərinin xarakteris ...
  » Mix.Az-lılar sehrli olsaydı ...
  » Mix.Az-lıların nik və avata ...
  » Mix.Az-ın Şirinələri
  » Bəzən...
  » Mix.az-lıların uşaqlıq dü ...
  » “Mix.az-lıların Uşaqlıq ...
  » "Space" Amaci məhkəməsin ...
  » Bu dəfə Müəllifin özünə ...
  » Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
  » Mixin 7 yaşı.....
  » Türklər Azərbaycan dilində ...
  » Mənim sənsiz romantikam
  » Sən axı qızsan!...
  » Qadın olmaq!
  » Top 10 Müəllif
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Mix.az-ın ən maraqlı xəbə ...
  » Bu O`dur?!
  » Mix.az qızları mixin 7 yaş ...
  » Sizə məsləhətim...
  » Peyğəmbərdən nurlu kəlaml ...
  » Peyğəmbərdən (s) nurlu kə ...
  » Əmi ilə xala:)
  » "Uzaq"
  » Azəri qızı Günel Bakıda f ...
  » Qızlarımızın Yay aksesuar ...
  » Uşaq vaxtı nələr etməmiş ...
  » Təsadüf
  » Mənim sənsiz romantikam
  » Anam haqlı imiş...
  » "Mix.az"-lıların Ana sevgi ...
  » Uşaqlar-uşaq evində və ail ...
  » 22 may 2012 ... Eurovision 1-c ...
  » "Buyuq da..."
  » ATV-nin ev fırıldağı
  » Ad günün mübarək, Mix.Az!
  » Qarabağ - Laçın
  » Life in Paper
  » Mix.az-ın qızları ) | Music ...

Mi Comentario
Xəbər sayı -61
PsikoOOo
Xəbər sayı -51
iKooo
Xəbər sayı -50
mix dominant
Xəbər sayı -29
Sensiz_Qocaldim
Xəbər sayı -26
Mir_Celal
Xəbər sayı -22
ayshan
Xəbər sayı -21
krolochilapka
Xəbər sayı -11
M.Seyidzadeh
Xəbər sayı -7
nuku
Xəbər sayı -6



Kurtlar Vadisi Pusu
Bir Kadın Tanıdım
Behzat Ç.
İffet
Papatyam
Akasya durağı
Ay tutulması
Sihirli Annem
Arka Sokaklar
Bir Çocuk Sevdim
Fatmagül'ün Suçu Ne?
Kanıt
Kuzey Güney
Öyle Bir Geçer Zaman ki
Umutsuz Ev Kadınları
Muhteşem Yüzyıl
Adını Feriha Koydum
Yahşi cazibe
Çocuklar Duymasın
Hayat devam ediyor
Lale Devri
Yer Gök Aşk








 
 
Mübariz İbrahimov Xəbərlər 

Mübariz İbrahimov

Mübariz İbrahimov

Mübariz İbrahimov

Mübariz İbrahimov



Mübariz İbrahimov Ağakərim oğlu- 1988 ci il fevralın 7 de Biləsuvar rayonu Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib.Elə həmin il hərbi xidmətə cağrılıb.Xidmətinə (DQ) Daxili Qoşunların N say...lı hərbi hissəsinin (XTB) Xüsusi Təyinatlı Bölüyündə başlamışdır.Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir.Bir müddət mülki işlərdə işlədikən sonra 2008 ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb.Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb.Bu dəfə artı Gizir kimi çalışmağa başlayıb.Cox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsib olmayıb.Nəhayət 2010 cu ilin aprel ayindan Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayir.Çox çəkmir ki,uzun müddət düşündüyü,arzusunda olduğu ŞƏHİDLİK planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır.Nəhayət ömrünün ən gənc cağında 22 yaşında (1988-2010) 19 iyun 2010-cu il tarixində gece saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır.22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağla sığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir.Sonra isə düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşur.Düşmən ağır itkilərə məruz qalsa da nəhayət ki, səhər saatlarında canını bu bəladan qurtara bilir.İgid vətən oglu 19 iyun 2010-cu il tarixində qəhrəmancasına həlak olur.Özünün də dediyi kimi VƏTƏN SAG OLSUN ! Allah rəhmət eləsin,qəbri nurla dolsun,yeri cənnətlik olsun....amin

Atasının sözlərindən

Bu sözlər cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun valideynlərinə ölümündən bir gün qabaq yazdığı məktubdandır.

Şəhidin atası Ağakərim kişi bu məktubu əzbərləyib, bizimlə söhbəti zamanı məktubda yazılanları olduğu kimi deyir...

Şəhid Mübariz İbrahimovun haqqında daha çox öyrənmək üçün Biləsuvara gedirəm. Mübarizi doğulub boya-başa çatdığı Biləsuvar rayonunda hamı tanıyır. Elə yolda, taksi ilə gedərkən maşında hamı onun cəsarətindən və ürəkli bir insan olduğundan danışırdı. Yolda dedilər ki, Mübarizin atasının evi Biləsuvar rayonunun Əliabad kəndindədir. Kəndin girəcəyində yerləşən orta məktəbin yanında bir ev var. Evin həyətində Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Kənddə yaşayanlar bu evin Ağakərim İbrahimovun olduğunu deyirlər. Evə yaxınlaşıram...

Həyətin darvazaları açıqdır; çoxlu stol-stul düzülüb. Bir küncdə bir neçə nəfər əyləşib. Sakit və qəmgin insanlardan ikisi şəhid Mübariz İbrahimovun qardaşlarıdır. Onun dostları da burada idi. Bizi qarşılayan Mübarizin qardaşı atasının namazda olduğunu deyir. Bir neçə dəqiqə sonra namazını qurtaran şəhidin atası da gəlir. Ağakərim kişinin gözlərindən ələm yağır. Amma bu kədərin arxasından bir təmkin və qürur da boylanır...

Mübarizin uşaqlığından danışan ata onun vətənə bağlı bir gənc olduğunu deyir: “1994-cü ildə Mübariz birinci sinfə gedib. Məktəbdə əlifba bayramı keçirilirdi. Mən özüm toylarda və şənliklərdə oynayan insan deyiləm. O, əsgər mahnısı çaldıraraq təkid etdi ki, mən də onunla oynayım. Əslində bu hadisə mənim yadımda elə də qalmamışdı. Bu yaxınlarda onun müəllimləri mənə danışdı. Hər bir vəchlə vətən bayrağını ucalığa qaldırmağı düşünürdü. Namaz qılardı. Çox tərbiyəli idi. Ən acığı gələn şey yalan və rüşvət idi. Rüşvət alıb-verən insanlara pis baxardı. İki yol seçmişdi. Deyirdi ya hərbçi olacaq, ya da idmançı. Onun daxilindəki vətən, torpaq sevgisi çox böyük idi. Bu sevgiyə qapanmışdı”.

Şəhid atası qəhrəman oğlunun şəkillərini göstərir. Onun haqqında titrək səslə danışır. Mübarizin qardaşı həyətdəki bir stulu göstərir. Orada Qarabağ sözü yazılıb. Köhnə və itmək üzrə olan cizgilərlə yazılmış yazının Mübarizə məxsus olduğunu deyirlər. Qardaşı da ondan danışır. Deyir ki, Mübariz həmişə üstündə Azərbaycan sözü yazılmış, bayrağı həkk olunmuş paltarlar geyərmiş. Dostları da onun uşaqlığından danışır, Mübarizin mərd bir insan olduğunu deyirlər.

Mübarizin atası oğlunun gələcək haqqında danışdığı sözləri xatırlayır: “Hərdən ”Zalımın düşməni, məzlumun dostuyam", “Ata, fəxr et ki, sənin manqal ürəkli oğlun var” kimi sözlər deyərdi. Hərbi hissədə də hamı ondan razılıq edirdi. Komandiri ondan tərif dolu məktublar yazardı. Oğlum bir dəfə dedi ki, gizir olmaq istəyirəm. Dedim, Daxili Qoşunlarda qalardın, şəhərin içidir, sənə rahat olar. Dedi ki, mən paytaxtda qalsam, millətimə qarşı çıxmayacağam. Birdən aksiya və mitinqlər zamanı insanları dağıtmaq üçün göstəriş verə bilərlər. “Mən öz millətimin insanlarına əl qaldıra bilmərəm”, - deyirdi. Artıq məni də özünə uyğunlaşdırmışdı. Ora da gedəndən sonra belə oldu. Hətta bir dəfə əsgərləri döyən bir yüksək rütbəli şəxsə etiraz edib. Əsgərləri söydüyünə görə onunla dava da edib. O, əsgər yoldaşlarını müdafiə edər, onları çox istəyərdi".

Ağakərim kişi o məşum xəbəri necə aldığından da danışdı. Nə qədər ağır olsa da: “Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da məktubunu tapmışdılar. Danışanda da deyirəm ki, o, mənə qalib gəldi, arzusuna çatdı.

Hadisədən bir gün qabaq bizə zəng vurmuşdu. Demə, ayın 17-də bunu edəcəkmiş. Sadəcə həmin gün kağız tapa bilməyib. Daha sonra gecə saat 11-də telefonla mənə zəng vurdu. Nəsə demək istəyirdi, amma hiss edirdim ki, deyə bilmir. Soruşdum xəstələnməyibsən ki. Özünü toplayıb dedi, heç bir şey yoxdur, narahat olmayın. Səhəri günü isə kağızı tapıb və bu məktubu yazıb. Hətta bir əsgər bunun arxasınca gəlirmiş. Hara getdiyini soruşurmuş. O da əsgərin üstünə qışqıraraq, “qayıt, dala, sənlik deyil”, deyib. Həmin hərbi hissədə də olmuşam. Hamı Mübarizdən danışır. İrəliyə də getdim. Həmin tərəflərə baxdım. Amma..."

Şəhid atası bunu deyir və gözləri dolur. Danışmağa çətinlik çəkir. Qardaşı isə Mübarizin sözlərindən sitat gətirir. Deyir ki, Mübariz “mən evlənməyəcəm, mənim yolum başqadır”, kimi sözlər deyərmiş.



Şəhidin ata yurdunu tərk edib rayon mərkəzinə qayıdıram. Burada hər yerdə şəhid gizirimiz Mübariz İbrahimovun şəkillərinə rast gəlirəm. Hamı onun şəklini market və bazarlara, çayxanalara, evlərin divarlarına, küçələrə, maşınların şüşələrinə vurub. Hamı onun qəhrəmanlığından danışır.

Dünən isə 10-15 yaşlı uşaqlar paltarlarının sinəsinə Mübarizin şəkilini vuraraq rayonda yürüş keçiriblər. Hamı onun cəsədinin erməni əsgərlərinin əlində qalmağından narahatdır. Elə onun ailəsi də.

Beləcə, Biləsuvardan qayıdırıq. Yolda bir uşaqla rastlaşıram. O da Mübarizin şəkilini sinəsinə vurub. Bu uşaq deyir ki, “mən də Mübariz kimi olacam, düşmənləri öldürəcəm”.
Hamı qəhrəman Mübarizdən danışır. Bu igidə dövlətimiz milli qəhrəman adı verməlidir - o, əsil milli qəhrəman kimi savaşıb, bir neçə düşməni öldürüb, geri çəkilməyib və vuruşa-vuruşa da şəhid olub.

Onu unutmayaq. Yeri behişt olsun. Vətən sağ olsun...


Nazirliyi mətbuat xidmətinin yaydığı riyakar bir bəyanatı həmin ölkənin bütün informasiya agentliklərində, mətbuat vasitələrində geniş yer almaqdadır: “İddia olunur ki, guya Azərbaycan öz Ordusunun giziri Mübariz İbrahimovun cəsədinin qaytarılması üçün Ermənistana rəsmi müraciət etməyib. Erməni xislətinə yaxından bələd olduğuma görə buna qətiyyən təəccüb etmədim. Çünki göz-gözə durub hər şeyi dana bilmək bacarığı mənəvi norma kimi onlar ücün adi bir şeydir. Halbuki gizir Mübariz İbrahimovun meyitinin qaytarılması ücün Azərbaycanın mövqeyi və tələbi beynəlxalq təşkilatlar vasitəsi ilə Ermənistana dəfələrlə çatdırılıb. Buna baxmayaraq, onlar bütün humanitar və adi insanlıq normalarının üzərindən acıq-aşkar xətt çəkərək qəddar qisasçılıq yolunu seciblər.


anspress



 
 
#96 Şərhin müəllifi: WUgirl
 


Neçə gündür özümü saxlayıram bu xəbərlərə baxmaqdan.Bu gün TV-də xəbərlərdə də baxdım artıq dözmədim..Xoşbəxt insandır şəhidlik zirvəsinə ucalıb Cənnətə qovuşacaq.Kaş mənə də qismət olardı şəhid olmaq.Gözün aydın olsun VƏTƏN!

 
 
#95 Şərhin müəllifi: ladybrake
 


Demeli helede onun meyidi dushmenlerdedir..Biz nece milletik? bizim ucun vurusur, canini qurban verir.. biz buna deymirik vallah deymirik..
Yaxshiki bele igid oglanlarimiz helede var.. Yoxsa sheherde en murdar ishlerle meshgul olan bezi uzdenirag kisiler kimi..
Allah rehmet elesin..Qebru nurla dolsun...

 
 
#94 Şərhin müəllifi: xenon_046
 


her kese salam BU MER OGLAN ONU GOSTERDI KI AZERBAYCAN AYIL HER AN HER KES BU EDE BILER TEKCE MEN DEYIL ALLAH REHMET ELESIN RUHU SHAD OLSUN

 
 
#93 Şərhin müəllifi: Krofdor
 


Allah Rehmet elesin Mekani Cennet olsun! Fexr edirik bele Esger ve zabitlerle!

 
 
#92 Şərhin müəllifi: Roycons
 


Bele igidlerimize eshq olsun fexr elemeli igidlerimiz dafa chox olmalıdı

 
 
#91 Şərhin müəllifi: turalinfo
 


ALLAH RƏHMƏT ETSİN . SƏNİNLƏ QÜRUR DUYURUQ .

 
 
#90 Şərhin müəllifi: yubuw
 


ALLAH WEHIDLIYI MENEDE NESIB ELESIN AMMA YAZDIGIVIZDA NEHAYETKI NEDI BILMIREM LAZIMSIZ YERDE IWDETMISIZ

 
 
#89 Şərhin müəllifi: nurlan615
 


əla əsil Azərbaycan əsgəri...........................

 
 
#88 Şərhin müəllifi: Yerazcik
 


Allah Rehmet Elesin Ruhu Wad Mekani Cennet Olsun Inwallah Amin

 
 
#87 Şərhin müəllifi: Sessiz-Semirsiz
 


Alllah sene Rehmet elesin Qardash.

 
 
#86 Şərhin müəllifi: vazeh
 


Allah-Teala Mubariz qardashimiza qeni-qeni rehmet elesin mekani cennet olsun Amin! İnshaalh ki Veten ugrunda tezlikle savash bashlayar ve birler de bu Veten ugrunda qan tokub can alib can vererik İnshallah bir daha Allah-Tealadan Mubarize rehmet dileyirem

 
 
#85 Şərhin müəllifi: Jina
 


can

 
 
#84 Şərhin müəllifi: yasak ask
 


oxudum tiklerim biz biz oldu. niye bizim bele qeyretli ogullarimiz helak olur? heyf bele ogullara. Allah rehmet etsin. Yeri cennetlik olsun. BU CUR OGULLARI UNUTMAQ OLAR!!!Anasina atasina sebr.

 
 
#83 Şərhin müəllifi: PRAQMATIK
 


Sitat: Aze_girl
Yazılanların hamısını oxudum. Allah rəhmət eləsin. Çox təssüf ki, igid oğulları itiririk. Onları sayı getdikcə azalır. Kaş bütün Azərbaycan oğurlları bu qədər cəsarətli, qorxmaz olsalar...



--------------------

 
 
#82 Şərhin müəllifi: AHMADJV
 


allah rehmet elesin ama shehidler olmurler onlara olu demek bele gunahdir heqiqeten adam bele ogullar ucun azerbaycanda yasadigina gore sheref hissi duyur.ALLAH AILESINE KOMEK OLSUN

 
 
#81 Şərhin müəllifi: elish988
 


Allah senden ve ailenden razi olsun qardash....

 
 
#80 Şərhin müəllifi: Aze_girl
 


Yazılanların hamısını oxudum. Allah rəhmət eləsin. Çox təssüf ki, igid oğulları itiririk. Onları sayı getdikcə azalır. Kaş bütün Azərbaycan oğurlları bu qədər cəsarətli, qorxmaz olsalar...

 
 
#79 Şərhin müəllifi: Elgin
 


esq olsun bele igidlere..Inaniram ki bele igidler coxdu Azerbaycanda..Allah rehmet elesin

 
 
#78 Şərhin müəllifi: elka.1984
 


allah rehmet etsin

 
 
#77 Şərhin müəllifi: Dr.Genetik
 


ALLAH rəhmət etsin.


--------------------

 
 
#76 Şərhin müəllifi: tontiw
 


Allah Rehmet elesin

 
 
#75 Şərhin müəllifi: rude_ girl
 


allah rehmet etsin..esil qehreman.milli qehreman adi verilmelidi

 
 
#74 Şərhin müəllifi: Eleqant
 


Sitat: denizim
Səsim qəbul olunmadı, çünki dünən səs vermişdim.



--------------------

 
 
#73 Şərhin müəllifi: TELEBE QIZ
 


ALLAH REHMET ELESIN sad

 
 
#72 Şərhin müəllifi: ___Realist___
 


Bozqurd,

El qatmisan e ozuve))

 
 
#71 Şərhin müəllifi: Hero_Aze
 


menim serhimi kim sildi? kim sildise menle elaqe saxlasin MSN: oxrannik_varot_ada@hotmail.com

 
 
#70 Şərhin müəllifi: denizim
 


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.


--------------------

 
 
#69 Şərhin müəllifi: Whatever Happens
 


Sadəcə hayıf...
Allah rəhmət eləsin...


--------------------

 
 
#68 Şərhin müəllifi: reservoir engineer
 


Half_spirit,

Allah razi olsun sizden

 
 
#67 Şərhin müəllifi: GLAMOROUS
 


goresen onu Ramin Seferov kimi unudaciyiq?ehh bize yaxwiliq hech yarawmir.goren niye bele milletik.biri yad olkede zindandadir hech yada salan yoxdur.imkanim olsaydi Ramini Azerbaycanan getirmek uchun elimden geleni ederdim.guya shehid oldu da noldu torpaqlarimiz qayitdi.beleleri esrler kechse de unudulmamalidir amma biz unuduruq!

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!