Bu gün Azərbaycan Demokratik Cumhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Tanınmış ictimai-siyasi xadim, Şərqdə ilk demokratik respublikanın qurucusu olan Məmməd Əmin Rəsulazadə, 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub
Bu gün Azərbaycan tarixinin qızıl səhifələrindən birini yazmış görkəmli dövlət xadimi Məmməd Əmin Rəsulzadənin doğum günündən 128 il ötür.
Tanınmış ictimai-siyasi xadim, Şərqdə ilk demokratik respublikanın banisi Məmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb. Böyük vətənpərvərin "Müxəmməs" adlı ilk ədəbi əsəri 1903-cü ildə "Şərqi-rus" qəzetində dərc olunub. Məmməd Əmin Rəsulzadənin ilk imzası ədəbi əsərin sonunda olsa da, sonralar o, daha çox siyasi çəkili yazıları ilə tanınmağa başlayır və bir müddət sonra siyasi fəaliyyətini genişləndirən dövlət xadimi "Hümmət" sosial-demokrat təşkilatının yaradıcılarından birinə çevrilir. 1902-ci ildə 18 yaşlı Məmməd Əmin Rəsulzadə ilk siyasi təşkilatı "Müsəlman gənclik təşkilatını" qurur. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalır, İrana gedərək o zaman başlayan Səttarxan hərəkatında fəal iştirak edir.
"Bu adam 25 yaşında Tehrana gedir farslar üçün Avropa səviyyəsində 4 səhifəlik qəzet çap etdirir. Burada baş redaktor kimi çalışır. Bu dövr ərzində 30 məqalə çap etdirir. 125 başlıqlı məqaləsi nəşr olunur baş redaktor kimi"
Sonra isə yolu Türkiyədən keçir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyilə bağlı olaraq, hökumət mühacirləri bağışlayır. Məmməd Əmin Rəsulzadə beş illik ayrılıqdan sonra vətənə qayıdır və 1911-ci ildə yaradılmış "Müsavat" partiyasının 1917-ci ilin oktyabrında Bakıda keçirilən birinci qurultayında sədr seçilir. Böyük dövlət xadimi bu illərdə də xalqının və millətinin taleyindən narhatlıq duyulan əsərlərini yazmaqda davam edir. Onun şah əsəri isə 1918-cü il mayın 28-də Fətəli Xan Xoyski ilə birgə qurduğu Azərbaycan Demokratik Respublikası olur.
"O kəslər ki, dövlət yaradıb, o kəslər ki, dövlətin yaranmasına başçılıq edib bünlar müqəddəs insanlardır. Dünyada 3700-dən artıq xalq var. Onların cəmi 200-ü dövlət kimi formalaşıb. Təsəvvür edin, Hindistanda 80 milyonlaq xalq var, dövləti yoxdur. Xalq cumhuriyyəti yarananda isə Azərbaycanın 1 milyon 800 min əhalisi var idi. Bundan böyük fədakarlıq ola bilərmi?”,- deyə professor Şirməmməd Hüseynov əlavə edib.
Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində sovet qoşunlarının müdaxiləsi ilə süqut edir. Elə həmin il Rəsulzadə qırmızı ordunun əsgərləri tərfindən Ləhic kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edir. Məmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə deyir ki, babası həyatının sonunadək Azərbaycan üçün çalışıb.
"Mövcüd Azərbaycan respublikasının yaranması Məmməd Əmin Rəsulzadənin uzun sürən mübarizəsinin nəticəsi olub. Fəövqəladə şəxsiyyət olan Məmməd Əmin Rəsulzadə nəinki Azərbaycan, Şərq, eləcə də Qərbdə demokrat və siyasi xadim kimi tanınıb. Məmməd Əminin ən böyük qayəsi Azərbaycanın istiqlalı olub",– deyə M.Ə. Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə bildirib.
Məmməd Əmin Rəsulzadənin cümhuriyyətin süqutundan sonra dediyi, şüara çevrilən bu sözləri də onun Azərbaycanın yenidən müstəqillik qazanacağına inamını əks etdirir: "Azərbaycanın bu qədər fəlakətlər nəticəsində ələdə etdiyi qazanc varsa, o da istiqlal fikrinin rüsüxüdür. İndi istiqlal və hakimiyyəti milliyyə sevdası ilə yaşayan bir Azərbaycan gəncliyi vardır ki, "Çeka"nın amansız edamlarına rəğmən gecə-gündüz çalışır, ilk fürsət və imkan gözləyir. Bu fürsət gəlincə, o meydana çıxacaq və o zaman yanıq könüldə atəşin cizgilərlə mənən nəqş olunan bayrağı maddətən yüksəldərək deyəcəkdir- Bir kərə yüksələn bayraq bir daha enməz!".
Ömrünün qalan hissəsini Paris və Berlində keçirən dövlət xadimi Məmməd Əmin Rəsulzadə 1955-ci ildə Ankarada, 71 yaşında uzun sürən şəkər xəstəliyindən vəfat edir. Məmməd Əmin Rəsulzadə Türkiyənin Ankara şəhərində Əsri qəbristanlığında dəfn edilib.
"...Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz , vətəndaşlar." Məmməd Əmin Rəsulzadə
AMMA GELECEK NESILLER UCUN UNUDULMAMAQ UCUN HEYKELLERDE LAZIMDI.MEKTEBLERDE SORGU APARILSA USAQLARIN COXU RESULZADENI TANIMAZ,TANIYANLARIN QELBINI HEC KIM GORMUR,GENC NESLE TEBLIG ETMEK LAZIMDI.HEYKELI OLANLAR ONDAN ARTIQ DEYILKI,MUTLEQ EN GOZEL HEYKELLER UCALMALIDI RESULZADEYE.
O da olacaq..Her Valideyn ovladina kitabi sevdirse,o zaman genc neslin her seyden xeberi olacaq...
1 Fevral 2012 00:09 | Qeydiyyat: 9.09.2009 | Adı: DON CORLEONE | Ünvan: Qurdlarin tulkuleri qovdugu yer |
AMMA GELECEK NESILLER UCUN UNUDULMAMAQ UCUN HEYKELLERDE LAZIMDI.MEKTEBLERDE SORGU APARILSA USAQLARIN COXU RESULZADENI TANIMAZ,TANIYANLARIN QELBINI HEC KIM GORMUR,GENC NESLE TEBLIG ETMEK LAZIMDI.HEYKELI OLANLAR ONDAN ARTIQ DEYILKI,MUTLEQ EN GOZEL HEYKELLER UCALMALIDI RESULZADEYE
Raziyam !!..
31 Yanvar 2012 22:26 | Qeydiyyat: 13.08.2011 | Adı: presents come to me... | Ünvan: Mp3 Playerim :P |
Resulzade qəlblərdədi,saxta Öndərlər isə Heykəllərdə.
AMMA GELECEK NESILLER UCUN UNUDULMAMAQ UCUN HEYKELLERDE LAZIMDI.MEKTEBLERDE SORGU APARILSA USAQLARIN COXU RESULZADENI TANIMAZ,TANIYANLARIN QELBINI HEC KIM GORMUR,GENC NESLE TEBLIG ETMEK LAZIMDI.HEYKELI OLANLAR ONDAN ARTIQ DEYILKI,MUTLEQ EN GOZEL HEYKELLER UCALMALIDI RESULZADEYE.
31 Yanvar 2012 22:23 | Qeydiyyat: 18.12.2011 | Adı: kenzo_kent | Ünvan: barcelona |
Resulzade qəlblərdədi,saxta Öndərlər isə Heykəllərdə..Heykəlləri bir gün sökəcəklər,amma Rəsulzadəni kim söküb çıxara bilər qəlbimizdən? tam raziyam. xebere gore teshekkur
BDU`un heyetindeki bust ne yerde qaldi taleyi nece oldu bilmeidm. Her halda, bunu deye bilerem, bu shexsiyyete hormetim, sevgim sonsuzdur. Allah rehmet elesin Teshekkurler Veli
--------------------
Никогда не знаешь, насколько ты привязан к человеку, пока эта связь не оборвётся...
Serhlere baxdim Lap Gulmeyim Geldi ..Hecne demirem !!
Sadece Olaraq Memmed Emin Resulzadeni Helede Tanimiyan Azerbaycanlilar Var Gorduyum qeder !!Onun Bize eddiyi o qeder seyi Hecne deyen adamlar var !! Gedin Azda Olsa Kitab oxuyun ..Bunu Kitab oxumamisdanda Bilmelisiz ancaq tesufki Bilmirsiz !!
Allah Rehmet Elesin ..Yeri Cennet OLsun Amin !!
Sitat: ___Realist___
zade qəlblərdədi,saxta Öndərlər isə Heykəllərdə..Heykəlləri bir gün sökəcəklər,amma Rəsulzadəni kim söküb çıxara bilər qəlbimizdən?
Gozel Sozdu !
--------------------
*Siznen Yatmiwmiydiq ?
*Mənnən yazdiqlarmin Mənasini sorusma !! Mənim yazdiqlarim Onsuz Mənim Mənalarim !!
31 Yanvar 2012 19:57 | Qeydiyyat: 13.09.2008 | Adı: Hamı Bilir.. | Ünvan: Hər Yerdə.. |
[/b]Amma Azerbaycanin Tarixi 1993-cu ilden Sonra Bashlayir.Her Shey Itirilib Danishan Bele Yoxdu.
[b]Bəli. Bu tarixdən əvvəl Azərbaycan olmayıb. Bilmirəm siz kimsiz, sizin neçə yaşınız var, amma bu qədər də olmaz axı ! Mən inanıramki, bir gün deyəcəksiz ki, 1918-ci ildə ADR - i də Heydər Əliyev qurub.
Sitat: cws_2007
1990 ci - 1993-cu Iller Arasinda olan Her Shey Itirilib Danishan Bele Yoxdu.
Nə itirilib? Kim və ya kimlər tərəfindən itirilib? Yazın mənə şəxsən maraqlıdır.
VeLi, qardaş xəbərə görə isə sənə minnətdaram.Hədiyyəmi də səmimi olaraq qəbul et.Uğurlar.
31 Yanvar 2012 19:33 | Qeydiyyat: 31.12.2009 | Adı: Firudin | Ünvan: Bakı |
Saytda verilmış xəbər və yazılan şərhlərə görə Mix.aZ administrasiyası məsuliyyət daşımır! AzNET-də ilk dəfə Www.mix.aZ saytında: DLE scriptinin tərcüməsi(10-X-2006),şərhlərdə TAM unicode dəstəyi (10-III-2007) mp3