» Daha sevgiyə inanmıram mən
  » 30.04.2009
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Dövlət idarələri mix.az ha ...
  » Mix.az-ın şərəf lövhəsi. ...
  » Ən gözəl zaman tuneli layih ...
  » Mix.aZ - 7 yaşın mübarək
  » 3 il keçdi...
  » Facebook-un yaradıcısı Mark ...
  » Onların cavabları-2ci hissə
  » Ən zövqlü mix.azlı layihə ...
  » Bu dəfə körpə mix.az-çıl ...
  » Mix.azlıların niklərinin m ...
  » Necə unudaq?
  » Mənim musiqi zövqüm - Aprel
  » Bu gün Qələbə günüdür
  » "Mix.az"-lıların Məktəb ...
  » Mix.az-ın qızları ) | Music ...
  » Natiq Ritm Qrupu - Eurovision ...
  » Anama yaxşı bax...ATA!
  » Mix.az userlərinin xarakteris ...
  » Mix.Az-lılar sehrli olsaydı ...
  » Mix.Az-lıların nik və avata ...
  » Mix.Az-ın Şirinələri
  » Bəzən...
  » Mix.az-lıların uşaqlıq dü ...
  » “Mix.az-lıların Uşaqlıq ...
  » "Space" Amaci məhkəməsin ...
  » Bu dəfə Müəllifin özünə ...
  » Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
  » Mixin 7 yaşı.....
  » Türklər Azərbaycan dilində ...
  » Mənim sənsiz romantikam
  » Sən axı qızsan!...
  » Qadın olmaq!
  » Top 10 Müəllif
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Mix.az-ın ən maraqlı xəbə ...
  » Bu O`dur?!
  » Mix.az qızları mixin 7 yaş ...
  » Sizə məsləhətim...
  » Peyğəmbərdən nurlu kəlaml ...
  » Peyğəmbərdən (s) nurlu kə ...
  » Əmi ilə xala:)
  » "Uzaq"
  » Azəri qızı Günel Bakıda f ...
  » Qızlarımızın Yay aksesuar ...
  » Uşaq vaxtı nələr etməmiş ...
  » Təsadüf
  » Mənim sənsiz romantikam
  » Anam haqlı imiş...
  » "Mix.az"-lıların Ana sevgi ...
  » Uşaqlar-uşaq evində və ail ...
  » 22 may 2012 ... Eurovision 1-c ...
  » "Buyuq da..."
  » ATV-nin ev fırıldağı
  » Ad günün mübarək, Mix.Az!
  » Qarabağ - Laçın
  » Life in Paper
  » Mix.az-ın qızları ) | Music ...

Mi Comentario
Xəbər sayı -61
PsikoOOo
Xəbər sayı -51
iKooo
Xəbər sayı -50
mix dominant
Xəbər sayı -29
Sensiz_Qocaldim
Xəbər sayı -26
Mir_Celal
Xəbər sayı -22
ayshan
Xəbər sayı -21
krolochilapka
Xəbər sayı -11
M.Seyidzadeh
Xəbər sayı -7
nuku
Xəbər sayı -6



ADİU
BDU
ADTU
ADDU
APİ
AZİ
ADPU
İnşaat U
Politexnik U
Qafgaz U
Xəzər U
Qərb U
Texnikum
digər Uni
ADMİU








 
 
Şəhid Mübarizin mübarək cənazəsinin geri qaytarılması Xəbərlər 
“Şəhid Mübarizin mübarək cənazəsinin geri qaytarılması indi hər birimizdən asılıdır”

“Şəhid Mübarizin mübarək cənazəsinin geri qaytarılması indi hər birimizdən asılıdır”


Şəhid seyyid Mübariz Ağakişi oğlu İbrahimova göstərdiyi rəşadət və şəhadətindən sonra ölkə başçısının sərəncamı ilə Milli Qəhrəman adı verilib. Gizir İbrahimov Tərtərin Çaylı kəndi istiqamətində işğalçı erməni qüvvələrinin atəşkəs rejimini pozaraq torpaqlarımıza hücum edərkən rəşadətlə döyüşmüş, neçə-neçə düşmən əsgərini cəhənnəmə vasil etmişdir. Gedən döyüşlər zamanı qəhrəmancasına şəhadətə yetişən gizir Mübariz İbrahimovun mübarək cənazəsi hələ də düşmən tərəfindədir və dəfn edilməmişdir.

Son 16 ildən sonra ilk dəfə Milli Qəhrəman adının verilməsilə də yaddaşlara bir daha həkk olan seyyid Mübarizin valideynləri bu xəbəri Qarabağ uğrundakı döyüşlərdə şəhid olmuş oğullarına verilən ali qiymət və qayğı kimi dəyərləndirmişlər. Şəhid atası Ağakərim İbrahimov və şəhid anası Şamama İbrahimova bununla bağlı İntizar radiosunun “Gündəm” verilişinə açıqlamalarında bildirmişlər:

- (Şəhid atası Ağakərim İbrahimov): “Bu xəbəri eşidəndə mənim üçün çox böyük təsəlli oldu. Bu münasibətlə ölkə başçısına öz təşəkkürümü bildirirəm. Ailəmiz adından ona təşəkkür edirik ki, bu adı qəhrəman oğlumuza verməklə bizdə böyük təsəlli yaratdı. İnşaallah dövlətimiz bütün qüvvə və səyləri ilə onun cənazəsini almağa çalışır. Amma mən düşmən erməni separatçılarına bir daha fikirlərimi çatdırıram. Onlar oyun oynayırlar. Mübarizin cənazəsinin bir gün onlarda olduğunu, səhəri gün isə olmadığını deyirlər. Ona görə də mən onlara bir daha deyirəm; Siz onun cənazəsini versəniz də, verməsəniz də mənim üçün az fərq edir. Artıq o, öz işini görüb, öz qisasını alıb, şəhidlik zirvəsinə yüksəlib. Bu mənim üçün bəsdir. Mən darıxmıram. Çünki mən özüm bir ata kimi onu vətənə fəda vermişəm. Bu mesajlarımı düşmən və işğalçı ermənilərə yollamışam, ona görə də narahat deyiləm. Mübarizə verilən bu ada görə də prezidentimizə təşəkkürümüzü bildiririk. Vaxtında, gecikmədən ölkə başçısı oğlumuzun qəhrəmanlığını əbədiləşdirdi. İntizar radiosu vasitəsilə bütün Azərbaycan xalqına təşəkkür edirəm. Bütün mömin qardaşlarımıza təşəkkür edirəm. Məmin bu çətin günlərimdə onlar da mənə dəstək oldular. Bizə baş sağlıqlarına gəldilər və bizi sakitləşdirdilər. Hamınıza təşəkkür edirəm. Çox sağ olun. Mübariz artıq yalnız mənim oğlum deyil. Mübariz artıq vətənin, Azərbaycan xalqının oğludur.

- Şəhid mərtəbəsinə yüksələcək oğulu yetişdirmək özü də hər bir ananın iftixarıdır. Hadisə yaşanandan ölkənin hər yerindən sizin evə ziyarətə gəlirlər. Bu ziyarətləri necə dəyərləndirirsiniz?
- Möminlər indi də gəlir və bu ziyarətlər davam etməkdədir. Bu məni çox sevindirir və çox lazımlıdır da gəlməkləri. Burada onlar özləri də şəhidin evində olur, bizə dəstək olur və ürək yanğımıza şərik olurlar. İndi biz hamımız bir məqsədlə ermənidən şəhidimizin qanını yerdə qoymayb onun cənazəsini onlardan almalıyıq. Bu bizim hamımızdan asılıdır. Hamımız bu işdə köməklik etməliyik. Biz mütəşəkkillik göstərməklə ermənilərə bildirməliyik ki, Mübarizin cənazəsini verməməklə heç nəyə nail ola bilməyəcək. Düşmən bilməlidir ki, əksinə, seyyid Mübarizin ardıcılları qorxmadan gələcək, onun ardıcılları bu yolu davam etdirəcək. Düşmən Mübarizin cənazəsini qaytarmamaqla bizə göz dağı vermək istəyirlər ki, bunun ardı gəlməyəcək. Xeyr. Mən oğlumdan da soruşurdum ki, hərbidə vəziyyət necədir? Vətənpərvərlik ruhu necədir? Mübariz deyirdi ki, ata, qeyrətli oğullar çoxdur, onlar ancaq döyüş məqamını gözləyirlər. Bu belədir, mən oğlumun mənə dediklərindən bu qənaətdəyəm”.

- (Şəhid anası Şamama İbrahimova): “Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Prezidentə, bütün möminlərə təşəkkür edirəm. Möminlər hamısı bizə gəlib başsağlığı verirlər. Sağ olsunlar, var olsunlar! Allah hamısına kömək olsun. Mən oğlumla fəxr edirəm”.

Şəhidlərimizə bu dünyada nə qədər adlar verilsə də azdır. Şəhid Allah dərgahında öz ali mərtəbəsinə catmışdır, bununla da onun dəyəri hər kəsə bəlli olur. Şəhid və Seyyid Mübariz şəhadətə yetişməmişdən 1 gün öncə də valideynlərinə yazmış olduğu məktubunda bu məqama işarə etmiş və onlardan onun şəhid olacağı təqdirdə onun üçün ağlamamasını istəmişdir.

Azərbaycan xalqı hər zaman öz şəhidləri ilə nəfəs almışdır. Bu gün nə Seyyid Mübariz kimi şəhidlərimiz, nə də onları yetişdirən analarımız, onları böyüdüb boya-başa çatdıran atalar da az deyil. Azərbaycan xalqı bu gün şəhid seyyid Mübarizin valideynlərinin fəxarət hissini paylaşaraq onunla fəxr edir. “Şəhid cəmiyyətin oksigenidir. Şəhidləri olan cəmiyyətlər hər zaman yaşayır”, - bu günlər dəyərli İslam alimlərindən birinin bu sözləri bir daha öz həqiqətini təsdiq edir.deyerler.org



 
 
#52 Şərhin müəllifi: bella_20_
 


ALLAH komek olsun, duzdu tekce ad vermekle deyil, kaw cesedini getire bilek. INWALLAH TANRI RAMIL SEFEROVU qoruyar, dualarimizi eskik etmeyek.

 
 
#51 Şərhin müəllifi: gunay727
 


haqsizliq yeniden qalib gelir,gelecek de.Bilmirik axirimiz nece olacaq.
Shehidlik uca zirvedi.ama Mubarizin olumune cox heyfslenirem.
Daha ne yazmaga,ne de danismaga soz tapa bilmirem.Bu hadise meni
cox sarsidib,hec ozume gelenmirem.Allah ata-anasina,dogmalarina
sebr versin.

 
 
#50 Şərhin müəllifi: dixalara ar olsun
 


MUBARIZIN VALIDEYNLERE HALALDI KI BU CUR QEHREMANI DUNYAYA QETIRDILER!!!SIZIN QABAHIVIZDA MEN VE MENIM AILE UZVULERIM BASHIMIZI EYIRIK VE ONUNLA FEHR EDIRIK!!!ALLAH ONU REHMET ETSIN!!!SIZE ALLAHDAN SEBR ARZU EDIRIK!!!

 
 
#49 Şərhin müəllifi: MuZi
 


Allah Remet elesin

AMIN.

 
 
#48 Şərhin müəllifi: sehrizad
 


ALLAH REHMET ELESIN.AILESINE BASH SAGLIGI VERIREM.
BASHIN SAG OLSUN VETEN

 
 
#47 Şərhin müəllifi: ramsess77
 


Mende Bilesuvarli balasi kimi fexr edirem ki,Mubariz kimi ogul yetishib bizim rayonda.Allah seni rehmet elesin,yox yox Mubariz olmeyib,men ne danishiram.O hemishe yashayacaq.

 
 
#46 Şərhin müəllifi: rude_ girl
 


mene deqiq melumat bilmirem mene kim deqiq cavabi deyer?mubariz necedene ermeni odurub??allah rehmet elesin

 
 
#45 Şərhin müəllifi: FeMeNiSTKa
 


Şəhid cəmiyyətin oksigenidir.

Bu cümləni bəyəndim.Amma getdikcə şəhidlərimiz o qədər az olur ki,belə oksigen aclığı yaşayırıq.Nə bilim.ALLAH rəhmət etsin!
Təşəkkür reservoir

 
 
#44 Şərhin müəllifi: MIX GIRLS
 


sad BU CUR OGULA BAXIB GOZ YASINI SAXLAMAQ HEC MUMKUN DEYIL.ALLAH SENE REHMET ETSIN EZIZ QARDASIMIZ SEN BU GUNKI GENCIMIZE EN BOYUK ORNEKLERDEN BIRISEN BUTUN SEHIDLERIMIZ KIMI QEHREMANLARIMIZ KIMI RAMILIMIZ KIMI.FEXR EDEKKI VETENIMIZDE HELEDE BELE OGULLAR VAR. INSAALLAH MUBAREK CENAZEN TEZLIKLE VETENINE QAYTARILAR SENE OLARIN ELINDE QALMAQ YARASMIR CUNKI SENIN CANSIZ BEDENIN BELE MUBAREKDI O SEYTANLARA SENE BAXMAQ TOXUNMAQ BELE YARASMIR _define011

Mübariz İbrahimov Ağakərim oğlu- 1988 ci il fevralın 7 de Biləsuvar rayonu Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib.Elə həmin il hərbi xidmətə cağrılıb.Xidmətinə (DQ) Daxili Qoşunların N say...lı hərbi hissəsinin (XTB) Xüsusi Təyinatlı Bölüyündə başlamışdır.Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir.Bir müddət mülki işlərdə işlədikən sonra 2008 ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb.Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb.Bu dəfə artı Gizir kimi çalışmağa başlayıb.Cox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsib olmayıb.Nəhayət 2010 cu ilin aprel ayindan Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayir.Çox çəkmir ki,uzun müddət düşündüyü,arzusunda olduğu ŞƏHİDLİK planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır.Nəhayət ömrünün ən gənc cağında 22 yaşında (1988-2010) 19 iyun 2010-cu il tarixində gece saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır.22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağla sığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir.Sonra isə düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşur.Düşmən ağır itkilərə məruz qalsa da nəhayət ki, səhər saatlarında canını bu bəladan qurtara bilir.İgid vətən oglu 19 iyun 2010-cu il tarixində qəhrəmancasına həlak olur.Özünün də dediyi kimi VƏTƏN SAG OLSUN ! Allah rəhmət eləsin,qəbri nurla dolsun,yeri cənnətlik olsun....amin

19 iyun 2010 cu il Ter-Terin Cayli kendi yaxinliginda dusmenlerimize ibret desri vermis bu 22 yasli ...igid,tek dusmenin postunu kecmis ve 6 saat doyusdukden sonra dusmenin 140-dan chox esger ve zabitini mehv etmisdir.Qayitmaq imkani ola-ola geri donmemis daha da ireli getmis ve veten yolunda,bizler ucun canindan kecmisdir. Mehz bundan sonra ermenistanda 3 gunluk matem elan olunmushdur. En boyuk arzusu olan shehidlik zirvesine ucalmisdir.Bu sekilleri goren her bir azerbaycanli onu en uca zirvelerde yasatmaga en azindan bir vetendas kimi borcludur.Xalqimiz bilmelidir ki Ramil Seferov ve Mubariz İbrahimov kimi ogullar hemise olub,olur ve bundan sonra da olacaq...Her sey veten ucun ! Allah veten yolunda sehid olmus butun ogullarimiza rehmet etsin .....amin

 
 
#43 Şərhin müəllifi: so_lonely
 


Sitat: _REQANA_
əhərdə fikir verirəm,taksi maşınlarında,şəxsi maşınların arxa şüşələrində Mübarizin şəkillərini yapışdırıblar.Bir tərəfdən sevinirəm,çünki fəxr edirəm.Digər tərəfdən üzülürəm,çünki müvəqqətidir.Necə ki,bir vaxtlar var idi,Ramilin şəkillərini hər yerdə yapışdırırdılar.Unutmaq olmaya da bizim millətdə.Nə isə...Ümid edək ki,yaxşı olacaq.Allah rəhmət etsin,yeri onsuz da cənnətlikdir.Valideynlərinə səbr,səbr,səbr arzu edirəm.Təşəkkürlər.


 
 
#42 Şərhin müəllifi: Romina
 


Sitat: _REQANA_
Allah rəhmət etsin,yeri onsuz da cənnətlikdir.Valideynlərinə səbr,səbr,səbr arzu edirəm.



--------------------

 
 
#41 Şərhin müəllifi: Senyorita
 


Sitat: denizim
Təşəkkür düşür belə Anaya, təşəkkür düşür belə Ataya ki, belə OĞUL böyüdüblər!!!


 
 
#40 Şərhin müəllifi: STOMATOLOQ777
 


SENLE FEXR EDIRIK ALLAH SENE REHMET ELESIN VETEN OGLU.

 
 
#39 Şərhin müəllifi: you belong with me
 


Allah sənə rəhmət eləsin.Nə yaxşı ki,sənin kimi oğullarımız var,vətənini qoruyan,sevən.Halal olsun sənə və sənin kimi oğullara.Bütün azərbaycan səninlə fəxr edir.

 
 
#38 Şərhin müəllifi: GunahLi_CenneT
 


Sitat: Beqi
Millətimdən utanmamaq 3ün yaxşı ki hər il bir Mübariz çıxır..

Sitat: denizim
Təşəkkür düşür belə Anaya, təşəkkür düşür belə Ataya ki, belə OĞUL böyüdüblər!!!

Sitat: ms-g
.Biz bu qeder acizik !!Bizi qoruyan birisine nece vaxtdi sahib cixa bilmirik.teessuf....



--------------------

 
 
#37 Şərhin müəllifi: cornelia
 


ALLAH(C.C)rəhmət etsin,qəbri nurla dolsun.
Sitat: ms-g
P.S.Biz bu qeder acizik?Bizi qoruyan birisine nece vaxtdi sahib cixa bilmirik.teessuf....:(

şərhsiz

 
 
#36 Şərhin müəllifi: _REQANA_
 


Şəhərdə fikir verirəm,taksi maşınlarında,şəxsi maşınların arxa şüşələrində Mübarizin şəkillərini yapışdırıblar.Bir tərəfdən sevinirəm,çünki fəxr edirəm.Digər tərəfdən üzülürəm,çünki müvəqqətidir.Necə ki,bir vaxtlar var idi,Ramilin şəkillərini hər yerdə yapışdırırdılar.Unutmaq olmaya da bizim millətdə.Nə isə...
Ümid edək ki,yaxşı olacaq.
Allah rəhmət etsin,yeri onsuz da cənnətlikdir.Valideynlərinə səbr,səbr,səbr arzu edirəm.
Təşəkkürlər.


--------------------

 
 
#35 Şərhin müəllifi: Dr.Genetik
 


ALLAH rəhmət etsin. Ailəsinə səbir versin.


--------------------

 
 
#34 Şərhin müəllifi: sedi_aslanov
 


Allah Rehmet elesin

 
 
#33 Şərhin müəllifi: Obamma
 


EWIDIN MILLET BU DOVLET UCUN SHEHID OLMAQA DEYMEZZZZZ. BEXTIN GETIRER SHEHID ADI VERERLER.
HEC OTURUB FIKIRLEWMISIZ KI, GEDIM MEN QARABAQDA CANIMI QURBAN VERECEM, SONRA HANSISA TUZ BALALAR ORANIDA WEXSILEWDIRIB 1 SOT TORPAQI OZUMUZE MINUMUM 2000 MAN VERECEKLER VE. S
YAXWISI BU DOVLETDEN BAW GOTURUB QACMAQ LAZIMDI, EY MILLET TEKCE EYLENCELI CHATLARDA OTURMAYIN, ARADA AZE DE BAW VEREN HAQSIZLIQLAR HAQQINDADA DUWUNUN, O GUNDE BIR GUNDE SIZE VAR.................... nn19 nn19 nn19 nn19 nn19 nn19

 
 
#32 Şərhin müəllifi: KARABAX NASH
 


NEDENSE QEYRETLI OGULLARIMIZ NE MEYIDINI SAQ OLANLARIDA VETENE QAYTARA BILMIRIK...ALLAH REHMET ETSIN MUBARIZ KIMI OGULLARA, AMMA ONDA BILMEK LAZIMDIRKI MUBARIZIN CESEDI NECE ERMENI DIGALARININ ELINDEDIRSE RAMIL SEFEROV KIMI QEYRETLI OGULUMUZ DA VETENIMIZE QAYTARILMIR.....ALLAH KOMEYIMIZ OLSUN AMIN

 
 
#31 Şərhin müəllifi: Cako92
 


ALLAH REHMET ETSIN .AMMA INSANLARA SAQLIQINDA QIYMET VERMEK DAHA YAXSIDIR.

 
 
#30 Şərhin müəllifi: BAD___
 


Allah rehmet etsin.Ruhu wad olsun.defn merasimine mence her birimiz getmeliyik.onu layiqince yola salmaliyiq.Inwallah tezlile qaytararlar(((((((((((((((((

 
 
#29 Şərhin müəllifi: Half_spirit
 


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.


artiq var bele biri

 
 
#28 Şərhin müəllifi: VIP
 


ALLAH RƏHMƏT ELƏSİN....


--------------------

 
 
#27 Şərhin müəllifi: ms-g
 



Allah rehmet etsin!

P.S.Biz bu qeder acizik?Bizi qoruyan birisine nece vaxtdi sahib cixa bilmirik.teessuf....:(

 
 
#26 Şərhin müəllifi: muhendis
 


Allahdan rəhmət diləyirem.

 
 
#25 Şərhin müəllifi: ayshan
 


Sitat: Elgin
.Adi bir esgerimizi ala bilmirik qaldi nece ermenini olduren esgerimizi geri vereler

istesek cox wey ederik..ad vermekle deyil ki..o onsuzda wehiddir ve qehremandir..hec olmasa bir qebri olardi ailesi gedib dua oxuyardi

Sitat: Elgin
amil Sefererovu Azerbaycana geri getire bilmedik...

bunu sadece etmedik..teessuf ki


--------------------

 
 
#24 Şərhin müəllifi: _SKARPIONA_
 


Sənin kimi qəhrəmancasına ölmək hər insana qismət olmur...Ruhun şad olsun VƏTƏN OĞLU...!!!

 
 
#23 Şərhin müəllifi: Rozalina
 


Allah rehmet elesin


--------------------

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!