» Daha sevgiyə inanmıram mən
  » 30.04.2009
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Dövlət idarələri mix.az ha ...
  » Mix.az-ın şərəf lövhəsi. ...
  » Ən gözəl zaman tuneli layih ...
  » Mix.aZ - 7 yaşın mübarək
  » 3 il keçdi...
  » Facebook-un yaradıcısı Mark ...
  » Onların cavabları-2ci hissə
  » Ən zövqlü mix.azlı layihə ...
  » Bu dəfə körpə mix.az-çıl ...
  » Mix.azlıların niklərinin m ...
  » Necə unudaq?
  » Mənim musiqi zövqüm - Aprel
  » Bu gün Qələbə günüdür
  » "Mix.az"-lıların Məktəb ...
  » Mix.az-ın qızları ) | Music ...
  » Natiq Ritm Qrupu - Eurovision ...
  » Anama yaxşı bax...ATA!
  » Mix.az userlərinin xarakteris ...
  » Mix.Az-lılar sehrli olsaydı ...
  » Mix.Az-lıların nik və avata ...
  » Mix.Az-ın Şirinələri
  » Bəzən...
  » Mix.az-lıların uşaqlıq dü ...
  » “Mix.az-lıların Uşaqlıq ...
  » "Space" Amaci məhkəməsin ...
  » Bu dəfə Müəllifin özünə ...
  » Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
  » Mixin 7 yaşı.....
  » Türklər Azərbaycan dilində ...
  » Mənim sənsiz romantikam
  » Sən axı qızsan!...
  » Qadın olmaq!
  » Top 10 Müəllif
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Mix.az-ın ən maraqlı xəbə ...
  » Bu O`dur?!
  » Mix.az qızları mixin 7 yaş ...
  » Sizə məsləhətim...
  » Peyğəmbərdən nurlu kəlaml ...
  » Peyğəmbərdən (s) nurlu kə ...
  » Əmi ilə xala:)
  » "Uzaq"
  » Azəri qızı Günel Bakıda f ...
  » Qızlarımızın Yay aksesuar ...
  » Uşaq vaxtı nələr etməmiş ...
  » Təsadüf
  » Mənim sənsiz romantikam
  » Anam haqlı imiş...
  » "Mix.az"-lıların Ana sevgi ...
  » Uşaqlar-uşaq evində və ail ...
  » 22 may 2012 ... Eurovision 1-c ...
  » "Buyuq da..."
  » ATV-nin ev fırıldağı
  » Ad günün mübarək, Mix.Az!
  » Qarabağ - Laçın
  » Life in Paper
  » Mix.az-ın qızları ) | Music ...

Mi Comentario
Xəbər sayı -61
PsikoOOo
Xəbər sayı -51
iKooo
Xəbər sayı -50
mix dominant
Xəbər sayı -29
Sensiz_Qocaldim
Xəbər sayı -26
Mir_Celal
Xəbər sayı -22
ayshan
Xəbər sayı -21
krolochilapka
Xəbər sayı -11
M.Seyidzadeh
Xəbər sayı -7
Hpad
Xəbər sayı -6



Ağdaş
Bakı
Sumqayıt
Gəncə
Mingəçevir
Şəki
Xaçmaz
Lənkaran
Göyçay
Əli Bayramlı
Şamaxı
Balakən
Salyan
başqa rayon
xarici ölkə
Naxçıvan








 
 
Şəhid uşaqlarının fikirləri Xəbərlər 
Şəhid uşaqlarının fikirləri

Yüzlərlə Bakı sakininin qanına qəltan edildiyi o məşum gecədə paytaxtın doğum evlərində dünyaya yeni körpələr gəlirdi - ölümün acığına, qəddarlığın acığına, bizi Yer üzündən yox etmək istəyənlərin acığına! İndi həmin uşaqların 22 yaşı tamam olur. 20 Yanvarın yaşıdları o məşum gecə baş verənlər barədə yetərincə məlumata malikdirlər. Atası şəhid uşaqlardan bir neçəsini tapıb 22 il əvvəl baş vermiş qanlı olaya onların münasibətini öyrəndik.

"Nənəmin danışdığı nağıl həqiqət imiş"

İlk həmsöhbətimiz - Bakıdakı 220 saylı məktəbin 8 B sinif şagirdi Vüqar Məmmədov 20 Yanvar faciəsi haqqında həqiqətləri 1-2-ci sinifdə oxuyarkən müəllimlərindən öyrənib. Valideynlərinin hadisə ilə bağlı söhbətləri isə onda şəhidlərə qarşı rəğbət hissi oyadıb. Vüqar deyir: "Nənəm nağıl danışanda söyləyirdi ki, düşmənlər mənim dünyaya gəlməyimi istəmirdilər. Ona görə də camaat küçəyə çıxıb düşmən əsgərlərinin evimizə girməsinə mane olub. Amma böyüyəndə başa düşdüm ki, nənəmin danışdığı nağıl deyilmiş. Sadəcə 20 Yanvar hadisələrini nəzərdə tutub əsl həqiqəti nağıl kimi deyirdi. Sonralar bu barədə eşitdiklərim mənə elə təsir etmişdi ki, tez-tez gedib şəhidləri ziyarət edirəm".
Həmin qanlı hadisəni dinc və əliyalın vətəndaşlarımızın azadlıq uğrunda apardığı mübarizənin ən yüksək zirvəsi hesab edən V.Məmmədov bununla fəxr duyduğunu vurğuladı. Onun sözlərinə görə, həmin gün yüzlərlə azərbaycanlı rus ordusunun qarşısından çəkilməyib, xalqımızın qəhrəmanlıq salnaməsinə yeni bir səhifə yazıb. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı onlardan sonra gələn nəsillərə əsl örnək olmalıdır. Buna görə, V.Məmmədov bütün həmyaşıdları kimi böyüyüb vətənə layiqli xidmət edəcəyinə əmindir. "Amma bir şeyi yaddan çıxarmamalıyıq ki, rus qoşunlarının Bakıya yeridilməsi Azərbaycanın SSRİ-nin tərkibindən çıxmaq istəyini boğmaq məqsədi daşıyırdı. Çünki Azərbaycan kimi zəngin təbii sərvətlərə malik bir ölkənin Sovet İttifaqından ayrılması SSRİ-nin dağılmasını sürətləndirə bilərdi və belə də oldu"-deyə Vüqar bildirir.
V.Məmmədov hesab edir ki, Azərbaycan xalqının 20 Yanvar hadisələrindən qazandığı uğurlar da var. Onun fikrincə, məhz 20 Yanvar şəhidləri xalqımıza azadlıq, ölkəmizə isə müstəqillik qazandırıb: "Vaxt ötdükcə müstəqilliyimiz daha da möhkəmlənəcək və inanıram ki, yaxın gələcəkdə Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer tutacaq".
"20 Yanvar hadisələri yenidən təkrar oluna bilərmi?" sualına V.Məmmədov böyüklərə xas, həm də siyasətçilər kimi cavab verdi. O, dedi ki, Azərbaycan xalqı artıq bu yolu keçib və qarşıda bizi daha ciddi uğurlar gözləyir: "İndi müstəqil Azərbaycanın güclü ordusu var. Artıq digər ölkələrlə bir sırada Avropa Şurasında təmsil olunuruq və inanıram ki, yaxın illərdə NATO-ya da üzv ola biləcəyik. Bu isə onu deməyə əsas verir ki, 20 Yanvar hadisələri yenidən təkrarlana bilməz".

"Qorbaçov Azərbaycanın düşmənidir"


Həmin məktəbin 7 Q sinif şagirdi Mübariz Mirzəyev də göz açıb 20 Yanvar faciəsinin ağrılarını görüb. Deyir ki, evdə, məktəbdə bu ağrılar indi də yaşanır. Hər il 20 Yanvarla bağlı ən azı üç səhifəlik inşa yazan Mübarizin fikrincə, bu hadisələr Azərbaycan tarixinin qanlı səhifəsi olsa da xalqımızı sındıra bilməyib: "Amma sovet qoşunlarının Bakıda törətdiyi qırğınlarla bağlı hələ kitablarda çox şey yazılmayıb. Çünki həmin hadisələrlə bağlı araşdırmalar, istintaq materiallarının hazırlanması SSRİ Prokurorluğu tərəfindən qəsdən ləngidilib. Bu müdhiş hadisə ilə bağlı bəzi gizli məqamlar, sirlər var ki, onun açılması üçün müəyyən dövr keçməlidir. Bəlkə də bu sirləri gələcəkdə məhz 20 Yanvar hadisələri ərəfəsində doğulan uşaqlar açacaqlar. Amma mənim bildiyimə görə, hələ dünyada elə bir dövlət olmayıb ki, özünün əliyalın və dinc əhalisinə qarşı bu cür vəhşilik etsin. Bu, təkcə Azərbaycan xalqının başına gətirilib".
Onun fikrincə, 1990-cı ilin 20 yanvarında Bakıda törədilən qırğınların başında SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov dayanırdı: "Böyüklərdən eşitmişəm ki, Qorbaçov sovet hökumətinin dağılmasını istəyən xarici kəşfiyyat orqanlarının agenti imiş. O, Azərbaycanda milli azadlıq hərəkatının genişlənməsi, aramsız nümayişlərin və mitinqlərin başlamasından məharətlə istifadə edib. Ümummilli liderimiz Heydər Əliyev də televiziya ilə çıxışlarında dəfələrlə qeyd etmişdi ki, Qorbaçov azərbaycanlılara qarşı düşmən siyasəti yeridib. Elə Heydər Əliyev haqqında çəkilmiş filmdə də bu barədə danışılır. Buna görə də mən və həmyaşıdlarım bilirik ki, Qorbaçov Azərbaycanın düşmənidir".
Həmsöhbətlərimizdən birinin dediyi kimi, 20 Yanvar faciəsi xalqımızı sarsıtsa da, onun müstəqillik ideyalarını boğa bilmədi. Fərəhli haldır ki, həmin o müdhiş gecədə doğulanlar düz 20 il əvvəl başımıza gətirilən vəhşiliklərdən nəinki xəbərdardılar, hətta müstəqil fikir yürüdə bilirlər. Ən əsası isə odur ki, Azərbaycan dövlət olaraq öz müstəqilliyini artıq sübut edib. Onların ən böyük təsəllisi də məhz budur...

"Ad günümü şəhidləri ziyarət etməklə keçirirəm"

Sabunçu rayonundakı 80 saylı məktəbin 7 A sinif şagirdi Vüsal Məmmədov isə deyir ki, 20 Yanvar hadisələri haqqında ilk dəfə telekanallardakı reportajlardan, sənədli filmlərdən xəbər tutub. Həmçinin valideynləri də bu barədə ona çox danışıblar. Sözügedən faciə ilə bağlı onu ən çox qəhərləndirən isə Fərizə ilə İlhamın nakam məhəbbətidir. Şəhidlər xiyabanını ziyarət edərkən də daha çox onların məzarı önündə dayanır. Vüsal 20 Yanvar hadisələrinin onun da şəxsi həyatında xüsusi yer tutduğu qənaətindədir: "Tale elə gətirib ki, Bakıda baş verən qanlı hadisələr mənim doğum günümə təsadüf edib. Buna görə də 20 Yanvar mənim yaddaşımda daha çox faciəli və ağrılı hadisə kimi qalıb. Anamın dediyinə görə, hələ körpə ikən mənim ad günümü o qədər də təmtəraqlı keçirməyiblər. Ad günümdə dostlarımla bir yerdə oturub şənləndiyimizi də xatırlamıram. Çünki 20 Yanvar xalqımız üçün çox ağır gündür. İndinin özündə də doğum günümü şəhidləri ziyarət etməklə keçirirəm. Bununla belə, məhz həmin gün doğulduğuma görə fəxr edirəm".
Bu sözləri də Vüsal dedi: "Doğrudan da Azərbaycan xalqı qəhrəman xalqdır. Tarix də göstərir ki, Babək, Koroğlu, Şah İsmayıl Xətai kimi böyük oğullar xalqın azadlığı uğrunda canından keçməyə belə hazır olublar. Biz də onların yolu ilə getməyi bacarmalıyıq".



 
 
#13 Şərhin müəllifi: princessa
 


Sitat: mix dominant
ALLAH REHMET ELESIN



--------------------

 
 
#12 Şərhin müəllifi: mix dominant
 


ALLAH REHMET ELESIN


--------------------

 
 
#11 Şərhin müəllifi: R.N.T
 


Sitat: PshikoPaTKa
Allah rehmet elesin.



--------------------

 
 
#10 Şərhin müəllifi: Rebeka
 


Sitat: PshikoPaTKa
Bir daha Allah rehmet elesin.. ALLAH sebrlerini versin....



--------------------

 
 
#9 Şərhin müəllifi: hosted_man
 


Hamısını oxudum...Bu yaşdan bu cürə məlumatlı uşaqlar varsa,halaldı...


--------------------

 
 
#8 Şərhin müəllifi: Aska_5
 


Allah rəhmət eləsin! sad


--------------------

 
 
#7 Şərhin müəllifi: Never_love
 



Allah her kese meslehet bildiyi omru verir.Teki o dunyamizin gozel olsun,amma bu dunyamizi yasdiqca
UNUTMAYAQ,UNUTDURMAYAQ!


--------------------

 
 
#6 Şərhin müəllifi: Hayalperest
 


sad


--------------------

 
 
#5 Şərhin müəllifi: Sensiz_Qocaldim
 


Sitat: _RaininG_
20 Yanvar`ı unutmadıq!! Unutmarıq!!Unutdurmarıq!!


 
 
#4 Şərhin müəllifi: matematik
 


Şəhid uşaqlarının fikirləri çox dəyişib yəqin ki...
Yenisin hazırlamırsız hazırlamayın,
heç olmasa ədədlərdə düzəliş edin.

 
 
#3 Şərhin müəllifi: _RaininG_
 


Amma böyüyəndə başa düşdüm ki, nənəmin danışdığı nağıl deyilmiş.


kaş həyat bir nağıl olaydı..


--------------------

 
 
#2 Şərhin müəllifi: Mir_Celal
 


sad
Sitat: PshikoPaTKa
ALLAH sebrlerini versin....



--------------------

 
 
#1 Şərhin müəllifi: PsikoOOo
 


Oxudum... Bir daha Allah rehmet elesin.. ALLAH sebrlerini versin....

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!