
Nuşirəvan Məhərrəmli: “Məcbur olacağıq ki, konkret televiziyaların, radioların, verilişlərin, aparıcıların adlarını çəkək”
Bu gün Milli Televiziya və Radio Şurası (MTRŞ) və Elektron Media Yardım Fondunun birgə təşkilatçılığı ilə “Teleradio jurnalistlərinin peşəkarlıq səviyyəsinin artırılması” layihəsi çərçivəsində “Aparıcıların peşəkarlıq səviyyəsinin artırılması” mövzusunda təlim kursu keçirilib. Təlim kursunda ilk çıxışçı MTRŞ sədri Nuşirəvan Məhərrəmli olub. MTRŞ sədri televiziya və radio aparıcılarının cəmiyyət qarşısında yük daşıdıqlarını deyib: “Ona görə də aparıcıların üzərinə böyük məsuliyyət düşür”.
N.Məhərrəmli aparıcıları müəllimlərlə də müqayisə edib: “Lakin bu müəllimlərin efir mədəniyyəti yerində olmalıdır ki, ictimaiyyətə də yaxşı nəsə öyrətsinlər”.
N.Məhərrəmli konkret TV və aparıcıların tənqid obyektinə çevrilə bilməsinin mümkünlüyündən də danışıb: “Adətən mən konkret danışmıram, ümumi danışıram. Ancaq artıq məcbur olacağıq ki, konkret televiziyaların, radioların, verilişlərin, aparıcıların adlarını çəkək, lazımi tədbirlər görək”.
“Lider TV”-nin tanınmış aparıcılarından olan Sahib Alıyev çıxışında xüsusən televiziya aparıcılarına qarşı çoxlu irad olduğunu xatırladıb: “Bunlar haqlı iradlardır. Televiziya aparıcısı hər kəsin evinə icazəsiz daxil olur. Tamaşaçı aparıcını küçədə saxlayıb onu tərifləyə, yaxud ağzına gələni deyə bilər. İstənilən halda bu irad və tənqidlərə dözümlü yanaşmaq lazımdır”.
S.Alıyev deyib ki, aparıcı efirdə sərbəst olmalıdır: “Lakin bu, sırtıqlıq olmamalıdır. Sərbəstliklə sırtıqlıq arasında bir hədd var. Bəzən bu, incə bir hədd olur. Həmin həddi mütləq gözləmək lazımdır”.
S.Alıyevin sözlərinə görə, bu gün Azərbaycanın televiziya cameəsinin potensialı çox zəifdir: “Bütün telekanallardan normalara cavab verən aparıcıları yığsaq, bir televiziyada çalışan sayda aparıcı düzəltmək olmaz”.
Televiziya aparıcılarımızdan narazısız?
Təşəkkür edənlər: (26) FATEH_06, Damla_87, zaur16, Р Влегант, _E_D_I_K_, karanliklar_perisi, Mulatka_S_S, break, Shevchenko_Ali, Lunam, dayver, lucky22, Mayta, _SKARPIONA_, LP GIRL, semichka_supu, TARKANFAN, Morena, AzeMAn, kissed_a_girl, Just_Dance, PATRIOT_AZERBAIJANI, s.c.s_25, M_A_R_I_K, UltrAslan, A_L_F_A |