Hər kəs ona möcüzə uşaq deyir
Daha 12 yaşında.. Möcüzə uşaq ünvanını qazanmaqda haqqı var. Müvəffəqiyyətiylə hər kəsi özünə heyran etdirir.
Çinin Guangdong əyalətində yaşayan 12 yaşındakı "möcüzə" uşaq universitet imtahanında sualların hamısını doğru olaraq cavablandıraraq, universitetə qəbul oldu.
China Daily qəzetinin xəbərinə görə, Nanhay orta məktəbində təhsil görən uşaq, milli universitet imtahanında göstərdiyi müvəffəqiyyətin ardından Anhui əyalətində olan Çin Elm və Texnologiya Universitetinə qəbul oldu.
Elm və Texnologiya Universitetində 30 ildir üstün zəkalı uşaqlara təhsil verilir. Ana və atasıyla yaşayan uşaq, universitet təhsili üçün ailəsiylə birlikdə Anhui əyalətinə yerləşdirildi.

Quran kursunda iyrənc təcavüz
Qanunsuz Quran Kursu bir iyrəncliyə səhnə oldu. 4 yaşındakı oğlanı soyuq otağa aparan 'müəllim' ona orada təcavüz etdi.
İstanbulda bir mənzilin birinci mərtəbədə qanunsuz olaraq açılan Quran kursunda təlimçilik edən ‘Rəbbani' ləqəbli 17 yaşındakı Y. Y., 4 yaşındakı kursant oğluna təcavüz etdi. Uşaqların cəzalandırılması üçün soyuq tutulan otaqda reallaşan təcavüzü, oğulunu götürməyə gələn ananın diqqəti ortaya çıxardı.
AHTin xəbərinə görə İstanbul Ümraniyedə bir mənzilin birinci mərtəbədəki kursda yaşanan hadisə iddialara görə belə reallaşdı:
Binanın sahibi olan Seyfəddin K., 17 yaşındakı ‘Rəbbani' ləqəbli Y. Y. ilə birlikdə, kursa gələn uşaqlara Quran təhsili verməyə başladı.
CƏZALANDIRMAQ ÜÇÜN SOYUQ OTAĞA APARDI
Hər gün nizamlı olaraq təxminən 15 uşağın gəldiyi 09.00 ilə 15.00 saatları arasındakı kursa 4 yaşındakı R. Ç. də anası tərəfindən qeyd etdirildi.
Kiçik uşağı hər səhər olduğu kimi anası 6 Aprel günü də kursa gətirib qoydu. Bütün uşaqların sinif olaraq təşkil edilən otaqda Quran oxuduqları sırada, ‘Rəbbani' ləqəbli Y. Y., kiçik uşağı dəcəllik edib dərslərini bilməyənləri qorxutmaq üçün istifadə edilən boş və soyuq ‘cəza otağına' apardı.
22 İL HƏBSİ İSTƏNİR
Y. Y., burada uşağa təcavüz etdi. Ancaq tam bu sırada anası, oğulu R.Ç.ı götürməyə gəldi. Uşağının müəllimiylə otaqdan çıxdığını görən ana, yolda R.Ç.a orada nə etdiklərini soruşdu. Uşaq da anasına təcavüz hadisəsini izah etdi. Bunun üzərinə ana polisə şikayət etsi. Uşaq Şöbədə də psixoloq yoldaşlığında R.Ç.ın ifadəsi alındı. Tutulan Y. Y. çıxarıldığı məhkəmə tərəfindən həbs olundu.
DNT TƏCAVÜZÜ TƏSDİQLƏDİ
Üsküdar Respublika Prokurorluğu tərəfindən icra edilən istintaq sonunda qanunsuz kursun səlahiyyətsiz müəllimi haqqında ‘azadlığı məhrum və uşağın cinsi istismarı' cinayətlərilə 22 il həbs cəzası istəyiylə iddia açıldı. Uşaq Kriminal Məhkəməsində görülməyə başlanan iddiada, Ədli Tibb Təşkilatının kiçik uşaqda olan sperma nümunələrinə etdiyi DNT testi təcavüzü təsdiqlədi. Qanunsuz Quran kursu, Ümraniye Baş məmurluğu tərəfindən möhürlənildi.