
" Eurovision Mahnı Müsabiqəsi-2012 " Milli seçim turunun ilkin dinləmələri üçün sənədləri qəbul olunmuş 119 nəfər iştirakçı dinləmələr zamanı səs və səhnə imkanlarını nümayiş etdirib. Milli seçimin münsiflər heyyətində İctimai Televiziyanın aparıcıları, Eurovision Mahnı Müsabiqəsində şərhçilər; Leyla Əliyeva, Hüsniyə Məhərrəmova, musiqiçi; Zəhra Bədəldəyli, müğənnilər; Natəvan Şeyxova və Tünzalə Ağayeva olub.
Milli seçimlərin 1-ci həftəsinin qalibi Orxan Kərimli.
"Eurovision-2012 "Mahnı Müsabiqəsinin Milli seçimlərinin ilk həftəsinin qalibi artıq bəllidir. Dekabrın 2-də İctimai Televiziyada təşkil olunan şouda həftə ərzindəki çıxışlara yekun vurulub.
İştirakçılar Eurovision tarixindən olan hitlər, Azərbaycan və xarici estradadan nümunələr ifa edib, eləcə də müxtəlif səhnə performansları təqdim ediblər. Tamaşaçılardan gələn SMS və münsiflərin səsverməsi nəticəsində həftənin qalibi Orxan Kərimli seçilib.
Səsvermənin nəticələrinə görə, digər iştirakçıların sıralaması belədir.
1. Orxan Kərimli
2. Elnarə Həsənova
3. Səmra Rəhimli
4. Ramin Quliyev
5. Kənan Qədimov
6. Amil Qocayev
7. Canana Zeynalova
8. Orxan Mirzəyev
9. Anastasiya Bern



2-ci həftənin qalibi Məryəm Kərimova.
“Eurovision-2012” Milli seçim turunun ikinci həftəsinin 9 iştirakçısı İctimai Televiziyanın canlı efirində 5 gün müddətində canlı performans və ifalarını nümayiş etdirdilər. Münsifər heyyəti və tamaşaçıların rəyi əsasında ikinci həftənin qalibi Məryəm Kərimova seçildi.
Səsvermənin nəticələrinə görə, Hüseyn Abdullayev 2-ci, Fərid Həsənov, 3-cü, İlham Həmidov 4-cü, Elvin Babazadə 5-ci, Sehri Rəhimova 6-cı, “Live or Leave” qrupu 7-ci, Rüfət Əliyev 8-ci və Mehriban Sadıqova 9-cu yerdə qərarlaşdı.



3-cü həftənin qalibi Xəyyam Mustafazadə.
“Eurovision-2012” mahnı müsabiqəsi milli seçim turunun 3-cü həftəsində 9 iştirakçı 5 gün ərzində öz istedad və bacarıqlarını nümayiş etdirib. 3-cü həftənin birincisi isə tamaşaçılar və münsiflər heyətinin səsverməsi nəticəsində Xəyyam Mustafazadə seçilib.
Səsvermənin nəticələrinə görə, Altun Zeynalov 2-ci, Anar Səfərov 3-cü, Rövşən Əzizov 4-cü, Rüstəm Əlləzov 5-ci, Aysel Quluzadə 6-cı, Fərid Ramazanov 7-ci, Aytac Vəliyeva 8-ci, Yelena Kərimova isə 9-cu yerdə qərarlaşıb.
Qalibin seçimində müsabiqənin qaydalarına uyğun olaraq münsiflər heyyətinin rəyi tamaşaçılarla eyni nəzərə alınır.



4-cü həftənin qalibi Fəqan Səfərov.
“Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycan təmsilçiliyinə namizədlər yarımfinal mərhələsinə vəsiqə qazanmaq uğrunda yarışır. Onlar 5 gün ərzində öz istedad və bacarıqlarını nümayiş etdirir. Bu həftənin birincisi isə tamaşaçılar və münsiflər heyətinin səsverməsi nəticəsində Fəqan Səfərov seçilib.
Səsvermənin nəticələrinə görə, Nadejda Mikayılova 2-ci, Nigar Babayeva 3-cü, “Empathy” qrupu 4-cü, Kamran Əzizov 5-ci, Emin Həsən 6-cı, Orxan Nəsibov 7-ci, Renat Aslanov 8-ci yerdə qərarlaşdı. Bu həftənin sonuncu günü xalq artisti Faiq Ağayev də iştirakçılara dəstək olub və onlarla eyni səhnəni paylaşıb.
5-ci həftənin qalibi Elton İbrahimov.
Eurovision-2012” mahnı müsabiqəsi milli seçim turunun 5-ci həftəsində 9 iştirakçı 5 gün ərzində öz istedad və bacarıqlarını nümayiş etdirib. 5-ci həftənin birincisi isə tamaşaçılar və münsiflər heyyətinin səsverməsi nəticəsində Elton İbrahimov seçilib.
6-cı həftənin qalibi Adil Baxışlı.
Eurovision-2012” mahnı müsabiqəsi milli seçim turunun 6-cı həftəsində 9 iştirakçı 5 gün ərzində öz istedad və bacarıqlarını nümayiş etdirib. 6-cı həftənin birincisi isə tamaşaçılar və münsiflər heyyətinin səsverməsi nəticəsində Adil Baxışlı seçilib.
7-ci həftənin qalibi Səbinə Babayeva.
Eurovision-2012” mahnı müsabiqəsi milli seçim turunun 7-ci həftəsində 9 iştirakçı 5 gün ərzində öz istedad və bacarıqlarını nümayiş etdirib.
İştirakçılar Erkin Osmanlı, AD Gioriam, Ayla İdrisova, Kamran Abdullayev, Səbinə Babayeva, Xana Həsənova, Xəyal Tağıyev, Natiq Bağırov, Azər Səlimli İctimai Televiziyanın canlı efirində yarışıblar.
7-ci həftənin birincisi isə tamaşaçılar və münsiflər heyyətinin səsverməsi nəticəsində Səbinə Babayeva seçilib.