
| Payıza qarşı Kapüşon,
Yaxışlı küçədə kölgəsi birdə O...
Həyatdan bezmiş baxışlar,
Bir deyil O,
Piyadalar, Maşınlar, Dayanacağlar, Metro,
Baxışlarıda Ölmüş insanlar,
Tələsən addımlar,
Çəkdiyi əzablar çıxmır yadından,
Üzündə qırışlar,
O qocalmış uşağ,
Evdə ac körpələr,
Lazımdı pul tapmaq.
Yadına düşür yaxşı vaxtlar,
Maaş, ailə, nahar, həyat yoldaşının xöşbəxt gözləri və uşaqlar,
O bacarar!
O qayıdar evə Çörək və duzla,
Gülüş doğar gəmlə parçalanmış ümüdsüz üzlər.
O bilir bu seçimlə tapmayacaq xoşbəxtliy,
O bilir nədi qorxaqlıq və nədi zəyifliy,
O bilir yıxılanı əzir ayaq altda şər!
Amma lazımdı oğlana: Kitap, Gələm, Dəftər...
Tələsən piyadalar itələdikcə bir birini,
Bahalı maşınlardan sıcradıqca səkiyə palçığ,
Bakının yoxdur vicdanı,
Bu şəhər boz və kinli və yüsəldikcə binaları bakı olur alçaq!
Lazımdı Çörək tapmaq,
Daşdanda pul çıxartmaq!
O bilir yoxdu nə ata nə gohum nə dayağ,
Yanında dörtcə kömək: İki əl və iki ayaq,
Evdə qurtarıb ət yoxdu çörək, lazımdı yağ.
Necə söysün talei,
Taleh hər kəs üçün fərgli,
Yenə şükür Allaha canı sağlam yox xəstəlik,
Budur dördüncü həfdədir əlində köhnə Diplomla,
Gəzir bir-bir binaları "Pulsuz İşləyimdə Nə Olar?, Məni bir İl yoxlayın, tələsməyin gərarla, məni evdə gözləyir xəstə arvad, iki balamla, olmayıb varlı dostum, vəxr etməmişəm atamla, Nə olsun ki vermirəm Rüşvət, amma məndə savad var!"
Qayıtdı gor, peşman,
Əsəbləri son həddə,
Havalar soyuyur,
Məktəb üçün lazımdı paltar,
Bir qutu siqretdə xərclənmiş son qəpiylər,
Sonuncu ümüdü öldü tüstü ilə,
Açıldı əllar...
ƏLLƏR açılır sevincdən göz yaşi silir əllər,
ƏLLƏR var daş daşıyır pul sayır bəzi əllər,
ƏLLƏR var çörəyi bölür çoxusun verir ac qonşuya,
ƏLLƏR var dolu qızılla dolu üzüylə deyil xoşbəxt,
ƏLLƏR var tutur qələm, Bəzi Əllər toxunmaq üçün,
ƏLLƏR var tutur əlləri əllərdən qorunmaq ücün,
ƏLLƏR var daim hazır yeni şeylər öyrənmək üçün,
ƏLLƏR var hər şeyi bilir açılır dilənmək üçün,
ƏLLƏR var alın tərin silir,
ƏLLƏR var köməysiz,
ƏLLƏR var yetim əlacsızları qoyur çörəysiz,
ƏLLƏR var tutur silah, bəzi əllər bağlı zəncir,
ƏLLƏR var palçıqın içindən çıxıb olur zəngin,
ƏLLƏR var yapışır başqa əllərdən yaşamaq üçün,
ƏLLƏR var hazır ancaq vurmaq üçün, daşlamaq üçün,
ƏLLƏR var seçir paltar, seçer qızıl bəzənmək üçün,
ƏLLƏR var oğlu qızı ac açılır dilənmək üçün... | |