» Daha sevgiyə inanmıram mən
  » 30.04.2009
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Dövlət idarələri mix.az ha ...
  » Mix.az-ın şərəf lövhəsi. ...
  » Ən gözəl zaman tuneli layih ...
  » Mix.aZ - 7 yaşın mübarək
  » 3 il keçdi...
  » Facebook-un yaradıcısı Mark ...
  » Onların cavabları-2ci hissə
  » Ən zövqlü mix.azlı layihə ...
  » Bu dəfə körpə mix.az-çıl ...
  » Mix.azlıların niklərinin m ...
  » Necə unudaq?
  » Mənim musiqi zövqüm - Aprel
  » Bu gün Qələbə günüdür
  » "Mix.az"-lıların Məktəb ...
  » Mix.az-ın qızları ) | Music ...
  » Natiq Ritm Qrupu - Eurovision ...
  » Anama yaxşı bax...ATA!
  » Mix.az userlərinin xarakteris ...
  » Mix.Az-lılar sehrli olsaydı ...
  » Mix.Az-lıların nik və avata ...
  » Mix.Az-ın Şirinələri
  » Bəzən...
  » Mix.az-lıların uşaqlıq dü ...
  » “Mix.az-lıların Uşaqlıq ...
  » "Space" Amaci məhkəməsin ...
  » Bu dəfə Müəllifin özünə ...
  » Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
  » Mixin 7 yaşı.....
  » Türklər Azərbaycan dilində ...
  » Mənim sənsiz romantikam
  » Sən axı qızsan!...
  » Qadın olmaq!
  » Top 10 Müəllif
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Mix.az-ın ən maraqlı xəbə ...
  » Bu O`dur?!
  » Mix.az qızları mixin 7 yaş ...
  » Sizə məsləhətim...
  » Peyğəmbərdən nurlu kəlaml ...
  » Peyğəmbərdən (s) nurlu kə ...
  » Əmi ilə xala:)
  » "Uzaq"
  » Azəri qızı Günel Bakıda f ...
  » Qızlarımızın Yay aksesuar ...
  » Uşaq vaxtı nələr etməmiş ...
  » Təsadüf
  » Mənim sənsiz romantikam
  » Anam haqlı imiş...
  » "Mix.az"-lıların Ana sevgi ...
  » Uşaqlar-uşaq evində və ail ...
  » 22 may 2012 ... Eurovision 1-c ...
  » "Buyuq da..."
  » ATV-nin ev fırıldağı
  » Ad günün mübarək, Mix.Az!
  » Qarabağ - Laçın
  » Life in Paper
  » Mix.az-ın qızları ) | Music ...

Mi Comentario
Xəbər sayı -59
iKooo
Xəbər sayı -50
PsikoOOo
Xəbər sayı -50
mix dominant
Xəbər sayı -29
Sensiz_Qocaldim
Xəbər sayı -26
Mir_Celal
Xəbər sayı -22
ayshan
Xəbər sayı -21
krolochilapka
Xəbər sayı -11
M.Seyidzadeh
Xəbər sayı -7
nuku
Xəbər sayı -6



12-17
18-21
22-27
27-33
33-40
40-50
50-90








 
 
Azərbaycan musiqisinin incisi - Eldar Mansurov Musiqi, Azeri mp3, Məşhurlar 
Azərbaycan musiqisinin incisi - Eldar Mansurov

Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçəri şəhərdə musiqiçi ailəsində anadan olmuşdur. 1968-1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində, 1974-1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir.

1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin katibidir. Ailəlidir, 2 oğlu var.

Azərbaycan musiqisinin incisi - Eldar Mansurov

Bir çox sənətçinin kariyerasının yüksəlməsində onun yazdığı mahnıların xüsusi rolu olub. Onlardan: Firəngiz Rəhimbəyova, Aygün Kazımova, Samir Bağırov, Faiq Ağayev, Brilliant Dadaşova, Manana və s. bu kimi sənətçilərlə uzun müddət işləyib və yazdığı hər bir mahnı öz dövrünün çox sevilən və hal-hazırda da dinlənilən şlyager mahnıya çevrilmişdi.
O mahnılardan ilk yada düşən təbii olaraq, "Bayatılar" mahnısıdır, hansı ki, dünyanın 30-dan çox ölkəsində fərqli tərzlərdə, fərqli dillərdə səslənib.

Azərbaycan musiqisinin incisi - Eldar Mansurov

Eldar Mansurovun instrumental musiqiləri:

Cleopatra

Yüklə | İndir | Скачать | Download


Gecə zəngləri

Yüklə | İndir | Скачать | Download


Karvan

Yüklə | İndir | Скачать | Download


Melodiya

Yüklə | İndir | Скачать | Download


Qəmgin mahnı

Yüklə | İndir | Скачать | Download


Əlvida

Yüklə | İndir | Скачать | Download


My love

Yüklə | İndir | Скачать | Download



 
 
#51 Şərhin müəllifi: TARKANFAN
 


Eldar Mansurovun bəstələdiyi, Manananın ifa etdiyi bir mahnısını mp3.mix.az-a yerləşdirdim. Çox super mahnıdır. Nə əcəbsə saytda yox idi.
Vətənpərvər ruhda bir mahnıdır.


Sitat: dostluq
Eldar Mansurov həqiqətəndə sənət inciləmizdəndi.dəyərli sənətkarlardan biridir.çox sağ ol,Samirə belə gözəl xəbərə görə.

Mən təşəkkür edirəm sənə, xəbərə verdiyin bu qiymətə görə rose
Sitat: dostluq
ayy da mən də Faiqin bu mahnısını çox sevirəm.super mahnıdı.

Olduqca gözəl mahnıdır. Elə bu xəbəri hazırlayandan yadıma düşüb, hər gün dinləyirəm.

 
 
#50 Şərhin müəllifi: loving_life
 


hamısı qəşəngdi.amma buları yüklədim.
Melodiya
Qəmgin mahnı
Əlvida

Eldar Mansurov həqiqətəndə sənət inciləmizdəndi.dəyərli sənətkarlardan biridir.çox sağ ol,Samirə belə gözəl xəbərə görə.

Sitat: TARKANFAN
Faiq Agayev - Ola bilmez 1990

ayy da mən də Faiqin bu mahnısını çox sevirəm.super mahnıdı.
Sitat: TARKANFAN
Eldar Mansurovun Mahni Gecesi [1996]

buna görə isə xüsusi təşəkkürlər.baxmamışdım))
rose


--------------------

 
 
#49 Şərhin müəllifi: TARKANFAN
 


Sitat: Mr_Anderson
İldə ayda bir xəbər ərsəyə gətirən müəllifin xəbərinə rəy yazmadan keçmək olmaz

Gərək üzümə vurasan? wink
Çox sağ ol fikirlərinə görə.
Sitat: TADELLE
ESEBIMNEN YAZMIŞAM .İNDİKİ GENCLİK ELE ÇÜRÜK MUSİQİLERE QULAQ ASIR Kİ HEYFİM GELİR O GÖZEL MUSİQİLERİMİZE

Təəssüf ki, belədir.
O gün youtube-da izlədim, ən çox albomu satılan müğənni Üzeyirdir. Hal-hazırkı musiqi zövqü təəssüf ki, ondan ibarətdir.
Sitat: _Jasmin_
Elegy Requiem

Bu 2-si də var məndə, amma bir az keyfiyyət zəifdir. Ona görə yerləşdirmədim.
Sitat: Artemida
Görək inşallah alınsa Röya mahnımı oxuyacaq.

Nə gözəl. İnşallah, uğurlu bir mahnı olar.

Hər kəsə bir daha təşəkkürlərimi bildirirəm, fikirlərinizə görə. Çox maraqlı idi fikirlərinizi oxumaq. Xüsusilə, bəyəndiyinizə lap çox sevindim. Minnətdaram.

 
 
#48 Şərhin müəllifi: Mr. Artemida
 


Təşəkkürlər xəbərə görə, yeri gəlmişkən mən də bəstəkaram. İstiyirəm bu peşə üzrə gedim. Görək inşallah alınsa Röya mahnımı oxuyacaq. Alınsa özüm qoyacam bura xəbər kimi.


--------------------

 
 
#47 Şərhin müəllifi: Huseyn87
 


Eldar Mansurovun Metanet Isgenderliye yazdigi Darixma o da super mahnidir. Xebere gore cox sagolun.

 
 
#46 Şərhin müəllifi: Mr_Anderson
 


İldə ayda bir xəbər ərsəyə gətirən müəllifin xəbərinə rəy yazmadan keçmək olmaz + xəbər haqqında mütləq rəy yazmalı idim.
İndi,məhz bu saat üç dörd bəstəkar var ki,onlar tanınır.
Mirməmmədli(lər(!)),G.Həsənzadə və s.Amma bəzən pərdə arxasında gizlənən amma ən böyük sənət əsərini ərsəyə gətirən insanlar olur.Bəstəkarlar daha doğrusu...Eldar Mansurov onlardan biridir.
İstikrarlı insan olub.Çalışdığı hər insan müəyyən Eldar Mansurov məktəbindən keçirib.
Qaldı ki,melodiyalara.
Şedevr Bayatıları çıxsaq,Karvan musiqisini çox bəyənirəm.
Təşəkkürlər.


--------------------

 
 
#45 Şərhin müəllifi: _Jasmin_
 


Eldar Mansurov haqqda bir o qədərdə bilgim yoxdu.
Amma kopumda Elegy Requiem, Bayati shiraz var və tez tez dinləyirəm.
Təşəkkürlər TarkanFan


--------------------

 
 
#44 Şərhin müəllifi: matematik
 


Çox sağ olun,bax bunlara deyərəm eeee qulaq pasını açan musiqilər....

 
 
#43 Şərhin müəllifi: WUgirl
 


TARKANFAN,
A onu bilmirdim yəqin Anriko Anarındır oğlunun :) Bu gün səhər 7-dən xortlamışam Samış xəbərindən sonra neçə saat yenə onun kanalını, Faiqin də köhnə mahnılarını dinləmişəm:) Ola bilməz, Mən vuruldum bir qıza, Bileydin Kaş, Dözmərəm sənsiz və s. Eldar Mansurov hər zaman keyfiyyətli sənətkar olub smile

 
 
#42 Şərhin müəllifi: Hafsa
 


yazı kısmını okurken parçalardan melodiyayı dinledim.


--------------------

 
 
#41 Şərhin müəllifi: TADELLE
 


TARKANFAN,
ESEBIMNEN YAZMIŞAM .İNDİKİ GENCLİK ELE ÇÜRÜK MUSİQİLERE QULAQ ASIR Kİ HEYFİM GELİR O GÖZEL MUSİQİLERİMİZE

 
 
#40 Şərhin müəllifi: Hamlet
 


Melodiya mende evvelr vardi sonra silinmiwdi.Adin tapa bilmirdim,cox sagolun...Elvida,my love bunlarda cox gozeldir...TWK


--------------------

 
 
#39 Şərhin müəllifi: TARKANFAN
 


O gün youtube-da Eldar Mansurovun 1996-cı ildə keçirilmiş "Mahnı gecəsi" konsertinə baxırdım. Daha bütün ulduzlarımız ordadır da)). Aygün, Faiq, Ruhəngiz, Nailə Əliyeva və s. Özü də nə gündədirlər)).
Eldar Mansurovun Mahni Gecesi [1996]


VILESH,

Mən təşəkkür edirəm sənə. O gün İSTƏK MP3-də axtardığın Nailə Əliyevanın "Sənsiz darıxıram" mahnısını da Eldar Mansurov yazıb. Doğrudan o mahnı dəhşət gözəldir. Brilliant da oxuyub onu, amma daha çox Nailənin ifasında bəyənirəm. Nailə Əliyeva, Firəngiz Rəhimbəyova heyf ki, səhnədən getdilər, yoxsa ən az Aygün, Zülfiyyə qədər populyar, sevilən müğənnilərdən olardılar.

Eldar Mansurovun bir mahnısı da var ki, o da bir şedevrdır. Bu yaxınlarda İlhamə Qasımova da canlı ifa edib o mahnını.
Demək ilk ifaçısı Firəngiz Rəhimbəyovadır, sonra Nailə Əliyeva oxuyub, türklərdən də Neşe Karaböcek. Ən çox Nailənin ifasında bəyənirəm.

Firəngiz Rəhimbəyova - İnanıram sevgiyə

Nailə Əliyeva - İnanıram sevgiyə

Neşe Karaböcek - İnanıram sevgiye

Bu da İlhamənin canlı ifası.


WUgirl,

Bir ara o kanalda yatırdım)))). O qədər maraqlı videolar var ki.
Yeri gəlmişkən, Ulviem, Anriko kanalları da Eldar Mansurovundur).
Eldar Mansurovun Faiq üçün yazdığı mahnılardan ən ən ən çox sevdiyim "Ola bilməz" mahnısıdır.
"Ürək istər bir quş olar,
Gül ətrində bir huş olar..."

Faiq Agayev - Ola bilmez 1990

Hər birinizə təşəkkür edirəm dəyərli fikirlərinizə görə.

 
 
#38 Şərhin müəllifi: WUgirl
 


Eldar Mansurovu çooox sevirəm smile Youtube kanalı da olduqca maraqlıdır saatlarla baxmaq mümkündür :)
Bayatılar bəlkə dünyada ən çox istifadə olunan musiqidir :) Hər dəfə melodiyasını fərqli müğənnilərin ifasında tanıyanda fəxr edirəm ki bizim musiqimizdir. Elə youtube-da İctimai TV-nin hazırladığı material var bu mahnı haqda çox maraqlıdır.
Mənim əzizimin ilk ifa etdiyi mahnı olan - "Ən əziz gün" mahnısı da Eldar Mansurov bəstəsidir.
Gecə zənglərinin musiqisi də çox məşhurdur. Hətta mən illər sonra Faiq Ağayevin ifa etdiyini bilmişdim. Sözləri də dəhşətdir çox dinləyə bilmirəm adamın ürəyi dayanar qəhərdən.
Səni bir qaranlıq gecənin zəngi apardı bu dünyadan.
Bəlkə mən bu gecənin zəngini təskinlik üçün uydurmuşam.
Yoxluğuna mən inanmadım, çox yalvardım Ana çox sənə.
Güc gələ bilmədi harayım gecənin bu bəd xəbərinə.
ALLAH bu günahımı bilsə bağışlamaz heç zaman məni.
Qoruya bilmədim ölümdən nə Atamı nə də Səni.
Atamın könlünü al Ana bəlkə soyuyar bir az kini.
Mən də sənin bir gün yanına həmişəlik gələnə kimi...
Deyirlər insan sönəndə taleyinin ulduzu axır.
Bəs niyə niyə göylərin üzündən mənə bir təzə təzə ulduz baxır?!
Niyə Ana?! nn5

 
 
#37 Şərhin müəllifi: VILESH
 


təşəkkürlər Samış... rose
Sitat: 2ral.a
Elad

yəqin Eldar yazmaq istiyirdin...))


--------------------

 
 
#36 Şərhin müəllifi: Asef
 


Musiqi sevməsəmdə Eldar Mansurovu pisləyəni də eşitməmişəm.

 
 
#35 Şərhin müəllifi: Router
 


xoşum gelir Eldar Mansurovdan... iki il bunnan qabaq bir meladiyasının xestesi idim. burda yoxdu o melodiya...


--------------------

 
 
#34 Şərhin müəllifi: Eiffel
 


Qəşəng musiqiləri var. Bəyənirəm Eldar Mansurovun musiqilərinidə Cavanşir Quliyevində həmçının. Təşəkkür Tarkanfan


--------------------

 
 
#33 Şərhin müəllifi: Bakinochka
 


Sitat: TARKANFAN
Hamınıza təşəkkür edirəm fikirlərinizə görə.

tewekkur sene duwur ezizim,sen sagol ki bu xeberi bizlerle boluwdun

 
 
#32 Şərhin müəllifi: TARKANFAN
 


Sitat: Beqi
o şəkildəki Mananadır?:)

Aha, Mananadır).
Yeni vaxtlarıdır deyəsən). Manana üçün də qəşəng mahnılar yazıb Eldar Mansurov.
Yadımda qalanlardan "Bu nə cür məhəbbətdir", "Bəs küsməyim neyləyim".
Ən çox Aygün Kazımova ilə işləyib. O qədər super mahnılar verib ki, Aygünə. Kaş indi də Aygün onun bəstələrindən oxusa.
Ona verdiyi bəstələrdən də yadımda qalanlar "Gecələr keçir", "Uzaqlıq", "Bu sevgi", "Bəxtəvər", "Mən Aygünəm", "Həyatımla oynama", "Mən aydan gəlmişəm", "Bir payız gecəsi" və s. bu kimi hitlər.

Hamınıza təşəkkür edirəm fikirlərinizə görə.

 
 
#31 Şərhin müəllifi: krolochilapka
 


Yüklədim,təşəkkürlər....bizim döğrudan da dahi musiqiçilərimiz var!


--------------------

 
 
#30 Şərhin müəllifi: Azadqadin
 


Tesekkür


--------------------

 
 
#29 Şərhin müəllifi: princessa
 


twkler


--------------------

 
 
#28 Şərhin müəllifi: LADY
 


Teshekkur edirem Tarkanfan.Hamisini yukledim.

 
 
#27 Şərhin müəllifi: Beqi
 


o şəkildəki Mananadır?:)


--------------------

 
 
#26 Şərhin müəllifi: Luis_nazario
 


Bəyənilsin

 
 
#25 Şərhin müəllifi: nuku
 


Sitat: denizim
"Bayatılar" bəstəsindən xoşum gəlir çox.



--------------------

 
 
#24 Şərhin müəllifi: angel_F.F.
 


Sitat: TARKANFAN
amma İnşallah, çox gec olmadan qiymətləndirərlər.


O gunleride goreciyik INŞALLAH.en esasi deyerli bestekarimiz gorecek.

 
 
#23 Şərhin müəllifi: mix2008
 


Behramnamesini cox beyenirem

 
 
#22 Şərhin müəllifi: TARKANFAN
 


Sitat: TADELLE
Üzeyir Mehdizade kimi bestekar müğenniler olan yerde .Kimdi ki Eldar Mansurovalr Tofiq Quluyevler.Emil Sabitoğlular.Cavanşir Quluyevler.Ramiz Mirişliler .Faiq Succedinovlar.Onlar ilde iki mahnı besteliyibler.Amma Üzeyir Mehdizade her 15 deqiqeden bir mahnı yazır özüde oxuyur

Ümid edirəm ki, bu sözlər ironiya ilə yazılıb)).
Hər bir halda təşəkkür edirəm fikirlərinizə görə.

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!