|
|
| Elə bir kişinin qadını olmaq istərdim ki... | Sevgi | |
Deyirlər, qadınlar bilməz nə istədiyini... Onlar üçün hər şey azdır... Uşaqlıqda vitrindəki geyimlərə şəhadət barmağımı uzadıb tək bir geyimi istədiyimdən əmin olduğum kimi, xəyallarımda da tək bir kişiyə əllərimi uzadıb mələklərdən onun haqda yazmağım mümkün olsun deyə onu yerə endirmələrini xahiş etdim... Və yazdım... Necə kişinin qadını olmaq istədiyimi... İstəmək hər şey demək deyildi... Bəzən kişilərin də xəyallarında realdakılarla çətinliklə uzlaşan qadınlar olur... Kişilər bu qadınların ayaqları altına dünyanın ən əlçatmaz sevgisini sərir... Necə qadınların? Bunu da Ənvər yazdı...

FeMeNiSTKa: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, eqoizm nədir bilməsin. Kim deyir ki, qadınlar qısqanılmaqdan həzz alarlar?! Mən məni qısqanmayan bir kişinin qadını olmaq istərdim. Mənə güvənən, mənim yalnız ona məxsus olduğumu aksiom kimi əzbər bilən bir kişinin qadını olmaq istərdim...
Ənvər: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, sevgi kəlməsi dilindən yox, qəlbindən süzülüb gəlsin... Qəlbindən gəlsin ki, damarıma qan kimi işləsin... Sevirəm deyəndə gözləri parıldasın... Parıldasın ki, ömür yolumda nur olsun...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, digər kişiləri iradəsiz edən siqaret qoxusu onun üçün mənim ətrimin qoxusu olsun. Tək mən yanında olanda unudulsun bütün dərdləri, tək mənim yanımda olsun zəif, iradəsiz... Necə ki, kişilər güclü yaransa da, ən zərif cinsə məğlub olurlar...
Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, mən budaq olanda o yarpaq olsun ki, ayrılıqda saralıb solmayaq... Mən atəş olanda o su olsun ki, birlikdə yanıb kül olmayaq... Mən yol olanda o kompas olsun ki, bərabərcə sonsuzluqda yox olmayaq...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, mənə “sevgilim”, “həyatım” kimi şablonları deməsin! Lüğətə yeni söz əlavə etsin tək məni ifadə edən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, bütün qalaktikanın məni kəşf edən tək insanı o olsun...
Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, əlindən tutanda ürək döyüntüsünü hiss edim... Hiss edim ki, yaşadığımı bilim... Evə gedəndə təbəssüm etsin... Etsin ki, mən iş yorğunluğumu kostyumumla çıxarım... Yemək bişirəndə qazana sevgi də vursun bir neçə qaşıq... Vursun ki, həyatımdan dad, ləzzət alım... İşə gedəndə “Uğurlu yol” desin... Desin ki, hədəfə atdığım oxum yan keçməsin, hədəfə dəysin...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, evliliyin övladın dünyaya gəlməsi üçün olduğunu təkzib etsin. Bir qadına yalnız ana olduğu üçün hörmət qoyulmadığını, qadın olduğu üçün dəyər verildiyini mənə izah edə bilsin. Mənə xoşbəxtliyin ağ gəlinlik donunda deyil, hər səhər üstümə atılan ağ yastıqda olduğunu sübut edə bilsin. Mən elə bir kişinin qadını olmaq istərdim ki, yastıq savaşlarının sırf “sən hirslənəndə daha gözəl olursan” prinsipinə görə yaşandığını başa salsın...
Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, hər gün səhər günəş kimi oyansın... Günəş olsun ki, enerjisiz qalmayım... Hər gecə yatanda ay kimi doğsun, gecənin zülmətindən qorxmayım... Ağlamaq üçün yer axtarsam ilk ağlıma onun çiyni gəlsin ki, mən utanmayım...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, özündən yaşca böyük insanların yanında belə məndən ötrü darıxdığını danmasın. Nə olar ki, mentaliteti qəbul etməsə mənim kimi? “Ayıbdır!”, “Millət nə deyər?!” kimi sərhədlərə xətt çəksin mənimlə. Kimə nə bizdən?!
Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, istəyəndə anam, atam, bacım, qardaşım olsun... Olsun ki, ailəm olduğuna əmin olum... Küsdürsəm barışa bilsin... Bilsin ki, həyata küsməyim....

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, özünü məndən ağıllı göstərməyə çalışmasın heç vaxt. Mən mənim deyil, mənə nəsə öyrədəcək, amma bunu minnət şəklində bildirməyəcək birinin qadını olmaq istərdim... Etdiyimiz hər müzakirənin sonu mənim onun dediyinə gəldiyim olsa da, “gördüyün kimi sən haqlıymışsan” deyib öz varlığına sevindirən birinin qadını olmaq istərdim...
Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, kədərimi səbrlə paylaşsın... Paylaşsın ki, kədərim azalsın.... Sevincimi həyəcanla bölüşsün... Bölüşsün ki sevincimiz sürətlə çoxalsın...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, 2-nin üzərinə 1000 gəlmək istəsələr belə, yenə 1 alınacağını deyib bütün riyaziyyatı çökdürsün. Yəni aramıza kimsənin girməyi bacarmayacağını, 2 bədəndə 1 ruhun olduğunu məni sevməyənlərin yanında məni müdafiə edəndə isbat etsin. Mənim söhbətlərim onun üçün kişilərin qadınlar haqda dediyi “dır - dır” olmasın. Ona səbəbsiz hirsləndiyimdə, xasiyyətimə uyğun bəhanə tapıb küsdüyümdə məni qucaqlamağı bəs etsin istəyirəm məni utandırmağa... Deyirlər, qadınlar kişilərin son eşqi, kişilər qadınların ilk eşqi olmaq istər... Amma mən ilk eşqini xatırlamayan bir kişinin qadını olmaq istərdim. Bir kişinin həyatında nə qədər çox qadın olarsa, sevgisi bir o qədər paylanmış deməkdir. Mən bütün sevgisini tək mənə sərf edəcək bir kişinin qadını olmaq istərdim. Mənə mümkün olmayan şeylərin əslində mümkün olduğunu danışan birinin qadını olmaq istərdim. Mənə qaranlığın Günəşlə aydınlandığını deyil, Günəşin yoxluğunun qaranlıq olduğunu başa salan birinin qadını olmaq istərdim...

F: Mən elə bir kişinin qadını olmaq istərdim ki, mənimlə bərabər uşaq olmağı utanc, ya da yaraşmayan bir hərəkət saymasın. İstədiyimdə mənə nağıl danışsın, əlimdən tutub Luna Parka aparsın :) Yaşın artmasının böyüklük demək olmadığını və insan nə qədər böyüyərsə, bir o qədər çirkləndiyini məndən də yaxşı bilən birinin qadını olmaq istərdim...
Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, dərdimi onuncu dəfə danışanda ilkmiş kimi dinləsin... Dinləsin ki, dostluğa inamım artsın... Dərdini mənə sevərək anlatsın... Anlatsın ki, güvənirliliyimi hiss edim... O hər zaman mənimlə danışsın... Danışsın ki, qulaqlarımın pası silinsin...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, mənsiz gözünə yuxu getməsin. Aldığı hər nəfəsin deyil, ürəyinin hər döyüntüsünün mən olduğumu, məhz bunun üçün məni üzməməyinin lazım olduğunu hər mənsiz saniyəsində özünə təkrar etsin. Mənsizlik mənim sevmədiyim şeyləri etdiyində olacaqdır təbii. Mən futbol azarkeşi, ya da serial xəstəsi olmayan, vaxtını daha dəyərli şeylərə sərf edən birinin qadını olmaq istərdim. Çünki futbol zamanı divanda o qədər yerin olduğuna rəğmən, oturmaq istəmədiyimə baxmayaraq, kitab oxuduğunda o kiçik məsafədə özümə yer tapacağıma əminəm...

F: Ordubadi deyib ki, nədə oğurluq haramdırsa, təkcə qızlara oğlanların qəlbini oğurlamaq halaldır. Ona görə mən qəlbini öz istəyiylə oğurladığım, həm də istədiyi zaman məni oğurlamaqdan çəkinməyən bir kişinin qadını olmaq istərdim. “Bura haradır?” soruşduğumda “mənim yanım” cavabını mənə əzbərlədən birinin qadını olmaq istərdim. Mən hər şeyini mənə açıq danışa bilən, hər çətinliyində dizimdə yatmağı arzu edən birinin qadını olmaq istərdim...
Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, mən can olanda o bədən olsun ki, yeriyəndə yıxılmayaq... Mən batarsam o əlimdən tutsun ki, birlikdə məhv olmayaq...Mən susanda o danışsın ki, səssizlikdə çıldırmayaq... Mən sən deyəndə o biz desin ki, biz birlikdə yüksələk...

F: Nəhayət, mən elə bir kişinin qadını olmaq istərdim ki, bu yaşıma qədər haqq qazandırdığım feminizm ideologiyasını mənə unutdura bilsin. Çünki bir kişi qadına özündən nə qədər aşağı baxarsa, bir o qədər qadının əsl sevgisindən məhrum olacaqdır. Bir kişi qadını nə qədər çox sevərsə, bir o qədər qadının nə demək olduğunu və nə istədiyini anlayacaqdır. Çünki qadın, mənə görə, bir sandıqdır. O sandığın açarı həyatı boyu yalnız bir kişinin əlində olmalıdır. Və qıfıl nə qədər çox dəyişilərsə, sandığın içi bir o qədər başqalaşacaqdır. Qadın istəməzsə, ən uyğun açar belə sandığı aça bilməz. Bir qadını kəşf etməyi bacarmaq, xoşbəxtliyi ovucun içinə almaq deməkdir. Çünki fikirlərinin oxunduğunu hiss edən qadın, baş əyməsə belə, o şəxsə təzim edəcəkdir. Qadın heç bir kişini diz çökdürmək istəməz. Amma həyatında diz çökdürdüyü kişilər onun üçün fəxr sayılar. Məhz digərlərindən fərqlənsin deyə, açarı təslim etdiyi kişinin diz çökməsinə dayana bilməz. Ona görə hər qadın sevdiyi insanı gözündə böyüdər, nə olursa olsun. Amma özünə aşağı baxıldığında etdiyi bütün təmənnasız yaxşılıqları yadına salar. Məhz bunun üçün kişidən əskik olmadığını xatırladar. Ona görə mən elə bir kişinin qadını olmaq istərdim ki, mənə onsuz da bərabər olduğumuzu və feminizmə ehtiyac qalmadığını sözlərdə deyil, hərəkətlərində izah etsin. Mən mənim arzuladığım həyatı məqsəd kimi qəbul edən bir kişinin qadını olmaq istərdim...

Təşəkkür edənlər: (69) MeLeYiNiZ, ASHKSIZ_PRENS, VIP, Miss_Skazochka, VeLi_DRD, you belong with me, Manson_9, yagmurlar_, Special, jalefm, Western_lady, Catgirl93, ForeveR_SweeT, AMERICANA, KoLeRa, NARA_93, Qul, Nomre1, TARKANFAN, BRIDA, MarkizaM, _stilyawka_, Owen, BBX, MIRacLe sabiwka, miw_ulya, x_girl_, oftalmo, Sharli, PIFAQOR, Vogue, WUgirl, lacrima723, Lady_Kapriz, Half_spirit, Givenchy, S_T_O_M_A_T_O_L_O_Q, Whatever Happens, SaGoLeRa, LiLAmoooR, Miss_mix.az, __Jale__, SpLeNDiD_GirL, Rena, Rozalina, (Bakinech), yarpaq_dolmasi, Farid408, Nora M, Enver, Neqsicahan, selashka, Mr.KAyfuyem, Johonilla, Nasibov, Esedullah, nara112, Dr.Genetik, samix, Attractive, ALICE_737, NeSTLe, SlimShady, JUJUKA, ROMINA_21, MILADY, crazybaji, sadece gunka, NifreteNifret |  | |  |  | |
| Baxış sayı: 5364 Şərhlər (118) Müəllif : FeMeNiSTKa 31 Avqust 2010 19:00 | |  |  |  |  |
| |
 | #28 Şərhin müəllifi: MeNDeN_YoXDuR | | | | | 
| Sitat: FeMeNiSTKa Bütün bioqrafiyasını yazdım e) Тешеккур :) Там охумадым ама охуджам, мараглы келди :)
--------------------
Изменяла…Изменяю…И буду Изменять… свою жизнь в лучшую сторону!=)
| |  | |  |  | 31 Avqust 2010 20:27 | Qeydiyyat: 12.02.2008 | Adı: Fairy | Ünvan: Pərilər məkanı | |  |  |  |  |
| | | #27 Şərhin müəllifi: FeMeNiSTKa | | | | | 
| Sitat: TARKANFAN Aydaaaaaa. Dastan yazmishdim e:((((((((. Guya copy edirdim, chashdim sildim. Samış yuxarıdakı oxlarla birtəhər geriyə get bəlkə alındı))) | |  | |  |  | 31 Avqust 2010 20:24 | Qeydiyyat: 10.08.2007 | Adı: Yox mənim yox adım | Ünvan: Başqa planet | |  |  |  |  |
| | | #26 Şərhin müəllifi: TARKANFAN | | | | | 
| Aydaaaaaa. Dastan yazmishdim e:((((((((. Guya copy edirdim, chashdim sildim.
| |  | |  |  | 31 Avqust 2010 20:21 | Qeydiyyat: 18.11.2007 | Adı: Samira | Ünvan: Novaya Zemlya | |  |  |  |  |
| | | #25 Şərhin müəllifi: FeMeNiSTKa | | | | | 
| Sitat: _stilyawka_ Енвер кимдир ки? Forumda super moderdir.Online Roman var orda userlərin iştirak etdiyi - Pəncəmdəki qan damlası onu o yazır.Üzdən tanımaq istəsən saytda sağ tərəfdə min bir comics jurnalının reklamı var ordakıdı) Evlidir,bir övladı var Bütün bioqrafiyasını yazdım e) | |  | |  |  | 31 Avqust 2010 20:16 | Qeydiyyat: 10.08.2007 | Adı: Yox mənim yox adım | Ünvan: Başqa planet | |  |  |  |  |
| | | #24 Şərhin müəllifi: MeNDeN_YoXDuR | | | | | 
|
Енвер кимдир ки?
--------------------
Изменяла…Изменяю…И буду Изменять… свою жизнь в лучшую сторону!=)
| |  | |  |  | 31 Avqust 2010 20:14 | Qeydiyyat: 12.02.2008 | Adı: Fairy | Ünvan: Pərilər məkanı | |  |  |  |  |
| |  | |  |  | 31 Avqust 2010 20:06 | Qeydiyyat: 15.08.2009 | Adı: TELEBE QIZ | Ünvan: BAKI | |  |  |  |  |
| | | #22 Şərhin müəllifi: AMERICANA | | | | | 
| ELA 2 NIZ DE SUPER , MUKEMMEL, MUKEMMELDEN DE OTE YAZMISINIZ
--------------------
No complex better life.İ guess,İ am going crazy or wiser. Hələ dəqiq bilmirəm Ömur dediyin 1 gündür, o da bu gündür Cəsarət-ən böyük bədbəxtliklərin və ən böyük uğurların başlanğıcıdır | |  | |  |  | 31 Avqust 2010 20:04 | Qeydiyyat: 13.09.2009 | Adı: AMERICANA | Ünvan: U.S.A New -YORK, Brooklyn | |  |  |  |  |
| | | #21 Şərhin müəllifi: NARA_93 | | | | | 
| 2 ci ve 8ci wekil....biz hemiwe ele edirik | |  | |  |  | 31 Avqust 2010 20:03 | Qeydiyyat: 24.06.2010 | Adı: ....... | Ünvan: ....... | |  |  |  |  |
| | | #20 Şərhin müəllifi: Nomre1 | | | | | 
| Siz nə çox şey istəmişsiniz:) Amma əla istəklərdir. İkiniz də istəklərinizə çatasınız. Gözəl yazı üçün təşəkkür.
--------------------
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin. | |  | |  |  | 31 Avqust 2010 20:03 | Qeydiyyat: 29.08.2007 | Adı: -- | Ünvan: DörDivaR | |  |  |  |  |
| | | #19 Şərhin müəllifi: FeMeNiSTKa | | | | | 
| Sitat: Qul FeMeNiSTKa- sənin işin çətindi, elə evdə qalsan yaxşıdı=) Amin! | |  | |  |  | 31 Avqust 2010 20:01 | Qeydiyyat: 10.08.2007 | Adı: Yox mənim yox adım | Ünvan: Başqa planet | |  |  |  |  |
| | | #18 Şərhin müəllifi: Qul | | | | | 
| ela alınıb +
FeMeNiSTKa- sənin işin çətindi, elə evdə qalsan yaxşıdı=) | |  | |  |  | 31 Avqust 2010 19:47 | Qeydiyyat: 6.06.2009 | Adı: just call me--qul | Ünvan: herbi xidmet | |  |  |  |  |
| | | #17 Şərhin müəllifi: NARA_93 | | | | | 
| Sitat: KoLeRa Super,Femi..Əlinizə sağlıq.. | |  | |  |  | 31 Avqust 2010 19:42 | Qeydiyyat: 24.06.2010 | Adı: ....... | Ünvan: ....... | |  |  |  |  |
| | | #16 Şərhin müəllifi: FeMeNiSTKa | | | | | 
| Sitat: DJ VAKO Məndə elə bilirəm Femi kimisə döyməyə hazirlaşir?)) Mən hazırlaşmamış döyürəm Sitat: VeLi_DRD Arzu eidrəmki inşAllah bir gün sual və problemlərə yazıb bildirəsənki nikini dəyişsinlər,Aşiqi Leyli qoysunlar:) Ayda arzuya baxe)))Qeyd edim ki,Ənvərin arzusu artıq reallaşıb.İnşaALLAH sənin də arzuların reallaşar)Bir daha təşəkkür edirəm sənə) Şərh yazıb bəyəndiyini,təşəkkürünü bildirən hər kəsə təşəkkür edirəm) | |  | |  |  | 31 Avqust 2010 19:40 | Qeydiyyat: 10.08.2007 | Adı: Yox mənim yox adım | Ünvan: Başqa planet | |  |  |  |  |
| |  | |  |  | 31 Avqust 2010 19:35 | Qeydiyyat: 31.01.2010 | Adı: Shefa | Ünvan: Yashamiram.. | |  |  |  |  |
| | | #14 Şərhin müəllifi: ForeveR_SweeT | | | | | 
| Femi və Ənvər bəy çox gözəl alınıb, sonacan oxudum, bezmədən :)... bəyəndim, +5 Elə bir kişinin qadını olmaq istərdim ki, məni başa düşsün... Ən əsası ifrat dərəcə də qısqanclıq hissi olmasın... Bütün hər şeyə "dır - dır" edib bezdirici olmasın...
--------------------
Радуйтесь жизни.. Смейтесь от счастья.. Улыбок не прячьте.. Назло всем несчастьям.. Живите, любите, безумно и страстно.. Грустить не спешите.. Ведь жизнь так прекрасна... | |  | |  |  | 31 Avqust 2010 19:30 | Qeydiyyat: 23.05.2010 | Adı: Selish | Ünvan: ..:Paris:.. | |  |  |  |  |
| | | #13 Şərhin müəllifi: you belong with me | | | | | 
| Nəhayət, mən elə bir kişinin qadını olmaq istərdim ki, bu yaşıma qədər haqq qazandırdığım feminizm ideologiyasını mənə unutdura bilsin. İnşallah Femi elə birisini sevərsən ki o sənə bu feminizm ideologiyasını unutdurar.Yazı çox gözəl idi.Hər ikinizində əlinizə sağlıq,çox gözəl yazmısınız.Sevərək oxudum. | |  | |  |  | 31 Avqust 2010 19:25 | Qeydiyyat: 16.05.2010 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #12 Şərhin müəllifi: yagmurlar | | | | | 
| F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, 2-nin üzərinə 1000 gəlmək istəsələr belə, yenə 1 alınacağını deyib bütün riyaziyyatı çökdürsün. Yəni aramıza kimsənin girməyi bacarmayacağını, 2 bədəndə 1 ruhun olduğunu məni sevməyənlərin yanında məni müdafiə edəndə isbat etsin. Mənim söhbətlərim onun üçün kişilərin qadınlar haqda dediyi “dır - dır” olmasın. Ona səbəbsiz hirsləndiyimdə, xasiyyətimə uyğun bəhanə tapıb küsdüyümdə məni qucaqlamağı bəs etsin istəyirəm məni utandırmağa... ahhh...mende...teshekkurler Femi | |  | |  |  | 31 Avqust 2010 19:23 | Qeydiyyat: 5.08.2008 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #11 Şərhin müəllifi: VeLi | | | | | 
| Femi və Qardaşın fikirləri çox səmimi alınıb. Allah ürəyinizdəki o arzulara çatdırsın inşAllah. Qardaşın istədiyi qadın mənə elə gəlirki bu saytda olan hər bir oğlan istəyər.Biro ğlan kimi bunu düşündüm oxuyanda. Xüsusəndə "Ənvər: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, sevgi kəlməsi dilindən yox, qəlbindən süzülüb gəlsin..." bu hissə lap ürəyimcə oldu. Məndə elə bir qadın istəyirəmki o mənim anamı,atamı məndən daha çox sevsin. Femi xoş oldu əlimdən gəldiyi qədər kömək etmək. Birdaha uğurlu xəbər münasibəti ilə təbrik eidrəm.Arzu eidrəmki inşAllah bir gün sual və problemlərə yazıb bildirəsənki nikini dəyişsinlər,Aşiqi Leyli qoysunlar:))
--------------------
Həzrəti Məhəmməd (S.a.s) peyğəmbər.:«Bir insanın qəlbini qırmaq 70 dəfə Kəbə evini dağıtmaqdan daha günahdır!» Həzrəti İmam Əli (ə):«Öz günahından başqa heç nədən qorxma, öz Rəbbindən başqa heç kəsə ümid bağlama.» Allah Yunus surəsi,44 ayədə buyurur: “Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!” | |  | |  |  | 31 Avqust 2010 19:22 | Qeydiyyat: 26.11.2009 | Adı: Xoşbəxtlər dünyasının İNSANI...ツ | Ünvan: Azərbaycan | |  |  |  |  |
| | | #10 Şərhin müəllifi: _Unikalnaya_ | | | | | 
| OXumaqdan hezz adlim.Ehsen her ikinisize.Cox beyendim.arzularina catasiz.
p.s.Denizim nikinin avatari olan wekli axtarirdim.Burda tapdim.Thank you
--------------------
Мы вышли из мечети с улыбкой на губах...Он прошептал мне на ушко - теперь нас разлучит только Аллах... ♥
| |  | |  |  | 31 Avqust 2010 19:21 | Qeydiyyat: 27.04.2009 | Adı: Pishik xanim | Ünvan: Peterburq | |  |  |  |  |
| | | #9 Şərhin müəllifi: Just GuLu | | | | | 
| Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, mənə “sevgilim”, “həyatım” kimi şablonları deməsin! Lüğətə yeni söz əlavə etsin tək məni ifadə edən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, bütün qalaktikanın məni kəşf edən tək insanı o olsun... | |  | |  |  | 31 Avqust 2010 19:19 | Qeydiyyat: 12.07.2008 | Adı: Western_lady | Ünvan: Baki | |  |  |  |  |
| | | #8 Şərhin müəllifi: jalefm | | | | | 
| qadın sevdiyi insanı gözündə böyüdər, nə olursa olsun. Amma özünə aşağı baxıldığında etdiyi bütün təmənnasız yaxşılıqları yadına salar. Məhz bunun üçün kişidən əskik olmadığını xatırladar. Ona görə mən elə bir kişinin qadını olmaq istərdim ki, mənə onsuz da bərabər olduğumuzu və feminizmə ehtiyac qalmadığını sözlərdə deyil, hərəkətlərində izah etsin. Mən mənim arzuladığım həyatı məqsəd kimi qəbul edən bir kişinin qadını olmaq istərdim... Kim istəməzki....... Yazını çox bəyəndim,sonuna kimi oxudum.... Hər iki müəllifə təşəkkürlər..... | |  | |  |  | 31 Avqust 2010 19:16 | Qeydiyyat: 5.02.2009 | Adı: Jalə | Ünvan: -- | |  |  |  |  |
| | | #7 Şərhin müəllifi: DJ VAKO | | | | | 
| Məndə elə bilirəm Femi kimisə döyməyə hazirlaşir?))təşəkkürlər gözəl mövzudur. | |  | |  |  | 31 Avqust 2010 19:16 | Qeydiyyat: 30.11.2009 | Adı: DJ VAKO | Ünvan: EHMEDLI | |  |  |  |  |
| | | #6 Şərhin müəllifi: All Sweet One | | | | | 
| axırdada div öldü
--------------------
Женщина, которая ведет себя хорошо, не имеет шанса войти в историю. | |  | |  |  | 31 Avqust 2010 19:15 | Qeydiyyat: 7.07.2009 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #5 Şərhin müəllifi: FeMeNiSTKa | | | | | 
| Əvvəla təklifimi bu qədər işin arasında qəbul edib,dəyərli vaxtını ayırıb,mənim yazımı belə kölgədə qoyacaq yazı yazdığı üçün adaşımın atası Ənvərə təşəkkür edirəm:) Sonra şəkillərdə etdiyi köməkliyə görə Vəli_DRD nikinə təşəkkür edirəm. Ən əsası da,xəbərdə çox əziyyəti keçən,xəbəri aktiv edən Miss_Skazochkaya təşəkkür edirəm.ALLAH hər birinizdən razı olsun | |  | |  |  | 31 Avqust 2010 19:10 | Qeydiyyat: 10.08.2007 | Adı: Yox mənim yox adım | Ünvan: Başqa planet | |  |  |  |  |
| | | #4 Şərhin müəllifi: MeLeYiNiZ | | | | | 
| Femi Allah arzularina catdirsin seni mende icinde | |  | |  |  | 31 Avqust 2010 19:10 | Qeydiyyat: 3.09.2009 | Adı: -- | Ünvan: meleklerin oldugu her yer | |  |  |  |  |
| | | #3 Şərhin müəllifi: VIP | | | | | 
| TESEKKURLER ELA 5+
--------------------
♫ ♫ ♫ ♫ ♫ ~ music !s mY L!Fe ~ ♫ at this night ♪ ► Play▌▌ Pause ■ Stop | |  | |  |  | 31 Avqust 2010 19:06 | Qeydiyyat: 8.05.2010 | Adı: İsİ | Ünvan: MiX.aZ | |  |  |  |  |
| | | #2 Şərhin müəllifi: Dominic Toretto | | | | | 
| Axır ki gözlədiyimiz süpriz gəldi .Femi pis arzu deyil haaa
--------------------
Sildiklərim də var əlbəttə ki..Onlar səhvlərim və peşmanlıqlarımdır.Adları çəkilməz,əhvallarını soruşmaram! | |  | |  |  | 31 Avqust 2010 19:06 | Qeydiyyat: 30.08.2008 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #1 Şərhin müəllifi: MeLeYiNiZ | | | | | 
| Mən elə bir kişinin qadını olmaq istərdim ki, eqoizm nədir bilməsin. Kim deyir ki, qadınlar qısqanılmaqdan həzz alarlar?! Mən məni qısqanmayan bir kişinin qadını olmaq istərdim. Mənə güvənən, mənim yalnız ona məxsus olduğumu aksiom kimi əzbər bilən bir kişinin qadını olmaq istərdim... ela super:))) +5 tesekkurler:)) | |  | |  |  | 31 Avqust 2010 19:06 | Qeydiyyat: 3.09.2009 | Adı: -- | Ünvan: meleklerin oldugu her yer | |  |  |  |  |
| |
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
| |
|
|