» Daha sevgiyə inanmıram mən
  » 30.04.2009
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Dövlət idarələri mix.az ha ...
  » Mix.az-ın şərəf lövhəsi. ...
  » Ən gözəl zaman tuneli layih ...
  » Mix.aZ - 7 yaşın mübarək
  » 3 il keçdi...
  » Facebook-un yaradıcısı Mark ...
  » Onların cavabları-2ci hissə
  » Ən zövqlü mix.azlı layihə ...
  » Bu dəfə körpə mix.az-çıl ...
  » Mix.azlıların niklərinin m ...
  » Necə unudaq?
  » Mənim musiqi zövqüm - Aprel
  » Bu gün Qələbə günüdür
  » "Mix.az"-lıların Məktəb ...
  » Mix.az-ın qızları ) | Music ...
  » Natiq Ritm Qrupu - Eurovision ...
  » Anama yaxşı bax...ATA!
  » Mix.az userlərinin xarakteris ...
  » Mix.Az-lılar sehrli olsaydı ...
  » Mix.Az-lıların nik və avata ...
  » Mix.Az-ın Şirinələri
  » Bəzən...
  » Mix.az-lıların uşaqlıq dü ...
  » “Mix.az-lıların Uşaqlıq ...
  » "Space" Amaci məhkəməsin ...
  » Bu dəfə Müəllifin özünə ...
  » Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
  » Mixin 7 yaşı.....
  » Türklər Azərbaycan dilində ...
  » Mənim sənsiz romantikam
  » Sən axı qızsan!...
  » Qadın olmaq!
  » Top 10 Müəllif
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Mix.az-ın ən maraqlı xəbə ...
  » Bu O`dur?!
  » Mix.az qızları mixin 7 yaş ...
  » Sizə məsləhətim...
  » Peyğəmbərdən nurlu kəlaml ...
  » Peyğəmbərdən (s) nurlu kə ...
  » Əmi ilə xala:)
  » "Uzaq"
  » Azəri qızı Günel Bakıda f ...
  » Qızlarımızın Yay aksesuar ...
  » Uşaq vaxtı nələr etməmiş ...
  » Təsadüf
  » Mənim sənsiz romantikam
  » Anam haqlı imiş...
  » "Mix.az"-lıların Ana sevgi ...
  » Uşaqlar-uşaq evində və ail ...
  » 22 may 2012 ... Eurovision 1-c ...
  » "Buyuq da..."
  » ATV-nin ev fırıldağı
  » Ad günün mübarək, Mix.Az!
  » Qarabağ - Laçın
  » Life in Paper
  » Mix.az-ın qızları ) | Music ...

Mi Comentario
Xəbər sayı -59
iKooo
Xəbər sayı -50
PsikoOOo
Xəbər sayı -50
mix dominant
Xəbər sayı -29
Sensiz_Qocaldim
Xəbər sayı -26
Mir_Celal
Xəbər sayı -22
ayshan
Xəbər sayı -21
krolochilapka
Xəbər sayı -11
M.Seyidzadeh
Xəbər sayı -7
nuku
Xəbər sayı -6



Kurtlar Vadisi Pusu
Bir Kadın Tanıdım
Behzat Ç.
İffet
Papatyam
Akasya durağı
Ay tutulması
Sihirli Annem
Arka Sokaklar
Bir Çocuk Sevdim
Fatmagül'ün Suçu Ne?
Kanıt
Kuzey Güney
Öyle Bir Geçer Zaman ki
Umutsuz Ev Kadınları
Muhteşem Yüzyıl
Adını Feriha Koydum
Yahşi cazibe
Çocuklar Duymasın
Hayat devam ediyor
Lale Devri
Yer Gök Aşk








 
 
Elə bir kişinin qadını olmaq istərdim ki... Sevgi 

Deyirlər, qadınlar bilməz nə istədiyini... Onlar üçün hər şey azdır... Uşaqlıqda vitrindəki geyimlərə şəhadət barmağımı uzadıb tək bir geyimi istədiyimdən əmin olduğum kimi, xəyallarımda da tək bir kişiyə əllərimi uzadıb mələklərdən onun haqda yazmağım mümkün olsun deyə onu yerə endirmələrini xahiş etdim... Və yazdım... Necə kişinin qadını olmaq istədiyimi... İstəmək hər şey demək deyildi... Bəzən kişilərin də xəyallarında realdakılarla çətinliklə uzlaşan qadınlar olur... Kişilər bu qadınların ayaqları altına dünyanın ən əlçatmaz sevgisini sərir... Necə qadınların? Bunu da Ənvər yazdı...


(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

FeMeNiSTKa: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, eqoizm nədir bilməsin. Kim deyir ki, qadınlar qısqanılmaqdan həzz alarlar?! Mən məni qısqanmayan bir kişinin qadını olmaq istərdim. Mənə güvənən, mənim yalnız ona məxsus olduğumu aksiom kimi əzbər bilən bir kişinin qadını olmaq istərdim...

Ənvər: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, sevgi kəlməsi dilindən yox, qəlbindən süzülüb gəlsin... Qəlbindən gəlsin ki, damarıma qan kimi işləsin... Sevirəm deyəndə gözləri parıldasın... Parıldasın ki, ömür yolumda nur olsun...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, digər kişiləri iradəsiz edən siqaret qoxusu onun üçün mənim ətrimin qoxusu olsun. Tək mən yanında olanda unudulsun bütün dərdləri, tək mənim yanımda olsun zəif, iradəsiz... Necə ki, kişilər güclü yaransa da, ən zərif cinsə məğlub olurlar...

Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, mən budaq olanda o yarpaq olsun ki, ayrılıqda saralıb solmayaq... Mən atəş olanda o su olsun ki, birlikdə yanıb kül olmayaq... Mən yol olanda o kompas olsun ki, bərabərcə sonsuzluqda yox olmayaq...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, mənə “sevgilim”, “həyatım” kimi şablonları deməsin! Lüğətə yeni söz əlavə etsin tək məni ifadə edən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, bütün qalaktikanın məni kəşf edən tək insanı o olsun...

Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, əlindən tutanda ürək döyüntüsünü hiss edim... Hiss edim ki, yaşadığımı bilim... Evə gedəndə təbəssüm etsin... Etsin ki, mən iş yorğunluğumu kostyumumla çıxarım... Yemək bişirəndə qazana sevgi də vursun bir neçə qaşıq... Vursun ki, həyatımdan dad, ləzzət alım... İşə gedəndə “Uğurlu yol” desin... Desin ki, hədəfə atdığım oxum yan keçməsin, hədəfə dəysin...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, evliliyin övladın dünyaya gəlməsi üçün olduğunu təkzib etsin. Bir qadına yalnız ana olduğu üçün hörmət qoyulmadığını, qadın olduğu üçün dəyər verildiyini mənə izah edə bilsin. Mənə xoşbəxtliyin ağ gəlinlik donunda deyil, hər səhər üstümə atılan ağ yastıqda olduğunu sübut edə bilsin. Mən elə bir kişinin qadını olmaq istərdim ki, yastıq savaşlarının sırf “sən hirslənəndə daha gözəl olursan” prinsipinə görə yaşandığını başa salsın...

Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, hər gün səhər günəş kimi oyansın... Günəş olsun ki, enerjisiz qalmayım... Hər gecə yatanda ay kimi doğsun, gecənin zülmətindən qorxmayım... Ağlamaq üçün yer axtarsam ilk ağlıma onun çiyni gəlsin ki, mən utanmayım...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, özündən yaşca böyük insanların yanında belə məndən ötrü darıxdığını danmasın. Nə olar ki, mentaliteti qəbul etməsə mənim kimi? “Ayıbdır!”, “Millət nə deyər?!” kimi sərhədlərə xətt çəksin mənimlə. Kimə nə bizdən?!

Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, istəyəndə anam, atam, bacım, qardaşım olsun... Olsun ki, ailəm olduğuna əmin olum... Küsdürsəm barışa bilsin... Bilsin ki, həyata küsməyim....

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, özünü məndən ağıllı göstərməyə çalışmasın heç vaxt. Mən mənim deyil, mənə nəsə öyrədəcək, amma bunu minnət şəklində bildirməyəcək birinin qadını olmaq istərdim... Etdiyimiz hər müzakirənin sonu mənim onun dediyinə gəldiyim olsa da, “gördüyün kimi sən haqlıymışsan” deyib öz varlığına sevindirən birinin qadını olmaq istərdim...

Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, kədərimi səbrlə paylaşsın... Paylaşsın ki, kədərim azalsın.... Sevincimi həyəcanla bölüşsün... Bölüşsün ki sevincimiz sürətlə çoxalsın...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, 2-nin üzərinə 1000 gəlmək istəsələr belə, yenə 1 alınacağını deyib bütün riyaziyyatı çökdürsün. Yəni aramıza kimsənin girməyi bacarmayacağını, 2 bədəndə 1 ruhun olduğunu məni sevməyənlərin yanında məni müdafiə edəndə isbat etsin. Mənim söhbətlərim onun üçün kişilərin qadınlar haqda dediyi “dır - dır” olmasın. Ona səbəbsiz hirsləndiyimdə, xasiyyətimə uyğun bəhanə tapıb küsdüyümdə məni qucaqlamağı bəs etsin istəyirəm məni utandırmağa...
Deyirlər, qadınlar kişilərin son eşqi, kişilər qadınların ilk eşqi olmaq istər... Amma mən ilk eşqini xatırlamayan bir kişinin qadını olmaq istərdim. Bir kişinin həyatında nə qədər çox qadın olarsa, sevgisi bir o qədər paylanmış deməkdir. Mən bütün sevgisini tək mənə sərf edəcək bir kişinin qadını olmaq istərdim. Mənə mümkün olmayan şeylərin əslində mümkün olduğunu danışan birinin qadını olmaq istərdim. Mənə qaranlığın Günəşlə aydınlandığını deyil, Günəşin yoxluğunun qaranlıq olduğunu başa salan birinin qadını olmaq istərdim...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Mən elə bir kişinin qadını olmaq istərdim ki, mənimlə bərabər uşaq olmağı utanc, ya da yaraşmayan bir hərəkət saymasın. İstədiyimdə mənə nağıl danışsın, əlimdən tutub Luna Parka aparsın :) Yaşın artmasının böyüklük demək olmadığını və insan nə qədər böyüyərsə, bir o qədər çirkləndiyini məndən də yaxşı bilən birinin qadını olmaq istərdim...

Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, dərdimi onuncu dəfə danışanda ilkmiş kimi dinləsin... Dinləsin ki, dostluğa inamım artsın... Dərdini mənə sevərək anlatsın... Anlatsın ki, güvənirliliyimi hiss edim... O hər zaman mənimlə danışsın... Danışsın ki, qulaqlarımın pası silinsin...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, mənsiz gözünə yuxu getməsin. Aldığı hər nəfəsin deyil, ürəyinin hər döyüntüsünün mən olduğumu, məhz bunun üçün məni üzməməyinin lazım olduğunu hər mənsiz saniyəsində özünə təkrar etsin. Mənsizlik mənim sevmədiyim şeyləri etdiyində olacaqdır təbii. Mən futbol azarkeşi, ya da serial xəstəsi olmayan, vaxtını daha dəyərli şeylərə sərf edən birinin qadını olmaq istərdim. Çünki futbol zamanı divanda o qədər yerin olduğuna rəğmən, oturmaq istəmədiyimə baxmayaraq, kitab oxuduğunda o kiçik məsafədə özümə yer tapacağıma əminəm...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Ordubadi deyib ki, nədə oğurluq haramdırsa, təkcə qızlara oğlanların qəlbini oğurlamaq halaldır. Ona görə mən qəlbini öz istəyiylə oğurladığım, həm də istədiyi zaman məni oğurlamaqdan çəkinməyən bir kişinin qadını olmaq istərdim. “Bura haradır?” soruşduğumda “mənim yanım” cavabını mənə əzbərlədən birinin qadını olmaq istərdim. Mən hər şeyini mənə açıq danışa bilən, hər çətinliyində dizimdə yatmağı arzu edən birinin qadını olmaq istərdim...

Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, mən can olanda o bədən olsun ki, yeriyəndə yıxılmayaq... Mən batarsam o əlimdən tutsun ki, birlikdə məhv olmayaq...Mən susanda o danışsın ki, səssizlikdə çıldırmayaq... Mən sən deyəndə o biz desin ki, biz birlikdə yüksələk...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Nəhayət, mən elə bir kişinin qadını olmaq istərdim ki, bu yaşıma qədər haqq qazandırdığım feminizm ideologiyasını mənə unutdura bilsin. Çünki bir kişi qadına özündən nə qədər aşağı baxarsa, bir o qədər qadının əsl sevgisindən məhrum olacaqdır. Bir kişi qadını nə qədər çox sevərsə, bir o qədər qadının nə demək olduğunu və nə istədiyini anlayacaqdır. Çünki qadın, mənə görə, bir sandıqdır. O sandığın açarı həyatı boyu yalnız bir kişinin əlində olmalıdır. Və qıfıl nə qədər çox dəyişilərsə, sandığın içi bir o qədər başqalaşacaqdır. Qadın istəməzsə, ən uyğun açar belə sandığı aça bilməz. Bir qadını kəşf etməyi bacarmaq, xoşbəxtliyi ovucun içinə almaq deməkdir. Çünki fikirlərinin oxunduğunu hiss edən qadın, baş əyməsə belə, o şəxsə təzim edəcəkdir. Qadın heç bir kişini diz çökdürmək istəməz. Amma həyatında diz çökdürdüyü kişilər onun üçün fəxr sayılar. Məhz digərlərindən fərqlənsin deyə, açarı təslim etdiyi kişinin diz çökməsinə dayana bilməz. Ona görə hər qadın sevdiyi insanı gözündə böyüdər, nə olursa olsun. Amma özünə aşağı baxıldığında etdiyi bütün təmənnasız yaxşılıqları yadına salar. Məhz bunun üçün kişidən əskik olmadığını xatırladar. Ona görə mən elə bir kişinin qadını olmaq istərdim ki, mənə onsuz da bərabər olduğumuzu və feminizmə ehtiyac qalmadığını sözlərdə deyil, hərəkətlərində izah etsin. Mən mənim arzuladığım həyatı məqsəd kimi qəbul edən bir kişinin qadını olmaq istərdim...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...




 
 
#58 Şərhin müəllifi: Whatever Happens
 


Biz çox şey istəyə bilərik amma istəklərimizin əksini yaşayırıq və sonda bizi xoşbəxt edən məhz bu sevgi olur... smile

 
 
#57 Şərhin müəllifi: FeMeNiSTKa
 


Sitat: Mr_Anderson
psixi xəstələri nəzərə almasaq..

Fikirlərimiz fərqlidi ok?Gəl uzatmayaq..

 
 
#56 Şərhin müəllifi: Mr_Anderson
 


FeMeNiSTKa,
Bir qadın istəməsəz ki onu qısqanmasınlar,psixi xəstələri nəzərə almasaq..
Qısqanılmaq qadınlar üçündü,daha dəqiq onlara xas xüsusiyyətdi..
Sən gəl belə elə...Sevgi deyə kimya formulunu unut...
Özünə,və həyatına dost axtar,hansı ki,evlənə bilib həyatını tam güvənə bilərsən....bəlkə onda hər şey düzələr...


--------------------

 
 
#55 Şərhin müəllifi: Dr.Selefi
 


Allah isteklerinize catdirsin!

 
 
#54 Şərhin müəllifi: Half_spirit
 


DIMEZDIM KI YOXDU FEMINISTKANIN YAZDIGI KIMI KIWI.VAR

 
 
#53 Şərhin müəllifi: Alisa 88
 


ELADI COX SAGOLUN nn

 
 
#52 Şərhin müəllifi: Lady_Kapriz
 


BELƏ KİŞİNİ AXTARA-AXTARA BİR DƏ GÖRDÜN QALDIN EVDƏ...AMA NARAHAT OLMA SƏNƏ DƏ BİR ROBOT TAPARIQ... wink

 
 
#51 Şərhin müəllifi: chrysalis
 




YAZI COX XOSHUMA GELDI AMA ENVER OLAN HISSELER DAHA COX...

Mənsə elə bir qadının kişisi(kisinin qadini) olmaq istərdim ki, mən can olanda o bədən olsun ki, yeriyəndə yıxılmayaq... Mən batarsam o əlimdən tutsun ki, birlikdə məhv olmayaq...Mən susanda o danışsın ki, səssizlikdə çıldırmayaq... Mən sən deyəndə o biz desin ki, biz birlikdə yüksələk...


 
 
#50 Şərhin müəllifi: FeMeNiSTKa
 


Sitat: Mr_Anderson
Sanki Femi sən egosenter-sən secdiyin isə maqnit...

Gələn dəfə yazacam məni sevsin,amma istənilən qadının olsun xixi Egonu öldürən bir insanam.Yəni egoist deyiləm,bu 100%di.Sadəcə bir şey var da,indi əksər qız razılaşır ki,sevgilisi ondan əvvəl,ya da elə münasibət dövründə,ya da ondan sonra başqa qadınlarla münasibət qursun.Arada qısqanclıq krizləri keçirir buna deyirsiz sevgi.Amma mən deyirəm ki,olmasın kişinin həyatında heç bir qadın,nə də qısqanclıq olmasın görək dözə biləcək bu qadına?Siz də deyirsiz bu egoizmdi.Əgər bir insanın sənə məxsus olduğunu hiss etmək istəyi,arzusu,nə bilim xəyalı egoizmdirsə onda ya sevgi yoxdu,ya da mən egoistəm.Birinci uyğundu.Sənin də düşüncələrinə hörmət edirəm smile

 
 
#49 Şərhin müəllifi: WUgirl
 


Vay vay vay:)))Ənvərin yazdıqlarında hər iki tərəfin xoşbəxtliyi üçün nələrsə arzu olunur elə bil. Femi isə deyəsən yalnız özü üçün nələrsə arzulayır smile

 
 
#48 Şərhin müəllifi: Mr_Anderson
 


realist və feminist bir yazı...
Dialoq yaxşıdı,amma rada qırıq-qırıq fikirlər var...
Oğuzun qeyd etdiyi egoistlik....
Sanki Femi sən egosenter-sən secdiyin isə maqnit...
Buna məcburi yaxınlıq deyərlər....
Ənvər həmişəki kimi professionallığını qoruyub,Səndə pis yazmırsan Femi,amma gərək qələmin ucunu düz tutasan ki , özün üçün digərləri üçün də düz olanı yazasan....
Uğurlar ,gözəl idi,oxudum və nəsə anladım smile


--------------------

 
 
#47 Şərhin müəllifi: MrS_BLaCKBeRRY
 


Sitat: FeMeNiSTKa
Amma səhv də burdadır.Yəni sən dediyini kimi,övladı xoşbəxtliyi artırmaq üçün istəmək lazımdır,gələcəkdə onlara baxsın deyə yox.Bu övladın boynuna borc qoymaq kimi görünür.


Eynən..

 
 
#46 Şərhin müəllifi: ayshan
 


Sitat: _stilyawka_
истейирем гысганч олсун, евден чоле бурахмасын мени

xixi mende isteyerem qisqanc olsun ama day evde saxlayacaq qeder psix olmasin:))

yazini oxudum..muqayise etsek Enverin yazisi daha real istekler idi,Femi ise xeyalini canlandirdi..bu ise ondan ireli gelir ki,biri evlidir gorduyunu yazir (yeqinki),biri subaydir gormek istediyini yazir:)
Allah arzulariniza catdirsin..tewekkur yazi ucun.


--------------------

 
 
#45 Şərhin müəllifi: FeMeNiSTKa
 


Sitat: PIFAQOR
Amma indiki zamanda o cür kişinin var olacağına inanmıram

Mən də inanmıram,elə ona görə də feministəm)))
ALLAH səni də bütün arzularına çatdırsın inşaALLAH)

 
 
#44 Şərhin müəllifi: koreyanka
 


Sitat: ___Realist___

Sebr catmaz bunu oxumaga..Ustelik sevgi movzusudu,menim ise Robotdan fergim yoxu))



YAXSI KI ETIRAF EDIRSEN BU ELADI

 
 
#43 Şərhin müəllifi: FeMeNiSTKa
 


Sitat: TARKANFAN
Lakin emin ol ki, onlar indi isterdi ki, onlara baxacaq bir ovladlari olsun.

Amma səhv də burdadır.Yəni sən dediyini kimi,övladı xoşbəxtliyi artırmaq üçün istəmək lazımdır,gələcəkdə onlara baxsın deyə yox.Bu övladın boynuna borc qoymaq kimi görünür.
İnşaALLAH ALLAH hər kəsə övlad nəsib edər.Amin!:)

 
 
#42 Şərhin müəllifi: koreyanka
 


Sitat: Bozqurd
Femi, yazın heç xoşuma gəlmədi. Hədsiz dərəcədə eqoist bir yazı idi.


AXI SIZ HARDAN BILESINIZ KI BIZ NE DUSUNURUK
FEMI SUPER FIKIRLESMISEN
MEN DE ELE ELE BIR SEY ISTEYERDIM
SAGOL ELA

 
 
#41 Şərhin müəllifi: TARKANFAN
 


Sitat: FeMeNiSTKa
Bu videoya bax fikrimi anlayacaqsan:)

Aydaa, bu ne idi bele. Dehshet tesirli videodur.
Amma inanirsan ki, bele bir aile movcuddur? Sen dediyin aile ise, Inshallah, Allah onlara ovlad payi verer. Amma vermese bele, Inshallah, o videodaki aile kimi olar.
Men de ele bir aileler taniyiram ki, ovladlari olmayib, amma artiq yashli nesilin numayendeleridir. Lakin emin ol ki, onlar indi isterdi ki, onlara baxacaq bir ovladlari olsun.

Videoda yaylaqda o gozel cutluk portretine baxiram, amma onlarin yaninda bir dene de korpe olsa, nece gozel aile portreti olar.:)
Allah her bir kese ovlad nesib elesin. Ne bilim e, xoshbextliye 2 qat xoshbextlik getirir:).

 
 
#40 Şərhin müəllifi: PIFAQOR
 


Femi, istəklərin bir az çətindir...Hardasa Bozqurdun şərhiylə mən də razılaşacam...İstəmək olar Allah arzularına çatdırsın.AMİN! Amma indiki zamanda o cür kişinin var olacağına inanmıram smile
Ənvərin yazdıqlarında isə həqiqət var...Əgər həqiqətən də qadın o cür olsa və təbii qarşılıqlı kişidən də həmin diqqəti görsə məhz həmin ailə xoşbəxt ailələrdən biri olar...



--------------------

 
 
#39 Şərhin müəllifi: x_girl_
 


cetin meseledi)))

 
 
#38 Şərhin müəllifi: FeMeNiSTKa
 


Sitat: miw_ulya
icazenizle ogurladim.

Sitat: Sharli
Bu arada shekillerin hamisinida ogurladim.Halal edin)

Şəkillərin halallığını Vəlidən istəyin:))
Bacardığım qədər ayıbçı şəkillər qoymamışam nn7

 
 
#37 Şərhin müəllifi: Sharli
 


Kolleqalariiim supeeeeeeeeeeeeeeeer.
Arxasinida men getiriiim?
Yada getirmiyim)

Bu arada shekillerin hamisinida ogurladim.Halal edin)




 
 
#36 Şərhin müəllifi: miw_ulya
 


Sonuncu sekil cox xosuma geldi, icazenizle ogurladim.
Ikiniz de gozle yazmisiniz, uzun uzadi werh yazirdim sonra sildim. Fikrim ozumde qalsa daha yaxsi olar.
Kim nece birini arzuluyursa Allah qarwisina cixarsin. Amin!


--------------------

 
 
#35 Şərhin müəllifi: FeMeNiSTKa
 


Sitat: TARKANFAN
Femi, yuxarida xususi olaraq bir isteyin celb eledi). Yazmisan ki, ele bir kishinin qadini olmaq isteyirem ki, o, ovlad xatirine aile qurulmasini tekzib etsin, qadina ana oldugu uchun yox, qadin oldugu uchun hormet etsin.

Samış bildim ki,o hissəylə razılaşmayan olacaq.Bilirsən indi mən desəm ki,ailə qurun ama övladınız olmasın bu məntiqsiz çıxar.Amma mən onu başqa şeyə görə qeyd etmişəm.Daha doğrusu,sonsuz olsa belə ailəni dağıtmayan kişilər var.Ancaq buna görə sevgini öldürənlər də var.2misal çəkəcəm.Bizim dost bir ailə var.İnanırsan ideal deyilən bir cütlük varsa mən onlara deyərdim.Evli olsalar belə oğlan qızı dəli kimi sevir hələ də,qız da həmçinin.2-3il olar evlidirlər.Amma problem var deyə övladları olmur.Bu mövzu isə inan heç birinin sevgisini azaltmayıb.Amma daha bir ailə var.Demək 1qızla oğlan 10ilə yaxın nişanlı qalıb.Bu da az müddət deyil.Nəisə evləniblər.Amma övladları olmayıb.Dəhşət çox yaraşırdılar da bir-birinə.İkisi də KİV işçisi idi.Qız hədsiz şirin qızdı.Sonu noldu?Oğlanın sevgisi öldü.Və qadına xəyanət elədi.Yəni övladı sırf nəsil davam etsin deyə istəmək lazım deyil,əsas xoşbəxtlikdi.Bunu isə iki nəfərlə də yaratmaq olar:)
Bu videoya bax fikrimi anlayacaqsan:)


Sitat: Bozqurd
P.S. Femi, əgər Sənə ancaq Sənin yanında xoşbəxt olan birini tapmaq istəyirsənsə get özünə dükandan mişka al, qucaqla bərk-bərk. :)))

Loool hardan bildin?Mişkalarım var artıq:)
Fikirlərinə hörmət edirəm.Bəyənməməyin normaldı smile

 
 
#34 Şərhin müəllifi: Senyorita
 


Amin ay Femi. Yazı çox gözəl alınıb rose

 
 
#33 Şərhin müəllifi: MIRacLe sabiwka
 


Mən məni qısqanmayan bir kişinin qadını olmaq istərdim. Mənə güvənən, mənim yalnız ona məxsus olduğumu aksiom kimi əzbər bilən bir kişinin qadını olmaq istərdim
FEMI,cox sag ol!Demek olar ki,99,9%eynidir fikirimiz,deyerli yazina gore thks! nn28

 
 
#32 Şərhin müəllifi: MeNDeN_YoXDuR
 


Mən məni qısqanmayan bir kişinin qadını olmaq istərdim.


Ама мен йох, истейирем гысганч олсун, евден чоле бурахмасын мени love


--------------------

 
 
#31 Şərhin müəllifi: ___Realist___
 


Sebr catmaz bunu oxumaga..Ustelik sevgi movzusudu,menim ise Robotdan fergim yoxu))

 
 
#30 Şərhin müəllifi: TARKANFAN
 


Ne ise, bir de yazim:). Amma artiq o hevesle yazmiram:).

Yazmishdim ki, ele bildim deyishmedir wink. Amma sadece isteklerinizi yazmisiniz:)). Vallah, chox shey isteyirsiniz e wink.
Zarafat bir yana, oxudum isteklerinizi.
Her kes ister ki, beyninde canlandirdigi ideal qadina ve ya kishiye sahib olsun. Amma tam olaraq ideal biri yoxdur.
Femi, yuxarida xususi olaraq bir isteyin celb eledi). Yazmisan ki, ele bir kishinin qadini olmaq isteyirem ki, o, ovlad xatirine aile qurulmasini tekzib etsin, qadina ana oldugu uchun yox, qadin oldugu uchun hormet etsin.
Fikirlerine her zaman hormet etmishem, ele indi de hormet edirem tebii ki. Amma bilirsen necedir, bu ovlad isteyi tek kishilere xas olan xususiyyet deyil. Elece de qadin da aile qurduqdan sonra ovlad sahibi olmaq isteyir.
Insan ne qeder urekden sevse de, aile qurulduqdan sonra, tebii olaraq, bu istek yaranacaq. Amma bu, o demek deyil ki, qadina hormet edilmir. Mence bunlari qarishdirmaq duzgun deyil.

Her birinize teshekkur edirem.


Sitat: FeMeNiSTKa
Samış yuxarıdakı oxlarla birtəhər geriyə get bəlkə alındı)))

Yox, olmazdi). Chunki qaraltdim, sonra CTRL C-ni basirdim, chashib C-ni basdim tekce)). Ona gore hamisi silindi).

 
 
#29 Şərhin müəllifi: Owen
 


Bu xəbəri şaxta babaya göndərmək lazımdı. Romantik yazı kimi isə çox yaxşı yazılıb.

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!