|
|
| Elə bir kişinin qadını olmaq istərdim ki... | Sevgi | |
Deyirlər, qadınlar bilməz nə istədiyini... Onlar üçün hər şey azdır... Uşaqlıqda vitrindəki geyimlərə şəhadət barmağımı uzadıb tək bir geyimi istədiyimdən əmin olduğum kimi, xəyallarımda da tək bir kişiyə əllərimi uzadıb mələklərdən onun haqda yazmağım mümkün olsun deyə onu yerə endirmələrini xahiş etdim... Və yazdım... Necə kişinin qadını olmaq istədiyimi... İstəmək hər şey demək deyildi... Bəzən kişilərin də xəyallarında realdakılarla çətinliklə uzlaşan qadınlar olur... Kişilər bu qadınların ayaqları altına dünyanın ən əlçatmaz sevgisini sərir... Necə qadınların? Bunu da Ənvər yazdı...

FeMeNiSTKa: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, eqoizm nədir bilməsin. Kim deyir ki, qadınlar qısqanılmaqdan həzz alarlar?! Mən məni qısqanmayan bir kişinin qadını olmaq istərdim. Mənə güvənən, mənim yalnız ona məxsus olduğumu aksiom kimi əzbər bilən bir kişinin qadını olmaq istərdim...
Ənvər: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, sevgi kəlməsi dilindən yox, qəlbindən süzülüb gəlsin... Qəlbindən gəlsin ki, damarıma qan kimi işləsin... Sevirəm deyəndə gözləri parıldasın... Parıldasın ki, ömür yolumda nur olsun...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, digər kişiləri iradəsiz edən siqaret qoxusu onun üçün mənim ətrimin qoxusu olsun. Tək mən yanında olanda unudulsun bütün dərdləri, tək mənim yanımda olsun zəif, iradəsiz... Necə ki, kişilər güclü yaransa da, ən zərif cinsə məğlub olurlar...
Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, mən budaq olanda o yarpaq olsun ki, ayrılıqda saralıb solmayaq... Mən atəş olanda o su olsun ki, birlikdə yanıb kül olmayaq... Mən yol olanda o kompas olsun ki, bərabərcə sonsuzluqda yox olmayaq...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, mənə “sevgilim”, “həyatım” kimi şablonları deməsin! Lüğətə yeni söz əlavə etsin tək məni ifadə edən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, bütün qalaktikanın məni kəşf edən tək insanı o olsun...
Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, əlindən tutanda ürək döyüntüsünü hiss edim... Hiss edim ki, yaşadığımı bilim... Evə gedəndə təbəssüm etsin... Etsin ki, mən iş yorğunluğumu kostyumumla çıxarım... Yemək bişirəndə qazana sevgi də vursun bir neçə qaşıq... Vursun ki, həyatımdan dad, ləzzət alım... İşə gedəndə “Uğurlu yol” desin... Desin ki, hədəfə atdığım oxum yan keçməsin, hədəfə dəysin...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, evliliyin övladın dünyaya gəlməsi üçün olduğunu təkzib etsin. Bir qadına yalnız ana olduğu üçün hörmət qoyulmadığını, qadın olduğu üçün dəyər verildiyini mənə izah edə bilsin. Mənə xoşbəxtliyin ağ gəlinlik donunda deyil, hər səhər üstümə atılan ağ yastıqda olduğunu sübut edə bilsin. Mən elə bir kişinin qadını olmaq istərdim ki, yastıq savaşlarının sırf “sən hirslənəndə daha gözəl olursan” prinsipinə görə yaşandığını başa salsın...
Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, hər gün səhər günəş kimi oyansın... Günəş olsun ki, enerjisiz qalmayım... Hər gecə yatanda ay kimi doğsun, gecənin zülmətindən qorxmayım... Ağlamaq üçün yer axtarsam ilk ağlıma onun çiyni gəlsin ki, mən utanmayım...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, özündən yaşca böyük insanların yanında belə məndən ötrü darıxdığını danmasın. Nə olar ki, mentaliteti qəbul etməsə mənim kimi? “Ayıbdır!”, “Millət nə deyər?!” kimi sərhədlərə xətt çəksin mənimlə. Kimə nə bizdən?!
Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, istəyəndə anam, atam, bacım, qardaşım olsun... Olsun ki, ailəm olduğuna əmin olum... Küsdürsəm barışa bilsin... Bilsin ki, həyata küsməyim....

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, özünü məndən ağıllı göstərməyə çalışmasın heç vaxt. Mən mənim deyil, mənə nəsə öyrədəcək, amma bunu minnət şəklində bildirməyəcək birinin qadını olmaq istərdim... Etdiyimiz hər müzakirənin sonu mənim onun dediyinə gəldiyim olsa da, “gördüyün kimi sən haqlıymışsan” deyib öz varlığına sevindirən birinin qadını olmaq istərdim...
Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, kədərimi səbrlə paylaşsın... Paylaşsın ki, kədərim azalsın.... Sevincimi həyəcanla bölüşsün... Bölüşsün ki sevincimiz sürətlə çoxalsın...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, 2-nin üzərinə 1000 gəlmək istəsələr belə, yenə 1 alınacağını deyib bütün riyaziyyatı çökdürsün. Yəni aramıza kimsənin girməyi bacarmayacağını, 2 bədəndə 1 ruhun olduğunu məni sevməyənlərin yanında məni müdafiə edəndə isbat etsin. Mənim söhbətlərim onun üçün kişilərin qadınlar haqda dediyi “dır - dır” olmasın. Ona səbəbsiz hirsləndiyimdə, xasiyyətimə uyğun bəhanə tapıb küsdüyümdə məni qucaqlamağı bəs etsin istəyirəm məni utandırmağa... Deyirlər, qadınlar kişilərin son eşqi, kişilər qadınların ilk eşqi olmaq istər... Amma mən ilk eşqini xatırlamayan bir kişinin qadını olmaq istərdim. Bir kişinin həyatında nə qədər çox qadın olarsa, sevgisi bir o qədər paylanmış deməkdir. Mən bütün sevgisini tək mənə sərf edəcək bir kişinin qadını olmaq istərdim. Mənə mümkün olmayan şeylərin əslində mümkün olduğunu danışan birinin qadını olmaq istərdim. Mənə qaranlığın Günəşlə aydınlandığını deyil, Günəşin yoxluğunun qaranlıq olduğunu başa salan birinin qadını olmaq istərdim...

F: Mən elə bir kişinin qadını olmaq istərdim ki, mənimlə bərabər uşaq olmağı utanc, ya da yaraşmayan bir hərəkət saymasın. İstədiyimdə mənə nağıl danışsın, əlimdən tutub Luna Parka aparsın :) Yaşın artmasının böyüklük demək olmadığını və insan nə qədər böyüyərsə, bir o qədər çirkləndiyini məndən də yaxşı bilən birinin qadını olmaq istərdim...
Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, dərdimi onuncu dəfə danışanda ilkmiş kimi dinləsin... Dinləsin ki, dostluğa inamım artsın... Dərdini mənə sevərək anlatsın... Anlatsın ki, güvənirliliyimi hiss edim... O hər zaman mənimlə danışsın... Danışsın ki, qulaqlarımın pası silinsin...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, mənsiz gözünə yuxu getməsin. Aldığı hər nəfəsin deyil, ürəyinin hər döyüntüsünün mən olduğumu, məhz bunun üçün məni üzməməyinin lazım olduğunu hər mənsiz saniyəsində özünə təkrar etsin. Mənsizlik mənim sevmədiyim şeyləri etdiyində olacaqdır təbii. Mən futbol azarkeşi, ya da serial xəstəsi olmayan, vaxtını daha dəyərli şeylərə sərf edən birinin qadını olmaq istərdim. Çünki futbol zamanı divanda o qədər yerin olduğuna rəğmən, oturmaq istəmədiyimə baxmayaraq, kitab oxuduğunda o kiçik məsafədə özümə yer tapacağıma əminəm...

F: Ordubadi deyib ki, nədə oğurluq haramdırsa, təkcə qızlara oğlanların qəlbini oğurlamaq halaldır. Ona görə mən qəlbini öz istəyiylə oğurladığım, həm də istədiyi zaman məni oğurlamaqdan çəkinməyən bir kişinin qadını olmaq istərdim. “Bura haradır?” soruşduğumda “mənim yanım” cavabını mənə əzbərlədən birinin qadını olmaq istərdim. Mən hər şeyini mənə açıq danışa bilən, hər çətinliyində dizimdə yatmağı arzu edən birinin qadını olmaq istərdim...
Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, mən can olanda o bədən olsun ki, yeriyəndə yıxılmayaq... Mən batarsam o əlimdən tutsun ki, birlikdə məhv olmayaq...Mən susanda o danışsın ki, səssizlikdə çıldırmayaq... Mən sən deyəndə o biz desin ki, biz birlikdə yüksələk...

F: Nəhayət, mən elə bir kişinin qadını olmaq istərdim ki, bu yaşıma qədər haqq qazandırdığım feminizm ideologiyasını mənə unutdura bilsin. Çünki bir kişi qadına özündən nə qədər aşağı baxarsa, bir o qədər qadının əsl sevgisindən məhrum olacaqdır. Bir kişi qadını nə qədər çox sevərsə, bir o qədər qadının nə demək olduğunu və nə istədiyini anlayacaqdır. Çünki qadın, mənə görə, bir sandıqdır. O sandığın açarı həyatı boyu yalnız bir kişinin əlində olmalıdır. Və qıfıl nə qədər çox dəyişilərsə, sandığın içi bir o qədər başqalaşacaqdır. Qadın istəməzsə, ən uyğun açar belə sandığı aça bilməz. Bir qadını kəşf etməyi bacarmaq, xoşbəxtliyi ovucun içinə almaq deməkdir. Çünki fikirlərinin oxunduğunu hiss edən qadın, baş əyməsə belə, o şəxsə təzim edəcəkdir. Qadın heç bir kişini diz çökdürmək istəməz. Amma həyatında diz çökdürdüyü kişilər onun üçün fəxr sayılar. Məhz digərlərindən fərqlənsin deyə, açarı təslim etdiyi kişinin diz çökməsinə dayana bilməz. Ona görə hər qadın sevdiyi insanı gözündə böyüdər, nə olursa olsun. Amma özünə aşağı baxıldığında etdiyi bütün təmənnasız yaxşılıqları yadına salar. Məhz bunun üçün kişidən əskik olmadığını xatırladar. Ona görə mən elə bir kişinin qadını olmaq istərdim ki, mənə onsuz da bərabər olduğumuzu və feminizmə ehtiyac qalmadığını sözlərdə deyil, hərəkətlərində izah etsin. Mən mənim arzuladığım həyatı məqsəd kimi qəbul edən bir kişinin qadını olmaq istərdim...

Təşəkkür edənlər: (69) MeLeYiNiZ, ASHKSIZ_PRENS, VIP, Miss_Skazochka, VeLi_DRD, you belong with me, Manson_9, yagmurlar_, Special, jalefm, Western_lady, Catgirl93, ForeveR_SweeT, AMERICANA, KoLeRa, NARA_93, Qul, Nomre1, TARKANFAN, BRIDA, MarkizaM, _stilyawka_, Owen, BBX, MIRacLe sabiwka, miw_ulya, x_girl_, oftalmo, Sharli, PIFAQOR, Vogue, WUgirl, lacrima723, Lady_Kapriz, Half_spirit, Givenchy, S_T_O_M_A_T_O_L_O_Q, Whatever Happens, SaGoLeRa, LiLAmoooR, Miss_mix.az, __Jale__, SpLeNDiD_GirL, Rena, Rozalina, (Bakinech), yarpaq_dolmasi, Farid408, Nora M, Enver, Neqsicahan, selashka, Mr.KAyfuyem, Johonilla, Nasibov, Esedullah, nara112, Dr.Genetik, samix, Attractive, ALICE_737, NeSTLe, SlimShady, JUJUKA, ROMINA_21, MILADY, crazybaji, sadece gunka, NifreteNifret |  | |  |  | |
| Baxış sayı: 5362 Şərhlər (118) Müəllif : FeMeNiSTKa 31 Avqust 2010 19:00 | |  |  |  |  |
| |
  | |  |  | 1 Sentyabr 2010 09:18 | Qeydiyyat: 25.07.2008 | Adı: Məhəmməd | Ünvan: M.Ə.Rəsulzadə | |  |  |  |  |
| | | #87 Şərhin müəllifi: ___Realist___ | | | | | 
| Sitat: koreyancik YAXSI KI ETIRAF EDIRSEN BU ELADI Men ele bilirdim pisdi)) | |  | |  |  | 1 Sentyabr 2010 03:37 | Qeydiyyat: 9.09.2009 | Adı: DON CORLEONE | Ünvan: Qurdlarin tulkuleri qovdugu yer | |  |  |  |  |
| | | #86 Şərhin müəllifi: Shevchenko_Ali | | | | | 
| Sitat: FeMeNiSTKa FeMeNiSTKa Hər kəsə tək-tək sitat gətirməyin
--------------------
Euro 2012 - status və pul qazanmaq şansı: Tezliklə... | |  | |  |  | 1 Sentyabr 2010 00:52 | Qeydiyyat: 12.10.2008 | Adı: Auuu | Ünvan: Baki | |  |  |  |  |
| | | #85 Şərhin müəllifi: Tural | | | | | 
| Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, o mənim qabırğamdan yaradılsın... ayağımdan yaradılmasın ezilsin deyə, başımdan yaradılmasın üstün olmasın deyə, sinəmdən yaradılsın bərabər olsun deyə, qolumun biraz altından yaradılsın qorunsun deyə, ürəklə paralel qabırğamdan yaradılsın sevilsin deyə...
--------------------
* Dünyada anam qədər ikinci gözəl qadın olsaydi, ona da sitaiş edərdim! Qadınlara olan sevgim Anamdan başlayır! (Tural isayev) * Mən Cənnəti də görmüşəm, Cəhənnəmi də. Çünki Anamı ağlayanda da görmüşəm, güləndə də. * Yoxluğunda heç bir şey dəyişmədi gözümdə, Çünki Anamdan başqa qarşılıqsız sevən görmədim ömrümdə... | |  | |  |  | 31 Avqust 2010 23:59 | Qeydiyyat: 6.07.2006 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #84 Şərhin müəllifi: __Jale__ | | | | | 
| _____ NƏHAYƏT Kİ, BU XƏBƏR İŞIQ ÜZÜ GÖRDÜ. FeMi; həyatında nə qədər çox qadın olarsa, sevgisi bir o qədər paylanmış deməkdir. YÜZ GÖZƏLİN AĞUŞU, TƏMİZ SEVĞİNİN BİR ANINA BƏRABƏR OLA BİLMƏZ. "BƏZİ QADINLAR"DAN SONRA BİZƏ HÖRMƏT BİRƏ ON ARTIR.
FEMI BiLİRƏM BU SADALADIQLARIN SADECE BİR İSTEKDİR ,VURĞULADİĞİN KİMİ İSTƏRDİM... ALLAH SƏNƏ İSTƏDİYİN KİMİ HƏYAT BƏXŞ ETSİN. LAKIN HƏR ŞEY İNSANIN ARZULADIĞI KİMİ OLMUR EZİZİM.SƏNİN İSTƏDİKLƏRİN KİMİ (ÖZÜNDƏN ASILI DEYİL SƏN BU YAZDIĞIN KİŞİNİ ELƏ BƏRK DUSTAQ ETMİSEN Kİ SANKI,BƏLƏMİSƏN ONU İSTƏKLƏRİNLƏ))) BİLİRƏM ÇOX İSTƏMƏKDƏNDİR.YƏNİ İSTƏYİRSƏN İLK PAYLAŞACAĞIN İNSAN SƏNƏ MƏXSUS OLSUN.BÜTÜN HƏYƏCANLI HİSSLƏRİNLƏ VURĞULAMISAN BUNLARI.BU SEVGİNİN SAFLIĞINDAN İRƏLİ GƏLİR, BUNLARI ÇOX YAXŞI ANLAYIRAM )ONUN DA ÖZ İSTƏKLƏRİ VAR.DAHA DOĞRUSU BİR GÜN SƏNİN, BİR GÜN ONUN HÖKMÜ ALTINDA TAMAMLANMALIDIR HƏYAT.
İCAZƏ VERSEYDİN, MƏN BU HİSSLƏRƏ UŞAĞLIQ,ŞILTAQLIQ ISTƏKLƏRİ DEYƏRDİM.=))
ZAMAN SƏNİN GÖZLƏDİYİVİ TAM ƏKSİDİR,BUNA HƏR ZAMAN HAZIR OLMALISAN.
ENVER DƏ HƏMÇİNİN ÇOX GÖZƏL VURGULAYIB.BU ARADA BIR SÖZ YADIMA DÜŞDÜ,DEYIR;QADINI AXTAR.SIZINDƏ SADALADIĞINIZ QADINLAR, MÖVCÜDDUR.
AFƏRİN HƏR İKİNİZƏ, OXUMAQ OLDUQCA XOŞ OLDU.TƏŞƏKKÜR EDİRƏM.
P.S. BiRİNCİ ŞƏKİL NECEDE GÖZƏLDİR SANKİ, CANLIDIR._____
| |  | |  |  | 31 Avqust 2010 23:55 | Qeydiyyat: 9.12.2009 | Adı: __JALE__ | Ünvan: -- | |  |  |  |  |
| | | #83 Şərhin müəllifi: FeMeNiSTKa | | | | | 
| Sitat: LiLAmoooR nicki enver111 olan userdi, əgər odursa Axa odur magicim)Təşəkkür | |  | |  |  | 31 Avqust 2010 23:52 | Qeydiyyat: 10.08.2007 | Adı: Yox mənim yox adım | Ünvan: Başqa planet | |  |  |  |  |
| | | #82 Şərhin müəllifi: LiLaMoOoR | | | | | 
| Ay Femi sən ne etdin?:)) Səmimi düşüncələri bizlə bölüşmüsən təşəkkür buna görə əzizim, amma day bu qədər eqoist olmada:)) Bəzi məqamlar vardı dəstəy çıxdım sənə,amma... Nə deyim? Deyim ki, belə ideal insan yoxdur yəni yazdığına əsasən, amma bu yazılar heç ideal insan keyfiyyətləridə deyil bu yalnız sənin düşüncələrindi, illərlə xəyalında canlandırdığın obrazdı ki, azacıq eqoistlik üzərində qurulub.
F: Nəhayət, mən elə bir kişinin qadını olmaq istərdim ki, bu yaşıma qədər haqq qazandırdığım feminizm ideologiyasını mənə unutdura bilsin.
Bu cümlənə qüvvət verib, sənə tək burda yazdığın insan tipini tapmanı diləmirəm, sənə elə insan arzulayıram ki, Səni gərçəkdən bu feminizm fikirlərindən azad etsin, Sənə həyatın başqa tərəflərini göstərsin, bərabər zövq alasınız, tək sən və ya tək o yox:)) Xəbərin maraqlı alınıb, partlayış gibi:))
Ənvərin yazısı isə daha real idi, cümlələr maraqlı yazıya alınıb. Səhv etmirəmsə Enver əvvəl ki, nicki enver111 olan userdi, əgər odursa bir daha ona maraqlı fikirləri üçün təşəkkür edirəm! Vaska1988,Oou xoş gördük səni Vasif:)
Ps. Magic:)) | |  | |  |  | 31 Avqust 2010 23:49 | Qeydiyyat: 24.07.2007 | Adı: ╰♥╮Magic╰♥╮ | Ünvan: Körpünün yanı:) | |  |  |  |  |
| | | #81 Şərhin müəllifi: Resad-9 | | | | | 
| Das ist ein interessanter Artikel, du Bozqurd-Technik verwendet haben.
--------------------
| |  | |  |  | 31 Avqust 2010 23:47 | Qeydiyyat: 28.06.2007 | Adı: Rəşad | Ünvan: -- | |  |  |  |  |
| | | #80 Şərhin müəllifi: SpLeNDiD_GirL | | | | | 
| Sitat: Vaska1988 Sən olan həryerin məcnunu olmuşam ) yapmayaa,evli bashli adamsin
--------------------
Для меня не существует системы ценностей, этикета, морали и гуманизма, я живу по принципам: "Я так хочу" и "Мне так надо"!.
| |  | |  |  | 31 Avqust 2010 23:43 | Qeydiyyat: 18.05.2008 | Adı: adsiz | Ünvan: Afrika | |  |  |  |  |
| | | #79 Şərhin müəllifi: Mr_Anderson | | | | | 
| Sitat: FeMeNiSTKa qürur sevgidən üstündü Düzdü,insanın içinə düşən bu QÜRUR sözü təsiredicidir... Amma mən ( əgər) sevsəm və qururumu məğlub edib üzr istəmək lazım olsa üzr istəyərəm... İnsan əgər bir ilə ciddi münasibət qurursa artıq onun qururunu hər ikisi daşıyır....Sənin olan artıq sənin deyil "şərikinin" də olur... Nəisə bir az həssas movzudu.. Təşəkkür cavablar üçün
--------------------
İndiana Pacers 2-3 Miami Heat
Samadavolnya-Happy Birhday | |  | |  |  | 31 Avqust 2010 23:42 | Qeydiyyat: 8.05.2007 | Adı: Emhyr var Emreis-Mr_Anderson | Ünvan: To Miami....back to Cleveland | |  |  |  |  |
| | | #78 Şərhin müəllifi: Resad-9 | | | | | 
| Lassen Sie uns in unserer eigenen Sprache zu sprechen
--------------------
| |  | |  |  | 31 Avqust 2010 23:35 | Qeydiyyat: 28.06.2007 | Adı: Rəşad | Ünvan: -- | |  |  |  |  |
| | | #77 Şərhin müəllifi: FeMeNiSTKa | | | | | 
| Sitat: Mr_Anderson Yəni normasında qadını qisqansan və sevildiyini bildirsən bu çox gözəl olar) Qısqanclığın norması olmur.İmenno kişilərdə bu belədi.Mənsə qısqanclıq üzündə yaranan söz-söhbətləri olan sevgidə qadının lazımi qədər sevildiyini sanmıram.Yəni bunu boyunlarına almasalar da qısqanclıq və qürur sevgidən üstündü(belə aforizm var) | |  | |  |  | 31 Avqust 2010 23:35 | Qeydiyyat: 10.08.2007 | Adı: Yox mənim yox adım | Ünvan: Başqa planet | |  |  |  |  |
| | | #76 Şərhin müəllifi: John Nash | | | | | 
| Sitat: SpLeNDiD_GirL Ooo braat sen bura da gelirsen? Sən olan həryerin məcnunu olmuşam ) | |  | |  |  | 31 Avqust 2010 23:34 | Qeydiyyat: 29.05.2008 | Adı: John | Ünvan: 146-14 | |  |  |  |  |
| | | #75 Şərhin müəllifi: Mr_Anderson | | | | | 
| Sitat: FeMeNiSTKa sən deyirsən qadın qısqanılmaq istəmirsə xəstədi. Aliment alarsan e) sən onu bilirsən ki cümlədə ki bir vergül bütün mənanı dəyişdirir,mən demək istədim ki...qısqanılmaq yaxşıdı,sadəcə olaraq o psixi xəstələr olur e,hansı ki çıxma bayıra,getmək ora,gəlmə bura,(söhbət kişilərdən gedir)... Yəni normasında qadını qisqansan və sevildiyini bildirsən bu çox gözəl olar)
--------------------
İndiana Pacers 2-3 Miami Heat
Samadavolnya-Happy Birhday | |  | |  |  | 31 Avqust 2010 23:31 | Qeydiyyat: 8.05.2007 | Adı: Emhyr var Emreis-Mr_Anderson | Ünvan: To Miami....back to Cleveland | |  |  |  |  |
| | | #74 Şərhin müəllifi: SpLeNDiD_GirL | | | | | 
|
--------------------
Для меня не существует системы ценностей, этикета, морали и гуманизма, я живу по принципам: "Я так хочу" и "Мне так надо"!.
| |  | |  |  | 31 Avqust 2010 23:28 | Qeydiyyat: 18.05.2008 | Adı: adsiz | Ünvan: Afrika | |  |  |  |  |
| | | #73 Şərhin müəllifi: TARKANFAN | | | | | 
| Sitat: Vaska1988 kendileri çok saygın bir insan olduklarından dolayı Femenistkaya bu şəkildə müraciət elədim və Azərbaycan kimi bir yerdə belə böyük bir səhvin əfvi olmadığını sayənizdə başa düşərək qələtlərimi hörmətlə ərz edirəm ))
 Turkler demish, gozel siyrildin ishin ichinden:))). | |  | |  |  | 31 Avqust 2010 23:23 | Qeydiyyat: 18.11.2007 | Adı: Samira | Ünvan: Novaya Zemlya | |  |  |  |  |
| | | #72 Şərhin müəllifi: FeMeNiSTKa | | | | | 
| Sitat: Vaska1988 Sevən insan qısqanmaz, mənə görə düzdür. Sağol səni)) | |  | |  |  | 31 Avqust 2010 23:23 | Qeydiyyat: 10.08.2007 | Adı: Yox mənim yox adım | Ünvan: Başqa planet | |  |  |  |  |
| | | #71 Şərhin müəllifi: Miss_mix.az | | | | | 
| he oxudum coooooooooooox gozel istekdi mende elesin isteyirem  | |  | |  |  | 31 Avqust 2010 23:22 | Qeydiyyat: -- | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #70 Şərhin müəllifi: John Nash | | | | | 
| Sitat: TARKANFAN "ler" shekilchisi ne idi? kendileri çok saygın bir insan olduklarından dolayı Femenistkaya bu şəkildə müraciət elədim və Azərbaycan kimi bir yerdə belə böyük bir səhvin əfvi olmadığını sayənizdə başa düşərək qələtlərimi hörmətlə ərz edirəm )) Sitat: FeMeNiSTKa qısqanclığın sevgi olmadığını yazmışam Səhv anlaşılmasın ) bu fikri mən özüm də çox yerdə yazmışam. Sevən insan qısqanmaz, mənə görə düzdür. | |  | |  |  | 31 Avqust 2010 23:14 | Qeydiyyat: 29.05.2008 | Adı: John | Ünvan: 146-14 | |  |  |  |  |
| | | #69 Şərhin müəllifi: FeMeNiSTKa | | | | | 
| Sitat: Mr_Anderson FeMeNiSTKa,Haqqın yolunu tapmısan ha) Haqqın yolu feminizm Yox əsəbləşmədim e sadəcə azı 100dəfə şərhimdə qısqanclığın sevgi olmadığını yazmışam,sən deyirsən qadın qısqanılmaq istəmirsə xəstədi.Ortaq fikrə gələcəyimizi düşünmürəm.Ona görə bağlasaq yaxşıdı | |  | |  |  | 31 Avqust 2010 23:13 | Qeydiyyat: 10.08.2007 | Adı: Yox mənim yox adım | Ünvan: Başqa planet | |  |  |  |  |
| | | #68 Şərhin müəllifi: Rozalina | | | | | 
| Sitat: FeMeNiSTKa Sabahın xeyir Roziş Amma 3cü xəbərimdi)Yəqin o 1ilər sən saytda olmayanda aktiv olub.Hə bilirəm feminizmə doğru addımlayanlardansan Yeqin men gormemiwem onda:) Beli beli feminizme dogru gedirem
--------------------
ЕТОМ МИРЕ СЧАСТЬЛИВ ЕСЛИ ТЫ МУСУЛМАН!!!
(¯`*•.¸♥ALLAH♥¸.•*´¯)
| |  | |  |  | 31 Avqust 2010 23:10 | Qeydiyyat: 28.01.2010 | Adı: Rozalina | Ünvan: Baku | |  |  |  |  |
| | | #67 Şərhin müəllifi: Montin_01 | | | | | 
| Sevgi isterler. | |  | |  |  | 31 Avqust 2010 23:09 | Qeydiyyat: 12.08.2008 | Adı: namiq | Ünvan: Baki | |  |  |  |  |
| | | #66 Şərhin müəllifi: Mr_Anderson | | | | | 
| FeMeNiSTKa, Haqqın yolunu tapmısan ha) Ok,heçnə demirəm,amma mən son sözümü heç bir emosiyasız demişdim.... Niyə əsəbləşdim bilmirəm...
--------------------
İndiana Pacers 2-3 Miami Heat
Samadavolnya-Happy Birhday | |  | |  |  | 31 Avqust 2010 23:07 | Qeydiyyat: 8.05.2007 | Adı: Emhyr var Emreis-Mr_Anderson | Ünvan: To Miami....back to Cleveland | |  |  |  |  |
| | | #65 Şərhin müəllifi: FeMeNiSTKa | | | | | 
| Sitat: Rozalina Femi tebrik eliyirem, senin xeberini deyesen 1 ci defedi gorurem:) Sabahın xeyir Roziş Amma 3cü xəbərimdi)Yəqin o 1ilər sən saytda olmayanda aktiv olub.Hə bilirəm feminizmə doğru addımlayanlardansan | |  | |  |  | 31 Avqust 2010 23:07 | Qeydiyyat: 10.08.2007 | Adı: Yox mənim yox adım | Ünvan: Başqa planet | |  |  |  |  |
| | | #64 Şərhin müəllifi: TARKANFAN | | | | | 
| Sitat: Vaska1988 Aynen beni istemişler ) "ler" shekilchisi ne idi? | |  | |  |  | 31 Avqust 2010 23:05 | Qeydiyyat: 18.11.2007 | Adı: Samira | Ünvan: Novaya Zemlya | |  |  |  |  |
| | | #63 Şərhin müəllifi: FeMeNiSTKa | | | | | 
| MarkizaM, ALLAH razı olsun, can Sitat: Vaska1988 Aynen beni istemişler ) Sitat: SaGoLeRa Femi həqiqətən elə bir kişi yəni sənin dediyin kimi biri həyatda yohdur... Axa qokqu) | |  | |  |  | 31 Avqust 2010 23:05 | Qeydiyyat: 10.08.2007 | Adı: Yox mənim yox adım | Ünvan: Başqa planet | |  |  |  |  |
| | | #62 Şərhin müəllifi: Rozalina | | | | | 
| Ayyyyyyy kimin yazisini gorurem men?:) Femi tebrik eliyirem, senin xeberini deyesen 1 ci defedi gorurem:) Cox qeweng yazilib e. forumda sen deme movzudan sohbet gedirmiw:) demek olar ki sevgi xeberlerine daxil olmuram. Muellifi sen olanda maraqli geldi ki, goresen Femi ne yazib sevgiden?:) Menim aglima gelmez bele weyler. Oglanlara allergiyamdan ireli gelir yeqin
--------------------
ЕТОМ МИРЕ СЧАСТЬЛИВ ЕСЛИ ТЫ МУСУЛМАН!!!
(¯`*•.¸♥ALLAH♥¸.•*´¯)
| |  | |  |  | 31 Avqust 2010 23:04 | Qeydiyyat: 28.01.2010 | Adı: Rozalina | Ünvan: Baku | |  |  |  |  |
| | | #61 Şərhin müəllifi: SaGoLeRa | | | | | 
| Femi sən yazdıqlarının həyatla heş bir əlaqsi olmadığını yaxşı bilirsəndə) ÇÜnki həyatda belə kişilər yoxdur.. Ənvərin yazdıqları realist bir yazıdır..Yazdıqalrını reallaşdırmaq yaxud daki, real görmək harsada mümkündür..Amma ki, Femi həqiqətən elə bir kişi yəni sənin dediyin kimi biri həyatda yohdur...
YAzı xoşuma gəldi..Bəyəndim..5* | |  | |  |  | 31 Avqust 2010 23:02 | Qeydiyyat: 14.07.2008 | Adı: PessimisT | Ünvan: ...:AZƏRBAYCAN:... | |  |  |  |  |
| | | #60 Şərhin müəllifi: John Nash | | | | | 
| Aynen beni istemişler ) | |  | |  |  | 31 Avqust 2010 23:02 | Qeydiyyat: 29.05.2008 | Adı: John | Ünvan: 146-14 | |  |  |  |  |
| | | #59 Şərhin müəllifi: MarkizaM | | | | | 
| Hər iki müəllifə təşəkkürlər... Femiii Allah sənə istədiyin yarı yetirər, inşallah.  Bax hər zaman belə xəbərlərlə parla, göz qamaşdır, xoşbəxtliyin, sevincin hər zaman işıq saçsın...
--------------------
"Yaxşı əhval-ruhiyyə" xəstəliyinə tutulmuşam. Xəstəxanaya getməyəcəm! Qoy insanlar yoluxsunlar. | |  | |  |  | 31 Avqust 2010 23:01 | Qeydiyyat: 31.03.2008 | Adı: Markiza | Ünvan: Baki | |  |  |  |  |
| |
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
| |
|
|