|
|
|
| Hansi universitetdə oxuyursunuz? |
|
|
|
| Sənsiz | Sevgi | | 
Bu ağrının müddəti nə qədər naməlum amma bir gün bitər deyə düşünürəm.. Nə ağrılar var elə deyilmi..?.. Hamısı unudulur.. Görəsən bir ölünü unutmaqmı daha uzun zaman alar; yoxsa yaşayan bir ölünün unudulmasımı daha çətindir naməlum.. Amma bilirəm ki sən də bir gün unudulacaqsan məndə .. "Zaman hər şeyin dərmanıdır" deyərlər ya yəqin çox yerində bir söz .. Unudaram bir gün səni də.. Daha əvvəl unutduğum kimi.. Unudulmazam deyilsən ya! . .Gündüzün gecəni unutduğu kimi unudaram səni.. Ruhun duymaz
Mənə verdiyin ağrının müddətini nə mən belə bilərəm nə də sən.. Bağlanması çətin yaralar açsansa da bu könülümdə sevimli.. Unudaram bir gün səni.. Bu an səni unutmadımsa unutmaq istəmədiyimdəndir bunu biləsin sevgilim.. Səhv eşq idi bəlkə də.. Günah məndə ya da səndə idi.. Nə fərq edər yoxsa getmədinmi məndən , bizdən, sevgimdən..
Gedənlər unudularmış.. Eşqləri yalanmış.. Sevgilərindən çox yara açarlarmış.. Unudulmaları da zaman alarmış.. Varlıqlarında doldurduqları yerdən çoxmuş yoxluqlarında buraxdıqları boşluq.. Ədalətlimi sən tərəfindən bu sevgilim..?..
Hər kəs öz duyğuları içində öz zərurətlərini yaşayır.. Bundandır səbəbi səni günahlandırmağımın .. Hər şeyin bir əvəzi vardır ha. Əvəzlər də ödənmək üçün deyilmi onsuz da əslində..?.. Yəqin mən də səni sevmənin əvəzini ödəyirəm.. Sevmənin əvəzi ola bilər idimi..?.. Olurmuş bax.. Halbuki mənə soruşsansa sevmənin əvəzi olmamalı idi.. Bu qədər ağır bir əvəz ödənməməli idi.. Amma üsyan edə bilmərəm deyilmi.. Üsyan etmək nəyi dəyişdirə bilərdi ki sanki..
Ağlamaqmı..?.. Bu mənə görə deyil sevgilim.. Mən sənin üçün ağlaya bilmərə ki.. Axan gözyaşlarıma haqsızlıq olar bu..
Susma.. Bir şey söylə sən də.. Susaraq qaçmağı seçmə.. Susaraq ən yaxşısını edərsən deyərlər ha.. Yalan danışmışlar amma sevgilim.
İnsan sevdiyini xatırlamaq istədiyi kimi xatırlayarmış deyərlər ha.. Burax mən də səni xatırlamaq istədiyim kimi xatırlayım.. Məndəki yaxşı səni öldürmə.. Gözümdəki dəyərini heç bir zaman salma.. "Sənin üçün dəyməzmiş" deyə düşünməmə icazə vermə sevgilim.. Dedim ya gözümdəki dəyərin gözyaşımın gözümdə qaldığı qədər qalsın…
Təşəkkür edənlər: (24) FATEH_06, Morena, indivium, _REQANA_, Shevchenko_Ali, Heyatim, VeLi_DRD, ROMINA_21, Cehennem_Sakini, Nothing iS Forever, Nikolka, _SENSELESS_LIFE_, zaur16, SEVMEK_YUREK_ISTER, RuI-IsuZ, dr_zara, Mournful Boy, Dr.Genetik, seNiN_gozleRiN, I Loove Azerbaijan, Karol_No4i, Real Madrid Forever, SeYTaN_MeLeK, INES MERIVES |  | |  |  | |
| Baxış sayı: 1005 Şərhlər (20) Müəllif : baby girl 2 Mart 2010 01:00 | |  |  |  |  |
| |
|
|