
Bu gün mənim üçün ən əziz gündür.Bu gün mənim üçün günəş bir başqa cür parlayır.Bu gece ay və ulduzlar da mənim üçün işıq saçacaq.Çünki bu gün mənim üçün fərqli gündür.Bu gün hər günümdən daha xoşbəxtəm.Təkcə sənin üçün özəl deyil bu gün.Ürəyivi bütövləşdirən bir ürək daha var.Bu bizim düsturumuzdur:0,5+0,5=1.Biz yalnız birlikdə BİRik!Biz bir-birimizin yarısıyıq,yarıyıq.(j)Ona görə ayrı qalanda nəfəs almağımız çətin olur. İxtiyar mənim əlimdə olsaydı,bu yaşa qədər yaşadığın bütün pis xatirələri silərdim,həyatındakı namərdləri,riyakarları,düşmənləri silərdim.Ancaq yaxşı günləri,ya da yox,ancaq mənimlə tanış olduğun,mənimlə keçirdiyin günləri saxlayardım həyatında.Yox,eqoist olduğumu düşünmə!Mən sadəcə sevirəm!İxtiyar əlimdə olsaydı,gələcək günlərivə də,son nəfəsivə qədər ancaq mənimlə birlikdə bir ömür yazardım sənə.Yox,paxıl olduğumu düşünmə!Mən sadəcə sevirəm!

Mən bəzi şeyləri bağışlamağı bacarmıram.Çünki qürür mənim üçün vacibdir.Amma səni bağışlamıya bilmirəm.Yox,qürürsuz olmamışam!Mən sadəcə sevirəm!Bəzi şeylər dəyərlidir mənim üçün.Bəzi şeylər vaz keçilməzdir.Səni tanıyandan sonra vaz keçməyi öyrəndim.Yox,nankor deyiləm!Mən sadəcə sevirəm! Səndən əvvəl yaşadığım günləri boş sayıram.Həyatımın ən mənalı günləri səninlə oldu.Mən səni tanıyandan sonra həyatın ləzzətini anladım.Qoy sənə ən dəyərli olan şeylər heç vaxt həyatından əskik olmasın.Çünki,bilirəm bu dəyərlilərin arasında mən də varam.Qoy keçirdiyin hər gün əvvəlkindən daha gözəl olsun.Çünki,o günlərin içində mən də varam.Arzuladığın hər dilək Allah tərəfindən qəbul olunsun.Çünki,mən də sənin arzunam.Allah səni pisliklərdən qorusun.Ancaq yaxşıları tanıyasan bu həyatda.Çünki,o həyatında mən də varam.

Qoy həyatın qar kimi şəffaf olsun.Və o qarda ancaq sevdiyin insanların izi olsun.Çünki,sevdiklərivin içində mən də varam. Bir ömür boyu sevib-sevilmək diləyiylə!Yaxşı ki,varsan!Səni dünyaya gətirən anaya minnətdaram!Məni tanıdığın üçün,özüvü mənə tanıtdığın üçün,məni mənfəətsiz sevdiyin üçün və mənə sevginin nə olduğunu göstərdiyin üçün sənə minnətdaram!Həyatda tanıdığım ancaq mənfəəti uğruna yaşayanları,düşüncəsizləri,sevgini alçaldanları,Şəxsiyyətsizləri unutdurduğun üçün sənə minnətdaram! Mən səni tanıdıqdan sonra əslində səndən əvvəl heç sevib-sevilmədiyimi anladım!
Nəfəsim kəsilsə,havam çatmasa... Sabahım bu günə əl uzatmasa... Ölmərəm,yaşamaq həvəsim sənsən! Ölmərəm,ikinci nəfəsim sənsən!
Şerivi sənə qarşı işlətdiyim üçün məni bağışla,çünki mən hisslərimi sənin yazdığından daha yaxşı sözlərlə ifadə edə bilmirəm... Yaxşı ki,həyatıma daxil oldun,bir daha çıxmamaq diləyiylə... Səni sevirəm!
Qeyd: Müəllif hüquqlarını pozub oğurluq edənlərin Müəllif hüquqları pozulsun!
Təşəkkür edənlər: (33) _Free_, Moren, _REQANA_, -SAW-, FATEH_06, Whatever Happens, semichka_supu, TeK_OnUn_GuLu, Heyatim, _stilyawka_, Dr.Genetik, Shevchenko_Ali, Dj KaMiL, Markiza, indivium, Cehennem_Sakini, SENDY, Nothing iS Forever, WUgirl, Enamoured, Miss_Skazochka, _SENSELESS_LIFE_, Mix_az_li, denizim, SensizEfirdi, INYAZKA-NICOLE, olu heyat, ayshan, Morena, hasanova_nazrin, die for you, Vuska_BDU, you are my heart |