
Gəldi O...
Gözləmədiyim halda gəldi... Siması nurlu, qəlbi saf halda gəldi... Amma ürəyi xəyanətlə çirklənmiş sevgi ilə gəldi... Nə qədər ağlasa belə, nə qədər tövbələr etsə belə yenə də yuyulmadı içində çirkabı... İstəmədiyim halda, etdiyim duaların nəticəsilə gəldi... Çox da uzaqda deyildir... Sadəcə olaraq içindəki çirkabı təmizləyə bilmədiyi halda yenidən çirklənməsindən qorxaraq susur... Göz yaşlarımı verərəm, ürəyimi verərəm, çirkabı yuyaram amma əsla o saf qəlbi çirklətmərəm... Çünki Onu bütün varlığımla sevirəm...

Gəldi O...
Mən nə qədər istəməsəmdə gəldi O... Gözlərimi yumsam belə xəyallarıma gələr, şüurumu yuxuya versəm belə yuxularıma gələr, ürəyimi parçalasam belə ruhuma gələr... Bir çiçək kimidir... İstər-istəməz qoxusu içimə yayılır... Yox, yox demirəm ki, çox üzülürəm... Gəlişilə mənə sevgi verdi O... Amma sevgini yaşadacaq bir şey verməyərək gəlişilə susur O... Gəldi O... Ürəyində sevgi qorxusu olan hisslərilə gəldi... Əsla bir daha qorxusuna səbəbkar olmaram... Çünki Onu bütün varlığımla sevirəm...

Gəldi O...
Mənə sevgi demə ricası ilə gəldi O... Hər kədər dolu kəlmələri ilə, ürək ağrısı acıları ilə, sadə bir baxışları ilə mənə sevgi demə şüarı ilə gəldi O... Gəlişi ilə ALLAH dərgahına açılan əllərin daha da saatlarla qalmasına səbəb oldu... Dualar etdim, ALLAHdan Ona bir sevgi istədim... Mənim olsun istədim... Əsla bir daha o şüarı deməsinin səbəbkarı olmayacağıma Rəbbimə söz verdim... Çünki Onu bütün varlığımla sevirəm...

Səni sevmək başqa bir aləmdir... Səni sevmək xüsusi bir duyğudur... Niyə? Nə səbəbə?- deyərək soruşma... Sevginin səbəbi olmur. Nəyəsə bağlanıb, nəyisə sevmək istəmirəm... Səni Sən olduğun üçün, Səni Sənin Mənliyin üçün sevirəm... Unut keçmişi unut... Bir şeyi düşün lütfən... Gələcəyə ümid dolu bir sevgim var sənə... Hər günümü səninlə başlayıb səninlə bitirmək arzularındayam... Mən sənə keçmişini yox, gələcəyini gətirmək üçün sevgimi deyirəm... Çünki Səni bütün varlığımla sevirəm...
Gəldi... Gəldi O... Gəlişilə özünü və ürəyimdə yaşadan sevgisini gətirdi... Və indi mən çox xoşbəxtəm...
_________
Başqa saytlara qoyulmasın! Qoyularsa mənbə Mix.aZ qeyd edilsin!
P.S. Yazını mən yazmamışam, mənə yaxın birisi yazıb mənim vasitəçiliyimlə aktiv olsun istədi. Yozumlarınızı mənə etməyin :)
Təşəkkür edənlər: (25) Asef, HayaaaL_et, SPIDER_IN_ATI, SENDY, Shevchenko_Ali, Dr.Genetik, denizim, EQZOTIKA, _SENSELESS_LIFE_, NifreteNifret, chrysalis, Miss_Skazochka, Faida, E.C.N, Mayta, indivium, Heyatim, Nicole_, FATEH_06, Nikolka, Cehennem_Sakini, lucky22, Morena, hasanova_nazrin, gulu555 |