O günəş olmaq istədi,mənsə ay!O gündüzlər məni öz şüalarına qərq etmək,mənsə gecələr onun yoluna işıq olmaq istədim.Mən gündüz çolə çıxmadım,o isə gecə.
O qızılgül olmaq istədi,ətirli olsun,sevilsin.Amma kimsə incitsə tikanı batsın.Mənsə tikan olmaq istədim,kimsə məni sevsə onun üçün gül açım deyə.
O seriallara baxmaq istədi,uzun sevgi hekayələri altında romantikaya qapılmaq istədi.Mənsə qısa olsun anlaşılan olsun-kinoya baxmaq istədim.
O klasshikanı dinləmək istədi,sakit olsun,dalsın xəyallara istədi.Mənsə rocka qulaq asmaq istədim,coşum,daim adrenalinimin qalxmasını istədim.
O dəniz kənarında gözəl bir villa istədi,hər kəsdən uzaq olmaq,sadəcə onunla olmaq istədi.Mənsə şəhərin ortasında hündür binaların lap üstündə olmaq istədim.
O Porche istədi,basdığında qaza xoruldasın,hiss etsin maşını.Mənsə BMW istədim,oturduğumda rahat olsun istədim.
O mən sənin üçün ölərəm dedi,mənsə səninçün yaşayaram dedim.
O mənə-sən öl,səni kimsə sevməsin dedi,mənsə -mən ölüm,sənin məndən başqa kimsənin olduğunu görməməyimi istədim.
O hər gecə bir-birimizə sms yazmağımızı istədi,mənsə zəng edib səsimizi eşidib sonra yatmağımızı istədim.
O yağışlı payız günündə bir çətirini bölüşmək istədi,mənsə qışın oğlan çağında onunla qar topu oynamaq istədim.
O bir dünya istədi içində mən olum.Mənsə sadəcə onu istədim,içində bir dünya olan.
O ürəyinə mənim adımı yazmaq istədi,mənsə ürəyimə onun şəklini çəkmək istədim.
O mənimlə ölmək istədi,mənsə onunla yaşamaq istədim.
Nədir bizim dərdimiz? Hər suala cavab tapdıq, amma bu suala cavab tapa bilmədik.
İndi siz deyin,nədir bizim dərdimiz?
Not: Yazı tamamilə mənə aiddir! Heç bir sayta qoyulmasın! Tural Isayev