
Bir qız var idi... Bəlkə də (S)ənin idi... Çünki səni hamıdan çox lap çooooox sevmişdi. Səni gözləri ilə deyil qəlbi ilə sevmişdi. Amma gözlərinə həbs etmişdi... Çünki səni dodaqlarının deyil qəbindən gələn iki kəlimə ilə belə çox lap çooooox sevmişdi...

Bir qız var idi... Bəlkə də (S)ənin idi... Səni ürəyinin ən dərin yerində saxlayırdı. Sənə birşey olmasın deyə o həmişə ürəyini qoruyardı... Sən onun üçün hamıdan bir addım öndə idin. Çünki o səni milyonlara belə dəyişməzdi...

Bir qız var idi... Bəlkə də (S)ənin idi... Sən onun canı idin. Çünki o qədər əzab içində o səninlə yaşamağı seçmişdi... Dünyanın hansı ucunda olur olsun sadəcə səni düşünərdi. Səni görmək eşqi ilə hər gecə yeni bir səhərə oyanmaq üçün gözlərini yumardı...

Bir qız var idi... Bəlkə də (S)ənin idi... Sənin əlindən tutub hər yerə getməyə razı olardı. Sadəcə sənin onun yanında olmağını istəyərdi. Çünki o səninlə bərabər olmaqdan heç vaxt şikayət etməzdi. Ömür boyu gözlərinin içində sadəcə özünü görmək istəyərdi...

Bir qız var idi... Bəlkə də (S)ənin idi... Sənə birşey olsa onun canı səndən tez yanardı. Sənin yediklərini yeyər,sənin içdiklərini içər sənin hiss etdiyin dadı tapmağa çalışardı. Çünki sən nəfəs aldıqca O yaşayardı...

Bir qız var idi... Bəlkə də (S)ənin idi... Aynaya baxmağı heç sevməzdi. Sadəcə sənə gözəl görünmək üçün baxardı... Sənin üçün etməyəcəyi heçnə qalmazdı. Hər şeyi qurban verə bilərdi sadəcə sənin üçün nəfəs belə almaya bilərdi.

Bir ev var idi... Sadəcə (BiZiM) idi... Özümüz bəzəmişdik,hər şeyi öz zövqümüzə görə seçmişdik. İçində sevgimizin çalarlarını yaratmışdıq. Sadəcə bir ev deyil, bir DüNYa yaratmışdıq. Sərhədini xoşbəxtliklə rəngləndirmişdik. Kiçik idi amma BiziM idi. Biz orada nəfəs almırdıq, yaşayırdıq.İşıqlar sönülü olsa belə evin içini SeVGi parıldadardı... Bir də Mix.aZ-Lı olmaq üçün notebookumuzu almışdıq. Axı bizzz (Hər şeyi deməzlərdə=)

Bir uşaq var idi... O (S)ən idin... O heç böyüməzdi. Mən böyümüşəm desədə heç böyüməzdi. Sadəcə böyüdüyünü düşünərdi. Dünyanın sadəcə yalanlardan,nağıllardan ibarət olduğunu düşünərdi. Bir gün bitərsə deyə qorxardı. Çünki xoşbəxtlik onada acı verirdi, axı sonu var... Oda bilirdi...

Bir uşaq var idi... O (S)ən idin... Onu sevsən belə üzərdin. Qızılgüllə gəlib barışmaq istəyərdin. Amma içində həmişə inadınla yaşayardın. Özünü deyil inadını böyüdərdin...

Bir uşaq var idi... O (S)ən idin... Çünki dəli idi. Həmişə dəcəllik edib qızı üzərdi... Amma sonra peşman olardı. Ağlamağa qoymazdı... Ağlatmasa belə canını həmişə yandırardı. İçində özün olsan belə üzərdin, sən onu üzdükcə özündə üzülərdin...

Bir də (BiZ) var idik... Hamıdan,hər kəsdən fərqli. İçimizdə mələklərdən hədiyyə bir sevgi böyüdərdik. Hər gecə bir-birimizi düşünərək yuxuya gedərdik. Hər səhər bir-birimizi görmək istəyərdik. Onların NağıL bildiyi sevgini, BiZ realda yaşayardıq...
YAZI TAMAMİLƏ (S)ƏNƏ AIDDIR !!!
Təşəkkür edənlər: (35) gunka7, _SENSELES_LIFE_, FATEH_06, The KING of POP, withyou, Financer_001, TARKANFAN, E.C.N, Unfaithful, German_girl, Nicole_, NifreteNifret, ROMINA_21, MAGIC GIRL, EQZOTIKA, VeLi_DRD, Without_you, ASHKSIZ_PRENS, _REQANA_, indivium, PaLeRmO, _Ikoo, Heyatim, Unfadable, Lunam, Nikolka, ZDENKO, yaqut70, SWEET, Viva 4ever, chrysalis, Immortal_Man, _M_U_S_T_A_N_G_, Catgirl93, die for you |