
Gəldin həyatıma, xoş gəldin... Özünlə birlikdə həyatıma yeni rəng gətirdin,yeni bir dad qatdın. Heç dadmadığım bir dad. İlkləri gətirdin həyatıma. Bəlkə, bəlkədə hər şeyin ilkini yaşadım səninlə. Amma anladım ki, Səninlə yaşadığım hər an bir nağıldı...

Yaxşı ki, varsan. Yaxşı ki, həyatımdasan dedim... Çünki sənin gəlişin məni dəyişmişdi. Nəinki məni... Ətrafımı,həyatımı mənə aid hər şeyi dəyişmişdi... Zamanla daha da dəyişəcəkdi. Ta ki mən anlayana qədər... Anladım ki, Səninlə yaşadığım hər an bir nağıldı...

Biz səninlə BİZ olmağı bacardıq... İstər realda, istər virtualda.Biz səninlə BİR olmağı bacardıq istər realda,istər virtualda... Biz səninlə CÜT olmağı bacardıq istər realda, istər virtualda. BİZ bir-birimizin olmağı bacardıq hər zaman, hər yerdə... Amma anladım ki, Səninlə yaşadığım hər an bir nağıldı...

Bilirəm, bu sevgi bizə mələklərin hədiyyəsi.O qədər safdır ki, o qədər tər-təmizdir ki onun haqda danışıb kirlətməkdən qorxuram. Biz bütün sevgililərin nümunəsi idik. O qədər bir-birimizi tamamlayırdıq ki, hamının həsəd apardığı cütlüyə çevrilmişdik... Amma anladım ki, Səninlə yaşadığım hər an bir nağıldı...

Biz səninlə heç bitmək bilməyən cümlə idik, heç sonu görünməyən. Həmişə surprizlərlə dolu, həmişə yeniliklər gətirən cümlə. Hər sözündə fərqli məna daşıyan,hər mənasında bizi BİZ elətdirən cümlə.Heç kimin anlamadığı bir cümlə idik. Biz yalnız bir-birimizi anlayırdıq... Amma anladım ki, Səninlə yaşadığım hər an bir nağıldı...

Biz səninlə iki canda bir ürək idik. Heç ayrılmayan,BİZi bizsiz anlamayan bir ürək. Sən ağlasan mən təsəlli edərdim, mən ağlasam sən mənimlə bərabər ağlardın. Mənim canım yansa sənində canın yanar.Sənin canın yansa mən ölərdim... Amma anladım ki, Səninlə yaşadığım hər an bir nağıldı...

Səni mənə gətirən PAYIZım kimi səndə qızıl kimi idin... Qızıl payız,qızıl sevgi.. Bəlkə qızıldan da,brilyantdan da dünyadakı hər şeydən daha dəyərli idi bizim sevgimiz. Hər şeydən daha üstün. Hər gecə şükr edirəm ALLAHıma səni mənə gətirdiyi üçün... Amma anladım ki, Səninlə yaşadığım hər an bir nağıldı...

Qorxdum. Sənsizlikdən çox qorxdum. Mən səninlə mənə aid olan hər şeyi paylaşdım. Sənə aid olan hər şeyi sevdim. Amma qorxdum, ya olmasan? Əllərimi bir gün buraxsan? Qorxdum... Qorxduqca anladım... Səninlə yaşadığım hər an bir nağıldı...

Səni sevirəm. Hər kəsdən fərqli. Heç kimin sevmədiyi qədər sevirəm. Səni sevməyi, sənə baxmağı,səni dinləməyi,səni qoxlamağı,səninlə paylaşmağı,səninlə gəzməyi, insana dair nə varsa onları səninlə etməyi sevirəm...

İndi daha yaxşı başa düşürəm,Səninlə yaşadığım hər an bir nağıldı... Elə bir nağıldır ki, nə bitməyini istəyirsən nə də bitsin deyə gözləyirsən... Amma heç gözləmədiyin anda bitir. Yooox sevgi bitmir, nağıl bitir...
Sevgi-nağıldır... Mənə bu nağılın sonunu söylə...
Təşəkkür edənlər: (33) turka9, PIFAQOR, rena94, EQZOTIKA, SALOME, Whatever Happens, LP GIRL, _SKARPIONA_, Gitaristtttt, sakamonda, Cennet_Meleyi, __jale__, LUNATIC GIRL, ASHKSIZ_PRENS, Shirindil, Aze_girl, SILARMON, Mayta, Asef, Heyatim, E.C.N, indivium, toureg, zaqatka202, ELEQANT700, Vogue, semichka_supu, Big_Hacker, Enamoured, Without_you, zaur16, chrysalis, yaqut70 |