
Sərin hava idi,vaxtım da bol idi.
Nə edəcəyimi bilmədim,istədim Bakını seyr edim.Getdim Qız qalasına.
Qız qalasının üzərindən Bakıya baxırdım,bir də aşağıda gəzən insanlara.
Amma içhimdə bir sızıltı vardı.
Sanki vicdanım məni səsləyirdi,ya da mənə nələrsə demək istəyirdi.

Sonunda dözmədi o, mənə səsləndi:
-Tural,sən axı düz etmirsən, sən gör neçə qızla danışırsan,bəs onu düşünmürsən?Fikirləşmirsən ki,bununla onu incidirsən?
-Yoox,burda nə var ki?Mən sadəcə danışıram da.Sadəcə dost kimi danışıram-,dedim.

Vicdanim:
-Sən onlarla dost kimi danışırsan,ya onlar?? Onların niyyəti başqa isə?
-Nə edim axi?Bəzən məcbur qalıb danışıram,bəzən də yenilik olsun deyə.
Vicanım isə:
- DANIŞMA!-, dedi mənə!!!

Bir az keçdi.Yenə vicdanımdan bir səs gəldi:
-Hər gün başqaları ilə yazışırsan, inetdə, sms-də.Niyə edirsən axı bunları ,heçmi onu düşünmürsən ?
-Neynirəmee, sadəcə yazışıram da.Burda nə var ki?-, dedim.Sual verirlər,mən də cavab yaziram.

Vicdanım:
-Bu sənə sual gəlir,sən axı bilmirsən o sualları verənin niyyəti nədir?
-Axı mənim niyyətim başqadır,sadəcə bir dost kimi yazışıram-,dedim.
Vicdanım isə:
- YAZIŞMA! dedi mənə!!!

Bir az keçdi.Yenə vicdanım səsləndi.
-Sənə qızlar zəng edir,hər gün onların səsini eşidirsən.Bəs sən onu düşünmürsənmi?
-Neynirəmee,sadəcə gələn zənglərə qulaq asıram.Başqa niyyətim yoxdur ki telefonu açamaqda.

Vicdanım:
-Sən sadəcə zənglərə görə açırsan telefonu,amma qarşı tərəfdəkinin nə niyyətlə zəng etdiyini bilmirsən ki!
-Qızların səsini eşitməklə,onların başqaları haqda qiymətlərini eşitməklə, yalanlarını dinləməklə mən nə pislik edirəm ki?
Vicdanım isə:
- EŞITMƏ!-,dedi mənə!!!
Bir az sonra yenə səs geldi:
-Hər gün yolda nə çox qıza baxırsan sən,partydə,xeyriyyədə?Nə olub sənə,
heç onu düşünmürsən?
-Mən neynirəmki,sadəcə baxıram da.Bir söz ki demirəm.

-Sən onlara bir söz demədən baxırsan,amma sənin onlara baxdığını görən bilmirsən axı nə düşünür?
-Baxmaqla nəsə olmur ki.Mən ki,yaxınlaşıb söz demirəm!
Vicdanım isə:
-BAXMA!-,dedi mənə!!!

-Nə olub sənə vicdanım,sən kimin tərəfindəsən?Mənim,ya onun?
-Sən onu sevmə! Bu qədər etdiklərindən sonra onu necə sevə bilərsən ki?!Hər gün onlarla qızlara bax,onlarla qızlarla danış,onlarla qızlarla yazış,onlarla qızları dinlə.Bu yolla sevgi olmur.

Sən onu SEVME!-dedi vicdanım mənə!!!
At məni də bu Qız qalasından artıq,mən sənə də lazım deyiləm,çünki için heç sızlamır.

Durdum,düşündüm və son anda qərarımı verdim:
Mənə eşitmə deyirsən.EŞITMƏRƏM!
Mənə yazma deyirsən.YAZMARAM!
Mənə danışma deyirsen.DANIŞMARAM!
Mənə baxma deyirsen.BAXMARAM!

Amma mənə SEVMƏ demə,mən axı sevməyi durdura bilmərəm,mən axı SEVIRƏM!
Qulaqlarımı, Dilimi, Barmaqlarımı,Gözümü idarə edə bilirəm,amma urəyimi idarə edə bilmirəm axı!
Əlimi son dəfə vicdanıma qoydum və dedim:
-Sadəcə sən bil,bu mənə yetər,mən onu sevirəm!
P.S Yazı tamamilə mənə aitdir, başqa saytlara qoyulmasın!