
Kişi dedi: “ Mən bir çox qadından xoşlanıram, mən bir qadınla kifayətlənə bilmərəm”,
Qadın: Sadəcə cavab olaraq gülümsəmiş oldu...
Kişi: “Mən nə edirəmsə sərbəstəm, heç kimə də borclu deyiləm”.
Qadın: Sadəcə gözlərini aşağı saldı və yerə zillənərək baxdı...
Kişi: “ Mən o qadınlardan xoşlanıram ki, məni anlayırlar və mənim sərbəstliyimə dəyər verirlər.
Qadın: Sadəcə olaraq gözlərinin içinə tamaşa etdi...
Kişi başa düşdü ki, qadın bu hərəkətləri inkar etmir...
O soruşdu: Sən həyatında çox kişi sevmisən?
Qadın: Cavab vermədən sadəcə olaraq möhkəm onu qucaqladı...
Kişi: Sənə mənimlə yaxşıdır, rahatdır?
Qadın: Səssiz qaldı, sadəcə olaraq onu öpdü...
Kişi: heç bir şey söyləmədən getdi, mən sənə zəng edəcəm söylədi,
Qadın: qapını bütün gücü ilə çırparaq örtdü...
Kişi həmin günün axşamı ona zəng etdi
O evdə yox idi.
Həmin günün gecəsi yenidən zəng etdi...
Qadın: ona yalnız 1 həftə sonra görməyinə icazə verdi...
O soruşdu: Sənə mənsiz əyləncəli yaxşı idi?
Qadın: gülümsəyərək ona çay təklif etdi....
Kişi: demək olar ki, hər gün ona zəng etməkdə idi...
Qadın: hərdən sadəcə olaraq zəngləri cavabsız buraxırdı..
Kişi: yalnız onun icazəsi olduqda qadını görə bilirdi..
Qadın: nə səbəbə bu dəvətlərin belə az olmasını heç vaxt açıqlamırdı...
Kişi: sonda anladı ki, olmaq istədiyi tək qadın “O”-dur
Qadın telefon zənglərinə cavab vermədiyi zaman o çox əsəbləşirdi...
Kişi: Hərdən həmin qadını başqaları ilə görüblər söyləntilərinə dözə bilmirdi...
O, istəyirdi ki, hər kəs bu qadının ona məxsusu olduğundan xəbərdar olsun...
Qadın: daim bundan imtina edirdi...
Kişi: Bu dəfə evinə çiçəklərlə qonaq oldu...
Qadın: gülləri qəbul etdi, lakin bir daha dəvət olunmadan gəlməməsini rica etdi...
Kişi: təklif etmək istəyirdi: “Mənimlə evlən”
Qadın dedi: Mən elə özüməm, mən sərbəstəm...
Kişi: susqun qaldı...
Qadın: Mən nə istəyirəm edirəm, heç kimə də borclu deyiləm...
Kişi: Gözlərini yerə zillədi...
Qadın: Mən o kişilərdən xoşlanıram ki, məni heç nəyə məcbur etmir, mənə dəyər verirlər...
Kişi: susqun halda gözlərinin içinə baxdı....
Qadın: Mənim həyatım belədir və heç nəyi dəyişmək fikrində deyiləm....