
Belə bir istifadəçi var saytda:
Saytda çoxdan olmasa da əsl mix.azlılardandır.Sayta əməyi keçən istifadəçidir.İlk vaxtlar dünyadan xəbərlərlə yadda qalmışdısa da sonralar maraqlı dini xəbərləri və bu barədə müzakirələri ilə yadda qalıb.Dini xəbərlərdə daima şərh bildirər,fikrini əsaslı sübut etməyə çalışar.Savadı var bu mövzuda.
Belə bir istifadəçi var saytda:
Futbolu sevir,izləyir və bölüşür.Bəlkə İspaniya və Braziliyanı sevməsi elə futbolla əlaqədardır?Özü oynamağı nə dərəcədə bacarır deyə bilmərəm,amma futboldan başı çıxır.Döyüş filmlərini sevir.Seriallara baxmasa da Kurtlar vadisi sevimli serialıdır.Hər obrazı təhlil edə bilər sizinçün.
Belə bir istifadəçi var saytda:
Şərh yazır,sitat gətirir hamıya.Amma ona heç çat eləmə deyən olmur.Saytın sevimlisi oldun belədir də.Amma əsas çat dostları yağmurlar və Tək onun gülü saytda az olduğu üçün son vaxtlar başqalarına sitat gətirməyə başlayıb.Deyəsən bunsuz bacarmır da bu insan.Sitat gətirəcək,məsləhət verəcək,yol göstərəcək,irad tutacaq.Amma mübahisə etməyi elə də sevmir.Davakar deyil.
Belə bir istifadəçi var saytda:
Yalan danışmağı bacarır və asanlıqla hər kəsə yalan danışır.Amma atasına yalan deməz,bunu bacarmır.Dəqiq elmləri sevmir,çünki onlardan heç nə anlamır.Onunki humanitar fənlərdir,nağıl kimi danışsın.İnsanlara isə deyəsən nağıl danışmağı bacarmır.Bacarsa idi sevgisi qarşılıqsız olmazdı.Hər şeydə admini təkrarlayan bu adam necə olub ki,nağıl danışmağı öyrənməyib hələ ki.
Belə bir istifadəçi var saytda:
Sevgiyə inanır,amma ana sevgisindən başqa bütün sevgilərin unudulduğu fikrindədir.Din haqqında davamlı müzakirə aparan biri üçün belə fikir nə dərəcədə düzgündür:Bəs allah sevgisi?Telefondan az istifadə edir.Pulu sevir,amma mənliyini pula satanlardan deyil.Pul sevdiyi insana arzuladiqlarını almaq üçün lazımdır.Xoşbəxtliyi başqalarının xoşbəxtliyini almamaqda görür.
Belə bir istifadəçi var saytda:
Sevdikləri: Aishvarya Rai,Valeriya,BMW (təbii ki),sarışınlar (təbii ki),müəllif yazıları (təbii ki), Jason Statham (təbii ki)-bir sözlə özünüz bildiniz də))
Sevmədikləri:Ferrari,Rammstein (nə əcəbsə),siçan,Qız qalası (Xəzərə üstünlük verir)
Devizi:Tural nə deyirsə,nə edirsə haqlıdır.
Belə bir istifadəçi var saytda:
Çəkisini nizamlaya bilir,yeməsə kökəlməz.İQ 110.Qadının işləməsini bəyənir-oxuyubsa niyə də işləməsin.Siqaretə nifrət edir.Şirələri,mineral suları sevmir.Bilmirəm nə dərəcədə səmimidir,amma sevgisinə sadiqdir dediyinə görə.Burda sevirəm deyib arxada başqasına sevgilim yoxdur deyənlərdən deyil.Qısqancdır,amma bunu asanlıqla gizlədir.
Belə bir istifadəçi var saytda:
Sevdikləri üçün az şey etsə də Mix.az üçün çox şey etməyə çalışıb.Paxıl deyil,hamıya asanlıqla kömək əlini uzada bilər.Mix.azlılar üçün maraqlı mövzular hazırlayar,Mix.az həyatında yaxından iştirak edir-layihələrdə,tədbirlərdə,nağıllarda.Bu sizi yaxşı tanıdığını,diqqətli olduğunu göstərir.Bəs siz necə tanıyırsınız onu?Bu günün qəhrəmanı O-dur!
Kimdir bu istifadəçi?
Təşəkkür edənlər: (81) denizzzz, Dandoline, no angel, Gabriel, muslim_girl, Mr.KAyfuyem, you belong with me, so_lonely, Erginay, Rena, Eleqant700, ayshan, Lu-nam, sonny, _REQANA_, Bobo55, MIRacLe sabiwka, TATULYA, ForeveR_SweeT, reservoir engineer, naperstanka, denizim, Kagit_evler, Dr_Zara, Nikolka, Acidil, Rozalina, 90 GD 900, semichka_supu, Whatever Happens, Elgin, yarpaq_dolmasi, ZDENKO, Vugar, Heyatim, lacrima723, PIFAQOR, The sun of World, Aze_girl, Catgirl93, Shevchenko_Ali, secret_love, Nifret, TaMeLLa_HoST, emerald, kitty_, AMERICANA, Just Why, NifreteNifret, Enamoured, BBX, Mayta, Lady_Gunka, POLKOVNIK, _N.I.G.A.R._, FeMeNiSTKa, xxxxx, Dj KaMiL, kissed_a_girl, KoLeRa, PaLeRmO, asya_lonely-, AKU_qrup_136, GOLD, Cehennem_Sakini, OLEGARX, Manson_9, funny_girls, A_L_F_A, Hafsa, _StudenTka_R_, _bella_, Financer_001, Nomre1, Mr_Anderson, NaNi416, zaur16, Nur_Ay, HEARTGRIL, Dr.Genetik, die for you |