» Daha sevgiyə inanmıram mən
  » 30.04.2009
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Dövlət idarələri mix.az ha ...
  » Mix.az-ın şərəf lövhəsi. ...
  » Ən gözəl zaman tuneli layih ...
  » Mix.aZ - 7 yaşın mübarək
  » 3 il keçdi...
  » Facebook-un yaradıcısı Mark ...
  » Onların cavabları-2ci hissə
  » Ən zövqlü mix.azlı layihə ...
  » Bu dəfə körpə mix.az-çıl ...
  » Mix.azlıların niklərinin m ...
  » Necə unudaq?
  » Mənim musiqi zövqüm - Aprel
  » Bu gün Qələbə günüdür
  » "Mix.az"-lıların Məktəb ...
  » Mix.az-ın qızları ) | Music ...
  » Anama yaxşı bax...ATA!
  » Mix.az userlərinin xarakteris ...
  » Mix.Az-lılar sehrli olsaydı ...
  » Mix.Az-lıların nik və avata ...
  » Natiq Ritm Qrupu - Eurovision ...
  » Mix.Az-ın Şirinələri
  » Bəzən...
  » Mix.az-lıların uşaqlıq dü ...
  » “Mix.az-lıların Uşaqlıq ...
  » Bu dəfə Müəllifin özünə ...
  » Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
  » Mixin 7 yaşı.....
  » Türklər Azərbaycan dilində ...
  » Mənim sənsiz romantikam
  » Sən axı qızsan!...
  » Qadın olmaq!
  » Top 10 Müəllif
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Mix.az-ın ən maraqlı xəbə ...
  » Bu O`dur?!
  » "Space" Amaci məhkəməsin ...
  » Mix.az qızları mixin 7 yaş ...
  » Sizə məsləhətim...
  » Peyğəmbərdən nurlu kəlaml ...
  » Peyğəmbərdən (s) nurlu kə ...
  » Əmi ilə xala:)
  » "Uzaq"
  » Azəri qızı Günel Bakıda f ...
  » Qızlarımızın Yay aksesuar ...
  » Uşaq vaxtı nələr etməmiş ...
  » Təsadüf
  » Mənim sənsiz romantikam
  » Anam haqlı imiş...
  » "Mix.az"-lıların Ana sevgi ...
  » Uşaqlar-uşaq evində və ail ...
  » 22 may 2012 ... Eurovision 1-c ...
  » "Buyuq da..."
  » ATV-nin ev fırıldağı
  » Ad günün mübarək, Mix.Az!
  » Qarabağ - Laçın
  » Life in Paper
  » Mix.az-ın qızları ) | Music ...

Mi Comentario
Xəbər sayı -54
iKooo
Xəbər sayı -47
PsikoOOo
Xəbər sayı -45
mix dominant
Xəbər sayı -27
Sensiz_Qocaldim
Xəbər sayı -25
Mir_Celal
Xəbər sayı -21
ayshan
Xəbər sayı -21
krolochilapka
Xəbər sayı -11
nuku
Xəbər sayı -6
Hpad
Xəbər sayı -6



Yox








 
 
Mix.aZ yuxusu Mix.aZ həyatı 
Mix.aZ yuxusu

Şərhlər üzərində araşdırmalar apardım. Ortaya çıxara biləcəyim yalnız bunlar oldu. Onuda qeyd edim ki, xəbərin hazırlanmasında heç bir userin xəbəri yoxdur.

Markiza

Bu userin maraqlı bir xüsusiyyəti vardır. Belə ki, Markiza yatanda başını yumşaq bir şeyin üstünə və ya nəyinsə üstünə qoyub yatmır. Yox, düşünməyin ki, oturaraq yatır. Sadəcə olaraq yatanda başını çarpayıdan aşağı sallayaraq yatır. Bu vərdiş o dərəcədə inkişaf edib ki, başını sallayanda stul qoysalar belə, yatdığı yerdə stulu kənara çəkib yenə başını sallamaqda davam edəcək. Ən maraqlısıda odur ki, başı heç zaman ağramır və heç bir problemidə yoxdur. Əksinə yastıqla yatanda dediyinə görə çox pis olur.


_REQANA_

_REQANA_ sağlamlığının qeydinə qalan qızlardandır. 3 il əvvəl tənbəl olmasına baxmayaraq artıq _REQANA_ dediyinə görə gözəl rejimdədir. Vaxtında yatır, vaxtında da durur. Evdəkilərin budilnikə ehtiyacı olmur. Çünki 08:00-da _REQANA_ artıq oyanmış olur.


Azbukalin

Kimsə intihar etmək istəyirsə Azbukalin-ın yanına bir balta qoysun, sonra onu şirin yuxusundan oyatsın. Dediyinə görə heç kim risk edib, oyatmaq istəməyib onu. Bu oyadılış səbəbsiz olarsa, mütləq orda qırğın olacaq.


ASI_GIRL

Dediyinə görə yuxu baxımından heç bir problemi yoxdur. Desələr ki, ay ASI_GIRL səhər filan vaxtı dur, problem olmayacaq. Duracaq. Bir şeyidə maraqlıdır ki, bir çoxları kimi günortaya qədər yatmaq istəyir, amma alınmır. Məncə belə daha yaxşıdır ASI_GIRL xanım :)


TARKANFAN

TARKANFAN yuxu barəsində dediyinə görə heç bir problemi yoxdur. Vaxtında durur, vaxtında da işinə gedir. Amma dediyinə görə əvvəl tənbəl olub. Özü otağın bir başında yatırdısa, budilnikidə otağın digər başında olurdu. Dediyinə görə durub, gedib budilniki söndürənə qədər yuxusu qaçmış olur. Amma TARKANFAN əla varinatdır :)


A_def

A_def-in yuxu cəhətdən problemi yoxdur. Vaxtında dura bilir və həmçinin sübh namazına da rahat oyanır. Amma qeyd edir ki, hər səhər əsas problemi bacısıdır. Yəni sübh namazına bacısını oyatmaqda çətinlik çəkir. Namaz iqaməsinə qonşular oyanar, amma bacısı yenə də yatmış olar. Nə deyək A_def, Allah sizə səbr versin.

Just Why

Onun da yuxusu bir çoxları kimi universitetə hazırlaşan vaxtdan qaçıb.Hələ də yuxusunu axtarır gecə gündüz=) Bəlkə elə bu səbəbdəndir ki yuxularında çox zaman uçur.Ola bilsin qaçmış yuxusunu göylərdə tapacağına ümüd edir.


Suzan

Suzanın maraqlı və bir qədərdə gülüş doğruracaq bir yuxu vərdişi vardır. Suzan hər dəfə yatanda saçını burub, saçı ilə oynamasa yuxuya getməz. Hər dəfə özünə söz versə belə yenə alınmır.


TATULYA

Tatulyanın ən çox uşaqlığında bir maraqlı yuxu macərası vardır. Düzdür bu indinin özündə də davam etməkdədir. Amma indinin özündə bunsuz keçinə bilir. Tatulyanın dediyinə görə uşaqlığında atası mütləq başına sığal çəkməlidir ki, o yata bilsin. Əks halda heç cürə mümkün deyildir. İndilərdə isə dediyinə görə bunsuz keçinə bilir. Amma atasının və ya anasının əli başına dəyəndən sonra rahat-rahat və tez bir zamanda yatmış olur.


ZDENKO

Məktəb dövüründən çıxdıqdan sonra tənbəlliyin daşını atıb. Amma xoşluqla deyil, məcbur olaraq. Səhərlər çox yatanlardandır. Amma işinə görə məcbur oyanmalı olur. Bir maraqlı cəhətidə var ki, yatmazdan əvvəl saçını ən azı 20 dəqiqə daramasa yata bilməz.


semichka_supu

semichka_supu-nun maraqlı bir fikiri var. Bir tərəfdən deyir ki, camaat qəhvəni içir ki, yuxu tutmasın yatmasın, mən isə yuxum gəlməyəndə qəhvə içirəm ki yuxu tutsun məni. Digər tərəfdən isə deyir ki, gecələr yata bilmirəm. Ay semichka_supu qəhvə söhbəti ilə bu gecələr yata bilməmək uyğun gəlmir. Bəlkə bir gecə qəhvəni içməyib yoxlayasan?


ayshan

ayshan xanım DVD kimidir. DVD-ni harda söndürsən, səhər həmin yerdən baxmağa davam etmək olar. Yəni ayshan xanımın yuxu cəhətdən problemi yoxdur. Hətta problemli günü olsa belə yenə yuxusu qaçmayacaq. Amma səhər duran kimi harda qalmışdısa ordan yenə başlayacaq. Heç nəyi unutmur.


Aze_girl

Aze_girl nadir tapıntıdır:). Seriala baxmır, az yeyir, idman edir, müasir dünya ilə ayaqlaşır və ən əsasıda az yatır. Gecə neçədə yatırsa yatsın. Fərq etməz. Səhər mütləq 06:00-da oyanacaq. Yenə yatmaq istəsə belə alınmaz. Bu artıq vərdiş olaraq qalır. Amma gözəl vərdişdir :)


Kida.167

Kida.167 yuxu cəhətdən problemi var. Həm də bu problemdə Mix.aZ-ı günahlandırır. Dediyinə görə Mix.aZ-a girdiyi gündən yuxu rejimi pozulub. Deyəsən Mix.aZ Kida.167-in axırına çıxacaq.


NifreteNifret

NifreteNifret yuxunu o qədər sevir ki, dərsdə olsa belə yuxu gələn an yatacaq. İstər müəllim olsun, istər başqası. Xeyri olmayacaq. Yatacaq.


Beqi

Beqi yuxusunu heç nəyə dəyişməz. Yuxusu anında nə dərdi olsa belə yatacaq. Bir sözlə yuxusnu milyonlara satmaz hətta.


Whatever Happens

Bilmirəm inanım ya yox amma Whatever Happens -in dediyinə görə 24 saatdan cəmisi 4 saat yatır. Oxumaqdandır deyəsən. Kİtablar daha bezib.


Dr_Zara

Gec yatır, yatanda da nə yatır... Durmaq bilmir. Həm də bütün bunlara görə Mix.aZ-ı günahlandırır. Görəsən Mix.aZ nə edib ki, bu userlər yata bilmirlər?


denizim

denizim deyəsən yuxularında cənnətlər görür. Çünki dediyinə görə yuxudan oyandısa, yata bilməyəcək. Və bu da onun əsəbləşməsinə səbəb olur.


NaRuSHiTeL


Hər kəs müxtəlif vasitələrlə əylənib, həzz alırlar. Amma NaRuSHiTeL fərqlidir. Onun üçün yatmaq dünyada ən gözəl şeydir və yatmaqdan da həzz alır.


Estela

Çox yeyir, çox yatır. Gülən olmasa yatdığı yerdə də yeyəcək. Bir cəhətidə odur ki, günorta saat 2-yə qədər yatır. Tənbəllik axırına çıxmasa yaxşıdır.


Tural

Turalı yuxudan oyatmaq üçün gərək bütün dünya tərpənə. Turalın budilniki özünü nə qədər lezvalasa belə xeyri olmur. Aləm-qonşu oyanır, Tural oyanmır. Dediyinə görə gündəlik 6 saat yatır. Amma maraqlıdır ki, gece tez yatan Turalı elə vaxtlar olub ki, günortaya yaxın oyadıb demişəm ki, Mix.aZ serveridə uje səni kimi yatır :) Mal sahibinə oxşayar deyiblər :)


Miss_Skazochka

Miss_Skazochka-nın qəbuluna gündüzlər düşmək olmur. Gündüz yatar, gecə oyaq olar. Qısası desək yatmaqla heç arası yoxdur. Amma bu yuxusuzluq təbii ki, problemlərdə yaradır. Elə günlər olur ki, hətta 48 saat oyaq olub. Həm də daimi hərkətdə olmaqla.


Asef

Özüm haqda deməyim də :) Dünyada 2 şeyi xoşlamıram. 1cisi yatmaqdır, 2cisi isə yemək. Bu iki şey mənə görə adamı ağırlaşdırır və aktivlik sürətini azaldır. Amma nə etmək ikisidə insan üçün çox lazımdır və yeni enerji bərpasına kömək edir. Mən özüm sübh namazından sonra yatıb, səhər saat 10-11 arası oyanıram. Təbii ki, bu hal tətil dövründə olur. Qısası yatmaqla heç aram yoxdur.


Vegasvegas

Yatmaq üzrə çempionat keçirsələr Vegas qalib gələr. Vegas hətta 24 saatın 20 saatını oyanmadan yatıb. Yatmasına isə heç bir səbəb olmayıb. Yəni heç bir yorğunluq olmayıb. Sadəcə olaraq oyatmasan yatacaq. Dünya dağılsa belə xəbər olmaz. 


Shevchenko_Ali

Hamıdan ən yaxşısını Shevchenko_Ali edir. AzTv kanalına baxa-baxa axırda yuxu aparır Shevchenko_Ali-ni :)





 
 
#19 Şərhin müəllifi: Dr_Zara
 


Sitat: Vegas
Mənə işdə <az yatda mix.az-da> deyirlər, bunun özüdə bir yatmaqdı :)))

wink
O nə ayrıseçkilikdi.Mən də istəyirəm o smaylikdən fellow

 
 
#18 Şərhin müəllifi: SpLeNDiD_GirL
 


Vaxtimi yatmaqla oldurmek istemirem. Geceler en tezi 2 de yatib.9a qalmish dururam,ishe gedirem.herden ele olur gunorta yemeyinden sonra, ishde yuxuluyuram,hetta 1 defe 20 deyqe yatmisam ))) ama evde oldugum gunler de, geci 11de dururam


--------------------

 
 
#17 Şərhin müəllifi: Dr_Zara
 


TARKANFAN

TARKANFAN yuxu barəsində dediyinə görə heç bir problemi yoxdur. Vaxtında durur, vaxtında da işinə gedir. Amma dediyinə görə əvvəl tənbəl olub. Özü otağın bir başında yatırdısa, budilnikidə otağın digər başında olurdu. Dediyinə görə durub, gedib budilniki söndürənə qədər yuxusu qaçmış olur. Amma TARKANFAN əla varinatdır :)

İnanırsan mən də dərsə gedəndə telefonu qoyuram otağımda kravatımdan lap uzaqda.Ancaq səhər budilnik çalanda ərinməyib durub gedib söndürürəm,sonra təzdən gəlib yatıram xixi

 
 
#16 Şərhin müəllifi: Just Why
 


aha.. maraqlı xəbər wink Oxuyum fikirlərimi yazacam ). .


Yenə də Vegas smayliki ilə xəbərdə seçilir wink

 
 
#15 Şərhin müəllifi: ForeveR_SweeT
 


ay ne maraqli xeberdi bu :)))
Sitat: Asef
+5 işləmir ki.Vermək istəyənlər şərhlərində yazsınlar

*****,iwleyende verecem :))))


--------------------

 
 
#14 Şərhin müəllifi: _SKARPIONA_
 


Sitat: kissed_a_girl
And where is my sleep?

Yes.İ am very angrybee

Maraqlıdır.Bütün userlərin şərhləri diqqətlə oxunurmuş da,xəbərimiz yoxmuş. xixi 5+++

 
 
#13 Şərhin müəllifi: _Bonus_
 


Super xəbərdi. Daha doğrusu araşdırma.:))

 
 
#12 Şərhin müəllifi: Dr_Zara
 


Sitat: Markiza
Həə Zara üçün dübpə düz yazılıb səhər keçsəm son şərhlərə göz gəzdirsəm Zara saytda, gejə yatmağa getsəm mixə bir baxım Zarıçka yenə burda şərhini oxuyub yatacam...Görəsən bu qız saat neçədə yatır və neçə də oyanır :)

23_18 Aha.Deyirəm də.Mixi axşam mən bağlayıram,səhər də mən açıram 23_18

 
 
#11 Şərhin müəllifi: Beqi
 


Beqi

Beqi yuxusunu heç nəyə dəyişməz. Yuxusu anında nə dərdi olsa belə yatacaq. Bir sözlə yuxusnu milyonlara satmaz hətta.


yuxum doğurdan sevimlidir:))


Shevchenko_Ali

Hamıdan ən yaxşısını Shevchenko_Ali edir. AzTv kanalına baxa-baxa axırda yuxu aparır Shevchenko_Ali-ni :)

Aztv kanalı lay lay çalır deyəsən:))


--------------------

 
 
#10 Şərhin müəllifi: Romina
 


Mix.aZ serveridə uje səni kimi yatır :) Mal sahibinə oxşayar deyiblər :)

23_18 mix.az-ın dərdi bilindi

Gecə neçədə yatırsa yatsın. Fərq etməz. Səhər mütləq 06:00-da oyanacaq. Yenə yatmaq istəsə belə alınmaz. Bu artıq vərdiş olaraq qalır.

Eynən mənim kimi saat necedə yatsamda saat 06:00-da duracam


--------------------

 
 
#9 Şərhin müəllifi: Senyorita
 


Bir dəfə səhər budilnik çalıb söndürdüm dərsə də getmədim telefonu harasa atdım səhər duranda nə qədər axtarmışdım axırda divanın altından tapdım)))

 
 
#8 Şərhin müəllifi: Dr_Zara
 


Shevchenko_Ali

Hamıdan ən yaxşısını Shevchenko_Ali edir. AzTv kanalına baxa-baxa axırda yuxu aparır Shevchenko_Ali-ni :)

23_18 Özü də hər axşam yatmağa getdiyini bütün mixə deməsə yata bilmir 23_18
Vegas

Yatmaq üzrə çempionat keçirsələr Vegas qalib gələr. Vegas hətta 24 saatın 20 saatını oyanmadan yatıb. Yatmasına isə heç bir səbəb olmayıb. Yəni heç bir yorğunluq olmayıb. Sadəcə olaraq oyatmasan yatacaq. Dünya dağılsa belə xəbər olmaz.

Vegas bütün günü saytdadır axı.Nə vaxt yatır o? wink

 
 
#7 Şərhin müəllifi: Elgin
 


Sitat: Vegas
Bu da düzdü :)) Bakıda zəlzələ olan vaxtı hamı çöldə şüvən qoparır, mən isə yuxumu canımdan dəyərli bilərək yatırdım

xixi

 
 
#6 Şərhin müəllifi: MarkizaM
 


sad aaa mən də burdayam ki sad
ayshan

DVDi ay daaa xixi

Dr_Zara

Həə Zara üçün dübpə düz yazılıb xixi səhər keçsəm son şərhlərə göz gəzdirsəm- Zara saytda, gejə yatmağa getsəm mixə bir baxım- Zarıçka yenə burda (şərhini oxuyub yatıram, baxarsız bir gün yuxuma da keçəcək)...Görəsən bu qız saat neçədə yatır və neçə də oyanır :)
Azbukalin

smile


--------------------

 
 
#5 Şərhin müəllifi: TELEBE QIZ
 


HMMMMMMMMMMMM!

 
 
#4 Şərhin müəllifi: Dr_Zara
 


aydaaaa nə super xəbərdir.Mənim xoşum gəlir mx.az həyatı ilə xəbərlər belə olsun.Özümüz yazmayaq nəsə wink işləyən kimi girib 5+ verəcəm. nn23
Birinci bir-bir oxuya-oxuya gedirdim.Özümü axtarmırdım.Sonra dedim hələ görüm varam mən.Bir də gördüm gözlərim parıldadı wink Digərlərini indi davam edərəm.Təşəkkürlər,Asəf

 
 
#3 Şərhin müəllifi: TARKANFAN
 


Duzu, bashligi oxumadan birbasha ozumu oxudum). Dedim Asefe men pm-la cavab yazmamisham axi)). Bu hardan chixdi)). Sonra yuxarini oxudum).
Choxusunu ele sherhlerde oxumushdum)). Markiza, Suzan, Reqana, Tatulya ve s.
Maraqli xeber hazirlamisan Asef, teshekkurler).

He, men evveller ele dururdum)). Yoxsa budilniki yanima qoysaydim, 5 deqiqe uzada-uzada hemishe gecikirdim). Ona gore bu yola el atmishdim, durub onu sondurende yerime girmeye heves olmurdu daha)).

semichka_supu-nun maraqlı bir fikiri var. Bir tərəfdən deyir ki, camaat qəhvəni içir ki, yuxu tutmasın yatmasın, mən isə yuxum gəlməyəndə qəhvə içirəm ki yuxu tutsun məni.

wink
Inan mende de beledir e)). Kofe, tund chay mene yuxu getirir wink.


Sitat: Asef
Vermək istəyənlər şərhlərində yazsınlar, mən sonra yadınıza salaram :D

Hemishe yadimdan chixir, bu defe yadima saldin, o da error verdi)).
Yene yadima salarsan).

 
 
#2 Şərhin müəllifi: Asef
 


Ayə +5 işləmir ki.

Vermək istəyənlər şərhlərində yazsınlar, mən sonra yadınıza salaram :D

 
 
#1 Şərhin müəllifi: Shevchenko_Ali
 


Hamıdan ən yaxşısını Shevchenko_Ali edir. AzTv kanalına baxa-baxa axırda yuxu aparır Shevchenko_Ali-ni :)

wink Aydaaa, əziyyətə bax sən:)) Çox sağ ol, Asəf, sayt düzəlsin *****


--------------------

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!