|
|
|
| Hansı əraziden girirsiniz? |
|
|
|
| O Guinness Rekordlar Kitabına Düşdü! | Mix.aZ həyatı | | 
Miss_Skazochka ilk olaraq bu sualı verim. Bu layihə elan ediləndə münasibətin necə oldu? Mix.aZ-da ilk rekordu da sən vurmuşdun. 28 saat 36 dəqiqə. Məqsəq bu rekordu təzələmək idi, yoxsa sadəcə olaraq iştirak etmək?
Bu layihə haqqında xəbər bir gün öncədən bazada idi. Düzdür adı Online User olaraq yazılsa da içində heç bir məlumat yox idi. Elə maraqlı idi ki o xəbər mənə. Düşünürdüm görəsən Tural nə etmək istəyir? Artıq xəbər tam hazır olub layihə başlamazdan bir gün öncə saytda aktiv olanda bildim ki məsələ nə yerdə imiş. Özümə çox güvənirdim. Lakin layihənin başlama saatı məndə azacıq da olsa qorxu yaradırdı. Çünki ilk burdayamlar(artıq iyrənirəm bu sözdən) yazılanda bilirdim ki saytda ola bilməyəcəyəm. Amma əmin idim ki saat neçədən də qatılmış olsam mütləq qalib olacağam.
Layihədən öncəki vəziyyətin necə idi? Neçə saat yatmışdın onda? Yəni layihəyə tam olaraq özünü hazırlaya bilmişdinmi?
Həə... Asəf, düşünürsünüz ki Miss bir gün öncə yatıb, yaxşıca dincəlib, güc qüvvət yığaraq qatılıb layihəyə? Bəlkə də çoxlarınız inanmayacaqsınız amma layihədən bir gün öncə mən cəmi 3 saat yatmışdım. Gecə saat 5-də saytdan çıxıb yatmağa getmişdim səhər isə saat 8-dən oyanmışdım çünki görüləcək işlərim var idi. Layihəyə isə axşam saat 7-dən sonra qatılmışdım.
Layihəyə gec qatıldın, səninlə bərabər güclü rəqiblər də var idi. Bütün bunlar sənin qələbə qazanmaq inamını necə gücləndirmişdi?
Az öncə də qeyd etdim mən özümə tam əmin idim. Hər dəfə qeyd edirəm indi yenə də deyirəm insanın özünə inamı və istəyi insan həyatında ən mühüm amildir. Özünə inam və istək olduqdan sonra hər şey etmək mümkündür.
Layihənin ən qızğın vaxtlarından biri. İlk olaraq 24 saat tamam olur. Bu 24 saat ərzində hər hansı bir çətinliyin oldumu? Yuxu cəhətdən, yorğunluq cəhətdən hər hansı bir əngəl oldumu? Oldusa bunların öhdəsindən necə gəldin?
24 saat tamam olanda artıq yarışmadakı iştirakçıların sayı da azalmışdı. Onlar məndən öncə yarışmaya qatıldıqları üçün onların 24 saatı məndən öncə tamam olmuşdu Tural da buna görə onların balansına pul artırırdı , niklərini qeyd edirdi layihədə. O zaman bir az çətin oldu mənim üçün, hardasa ümüdsüzlüyə qapandım. Çünki mənim 24 saatımın tamam olmağına hələ çox var idi.
Layihə zamanı hər hansıa bir texniki problem oldumu? Yəni kamputerin qızması, internet problemi.
Layihədə məni qorxudan, uduzacağıma səbəb ola biləcək yeganə amil texniki problem ola bilərdi. Şükürlər olsun ki elə də ciddi bir problemlə üzləşmədim. Sadəcə modemim Flash modem olduğu üçün dəhşətli dərəcədə qızmışdı. Hətta o dərəcəyə çatmışdı ki modemi çıxaranda az qaldı əlim yansın. Modemim incə olduğu üçün qorxurdum ki birdən əriyər. Adminkada yazdım bu haqda Asəf getdi mənə dial up üçün kart aldı =)) Asəf gələnə kimi modemin üstünə ventlyator tutmuşdum.loool
2 dəfə Dial upla bir neçə saatlıq saytda oldum. Əsasənda gecələr. Çünki onda dial up çox rahat işləyirdi.
Artıq layihənin ən son həddi gəldi. 48 saat online. Təbii ki, bu az vaxt deyil. Layihə zamanı başını nə iləsə qatırdın, yoxsa ancaq "burdayam" yazmaq üçün hazır dayanmışdın?
İnanırsınız o qədər həyacanlı idim ki heç bilmədim 48 saat necə oldu ki tamam oldu. 48 saatın tamam olması barədə "Turalın artıq 48 saatınız tamam oldu balansınızı artırdım" yazısından sonra xəbər tutmuşam.
Hər kəsə maraqlıdır. Miss_Skazochka rəqiblərinə necə qalib gəldi? Bunun sirri nədədir?
Özümə inamım sayəsində qalib olmuşam mən.
Hal-hazırda Mix.aZ ForuM-da gedən və həmçinin nə zamansa olacaq Online User yarışmasının iştirakçılarına hansı tövsiyyələri verərdin?
Onlara məsləhətlərimi vermişəm az öncə möhkəm olsunlar, özlərinə inansınlar, məğlubiyyət haqqında əsla düşünməsinlər. Uzanmasınlar çünki saytda gedən yarışma vaxtı çox güclü sandığım rəqiblərim məhz uzandıqları üçün yarışmanı tərk etdilər. Az müddətli belə uzansalar istər istəməz onları yuxu tutacaq. Yuxu şirin şeydir=) Daha sonra, musiqi dinləməsinlər. Nə ritmik nə də ki lirik. Lirik mahnılar yuxulamalarına, ritmik mahnılar isə başlarının ağrımasına səbəb olacaq. Hərdən əl üzlərini yusunlar türklər demişkən iyi gelicek. Çalışsınlar saytda, forumda yazışsınlar. Düşünməsinlər ki yazmaq, onlardan enerji alacaq. Amma çalışıb uzun, həcmli xəbərləri oxumasınlar bu beyinin yorulmasına səbəb olacaq. "Burdayam" sözünü çalışıb qısa zaman intervalında yazsınlar. Bu sizi yarana biləcək texniki problemlərdən sığortalamış olacaq. Gələn yarışmada mənə çətin olacaq Bütün sirrlərimi dedim daha =)
Bir sual da maraqlıdır hər kəs üçün. Miss_Skazochka layihədə həm "burdayam" yazır, həm userlərlə söhbələşir, sitat gətirir, şərh yazır, Sual və Problemlər bölməsində suallara və problemlərə cavab yazır, bazada olan xəbərlərə baxır, avto düzür. Bütün bunları eyni zamanda etmək yorğunluğu artırmırdı bəyəm?
Xeyr əsla. Tam əksinə daha çox enerji toplayırdım bunları etməklə. Həm də ki yalnız "burdayam" yazandan yazana saytda görsənmək istəmirdim. Həqiqətən də saytda online olduğumu sübüt etmək istəyirdim. Mən sadəcə yarışmada qalib olmaq üçün deyil əsl mix.az li olaraq saytda ən çox online olmaq üçün yarışırdım. Yalnız "burdayam" yazmaq bu sadəcə ad olsun ki ən çox online user oldum deməkdir. Mənə bu lazım deyildi axı.
Təbii ki, kimsə fərqlənəndə ona pis gözlər də baxacaq. Tənqidlərdə olacaq. Əsas tənqid isə "Miss_Skazochkanin yerində görəsən kimsə oturubmu?" sualıdır. Buna cavab nədir?
Bu sualı isə yuxarıdakı sualınla özün cavablamısan. Mən həm Sp-də sualları cavablandırırdım, həm şərh yazırdım, həm bazaya baxırdım, həm msn də idim, həm Fb-da yazırdım, həm Pm lərə cavab yazırdım, həm də avto aktiv üçün xəbər düzürdüm. Hələ üstəlik fürsət tapıb özüm üçün xəbər də yazıb, aktiv etmişdim. Bütün bunlar fasiləsiz olaraq saytda olmaq demek deyilmi? Bütün bunlarla mən sübüt etdim ki yerimdə heç kəs oturmayıb özüməm =)
Mix.aZ-da ən çox online olaraq 63 saat 1 dəqiqə rəsmi rekord vurdun. Yəni xəbər bazaya qaytarılana qədər "burdayam" yazdın. Lakin əlavə olaraq 5 saatda Mix.aZ-da oldun. Hər kəs düşünürdü ki, layihə bitən kimi Miss_Skazochka dərin yuxuya gedəcək. Amma getmədi. Görəsən niyə? Qələbə sevinci, yoxsa yuxunun hələ də olmaması?
Gecəyə doğru artıq dəhşətli dərəcədə yorulmuşdum. Otura bilməyəcəyimi düşünürdüm. Çünki rəqibim yarışı dayandırsaydı da belə bizim ən azından bərabər olmağımız üçün mənim əlavə olaraq bir neçə saat da oturmağım lazım idi. Mən isə bilmirdim axı qarşı tərəf nə zaman çıxacaq, ümumiyyətlə çıxacaqmı, ondan sonra mən otura biləcəyəmmi? Amma öldü var döndü yoxdur demişdim. Artıq səhərə yaxın tək qalanda tam sakit oldum ki artıq qələbə mənimdir. Sağ olsunlar forumun uşaqları dəstək oldu mənə, danışdılar, başımı qatdılar qoymadılar ki yuxulayım. Dəstək demişkən mənə dəstək olan bütün userlərə öz minnətdarlığımı bildiriəm sizin dəstəyinizi hiss etmək məni daha da həvəsləndirirdi. Maraqlısı isə odur ki mənə dəstək olanların çoxu ilə heç bir əlaqəm yoxdur, heç tanımadığım userlər mənə dəstək idi. Yəni bacışkalarım deyildi mənə dəstək olanlar =)
Layihədən sonra Miss_Skazochka neçə saat yatdı? Bu qədər online olmaq səhhətində hər hansı bir problemlər yaratmadı ki?
Layihədən sonra məni qovdular ki ay qız get yat yoxsa hələ də yatmaq fikirim yox idi. Düşünürdüm ki ən azından bir gün ölü kimi tərpənmədən yataram. Amma nədənsə çox narahat yatdım. Hər xırda səs məni oyadırdı. Bu da çox güman ki layihə müddətində əsəblərimin pozulduğunun göstəricisidir. Səhhətimdə isə çox şükürlər olsun ki bir problem olmadı. Sadəcə layihə zamanı qızdırmam qalxmışdı bunu çəkindim saytda yazmağa çünki yalnış anlaşılacağından qorxurdum. Bəziləri özümü yazıq kimi göstərdiyimi düşünəcəkdi. Ona görə də bu haqda heç nə yazmadım. İndi hər şey qaydasındadır. Azacıq belim və boynum ağrayır yəqin ki çox oturmaqdandır. Bu da inşAllah tezliklə keçər.
Miss_Skazochka üçün ilk rekord yəni, 28 saat 36 dəqiqə doğmadır, yoxsa son rekord yəni, 63 saat 1 dəqiqə? Bunlar arasında bir fərqi varmı?
Mix.az da keçirdiyim hər dəqiqə mənim üçün doğmadır. İlk rekordum olan zaman bunu düşünmədən etmişdim sadəcə yuxum gəlmirdi, oturmuşdum saytda. İkinci rekordum isə məqsədli idi. İkinci rekordu asanlıqla qazanmamışam mən. Ona nail olmaq üçün çox çətinlik gördüm. Çətinliklə əldə olunanlar isə hər zaman qiymətli olur. Ona görə də ikinci rekordumu daha çox istəyirəm.
Gələcəkdə yenidən Online User layihəsində iştirak etmək fikirin varmı?
Əlbəttə ki var. Gələn layihədə inşAllah sağlıq olsun mütləq qatılacağam.
Təşəkkür edənlər: (87) Bozqurd, NifreteNifret, Manson_9, Rozalina, ForeveR_SweeT, Just Why, Resad-9, -SAW-, secret_love, lacrima723, TARKANFAN, tukez, bulud11932, VIP, Sharli, TATULYA, Cehennem_Sakini, A_L_F_A, Gabriel, Nifret, _Bonus_, OLEGARX, imran72, _SKARPIONA_, KoLeRa, AYGUN YK, BOBO_DEMOS, LiLAmoooR, Dr.Genetik, PaLeRmO, orxan__555, denizzzz, FeMeNiSTKa, Miss_Light, Shevchenko_Ali, Knight of Sadness, X_girl_72, Elgin, Catgirl93, BBX, Trilli Villi, emerald, _MILANoooRE_, PIFAQOR, asya_lonely-, semichka_supu, Kida.167, Mayta, ZDENKO, Mr.KAyfuyem, TEXAS, kissed_a_girl, xxxxx, Lu-nam, MIX GIRLS, Nikolka, damla25, break, lady leli, Shems_01, zaur16, Erginay, turka9, sehriyar_z, Dandoline, Dr_Zara, Kagit_evler, MaYoR, you belong with me, The sun of World, A_def, Damla_87, Diji, MIRacLe sabiwka, zahra19, ZVER OGLAN, so_lonely, _bella_, YK_FaN, Rena, Miss_Skazochka, xaliq11, Beyonce ft Rihanna, FAIQ JUK, Acidil, Asgerov_F, nurik94 |  | |  |  | |
| Baxış sayı: 5794 Şərhlər (131) Müəllif : Asef 27 İyul 2010 22:16 | |  |  |  |  |
| |
 | #41 Şərhin müəllifi: Romina | | | | | 
| Miss bir daha təbrik edirəm amma bu qədər belə yuxusuz qamaq indi sənə təsir eləməsədə allah etməsin gələcəkdə problemin ola bilər sənin...Ona görə vaxtı-vaxtında yat..Yəni demək sitireəm ki gələn online yarışmasına qatılma Sitat: Cehennem_Sakini 6 ədəd armudu stakan 1 ədəd qəfədan - Sən lap cehiz verirsən ki
--------------------
| |  | |  |  | 26 İyul 2010 21:58 | Qeydiyyat: 10.10.2009 | Adı: ((¯`»¦«´¯)) AşKMeLeGi ((¯ | Ünvan: İtaliya | |  |  |  |  |
| | | #40 Şərhin müəllifi: Dr.Genetik | | | | | 
| Müsahibə əla alınıb. Miss uğurlarınız bol olsun. 
--------------------
Thought is invisible nature. . . | |  | |  |  | 26 İyul 2010 21:54 | Qeydiyyat: 12.12.2009 | Adı: Aska | Ünvan: Gənclik | |  |  |  |  |
| | | #39 Şərhin müəllifi: FeMeNiSTKa | | | | | 
| Hamısını oxudum.İnanıram ki o 63saatı da komp.qarşısında Skazochka oturmuşdu.Bilirəm ki,hansısa şərh ona stimul verib,yəni daha da prinsipə salıb.Amma heç mən də oxumadım hansı şərh idi.Əsas odu qalib sən oldun.Kim nə deyir desin bundan sonra məncə önəmi yoxdur)Bir daha təbrik Skazochka.Xəbəri bəyəndim) | |  | |  |  | 26 İyul 2010 21:52 | Qeydiyyat: 10.08.2007 | Adı: Yox mənim yox adım | Ünvan: Başqa planet | |  |  |  |  |
| | | #38 Şərhin müəllifi: Shevchenko_Ali | | | | | 
| Mütləq qalanını da oxuyacam. Bayaq əvvəlini oxudum. Təbrik edirəm, qonşu!!! BRAVO!!! Eyni zamanda Vegası da təbrik edirəm. Hər ikisi super
--------------------
Euro 2012 - status və pul qazanmaq şansı: Tezliklə... | |  | |  |  | 26 İyul 2010 21:52 | Qeydiyyat: 12.10.2008 | Adı: Auuu | Ünvan: Baki | |  |  |  |  |
| | | #37 Şərhin müəllifi: Miss_Light | | | | | 
| qiz user qalib oldugu ucun cox sevindim | |  | |  |  | 26 İyul 2010 21:49 | Qeydiyyat: 6.10.2007 | Adı: MissLight | Ünvan: ___Baki___ | |  |  |  |  |
| | | #36 Şərhin müəllifi: denizzzz | | | | | 
| Əlbəttə ki var. Gələn layihədə inşAllah sağlıq olsun mütləq qatılacağam...VALLAH HALALDİR SENE...MİSS..SENİN BELE GUCLU QİZ OLDUĞUNU BİLMEZDİM...  | |  | |  |  | 26 İyul 2010 21:47 | Qeydiyyat: -- | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #35 Şərhin müəllifi: TARKANFAN | | | | | 
| Men de deyirem bu ne xeberdir:)). Sen deme xeberin adi deyishilib:)). | |  | |  |  | 26 İyul 2010 21:40 | Qeydiyyat: 18.11.2007 | Adı: Samira | Ünvan: Novaya Zemlya | |  |  |  |  |
| | | #34 Şərhin müəllifi: Tural | | | | | 
| Buna psixoloji hazır olmaq lazımdır. Miss buna hazır qızdır.
Sigaret çəkənlərə necə ki, sigaret tüstüsü lazımdır, Miss-ədə comp şuası lazımdır yaşaması üçün
--------------------
* Dünyada anam qədər ikinci gözəl qadın olsaydi, ona da sitaiş edərdim! Qadınlara olan sevgim Anamdan başlayır! (Tural isayev) * Mən Cənnəti də görmüşəm, Cəhənnəmi də. Çünki Anamı ağlayanda da görmüşəm, güləndə də. * Yoxluğunda heç bir şey dəyişmədi gözümdə, Çünki Anamdan başqa qarşılıqsız sevən görmədim ömrümdə... | |  | |  |  | 26 İyul 2010 21:37 | Qeydiyyat: 6.07.2006 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #33 Şərhin müəllifi: PaLeRmO | | | | | 
| Gələcəkdə yenidən Online User layihəsində iştirak etmək fikirin varmı? Əlbəttə ki var. Gələn layihədə inşAllah sağlıq olsun mütləq qatılacağam. AYDAAA Miss_Skazochka ONDA MEN QATILMIYACAM COX TESSUF FIKRIM VAR IDI AMA DAA SEN OLAN YERDE MENIM NE IWIM VARE  Onlara məsləhətlərimi vermişəm az öncə möhkəm olsunlar, özlərinə inansınlar, məğlubiyyət haqqında əsla düşünməsinlər. Uzanmasınlar çünki saytda gedən yarışma vaxtı çox güclü sandığım rəqiblərim məhz uzandıqları üçün yarışmanı tərk etdilər. Az müddətli belə uzansalar istər istəməz onları yuxu tutacaq. Yuxu şirin şeydir=) DOGURDAN UZANMAG NE PIS WEYDI OTURANDA MSJ YAZA BILIREM UZANAN KIMI SEHER AYILIRAMKI 15 DENE MSJ GELIB, ILK 2 MSJDAN SORAKILAR HAMISI TEHQIR EDICI MSJLAR OLUR ))) | |  | |  |  | 26 İyul 2010 21:33 | Qeydiyyat: 13.08.2009 | Adı: Asif | Ünvan: BaKi | |  |  |  |  |
| | | #32 Şərhin müəllifi: DoReMiFaa | | | | | 
| Oxudum
Bu dəfə dözəcəm ) | |  | |  |  | 26 İyul 2010 21:23 | Qeydiyyat: 10.08.2008 | Adı: SəbishKaa | Ünvan: Paris | |  |  |  |  |
| | | #31 Şərhin müəllifi: Senyorita | | | | | 
| Əlbəttə ki 63 saat komp.un qarşısında oturmaq mümkün deyil. Hər halda Miss də arabir fasilə verib. Heç olmasa 15 dəq.lik. Əgər 63 saat heç fasilə vermədən komp.un qarşısında oturubsa Dj Kamilin dediyi kimi Missin də adı Guinness rekordlar kitabına düşməlidi. Yenə də təbriklər | |  | |  |  | 26 İyul 2010 21:14 | Qeydiyyat: 18.08.2009 | Adı: ... | Ünvan: QaX-BuZoVnA | |  |  |  |  |
| |  | |  |  | 26 İyul 2010 21:14 | Qeydiyyat: 31.03.2008 | Adı: Markiza | Ünvan: Baki | |  |  |  |  |
| | | #29 Şərhin müəllifi: MrS_BLaCKBeRRY | | | | | 
| Haladı sənə Miss..Mən 43 saat,neçə dəqiqəsə dözdüm..Hələ də dözərdim..Çünki artıq gecəni başa vurmuşduq,səhər açılırdı..Səhər də sayt gecəyə nisbətən daha hərəkətli olur axı..Amma işıqlar söndü..Və təsrlikdən düz yarım saat sonra yandı..Dəli olmuşdum..gecikdim deyə tulladılar mitilimi bayıra..Amma 2-ci olsa yenə qatılacam...
Səni isə bir daha təbrik edirəm..Halaldı..  | |  | |  |  | 26 İyul 2010 20:58 | Qeydiyyat: 31.01.2010 | Adı: Shefa | Ünvan: Yashamiram.. | |  |  |  |  |
| | | #28 Şərhin müəllifi: EmBaO | | | | | 
| her wey istekden ireli geliryene de tebrikler Gün var əsrə bərabər,Əsr də var günün yarısına... Günün yarısını yaşamaq istərdim... ஐღღ♥ ♥ém®éå¥d|ñ♥ ♥ღღஐ
--------------------
Bu həyatdan heç kim bakirə...namuslu köçmür...çünki istər-istəməz həyat hamıya təcavüz edir... Edilən hər qəhbəliyə bir ziyarət borcum olsun...borcuma sadiqəm...hər kəs rahat olsun...
| |  | |  |  | 26 İyul 2010 20:56 | Qeydiyyat: 19.09.2009 | Adı: EmBaǾ... | Ünvan: yaşamıram... | |  |  |  |  |
| | | #27 Şərhin müəllifi: Mr_Anderson | | | | | 
| Cempionu udmaq ucun cox calishacaqlar gelecekde.... Gorek rekordu qoruya bilecek Uugurlar
--------------------
İndiana Pacers 2-3 Miami Heat
| |  | |  |  | 26 İyul 2010 20:52 | Qeydiyyat: 8.05.2007 | Adı: Emhyr var Emreis-Mr_Anderson | Ünvan: To Miami....back to Cleveland | |  |  |  |  |
| | | #26 Şərhin müəllifi: All Sweet One | | | | | 
| ay qız sən bu qədər kompyuterin qabağında oturmusan gərək gün ərzində çoxlu süd içəsən ki, şüa bədənindən çıxsın.
özdə yayın bu cirha cırında
--------------------
Женщина, которая ведет себя хорошо, не имеет шанса войти в историю. | |  | |  |  | 26 İyul 2010 20:52 | Qeydiyyat: 7.07.2009 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #25 Şərhin müəllifi: True_Love | | | | | 
| Oxudum maraqlı idi ))) yenədə təbrik edirəm
--------------------
Sevginin nifrəti də, əzabı da, cəzası da sevgini yaşada biləcək qədər güclüdür... | |  | |  |  | 26 İyul 2010 20:50 | Qeydiyyat: 2.10.2008 | Adı: Aygun Babayeva | Ünvan: Baku | |  |  |  |  |
| | | #24 Şərhin müəllifi: SpLeNDiD_GirL | | | | | 
| Sitat: Owen Size evde 3 gun kompun qabaginda oturmaga nece imkan verdiler? menim kimi adam 2 saat kompun qabaginda oturum evdekiler mazgi edecek ki dur ziyandi.
--------------------
Для меня не существует системы ценностей, этикета, морали и гуманизма, я живу по принципам: "Я так хочу" и "Мне так надо"!.
| |  | |  |  | 26 İyul 2010 20:43 | Qeydiyyat: 18.05.2008 | Adı: adsiz | Ünvan: Afrika | |  |  |  |  |
| |  | |  |  | 26 İyul 2010 20:43 | Qeydiyyat: 28.08.2009 | Adı: Skarpi. | Ünvan: Bura Azərbaycandır | |  |  |  |  |
| | | #22 Şərhin müəllifi: Owen | | | | | 
| Men sizi bilmirem ama ozum maximum 2-3 saat kompun qabaginda oturanda bawim ele gicellenir ki. Bilmirem sizde bu nece alindi. Sadece olaraq mene bir wey maraqlidi ve bunu soruwmaliyam: Size evde 3 gun kompun qabaginda oturmaga nece imkan verdiler? menim kimi adam 2 saat kompun qabaginda oturum evdekiler mazgi edecek ki dur ziyandi. | |  | |  |  | 26 İyul 2010 20:40 | Qeydiyyat: 29.08.2007 | Adı: Cavid | Ünvan: Yasamal | |  |  |  |  |
| | | #21 Şərhin müəllifi: TATULYA | | | | | 
| biy forumdada online user layihesi kecirilir? men ele bildim zarafatdir)) taaak interesno uje
Sadəcə layihə zamanı qızdırmam qalxmışdı bunu çəkindim saytda yazmağa çünki yalnış anlaşılacağından qorxurdum. oy nece de basha dushurem, tochno bu hala mende dushmushdum, istiliyimi yendire bilmirdiler umnichka, smoqla viderjat do konca)
--------------------
Не поговорить с человеком, который достоин разговора - значит, потерять человека. А говорить с человеком, который разговора не достоин - значит, потерять слова. Мудрый не теряет ни слов, ни людей. | |  | |  |  | 26 İyul 2010 20:28 | Qeydiyyat: 6.05.2008 | Adı: Тatulya | Ünvan: Mars | |  |  |  |  |
| | | #20 Şərhin müəllifi: _Bonus_ | | | | | 
| Bu barədə Miss artıq brend olub :)) | |  | |  |  | 26 İyul 2010 20:26 | Qeydiyyat: 9.03.2008 | Adı: Kazım | Ünvan: Bakı, Azərbaycan | |  |  |  |  |
| | | #19 Şərhin müəllifi: OLEGARX | | | | | 
| yeniden tebrik edirem | |  | |  |  | 26 İyul 2010 20:26 | Qeydiyyat: 8.11.2009 | Adı: -- | Ünvan: madaqasqar | |  |  |  |  |
| | | #18 Şərhin müəllifi: Nifret | | | | | 
| Hanı Kubokun ? | |  | |  |  | 26 İyul 2010 20:24 | Qeydiyyat: 10.02.2009 | Adı: ®xan | Ünvan: -- | |  |  |  |  |
| | | #17 Şərhin müəllifi: EMI | | | | | 
| BU QİZİN YUXU İLƏ PROBLEMİ VAR BESSONİÇA DEYİLİR BAX ONDANDİ .MİSS ÇAĞİRİR Kİ ƏLİNİ MƏNƏ BƏSDƏRƏCİK YUXU DA DEYİR YOX MƏN SƏNDƏN KÜCDƏRƏCİK
--------------------
| |  | |  |  | 26 İyul 2010 20:23 | Qeydiyyat: 31.01.2009 | Adı: -- | Ünvan: BAKU | |  |  |  |  |
| | | #16 Şərhin müəllifi: Gabriel | | | | | 
| guvenirdim ve qalib oldu...)))
--------------------
Tout est bien qui finit bien.... | |  | |  |  | 26 İyul 2010 20:23 | Qeydiyyat: 3.06.2007 | Adı: V | Ünvan: C | |  |  |  |  |
| | | #15 Şərhin müəllifi: neise | | | | | 
| Online User Layihəsi Forum.Mix.aZ-daMüxtəlif hədiyyələr sizi gözləyir! Qalibə həm saytda həm forumda hədiyyə status veriləcək! Əlavə olaraq saytda 1000 VM balansına otuzdurulacaq!
Bunlardan əlavə olaraq!
6 ədəd armudu stakan 1 ədəd qəfədan - Forum.Mix.aZ adıyla..
1 ədəd Forum.Mix.aZ-userlərinin prototipi olaraq qələmə alınmış Ənvər Yavəroğlunun təqdimatında "Pəncəmdəki Qan Damlası" detektiv romanının ilk buraxılış kitabı təqdim olunacaq! | |  | |  |  | 26 İyul 2010 20:18 | Qeydiyyat: 1.04.2009 | Adı: Ali | Ünvan: Kulekler Sheheri | |  |  |  |  |
| | | #14 Şərhin müəllifi: Sharli | | | | | 
| Teshekkurler Miss_Skazochka) Yazilarin meni dahada ruhlandirdi!
| |  | |  |  | 26 İyul 2010 20:14 | Qeydiyyat: 16.12.2009 | Adı: Sharlin | Ünvan: Yaponiya-guya daa:) | |  |  |  |  |
| | | #13 Şərhin müəllifi: VIP | | | | | 
| YENEDƏ TƏBRİK EDİRƏM UĞURLAR ARZU EDİRƏM...
--------------------
♫ ♫ ♫ ♫ ♫ ~ music !s mY L!Fe ~ ♫ at this night ♪ ► Play▌▌ Pause ■ Stop | |  | |  |  | 26 İyul 2010 20:09 | Qeydiyyat: 8.05.2010 | Adı: İsİ | Ünvan: MiX.aZ | |  |  |  |  |
| | | #12 Şərhin müəllifi: TARKANFAN | | | | | 
| Sonacan oxudum musahibeni). Onu deyim ki, PC qarshisinda oturanda adam "tormoz" olur, amma yuxusu gelmir). Men de sinamisham. Bezen toyda, bir xeyir ishde olanda, oz-ozume deyirem ki, gelib yatacam). Amma eve gelirem, deyirem bir mix-e bash chekim, o bash chekmek de sehere qeder oturmagima sebeb olurdu))). Guya yuxum gelirdi a)). Odur ki, men de senin yuxarida yazdiginla raziyam). Belke de choxlari dushunur o yarim saat vaxti uzanmaqla enerji yigim, amma bu eksine, daha da yorgunluga getirecek).
Ne deyim, halal olsun heqiqeten! Shexsen men qalmazdim, hec qala da bilmezdim bu qeder)). | |  | |  |  | 26 İyul 2010 20:04 | Qeydiyyat: 18.11.2007 | Adı: Samira | Ünvan: Novaya Zemlya | |  |  |  |  |
| |
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
| |
|
|