» Daha sevgiyə inanmıram mən
  » 30.04.2009
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Dövlət idarələri mix.az ha ...
  » Mix.az-ın şərəf lövhəsi. ...
  » Ən gözəl zaman tuneli layih ...
  » Mix.aZ - 7 yaşın mübarək
  » 3 il keçdi...
  » Facebook-un yaradıcısı Mark ...
  » Onların cavabları-2ci hissə
  » Ən zövqlü mix.azlı layihə ...
  » Bu dəfə körpə mix.az-çıl ...
  » Mix.azlıların niklərinin m ...
  » Necə unudaq?
  » Mənim musiqi zövqüm - Aprel
  » Bu gün Qələbə günüdür
  » "Mix.az"-lıların Məktəb ...
  » Mix.az-ın qızları ) | Music ...
  » Anama yaxşı bax...ATA!
  » Mix.az userlərinin xarakteris ...
  » Mix.Az-lılar sehrli olsaydı ...
  » Mix.Az-lıların nik və avata ...
  » Mix.Az-ın Şirinələri
  » Bəzən...
  » Mix.az-lıların uşaqlıq dü ...
  » “Mix.az-lıların Uşaqlıq ...
  » Natiq Ritm Qrupu - Eurovision ...
  » Bu dəfə Müəllifin özünə ...
  » Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
  » Mixin 7 yaşı.....
  » Türklər Azərbaycan dilində ...
  » Mənim sənsiz romantikam
  » Sən axı qızsan!...
  » Qadın olmaq!
  » Top 10 Müəllif
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Mix.az-ın ən maraqlı xəbə ...
  » Bu O`dur?!
  » "Space" Amaci məhkəməsin ...
  » Mix.az qızları mixin 7 yaş ...
  » Sizə məsləhətim...
  » Peyğəmbərdən nurlu kəlaml ...
  » Peyğəmbərdən (s) nurlu kə ...
  » Əmi ilə xala:)
  » "Uzaq"
  » Azəri qızı Günel Bakıda f ...
  » Qızlarımızın Yay aksesuar ...
  » Uşaq vaxtı nələr etməmiş ...
  » Təsadüf
  » Mənim sənsiz romantikam
  » Anam haqlı imiş...
  » "Mix.az"-lıların Ana sevgi ...
  » Uşaqlar-uşaq evində və ail ...
  » 22 may 2012 ... Eurovision 1-c ...
  » "Buyuq da..."
  » ATV-nin ev fırıldağı
  » Ad günün mübarək, Mix.Az!
  » Qarabağ - Laçın
  » Life in Paper
  » Mix.az-ın qızları ) | Music ...

Mi Comentario
Xəbər sayı -54
iKooo
Xəbər sayı -47
PsikoOOo
Xəbər sayı -45
mix dominant
Xəbər sayı -27
Sensiz_Qocaldim
Xəbər sayı -25
Mir_Celal
Xəbər sayı -21
ayshan
Xəbər sayı -21
krolochilapka
Xəbər sayı -11
nuku
Xəbər sayı -6
Hpad
Xəbər sayı -6



12-17
18-21
22-27
27-33
33-40
40-50
50-90








 
 
Mürəkkəb insanın sadə müsahibəsi Mix.aZ həyatı 
Sadə müsahibə


Bozqurd
Tural, Azərbaycanın ən böyük milli portalının adminisən. Aznetdə Tural İsayev adı kifayət qədər məşhurdur. Düşünürəm ki, bu şöhrəti Sənə qazandıran admin kimi idarə etmək qabilliyyətin yox, məhz Tural nikiylə göndərdiyin bir-birindən maraqlı yazılar olub. Bəs real həyatında, ətrafında olan insanlar- ailən, qohumların, dostların virtualdakı Turalın yaradıcılığından xəbərdardırlarmı?


Tural
Yox, mix.az haqda 3-4 il sonra evdəkilər bilib. Onlar sayt üzərindən əldə etdiyim nailiyyətlərə sevinmirlər. Onlar üçün mənim təhsilim hamısından önəmlidir.
Ona görə də yazılarımı yaxınlarım oxumur. Bir dəfə anama oxutdum, kövrəldi, ondan sonra daha oxutmadım. Dayım oğlanları çatda oturur, qardaşım da ki qorxusundan şərh yazmır, birdən görərəm, deyərəm sən yenə internetdəsən?!
Uşaq vaxtı imla-inşadan zəif qiymət alırdım deyə atam inanmır mən maraqlı nəsə yazam. :)
Atam jurnalistdir. Bir dəfə dedim, ata sənin yazdığını çox adam oxuyur, yoxsa mənim?
Güldü, dedi: əlbətdə sənin :)
Hərdən atama deyirlər, bu Tural İsayev sənin oğlundur? :)
İnşa yaza bilməyəndə deyirdi, 2 dənə cümləni yan-yana deyə bilmirsən...
2006-cı ildə 1 müddət bir jurnalda jurnalist işlədim. Atama jurnalist vəsiqəmi göstərəndə inanmamışdı. Sonra məqalələrimi gördü dedi halaldır sənə... Ona görə də mix.azda yazılar haqda hərdən atama deyirlər, çox sevinir.
Bozqurd
Heç nə vaxtsa düşünmüsən aznet Sənin yaradıcılığın üçün kiçik məkandır? Yaradıcılığını dünyayla paylaşmaq fikri keçib ağlından? Yeri gəlmişkən, ingiliscə və ya hansısa xarici dildə bilirsən?
Tural
Ingilis, rus, türk dillərini bilirəm, amma sayt yaradıcılıq üçün kiçik məkan deyil, elə böyük məkandır. Bu sayta görə o qədər yerlərdə adım hallanıb. Hətta "Daha sevgiyə inanmıram mən" şeirim Ülviyyə Vəliyeva tərəfindən bəstələnib və Azad Şabanov tərəfindən oxunub. Bunu sayta qoymuşuq. Həmin mahnının təqdimatında deyiləndə ki, "gənc şair Tural İsayev" sevincimdən uçmuşdum.
*****

Bozqurd
Mix.az saytındakı bütün userlər haqqında “kimdir o” rubrikası Sənin imzanla dərc olunur. “Kimdir onlar?”, bu suala biz zaman-zaman cavab tapırıq.
İndi isə Tural İsayevin özünün cavab vermək vaxtıdır: Kimsən Sən?
Tural
Mən həyatda başqa, virtualda başqa olan biriyəm, mənim üçün əslində 2 dənə "kimdir o?" yazmaq olar. Mən həyatda bu qədər ciddi və kobud cavab verən biri deyiləm. Şən və zarafatcılam. Saytdaki Tural kimdir desəniz, özündənrazı, kobud, amma işini bilən bir admin deyərdim.
Bozqurd
Real həyatını bir az geniş təsvir edə bilərsən?
Tural
Çox şən və zarafatcıl biriyəm. İdmanı çox sevirəm. Həyatda aktiv, daim axtarışda olan insanam. Saytdakı kimi sevgi pessimisti deyiləm. İçimdə romantikanı və uşaqlığı gizlədən biriyəm.
Uşaq vaxtı oyuncağım olmadığı üçün uşaqlıq yaşamadım, ona görə bəzən uşaq oluram. 22 yaşımdan sonra qazandığm pullara uşaq vaxtı mənim olmasını istədiyim bütün oyuncaqları aldım. Oynadım və uşaq kimi də sındırdım, qurdumu öldürdüm)) Hələ bəziləri durur. Amma bir dənə velosiped almadım… Onu da alsam arzum qalmaz deyə almıram. Qoy o məndə uşaqlıq həvəsi kimi qalsın.
Dostarımla tez-tez bir yerdə oluram. Onlar nələr çəkir əlimdən))
O qədər prikola tuturam onları)) Leo bilər))
*****
Bozqurd
Gün ərzində təxminən neçə saatını mix.az-da keçirirsən və mümkündürsə mix.az-dakı admin kimi gündəlik fəaliyyətinin qısa xronikasını bizimlə paylaşa bilərsən? Tural mix.az-a daxil olandan oranı tərk edən ana qədər nələr edir?
Tural
Ən az 10 saat, ən çox 20 saat oluram.
Sayta girən kimi ilk işim gündəlik gələn 20-dən çox PM və çoxlu emaillərə cavab yazmaqdır.
Sonra loglara baxıram redaktorlar nə edib. Daha sonar saytın fəaliyəti, bəzi mövzuları incələyirəm.
Sonra 1 user seçib onun şərhlərini oxuyuram onu tanımaq üçün.
Daha sonra mövzu hazırlayıram, əlbəttə, bu aralar PM-lər gəlməyə davam edir.
Sonda zaman tapsam, yeni, amma digərlərindən fərqli bir mövzu yazmağa çalışıram.
*****

Bozqurd
Tural, mix.azlılar üçün ən aktual problem:
Mix.az-ın serveri nə zaman düzələcək? Ümumiyyətlə, bütün mixazlılara maraqlıdır. Nədir problem? Niyə düzəlmir? Mix.az-ın serverinin düzəlməsi üçün bir admin olaraq indiyəcən hansı addımları atmısan? Niyə nəticə yoxdur? Varsa nə zaman olacaq?
Tural
Problemin əsas səbəbini biz də bilmirik, sadəcə userlərin çoxalması və onların olduqca böyük aktivliyi serverin buna dözməməsinə gətirib çıxardır. Müxtəlif yerlərə müraciət olunub. Həlli üçün müxtəlif detalları dəyişməli oluruq. Bu detalların sifarişi və gəlmə müddəti zaman alır.. Düzələcək hər şey.
*****

Bozqurd
Özünün ən çox bəyəndiyin yazıların hansılardır? Bəs ən zəif yazın hansı olub indiyəcən?
Hə, bir də, Mənə maraqlıdır xəbərlərindəki bütün şərhləri oxuyursan, yoxsa daxili axtarış sistemi vasitəsi ilə yalnız “Tural” açar sözü yazılmış şərhləri oxuyursan?
Tural
Özüm yazdığım "maraqlı və məsləhətli" bölməsinə aid xəbərlərim. Bunları mövzu yazım deyə yazmıram. Başıma gələnlərdən yazıram. Real hisslər real həyatdır çoxu.
Bütün şərhləri deyil, maraqlı olanları oxuyuram. "Sadəcə bax" və bu tip mənasız mövzularımı isə dəyərləndirmirəm, çünki bunlar sadəcə şəkil yığınağıdır, hansı ki, bunu bütün userlər edə bilər, o zaman hanı mənim fərqliliyim? Soruşsanız bəs onda niyə qoyursan bu mövzuları… çünki bu saytda ən çox baxılan mövzu da məhz odur. Hərdən şəkilləri gizli mövzu olaraq qoyuram, baxıram o şəkillərə baxmaq üçün neçə adam bugün qeydiyatdan keçdi. Siz inanmayacaqsınız, amma internetdə bir dəfə "sadəcə bax" yazıb axtarış edin… Baxın, nə qədər insan bu ad altında şəkillər qoyur saytına. Hətta sondakı 3 nöqtəni də eyni ilə qoyurlar. Yoxsa heç bir user belə ad qoymaz ki "sadəcə bax", əksinə hər kəs istəyər ki, mövzusunda yazsınlar, mənsə belə ad seçdim, amma yenə də mövzu adına qədər oğurlandı.
*****

Bozqurd
Tural, əvvəllər saytda 50.000-ci, 100.000-ci və s. yubiley rəqəmlə qeydiyyatdan keçənləri təltifləndirirdin. Növbəti hansısa yubiley rəqəmdə kimisə statusla mükafatlandırmaq gözlənilir, yoxsa sayta təzə userlər gəldikcə istifadə olunmayan niklər silindiyi üçün daha bu mərasim ləğv olunub birdəfəlik?
Yeri gəlmişkən, mix.az ordusunun nə qədər əsgəri var hal-hazırda?
Tural
Əvvəllər mənə maraqlı idi 100 000 istifadəçi olsun və aznetdə rekord vuraq.
İndi artıq bizim 200 000-ci userimiz də var. Amma keçən ay yenə sildik girməyən userləri. 100 000-i keçməyə qoymuruq. Çünki qeydiyat eləmək üçün nick tapmır millət :)
Hamısı istifadə olunur.
*****

Bozqurd
İşgüzar bir sual.
Mix.az portalının səhmlər paketi varmı? Yaradılması nəzərdə tutulurmu? Yəni sayta investisiya yatırmaqla mix.az-ın sahiblərindən birinə (qoy olsun, direktorlar kabinetinin bir üzvünə) çevrilmək mümkündürmü? Yoxsa kiçik də olsa heç bir səhm hissəsi satış üçün nəzərdə tutulmayıb?
Tural
Mix.az-a aid bütün huquqlar Nord Media şirkətinə aiddir. Kənar şəxslər şirkətin səhmlərinə sahib ola bilməzlər.
*****

Bozqurd
Redaktorlarına qonorar ödəyən ilk peşəkar əyləncə saytı kimi Aznetə damğa vurmağı düşünmüsən nə vaxtsa? Düzdür, hazırkı redaktorlar canla-başla və sevgi ilə xidmət edirlər mix.az-a, amma eyni zamanda öz maddi dolanışıqlarını təmin etmək üçün işləməyə məcburdurlar. Halbuki onlara əməkhaqqı ödənsəydi bütün zamanlarını sayta həsr edər, və beləcə sayt indikindən daha çox peşəkar və mükəmməl olardı.
Təbii ki, redaktora əməkhaqqı ödəmək üçün saytın reklam gəlirləri də yüksək olmalıdır.
Nə vaxtsa heç arzulamısan saytın gəlirləri o səviyyədə olsun ki, mix.az-ı Aznetin şablon əyləncə saytı formatından qopardıb dünya səviyyəli peşəkar bir sayt edəsən?
Tural
Bilirsiniz, insan işi ancaq sevə sevə edəndə gözəl edir. Məsələn, kiminsə pulunu gecikdirsək və ya pulla bağlı problem olsa qarşı tərəf anlamaz. Amma kimsə qarşılıq göstərmədən bunu edirsə demək ki, sevgi içindədir. Burdakı redaktorların da bir çox imtiyazları var:
Mix.az-a aid bütün tədbirlərə pulsuz giriş. Və ya mix.aza aid hər hansı yerə müstəqil müdaxilə. Bundan başqa, onların virtual pul yığmağa ehtiyacları da olmur, çünki ehtiyac duyduqları an mən verirəm. Məncə, bu saytda çox insan redaktor olmaq istəyər- həm də qarşılıqsız. Amma indiki redaktorların yerini verən kimsə yoxdur. Onlar mükəmməldirlər.
*****

Bozqurd
Mix.az-ın dizaynı və strukturu barədə nə düşünürsən? Yaxın gələcəkdə ən müasir sayt quruluşlarını tətbiq etmək perspektivi varmı? Düzdür, belədə əksəriyyəti dial-up`la girən userlərimiz üçün sayta daxil olmada gecikmələr yarana bilər, amma məncə, mix.az müasir struktura sahib olarsa, bu həm də mix.azlıların ADSL-ə keçməsi üçün bir stimul olar.
Tural

Əlbəttə, hələ çox şeylər olacaq.
Bozqurd
Məsələn, nə olacaq, nəyi dəyişməyi düşünürsən?

Tural
Yeni dizayn və yeni struktur var, sadəcə indi başımız serverdəki problemə qarışıb.
*****

Bozqurd
Tez-tez şəkillərdə gitara ilə görünürsən. Gitarada həqiqətən hansısa mahnı dınqıldada bilirsən, yoxsa bu yalnız qızların yanında reytinq qazanmaq naminə atılmış addımdır? :)

Tural
Gitaranı uşaqlıqdan sevirəm. Təhsilimə ayırdığım zamana görə gitaraya gedə bilmədim. Həvəskar kimi öyrəndim. 1-2 şey dınqıldadıram, əsas odur bəyənirlər :)
Bozqurd
Qızlar demişkən, Tural, niyə hələ subaysan? "Daha sevgiyə inanmırsan Sən"? :)
Tural
Qız tapa bilməmişəm… İndi qız problemdir. :(
Bozqurd
Mövzuya girmişkən, bir sual da verim şəxsi həyatına aid. Əvvəllər sayta reklam qoymaq üçün Səninlə əlaqə saxlamaq gərəkirdi. Buna görə də banerlərdə Sənin nömrən olurdu həmişə. Səmimi cavab ver: bu 4 ildə həmin nömrəyə "səhvən" düşən qızların sayı nə qədər olub təxminən?
Tural
O qədər qız olub ki ))))
Tanış olmaq üçün o qədər zəng olub, hətta elə metodlar seçirlər ki, bəzən qızların bu professionallığına heyran oluram…
Yeri gəlmişkən, indi də elə mən cavab verirəm o nömrəyə :)
Bozqurd
Son cümləni nə yaman həvəslə qeyd etdin. Canın yanmasın, deyəsən hələ də “posledniy i reşitelniy zvonok”u gözləyirsən, hə?
Tural
Yox daha heç kim zəng eləməsin. Yorulmuşam...
*****

Bozqurd
Mix.azlılar nədən razı, nədən narazıdırlar, zaman-zaman öz fikirlərini bildirirlər. Bəs admin necə? Mix.az-da nədən razı, nədən narazıdır?

Tural
Hə şey superdir, mənə dözürlərsə quzu kəsərəm hamısına.
*****

Bozqurd
Bildiyimə görə, tac.az saytının da admini olmusan, bundan başqa sevek.biz saytında da adminsən. Başqa hansısa saytlarda işləmisənmi? Sualımın məğzi isə fərqlidir. Səncə, mix.az aznetin digər saytlardan hansı özəllikləri ilə seçilir? Biz hansı xüsusiyyətimizə görə hər kəsə nümunəyik?
Tural
Hə, 12-yə yaxın saytda admin olmuşam. Azərcellin bəzi saytlarının admini olmuşam, jurnalın saytının admini olmuşam. Bir çox populyar saytlar mənim adımadır. Indi də adımda 38 sayt var. Amma mix.az başqadır. Burda adam öz evindəki kimi olur, desək də, gülsək də, dava eləsək də, məncə, biz çox mehriban ailəyik.
*****

Bozqurd
Bildiyimə görə, mix.az-da dərc olunan bəzən hansısa xəbər Azərbaycanın hakim dairələrində etirazla qarşılandığı üçün silinib. Konkret say deyə bilməzsən bu hal neçə dəfə olub?
Tural
O qədər mövzular olub ki, silməli olmuşuq. Məncə, bizim heç o mövzuları qoymağımız düzgün deyil. Biz əyləncə saytıyıq…
*****

Bozqurd
Mix.aza görə ən dəyərli təşəkkürü kimdən və nə zaman almısan?
Bəs təhdid olunmusanmı hansısa xəbərə və ya mix.az-dakı hansısa sözə görə?
Tural
Mix.aza görə çox təşəkkür almışam. Xüsusilədə kiməsə etdiyimiz yardımlara görə.
Mövzulara görə bəzən olur. Onları da başa düşürəm… Özləri haqda bu tip xəbərin yayımlanmasını istəmirlər. Təhdid Natavan haqda olmuşdu… Efirdə dedilər, mənimlə telefon danışığını da efirdə verdilər. Amma sonra Natavan üzr istəmişdi.
Bozqurd
Bir az açıq izah elə də bunu.
Tural
Natavanın verlişinin efirə çıxmadan öncəki videosunu Rusi sayta qoymuşdu. Mənə zəng elədilər, dedim xəbərim yoxdur, sonra baxaram sayta, dedilər bəs niyə belə edirsiniz… Dedim biz sayta göndərilənlərə görə məsuliyyət daşımırıq, kim yayıb ona de.
Onlar da efirdə bunu verdilər, yaxınlarım xəbər etdilər məni bu barədə.
Sonra Natavanın hansısa oğlanla problemi haqda mövzu qoymuşduq sayta, zəng elədi ki, onu götür saytdan, dedim götürmürəm mənim o vaxtı danışığımı verlişində efirə vermişdin. Dedi mən eləməmişəm, mən sadəcə aparıcı idim...
*****

Bozqurd
Userlərə status verərkən şəxsi münasibətlər neçə faiz rol oynayır? Maksimum səmimi cavab gözləyirəm Səndən.
Şəxsi münasibət deyərkən, heç də təkcə dostbazlığı, tanışbazlığı nəzərdə tutmuram. Məsələn, bilirəm ki, doğma qardaşın mix.az-da adi istifadəçidir. Sualımın məğzi budur ki, statusu verərkən userin şəxsi xarakteri hansısa əhəmiyyət daşıyır, yoxsa status sırf onun mix.azdakı fəaliyyətinə görə verilir? Məsələn, kobud desək, özündən zəhlən gedən, amma kifayət qədər aktiv userlərə yuxarı status vermisən nə vaxtsa?
Tural
3-4 user üçün güzəşt olunub. Amma qalanlarını tanımıram. Layiq olduqlarına görə də status alıblar. Məsələn, mənim saytdakı redaktorlarla heç bir real tanışlığım yoxdur. Sadəcə party ve xeyriyyədə görürəm. "Hər yuxarı statusda olanları sevirəm" deyə bir qayda yoxdur. Sevmədiyim userlər var, amma bax statusu yüksəkdir. Adını çəkinmədən yazada bilərəm amma nikini yazsam həmin adam deyəcək, götür statusu heç lazım da deyil...
*****

Bozqurd
Bayaq mix.az redaktorlarının əvəzsiz olmasından və heç bir maddi şərt olmadan onların fədakarcasına zəhmətindən danışdın. Tamamilə qatılıram bu fikirlərinə.
Bəs Sən özün necə, mix.az-dakı fəaliyyətindən razısanmı? Müsəlman olaraq yatdığın, ateist olaraq oyandığın gecələrin birində heç öz-özünə demisənmi ki, "Tural, yox, bugün səndə adminlik alınmadı, sən tamamilə haqsız idin..." Və ya heç olubmu deyəsən, "affərin Tural, bugünkü kimi adminliyi səndən başqa dünyada heç kim bacarmazdı"?
Tural
Ooooo əlbəttə… Hər verdiyim qərarda haqlı deyiləm mən.
Öncələr də belə bir cümlə yazmışdım, amma userlər anlamamışdı. Mən qərar verərkən kimin haqlı olduğundan daha çox kimin necə user olduğuna baxıram.
Məsələn, bir oğru evində sakit otursa amma həmin an küçədə oğurluq olsa, dərhal onu da çağırırlar ki, artıq sənin səhifənə düşüb ki, sən oğrusan… Mənim də dosyalarımda müsbət insanları daim müdafiə edirəm. Məsələn, Splendid_Girl ilə kimsə mübahisə etsə bilirəm ki, bu qız dava bazdır))
Amma məsələn, kimsəylə Tarkanfan mübahisə etsə mən Tarkanfan haqsız olsa belə onu müdafiə edərəm.
Əlbəttə, bu haqsızlıqdır, amma mənim prinsipim budur.
Hərdən olduqca çox kobud oluram. Bəzən elə söz yazıram ki, düşünürəm ayda bunu mənə desəydilər mənə pis təsir edərdi, mən niyə başqasına deyirəm?
Yenə də haqsız olduğum durumlar az deyil. İdeal biri deyiləm.
*****

Bozqurd
Həyatım`ın “mix.azlılar” xəbərində qeyd etmisən ki, evləndikdən sonra adminlikdən gedəcəksən. Bu fikrin ciddi və qətidir?
Tural
Düşünürəm ki, hə. Hansı qız icazə verər yoldaşı mixaz-da admin olsun))
*****

Bozqurd
Tural, sıravi userlərə maraqlıdır adminin kompüteri. Mümkündürsə, öz bilgisayarının şəklini çəkib bizə göstərə bilərsən?
Tural
Buyur, bu da şəkil:
Sadə müsahibə
*****

Bozqurd
Mix.azlılara son sözün?

Tural
Bir gün hər kəsi yığıb bir adaya getmək istəyərdim.
Arxanızca nə qədər danışsalar da, fikir verməyin, çünki siz arxaya çevriləndə onlar hamısı SUSACAQLAR!
Odur ki, həyatınızı ən gözəl yaşayın və hər zaman ananız üçün dua edin.
*****

Bozqurd
Səmimi müsahibə üçün təşəkkür edirəm.

Tural
Dəyməz. Mən də təşəkkür edirəm.

P.S. Turalla dialoqların birində saytda daimi brilliant user olmadığını onun nəzərinə çatdırdım və mix.az-da ən çox sevilən bir xanıma "bu statusu hədiyyə etmək olmazmı?" soruşdum. O isə tələsməməyi məsləhət gördü.
Həmin xanıma bu hədiyyəni bağışlamaq arqumentlərimdən biri də bu idi ki, o ailə qurduqdan sonra belə öz sadiq mix.azlılığını qoruyub saxlayıb. Tural isə bu arqumentə kifayət qədər prikol cavab verdi:
Əgər buna görə ona brilliant versək, bax sonra bütün qızlar ərə gedəcəklər ki, Tural, bizi brilliant elə. xixi




 
 
#15 Şərhin müəllifi: Dr_Zara
 


Amma indiki redaktorların yerini verən kimsə yoxdur. Onlar mükəmməldirlər.

Məncə də.Redaktor statusu elə bil bu insanlar üçün yaranıb.İdeal redaktorlardır.

 
 
#14 Şərhin müəllifi: DoReMiFaa
 


Sevmədiyim userlər var, amma bax statusu yüksəkdir. Adını çəkinmədən yazada bilərəm amma nikini yazsam həmin adam deyəcək, götür statusu heç lazım da deyil...

Biri elə mən )))

oxudum maraqlı idi

 
 
#13 Şərhin müəllifi: ayshan
 


Amma bir dənə velosiped almadım

kawki hediyye velosiped olardi saytda,inanin hediyyeleriniz ancaq velosiped olardi=))gonderenin biri men olardim=))

Efirdə dedilər, mənimlə telefon danışığını da efirdə verdilər.

yadimdadi bu ahdise,demeli telefonda daniwan siz idiniz=))o xebere baxandan sonra acdim mix.az i..ondan evvel sadece qeydiyyatdan kecmiwdim..demeli reklamin her cur xeyri var=))

Düşünürəm ki, hə. Hansı qız icazə verər yoldaşı mixaz-da admin olsun))

mence desmile


belke de kimlerese gore qeyri semimi gele biler,ama men sevinirem ki Tural bey kimi adminimiz var..hormete ve sevgiye layiq insandi..bele duwunmeyime sebebler coxdu.
uzun da olsa maraqla oxudum..tewekkur


--------------------

 
 
#12 Şərhin müəllifi: AMERICANA
 


Sitat: Bozqurd
admininiz kobud olduğu qədər də sadə və təvazökar insandır.


mence de eledir,buna hech vaxt shubhem olmayib. baxmayaraq ki , Turalla dost deyilik, hemishe qizlara satashmagindan da hiss etmishem ki, qizlara qarshi boyuk hormeti var, ona gore de o qizlari pisleyende men oxuyub gulurem . smile chunki hiss etmishem ki eslinde Tural qizlari qiciqlandirmaq isteyir, ve bunu da yaxshi bacarir, bir de en chox gulduyum shey " derdin nedir senin??" xixi

2 ciye qalanda komputer otagin eledir ki , ele bil Efqanistan evine bomba dushub


--------------------

 
 
#11 Şərhin müəllifi: On_Quill
 


cox maraqli ve semimi alinib musahibe ))
bize qaranliq qalan terefler aciqlanib.
Saytdakı kimi sevgi pessimisti deyiləm.

eger heyatda bele deyilsense, saytda niye ozunu bele tanitmaga calisirsan bu maraqlidir mene ... cox qemgin ve heyatdan kuskun biri kimi tesurat yaratmaga calisirsan
men bunu admine yarasdirmiram duzu
nece deyerler VAJAK necedirse SURUSU de ele olur )))

 
 
#10 Şərhin müəllifi: Dr_Zara
 


superr.Çox maraqlı alınıb.Nəfəs almadan sona kimi oxudum smile Ən aktual suallar verilib.Əslində forumda müsahibə bölməsində Turalın da fikirləşmişdim müsahibəsi olsa yaxşı olar.Çoxlu sual verərəm ona.Ancaq demək olar əksəri var idi burda.Ümumiyyətlə maraqlı sual-cavab alınıb.Necə havasına giriblərsə komputerin şəkli zad.Lap proffesionaldılare smile

 
 
#9 Şərhin müəllifi: _Unikalnaya_
 


mARAQLİ OLDU OXUMAQ.JOYDADA BELƏ BİR ŞEY OLMUŞDU.ƏZİYYƏTLİ XƏBƏRDİ.TŞK+5

HEE BİRDE O XANİM KİMDİR MARAQLİDİ smile


--------------------

 
 
#8 Şərhin müəllifi: NaNi416
 


Mürəkkəb insanın sadə müsəhibəsi

Musahibe alanada,verenede tewekkur


--------------------

 
 
#7 Şərhin müəllifi: Milena
 


Musahibeni oxumaq ve tanishliq xosh oldu.Semimi ve sade bir dialoq alinib.Ugurlarinizin ardi gelsin Tural bey

 
 
#6 Şərhin müəllifi: Dj KaMiL
 


Amma bir dənə velosiped almadım… Onu da alsam arzum qalmaz deyə almıram.


Akıl dolu bir cevap ))

Axıra qədər oxumağa səbrim çatmadı ) yarıya qədər oxudum ) qalanını da oxuyaram yəgin birazdan..
Ama onu deyim ki, Tural danışıq mədəniyyəti olan, hərəkətinin yerini bilən, ən əsas hörmət qoyan bir insandır (söhbət realdan gedir).. Çox yaxın tanışlığım olmayıb realda, ama dialoqumuz olub bir dəfə, necə deyərlər insan ağzını bir dəfə açanda bilirsən necə birisi olduğunu, məndə də eynən...
Bir də onu qeyd edim ki, Tural çox qızların idealıdır..)


--------------------

 
 
#5 Şərhin müəllifi: Bobo55
 


Bax sonra bütün qızlar ərə gedəcəklər ki, Tural, bizi brilliant elə. - Pis iş deyil )))

 
 
#4 Şərhin müəllifi: ~KediciK~
 


Maraqla oxudum tşk)))

 
 
#3 Şərhin müəllifi: AMERICANA
 


gər buna görə ona brilliant versək, bax sonra bütün qızlar ərə gedəcəklər ki, Tural, bizi brilliant elə.i

xixi
xixi
novbede, menem, onda mene verer xixi toy hediyyesi


--------------------

 
 
#2 Şərhin müəllifi: Dj KaMiL
 


Ingilis, rus, türk dillərini bilirəm, amma sayt yaradıcılıq üçün kiçik məkan deyil, elə böyük məkandır. Bu sayta görə o qədər yerlərdə adım hallanıb. Hətta "Daha sevgiyə inanmıram mən" şeirim Ülviyyə Vəliyeva tərəfindən bəstələnib və Azad Şabanov tərəfindən oxunub. Bunu sayta qoymuşuq. Həmin mahnının təqdimatında deyiləndə ki, "gənc şair Tural İsayev" sevincimdən uçmuşdum.


))))) Maraqlı, qeyri adi sözlər yaz, mən də oxuyaram problem deyil )) Əgər səni belə sevindirə biləcəmsə, uçacaqsansa ))


--------------------

 
 
#1 Şərhin müəllifi: _bella_
 


twk

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!