» Daha sevgiyə inanmıram mən
  » 30.04.2009
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Dövlət idarələri mix.az ha ...
  » Mix.az-ın şərəf lövhəsi. ...
  » Ən gözəl zaman tuneli layih ...
  » Mix.aZ - 7 yaşın mübarək
  » 3 il keçdi...
  » Facebook-un yaradıcısı Mark ...
  » Onların cavabları-2ci hissə
  » Ən zövqlü mix.azlı layihə ...
  » Bu dəfə körpə mix.az-çıl ...
  » Mix.azlıların niklərinin m ...
  » Necə unudaq?
  » Mənim musiqi zövqüm - Aprel
  » Bu gün Qələbə günüdür
  » "Mix.az"-lıların Məktəb ...
  » Mix.az-ın qızları ) | Music ...
  » Anama yaxşı bax...ATA!
  » Mix.az userlərinin xarakteris ...
  » Mix.Az-lılar sehrli olsaydı ...
  » Mix.Az-lıların nik və avata ...
  » Mix.Az-ın Şirinələri
  » Bəzən...
  » Mix.az-lıların uşaqlıq dü ...
  » “Mix.az-lıların Uşaqlıq ...
  » Natiq Ritm Qrupu - Eurovision ...
  » Bu dəfə Müəllifin özünə ...
  » Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
  » Mixin 7 yaşı.....
  » Türklər Azərbaycan dilində ...
  » Mənim sənsiz romantikam
  » Sən axı qızsan!...
  » Qadın olmaq!
  » Top 10 Müəllif
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Mix.az-ın ən maraqlı xəbə ...
  » Bu O`dur?!
  » "Space" Amaci məhkəməsin ...
  » Mix.az qızları mixin 7 yaş ...
  » Sizə məsləhətim...
  » Peyğəmbərdən nurlu kəlaml ...
  » Peyğəmbərdən (s) nurlu kə ...
  » Əmi ilə xala:)
  » "Uzaq"
  » Azəri qızı Günel Bakıda f ...
  » Qızlarımızın Yay aksesuar ...
  » Uşaq vaxtı nələr etməmiş ...
  » Təsadüf
  » Mənim sənsiz romantikam
  » Anam haqlı imiş...
  » "Mix.az"-lıların Ana sevgi ...
  » Uşaqlar-uşaq evində və ail ...
  » 22 may 2012 ... Eurovision 1-c ...
  » "Buyuq da..."
  » ATV-nin ev fırıldağı
  » Ad günün mübarək, Mix.Az!
  » Qarabağ - Laçın
  » Life in Paper
  » Mix.az-ın qızları ) | Music ...

Mi Comentario
Xəbər sayı -54
iKooo
Xəbər sayı -47
PsikoOOo
Xəbər sayı -45
mix dominant
Xəbər sayı -27
Sensiz_Qocaldim
Xəbər sayı -25
ayshan
Xəbər sayı -21
Mir_Celal
Xəbər sayı -21
krolochilapka
Xəbər sayı -11
nuku
Xəbər sayı -6
Hpad
Xəbər sayı -6



Kurtlar Vadisi Pusu
Bir Kadın Tanıdım
Behzat Ç.
İffet
Papatyam
Akasya durağı
Ay tutulması
Sihirli Annem
Arka Sokaklar
Bir Çocuk Sevdim
Fatmagül'ün Suçu Ne?
Kanıt
Kuzey Güney
Öyle Bir Geçer Zaman ki
Umutsuz Ev Kadınları
Muhteşem Yüzyıl
Adını Feriha Koydum
Yahşi cazibe
Çocuklar Duymasın
Hayat devam ediyor
Lale Devri
Yer Gök Aşk








 
 
"Mix.az"lıların tərgidə bilmədikləri vərdişləri... Mix.aZ həyatı 
ZDENKO
Hər gecə yatmamışdan qabaq saçımı hardasa 20 dəqiqə daramağım və hər yerə gecikməyim :)

Moren
Tez-tez saata baxmaq :).Bekarçılıq olan kimi saata baxıram bilmirım niyə :)

_Bonus_93_
1.Səhər şirin çay içdikdən sonra mütləq üstündən su içirəm :)
2.Axırıncı dəfə nə vaxt Tv söndürdüyüm yadıma gəlmir:)
3.Anamdan soruşdum dedi ki,beyninə bir şey düşdüsə bizim belimiz qırılır :).Yəni qısaca zəliyəm :)
4.Saçımı daramıram :).Düzdü saçlarımı adətən külək darayır :).Amma yenə də.
5.Bəzi şeylər var ki,onlara toxunulmasını belə sevmirəm.Məsələn:mənim kitablarım.

AYGUN YK
Boş-boş gülməyimdir.Hər dəqiqə,hər saniyə heç nə olmasada gülürəm :)

POLKOVNIK
Tərgidə bilmədiyim-siqaret.

Rena
İndiyə qədər tərgidə bilmədiyim vərdişim çoxdur.Onlardan bəzilərini açıqlayacam.Hamıya tez inanıram və tez tırkaya gedənəm.Bu vərdişimə görə hamı məndən narazılıq bildirir.Birdə tərgitmədiyim və ən sevdiyim vərdişim hirslənəndə nəyəsə təpik vurub qırmalıyam uşaqlıqdan bu vərdiş məndə var istəsəmdə tərgidə bilmirəm.Birdə gecələr vərdiş halına gələn öz otağımda birdə həyatdə işığı yanılı qoymağımdır.Uşaqlıqdan işıqda yatdığım üçün artıq bu vərdişidə tərgitmək mümkün deyil.Birdə yatanda yastığı qucaqlayıb yatıram.Ən sevdiyim vərdişim :)

Break
Tərgidə bilmədiyim bir tək vərdişim var.Siqaret çəkməyi tərgidə bilməmişəm,amma tərgitməyə cəhd etməyə cəhd edirəm :)

Shevchenko_Ali
Yox tərgitmək istədiyim vərdişim yoxdur,zamanla hamısı yox olur :).Amma dəyişmək istədiyim bir xasiyyətim var.

turka9
Deməli mənim vərdişim budur ki,evdən çıxanda mütləq qolumda nəsə olmaldıır.Yoxsa özümü narahat hiss edirəm.Hə birdə heç kimin mənim yanımda xiyar yeməsinə dözə bilmirəm.Səsi gəlir e "xırt" deyə.O zaman dəlirirəm :)

Vogue
Qəribə olsada,bu günə kimi tərgidə bilmədiyim vərdiş-göz şəkili çəkməkdi.Dəftərlərim gözlərlə bəzənir hər zaman :).Bu özümnən asılı deyil,dərslərdən yorulanda,artıq testləri etməyə gücüm qalmayanda,başlayıram göz çəkməyə :)

Acidil
1.Çox sual verməyimi tərgidə bilmirəm.
2.Kimsə,mənə bir hadisə danışır,qurtaran kimi ancaq bunu deyirəm-"pa,de sən öl və yaxud de özüm ölüm"
3.Kimsə,mənə bir gülməli hadisə danışır,gülən kimi qarşımdakına özümdən asılı olmayaraq bir sillə vururam həmişə.

Miss_Light
Əlbətdə var-netə girməyi tərgitmək istəyirəm,ən pis vərdişim budur.

Nifret
Qəlyan və Nifrət.

FeMeNiSTKa
Əslində bir deyil bir neçədi.Amma əsas olan qaranlıqdan qorxduğum üçün mütləq gecə yatanda gözümü yummamış işığı söndürmürəm.Demək olar ki,lampa işığında yatmaq məndə vərdiş halını alıb.Yəni otağın işığını söndürəndə,mütləq otaqda başqa işıq yanmalıdı.Sonra nə qədər də tələssəm,hətta harasa gedəndə 2saat əvvəl desələr də hazırlaşmağı,yenə də gecikirəm.Bu əslində məsuliyyətsizlik deyil.Və düşünürəm ki,qadınların əksəriyyətində var.

Catgirl93
İndiyə qədər tərgidə bilmədiyim vərdiş-çolkamla,saçlarımla oynamaqdı.

Ayshan
Bu günə kimi tərgidə bilmədiyim vərdişim saçlarımla oynamağımdır.Uşaq vaxtından bu vərdiş məndə var.Balaca olanda yatmırdım gərək kiminsə saçıyla oynayardım sonra yatardımşBu işdə də hədəfim atam olurdu.Saçını sığallaya-sığallaya yuxu tuturdu mıni.İndi atamın saçı bir az tökülüb,mənə deyir ki,sən tökdün saçlarımı.Keçib böyümüşəm,amma yenə də əllərimi saçımdan çəkə bilmirəm.Baxmayaraq kı,anam da çox irad tutur mənə,bacım əsəbləşir ki,oynama saçlarınla,amma bu vərdiş deyəsən həmişə mənimlə olacaq.

Ledi-Vamp
Tərgidə bilmədiyim bir vərdiş var odakı pioninamın qapağını örtməməkdir.Həmişə məşq edəndən sonra açıq saxlayıram :)

AMERICANA
Ən pis,ən murdar,ən zəhləm gedən vərdişim barmaqlarımı cıq-cıq etməkdir,amma tərgidə bilmirəm.

Suzan
Uşaqlıqdan bəri bir vərdişim var,yatmağa uzananda yuxuya gedənə kimi saçımı bururam,elə yuxuya gedirəm.Hər dəfə deyirəm bu dəfə saçıma dəymiyəcəm belə yataram,amma yenə de alinmir.

Beqi
Düzünü desəm elə 1 vərdişim yoxdur.Amma barmaqlarımı tez-tez qırıram.Onu eləyəndə sanki bütün cismimdəki yorğunluq çıxır rahatlayıram.Dərs oxuyanda ayaq üstə oxuyuram oturub oxuya bilmirəm heç cürə,bu qədər.

Qul
İndiyənə kimi tərgidə bilmədiyim vərdişim məktəb dövründən qələmlərin baş hissəsinə olan xüsusi nifrətimdir ki,bütün hər yerdə onları sındırıram.Buna görə məndən çox inciyən olsada bu işdən xüsusi zövq aldığıma görə indi məni başa düşürlər.Xususi qeyd edim ki,ən təhlükəli addımlar olaraq məktəb direktoru,institut dekanı və bələdiyyə sədrinin,Azerbaycanın Rusiyadakı konsulunun qələmlərini başsız qoymuşam :)

SEBISHKA_YK
Tez əsəbləşməyim.Dəhşət tez əsəbləşirəm,əsəbləşəndədə gül ağzım açılır bağlanmaq bilmir.Əlimin altında nə olsa sındaracam və yaxud tullayacam və yaxud kompyuterlə oynayanda əsəbləşəndə,kompyuterin mişkasını cirpacam :.)Tərgidə bilmirəm :)

Chrysalis
1 pis vərdişim var.Əslində bilirəm pisdi,amma tərgidə bilmirəm.Uşaqlıqdan dırnağımın kənarının ətlərini qopardıram.Onun üstündə danlanmışam da,amma yenə də xeyiri yoxdu.Əsas da əsəbləşəndə elə edirəm.Bir neçə müddətdir də çox gözəl bir vərdişim yaranıb.Hər gecə onun şəkilinə baxıb,dəli kimi danışıb yatmaq :).Uje bu da məndə vərdişə çevrilib.

Sladkaya
Mənim həyatım boyu tərgidə bilmədiyim vərdiş odur ki,bir insanı çox istəyirəmsə ömrüm boyu o insanı unuda bilmirəm məni atsada,mənə pislik etsədə,nifrət etsədə,neynəsədə,amma mən kimliyindən asılı olmuyaraq,o,insanı içimdə həmişə yaşadıram.Unuda bilmirəm istər padruqa olsun,istər sevgili olsun,istərsədə kim olur olsun.Mənnən gəlib səhvi üçün üzür istəsədə qəbul edib barışmaram.Amma içimdə onu çox sevərəm,birdə çox kinli olmağım mənim üçün pis vərdişdi.

Bozqurd
Konkret olaraq tərgidə bilmədiyim vərdişim yoxdur.İstənilən vərdişi tərgidəcək qədər iradəm var.

_REQANA_
Çox vərdişlərim var ki, tərgidə bilmirəm.Onlardan biri dınağımı yeməyim,əsəbi və narahatlıq keçirəndə özüm də bilmədən görürəm ki,dırnaqlarım ağzımdadır.Heç cürə bu vərdişdən uzaqlaşa bilmirəm.Daha sonra metroda eynəklə oturmağım,utancaq olduğum üçün istəmirəm qarşımdakı insanın baxışlarından narahatçılıq keçirim deyənə eynəklə metroda otururam.İmkanım olsa qışda da bunu edərəm,sadəcə gülüş obyekti olmamaq üçün istifadə etmirəm.Ən pis vərdişlərim budur.

LiVinG_DeaD
Tərgitməməyi tərgidə bilməmişəm :)

PIFAQOR
Tərgidə bilmədiyim vərdişlərim çox səbirsizəm,tez küsəyənəm,bir az da tərsliyim var.Vərdiş deməzdim hardasa bu xasiyyətdi.Ən çox,amma tərgidə bilmədiyim deyingənliyimdir.

Dj KaMiL
İndiyə qədər məndə yığılan bütün əsəbləri bir anda silmək üçün kimisə öldürmək, şoşkalamaq hissi var içimdə :) Bu hissi neçə ildi ata bilmirəm içimdən.Allah özü axırın xeyir eləsin :).Birdə tərgidə bilmədiyim siqaretdir sözsüz ki,indiyə qədər nəinki araq,heç pivə belə içməyən mən,siqaretə necə öyrəşdim bilmirəm,bunu da tərgidə bilsəydim əla olardı.

-SAW-
_stilyawka_-nı msn-də görməyəndə başımı divara vururam :).Bax bunu tərgidə bilsəm yaxşı olar,amma olmur :)

Dr.Genetik
Məni narahat edən vərdişlərim yoxdur.Yəni bu vərdişimi mütləq tərgitməliyəm dediyim vərdişim yoxdur.Ancaq bəzi vərdişlərimi tərgitsəm yaxşı olar.Tərgitmək istədiyim vərdiş imtahanlarıma hazırlaşarkən yalnız axırıncı gün oxumağım, hazırlaşmağımdan ibarətdir.Yəni imtahan olunacaq gün gecə oxuyuram.Digər tərgitmək istədiyim vərdişim isə bəzən evdən gec çıxmağıma mane olur.Belə ki,evdən çıxmaq istədiyimdə yenidən otağıma qayıdıram,nəyisə yadımdan çıxar deyə.Bu hal bəzən 2-3 dəfə təkrarlanır.

Resad-9
Uşaq vaxtından nəyinsə altından keçə bilmirəm.Hər halda uşaq vaxtı hamıya deyilib: "Onun altından keçmə,boyun balacaq qalar".Bu cümlənin hansı məntiqə əsasən deyildiyi çox maraqlıdır.Düzdür,boyum uzanıb,hətta normaldan artıq uzanıb,amma bir gün boyum balaca qalacaq qorxusuyla yaşayıram.

NifreteNifret
Qeybət qırmaq.

mix_lady
Barmağımı şıqqıldatmaq.

Brunet666
Telefonla çox danişmağı tərgidə bilmirəm :)

yagmurlar_
Facebooka və odnoklassnikə girmək.

Mr_Anderson
Zarafatcılam.Bu xasiyyətimi tərgitmək istəyirəm.Hər nə qədər yaşa dolsamda hər sözə hər hərkətə ciddi tərəfdən yanaşmaq istəyirəm.Bu yoldada addımlayıram.Qoy bundan sonra qarşımdakı zarafat etsin.

GANESA
Dieta saxlamaq mənim tərgidə bilmədiyim vərdişimdir:(

Nermishka_DRD
1.Çox istədiyim adamları çimdikləməyi xoşlayıram :).Yanımda sakit dayana bilməzlər :).Tərgitmək istəsəm də bacarmıram
2.Məni doğulandan nənəm saxlayıb7 il.Sonra mamam məni öz evimizə gətirəndə çox pis olmuşdum.Məni nənəmdən ayıra bilmirdilər.Nənəm də mənə dedi ki,hər şənbə-bazar gələrsən,hər gün də düz 10 dəfə zəng eləyərsən danışarıq.Həmin gündən 13 il keçib,amma indi də hər şənbə-bazar nənəmgilə gedirəm.Və hər gün düz 10 dəfə zəng eləyirəm.Zarafat deyil,ciddi sözümdü.Hə özü də uşaqlıqdan tərgidə bilmədiyim bir şey də var,orda olanda nənəm və babamın rahatlıgını pozuram :).Aralarında yatıram.
3.Universitetə hazırlaşandan bəri tərgidə bilmədiyim bir şey qaldı - səhər tezdən 4-5də durmaq.Budilnikə ehtiyac olmur.Özüm həmin vaxtlar avtomatik dururam.
4. "Yox" ən sevimli sözümdü.Sevimli deyəndə ki,ən çox işlətdiyim.Onu da tərgitmək istərdim.

beautiful_liar
Anamın dediyinə görə körpə ikən çimdikləməyi çox sevirmişəm.Səni yanımda yatırdanda sənin çimdiklərinə şirin yuxumdan oyanardım deyirdi :).Gülməlidi,amma özümdən asılı olmadan indi də əlimə yumşaq bir qol keçəndə bir də baxıram ki yazığı çimdikləyirəm :)

Eleqant700
İndiyə qədər tərgidə bilmədiyim hər gün bu gün vse son qoyacam qurtardı,atacam deyib,amma edə bilmədiyim-siqaretdir.Bu gün səhərdə demişdim vse çəkməyəcəm,amma uje 5-ni çəkmişəm :)

Just Why
İndiyənə qədər tərgidə bilmədiyim vərdişim əksər vaxtlarda gecikməyimdir.Dərslər istisna olmaqla,çox vaxt tədbirlərə gecikmişəm.Minimum 5-10 dəqiqə gecikməyim mütləqdir :)

Hafsa
Su ve yükseklik fobim var.Hala bu fobimi yenemedim.Uyumadan önce bir bardak suyu illa odaya getirmek ve dua etmek.

girl_in_love_x
Mənim 2 tərgidə bilmədiyim vərdişim var.Biri həddindən artiq vas-vası olmağımdir.Müəyyən bir yeməyı yeməmişdən qabaq onun butun sanitar qaydalara uyğun bir şəraitdə hazırlanmasını görməsəm yeyə bilmərəm :).İkincisi isə həyat yoldaşımın mobil telefonunu qurdalamaq.Telefon əlimə düşən kimi girmədiyim yer qalmır :)

LiLAmoooR
Vərdişlər çoxdur,amma hal-hazırda yadıma bir vərdişim gəldi mənə əsas olan bir vərdiş.Bir yerə gedəndə,hazırlaşanda və evə qayıdan kimi ayaqları yumaq istər qış olsun istər yay,ayaqlarımı soyuq su ilə yumasam elə bil rahatlıq tapmıram :)

semichka_supu
1.Dırnağımı,daha doğrusu qırağındakı dəriləri yeyirəm.Bunu zaman-zaman tərgitsəm də bir dəfəlik tərgidə bilmirəm.
2.Gecələr yata bilməmək vərdişi.3 ildir ki,gecələr normal yata bilmirəm.İndi bilmirəm buna xəstəlik deyim vərdiş deyim,amma mütamadi hala çevrildiyi üçün vərdiş hesab edirəm.

yarpaq_dolmasi
İndiyə qədər bir vərdişi tərgidə billmirəm mix.az dan basqa sayta girə bilmirəm.

_MILANoooRE_
Hardasa 3-4 il bundan əvvəl kökəldiyimi düşünürdüm.Tv-də eşitmişdimki sadəcə yürüş arıqlamağa xeyirlidi.Məndə hər gün çölə çıxıb yürüş edə bilməyəcəyimə görə nauşniki qulağıma taxıb evdə gəzintiyə başlamışdım.Sonra effekti oldu,arıqladım amma məndə vərdiş olaraq qaldı.Çünki gündə yalan olmasın 2 saat yarım 3 saata yaxın evdə musiqiyə qulaq asa-asa gəzməliyəm.Hətta evə dərsdən yorğun gəlsəm belə bunu edirəm.

TARKANFAN
4-5 yaşımdan bu yana tərgidə bilmədiyim bir vərdişim var,o da ki,saçımın ucundan tutub,fırlada-fırlada gətirirəm dibinə kimi :).Bir sözlə,saçımı burdurmağa ehtiyac yoxdur.Bu vərdişimlə saçım özü buruq vəziyyətdə olur :).Sonra bir dəli vərdişim də var idi ki, o da mənə böyük problem yaşada bilərdi,amma şükür,çox çəkmədən tərgitdim.Demək,tez-tez bir gözümü yumurdum,sanki göz vururam.İctimai yerlərdə də bu vərdişi özümdən asılı olmayaraq edirdim.Yani bir adama baxsaydım o məqamda,elə biləcəkdi ona göz vururam.Amma bu vərdişdən qurtulmuşam.Bir vərdişim də var,o da ki,əlimin üstündəki sümükləri çənəmlə oynatmaqdir.Xoşum gəlir sümüklərin "şıqqıltısı" :)

Unfaithful
Indiyə kimi tərgidə bilmədiyim vərdişim yoxdur Bir şeyi tərgidmək istəyirəmsə,onuda edirəm.Sadəcə özüm üçün deyil bu xüsusiyyətim,həyatdada beləyəm.Qabağıma bir məqsəd qoymuşamsa,onu həyata keçirməyə çalışıram.Əlimdən gələni ardıma qoymuram.

ROMINA_21
Bu vaxta kimi tərgidə bilmədiyim xasiyyət ayağımı tərpədirəm :).Mənim yanımda oturan adam elə bilir zəlzələ baş verir :)

jurnalist_pero
Təgidə bilmədiyim vərdiş yoxdur.Çünki heç birini tərgitmək üçün cəhd etməmişəm hələ.Ola bilsin siqareti tərgitməkdə çətinlik çəkim,amma onu da tərgidə bilərəm.

Markiza
Qəribə olsada mən yatanda başımı balışa deyil,kravatdan aşagı sallayıb yatıram.Bunu mənə tərgitmək üçün kravatımın yanına stul qoyublar ki, başım dəysin ayılım.Heç də təsiri olmayıb.Yuxulu-yuxulu o stulu çəkib yenidən elə yatmağa davam edirəm.

Aze_girl
1.Bu artıq məndə vərdiş halını alıb.İstər həftənin sonu,istərsədə həftənin iş günləri olsun mən hər gün saat 6da yuxudan dururam.Bunun üçün saat qurmağa ehtiyac yoxdur,avtomatik olaraq tam saat 06.00-da mən oyanıram :).Hətta gecəni çox gec yatsamda yenə öz vaxtımda oyanıram.Sadəcə elə olduğu halda gün boyu çox yorğun oluram.Hal-hazırda məzuniyyətdə olduğum üçün saat 6-da dursamda çalışıram ki,yenidən yatım.Ancaq bu vərdişim dəyişməz olaraq qalır.
2.Maşına oturanda mütləq ilk özümə baxacağam.Sürücülük vəsiqəsi alanda imtahan zamanı sənin nə etdiyinə xüsusi diqqət edilir.Maşın güzgüsünü düzəltmək əsas və ən birinci şərtlərdən biridir.Çox zaman qızlar bunu imtahan verən zaman unudurlar.Mən isə unutmamışdım.Güzgünü unutmamaqda səbəb isə harda oluramsa olum ilk özümə baxmağımla əlaqədar idi.Elə o anda yadıma düşdü ki, güzünü düzəltmək axı ən böyük şərtlərdən biridir :)
3.Hər gün mütləq 1 saat qaçıram.Bu artıq məndə vərdiş halını alıb.İstər qış olsun,istər yay vaxtı mütləq hər gün qaçmalıyam əks halda özümü çox kefsiz hiss edirəm.
4.Yemək yediyim zaman yanında mütləq su olmalıdır. Əks halda yeməyi heç cür yeyə bilmərəm.Hətta sulu yeməklərdə belə su olmasa qətiyən yeyə bilmərəm.
5.Mənim anamın fikrincə iki pis bir vərdişim var:-Birincisi həddindən artıq çox paltar alıram.Hansısa paltar mağazasına girdimsə mütləq ordan nəsə alıb çıxacağam.Bu artıq vərdiş halını alıb.Anam həmişə deyir ki, bizim bütün ailənin paltarlarını birləşdirsək,sənin paltarların qədər edər.Sənin gözün doymur ki,doymur :)-İkincisi mən paltarları ütüləməyi həddindən artıq çox sevirəm.Bir paltar ütüləməkdən deyil, həddindən artıq çox paltar ütüləməkdən xoşum gəlir.Əgər mən paltar ütüləyəcəyəmsə mütləq evdəkilərin baş beynini aparacağam ki, ütülənəsi paltarınız yoxdur?Hər kəsdən mütləq nəsə alacağam, əgər yoxdursa bütün paltarlarımı tökəcəyəm saatlarla ütüləyəcəyəm.Bilmirəm nədəndir bu xüsusiyyət məndə ancaq həddən artıq çox paltar ütüləmək məndə vərdiş halını alıb.

ASI_GIRL
Cavab:-Xeyr yoxdur.Ümumiyyətlə iradəli insanların tərgidə bilmədiyi heç bir şey yoxdur.Çox iradəliyəm.Bu mövzuda özümə tam güvənirəm.Ona görə belə vərdişim yoxdur :)

TATULYA
Uşaqlıqda bir vərdişim olub ki,yuxuya keçənə kimi gərək atam mütləq başımı sıgğllıyaydı,yoxsa yatmazdım,nu deməzdim indiyə kimi bu vərdişim davam edir,amma indinin ozundə də atamın ya anamın əli başımı sığallasın,srazu yuxuya keçirəm.Vot tak,no uje böyüdükcə vərdişlərimdə azalib :)

E.C.N
Tərgidə bilmədiyim vərdişim yoxdur.

Splendid_Girl
Tərgidə bilmədiyim,hər yerə gecikməyim :(.Bu məndən aslı deyil.Lap 1 saat,3 saat tez tərpənsəm,dursam belə, mütləq gecikməliyəm sanki.Hər gecə Kəlmeyi Şəhadətimi deməmiş yuxuya gedə bilmirəm,sanki nəsə çatmır,yuxu aparmır.Artıq 5-6 yaşımdan hər gecə deyib yatıram,vərdişdir.Məncə çox gözəl vərdişdir.Evdən çıxanda mütləq özümə əl gəzdirməliyəm,ətir,yüngül kosmtika,saçım qaydada deyilsə,tələssəm belə mütləq gərək fen vurub,özümü qaydaya salım :).Digər vərdişim əksər hallarda utananda üzüm gülür :).Bu məndən aslı deyil.Nə qədər tərgitmək istəsəm də,tərgidə bilmirəm.

Financer_001
Evdən çıxacağım anda çox diqqətsiz oluram.Hər dəfə fikirləşirəm ki,bu dəfə 100% lazım olanların hamsını götürmüşəm.Amma hər dəfə ya telefon,ya pul qabım,ya açar.Nəsə yaddan çıxmalıdır mütləq.Ən qorxulusu isə evin açarının evdə qalmasıdır ki,bu da dəfələrlə başıma fəlakətlər gətirib.

Whatever Happens
Çox qəribə vərdiş yaranıb mən də.Yanvar ayından bəri hər tezdən duranda H.O.S.Tun “ÜMİD” mahnısını dinləyib sonra yataqdan qalxıram.Artıq 6 aydır ki,bu belədir.

denizim
Barmaqlarımı çıqqıldadıram :).Başqa nə deyirlər ona?-bilmirəm mən :)

kissed_a_girl
İnternet...Elə bir vərdişim yoxdur ki,məni narahat eləsin.Ən əsası internetdir.Bir də ki,lap uşaq vaxtımdan futbola baxıram.Bunlardır ən əsas vərdişlərim.

ForeveR_SweeT
İndiyə qədər tərgidə bilmədiyim vərdişim kiminsə ayaqqabılarını geyinməyimdi(təbii ki,xanım ayaqqabısından söhbət gedir :)).Bizə kim gəlirsə peşman olur ayaqqabılarını soyunmağə :).Mütləq geyinib 1 kuruq gəzməliyəm :).Birdə uşaqlıqdan indiyə kimi tərgidə bilmədiyim vərdişim-bekar olan kimi qarderobumda nə qədər paltar varsa,hamısını geyinib,güzgüdə baxib soyunuram :).Bir şeyi unutmuşdum,bu mendə uşaqlıqdan var,hara gedirəmsə gedim,yemək yeyiləndən sonra orda mütləq qabaları özüm yumalıyam :).Yoxsa əl çəkən deyiləm :)

_stilyawka_
Evdə bekar olan kimi dəli kimi otaqda otağın bu başından o biri başına qədər gedib - gəlirəm və fikrimdə nəyisə fikirləşə - fikirləşə.Dəli kimi də elə bil həmin insan yanımdadır danışıram :).Nə vaxtdandır istəyirəm tərgidim,əvvəlcədən nəyisə beynimdə xəyal etmiyəcəm deyirəm ama tərgidə bilmirəm.Uşaqlıqdan bir vərdişim də var əsəbləşən kimi dodağımdan heyfini çıxıram, dişdək – dişdək edib,arada ətimi belə qopartmışam :(.İndi də arada olur.Oturub nəyəsə baxanda eləcə əlimdə işim olmayanda dodağımın dərisini qopardıram :).Ən çox istərdim bunu tərgidim,amma yadımda çıxır həmin vaxt ki,etməməyi demişdim özümə.Bir vərdişim də var-Hər dəfə evdən çıxanda elə bilirəm nəsə yaddan çıxıb,ya qapını bağlamaq,ya güzgüm ya da digər nəsə bir şey.Hər dəfə də bu fikir ağlıma gələndə sonra görürəm ki,doğurdan da nəyisə unutmuşam.
Tural

Mən dərs oxuyanda mütləq otağı o tərəf bu tərəfə gəzə gəzə oxumalıyam.
P.S-Bu xəbərin ərsəyə gəlməsində etdiyi köməkliyə görə _stilyawka_-ya təşəkkürümü bildirirəm!



 
 
#24 Şərhin müəllifi: Dj KaMiL
 


Eleqant700
İndiyə qədər tərgidə bilmədiyim hər gün bu gün vse son qoyacam qurtardı,atacam deyib,amma edə bilmədiyim-siqaretdir.Bu gün səhərdə demişdim vse çəkməyəcəm,amma uje 5-ni çəkmişəm :)


Can qardaş can ) Dərdimiz eynidi )


--------------------

 
 
#23 Şərhin müəllifi: Moonlight
 


FeMeNiSTKa
Əslində bir deyil bir neçədi.Amma əsas olan qaranlıqdan qorxduğum üçün mütləq gecə yatanda gözümü yummamış işığı söndürmürəm.Demək olar ki,lampa işığında yatmaq məndə vərdiş halını alıb.Yəni otağın işığını söndürəndə,mütləq otaqda başqa işıq yanmalıdı.Sonra nə qədər də tələssəm,hətta harasa gedəndə 2saat əvvəl desələr də hazırlaşmağı,yenə də gecikirəm.Bu əslində məsuliyyətsizlik deyil.Və düşünürəm ki,qadınların əksəriyyətində var.

Menim de en pis verdisim bunun tam eksidir. Vay o gunden yanimda qaranliqdan qorxan adam yata. Qirgin dusecek.Hec kuceden eve dusen isiqlarin da isiginda yata bilmiem.
Amma harasa getmek ucun deqiq vaxt qoyulubsa deqiqesine qeder hemin vaxtda mutleq orda oluram smile

 
 
#22 Şərhin müəllifi: _Unikalnaya_
 


Stil xeber ucun tşk nn7 .AYSHAN la Suzanla eyni derddeyikki xixi

Aaaa Stil deyilmişki muellif.i am sorry.twk Sweet nn2


--------------------

 
 
#21 Şərhin müəllifi: denizim
 


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.


--------------------

 
 
#20 Şərhin müəllifi: SpLeNDiD_GirL
 


mende yagmurlar kimi facebooka dadanmisham . oda ki, Zara mene 1 oyun oynamagi oyredim.Akvarium. Her deyqe girirem ki, baliqlari yedizdirim xixi


--------------------

 
 
#19 Şərhin müəllifi: EMI
 


AY USERLƏR TƏZƏ XİDMƏT AÇİLİR AZE_GİRL AÇİR O XİDMƏTİ PALTAR ÜTÜLƏMƏ XİDMƏTİ xixi


--------------------

 
 
#18 Şərhin müəllifi: ayshan
 


TATULYA
Uşaqlıqda bir vərdişim olub ki,yuxuya keçənə kimi gərək atam mütləq başımı sıgğllıyaydı,yoxsa yatmazdım,nu deməzdim indiyə kimi bu vərdişim davam edir,amma indinin ozundə də atamın ya anamın əli başımı sığallasın,srazu yuxuya keçirəm.Vot tak,no uje böyüdükcə vərdişlərimdə azalib :)

bizim verdiwlerimiz tersinedi deyesen=))

ama bir neferin sirli xasiyyeti helede acilmadi fellow =)
maraqli xebercun tewekkur stil ve forever sweet..


--------------------

 
 
#17 Şərhin müəllifi: denizim
 


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.


--------------------

 
 
#16 Şərhin müəllifi: MilanaliM
 


secilmiwlerime elave eledim. sonra bir bir oxuyacam.maraqli xeberdi.tewekkurler

 
 
#15 Şərhin müəllifi: NaRuSHiTeL
 


Mene maraqli olan userleri oxudum

 
 
#14 Şərhin müəllifi: Eleqant
 


yagmurlar_
Facebooka və odnoklassnikə girmək.


=))


--------------------

 
 
#13 Şərhin müəllifi: ZDENKO
 


Maraqlidi, oxudum chox useri maraqli verdishler var imish...

 
 
#12 Şərhin müəllifi: Dj KaMiL
 


Sitat: POLKOVNIK
Nermishka_DRD

1.Çox istədiyim adamları çimdikləməyi xoşlayıram :).Yanımda sakit dayana bilməzlər :).Tərgitmək istəsəm də bacarmıram

VƏLİYƏ LAP ÜRƏYİM AĞRADİ GÖR NƏ ZÜLMLƏRƏ QOL ÇƏKİB xixi


Loooooool ))


--------------------

 
 
#11 Şərhin müəllifi: Romina
 



TARKANFAN
.Demək,tez-tez bir gözümü yumurdum,sanki göz vururam.İctimai yerlərdə də bu vərdişi özümdən asılı olmayaraq edirdim.Yani bir adama baxsaydım o məqamda,elə biləcəkdi ona göz vururam

23_18

Acidil

3.Kimsə,mənə bir gülməli hadisə danışır,gülən kimi qarşımdakına özümdən asılı olmayaraq bir sillə vururam həmişə.

23_18


--------------------

 
 
#10 Şərhin müəllifi: suzan
 


Hər gün mütləq 1 saat qaçıram.Bu artıq məndə vərdiş halını alıb.İstər qış olsun,istər yay vaxtı mütləq hər gün qaçmalıyam əks halda özümü çox kefsiz hiss edirəm

bunun xususi kefi var mende de bu verdish var men ama hirsli olanda nefesim kesilene geder qaciram sonra adam duranda birden beyin ele tez ishleyir sevirem bunu :)

Facebooka və odnoklassnikə girmək

facebook imtahanlarin bir nomreli dushmenidi xixi

 
 
#9 Şərhin müəllifi: EMI
 


Nermishka_DRD

1.Çox istədiyim adamları çimdikləməyi xoşlayıram :).Yanımda sakit dayana bilməzlər :).Tərgitmək istəsəm də bacarmıram

VƏLİYƏ LAP ÜRƏYİM AĞRADİ GÖR NƏ ZÜLMLƏRƏ QOL ÇƏKİB xixi


--------------------

 
 
#8 Şərhin müəllifi: skripachka
 


HEY MIX.az ehli men mix.az-a yazmagi tergide bilmirem bura dehset maraqlidi tesekkur cox maraqli idi

 
 
#7 Şərhin müəllifi: Just Why
 


Necə maraqlı vərdişlər var 23_18 Bir azdan gəlib şərhlərimi yazacam. Şirinka xəbərdə yer verdiyin üçün təşəkkürlər rose

 
 
#6 Şərhin müəllifi: Atlantis
 


cox maraqli idi :)

 
 
#5 Şərhin müəllifi: NeSTLe
 


FeMeNiSTKa
Əslində bir deyil bir neçədi.Amma əsas olan qaranlıqdan qorxduğum üçün mütləq gecə yatanda gözümü yummamış işığı söndürmürəm.Demək olar ki,lampa işığında yatmaq məndə vərdiş halını alıb.Yəni otağın işığını söndürəndə,mütləq otaqda başqa işıq yanmalıdı.


Femi.eynilə mənsən)))bunu yazmağı nətər unutmuşam eee....inanarsan mən də qaranlıqda yata bilmirəm..həmişə mən yatandan sonra anam gılib gecə işığı söndürür nn1 . xixi ..

 
 
#4 Şərhin müəllifi: suzan
 


hara gedirəmsə gedim,yemək yeyiləndən sonra orda mütləq qabaları özüm yumalıyam

istenilen qonaqsan onda wink

Barmaqlarımı çıqqıldadıram

cox zererli verdishdi cox genc yashda ellerin esmeye bashliyacaq sad

Ən qorxulusu isə evin açarının evdə qalmasıdır ki,bu da dəfələrlə başıma fəlakətlər gətirib.

oyy bu menim bashima da cox gelir. qapi da ki ancaq bir terefden baglanir colden baglandi mutleq acar lazimdi sad

 
 
#3 Şərhin müəllifi: LiLaMoOoR
 


smile

 
 
#2 Şərhin müəllifi: NeSTLe
 


həə çox qəşəng..5++.....qəribə insanlarıq ee...Hostçular yaman çoxuymuş) mix-de))) smile

 
 
#1 Şərhin müəllifi: Whatever Happens
 


Sitat: kissed_a_girl
En lezzet eliyeni Whatever_Happens-in verdishidi. ne bade tergidesen aa

love
Qoymasa tərgizmərəm...

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!