
Novruz bayramı - bahar bayramı!
Bahar hələ qədim zamandan sevgi, xeyir bərəkət ayı olub. Hamı bu ayda arzu niyyət edib,ona görə də bahara baxıb həmin ilin bərəkətli olacağını təxmin edib babalarımız.
Novruz bayramı bütün dünya türklərini bir-birinə bağlayan bir atəşdir,heç sönmədən illərcə yanır.
Yaz başqa fəsillər kimi gəlişini əvvəlcədən xəbər vermir.Astaca gəlir hər ocağa,öz yaşıl örpəyini hiss etdirmədən salır təbiətə.İnsanlarda ruh yüksəkliyi yaradır,sevinc bəxş edir,sevmək sevilmək istəyi aşıb daşır.
Bir kişi evdən çıxarkən sadəcə, o gün edəcəyi işləri, bir qadın isə, səhər oyananda o günü necə gözəl edə biləcəyi haqqında düşünür. Bəlkə buna görə bahar fəslini qadına qıza bənzədirlər,çünki həyatımızı gözəlləşdirir bahar.
Bayramınızı təbrik edirəm,arzu edirəm ki,hər biriniz öz xalqınızı,onun mədəniyyətini,adətlərini sevəsiniz,öz ölkənizə,torpağınıza ürəkdən bağlı olasınız.Arzu edirəm hər birimiz Azərbaycanlı olmağımızla qürur duyaq.Və arzu edirəm bütün küsülülər barışsın.Axı bu bayramın əsas şərtlərindən biridir.
Bahar bayramınız mübarək! Novruz bayranımız mübarək!
Xoş Novruzlara çıxasınız. Neçə-neçə belə gözəl,xoş bayramları birgə qarşılamaq diləyi ilə təbrik edirəm hamınızı!
Təşəkkür edənlər: (68) Dj KaMiL, Gabriel, Shevchenko_Ali, Milashka_SL, Markiza, JAVI, chrysalis, denizim, semichka_supu, Mournful Boy, VeLi_DRD, Real Madrid Forever, ROMINA_21, _N.I.G.A.R._, Asef, Financer_001, Just Why____, MIRacLe sabiwka, __jale__, Heyatim, Faida, _stilyawka_, Aze_girl, Atbalaxanim, NEPOSLUSHKA, TeK_OnUn_GuLu, Nicole_, ---VITA---, _Barbi_, FATEH_06, Design_89, rena94, Inyaz_girl, MiNaKo, NifreteNifret, Beqi, baby girl, ZVER OGLAN, okean brilianti, -SAW-, turka9, FeMeNiSTKa, PIFAQOR, Karol_No4i, Dr.Genetik, guiza96, LoVING_ReP, OLEGARX, zahra19, TATULYA, yaqut70, TARKANFAN, SENINGULUN, Miss_Light, feqan95, BuSinka, ultranado, asya_lonely-, sabina3434, altin, TELEBE QIZ, Vogue, Cehennem_Sakini, LiLAmoooR, SINDIYA, SensizEfirdi, Sexavet20, sadece gunka |