» Daha sevgiyə inanmıram mən
  » 30.04.2009
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Dövlət idarələri mix.az ha ...
  » Mix.az-ın şərəf lövhəsi. ...
  » Ən gözəl zaman tuneli layih ...
  » Mix.aZ - 7 yaşın mübarək
  » 3 il keçdi...
  » Facebook-un yaradıcısı Mark ...
  » Onların cavabları-2ci hissə
  » Ən zövqlü mix.azlı layihə ...
  » Bu dəfə körpə mix.az-çıl ...
  » Mix.azlıların niklərinin m ...
  » Necə unudaq?
  » Mənim musiqi zövqüm - Aprel
  » Bu gün Qələbə günüdür
  » "Mix.az"-lıların Məktəb ...
  » Mix.az-ın qızları ) | Music ...
  » Anama yaxşı bax...ATA!
  » Mix.az userlərinin xarakteris ...
  » Mix.Az-lılar sehrli olsaydı ...
  » Mix.Az-lıların nik və avata ...
  » Mix.Az-ın Şirinələri
  » Bəzən...
  » Mix.az-lıların uşaqlıq dü ...
  » “Mix.az-lıların Uşaqlıq ...
  » Natiq Ritm Qrupu - Eurovision ...
  » Bu dəfə Müəllifin özünə ...
  » Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
  » Mixin 7 yaşı.....
  » Türklər Azərbaycan dilində ...
  » Mənim sənsiz romantikam
  » Sən axı qızsan!...
  » Qadın olmaq!
  » Top 10 Müəllif
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Mix.az-ın ən maraqlı xəbə ...
  » Bu O`dur?!
  » "Space" Amaci məhkəməsin ...
  » Mix.az qızları mixin 7 yaş ...
  » Sizə məsləhətim...
  » Peyğəmbərdən nurlu kəlaml ...
  » Peyğəmbərdən (s) nurlu kə ...
  » Əmi ilə xala:)
  » "Uzaq"
  » Azəri qızı Günel Bakıda f ...
  » Qızlarımızın Yay aksesuar ...
  » Uşaq vaxtı nələr etməmiş ...
  » Təsadüf
  » Mənim sənsiz romantikam
  » Anam haqlı imiş...
  » "Mix.az"-lıların Ana sevgi ...
  » Uşaqlar-uşaq evində və ail ...
  » 22 may 2012 ... Eurovision 1-c ...
  » "Buyuq da..."
  » ATV-nin ev fırıldağı
  » Ad günün mübarək, Mix.Az!
  » Qarabağ - Laçın
  » Life in Paper
  » Mix.az-ın qızları ) | Music ...

Mi Comentario
Xəbər sayı -54
iKooo
Xəbər sayı -47
PsikoOOo
Xəbər sayı -45
mix dominant
Xəbər sayı -27
Sensiz_Qocaldim
Xəbər sayı -25
ayshan
Xəbər sayı -21
Mir_Celal
Xəbər sayı -21
krolochilapka
Xəbər sayı -11
nuku
Xəbər sayı -6
Hpad
Xəbər sayı -6



Ağdaş
Bakı
Sumqayıt
Gəncə
Mingəçevir
Şəki
Xaçmaz
Lənkaran
Göyçay
Əli Bayramlı
Şamaxı
Balakən
Salyan
başqa rayon
xarici ölkə
Naxçıvan








 
 
O Guinness Rekordlar Kitabına Düşdü! Mix.aZ həyatı 
Miss_Skazochka

Miss_Skazochka ilk olaraq bu sualı verim. Bu layihə elan ediləndə münasibətin necə oldu? Mix.aZ-da ilk rekordu da sən vurmuşdun. 28 saat 36 dəqiqə. Məqsəq bu rekordu təzələmək idi, yoxsa sadəcə olaraq iştirak etmək?


Bu layihə haqqında xəbər bir gün öncədən bazada idi. Düzdür adı Online User olaraq yazılsa da içində heç bir məlumat yox idi. Elə maraqlı idi ki o xəbər mənə. Düşünürdüm görəsən Tural nə etmək istəyir? Artıq xəbər tam hazır olub layihə başlamazdan bir gün  öncə saytda aktiv olanda bildim ki məsələ nə yerdə imiş. Özümə çox güvənirdim. Lakin layihənin başlama saatı məndə azacıq da olsa qorxu yaradırdı. Çünki ilk burdayamlar(artıq iyrənirəm bu sözdən) yazılanda bilirdim ki saytda ola bilməyəcəyəm. Amma əmin idim ki saat neçədən də qatılmış olsam mütləq qalib olacağam.

Layihədən öncəki vəziyyətin necə idi? Neçə saat yatmışdın onda? Yəni layihəyə tam olaraq özünü hazırlaya bilmişdinmi?

Həə... Asəf, düşünürsünüz ki Miss bir gün öncə yatıb, yaxşıca dincəlib, güc qüvvət yığaraq qatılıb layihəyə? Bəlkə də çoxlarınız inanmayacaqsınız amma layihədən bir gün öncə mən cəmi 3 saat  yatmışdım. Gecə saat 5-də saytdan çıxıb yatmağa getmişdim səhər isə saat 8-dən oyanmışdım çünki görüləcək işlərim var idi. Layihəyə isə axşam saat 7-dən sonra qatılmışdım.

Layihəyə gec qatıldın, səninlə bərabər güclü rəqiblər də var idi. Bütün bunlar sənin qələbə qazanmaq inamını necə gücləndirmişdi?

Az öncə də qeyd etdim mən özümə tam əmin idim. Hər dəfə qeyd edirəm indi yenə də deyirəm insanın özünə inamı və istəyi insan həyatında ən mühüm amildir. Özünə inam və istək olduqdan sonra hər şey etmək mümkündür.

Layihənin ən qızğın vaxtlarından biri. İlk olaraq 24 saat tamam olur. Bu 24 saat ərzində hər hansı bir çətinliyin oldumu? Yuxu cəhətdən, yorğunluq cəhətdən hər hansı bir əngəl oldumu? Oldusa bunların öhdəsindən necə gəldin?

24 saat tamam olanda artıq yarışmadakı iştirakçıların sayı da azalmışdı. Onlar məndən öncə yarışmaya qatıldıqları üçün onların 24 saatı məndən öncə tamam olmuşdu Tural da buna görə onların balansına pul artırırdı , niklərini qeyd edirdi layihədə.
O zaman bir az çətin oldu mənim üçün, hardasa ümüdsüzlüyə qapandım.  Çünki mənim 24 saatımın tamam olmağına hələ çox var idi.

Layihə zamanı hər hansıa bir texniki problem oldumu? Yəni kamputerin qızması, internet problemi.

Layihədə məni qorxudan, uduzacağıma səbəb ola biləcək yeganə amil texniki problem ola bilərdi. Şükürlər olsun ki elə də  ciddi bir problemlə üzləşmədim. Sadəcə modemim Flash modem olduğu üçün dəhşətli dərəcədə qızmışdı. Hətta o dərəcəyə çatmışdı ki modemi çıxaranda az qaldı əlim yansın.
Modemim incə olduğu üçün qorxurdum ki birdən əriyər. Adminkada yazdım bu haqda Asəf getdi mənə dial up üçün kart aldı =)) Asəf gələnə kimi modemin üstünə ventlyator tutmuşdum.loool
2 dəfə Dial upla bir neçə saatlıq saytda oldum. Əsasənda gecələr. Çünki onda dial up çox rahat işləyirdi.

Artıq layihənin ən son həddi gəldi. 48 saat online. Təbii ki, bu az vaxt deyil. Layihə zamanı başını nə iləsə qatırdın, yoxsa ancaq "burdayam" yazmaq üçün hazır dayanmışdın?

İnanırsınız o qədər həyacanlı idim ki heç bilmədim 48 saat necə oldu ki tamam oldu. 48 saatın tamam olması barədə "Turalın artıq 48 saatınız tamam oldu balansınızı artırdım" yazısından sonra xəbər tutmuşam.

Hər kəsə maraqlıdır. Miss_Skazochka rəqiblərinə necə qalib gəldi? Bunun sirri nədədir?

Özümə inamım sayəsində qalib olmuşam mən.

Hal-hazırda Mix.aZ ForuM-da gedən və həmçinin nə zamansa olacaq Online User yarışmasının iştirakçılarına hansı tövsiyyələri verərdin?

Onlara məsləhətlərimi vermişəm az öncə möhkəm olsunlar, özlərinə inansınlar, məğlubiyyət haqqında əsla düşünməsinlər.
Uzanmasınlar çünki saytda gedən yarışma vaxtı çox güclü sandığım rəqiblərim məhz uzandıqları üçün yarışmanı tərk etdilər. Az müddətli belə uzansalar istər istəməz onları yuxu tutacaq. Yuxu şirin şeydir=)
Daha sonra, musiqi dinləməsinlər. Nə ritmik nə də ki lirik. Lirik mahnılar yuxulamalarına, ritmik mahnılar isə başlarının ağrımasına səbəb olacaq.
Hərdən əl üzlərini yusunlar türklər demişkən iyi gelicek.
Çalışsınlar saytda, forumda yazışsınlar. Düşünməsinlər ki yazmaq, onlardan enerji alacaq. Amma çalışıb uzun, həcmli xəbərləri oxumasınlar bu beyinin yorulmasına səbəb olacaq. "Burdayam" sözünü çalışıb qısa zaman intervalında yazsınlar. Bu sizi yarana biləcək texniki problemlərdən sığortalamış olacaq.
Gələn yarışmada mənə çətin olacaq Bütün sirrlərimi dedim daha =)

Bir sual da maraqlıdır hər kəs üçün. Miss_Skazochka layihədə həm "burdayam" yazır, həm userlərlə söhbələşir, sitat gətirir, şərh yazır, Sual və Problemlər bölməsində suallara və problemlərə cavab yazır, bazada olan xəbərlərə baxır, avto düzür. Bütün bunları eyni zamanda etmək yorğunluğu artırmırdı bəyəm?

Xeyr əsla. Tam əksinə daha çox enerji toplayırdım bunları etməklə. Həm də ki yalnız "burdayam" yazandan yazana saytda görsənmək istəmirdim. Həqiqətən də saytda online olduğumu sübüt etmək istəyirdim. Mən sadəcə yarışmada qalib olmaq üçün deyil əsl mix.az li olaraq saytda ən çox online olmaq üçün yarışırdım. Yalnız "burdayam" yazmaq bu sadəcə ad olsun ki ən çox online user oldum deməkdir.
Mənə bu lazım deyildi axı.

Təbii ki, kimsə fərqlənəndə ona pis gözlər də baxacaq. Tənqidlərdə olacaq. Əsas tənqid isə "Miss_Skazochkanin yerində görəsən kimsə oturubmu?" sualıdır. Buna cavab nədir?

Bu sualı isə  yuxarıdakı sualınla özün cavablamısan. Mən həm Sp-də sualları cavablandırırdım, həm şərh yazırdım, həm bazaya baxırdım, həm msn də idim, həm Fb-da yazırdım, həm Pm lərə cavab yazırdım, həm də avto aktiv üçün xəbər düzürdüm. Hələ üstəlik fürsət tapıb özüm üçün xəbər də yazıb, aktiv etmişdim. Bütün bunlar fasiləsiz olaraq saytda olmaq demek deyilmi? Bütün bunlarla mən sübüt etdim ki yerimdə heç kəs oturmayıb özüməm =)

Mix.aZ-da ən çox online olaraq 63 saat 1 dəqiqə rəsmi rekord vurdun. Yəni xəbər bazaya qaytarılana qədər "burdayam" yazdın. Lakin əlavə olaraq 5 saatda Mix.aZ-da oldun. Hər kəs düşünürdü ki, layihə bitən kimi Miss_Skazochka dərin yuxuya gedəcək. Amma getmədi. Görəsən niyə? Qələbə sevinci, yoxsa yuxunun hələ də olmaması?

Gecəyə doğru artıq dəhşətli dərəcədə yorulmuşdum. Otura bilməyəcəyimi düşünürdüm. Çünki rəqibim yarışı dayandırsaydı da belə bizim ən azından bərabər olmağımız üçün mənim əlavə olaraq bir neçə saat da oturmağım lazım idi. Mən isə bilmirdim axı qarşı tərəf nə zaman çıxacaq, ümumiyyətlə çıxacaqmı, ondan sonra mən otura biləcəyəmmi? Amma öldü var döndü yoxdur demişdim. Artıq səhərə yaxın tək qalanda tam sakit oldum ki artıq qələbə mənimdir. Sağ olsunlar forumun uşaqları dəstək oldu mənə, danışdılar, başımı qatdılar qoymadılar ki yuxulayım. Dəstək demişkən mənə dəstək olan bütün userlərə öz minnətdarlığımı bildiriəm sizin dəstəyinizi hiss etmək məni daha da həvəsləndirirdi. Maraqlısı isə odur ki mənə dəstək olanların çoxu ilə heç bir əlaqəm yoxdur, heç tanımadığım userlər mənə dəstək idi. Yəni bacışkalarım deyildi mənə dəstək olanlar =)

Layihədən sonra Miss_Skazochka neçə saat yatdı? Bu qədər online olmaq səhhətində hər hansı bir problemlər yaratmadı ki?

Layihədən sonra məni qovdular ki ay qız get yat yoxsa hələ də yatmaq fikirim yox idi. Düşünürdüm ki ən azından bir gün ölü kimi tərpənmədən yataram. Amma nədənsə çox narahat yatdım. Hər xırda səs məni oyadırdı. Bu da çox güman ki layihə müddətində əsəblərimin pozulduğunun göstəricisidir.
Səhhətimdə isə çox şükürlər olsun ki bir problem olmadı.
Sadəcə layihə zamanı qızdırmam qalxmışdı bunu çəkindim saytda yazmağa çünki yalnış anlaşılacağından qorxurdum. Bəziləri özümü yazıq kimi göstərdiyimi düşünəcəkdi. Ona görə də bu haqda heç nə yazmadım.
İndi hər şey qaydasındadır. Azacıq belim və boynum ağrayır yəqin ki çox oturmaqdandır. Bu da inşAllah tezliklə keçər.

Miss_Skazochka üçün ilk rekord yəni, 28 saat 36 dəqiqə doğmadır, yoxsa son rekord yəni, 63 saat 1 dəqiqə? Bunlar arasında bir fərqi varmı?

Mix.az da keçirdiyim hər dəqiqə mənim üçün doğmadır.
İlk rekordum olan zaman bunu düşünmədən etmişdim sadəcə yuxum gəlmirdi, oturmuşdum saytda. İkinci rekordum isə məqsədli idi. İkinci rekordu asanlıqla qazanmamışam mən. Ona nail olmaq üçün çox çətinlik gördüm. Çətinliklə əldə olunanlar isə hər zaman qiymətli olur. Ona görə də ikinci rekordumu daha çox istəyirəm.

Gələcəkdə yenidən Online User layihəsində iştirak etmək fikirin varmı?

Əlbəttə ki var.
Gələn layihədə inşAllah sağlıq olsun mütləq qatılacağam.



 
 
#71 Şərhin müəllifi: On_Quill
 


buna ancaq Bravo demek olar 30_9
qabagina meqsed qoydun ve neticeni gordun

 
 
#70 Şərhin müəllifi: reservoir engineer
 


Miss Skazochka , eziz dostum seni tebrik edirem , hemiwe en boyuk nailiyyetlere smile

 
 
#69 Şərhin müəllifi: Bobo55
 


Uğur ola ...

 
 
#68 Şərhin müəllifi: Lu-nam
 




Əlbəttə ki var.
Gələn layihədə inşAllah sağlıq olsun mütləq qatılacağam


Men de boyuk memuniyyetle sizi destekleyecem..)
nn7

 
 
#67 Şərhin müəllifi: tina_17
 


tebrikler.gorunurki iradeniz gucludu.insanda irade ve inam guclu olada her sey yaxsi olur.ugurlar. nn25

 
 
#66 Şərhin müəllifi: jet_lee
 



tebrikler....

bow bekar olsam 150 saatda oturardim ama neyse heyfki bow bekar deyilem:))) cunki resmi olaraq stoldan qalxmadan 10 saat oturmuwam ve cox vaxtda otururam:)) neyse size uqurlar:))

 
 
#65 Şərhin müəllifi: Eleqant
 


indidə yadımdadı=)) Bağçada müəllimə hamının yatırdandan sonra deyirdi ki,hə işə düşdük indi bunu aldadıb yatırmaq var=))
----
Təbrik edirəm=)


--------------------

 
 
#64 Şərhin müəllifi: Feqan
 


goz deymesin Miss_Skazochka-ya wink


semichka_supu,
bagisda amma sene sualim var sende avatarin .gif-dide menede oz avatarimaq .gif qoymaq istiyirem alinmiy bir yol gosterde zehmet olmasa ;)

 
 
#63 Şərhin müəllifi: sevgi__gozeldir
 


:)

 
 
#62 Şərhin müəllifi: Huckleberry
 


Yəni bacışkalarım deyildi mənə dəstək olanlar =)

Söz kimə atıldı? Ağır söhbətdi.

 
 
#61 Şərhin müəllifi: MATiLLA
 


Gələn layihədə inşAllah sağlıq olsun mütləq qatılacağam.


qoy camaatda qalib olsunda 23_18

 
 
#60 Şərhin müəllifi: Mr.KAyfuyem
 


Dəstək demişkən mənə dəstək olan bütün userlərə öz minnətdarlığımı bildiriəm sizin dəstəyinizi hiss etmək məni daha da həvəsləndirirdi. Maraqlısı isə odur ki mənə dəstək olanların çoxu ilə heç bir əlaqəm yoxdur, heç tanımadığım userlər mənə dəstək idi. Yəni bacışkalarım deyildi mənə dəstək olanlar =)



wink winkwinkwinkwinkwink



Əlbəttə ki var.
Gələn layihədə inşAllah sağlıq olsun mütləq qatılacağam.


Insallah 15 gun icinde edersiniz bu layiheni...:))))) yoxsa men qatila bilmeyecem..:(((

 
 
#59 Şərhin müəllifi: ZDENKO
 


Tebrikler.
ne deyim halaldir=)

Hech vaxt bacarmazdim. 63 saat kompun qabaginda otursam evdekiler 63 dene wink
Hem de 3 gun erzinde evden bayira chixmamaq olar? birteher olaram)
Bu sebr ve iradeye sadece bravo..

 
 
#58 Şərhin müəllifi: Kida.167
 


Sitat: semichka_supu
ventlyator məsləsinə güldüm


Quzu kəsək o ventilyatora ki, Missini darda qoymayıb, işə yarayıb...

 
 
#57 Şərhin müəllifi: PRAQMATIK
 


Yuxunun verdiyi həzzi heç bir qız verməz smile
Ona görə yuxunuza haram qatmayın)


--------------------

 
 
#56 Şərhin müəllifi: Kida.167
 


Maraqlısı isə odur ki mənə dəstək olanların çoxu ilə heç bir əlaqəm yoxdur, heç tanımadığım userlər mənə dəstək idi.


İlk öncə xəbərə görə Asef sənə tşk-lər, çünki mənim üçün çox maraqlı oldu, axıra kimi də oxudum...

İndi isə sualım MİSSİ-yədir... Missi kim idi o sənə elə dəstək olanlar?)))))
Xatırlayırsanmı?

 
 
#55 Şərhin müəllifi: semichka_supu
 


Mən bilirdim ki, Meyi qalacaq axıra qədər çünki mənə status söz vermişdi wink Yox zarafatsız inanırdım, SP-də suallara cavab verməsi falan məncə bu rəqibə psixoloji təsir edirdi ki, yəni bunu etməyə də hələ bunda hal qalıb? 23_18 Yaxşı müsahibə alınıb, ventlyator məsləsinə güldüm xixi


--------------------

 
 
#54 Şərhin müəllifi: NaRuSHiTeL
 


Yuxumu dunyanin he4 bir nazi nemetine deyiwmerem neinki virtual dunya u4un)
Men sevirem yatmagi xixi

 
 
#53 Şərhin müəllifi: nermine1982
 


tebrik edirem!amma hec inanmiramki sen bunu tek etmisen bu mumkun deyil love

 
 
#52 Şərhin müəllifi: PIFAQOR
 


Mən yuxunu sevən adam elə həvəsnən oturmuşdum kompun qabağında....1 ci yer də olmasa 3 cü yerə çıxacağıma ümid edirdim....Amma texniki problemlər imkan vermədi....Missə isə sözüm yoxdu...Axıra yaxın onun yerinə mən narahat olmağa başladım...Şükür ki, hər şey yaxşı qurtardı....Gələn Onlie user yarışmasına Miss qatılsa vəziyyətimiz çətin olacaq smile


--------------------

 
 
#51 Şərhin müəllifi: emerald
 


Gələn layihədə inşAllah sağlıq olsun mütləq qatılacağam.

day denen indiden uduzduq smile

 
 
#50 Şərhin müəllifi: Asef
 


Sitat: Cehennem_Sakini
Mənə bir şey maraqlı qaldı. Son burdayam yazdıqdan sonra layihə admin tərəfindən dayandırıldı yoxsa iştirakçının öz istəyilə? Çünki həmin vaxt burda olmamışam bilmədim bu necə baş verdi. Yani əgər həmin rekorddan sonra əlavə olaraq 5 saatda qala bilmişdinsə niyə onuda bu 63 saatın üstünə gəlmədin?


Özümüz qaytardıq ki, daha oturmasın, getsin. Amma xeyri olmadı.

 
 
#49 Şərhin müəllifi: ayshan
 


Sitat: Owen
2 saat kompun qabaginda oturum evdekiler mazgi edecek ki dur ziyandi.

necede taniw menzeredi bu mene...

Skazochka,sadece bir wey maraqlidie mene..sen ne qazandin bu layiheden?vallah senincun coxlu dua elemiwem ki,saglamliginda problem olmasin..bir bilsen ne qeder ziyan oldu sene


--------------------

 
 
#48 Şərhin müəllifi: Angel_iz_raya
 


Tebrikler))

 
 
#47 Şərhin müəllifi: tima
 


insanlar maShin sHousunda 48 saat yuxusuz gala bilmir))inanmiram tek isHtrak edib))
Imxo...
[color=#990000][/color]

 
 
#46 Şərhin müəllifi: _Unikalnaya_
 


men bir defe netde 48 saat oturmuwam...mence mende bu qeder qala bilerem.cunku mixde vaxtin nece kecdiyi goze gorunmur.birde gorurem mama qiwqirir uje....miss e ise haladi:))


--------------------

 
 
#45 Şərhin müəllifi: Elgin
 


Missi de tebrik edirem bu qeder com..qabaginda durduguna gore ...Vegasi da yaddan cixarmiram

 
 
#44 Şərhin müəllifi: x_girl_
 


Miss de bizim mix.azin ulduzesidi))) nn1

 
 
#43 Şərhin müəllifi: All Sweet One
 


Sitat: Tural
Buna psixoloji hazır olmaq lazımdır. Miss buna hazır qızdır.

Sigaret çəkənlərə necə ki, sigaret tüstüsü lazımdır, Miss-ədə comp şuası lazımdır yaşaması üçün


dəhşət

mən belə cavab gözləməzdim həmişə ibratəmiz yazılar müəllifi
indi sektanının rəhbəri kimi danışır


--------------------

 
 
#42 Şərhin müəllifi: Knight of Sadness
 


miss skazocka xanim tebrikler!Sebrinize quzukw=eseler!bu qede NET de olmaq olar?Miss Skazockaya gore olar! xixi

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!