|
|
|
| Hansi universitetdə oxuyursunuz? |
|
|
|
| "Mix.az"lıların tərgidə bilmədikləri vərdişləri... | Mix.aZ həyatı | |
ZDENKO Hər gecə yatmamışdan qabaq saçımı hardasa 20 dəqiqə daramağım və hər yerə gecikməyim :)
Moren Tez-tez saata baxmaq :).Bekarçılıq olan kimi saata baxıram bilmirım niyə :)
_Bonus_93_ 1.Səhər şirin çay içdikdən sonra mütləq üstündən su içirəm :) 2.Axırıncı dəfə nə vaxt Tv söndürdüyüm yadıma gəlmir:) 3.Anamdan soruşdum dedi ki,beyninə bir şey düşdüsə bizim belimiz qırılır :).Yəni qısaca zəliyəm :) 4.Saçımı daramıram :).Düzdü saçlarımı adətən külək darayır :).Amma yenə də. 5.Bəzi şeylər var ki,onlara toxunulmasını belə sevmirəm.Məsələn:mənim kitablarım.
AYGUN YK Boş-boş gülməyimdir.Hər dəqiqə,hər saniyə heç nə olmasada gülürəm :)
POLKOVNIK Tərgidə bilmədiyim-siqaret.
Rena İndiyə qədər tərgidə bilmədiyim vərdişim çoxdur.Onlardan bəzilərini açıqlayacam.Hamıya tez inanıram və tez tırkaya gedənəm.Bu vərdişimə görə hamı məndən narazılıq bildirir.Birdə tərgitmədiyim və ən sevdiyim vərdişim hirslənəndə nəyəsə təpik vurub qırmalıyam uşaqlıqdan bu vərdiş məndə var istəsəmdə tərgidə bilmirəm.Birdə gecələr vərdiş halına gələn öz otağımda birdə həyatdə işığı yanılı qoymağımdır.Uşaqlıqdan işıqda yatdığım üçün artıq bu vərdişidə tərgitmək mümkün deyil.Birdə yatanda yastığı qucaqlayıb yatıram.Ən sevdiyim vərdişim :)
Break Tərgidə bilmədiyim bir tək vərdişim var.Siqaret çəkməyi tərgidə bilməmişəm,amma tərgitməyə cəhd etməyə cəhd edirəm :)
Shevchenko_Ali Yox tərgitmək istədiyim vərdişim yoxdur,zamanla hamısı yox olur :).Amma dəyişmək istədiyim bir xasiyyətim var.
turka9 Deməli mənim vərdişim budur ki,evdən çıxanda mütləq qolumda nəsə olmaldıır.Yoxsa özümü narahat hiss edirəm.Hə birdə heç kimin mənim yanımda xiyar yeməsinə dözə bilmirəm.Səsi gəlir e "xırt" deyə.O zaman dəlirirəm :)
Vogue Qəribə olsada,bu günə kimi tərgidə bilmədiyim vərdiş-göz şəkili çəkməkdi.Dəftərlərim gözlərlə bəzənir hər zaman :).Bu özümnən asılı deyil,dərslərdən yorulanda,artıq testləri etməyə gücüm qalmayanda,başlayıram göz çəkməyə :)
Acidil 1.Çox sual verməyimi tərgidə bilmirəm. 2.Kimsə,mənə bir hadisə danışır,qurtaran kimi ancaq bunu deyirəm-"pa,de sən öl və yaxud de özüm ölüm" 3.Kimsə,mənə bir gülməli hadisə danışır,gülən kimi qarşımdakına özümdən asılı olmayaraq bir sillə vururam həmişə.
Miss_Light Əlbətdə var-netə girməyi tərgitmək istəyirəm,ən pis vərdişim budur.
Nifret Qəlyan və Nifrət.
FeMeNiSTKa Əslində bir deyil bir neçədi.Amma əsas olan qaranlıqdan qorxduğum üçün mütləq gecə yatanda gözümü yummamış işığı söndürmürəm.Demək olar ki,lampa işığında yatmaq məndə vərdiş halını alıb.Yəni otağın işığını söndürəndə,mütləq otaqda başqa işıq yanmalıdı.Sonra nə qədər də tələssəm,hətta harasa gedəndə 2saat əvvəl desələr də hazırlaşmağı,yenə də gecikirəm.Bu əslində məsuliyyətsizlik deyil.Və düşünürəm ki,qadınların əksəriyyətində var.
Catgirl93 İndiyə qədər tərgidə bilmədiyim vərdiş-çolkamla,saçlarımla oynamaqdı.
Ayshan Bu günə kimi tərgidə bilmədiyim vərdişim saçlarımla oynamağımdır.Uşaq vaxtından bu vərdiş məndə var.Balaca olanda yatmırdım gərək kiminsə saçıyla oynayardım sonra yatardımşBu işdə də hədəfim atam olurdu.Saçını sığallaya-sığallaya yuxu tuturdu mıni.İndi atamın saçı bir az tökülüb,mənə deyir ki,sən tökdün saçlarımı.Keçib böyümüşəm,amma yenə də əllərimi saçımdan çəkə bilmirəm.Baxmayaraq kı,anam da çox irad tutur mənə,bacım əsəbləşir ki,oynama saçlarınla,amma bu vərdiş deyəsən həmişə mənimlə olacaq.
Ledi-Vamp Tərgidə bilmədiyim bir vərdiş var odakı pioninamın qapağını örtməməkdir.Həmişə məşq edəndən sonra açıq saxlayıram :)
AMERICANA Ən pis,ən murdar,ən zəhləm gedən vərdişim barmaqlarımı cıq-cıq etməkdir,amma tərgidə bilmirəm.
Suzan Uşaqlıqdan bəri bir vərdişim var,yatmağa uzananda yuxuya gedənə kimi saçımı bururam,elə yuxuya gedirəm.Hər dəfə deyirəm bu dəfə saçıma dəymiyəcəm belə yataram,amma yenə de alinmir.
Beqi Düzünü desəm elə 1 vərdişim yoxdur.Amma barmaqlarımı tez-tez qırıram.Onu eləyəndə sanki bütün cismimdəki yorğunluq çıxır rahatlayıram.Dərs oxuyanda ayaq üstə oxuyuram oturub oxuya bilmirəm heç cürə,bu qədər.
Qul İndiyənə kimi tərgidə bilmədiyim vərdişim məktəb dövründən qələmlərin baş hissəsinə olan xüsusi nifrətimdir ki,bütün hər yerdə onları sındırıram.Buna görə məndən çox inciyən olsada bu işdən xüsusi zövq aldığıma görə indi məni başa düşürlər.Xususi qeyd edim ki,ən təhlükəli addımlar olaraq məktəb direktoru,institut dekanı və bələdiyyə sədrinin,Azerbaycanın Rusiyadakı konsulunun qələmlərini başsız qoymuşam :)
SEBISHKA_YK Tez əsəbləşməyim.Dəhşət tez əsəbləşirəm,əsəbləşəndədə gül ağzım açılır bağlanmaq bilmir.Əlimin altında nə olsa sındaracam və yaxud tullayacam və yaxud kompyuterlə oynayanda əsəbləşəndə,kompyuterin mişkasını cirpacam :.)Tərgidə bilmirəm :)
Chrysalis 1 pis vərdişim var.Əslində bilirəm pisdi,amma tərgidə bilmirəm.Uşaqlıqdan dırnağımın kənarının ətlərini qopardıram.Onun üstündə danlanmışam da,amma yenə də xeyiri yoxdu.Əsas da əsəbləşəndə elə edirəm.Bir neçə müddətdir də çox gözəl bir vərdişim yaranıb.Hər gecə onun şəkilinə baxıb,dəli kimi danışıb yatmaq :).Uje bu da məndə vərdişə çevrilib.
Sladkaya Mənim həyatım boyu tərgidə bilmədiyim vərdiş odur ki,bir insanı çox istəyirəmsə ömrüm boyu o insanı unuda bilmirəm məni atsada,mənə pislik etsədə,nifrət etsədə,neynəsədə,amma mən kimliyindən asılı olmuyaraq,o,insanı içimdə həmişə yaşadıram.Unuda bilmirəm istər padruqa olsun,istər sevgili olsun,istərsədə kim olur olsun.Mənnən gəlib səhvi üçün üzür istəsədə qəbul edib barışmaram.Amma içimdə onu çox sevərəm,birdə çox kinli olmağım mənim üçün pis vərdişdi.
Bozqurd Konkret olaraq tərgidə bilmədiyim vərdişim yoxdur.İstənilən vərdişi tərgidəcək qədər iradəm var.
_REQANA_ Çox vərdişlərim var ki, tərgidə bilmirəm.Onlardan biri dınağımı yeməyim,əsəbi və narahatlıq keçirəndə özüm də bilmədən görürəm ki,dırnaqlarım ağzımdadır.Heç cürə bu vərdişdən uzaqlaşa bilmirəm.Daha sonra metroda eynəklə oturmağım,utancaq olduğum üçün istəmirəm qarşımdakı insanın baxışlarından narahatçılıq keçirim deyənə eynəklə metroda otururam.İmkanım olsa qışda da bunu edərəm,sadəcə gülüş obyekti olmamaq üçün istifadə etmirəm.Ən pis vərdişlərim budur.
LiVinG_DeaD Tərgitməməyi tərgidə bilməmişəm :)
PIFAQOR Tərgidə bilmədiyim vərdişlərim çox səbirsizəm,tez küsəyənəm,bir az da tərsliyim var.Vərdiş deməzdim hardasa bu xasiyyətdi.Ən çox,amma tərgidə bilmədiyim deyingənliyimdir.
Dj KaMiL İndiyə qədər məndə yığılan bütün əsəbləri bir anda silmək üçün kimisə öldürmək, şoşkalamaq hissi var içimdə :) Bu hissi neçə ildi ata bilmirəm içimdən.Allah özü axırın xeyir eləsin :).Birdə tərgidə bilmədiyim siqaretdir sözsüz ki,indiyə qədər nəinki araq,heç pivə belə içməyən mən,siqaretə necə öyrəşdim bilmirəm,bunu da tərgidə bilsəydim əla olardı.
-SAW- _stilyawka_-nı msn-də görməyəndə başımı divara vururam :).Bax bunu tərgidə bilsəm yaxşı olar,amma olmur :)
Dr.Genetik Məni narahat edən vərdişlərim yoxdur.Yəni bu vərdişimi mütləq tərgitməliyəm dediyim vərdişim yoxdur.Ancaq bəzi vərdişlərimi tərgitsəm yaxşı olar.Tərgitmək istədiyim vərdiş imtahanlarıma hazırlaşarkən yalnız axırıncı gün oxumağım, hazırlaşmağımdan ibarətdir.Yəni imtahan olunacaq gün gecə oxuyuram.Digər tərgitmək istədiyim vərdişim isə bəzən evdən gec çıxmağıma mane olur.Belə ki,evdən çıxmaq istədiyimdə yenidən otağıma qayıdıram,nəyisə yadımdan çıxar deyə.Bu hal bəzən 2-3 dəfə təkrarlanır.
Resad-9 Uşaq vaxtından nəyinsə altından keçə bilmirəm.Hər halda uşaq vaxtı hamıya deyilib: "Onun altından keçmə,boyun balacaq qalar".Bu cümlənin hansı məntiqə əsasən deyildiyi çox maraqlıdır.Düzdür,boyum uzanıb,hətta normaldan artıq uzanıb,amma bir gün boyum balaca qalacaq qorxusuyla yaşayıram.
NifreteNifret Qeybət qırmaq.
mix_lady Barmağımı şıqqıldatmaq.
Brunet666 Telefonla çox danişmağı tərgidə bilmirəm :)
yagmurlar_ Facebooka və odnoklassnikə girmək.
Mr_Anderson Zarafatcılam.Bu xasiyyətimi tərgitmək istəyirəm.Hər nə qədər yaşa dolsamda hər sözə hər hərkətə ciddi tərəfdən yanaşmaq istəyirəm.Bu yoldada addımlayıram.Qoy bundan sonra qarşımdakı zarafat etsin.
GANESA Dieta saxlamaq mənim tərgidə bilmədiyim vərdişimdir:(
Nermishka_DRD 1.Çox istədiyim adamları çimdikləməyi xoşlayıram :).Yanımda sakit dayana bilməzlər :).Tərgitmək istəsəm də bacarmıram 2.Məni doğulandan nənəm saxlayıb7 il.Sonra mamam məni öz evimizə gətirəndə çox pis olmuşdum.Məni nənəmdən ayıra bilmirdilər.Nənəm də mənə dedi ki,hər şənbə-bazar gələrsən,hər gün də düz 10 dəfə zəng eləyərsən danışarıq.Həmin gündən 13 il keçib,amma indi də hər şənbə-bazar nənəmgilə gedirəm.Və hər gün düz 10 dəfə zəng eləyirəm.Zarafat deyil,ciddi sözümdü.Hə özü də uşaqlıqdan tərgidə bilmədiyim bir şey də var,orda olanda nənəm və babamın rahatlıgını pozuram :).Aralarında yatıram. 3.Universitetə hazırlaşandan bəri tərgidə bilmədiyim bir şey qaldı - səhər tezdən 4-5də durmaq.Budilnikə ehtiyac olmur.Özüm həmin vaxtlar avtomatik dururam. 4. "Yox" ən sevimli sözümdü.Sevimli deyəndə ki,ən çox işlətdiyim.Onu da tərgitmək istərdim.
beautiful_liar Anamın dediyinə görə körpə ikən çimdikləməyi çox sevirmişəm.Səni yanımda yatırdanda sənin çimdiklərinə şirin yuxumdan oyanardım deyirdi :).Gülməlidi,amma özümdən asılı olmadan indi də əlimə yumşaq bir qol keçəndə bir də baxıram ki yazığı çimdikləyirəm :)
Eleqant700 İndiyə qədər tərgidə bilmədiyim hər gün bu gün vse son qoyacam qurtardı,atacam deyib,amma edə bilmədiyim-siqaretdir.Bu gün səhərdə demişdim vse çəkməyəcəm,amma uje 5-ni çəkmişəm :)
Just Why İndiyənə qədər tərgidə bilmədiyim vərdişim əksər vaxtlarda gecikməyimdir.Dərslər istisna olmaqla,çox vaxt tədbirlərə gecikmişəm.Minimum 5-10 dəqiqə gecikməyim mütləqdir :)
Hafsa Su ve yükseklik fobim var.Hala bu fobimi yenemedim.Uyumadan önce bir bardak suyu illa odaya getirmek ve dua etmek.
girl_in_love_x Mənim 2 tərgidə bilmədiyim vərdişim var.Biri həddindən artiq vas-vası olmağımdir.Müəyyən bir yeməyı yeməmişdən qabaq onun butun sanitar qaydalara uyğun bir şəraitdə hazırlanmasını görməsəm yeyə bilmərəm :).İkincisi isə həyat yoldaşımın mobil telefonunu qurdalamaq.Telefon əlimə düşən kimi girmədiyim yer qalmır :)
LiLAmoooR Vərdişlər çoxdur,amma hal-hazırda yadıma bir vərdişim gəldi mənə əsas olan bir vərdiş.Bir yerə gedəndə,hazırlaşanda və evə qayıdan kimi ayaqları yumaq istər qış olsun istər yay,ayaqlarımı soyuq su ilə yumasam elə bil rahatlıq tapmıram :)
semichka_supu 1.Dırnağımı,daha doğrusu qırağındakı dəriləri yeyirəm.Bunu zaman-zaman tərgitsəm də bir dəfəlik tərgidə bilmirəm. 2.Gecələr yata bilməmək vərdişi.3 ildir ki,gecələr normal yata bilmirəm.İndi bilmirəm buna xəstəlik deyim vərdiş deyim,amma mütamadi hala çevrildiyi üçün vərdiş hesab edirəm.
yarpaq_dolmasi İndiyə qədər bir vərdişi tərgidə billmirəm mix.az dan basqa sayta girə bilmirəm.
_MILANoooRE_ Hardasa 3-4 il bundan əvvəl kökəldiyimi düşünürdüm.Tv-də eşitmişdimki sadəcə yürüş arıqlamağa xeyirlidi.Məndə hər gün çölə çıxıb yürüş edə bilməyəcəyimə görə nauşniki qulağıma taxıb evdə gəzintiyə başlamışdım.Sonra effekti oldu,arıqladım amma məndə vərdiş olaraq qaldı.Çünki gündə yalan olmasın 2 saat yarım 3 saata yaxın evdə musiqiyə qulaq asa-asa gəzməliyəm.Hətta evə dərsdən yorğun gəlsəm belə bunu edirəm.
TARKANFAN 4-5 yaşımdan bu yana tərgidə bilmədiyim bir vərdişim var,o da ki,saçımın ucundan tutub,fırlada-fırlada gətirirəm dibinə kimi :).Bir sözlə,saçımı burdurmağa ehtiyac yoxdur.Bu vərdişimlə saçım özü buruq vəziyyətdə olur :).Sonra bir dəli vərdişim də var idi ki, o da mənə böyük problem yaşada bilərdi,amma şükür,çox çəkmədən tərgitdim.Demək,tez-tez bir gözümü yumurdum,sanki göz vururam.İctimai yerlərdə də bu vərdişi özümdən asılı olmayaraq edirdim.Yani bir adama baxsaydım o məqamda,elə biləcəkdi ona göz vururam.Amma bu vərdişdən qurtulmuşam.Bir vərdişim də var,o da ki,əlimin üstündəki sümükləri çənəmlə oynatmaqdir.Xoşum gəlir sümüklərin "şıqqıltısı" :)
Unfaithful Indiyə kimi tərgidə bilmədiyim vərdişim yoxdur Bir şeyi tərgidmək istəyirəmsə,onuda edirəm.Sadəcə özüm üçün deyil bu xüsusiyyətim,həyatdada beləyəm.Qabağıma bir məqsəd qoymuşamsa,onu həyata keçirməyə çalışıram.Əlimdən gələni ardıma qoymuram.
ROMINA_21 Bu vaxta kimi tərgidə bilmədiyim xasiyyət ayağımı tərpədirəm :).Mənim yanımda oturan adam elə bilir zəlzələ baş verir :)
jurnalist_pero Təgidə bilmədiyim vərdiş yoxdur.Çünki heç birini tərgitmək üçün cəhd etməmişəm hələ.Ola bilsin siqareti tərgitməkdə çətinlik çəkim,amma onu da tərgidə bilərəm.
Markiza Qəribə olsada mən yatanda başımı balışa deyil,kravatdan aşagı sallayıb yatıram.Bunu mənə tərgitmək üçün kravatımın yanına stul qoyublar ki, başım dəysin ayılım.Heç də təsiri olmayıb.Yuxulu-yuxulu o stulu çəkib yenidən elə yatmağa davam edirəm.
Aze_girl 1.Bu artıq məndə vərdiş halını alıb.İstər həftənin sonu,istərsədə həftənin iş günləri olsun mən hər gün saat 6da yuxudan dururam.Bunun üçün saat qurmağa ehtiyac yoxdur,avtomatik olaraq tam saat 06.00-da mən oyanıram :).Hətta gecəni çox gec yatsamda yenə öz vaxtımda oyanıram.Sadəcə elə olduğu halda gün boyu çox yorğun oluram.Hal-hazırda məzuniyyətdə olduğum üçün saat 6-da dursamda çalışıram ki,yenidən yatım.Ancaq bu vərdişim dəyişməz olaraq qalır. 2.Maşına oturanda mütləq ilk özümə baxacağam.Sürücülük vəsiqəsi alanda imtahan zamanı sənin nə etdiyinə xüsusi diqqət edilir.Maşın güzgüsünü düzəltmək əsas və ən birinci şərtlərdən biridir.Çox zaman qızlar bunu imtahan verən zaman unudurlar.Mən isə unutmamışdım.Güzgünü unutmamaqda səbəb isə harda oluramsa olum ilk özümə baxmağımla əlaqədar idi.Elə o anda yadıma düşdü ki, güzünü düzəltmək axı ən böyük şərtlərdən biridir :) 3.Hər gün mütləq 1 saat qaçıram.Bu artıq məndə vərdiş halını alıb.İstər qış olsun,istər yay vaxtı mütləq hər gün qaçmalıyam əks halda özümü çox kefsiz hiss edirəm. 4.Yemək yediyim zaman yanında mütləq su olmalıdır. Əks halda yeməyi heç cür yeyə bilmərəm.Hətta sulu yeməklərdə belə su olmasa qətiyən yeyə bilmərəm. 5.Mənim anamın fikrincə iki pis bir vərdişim var:-Birincisi həddindən artıq çox paltar alıram.Hansısa paltar mağazasına girdimsə mütləq ordan nəsə alıb çıxacağam.Bu artıq vərdiş halını alıb.Anam həmişə deyir ki, bizim bütün ailənin paltarlarını birləşdirsək,sənin paltarların qədər edər.Sənin gözün doymur ki,doymur :)-İkincisi mən paltarları ütüləməyi həddindən artıq çox sevirəm.Bir paltar ütüləməkdən deyil, həddindən artıq çox paltar ütüləməkdən xoşum gəlir.Əgər mən paltar ütüləyəcəyəmsə mütləq evdəkilərin baş beynini aparacağam ki, ütülənəsi paltarınız yoxdur?Hər kəsdən mütləq nəsə alacağam, əgər yoxdursa bütün paltarlarımı tökəcəyəm saatlarla ütüləyəcəyəm.Bilmirəm nədəndir bu xüsusiyyət məndə ancaq həddən artıq çox paltar ütüləmək məndə vərdiş halını alıb.
ASI_GIRL Cavab:-Xeyr yoxdur.Ümumiyyətlə iradəli insanların tərgidə bilmədiyi heç bir şey yoxdur.Çox iradəliyəm.Bu mövzuda özümə tam güvənirəm.Ona görə belə vərdişim yoxdur :)
TATULYA Uşaqlıqda bir vərdişim olub ki,yuxuya keçənə kimi gərək atam mütləq başımı sıgğllıyaydı,yoxsa yatmazdım,nu deməzdim indiyə kimi bu vərdişim davam edir,amma indinin ozundə də atamın ya anamın əli başımı sığallasın,srazu yuxuya keçirəm.Vot tak,no uje böyüdükcə vərdişlərimdə azalib :)
E.C.N Tərgidə bilmədiyim vərdişim yoxdur.
Splendid_Girl Tərgidə bilmədiyim,hər yerə gecikməyim :(.Bu məndən aslı deyil.Lap 1 saat,3 saat tez tərpənsəm,dursam belə, mütləq gecikməliyəm sanki.Hər gecə Kəlmeyi Şəhadətimi deməmiş yuxuya gedə bilmirəm,sanki nəsə çatmır,yuxu aparmır.Artıq 5-6 yaşımdan hər gecə deyib yatıram,vərdişdir.Məncə çox gözəl vərdişdir.Evdən çıxanda mütləq özümə əl gəzdirməliyəm,ətir,yüngül kosmtika,saçım qaydada deyilsə,tələssəm belə mütləq gərək fen vurub,özümü qaydaya salım :).Digər vərdişim əksər hallarda utananda üzüm gülür :).Bu məndən aslı deyil.Nə qədər tərgitmək istəsəm də,tərgidə bilmirəm.
Financer_001 Evdən çıxacağım anda çox diqqətsiz oluram.Hər dəfə fikirləşirəm ki,bu dəfə 100% lazım olanların hamsını götürmüşəm.Amma hər dəfə ya telefon,ya pul qabım,ya açar.Nəsə yaddan çıxmalıdır mütləq.Ən qorxulusu isə evin açarının evdə qalmasıdır ki,bu da dəfələrlə başıma fəlakətlər gətirib.
Whatever Happens Çox qəribə vərdiş yaranıb mən də.Yanvar ayından bəri hər tezdən duranda H.O.S.Tun “ÜMİD” mahnısını dinləyib sonra yataqdan qalxıram.Artıq 6 aydır ki,bu belədir.
denizim Barmaqlarımı çıqqıldadıram :).Başqa nə deyirlər ona?-bilmirəm mən :)
kissed_a_girl İnternet...Elə bir vərdişim yoxdur ki,məni narahat eləsin.Ən əsası internetdir.Bir də ki,lap uşaq vaxtımdan futbola baxıram.Bunlardır ən əsas vərdişlərim.
ForeveR_SweeT İndiyə qədər tərgidə bilmədiyim vərdişim kiminsə ayaqqabılarını geyinməyimdi(təbii ki,xanım ayaqqabısından söhbət gedir :)).Bizə kim gəlirsə peşman olur ayaqqabılarını soyunmağə :).Mütləq geyinib 1 kuruq gəzməliyəm :).Birdə uşaqlıqdan indiyə kimi tərgidə bilmədiyim vərdişim-bekar olan kimi qarderobumda nə qədər paltar varsa,hamısını geyinib,güzgüdə baxib soyunuram :).Bir şeyi unutmuşdum,bu mendə uşaqlıqdan var,hara gedirəmsə gedim,yemək yeyiləndən sonra orda mütləq qabaları özüm yumalıyam :).Yoxsa əl çəkən deyiləm :)
_stilyawka_ Evdə bekar olan kimi dəli kimi otaqda otağın bu başından o biri başına qədər gedib - gəlirəm və fikrimdə nəyisə fikirləşə - fikirləşə.Dəli kimi də elə bil həmin insan yanımdadır danışıram :).Nə vaxtdandır istəyirəm tərgidim,əvvəlcədən nəyisə beynimdə xəyal etmiyəcəm deyirəm ama tərgidə bilmirəm.Uşaqlıqdan bir vərdişim də var əsəbləşən kimi dodağımdan heyfini çıxıram, dişdək – dişdək edib,arada ətimi belə qopartmışam :(.İndi də arada olur.Oturub nəyəsə baxanda eləcə əlimdə işim olmayanda dodağımın dərisini qopardıram :).Ən çox istərdim bunu tərgidim,amma yadımda çıxır həmin vaxt ki,etməməyi demişdim özümə.Bir vərdişim də var-Hər dəfə evdən çıxanda elə bilirəm nəsə yaddan çıxıb,ya qapını bağlamaq,ya güzgüm ya da digər nəsə bir şey.Hər dəfə də bu fikir ağlıma gələndə sonra görürəm ki,doğurdan da nəyisə unutmuşam.
Tural
Mən dərs oxuyanda mütləq otağı o tərəf bu tərəfə gəzə gəzə oxumalıyam.
P.S-Bu xəbərin ərsəyə gəlməsində etdiyi köməkliyə görə _stilyawka_-ya təşəkkürümü bildirirəm!
Təşəkkür edənlər: (67) LiLAmoooR, turka9, Splendid_Girl, Bozqurd, Just Why, Psix_x, POLKOVNIK, Mr.Ekskluziv, ROMINA_21, ZDENKO, Dj KaMiL, ayshan, Eleqant700, denizim, Catgirl93, Design_89, chrysalis, MeLeYiNiZ, Heyatim, InTeX, AMERICANA, _REQANA_, TATULYA, Dr_Zara, Shevchenko_Ali, PIFAQOR, _Bonus_93_, rafo087, Markiza, Miss_Light, .:: Desert Rose ::., Resad-9, Mayta, FIRST_LADY..., SEBISHKA_YK, Acidil, TARKANFAN, asya_lonely-, _stilyawka_, UltrAslan, Rozalina, menim_heyatim, E.C.N, JAVI, Dandoline, beautiful_liar, you belong with me, Nikolka, zaur16, Hekim qiz 777, Friend00, AYGUN YK, Rena, flaqman, Kagit_evler, emerald, Dr.Genetik, __Jale__, whisper, FeMeNiSTKa, Vogue, Nur_Ay, Bobo55, _Smart_, lacrima723, Fira94, _Kukolka_ |  | |  |  | |
| Baxış sayı: 2915 Şərhlər (114) Müəllif : ForeveR_SweeT 2 İyul 2010 23:00 | |  |  |  |  |
| |
 | #54 Şərhin müəllifi: NUTSHELL | | | | | 
| Maraqli verdishler var.. | |  | |  |  | 3 İyul 2010 00:12 | Qeydiyyat: 10.07.2008 | Adı: -- | Ünvan: OdLaR_YuRdu | |  |  |  |  |
| | | #53 Şərhin müəllifi: Mr_Anderson | | | | | 
| Sitat: Resad-9 Adamı biyabır eləmə də... Onsuz da utana-utana göndərmişəm cavabı... :)... Düzü, sən də mənim bir xəbərdə adına birinci baxdığım adamlardansan... nəolsun məndə sənin adıva diqqət yetirib baxıram..gör heç deyirem?).. intelektual və ya qəribəlik səviyyəsi yüksək olan insanlardan birisən Rəşad..
--------------------
İndiana Pacers 2-3 Miami Heat
| |  | |  |  | 3 İyul 2010 00:09 | Qeydiyyat: 8.05.2007 | Adı: Emhyr var Emreis-Mr_Anderson | Ünvan: To Miami....back to Cleveland | |  |  |  |  |
| | | #52 Şərhin müəllifi: Resad-9 | | | | | 
| Nə yaxşı, çıxıb xəbər. Hamısını oxuya bilmədim, amma çox anormal vərdişlərimiz var imiş... :)...
Sitat: Bozqurd Resad-9, Sən necə də maraqlı insansan. :-) Mix.az həyatı xəbərlərində birinci olaraq Sənin adını axtarıram, sonra başdan axıracan oxuyuram.
Adamı biyabır eləmə də... Onsuz da utana-utana göndərmişəm cavabı... :)... Düzü, sən də mənim bir xəbərdə adına birinci baxdığım adamlardansan...
--------------------
| |  | |  |  | 3 İyul 2010 00:04 | Qeydiyyat: 28.06.2007 | Adı: Rəşad | Ünvan: -- | |  |  |  |  |
| | | #51 Şərhin müəllifi: Miss_Light | | | | | 
| Tewekkurler ay ala men de varam burda | |  | |  |  | 3 İyul 2010 00:02 | Qeydiyyat: 6.10.2007 | Adı: MissLight | Ünvan: ___Baki___ | |  |  |  |  |
| | | #50 Şərhin müəllifi: A_def | | | | | 
| hamisini oxumaga sebrim catmasada bir cox userlerin maraqli verdişlerile tanis oldum.. Beqi Qul Ayshan maraqlidir bu userlerin statuslarinda hec bir deyişiklik gormedim
--------------------
Жизнь нужно прожить так, чтобы Google знал об этом:) 15 iyun Onlar düşündülər ki,Səni öldürdülər Amma sənin əbədi yaşamağın üçün nökərlik etdilər | |  | |  |  | 3 İyul 2010 00:00 | Qeydiyyat: 22.09.2009 | Adı: Balaca_Qara_Balıq | Ünvan: Uzaqdan dünya | |  |  |  |  |
| | | #49 Şərhin müəllifi: MarkizaM | | | | | 
|
--------------------
"Yaxşı əhval-ruhiyyə" xəstəliyinə tutulmuşam. Xəstəxanaya getməyəcəm! Qoy insanlar yoluxsunlar. | |  | |  |  | 3 İyul 2010 00:00 | Qeydiyyat: 31.03.2008 | Adı: Markiza | Ünvan: Baki | |  |  |  |  |
| | | #48 Şərhin müəllifi: ArzushKa | | | | | 
| Goresen menim statusum ne vaxt deyishecek istifadeci olmayacam menede bu suallar gelecek?))) | |  | |  |  | 2 İyul 2010 23:59 | Qeydiyyat: 21.02.2008 | Adı: Arzu | Ünvan: Baki | |  |  |  |  |
| | | #47 Şərhin müəllifi: Moren | | | | | 
| Bir əlavə də edim ki, qolumda saat ola-ola saata telefonda baxıram )) | |  | |  |  | 2 İyul 2010 23:58 | Qeydiyyat: 20.02.2009 | Adı: Zaur | Ünvan: Memphis | |  |  |  |  |
| | | #46 Şərhin müəllifi: TATULYA | | | | | 
| Sitat: ayshan bizim verdiwlerimiz tersinedi deyesen=)) aha:) mende senin verdishini oxuyanda birinci ele bildim eynidi, sonra yene tekrar oxudum, uje gordum tam eksineimish)
--------------------
Не поговорить с человеком, который достоин разговора - значит, потерять человека. А говорить с человеком, который разговора не достоин - значит, потерять слова. Мудрый не теряет ни слов, ни людей. | |  | |  |  | 2 İyul 2010 23:57 | Qeydiyyat: 6.05.2008 | Adı: Тatulya | Ünvan: Mars | |  |  |  |  |
| |  | |  |  | 2 İyul 2010 23:57 | Qeydiyyat: 13.05.2007 | Adı: SC | Ünvan: -- | |  |  |  |  |
| | | #44 Şərhin müəllifi: _Bonus_ | | | | | 
| Super xəbər idi. Təşəkkür. Hamını 1-1 oxudum. Seçilmişlərə getdi:)) | |  | |  |  | 2 İyul 2010 23:57 | Qeydiyyat: 9.03.2008 | Adı: Kazım | Ünvan: Bakı, Azərbaycan | |  |  |  |  |
| | | #43 Şərhin müəllifi: denizim | | | | | 
| Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
--------------------
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin. | |  | |  |  | 2 İyul 2010 23:53 | Qeydiyyat: 1.08.2007 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #42 Şərhin müəllifi: TATULYA | | | | | 
| ohooo Unfaithful ne vaxtandir seni gormuruk, lap darixdime) spasibki elai bir xeber alinib, her birinizin ferqli ve maraqli verdishleri var, menide unutmadiginiza gore teshekkurler)
GANESA Dieta saxlamaq mənim tərgidə bilmədiyim vərdişimdir:( oy Ganesa, ne danishirsan? meslehet gorerem srochno tergidesen, yoxsa iraq olsun senden, boyuk probleme cevriler, nelzya tak
TARKANFAN Demək,tez-tez bir gözümü yumurdum,sanki göz vururam. bu goz vurmagi nece edirleree? niye mende alinmir, bir neche defe prob etmishem,ujas... eliyende ele bil paralij vurub meni:) (iraq olsun)
--------------------
Не поговорить с человеком, который достоин разговора - значит, потерять человека. А говорить с человеком, который разговора не достоин - значит, потерять слова. Мудрый не теряет ни слов, ни людей. | |  | |  |  | 2 İyul 2010 23:50 | Qeydiyyat: 6.05.2008 | Adı: Тatulya | Ünvan: Mars | |  |  |  |  |
| | | #41 Şərhin müəllifi: Dr_Zara | | | | | 
| ölməyəsiz sizi Maraqlıdır.Forever_sweet və Stil,hər ikinizə təşəkkür edirəm.Maraqlı alınıb.5+ | |  | |  |  | 2 İyul 2010 23:49 | Qeydiyyat: 8.01.2010 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #40 Şərhin müəllifi: Shevchenko_Ali | | | | | 
| Sitat: ayshan ama bir neferin sirli xasiyyeti helede acilmadi
Sitat: denizim Mənə də maraqlıdır , soruşacam ondan )))) Günorta əlavə etdim, sonra sildim xəbərdən:)) Mütləq deyəcəm, sadəcə indi biraz əsəbifasonam, sabah İNŞAALLAH deyəcəm:)
Hər ikinizə təşəkkür yer verdiyiniz üçün. Bayaq bir çoxunu oxudum, xeyli də güldüm:))) Maraqlı vərdişin olması maraqlıdır, tərgitməyə ehtiyac yoxdur:))
--------------------
Euro 2012 - status və pul qazanmaq şansı: Tezliklə... | |  | |  |  | 2 İyul 2010 23:47 | Qeydiyyat: 12.10.2008 | Adı: Auuu | Ünvan: Baki | |  |  |  |  |
| | | #39 Şərhin müəllifi: Eleqant | | | | | 
| Sitat: Dj KaMiL Can qardaş can ) Dərdimiz eynidi ) Ozum olum Idare reisi olsam chekmeyecem=)
--------------------
Hər varlı xoşbəxt, hər kasıb bədbəxt deyil! | |  | |  |  | 2 İyul 2010 23:46 | Qeydiyyat: 20.08.2008 | Adı: - | Ünvan: -- | |  |  |  |  |
| | | #38 Şərhin müəllifi: denizim | | | | | 
| Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
--------------------
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin. | |  | |  |  | 2 İyul 2010 23:45 | Qeydiyyat: 1.08.2007 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #37 Şərhin müəllifi: ForeveR_SweeT | | | | | 
| bu xeber haqqinda fikirlewende men aktiv user idim ona gore pm yaza bilmirdim,stilden xaiw etdim.cooox sag olsun komek oldu
--------------------
Радуйтесь жизни.. Смейтесь от счастья.. Улыбок не прячьте.. Назло всем несчастьям.. Живите, любите, безумно и страстно.. Грустить не спешите.. Ведь жизнь так прекрасна... | |  | |  |  | 2 İyul 2010 23:43 | Qeydiyyat: 23.05.2010 | Adı: Selish | Ünvan: ..:Paris:.. | |  |  |  |  |
| | | #36 Şərhin müəllifi: h123 | | | | | 
| Cox maraqli idi.Xususile "Markiza" nikinin verdisine o ki var guldum | |  | |  |  | 2 İyul 2010 23:42 | Qeydiyyat: 15.04.2009 | Adı: Fidawka | Ünvan: Baku | |  |  |  |  |
| | | #35 Şərhin müəllifi: _REQANA_ | | | | | 
| Tural
Mən dərs oxuyanda mütləq otağı o tərəf bu tərəfə gəzə gəzə oxumalıyam. Mən isə sms və tellə danışanda o tərəfə bu tərəfə gedirəm))
--------------------
Biz arzu ediləndən ən çox arzu etməyə aşiqik! | |  | |  |  | 2 İyul 2010 23:41 | Qeydiyyat: 5.09.2008 | Adı: _REQANA_ | Ünvan: ölkəm-AZƏRBAYCAN,paytaxtım-BAKI... | |  |  |  |  |
| | | #34 Şərhin müəllifi: InTeX | | | | | 
| Allah Haminin Canini Salamat Elesun Sitat: NaRuSHiTeL Mene maraqli olan userleri oxudum | |  | |  |  | 2 İyul 2010 23:39 | Qeydiyyat: 5.04.2009 | Adı: ahmed | Ünvan: baki | |  |  |  |  |
| | | #33 Şərhin müəllifi: chrysalis | | | | | 
| turka9 heç kimin mənim yanımda xiyar yeməsinə dözə bilmirəm.Səsi gəlir e "xırt" deyə.O zaman dəlirirəm :)  EYNI DERDDEYIK... XIYAR,ALMA VE O TEHERFASON XIRTILDIYAN NESE KIMSE YESE YANIMDA DELI OLMURAM EE HAVALANIRAM...ITDIYIM TUTUR...EVDE KIMIN IXTIYARI VAR YANIMDA YESIN...QONAQ GEDENDE,YA BASQA KIMSE DE YEYENDE YANIMDA CIXIB GEDIREM... TESEKKUR STIL VE SWEET... | |  | |  |  | 2 İyul 2010 23:38 | Qeydiyyat: 28.07.2007 | Adı: chrysalis | Ünvan: ... | |  |  |  |  |
| | | #32 Şərhin müəllifi: _REQANA_ | | | | | 
| Deyirəm axı mənə pm Stildən gəlmişdi)) Hə demək pm-ə görə Stil göndərib) Hər ikinizə təşəkkür edirəm, əziyyət çəkmisiniz. Hə indi yadıma düşdü, pis vərdişlərimdən biri də qapının gec açılmağıdır. Evdə adam ola-ola qapını mənə gec açanda çox əsəbləşirəm, qapı açılanda da ən azı 10 dəqiqə əsəbi oluram)) Özümdən asılı deyil ki. Maraqlı vərdişlər gördüm. Təşəkkürlər.
--------------------
Biz arzu ediləndən ən çox arzu etməyə aşiqik! | |  | |  |  | 2 İyul 2010 23:38 | Qeydiyyat: 5.09.2008 | Adı: _REQANA_ | Ünvan: ölkəm-AZƏRBAYCAN,paytaxtım-BAKI... | |  |  |  |  |
| | | #31 Şərhin müəllifi: suzan | | | | | 
| Sitat: Moonligt zordu da toya zada gedende saatlarla parixmaxirda oturasi ilmayacaqsan. Axsam sacivi bura bura yat seher her sey hazirdi. sacim buruqdu evvel narahat etmirdi ama indi adam utaniree bir yerde yatmaga balaca ushaq sosqasiz yete bilmediyi kimi men de sacimi bura-bura yuxuya gedirem :) | |  | |  |  | 2 İyul 2010 23:38 | Qeydiyyat: 16.05.2007 | Adı: suzan | Ünvan: -- | |  |  |  |  |
| | | #30 Şərhin müəllifi: AMERICANA | | | | | 
| men evvelce yazmaq istemirdim,oz verdihimden zehlem gedir,amma gordum ki bir nece user akazsa ele edirmish . chox hirslenirem bu verdishime anam da butun gunu danlayir i bele eleme
--------------------
No complex better life.İ guess,İ am going crazy or wiser. Hələ dəqiq bilmirəm Ömur dediyin 1 gündür, o da bu gündür Cəsarət-ən böyük bədbəxtliklərin və ən böyük uğurların başlanğıcıdır | |  | |  |  | 2 İyul 2010 23:37 | Qeydiyyat: 13.09.2009 | Adı: AMERICANA | Ünvan: U.S.A New -YORK, Brooklyn | |  |  |  |  |
| | | #29 Şərhin müəllifi: Dr_Zara | | | | | 
| Elə bir vərdişim yoxdur deyə xəbərdə iştirak edə bilmədim.Bəlkə də vare.Ancaq ağlıma vərdiş kimi gəlmir ola bilsin.Mix.azı həyatı haqda xəbərlərdə iştirak etmək istəyirəm.Ancaq bütün o haqda gələn ismarıclar da cavabsız qalır.aydaa dəhşət insaname.Necə rəngarəng həyat sürürəm Nəysə oxuyum mix.azın qeyri-adi userləri haqda  | |  | |  |  | 2 İyul 2010 23:37 | Qeydiyyat: 8.01.2010 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #28 Şərhin müəllifi: Aze_girl | | | | | 
| Sitat: POLKOVNIK AY USERLƏR TƏZƏ XİDMƏT AÇİLİR AZE_GİRL AÇİR O XİDMƏTİ PALTAR ÜTÜLƏMƏ XİDMƏTİ Sadəcə yaxınlar üçün))Yad insanlarınkın istəmirəm.Sitat: denizim Aze, şalvar bidə kişi köynəyi ütüləməkdən də xoşun gəlir? Bəli çox sevirəm. Mənim üçün paltar ütüləndikdə daha gözəl görünür. Ütü çox vacibdir)) | |  | |  |  | 2 İyul 2010 23:35 | Qeydiyyat: 9.08.2008 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #27 Şərhin müəllifi: Moonlight | | | | | 
| Suzan Uşaqlıqdan bəri bir vərdişim var,yatmağa uzananda yuxuya gedənə kimi saçımı bururam,elə yuxuya gedirəm.Hər dəfə deyirəm bu dəfə saçıma dəymiyəcəm belə yataram,amma yenə de alinmir. zordu da toya zada gedende saatlarla parixmaxirda oturasi ilmayacaqsan.  Axsam sacivi bura bura yat seher her sey hazirdi. Zaraft 1 terefe bu menim gun uzler etdiyim 1 hereketdir | |  | |  |  | 2 İyul 2010 23:34 | Qeydiyyat: 31.05.2010 | Adı: •°•°•°•°•°•° | Ünvan: •°•°•°•°•°•° | |  |  |  |  |
| | | #26 Şərhin müəllifi: Design_89 | | | | | 
| Vogue Qəribə olsada,bu günə kimi tərgidə bilmədiyim vərdiş-göz şəkili çəkməkdi.Dəftərlərim gözlərlə bəzənir hər zaman :).Bu özümnən asılı deyil,dərslərdən yorulanda,artıq testləri etməyə gücüm qalmayanda,başlayıram göz çəkməyə :)
Bu verdish mendede var.Ushaqliqdan indiyene kimi.deyilene gore ozunu tenha hiss eden insanlar esasen insan shekli ve ya goz shekli cekirler.))
Hamsini maraqla oxudum.Her iki muellife tSK-ler edirem.Maraqli xeberdi | |  | |  |  | 2 İyul 2010 23:33 | Qeydiyyat: 14.06.2009 | Adı: Design | Ünvan: Azerbaijan | |  |  |  |  |
| | | #25 Şərhin müəllifi: denizim | | | | | 
| Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
--------------------
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin. | |  | |  |  | 2 İyul 2010 23:32 | Qeydiyyat: 1.08.2007 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| |
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
| |
|
|