|
|
|
| Hansı əraziden girirsiniz? |
|
|
|
| Mürəkkəb insanın sadə müsahibəsi | Mix.aZ həyatı | |
Bozqurd Tural, Azərbaycanın ən böyük milli portalının adminisən. Aznetdə Tural İsayev adı kifayət qədər məşhurdur. Düşünürəm ki, bu şöhrəti Sənə qazandıran admin kimi idarə etmək qabilliyyətin yox, məhz Tural nikiylə göndərdiyin bir-birindən maraqlı yazılar olub. Bəs real həyatında, ətrafında olan insanlar- ailən, qohumların, dostların virtualdakı Turalın yaradıcılığından xəbərdardırlarmı?
Tural Yox, mix.az haqda 3-4 il sonra evdəkilər bilib. Onlar sayt üzərindən əldə etdiyim nailiyyətlərə sevinmirlər. Onlar üçün mənim təhsilim hamısından önəmlidir. Ona görə də yazılarımı yaxınlarım oxumur. Bir dəfə anama oxutdum, kövrəldi, ondan sonra daha oxutmadım. Dayım oğlanları çatda oturur, qardaşım da ki qorxusundan şərh yazmır, birdən görərəm, deyərəm sən yenə internetdəsən?! Uşaq vaxtı imla-inşadan zəif qiymət alırdım deyə atam inanmır mən maraqlı nəsə yazam. :) Atam jurnalistdir. Bir dəfə dedim, ata sənin yazdığını çox adam oxuyur, yoxsa mənim? Güldü, dedi: əlbətdə sənin :) Hərdən atama deyirlər, bu Tural İsayev sənin oğlundur? :) İnşa yaza bilməyəndə deyirdi, 2 dənə cümləni yan-yana deyə bilmirsən... 2006-cı ildə 1 müddət bir jurnalda jurnalist işlədim. Atama jurnalist vəsiqəmi göstərəndə inanmamışdı. Sonra məqalələrimi gördü dedi halaldır sənə... Ona görə də mix.azda yazılar haqda hərdən atama deyirlər, çox sevinir. Bozqurd Heç nə vaxtsa düşünmüsən aznet Sənin yaradıcılığın üçün kiçik məkandır? Yaradıcılığını dünyayla paylaşmaq fikri keçib ağlından? Yeri gəlmişkən, ingiliscə və ya hansısa xarici dildə bilirsən? Tural Ingilis, rus, türk dillərini bilirəm, amma sayt yaradıcılıq üçün kiçik məkan deyil, elə böyük məkandır. Bu sayta görə o qədər yerlərdə adım hallanıb. Hətta "Daha sevgiyə inanmıram mən" şeirim Ülviyyə Vəliyeva tərəfindən bəstələnib və Azad Şabanov tərəfindən oxunub. Bunu sayta qoymuşuq. Həmin mahnının təqdimatında deyiləndə ki, "gənc şair Tural İsayev" sevincimdən uçmuşdum. *****
Bozqurd Mix.az saytındakı bütün userlər haqqında “kimdir o” rubrikası Sənin imzanla dərc olunur. “Kimdir onlar?”, bu suala biz zaman-zaman cavab tapırıq. İndi isə Tural İsayevin özünün cavab vermək vaxtıdır: Kimsən Sən? Tural Mən həyatda başqa, virtualda başqa olan biriyəm, mənim üçün əslində 2 dənə "kimdir o?" yazmaq olar. Mən həyatda bu qədər ciddi və kobud cavab verən biri deyiləm. Şən və zarafatcılam. Saytdaki Tural kimdir desəniz, özündənrazı, kobud, amma işini bilən bir admin deyərdim. Bozqurd Real həyatını bir az geniş təsvir edə bilərsən? Tural Çox şən və zarafatcıl biriyəm. İdmanı çox sevirəm. Həyatda aktiv, daim axtarışda olan insanam. Saytdakı kimi sevgi pessimisti deyiləm. İçimdə romantikanı və uşaqlığı gizlədən biriyəm. Uşaq vaxtı oyuncağım olmadığı üçün uşaqlıq yaşamadım, ona görə bəzən uşaq oluram. 22 yaşımdan sonra qazandığm pullara uşaq vaxtı mənim olmasını istədiyim bütün oyuncaqları aldım. Oynadım və uşaq kimi də sındırdım, qurdumu öldürdüm)) Hələ bəziləri durur. Amma bir dənə velosiped almadım… Onu da alsam arzum qalmaz deyə almıram. Qoy o məndə uşaqlıq həvəsi kimi qalsın. Dostarımla tez-tez bir yerdə oluram. Onlar nələr çəkir əlimdən)) O qədər prikola tuturam onları)) Leo bilər)) ***** Bozqurd Gün ərzində təxminən neçə saatını mix.az-da keçirirsən və mümkündürsə mix.az-dakı admin kimi gündəlik fəaliyyətinin qısa xronikasını bizimlə paylaşa bilərsən? Tural mix.az-a daxil olandan oranı tərk edən ana qədər nələr edir? Tural Ən az 10 saat, ən çox 20 saat oluram. Sayta girən kimi ilk işim gündəlik gələn 20-dən çox PM və çoxlu emaillərə cavab yazmaqdır. Sonra loglara baxıram redaktorlar nə edib. Daha sonar saytın fəaliyəti, bəzi mövzuları incələyirəm. Sonra 1 user seçib onun şərhlərini oxuyuram onu tanımaq üçün. Daha sonra mövzu hazırlayıram, əlbəttə, bu aralar PM-lər gəlməyə davam edir. Sonda zaman tapsam, yeni, amma digərlərindən fərqli bir mövzu yazmağa çalışıram. *****
Bozqurd Tural, mix.azlılar üçün ən aktual problem: Mix.az-ın serveri nə zaman düzələcək? Ümumiyyətlə, bütün mixazlılara maraqlıdır. Nədir problem? Niyə düzəlmir? Mix.az-ın serverinin düzəlməsi üçün bir admin olaraq indiyəcən hansı addımları atmısan? Niyə nəticə yoxdur? Varsa nə zaman olacaq? Tural Problemin əsas səbəbini biz də bilmirik, sadəcə userlərin çoxalması və onların olduqca böyük aktivliyi serverin buna dözməməsinə gətirib çıxardır. Müxtəlif yerlərə müraciət olunub. Həlli üçün müxtəlif detalları dəyişməli oluruq. Bu detalların sifarişi və gəlmə müddəti zaman alır.. Düzələcək hər şey. *****
Bozqurd Özünün ən çox bəyəndiyin yazıların hansılardır? Bəs ən zəif yazın hansı olub indiyəcən? Hə, bir də, Mənə maraqlıdır xəbərlərindəki bütün şərhləri oxuyursan, yoxsa daxili axtarış sistemi vasitəsi ilə yalnız “Tural” açar sözü yazılmış şərhləri oxuyursan? Tural Özüm yazdığım "maraqlı və məsləhətli" bölməsinə aid xəbərlərim. Bunları mövzu yazım deyə yazmıram. Başıma gələnlərdən yazıram. Real hisslər real həyatdır çoxu. Bütün şərhləri deyil, maraqlı olanları oxuyuram. "Sadəcə bax" və bu tip mənasız mövzularımı isə dəyərləndirmirəm, çünki bunlar sadəcə şəkil yığınağıdır, hansı ki, bunu bütün userlər edə bilər, o zaman hanı mənim fərqliliyim? Soruşsanız bəs onda niyə qoyursan bu mövzuları… çünki bu saytda ən çox baxılan mövzu da məhz odur. Hərdən şəkilləri gizli mövzu olaraq qoyuram, baxıram o şəkillərə baxmaq üçün neçə adam bugün qeydiyatdan keçdi. Siz inanmayacaqsınız, amma internetdə bir dəfə "sadəcə bax" yazıb axtarış edin… Baxın, nə qədər insan bu ad altında şəkillər qoyur saytına. Hətta sondakı 3 nöqtəni də eyni ilə qoyurlar. Yoxsa heç bir user belə ad qoymaz ki "sadəcə bax", əksinə hər kəs istəyər ki, mövzusunda yazsınlar, mənsə belə ad seçdim, amma yenə də mövzu adına qədər oğurlandı. *****
Bozqurd Tural, əvvəllər saytda 50.000-ci, 100.000-ci və s. yubiley rəqəmlə qeydiyyatdan keçənləri təltifləndirirdin. Növbəti hansısa yubiley rəqəmdə kimisə statusla mükafatlandırmaq gözlənilir, yoxsa sayta təzə userlər gəldikcə istifadə olunmayan niklər silindiyi üçün daha bu mərasim ləğv olunub birdəfəlik? Yeri gəlmişkən, mix.az ordusunun nə qədər əsgəri var hal-hazırda? Tural Əvvəllər mənə maraqlı idi 100 000 istifadəçi olsun və aznetdə rekord vuraq. İndi artıq bizim 200 000-ci userimiz də var. Amma keçən ay yenə sildik girməyən userləri. 100 000-i keçməyə qoymuruq. Çünki qeydiyat eləmək üçün nick tapmır millət :) Hamısı istifadə olunur. *****
Bozqurd İşgüzar bir sual. Mix.az portalının səhmlər paketi varmı? Yaradılması nəzərdə tutulurmu? Yəni sayta investisiya yatırmaqla mix.az-ın sahiblərindən birinə (qoy olsun, direktorlar kabinetinin bir üzvünə) çevrilmək mümkündürmü? Yoxsa kiçik də olsa heç bir səhm hissəsi satış üçün nəzərdə tutulmayıb? Tural Mix.az-a aid bütün huquqlar Nord Media şirkətinə aiddir. Kənar şəxslər şirkətin səhmlərinə sahib ola bilməzlər. *****
Bozqurd Redaktorlarına qonorar ödəyən ilk peşəkar əyləncə saytı kimi Aznetə damğa vurmağı düşünmüsən nə vaxtsa? Düzdür, hazırkı redaktorlar canla-başla və sevgi ilə xidmət edirlər mix.az-a, amma eyni zamanda öz maddi dolanışıqlarını təmin etmək üçün işləməyə məcburdurlar. Halbuki onlara əməkhaqqı ödənsəydi bütün zamanlarını sayta həsr edər, və beləcə sayt indikindən daha çox peşəkar və mükəmməl olardı. Təbii ki, redaktora əməkhaqqı ödəmək üçün saytın reklam gəlirləri də yüksək olmalıdır. Nə vaxtsa heç arzulamısan saytın gəlirləri o səviyyədə olsun ki, mix.az-ı Aznetin şablon əyləncə saytı formatından qopardıb dünya səviyyəli peşəkar bir sayt edəsən? Tural Bilirsiniz, insan işi ancaq sevə sevə edəndə gözəl edir. Məsələn, kiminsə pulunu gecikdirsək və ya pulla bağlı problem olsa qarşı tərəf anlamaz. Amma kimsə qarşılıq göstərmədən bunu edirsə demək ki, sevgi içindədir. Burdakı redaktorların da bir çox imtiyazları var: Mix.az-a aid bütün tədbirlərə pulsuz giriş. Və ya mix.aza aid hər hansı yerə müstəqil müdaxilə. Bundan başqa, onların virtual pul yığmağa ehtiyacları da olmur, çünki ehtiyac duyduqları an mən verirəm. Məncə, bu saytda çox insan redaktor olmaq istəyər- həm də qarşılıqsız. Amma indiki redaktorların yerini verən kimsə yoxdur. Onlar mükəmməldirlər. *****
Bozqurd Mix.az-ın dizaynı və strukturu barədə nə düşünürsən? Yaxın gələcəkdə ən müasir sayt quruluşlarını tətbiq etmək perspektivi varmı? Düzdür, belədə əksəriyyəti dial-up`la girən userlərimiz üçün sayta daxil olmada gecikmələr yarana bilər, amma məncə, mix.az müasir struktura sahib olarsa, bu həm də mix.azlıların ADSL-ə keçməsi üçün bir stimul olar. Tural
Əlbəttə, hələ çox şeylər olacaq. Bozqurd Məsələn, nə olacaq, nəyi dəyişməyi düşünürsən?
Tural Yeni dizayn və yeni struktur var, sadəcə indi başımız serverdəki problemə qarışıb. *****
Bozqurd Tez-tez şəkillərdə gitara ilə görünürsən. Gitarada həqiqətən hansısa mahnı dınqıldada bilirsən, yoxsa bu yalnız qızların yanında reytinq qazanmaq naminə atılmış addımdır? :)
Tural Gitaranı uşaqlıqdan sevirəm. Təhsilimə ayırdığım zamana görə gitaraya gedə bilmədim. Həvəskar kimi öyrəndim. 1-2 şey dınqıldadıram, əsas odur bəyənirlər :) Bozqurd Qızlar demişkən, Tural, niyə hələ subaysan? "Daha sevgiyə inanmırsan Sən"? :) Tural Qız tapa bilməmişəm… İndi qız problemdir. :( Bozqurd Mövzuya girmişkən, bir sual da verim şəxsi həyatına aid. Əvvəllər sayta reklam qoymaq üçün Səninlə əlaqə saxlamaq gərəkirdi. Buna görə də banerlərdə Sənin nömrən olurdu həmişə. Səmimi cavab ver: bu 4 ildə həmin nömrəyə "səhvən" düşən qızların sayı nə qədər olub təxminən? Tural O qədər qız olub ki )))) Tanış olmaq üçün o qədər zəng olub, hətta elə metodlar seçirlər ki, bəzən qızların bu professionallığına heyran oluram… Yeri gəlmişkən, indi də elə mən cavab verirəm o nömrəyə :) Bozqurd Son cümləni nə yaman həvəslə qeyd etdin. Canın yanmasın, deyəsən hələ də “posledniy i reşitelniy zvonok”u gözləyirsən, hə? Tural Yox daha heç kim zəng eləməsin. Yorulmuşam... *****
Bozqurd Mix.azlılar nədən razı, nədən narazıdırlar, zaman-zaman öz fikirlərini bildirirlər. Bəs admin necə? Mix.az-da nədən razı, nədən narazıdır?
Tural Hə şey superdir, mənə dözürlərsə quzu kəsərəm hamısına. *****
Bozqurd Bildiyimə görə, tac.az saytının da admini olmusan, bundan başqa sevek.biz saytında da adminsən. Başqa hansısa saytlarda işləmisənmi? Sualımın məğzi isə fərqlidir. Səncə, mix.az aznetin digər saytlardan hansı özəllikləri ilə seçilir? Biz hansı xüsusiyyətimizə görə hər kəsə nümunəyik? Tural Hə, 12-yə yaxın saytda admin olmuşam. Azərcellin bəzi saytlarının admini olmuşam, jurnalın saytının admini olmuşam. Bir çox populyar saytlar mənim adımadır. Indi də adımda 38 sayt var. Amma mix.az başqadır. Burda adam öz evindəki kimi olur, desək də, gülsək də, dava eləsək də, məncə, biz çox mehriban ailəyik. *****
Bozqurd Bildiyimə görə, mix.az-da dərc olunan bəzən hansısa xəbər Azərbaycanın hakim dairələrində etirazla qarşılandığı üçün silinib. Konkret say deyə bilməzsən bu hal neçə dəfə olub? Tural O qədər mövzular olub ki, silməli olmuşuq. Məncə, bizim heç o mövzuları qoymağımız düzgün deyil. Biz əyləncə saytıyıq… *****
Bozqurd Mix.aza görə ən dəyərli təşəkkürü kimdən və nə zaman almısan? Bəs təhdid olunmusanmı hansısa xəbərə və ya mix.az-dakı hansısa sözə görə? Tural Mix.aza görə çox təşəkkür almışam. Xüsusilədə kiməsə etdiyimiz yardımlara görə. Mövzulara görə bəzən olur. Onları da başa düşürəm… Özləri haqda bu tip xəbərin yayımlanmasını istəmirlər. Təhdid Natavan haqda olmuşdu… Efirdə dedilər, mənimlə telefon danışığını da efirdə verdilər. Amma sonra Natavan üzr istəmişdi. Bozqurd Bir az açıq izah elə də bunu. Tural Natavanın verlişinin efirə çıxmadan öncəki videosunu Rusi sayta qoymuşdu. Mənə zəng elədilər, dedim xəbərim yoxdur, sonra baxaram sayta, dedilər bəs niyə belə edirsiniz… Dedim biz sayta göndərilənlərə görə məsuliyyət daşımırıq, kim yayıb ona de. Onlar da efirdə bunu verdilər, yaxınlarım xəbər etdilər məni bu barədə. Sonra Natavanın hansısa oğlanla problemi haqda mövzu qoymuşduq sayta, zəng elədi ki, onu götür saytdan, dedim götürmürəm mənim o vaxtı danışığımı verlişində efirə vermişdin. Dedi mən eləməmişəm, mən sadəcə aparıcı idim... *****
Bozqurd Userlərə status verərkən şəxsi münasibətlər neçə faiz rol oynayır? Maksimum səmimi cavab gözləyirəm Səndən. Şəxsi münasibət deyərkən, heç də təkcə dostbazlığı, tanışbazlığı nəzərdə tutmuram. Məsələn, bilirəm ki, doğma qardaşın mix.az-da adi istifadəçidir. Sualımın məğzi budur ki, statusu verərkən userin şəxsi xarakteri hansısa əhəmiyyət daşıyır, yoxsa status sırf onun mix.azdakı fəaliyyətinə görə verilir? Məsələn, kobud desək, özündən zəhlən gedən, amma kifayət qədər aktiv userlərə yuxarı status vermisən nə vaxtsa? Tural 3-4 user üçün güzəşt olunub. Amma qalanlarını tanımıram. Layiq olduqlarına görə də status alıblar. Məsələn, mənim saytdakı redaktorlarla heç bir real tanışlığım yoxdur. Sadəcə party ve xeyriyyədə görürəm. "Hər yuxarı statusda olanları sevirəm" deyə bir qayda yoxdur. Sevmədiyim userlər var, amma bax statusu yüksəkdir. Adını çəkinmədən yazada bilərəm amma nikini yazsam həmin adam deyəcək, götür statusu heç lazım da deyil... *****
Bozqurd Bayaq mix.az redaktorlarının əvəzsiz olmasından və heç bir maddi şərt olmadan onların fədakarcasına zəhmətindən danışdın. Tamamilə qatılıram bu fikirlərinə. Bəs Sən özün necə, mix.az-dakı fəaliyyətindən razısanmı? Müsəlman olaraq yatdığın, ateist olaraq oyandığın gecələrin birində heç öz-özünə demisənmi ki, "Tural, yox, bugün səndə adminlik alınmadı, sən tamamilə haqsız idin..." Və ya heç olubmu deyəsən, "affərin Tural, bugünkü kimi adminliyi səndən başqa dünyada heç kim bacarmazdı"? Tural Ooooo əlbəttə… Hər verdiyim qərarda haqlı deyiləm mən. Öncələr də belə bir cümlə yazmışdım, amma userlər anlamamışdı. Mən qərar verərkən kimin haqlı olduğundan daha çox kimin necə user olduğuna baxıram. Məsələn, bir oğru evində sakit otursa amma həmin an küçədə oğurluq olsa, dərhal onu da çağırırlar ki, artıq sənin səhifənə düşüb ki, sən oğrusan… Mənim də dosyalarımda müsbət insanları daim müdafiə edirəm. Məsələn, Splendid_Girl ilə kimsə mübahisə etsə bilirəm ki, bu qız dava bazdır)) Amma məsələn, kimsəylə Tarkanfan mübahisə etsə mən Tarkanfan haqsız olsa belə onu müdafiə edərəm. Əlbəttə, bu haqsızlıqdır, amma mənim prinsipim budur. Hərdən olduqca çox kobud oluram. Bəzən elə söz yazıram ki, düşünürəm ayda bunu mənə desəydilər mənə pis təsir edərdi, mən niyə başqasına deyirəm? Yenə də haqsız olduğum durumlar az deyil. İdeal biri deyiləm. *****
Bozqurd Həyatım`ın “mix.azlılar” xəbərində qeyd etmisən ki, evləndikdən sonra adminlikdən gedəcəksən. Bu fikrin ciddi və qətidir? Tural Düşünürəm ki, hə. Hansı qız icazə verər yoldaşı mixaz-da admin olsun)) *****
Bozqurd Tural, sıravi userlərə maraqlıdır adminin kompüteri. Mümkündürsə, öz bilgisayarının şəklini çəkib bizə göstərə bilərsən? Tural Buyur, bu da şəkil:
 *****
Bozqurd Mix.azlılara son sözün?
Tural Bir gün hər kəsi yığıb bir adaya getmək istəyərdim. Arxanızca nə qədər danışsalar da, fikir verməyin, çünki siz arxaya çevriləndə onlar hamısı SUSACAQLAR! Odur ki, həyatınızı ən gözəl yaşayın və hər zaman ananız üçün dua edin. *****
Bozqurd Səmimi müsahibə üçün təşəkkür edirəm.
Tural Dəyməz. Mən də təşəkkür edirəm.
P.S. Turalla dialoqların birində saytda daimi brilliant user olmadığını onun nəzərinə çatdırdım və mix.az-da ən çox sevilən bir xanıma "bu statusu hədiyyə etmək olmazmı?" soruşdum. O isə tələsməməyi məsləhət gördü. Həmin xanıma bu hədiyyəni bağışlamaq arqumentlərimdən biri də bu idi ki, o ailə qurduqdan sonra belə öz sadiq mix.azlılığını qoruyub saxlayıb. Tural isə bu arqumentə kifayət qədər prikol cavab verdi: Əgər buna görə ona brilliant versək, bax sonra bütün qızlar ərə gedəcəklər ki, Tural, bizi brilliant elə.
Təşəkkür edənlər: (72) Dj KaMiL, AMERICANA, ayshan, Dr_Zara, Just Why, you belong with me, Bobo55, _MILANoooRE_, denizim, ForeveR_SweeT, Catgirl93, _stilyawka_, NaNi416, Nikolka, E-S-P-I-O-N-N-E-R-A, Dandoline, Sharli, ZDENKO, cim-bomlu, semichka_supu, Rozalina, MeLeYiNiZ, MylaLuna, _KUKOLKA_, Psix_x, BRIDA, lucky22, Miss_Light, Nur_Ay, JoKEY, Markiza, Half_spirit, NUTSHELL, TELEBE QIZ, Gabriel, so_lonely, _Bonus_93_, TARKANFAN, Hafsa, turka9, Diji, Whatever Happens, Eleqant700, Resad-9, Acidil, Owen, zaur16, __Jale__, Rena, VeLi_DRD, Heyatim, lacrima723, Kagit_evler, NifreteNifret, Manson_9, yarpaq_dolmasi, Lady_Kapriz, Kida.167, jalefm, ASHKSIZ_PRENS, ilashka bqu, Londra, miw_ulya, TaMeLLa_HoST, emerald, Solida, cako17, sadece gunka, miss she, Damla_87, _Jasmin_, siren |  | |  |  | |
| Baxış sayı: 4608 Şərhlər (105) Müəllif : Bozqurd 13 Avqust 2010 14:31 | |  |  |  |  |
| |
 | #75 Şərhin müəllifi: Eleqant | | | | | 
| Sossuz ki Bozqurdun bele verecek suallarini ondan gozleyerdim,yeni her bir sual oz yeri, cergesi ve maraq yarada bilen idi.cox sag ol Tural haqqinda men cox wey yaza bilerem. Werhlerine fikir vermiwem. bir kelme yazacam amma.... Tural yuksek seviyye,yuksek mentiq,kifayet geder savadli,dunya goruwu,hormet bilen,insanlari taniyan,qarwindaki insanlara qarwi nece olmasini bilen, insandir.( bir neche weyi geyd etmedim) Mix azda menim hormet etdiyim ve bele deyekde xetrini bir qardaw kimi cox istediyim bir insandir.bunu ona qarwi hech vaxt bildirmemiwem.Chunki kenarda bezi bow beyinli insanlar bunu bawqa cur giymetlendirirler. Men Turalin mene qarwi munasibetini bilmirem,amma onu da deyim ki hedden cox hormetler edib mene.Her ikinize tewekkur edirem
--------------------
Hər varlı xoşbəxt, hər kasıb bədbəxt deyil! | |  | |  |  | 9 İyul 2010 22:21 | Qeydiyyat: 20.08.2008 | Adı: - | Ünvan: -- | |  |  |  |  |
| |  | |  |  | 9 İyul 2010 21:46 | Qeydiyyat: 1.02.2009 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #73 Şərhin müəllifi: Diji | | | | | 
| Maraqlı müsahibə idi. Ənnnn çox bəyəndiyim bu oldu:
Uşaq vaxtı oyuncağım olmadığı üçün uşaqlıq yaşamadım, ona görə bəzən uşaq oluram. 22 yaşımdan sonra qazandığm pullara uşaq vaxtı mənim olmasını istədiyim bütün oyuncaqları aldım. | |  | |  |  | 9 İyul 2010 21:42 | Qeydiyyat: 3.11.2009 | Adı: -- | Ünvan: Finlandiya | |  |  |  |  |
| | | #72 Şərhin müəllifi: TARKANFAN | | | | | 
| Sitat: Bozqurd Nə əcəb bu xəbəri başa düşdün? Aa, neye namekat eleyirsen bildim . Sen cani yadima salma o xeberi)). Indi burdaki suallara bax, ordaki yaziya bax, dehshet idi)). Senin kimi yazi qabiliyyeti olan birine o cur primitiv yazi hec yarashmadi)). | |  | |  |  | 9 İyul 2010 21:39 | Qeydiyyat: 18.11.2007 | Adı: Samira | Ünvan: Novaya Zemlya | |  |  |  |  |
| | | #71 Şərhin müəllifi: NeSTLe | | | | | 
| super....sullar da cavablarda....Bozqurd,əla fikirləşmisən..Tural,o nə masadır belə?? | |  | |  |  | 9 İyul 2010 21:35 | Qeydiyyat: 9.05.2009 | Adı: Turkaaa | Ünvan: Qax | |  |  |  |  |
| | | #70 Şərhin müəllifi: Hafsa | | | | | 
| sade birinden sade müsahabe. çok güzeldi. teşekkür ederim.bozkurt ,sende güzel hazırlamışsın...
--------------------
- Bir gün məndən soruşsalar hansı rəqəm olmaq istərdin? - 'Sıfır' olmaq istərdim. Nə kimsəyə vurulum, nə də kimsədən bölünüm. Nə kimsənin üzərinə gəlinim. Nədə kimsədən çıxılım. Qoy 1 sənin yanında yazılım. (Tural İ)
| |  | |  |  | 9 İyul 2010 21:31 | Qeydiyyat: 19.02.2010 | Adı: -- | Ünvan: Türkiye | |  |  |  |  |
| | | #69 Şərhin müəllifi: TARKANFAN | | | | | 
| Oxudum evvelden sonacan)). Desem ki, Tarkanla, MJ-le, Britneyle ve s. sevdiyim mugennilerle musahibe bu qeder maraqli olmamishdi, yalan olmaz))). Tam semimi deyirem, suallar da super, cavablar da. Oguz, bravo sene).
Amma məsələn, kimsəylə Tarkanfan mübahisə etsə mən Tarkanfan haqsız olsa belə onu müdafiə edərəm. Teshekkur edirem). | |  | |  |  | 9 İyul 2010 21:08 | Qeydiyyat: 18.11.2007 | Adı: Samira | Ünvan: Novaya Zemlya | |  |  |  |  |
| | | #68 Şərhin müəllifi: ALIK893 | | | | | 
| SEKILDE 1 ZIBIL VEDRESI ESKIKDIR.  | |  | |  |  | 9 İyul 2010 20:15 | Qeydiyyat: -- | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #67 Şərhin müəllifi: _Bonus_ | | | | | 
| Sona kimi oxudum. Həqiqətən mənə həzz verdi. Həm suallar, həm də cavablar.)) | |  | |  |  | 9 İyul 2010 19:44 | Qeydiyyat: 9.03.2008 | Adı: Kazım | Ünvan: Bakı, Azərbaycan | |  |  |  |  |
| | | #66 Şərhin müəllifi: Resad-9 | | | | | 
| Oğuz, sən bu boyda müsahibəni şəxsi ismarıcla, özü də saytın o vəziyyətində eləmisən? 8|...
--------------------
| |  | |  |  | 9 İyul 2010 19:14 | Qeydiyyat: 28.06.2007 | Adı: Rəşad | Ünvan: -- | |  |  |  |  |
| | | #65 Şərhin müəllifi: TELEBE QIZ | | | | | 
| MARAQLI MWSAHIBEDI TURALIN BEZI CAVABLARINA COX GWLDWM, YENEDE COX MARAQLIDI HE BRSHEYDESUAL ALTINDA QALDIKI TURAL OZ QARDASHINI NIYE QOYMUR INTERNETE GIRMEYE? | |  | |  |  | 9 İyul 2010 19:02 | Qeydiyyat: 15.08.2009 | Adı: TELEBE QIZ | Ünvan: BAKI | |  |  |  |  |
| | | #64 Şərhin müəllifi: ShimariIiIik | | | | | 
| Musahibe heqiqeten maraqli alinib.Birde o ateistin cavabi neyiydi?Tapan oldu onu? | |  | |  |  | 9 İyul 2010 18:41 | Qeydiyyat: 29.05.2010 | Adı: mmmm | Ünvan: CeNneT Mehellesi | |  |  |  |  |
| | | #63 Şərhin müəllifi: Nur_Ay | | | | | 
| Maraqlı suallar və cavablar. Təşəkkür | |  | |  |  | 9 İyul 2010 18:40 | Qeydiyyat: 2.04.2010 | Adı: Nur_Ay | Ünvan: Bakı-m... | |  |  |  |  |
| | | #62 Şərhin müəllifi: Miss_Skazochka | | | | | 
| Çünki qeydiyat eləmək üçün nick tapmır millət :) bu yaxınlarda bir nəfər dedi mənə 3 gündü saytda qeydiyyat ola bilmirəm nə nik yazıram hamısı istifadə olunur hətta eşşək belə yazdım ki yəqin bu nik boş olar amma o nik də istifadə olunur=))indi ətraflı oxuya bilmədim axsam davamını oxuyacam
--------------------
|Женщину надо любить так, чтобы ей и в голову не пришло,что кто-то другой может любить её ещё сильнее. | | |  | |  |  | 9 İyul 2010 18:33 | Qeydiyyat: 14.02.2008 | Adı: Miss | Ünvan: www.Mix.Az | |  |  |  |  |
| | | #61 Şərhin müəllifi: guneslinec678 | | | | | 
| Oxudum amma Suallari Yox Cavablari . Cox sagol Xebere Gore , emeye Hormet | |  | |  |  | 9 İyul 2010 18:25 | Qeydiyyat: 17.01.2010 | Adı: Zeynal | Ünvan: Gunesli | |  |  |  |  |
| | | #60 Şərhin müəllifi: MarkizaM | | | | | 
| nə yazım ?.....
--------------------
"Yaxşı əhval-ruhiyyə" xəstəliyinə tutulmuşam. Xəstəxanaya getməyəcəm! Qoy insanlar yoluxsunlar. | |  | |  |  | 9 İyul 2010 18:23 | Qeydiyyat: 31.03.2008 | Adı: Markiza | Ünvan: Baki | |  |  |  |  |
| | | #59 Şərhin müəllifi: JoKEY | | | | | 
| Musahibeye gore saol.. Komp stoldaki miwkalar mirtdi  | |  | |  |  | 9 İyul 2010 18:19 | Qeydiyyat: 16.01.2010 | Adı: JoKeY | Ünvan: все равно не знаете)) | |  |  |  |  |
| | | #58 Şərhin müəllifi: Miss_Light | | | | | 
| Maraqli semimi musahibe alinib oxudum axira qeder | |  | |  |  | 9 İyul 2010 17:29 | Qeydiyyat: 6.10.2007 | Adı: MissLight | Ünvan: ___Baki___ | |  |  |  |  |
| | | #57 Şərhin müəllifi: MaYoR | | | | | 
| Sitat: XeTaI Kaş ki real həyatda da özünü sadə aparmağı bacarsa, tək mənfi cəhəti budur | |  | |  |  | 9 İyul 2010 17:16 | Qeydiyyat: 24.06.2006 | Adı: Dövlət sirri | Ünvan: Baku, Azerbaijan | |  |  |  |  |
| | | #56 Şərhin müəllifi: Rozalina | | | | | 
| Hm, maraqli fikirler var idi.
--------------------
ЕТОМ МИРЕ СЧАСТЬЛИВ ЕСЛИ ТЫ МУСУЛМАН!!!
(¯`*•.¸♥ALLAH♥¸.•*´¯)
| |  | |  |  | 9 İyul 2010 17:04 | Qeydiyyat: 28.01.2010 | Adı: Rozalina | Ünvan: Baku | |  |  |  |  |
| | | #55 Şərhin müəllifi: Mix_az_li | | | | | 
| O qeder dogru ve semimiyyet icinde bir yalan tez goze capir...
Teshekkurler musahibe alana da, musahibe verene de.Sitat: ayshan ama platiniumu hec kime vermeyin admin bey..dehwet paxilligim tutar,mix.den bele kusub gede bilerem ama mene de verseniz o zaman problem yoxdu=) Deyirem ruh ekizimsen de ;) | |  | |  |  | 9 İyul 2010 16:58 | Qeydiyyat: 11.09.2008 | Adı: Unknown | Ünvan: Unknown | |  |  |  |  |
| | | #54 Şərhin müəllifi: Lady_Nejnost | | | | | 
| Turalı kifayət qədər tanıyıram. Yenədə oxudum təşəkkür | |  | |  |  | 9 İyul 2010 16:56 | Qeydiyyat: 31.07.2008 | Adı: ------------------------- | Ünvan: -- | |  |  |  |  |
| | | #53 Şərhin müəllifi: lucky22 | | | | | 
| werhlerden oxuyram, hamiya ele cavablar verib yerinde otuzduruki herden paxilliq edirrem :) | |  | |  |  | 9 İyul 2010 16:25 | Qeydiyyat: 12.02.2009 | Adı: Lucky | Ünvan: Canim Azerbaycanim | |  |  |  |  |
| | | #52 Şərhin müəllifi: Shevchenko_Ali | | | | | 
| Sitat: Bozqurd Demirəm aaa kimsə çat edir, sadəcə burnuma çat iyi gəlir. 
--------------------
Euro 2012 - status və pul qazanmaq şansı: Tezliklə... | |  | |  |  | 9 İyul 2010 16:22 | Qeydiyyat: 12.10.2008 | Adı: Auuu | Ünvan: Baki | |  |  |  |  |
| | | #51 Şərhin müəllifi: _SKARPIONA_ | | | | | 
| Sitat: Bozqurd Demirəm aaa kimsə çat edir, sadəcə burnuma çat iyi gəlir. İldə ayda bir namaz,onu da, şeytan qoymaz. (bitdi) | |  | |  |  | 9 İyul 2010 16:21 | Qeydiyyat: 28.08.2009 | Adı: Skarpi. | Ünvan: Bura Azərbaycandır | |  |  |  |  |
| | | #50 Şərhin müəllifi: ayshan | | | | | 
| Sitat: _SKARPIONA_ Admin kimi o qızların sevimlisidir,onun tək sevimli isə sənsən.Bu hər şeyə dəyər hec bu terefin fikirlewmemiwdim=)duz deyirsen ama yenede ehtiyatli olmaq lazimdir=) vse izvinyayus za chat cixdim men xeberin muellifine de,admine de tewekkur bir daha
--------------------
| |  | |  |  | 9 İyul 2010 16:21 | Qeydiyyat: 27.06.2008 | Adı: AHLI_SHIA_FATIMA♡ | Ünvan: Yer kuresi,Azerbaycan,Baki, Tooofiq ANS :))) | |  |  |  |  |
| | | #49 Şərhin müəllifi: _SKARPIONA_ | | | | | 
| Sitat: ayshan problem hell olunmadimen ona inanarame ama qizlara inamim yoxdur..ona inanmasam onunla olmaram yeqinki..men cox qisqancam,onu da kimlese boluwecek qeder ureyim geniw deyil=)ve duwunsek ki o da admin kimi qizlarin sevimlisidir senin kimi duwunen insan da qisqanar Qızlar nə istəsə etsin.Admin kimi o qızların sevimlisidir,onun tək sevimli isə sənsən.Bu hər şeyə dəyər.  | |  | |  |  | 9 İyul 2010 16:19 | Qeydiyyat: 28.08.2009 | Adı: Skarpi. | Ünvan: Bura Azərbaycandır | |  |  |  |  |
| | | #48 Şərhin müəllifi: ayshan | | | | | 
| Sitat: _SKARPIONA_ amma əsas qarşındakı insandır.Əgər sən ona inanırsansa,anlamalısan ki bu onu işidir və o,ona gələn bütün qısqanclığa səbəb olan zənglərə qırmızı düyməni basmaqla cavab verəcək.Problem həll olundu. problem hell olunmadi men ona inanarame ama qizlara inamim yoxdur..ona inanmasam onunla olmaram yeqinki..men cox qisqancam,onu da kimlese boluwecek qeder ureyim geniw deyil=)ve duwunsek ki o da admin kimi qizlarin sevimlisidir senin kimi duwunen insan da qisqanar Sitat: denizim platinum səndə olacaq, İnşaallah, buna inanıram :)), amma hiç bi zaman gitme nooolur, ben naparım sensiz tek başıma buralarda ?? mene vermirlerse hec kime vermesinler, o zaman no problem=)) canim menim,harada getsem gelib senle pmlewerem=))) (guya oldu mix,den getmek=)))
--------------------
| |  | |  |  | 9 İyul 2010 16:16 | Qeydiyyat: 27.06.2008 | Adı: AHLI_SHIA_FATIMA♡ | Ünvan: Yer kuresi,Azerbaycan,Baki, Tooofiq ANS :))) | |  |  |  |  |
| | | #47 Şərhin müəllifi: nurgul9 | | | | | 
| Qeribedi-semimiliyi hiss etmek olur) Ananiza olan sevginizden dolayi size aferin.. Allah ananizi size cox gormesin. Amin.
Istediyiniz her xeyirli ugura catacaginiz umidi il=) | |  | |  |  | 9 İyul 2010 16:09 | Qeydiyyat: 29.11.2008 | Adı: nurgul | Ünvan: Sunrise_sunsite. | |  |  |  |  |
| | | #46 Şərhin müəllifi: denizim | | | | | 
| Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
--------------------
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin. | |  | |  |  | 9 İyul 2010 16:08 | Qeydiyyat: 1.08.2007 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| |
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
| |
|
|