|
|
|
| Hansi universitetdə oxuyursunuz? |
|
|
|
| "Mix.az"lıların tərgidə bilmədikləri vərdişləri... | Mix.aZ həyatı | |
ZDENKO Hər gecə yatmamışdan qabaq saçımı hardasa 20 dəqiqə daramağım və hər yerə gecikməyim :)
Moren Tez-tez saata baxmaq :).Bekarçılıq olan kimi saata baxıram bilmirım niyə :)
_Bonus_93_ 1.Səhər şirin çay içdikdən sonra mütləq üstündən su içirəm :) 2.Axırıncı dəfə nə vaxt Tv söndürdüyüm yadıma gəlmir:) 3.Anamdan soruşdum dedi ki,beyninə bir şey düşdüsə bizim belimiz qırılır :).Yəni qısaca zəliyəm :) 4.Saçımı daramıram :).Düzdü saçlarımı adətən külək darayır :).Amma yenə də. 5.Bəzi şeylər var ki,onlara toxunulmasını belə sevmirəm.Məsələn:mənim kitablarım.
AYGUN YK Boş-boş gülməyimdir.Hər dəqiqə,hər saniyə heç nə olmasada gülürəm :)
POLKOVNIK Tərgidə bilmədiyim-siqaret.
Rena İndiyə qədər tərgidə bilmədiyim vərdişim çoxdur.Onlardan bəzilərini açıqlayacam.Hamıya tez inanıram və tez tırkaya gedənəm.Bu vərdişimə görə hamı məndən narazılıq bildirir.Birdə tərgitmədiyim və ən sevdiyim vərdişim hirslənəndə nəyəsə təpik vurub qırmalıyam uşaqlıqdan bu vərdiş məndə var istəsəmdə tərgidə bilmirəm.Birdə gecələr vərdiş halına gələn öz otağımda birdə həyatdə işığı yanılı qoymağımdır.Uşaqlıqdan işıqda yatdığım üçün artıq bu vərdişidə tərgitmək mümkün deyil.Birdə yatanda yastığı qucaqlayıb yatıram.Ən sevdiyim vərdişim :)
Break Tərgidə bilmədiyim bir tək vərdişim var.Siqaret çəkməyi tərgidə bilməmişəm,amma tərgitməyə cəhd etməyə cəhd edirəm :)
Shevchenko_Ali Yox tərgitmək istədiyim vərdişim yoxdur,zamanla hamısı yox olur :).Amma dəyişmək istədiyim bir xasiyyətim var.
turka9 Deməli mənim vərdişim budur ki,evdən çıxanda mütləq qolumda nəsə olmaldıır.Yoxsa özümü narahat hiss edirəm.Hə birdə heç kimin mənim yanımda xiyar yeməsinə dözə bilmirəm.Səsi gəlir e "xırt" deyə.O zaman dəlirirəm :)
Vogue Qəribə olsada,bu günə kimi tərgidə bilmədiyim vərdiş-göz şəkili çəkməkdi.Dəftərlərim gözlərlə bəzənir hər zaman :).Bu özümnən asılı deyil,dərslərdən yorulanda,artıq testləri etməyə gücüm qalmayanda,başlayıram göz çəkməyə :)
Acidil 1.Çox sual verməyimi tərgidə bilmirəm. 2.Kimsə,mənə bir hadisə danışır,qurtaran kimi ancaq bunu deyirəm-"pa,de sən öl və yaxud de özüm ölüm" 3.Kimsə,mənə bir gülməli hadisə danışır,gülən kimi qarşımdakına özümdən asılı olmayaraq bir sillə vururam həmişə.
Miss_Light Əlbətdə var-netə girməyi tərgitmək istəyirəm,ən pis vərdişim budur.
Nifret Qəlyan və Nifrət.
FeMeNiSTKa Əslində bir deyil bir neçədi.Amma əsas olan qaranlıqdan qorxduğum üçün mütləq gecə yatanda gözümü yummamış işığı söndürmürəm.Demək olar ki,lampa işığında yatmaq məndə vərdiş halını alıb.Yəni otağın işığını söndürəndə,mütləq otaqda başqa işıq yanmalıdı.Sonra nə qədər də tələssəm,hətta harasa gedəndə 2saat əvvəl desələr də hazırlaşmağı,yenə də gecikirəm.Bu əslində məsuliyyətsizlik deyil.Və düşünürəm ki,qadınların əksəriyyətində var.
Catgirl93 İndiyə qədər tərgidə bilmədiyim vərdiş-çolkamla,saçlarımla oynamaqdı.
Ayshan Bu günə kimi tərgidə bilmədiyim vərdişim saçlarımla oynamağımdır.Uşaq vaxtından bu vərdiş məndə var.Balaca olanda yatmırdım gərək kiminsə saçıyla oynayardım sonra yatardımşBu işdə də hədəfim atam olurdu.Saçını sığallaya-sığallaya yuxu tuturdu mıni.İndi atamın saçı bir az tökülüb,mənə deyir ki,sən tökdün saçlarımı.Keçib böyümüşəm,amma yenə də əllərimi saçımdan çəkə bilmirəm.Baxmayaraq kı,anam da çox irad tutur mənə,bacım əsəbləşir ki,oynama saçlarınla,amma bu vərdiş deyəsən həmişə mənimlə olacaq.
Ledi-Vamp Tərgidə bilmədiyim bir vərdiş var odakı pioninamın qapağını örtməməkdir.Həmişə məşq edəndən sonra açıq saxlayıram :)
AMERICANA Ən pis,ən murdar,ən zəhləm gedən vərdişim barmaqlarımı cıq-cıq etməkdir,amma tərgidə bilmirəm.
Suzan Uşaqlıqdan bəri bir vərdişim var,yatmağa uzananda yuxuya gedənə kimi saçımı bururam,elə yuxuya gedirəm.Hər dəfə deyirəm bu dəfə saçıma dəymiyəcəm belə yataram,amma yenə de alinmir.
Beqi Düzünü desəm elə 1 vərdişim yoxdur.Amma barmaqlarımı tez-tez qırıram.Onu eləyəndə sanki bütün cismimdəki yorğunluq çıxır rahatlayıram.Dərs oxuyanda ayaq üstə oxuyuram oturub oxuya bilmirəm heç cürə,bu qədər.
Qul İndiyənə kimi tərgidə bilmədiyim vərdişim məktəb dövründən qələmlərin baş hissəsinə olan xüsusi nifrətimdir ki,bütün hər yerdə onları sındırıram.Buna görə məndən çox inciyən olsada bu işdən xüsusi zövq aldığıma görə indi məni başa düşürlər.Xususi qeyd edim ki,ən təhlükəli addımlar olaraq məktəb direktoru,institut dekanı və bələdiyyə sədrinin,Azerbaycanın Rusiyadakı konsulunun qələmlərini başsız qoymuşam :)
SEBISHKA_YK Tez əsəbləşməyim.Dəhşət tez əsəbləşirəm,əsəbləşəndədə gül ağzım açılır bağlanmaq bilmir.Əlimin altında nə olsa sındaracam və yaxud tullayacam və yaxud kompyuterlə oynayanda əsəbləşəndə,kompyuterin mişkasını cirpacam :.)Tərgidə bilmirəm :)
Chrysalis 1 pis vərdişim var.Əslində bilirəm pisdi,amma tərgidə bilmirəm.Uşaqlıqdan dırnağımın kənarının ətlərini qopardıram.Onun üstündə danlanmışam da,amma yenə də xeyiri yoxdu.Əsas da əsəbləşəndə elə edirəm.Bir neçə müddətdir də çox gözəl bir vərdişim yaranıb.Hər gecə onun şəkilinə baxıb,dəli kimi danışıb yatmaq :).Uje bu da məndə vərdişə çevrilib.
Sladkaya Mənim həyatım boyu tərgidə bilmədiyim vərdiş odur ki,bir insanı çox istəyirəmsə ömrüm boyu o insanı unuda bilmirəm məni atsada,mənə pislik etsədə,nifrət etsədə,neynəsədə,amma mən kimliyindən asılı olmuyaraq,o,insanı içimdə həmişə yaşadıram.Unuda bilmirəm istər padruqa olsun,istər sevgili olsun,istərsədə kim olur olsun.Mənnən gəlib səhvi üçün üzür istəsədə qəbul edib barışmaram.Amma içimdə onu çox sevərəm,birdə çox kinli olmağım mənim üçün pis vərdişdi.
Bozqurd Konkret olaraq tərgidə bilmədiyim vərdişim yoxdur.İstənilən vərdişi tərgidəcək qədər iradəm var.
_REQANA_ Çox vərdişlərim var ki, tərgidə bilmirəm.Onlardan biri dınağımı yeməyim,əsəbi və narahatlıq keçirəndə özüm də bilmədən görürəm ki,dırnaqlarım ağzımdadır.Heç cürə bu vərdişdən uzaqlaşa bilmirəm.Daha sonra metroda eynəklə oturmağım,utancaq olduğum üçün istəmirəm qarşımdakı insanın baxışlarından narahatçılıq keçirim deyənə eynəklə metroda otururam.İmkanım olsa qışda da bunu edərəm,sadəcə gülüş obyekti olmamaq üçün istifadə etmirəm.Ən pis vərdişlərim budur.
LiVinG_DeaD Tərgitməməyi tərgidə bilməmişəm :)
PIFAQOR Tərgidə bilmədiyim vərdişlərim çox səbirsizəm,tez küsəyənəm,bir az da tərsliyim var.Vərdiş deməzdim hardasa bu xasiyyətdi.Ən çox,amma tərgidə bilmədiyim deyingənliyimdir.
Dj KaMiL İndiyə qədər məndə yığılan bütün əsəbləri bir anda silmək üçün kimisə öldürmək, şoşkalamaq hissi var içimdə :) Bu hissi neçə ildi ata bilmirəm içimdən.Allah özü axırın xeyir eləsin :).Birdə tərgidə bilmədiyim siqaretdir sözsüz ki,indiyə qədər nəinki araq,heç pivə belə içməyən mən,siqaretə necə öyrəşdim bilmirəm,bunu da tərgidə bilsəydim əla olardı.
-SAW- _stilyawka_-nı msn-də görməyəndə başımı divara vururam :).Bax bunu tərgidə bilsəm yaxşı olar,amma olmur :)
Dr.Genetik Məni narahat edən vərdişlərim yoxdur.Yəni bu vərdişimi mütləq tərgitməliyəm dediyim vərdişim yoxdur.Ancaq bəzi vərdişlərimi tərgitsəm yaxşı olar.Tərgitmək istədiyim vərdiş imtahanlarıma hazırlaşarkən yalnız axırıncı gün oxumağım, hazırlaşmağımdan ibarətdir.Yəni imtahan olunacaq gün gecə oxuyuram.Digər tərgitmək istədiyim vərdişim isə bəzən evdən gec çıxmağıma mane olur.Belə ki,evdən çıxmaq istədiyimdə yenidən otağıma qayıdıram,nəyisə yadımdan çıxar deyə.Bu hal bəzən 2-3 dəfə təkrarlanır.
Resad-9 Uşaq vaxtından nəyinsə altından keçə bilmirəm.Hər halda uşaq vaxtı hamıya deyilib: "Onun altından keçmə,boyun balacaq qalar".Bu cümlənin hansı məntiqə əsasən deyildiyi çox maraqlıdır.Düzdür,boyum uzanıb,hətta normaldan artıq uzanıb,amma bir gün boyum balaca qalacaq qorxusuyla yaşayıram.
NifreteNifret Qeybət qırmaq.
mix_lady Barmağımı şıqqıldatmaq.
Brunet666 Telefonla çox danişmağı tərgidə bilmirəm :)
yagmurlar_ Facebooka və odnoklassnikə girmək.
Mr_Anderson Zarafatcılam.Bu xasiyyətimi tərgitmək istəyirəm.Hər nə qədər yaşa dolsamda hər sözə hər hərkətə ciddi tərəfdən yanaşmaq istəyirəm.Bu yoldada addımlayıram.Qoy bundan sonra qarşımdakı zarafat etsin.
GANESA Dieta saxlamaq mənim tərgidə bilmədiyim vərdişimdir:(
Nermishka_DRD 1.Çox istədiyim adamları çimdikləməyi xoşlayıram :).Yanımda sakit dayana bilməzlər :).Tərgitmək istəsəm də bacarmıram 2.Məni doğulandan nənəm saxlayıb7 il.Sonra mamam məni öz evimizə gətirəndə çox pis olmuşdum.Məni nənəmdən ayıra bilmirdilər.Nənəm də mənə dedi ki,hər şənbə-bazar gələrsən,hər gün də düz 10 dəfə zəng eləyərsən danışarıq.Həmin gündən 13 il keçib,amma indi də hər şənbə-bazar nənəmgilə gedirəm.Və hər gün düz 10 dəfə zəng eləyirəm.Zarafat deyil,ciddi sözümdü.Hə özü də uşaqlıqdan tərgidə bilmədiyim bir şey də var,orda olanda nənəm və babamın rahatlıgını pozuram :).Aralarında yatıram. 3.Universitetə hazırlaşandan bəri tərgidə bilmədiyim bir şey qaldı - səhər tezdən 4-5də durmaq.Budilnikə ehtiyac olmur.Özüm həmin vaxtlar avtomatik dururam. 4. "Yox" ən sevimli sözümdü.Sevimli deyəndə ki,ən çox işlətdiyim.Onu da tərgitmək istərdim.
beautiful_liar Anamın dediyinə görə körpə ikən çimdikləməyi çox sevirmişəm.Səni yanımda yatırdanda sənin çimdiklərinə şirin yuxumdan oyanardım deyirdi :).Gülməlidi,amma özümdən asılı olmadan indi də əlimə yumşaq bir qol keçəndə bir də baxıram ki yazığı çimdikləyirəm :)
Eleqant700 İndiyə qədər tərgidə bilmədiyim hər gün bu gün vse son qoyacam qurtardı,atacam deyib,amma edə bilmədiyim-siqaretdir.Bu gün səhərdə demişdim vse çəkməyəcəm,amma uje 5-ni çəkmişəm :)
Just Why İndiyənə qədər tərgidə bilmədiyim vərdişim əksər vaxtlarda gecikməyimdir.Dərslər istisna olmaqla,çox vaxt tədbirlərə gecikmişəm.Minimum 5-10 dəqiqə gecikməyim mütləqdir :)
Hafsa Su ve yükseklik fobim var.Hala bu fobimi yenemedim.Uyumadan önce bir bardak suyu illa odaya getirmek ve dua etmek.
girl_in_love_x Mənim 2 tərgidə bilmədiyim vərdişim var.Biri həddindən artiq vas-vası olmağımdir.Müəyyən bir yeməyı yeməmişdən qabaq onun butun sanitar qaydalara uyğun bir şəraitdə hazırlanmasını görməsəm yeyə bilmərəm :).İkincisi isə həyat yoldaşımın mobil telefonunu qurdalamaq.Telefon əlimə düşən kimi girmədiyim yer qalmır :)
LiLAmoooR Vərdişlər çoxdur,amma hal-hazırda yadıma bir vərdişim gəldi mənə əsas olan bir vərdiş.Bir yerə gedəndə,hazırlaşanda və evə qayıdan kimi ayaqları yumaq istər qış olsun istər yay,ayaqlarımı soyuq su ilə yumasam elə bil rahatlıq tapmıram :)
semichka_supu 1.Dırnağımı,daha doğrusu qırağındakı dəriləri yeyirəm.Bunu zaman-zaman tərgitsəm də bir dəfəlik tərgidə bilmirəm. 2.Gecələr yata bilməmək vərdişi.3 ildir ki,gecələr normal yata bilmirəm.İndi bilmirəm buna xəstəlik deyim vərdiş deyim,amma mütamadi hala çevrildiyi üçün vərdiş hesab edirəm.
yarpaq_dolmasi İndiyə qədər bir vərdişi tərgidə billmirəm mix.az dan basqa sayta girə bilmirəm.
_MILANoooRE_ Hardasa 3-4 il bundan əvvəl kökəldiyimi düşünürdüm.Tv-də eşitmişdimki sadəcə yürüş arıqlamağa xeyirlidi.Məndə hər gün çölə çıxıb yürüş edə bilməyəcəyimə görə nauşniki qulağıma taxıb evdə gəzintiyə başlamışdım.Sonra effekti oldu,arıqladım amma məndə vərdiş olaraq qaldı.Çünki gündə yalan olmasın 2 saat yarım 3 saata yaxın evdə musiqiyə qulaq asa-asa gəzməliyəm.Hətta evə dərsdən yorğun gəlsəm belə bunu edirəm.
TARKANFAN 4-5 yaşımdan bu yana tərgidə bilmədiyim bir vərdişim var,o da ki,saçımın ucundan tutub,fırlada-fırlada gətirirəm dibinə kimi :).Bir sözlə,saçımı burdurmağa ehtiyac yoxdur.Bu vərdişimlə saçım özü buruq vəziyyətdə olur :).Sonra bir dəli vərdişim də var idi ki, o da mənə böyük problem yaşada bilərdi,amma şükür,çox çəkmədən tərgitdim.Demək,tez-tez bir gözümü yumurdum,sanki göz vururam.İctimai yerlərdə də bu vərdişi özümdən asılı olmayaraq edirdim.Yani bir adama baxsaydım o məqamda,elə biləcəkdi ona göz vururam.Amma bu vərdişdən qurtulmuşam.Bir vərdişim də var,o da ki,əlimin üstündəki sümükləri çənəmlə oynatmaqdir.Xoşum gəlir sümüklərin "şıqqıltısı" :)
Unfaithful Indiyə kimi tərgidə bilmədiyim vərdişim yoxdur Bir şeyi tərgidmək istəyirəmsə,onuda edirəm.Sadəcə özüm üçün deyil bu xüsusiyyətim,həyatdada beləyəm.Qabağıma bir məqsəd qoymuşamsa,onu həyata keçirməyə çalışıram.Əlimdən gələni ardıma qoymuram.
ROMINA_21 Bu vaxta kimi tərgidə bilmədiyim xasiyyət ayağımı tərpədirəm :).Mənim yanımda oturan adam elə bilir zəlzələ baş verir :)
jurnalist_pero Təgidə bilmədiyim vərdiş yoxdur.Çünki heç birini tərgitmək üçün cəhd etməmişəm hələ.Ola bilsin siqareti tərgitməkdə çətinlik çəkim,amma onu da tərgidə bilərəm.
Markiza Qəribə olsada mən yatanda başımı balışa deyil,kravatdan aşagı sallayıb yatıram.Bunu mənə tərgitmək üçün kravatımın yanına stul qoyublar ki, başım dəysin ayılım.Heç də təsiri olmayıb.Yuxulu-yuxulu o stulu çəkib yenidən elə yatmağa davam edirəm.
Aze_girl 1.Bu artıq məndə vərdiş halını alıb.İstər həftənin sonu,istərsədə həftənin iş günləri olsun mən hər gün saat 6da yuxudan dururam.Bunun üçün saat qurmağa ehtiyac yoxdur,avtomatik olaraq tam saat 06.00-da mən oyanıram :).Hətta gecəni çox gec yatsamda yenə öz vaxtımda oyanıram.Sadəcə elə olduğu halda gün boyu çox yorğun oluram.Hal-hazırda məzuniyyətdə olduğum üçün saat 6-da dursamda çalışıram ki,yenidən yatım.Ancaq bu vərdişim dəyişməz olaraq qalır. 2.Maşına oturanda mütləq ilk özümə baxacağam.Sürücülük vəsiqəsi alanda imtahan zamanı sənin nə etdiyinə xüsusi diqqət edilir.Maşın güzgüsünü düzəltmək əsas və ən birinci şərtlərdən biridir.Çox zaman qızlar bunu imtahan verən zaman unudurlar.Mən isə unutmamışdım.Güzgünü unutmamaqda səbəb isə harda oluramsa olum ilk özümə baxmağımla əlaqədar idi.Elə o anda yadıma düşdü ki, güzünü düzəltmək axı ən böyük şərtlərdən biridir :) 3.Hər gün mütləq 1 saat qaçıram.Bu artıq məndə vərdiş halını alıb.İstər qış olsun,istər yay vaxtı mütləq hər gün qaçmalıyam əks halda özümü çox kefsiz hiss edirəm. 4.Yemək yediyim zaman yanında mütləq su olmalıdır. Əks halda yeməyi heç cür yeyə bilmərəm.Hətta sulu yeməklərdə belə su olmasa qətiyən yeyə bilmərəm. 5.Mənim anamın fikrincə iki pis bir vərdişim var:-Birincisi həddindən artıq çox paltar alıram.Hansısa paltar mağazasına girdimsə mütləq ordan nəsə alıb çıxacağam.Bu artıq vərdiş halını alıb.Anam həmişə deyir ki, bizim bütün ailənin paltarlarını birləşdirsək,sənin paltarların qədər edər.Sənin gözün doymur ki,doymur :)-İkincisi mən paltarları ütüləməyi həddindən artıq çox sevirəm.Bir paltar ütüləməkdən deyil, həddindən artıq çox paltar ütüləməkdən xoşum gəlir.Əgər mən paltar ütüləyəcəyəmsə mütləq evdəkilərin baş beynini aparacağam ki, ütülənəsi paltarınız yoxdur?Hər kəsdən mütləq nəsə alacağam, əgər yoxdursa bütün paltarlarımı tökəcəyəm saatlarla ütüləyəcəyəm.Bilmirəm nədəndir bu xüsusiyyət məndə ancaq həddən artıq çox paltar ütüləmək məndə vərdiş halını alıb.
ASI_GIRL Cavab:-Xeyr yoxdur.Ümumiyyətlə iradəli insanların tərgidə bilmədiyi heç bir şey yoxdur.Çox iradəliyəm.Bu mövzuda özümə tam güvənirəm.Ona görə belə vərdişim yoxdur :)
TATULYA Uşaqlıqda bir vərdişim olub ki,yuxuya keçənə kimi gərək atam mütləq başımı sıgğllıyaydı,yoxsa yatmazdım,nu deməzdim indiyə kimi bu vərdişim davam edir,amma indinin ozundə də atamın ya anamın əli başımı sığallasın,srazu yuxuya keçirəm.Vot tak,no uje böyüdükcə vərdişlərimdə azalib :)
E.C.N Tərgidə bilmədiyim vərdişim yoxdur.
Splendid_Girl Tərgidə bilmədiyim,hər yerə gecikməyim :(.Bu məndən aslı deyil.Lap 1 saat,3 saat tez tərpənsəm,dursam belə, mütləq gecikməliyəm sanki.Hər gecə Kəlmeyi Şəhadətimi deməmiş yuxuya gedə bilmirəm,sanki nəsə çatmır,yuxu aparmır.Artıq 5-6 yaşımdan hər gecə deyib yatıram,vərdişdir.Məncə çox gözəl vərdişdir.Evdən çıxanda mütləq özümə əl gəzdirməliyəm,ətir,yüngül kosmtika,saçım qaydada deyilsə,tələssəm belə mütləq gərək fen vurub,özümü qaydaya salım :).Digər vərdişim əksər hallarda utananda üzüm gülür :).Bu məndən aslı deyil.Nə qədər tərgitmək istəsəm də,tərgidə bilmirəm.
Financer_001 Evdən çıxacağım anda çox diqqətsiz oluram.Hər dəfə fikirləşirəm ki,bu dəfə 100% lazım olanların hamsını götürmüşəm.Amma hər dəfə ya telefon,ya pul qabım,ya açar.Nəsə yaddan çıxmalıdır mütləq.Ən qorxulusu isə evin açarının evdə qalmasıdır ki,bu da dəfələrlə başıma fəlakətlər gətirib.
Whatever Happens Çox qəribə vərdiş yaranıb mən də.Yanvar ayından bəri hər tezdən duranda H.O.S.Tun “ÜMİD” mahnısını dinləyib sonra yataqdan qalxıram.Artıq 6 aydır ki,bu belədir.
denizim Barmaqlarımı çıqqıldadıram :).Başqa nə deyirlər ona?-bilmirəm mən :)
kissed_a_girl İnternet...Elə bir vərdişim yoxdur ki,məni narahat eləsin.Ən əsası internetdir.Bir də ki,lap uşaq vaxtımdan futbola baxıram.Bunlardır ən əsas vərdişlərim.
ForeveR_SweeT İndiyə qədər tərgidə bilmədiyim vərdişim kiminsə ayaqqabılarını geyinməyimdi(təbii ki,xanım ayaqqabısından söhbət gedir :)).Bizə kim gəlirsə peşman olur ayaqqabılarını soyunmağə :).Mütləq geyinib 1 kuruq gəzməliyəm :).Birdə uşaqlıqdan indiyə kimi tərgidə bilmədiyim vərdişim-bekar olan kimi qarderobumda nə qədər paltar varsa,hamısını geyinib,güzgüdə baxib soyunuram :).Bir şeyi unutmuşdum,bu mendə uşaqlıqdan var,hara gedirəmsə gedim,yemək yeyiləndən sonra orda mütləq qabaları özüm yumalıyam :).Yoxsa əl çəkən deyiləm :)
_stilyawka_ Evdə bekar olan kimi dəli kimi otaqda otağın bu başından o biri başına qədər gedib - gəlirəm və fikrimdə nəyisə fikirləşə - fikirləşə.Dəli kimi də elə bil həmin insan yanımdadır danışıram :).Nə vaxtdandır istəyirəm tərgidim,əvvəlcədən nəyisə beynimdə xəyal etmiyəcəm deyirəm ama tərgidə bilmirəm.Uşaqlıqdan bir vərdişim də var əsəbləşən kimi dodağımdan heyfini çıxıram, dişdək – dişdək edib,arada ətimi belə qopartmışam :(.İndi də arada olur.Oturub nəyəsə baxanda eləcə əlimdə işim olmayanda dodağımın dərisini qopardıram :).Ən çox istərdim bunu tərgidim,amma yadımda çıxır həmin vaxt ki,etməməyi demişdim özümə.Bir vərdişim də var-Hər dəfə evdən çıxanda elə bilirəm nəsə yaddan çıxıb,ya qapını bağlamaq,ya güzgüm ya da digər nəsə bir şey.Hər dəfə də bu fikir ağlıma gələndə sonra görürəm ki,doğurdan da nəyisə unutmuşam.
Tural
Mən dərs oxuyanda mütləq otağı o tərəf bu tərəfə gəzə gəzə oxumalıyam.
P.S-Bu xəbərin ərsəyə gəlməsində etdiyi köməkliyə görə _stilyawka_-ya təşəkkürümü bildirirəm!
Təşəkkür edənlər: (67) LiLAmoooR, turka9, Splendid_Girl, Bozqurd, Just Why, Psix_x, POLKOVNIK, Mr.Ekskluziv, ROMINA_21, ZDENKO, Dj KaMiL, ayshan, Eleqant700, denizim, Catgirl93, Design_89, chrysalis, MeLeYiNiZ, Heyatim, InTeX, AMERICANA, _REQANA_, TATULYA, Dr_Zara, Shevchenko_Ali, PIFAQOR, _Bonus_93_, rafo087, Markiza, Miss_Light, .:: Desert Rose ::., Resad-9, Mayta, FIRST_LADY..., SEBISHKA_YK, Acidil, TARKANFAN, asya_lonely-, _stilyawka_, UltrAslan, Rozalina, menim_heyatim, E.C.N, JAVI, Dandoline, beautiful_liar, you belong with me, Nikolka, zaur16, Hekim qiz 777, Friend00, AYGUN YK, Rena, flaqman, Kagit_evler, emerald, Dr.Genetik, __Jale__, whisper, FeMeNiSTKa, Vogue, Nur_Ay, Bobo55, _Smart_, lacrima723, Fira94, _Kukolka_ |  | |  |  | |
| Baxış sayı: 2914 Şərhlər (114) Müəllif : ForeveR_SweeT 2 İyul 2010 23:00 | |  |  |  |  |
| |
 | #84 Şərhin müəllifi: JAVI | | | | | 
| Oyda bezi userlerin verdishlerine ne qeder gulmushem....
Burda yazim da mende verdishlerimi: Mende-barmaqlarimi ciriq ciriq edirem:),tez esebleshirem ve esebleshendede nese ozume qesd elemek isteyirem(delilikdi bilirem:)(inciyendede cixib gedirem(ha,calishiram,incikliyimi buruze vermeyim,alinmir uzumde yazilir)tez-tez olur).Hemde incidiyim insanin uzune baxa bilmirem,menle danishsa bele.Saymamazliq deyil,sadece onun yerine ozum utaniram ki,niye bele hereket edib,ya soz deyib.Yemek yeyenden sonra,boshqabi corekle temiz siyriram(bilirem ki,ictimayi yerde elemek olmaz,mamam demishken,ele bilecekler ki,doymamisan,yada yoxdu yemeye hecne:))sadece ozumden sonra istemirem 1shey qalsin,artigim:).Mende de var bu verdish ki,ders oxuyanda otagi o teref bu terefe geze geze oxuyuram,hemde saatla(vaxt qoyuram).Kitabim hemishe aciq veziyyetde qalir.Net son vaxtlar verdishimdi(fb ve mix.az) Balaca vaxti olanda,sacimin 1ucunu agzima salirdim(terqitdim),qolumu opurdum,daha dogrusu sovururdum(terqitdim),yadima gelir mamamin qolundan cox opurdum,deqiqe bir,Vallah(yadimda deyil uje,amma terqitmishem)Universitetde ders zamani hemishe guzgu qarshimda olmali idi,muellimden asli olmayaraq,gizlincede olsa(son 2ayda terqitdim)...Mence bu en gozel verdishdi:Her gece yatmamishdan qabaq nostalji,hezin muzikalara naushnikde qulaq asa-asa goye baxiram(menden olsa,dushurem ashagi peshkom gezerem,ondan sonra yataram)...bu qeder,yadima saldiqca yazacam.... | |  | |  |  | 3 İyul 2010 02:39 | Qeydiyyat: 6.04.2008 | Adı: JAVA | Ünvan: -- | |  |  |  |  |
| | | #83 Şərhin müəllifi: Mr_Anderson | | | | | 
| Sitat: _stilyawka_ əlkə xəstədir gözü ona görə açqi taxıb? QIJIlar. Əzizim gün eynəyi taxanlarında hamısını söz atmırlarki...Məsələn mən bilirem ki Reqanaya kim güldən artıq söz desə metronu saxlatdırıb onu eşşək sudan gələcən döyər)... Bəzi nüanslarda düz deyirsən amma
--------------------
İndiana Pacers 2-3 Miami Heat
| |  | |  |  | 3 İyul 2010 02:00 | Qeydiyyat: 8.05.2007 | Adı: Emhyr var Emreis-Mr_Anderson | Ünvan: To Miami....back to Cleveland | |  |  |  |  |
| | | #82 Şərhin müəllifi: MeNDeN_YoXDuR | | | | | 
|
Daha sonra metroda eynəklə oturmağım,utancaq olduğum üçün istəmirəm qarşımdakı insanın baxışlarından narahatçılıq keçirim deyənə eynəklə metroda otururam.İmkanım olsa qışda da bunu edərəm,sadəcə gülüş obyekti olmamaq üçün istifadə etmirəm.
Mənim başım çıxmır da insanlar buna niyə gülür? Bəlkə birinin gözündən vurublar? Bəlkə xəstədir gözü ona görə açqi taxıb? QIJIlar.
--------------------
Изменяла…Изменяю…И буду Изменять… свою жизнь в лучшую сторону!=)
| |  | |  |  | 3 İyul 2010 01:54 | Qeydiyyat: 12.02.2008 | Adı: Fairy | Ünvan: Pərilər məkanı | |  |  |  |  |
| | | #81 Şərhin müəllifi: Eleqant | | | | | 
| Sitat: menim_heyatim bir adama baglananda onu unuda bilmirem!!!Gece yatanda dua oxumasam yata bilmirem...Gece aglamasam yata bilmirem!!!! aydindi demek dermanlar komek etmeyib Size=) el qolunu baglain bir bawa Mawtaqa terefe=)
--------------------
Hər varlı xoşbəxt, hər kasıb bədbəxt deyil! | |  | |  |  | 3 İyul 2010 01:42 | Qeydiyyat: 20.08.2008 | Adı: - | Ünvan: -- | |  |  |  |  |
| | | #80 Şərhin müəllifi: menim_heyatim | | | | | 
| Verdiwim-bir adama baglananda onu unuda bilmirem!!!Gece yatanda dua oxumasam yata bilmirem...Gece aglamasam yata bilmirem!!!!  | |  | |  |  | 3 İyul 2010 01:39 | Qeydiyyat: 10.05.2010 | Adı: СяМа...))) | Ünvan: Baku,Xile | |  |  |  |  |
| | | #79 Şərhin müəllifi: Just Why | | | | | 
| Sitat: _REQANA_ Mənə sataşma futbola baxıram. Onsuz balet elədiklərin deyil, qara eynəyi taxa bilərsən ))) Əsas sabah çıxartmağı unutma | |  | |  |  | 3 İyul 2010 01:38 | Qeydiyyat: 24.12.2009 | Adı: Könül | Ünvan: London, UK | |  |  |  |  |
| | | #78 Şərhin müəllifi: Rozalina | | | | | 
| Ay allaaaaa ne wirin verdiwlerdi e
--------------------
ЕТОМ МИРЕ СЧАСТЬЛИВ ЕСЛИ ТЫ МУСУЛМАН!!!
(¯`*•.¸♥ALLAH♥¸.•*´¯)
| |  | |  |  | 3 İyul 2010 01:37 | Qeydiyyat: 28.01.2010 | Adı: Rozalina | Ünvan: Baku | |  |  |  |  |
| | | #77 Şərhin müəllifi: JAVI | | | | | 
| Oyda,Stil menede yazmishdi,demek Forever_Sweeten xeberi idi...Qizlar meni unutmadiginiz ucun Teshekkur edirem. Yazacaqdimmm indi hamisini oxuyacam bir bir))maraqlidi dogrudan...belke menim verdishlerimde kimdesede var) | |  | |  |  | 3 İyul 2010 01:35 | Qeydiyyat: 6.04.2008 | Adı: JAVA | Ünvan: -- | |  |  |  |  |
| | | #76 Şərhin müəllifi: Just Why | | | | | 
| Markiza Qəribə olsada mən yatanda başımı balışa deyil,kravatdan aşagı sallayıb yatıram.Bunu mənə tərgitmək üçün kravatımın yanına stul qoyublar ki, başım dəysin ayılım.Heç də təsiri olmayıb.Yuxulu-yuxulu o stulu çəkib yenidən elə yatmağa davam edirəm. Markiza yuxudan oyanandan sonra başın ağrımır? )) | |  | |  |  | 3 İyul 2010 01:29 | Qeydiyyat: 24.12.2009 | Adı: Könül | Ünvan: London, UK | |  |  |  |  |
| | | #75 Şərhin müəllifi: UltrAslan | | | | | 
| Yada Düşdüyüm Üçün Çox Sağolun =) | |  | |  |  | 3 İyul 2010 01:27 | Qeydiyyat: 3.05.2009 | Adı: Ümidsiz Bir Gənc ... =( | Ünvan: Mənim Qaranlığım ... | |  |  |  |  |
| | | #74 Şərhin müəllifi: _REQANA_ | | | | | 
| Sitat: Just Why Reqi səni bir anlıq elə təsəvvür etdim: Metroda qara eynəkdə, ciddi durmusan. Agent_007 Mənə sataşma futbola baxıram.
--------------------
Biz arzu ediləndən ən çox arzu etməyə aşiqik! | |  | |  |  | 3 İyul 2010 01:26 | Qeydiyyat: 5.09.2008 | Adı: _REQANA_ | Ünvan: ölkəm-AZƏRBAYCAN,paytaxtım-BAKI... | |  |  |  |  |
| | | #73 Şərhin müəllifi: Mr_Anderson | | | | | 
| Daha sonra metroda eynəklə oturmağım,utancaq olduğum üçün istəmirəm qarşımdakı insanın baxışlarından narahatçılıq keçirim deyənə eynəklə metroda otururam. Yanınızda gün yenə hardan çıxıb e deyənlər çox olar onda)
--------------------
İndiana Pacers 2-3 Miami Heat
| |  | |  |  | 3 İyul 2010 01:26 | Qeydiyyat: 8.05.2007 | Adı: Emhyr var Emreis-Mr_Anderson | Ünvan: To Miami....back to Cleveland | |  |  |  |  |
| | | #72 Şərhin müəllifi: MeNDeN_YoXDuR | | | | | 
|
Samış, sənin vərdişindən məndə də var göz vurmaq))) ama tərgitmişəm, daha öncələr əsəbləşirdim o vərdişimdən. Qul-un vərdişi maraqlı gəldi mənə, qələmlərə olan sevgisi Narmişkanın hər gün nənəsinə 10 dəfə zəng etməyi. Azenin paltar ütüləməyi, yəni onu da sevən varmı xəbərim yox idi.
--------------------
Изменяла…Изменяю…И буду Изменять… свою жизнь в лучшую сторону!=)
| |  | |  |  | 3 İyul 2010 01:24 | Qeydiyyat: 12.02.2008 | Adı: Fairy | Ünvan: Pərilər məkanı | |  |  |  |  |
| | | #71 Şərhin müəllifi: Just Why | | | | | 
| Ledi-Vamp Tərgidə bilmədiyim bir vərdiş var odakı pioninamın qapağını örtməməkdir.Həmişə məşq edəndən sonra açıq saxlayıram :) Vamka səni bacımın yanına aparmaq lazımdır ))) Onun hər dəfə evdə piano çaldıqdan sonra qapağını örtmək vəzifəsinə mən baxıram _REQANA_ Daha sonra metroda eynəklə oturmağım, Reqi səni bir anlıq elə təsəvvür etdim: Metroda qara eynəkdə, ciddi durmusan. Agent_007 NifreteNifret Qeybət qırmaq. Həmişəki kimi seçilirsən TARKANFAN Demək,tez-tez bir gözümü yumurdum,sanki göz vururam.İctimai yerlərdə də bu vərdişi özümdən asılı olmayaraq edirdim.Yani bir adama baxsaydım o məqamda,elə biləcəkdi ona göz vururam. Məhəllə filmində Yaşar Nuri kimi | |  | |  |  | 3 İyul 2010 01:20 | Qeydiyyat: 24.12.2009 | Adı: Könül | Ünvan: London, UK | |  |  |  |  |
| | | #70 Şərhin müəllifi: Mr_Anderson | | | | | 
| Sitat: TARKANFAN vaxsey qulağım batdı ki xanım bir az yavaşda...gərək yatanları oyadasız...çox pis vərdişlərim var idi...iki ildi tərgidə bilmirdim...ad günümdə dedim ki tərgidəcəm artıq bir neçə gündü etmirem...görümdə iradəlm hara qədər dözəcək)
--------------------
İndiana Pacers 2-3 Miami Heat
| |  | |  |  | 3 İyul 2010 01:17 | Qeydiyyat: 8.05.2007 | Adı: Emhyr var Emreis-Mr_Anderson | Ünvan: To Miami....back to Cleveland | |  |  |  |  |
| | | #69 Şərhin müəllifi: MeNDeN_YoXDuR | | | | | 
|
Tural
Mən dərs oxuyanda mütləq otağı o tərəf bu tərəfə gəzə gəzə oxumalıyam.
Aydaaa mən də belə oxuyurameee, kitab əlimdə otağın bu başından o başına. Yadımdan çıxıb qeyd etməmişəm. Heç vaxt oturaq vəziyyətdə yadıma gəlmirdə dərs oxuduğum.
--------------------
Изменяла…Изменяю…И буду Изменять… свою жизнь в лучшую сторону!=)
| |  | |  |  | 3 İyul 2010 01:15 | Qeydiyyat: 12.02.2008 | Adı: Fairy | Ünvan: Pərilər məkanı | |  |  |  |  |
| | | #68 Şərhin müəllifi: TARKANFAN | | | | | 
| Suzan Uşaqlıqdan bəri bir vərdişim var,yatmağa uzananda yuxuya gedənə kimi saçımı bururam,elə yuxuya gedirəm.Hər dəfə deyirəm bu dəfə saçıma dəymiyəcəm belə yataram,amma yenə de alinmir. Pochti mene yaxin)). Hele de tergide bilmirem e bu sachimi burmagimi))). | |  | |  |  | 3 İyul 2010 01:14 | Qeydiyyat: 18.11.2007 | Adı: Samira | Ünvan: Novaya Zemlya | |  |  |  |  |
| | | #67 Şərhin müəllifi: .:: Desert Rose ::. | | | | | 
| Dr_Zara, Axırıcı dəfə nə vaxt çörək aldığım yadıma gəlmir misal üçün dedim də yəni çantasız heç yaxına da gedə bilmərəm. | |  | |  |  | 3 İyul 2010 01:08 | Qeydiyyat: 27.03.2010 | Adı: GüLTəN | Ünvan: AZƏRBAYCANIN adının gözəl səsləndiyi hər yer... | |  |  |  |  |
| | | #66 Şərhin müəllifi: TARKANFAN | | | | | 
| P.S-Bu xəbərin ərsəyə gəlməsində etdiyi köməkliyə görə _stilyawka_-ya təşəkkürümü bildirirəm! Aydaa, evvelce xebere baxdim, dedim vaxsey, men sehven Stile gondermishem cavablari))). Sonra ozumu gordum burda, dedi deyesen duz gondermishem). P.S. yerini oxuyanda, chatdi her shey))).
Sitat: TATULYA bu goz vurmagi nece edirleree? niye mende alinmir, bir neche defe prob etmishem,ujas... eliyende ele bil paralij vurub meni:) (iraq olsun)
 Ele mene de onu deyirdiler e))). Deyirdiler ki, paralic vuranlara oxshayirsan:))).
Stil ve Forever Sweet, her ikinize de teshekkurler bu xeberde mene de yer ayirdiginiz uchun. | |  | |  |  | 3 İyul 2010 01:06 | Qeydiyyat: 18.11.2007 | Adı: Samira | Ünvan: Novaya Zemlya | |  |  |  |  |
| |  | |  |  | 3 İyul 2010 00:49 | Qeydiyyat: 8.01.2010 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #64 Şərhin müəllifi: hosted_man | | | | | 
| aaa bu sualı mənə stilyaşka Xanım göndərməmişdi axı? Yoxsa,mən yuxuluyam.Yenə də bir user var onu görmədim.Təşəkkür edənlər arasında TATULYA ilə Shevchenko_Ali arasında gizlənib o user.Niyə unudullar e Səni?
--------------------
Özüm xəstə ola-ola,başqalarına yaxşı psixoloq oldum... | |  | |  |  | 3 İyul 2010 00:45 | Qeydiyyat: 11.07.2009 | Adı: Hosted | Ünvan: Host Qalaktikası | |  |  |  |  |
| | | #63 Şərhin müəllifi: Moren | | | | | 
| Tural neçənci sinifdə oxuyursan? | |  | |  |  | 3 İyul 2010 00:44 | Qeydiyyat: 20.02.2009 | Adı: Zaur | Ünvan: Memphis | |  |  |  |  |
| | | #62 Şərhin müəllifi: Viva forever | | | | | 
| hamsini oxudum maraqli idi tewekkurler | |  | |  |  | 3 İyul 2010 00:43 | Qeydiyyat: 23.06.2009 | Adı: _____Viva Forever_______ | Ünvan: _______Beautiful Baku______ | |  |  |  |  |
| | | #61 Şərhin müəllifi: Dr_Zara | | | | | 
| Sitat: .:: Desert Rose ::. lap nəsə almaq üçün yaxına da getsəm çantasız gedə bilmərəm Çörək almağa da çanta ilə gedirsən? | |  | |  |  | 3 İyul 2010 00:37 | Qeydiyyat: 8.01.2010 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #60 Şərhin müəllifi: .:: Desert Rose ::. | | | | | 
| Hmm əksəriyyətinin maraqlı vərdişləri var imiş...Mənim də tərgidə bilmədiyim vərdişlərim var :1.2 saat əvvəlcədən hazırlaşsam da mütləq gedəcəyim yerə gecikirəm, ən çox da dərsə.2.Gecə yatmamışdan əvvəl mütləq su içməliyəm, istəsəm də, istəməsəm də, su içmədən yata bilmərəm.3.Mütləq yatmazdan əvvəl evin, balkonun qapısının bağlı olduğuna, birdə qazın bağlı olduğuna baxmasam, yata bilmərəm.4.Öldür məni gündüz dərs oxuya bilmirəm, gece11-dən başlayıb 3-ə, 4-ə kimi oxuyuram.5.Bir də, çantasız evdən çıxa bilmərəm, lap nəsə almaq üçün yaxına da getsəm çantasız gedə bilmərəm.Amma qarşıma məqsəd qoysam yəqin ki, tərgidərəm.Xəbərə görə müəllifə təşəkkürlər. | |  | |  |  | 3 İyul 2010 00:34 | Qeydiyyat: 27.03.2010 | Adı: GüLTəN | Ünvan: AZƏRBAYCANIN adının gözəl səsləndiyi hər yer... | |  |  |  |  |
| | | #59 Şərhin müəllifi: DoReMiFaa | | | | | 
| Oxudum Maraqlı idi )
Tural
Mən dərs oxuyanda mütləq otağı o tərəf bu tərəfə gəzə gəzə oxumalıyam.
Məndə eləyəm Birdə görürəm mama qışqırır otuur )) | |  | |  |  | 3 İyul 2010 00:32 | Qeydiyyat: 10.08.2008 | Adı: SəbishKaa | Ünvan: Paris | |  |  |  |  |
| | | #58 Şərhin müəllifi: Mayta | | | | | 
| Demek olar hamisini oxudum,maraqli idi,teshekkur...
--------------------
(●̮̮̃•̃) (●̮̮̃•̃) /█\♥/█\ | |  | |  |  | 3 İyul 2010 00:30 | Qeydiyyat: 13.08.2008 | Adı: ☜❤☞ Ay ☜❤☞ | Ünvan: Tam,gde Ti i Ya... 유 웃 | |  |  |  |  |
| | | #57 Şərhin müəllifi: Trilli Villi | | | | | 
| menim adim yoxdur amma ozum geyd eleyim menim verdishim mix.az - dir :-)
| |  | |  |  | 3 İyul 2010 00:25 | Qeydiyyat: 29.01.2010 | Adı: Arif | Ünvan: -- | |  |  |  |  |
| | | #56 Şərhin müəllifi: Mr_Anderson | | | | | 
| Sitat: Bozqurd Və ya`nın sağ tərəfi olsa gərək. :) olsaydı elə yazardım əzizim)Sitat: Resad-9 Yəni deyirsən ki, biyabır olmuşam da... ?!... :)... Doğrudan, sən də birinci baxdıqlarımdansan, 7-8 nəfər var ki, onlara birinci baxıram, sonra başdan-ayağa oxuyuram... biabir nöş olursan e)hadi be ordanməni birinci heç kəs oxumur)
--------------------
İndiana Pacers 2-3 Miami Heat
| |  | |  |  | 3 İyul 2010 00:20 | Qeydiyyat: 8.05.2007 | Adı: Emhyr var Emreis-Mr_Anderson | Ünvan: To Miami....back to Cleveland | |  |  |  |  |
| | | #55 Şərhin müəllifi: Resad-9 | | | | | 
| Sitat: Mr_Anderson nəolsun məndə sənin adıva diqqət yetirib baxıram..gör heç deyirem?).. intelektual və ya qəribəlik səviyyəsi yüksək olan insanlardan birisən Rəşad.. Yəni deyirsən ki, biyabır olmuşam da... ?!... :)... Doğrudan, sən də birinci baxdıqlarımdansan, 7-8 nəfər var ki, onlara birinci baxıram, sonra başdan-ayağa oxuyuram...
--------------------
| |  | |  |  | 3 İyul 2010 00:14 | Qeydiyyat: 28.06.2007 | Adı: Rəşad | Ünvan: -- | |  |  |  |  |
| |
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
| |
|
|