» Daha sevgiyə inanmıram mən
  » 30.04.2009
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Dövlət idarələri mix.az ha ...
  » Mix.az-ın şərəf lövhəsi. ...
  » Ən gözəl zaman tuneli layih ...
  » Mix.aZ - 7 yaşın mübarək
  » 3 il keçdi...
  » Facebook-un yaradıcısı Mark ...
  » Onların cavabları-2ci hissə
  » Ən zövqlü mix.azlı layihə ...
  » Bu dəfə körpə mix.az-çıl ...
  » Mix.azlıların niklərinin m ...
  » Necə unudaq?
  » Mənim musiqi zövqüm - Aprel
  » Bu gün Qələbə günüdür
  » "Mix.az"-lıların Məktəb ...
  » Mix.az-ın qızları ) | Music ...
  » Anama yaxşı bax...ATA!
  » Mix.az userlərinin xarakteris ...
  » Mix.Az-lılar sehrli olsaydı ...
  » Mix.Az-lıların nik və avata ...
  » Mix.Az-ın Şirinələri
  » Bəzən...
  » Mix.az-lıların uşaqlıq dü ...
  » “Mix.az-lıların Uşaqlıq ...
  » Bu dəfə Müəllifin özünə ...
  » Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
  » Mixin 7 yaşı.....
  » Türklər Azərbaycan dilində ...
  » Mənim sənsiz romantikam
  » Sən axı qızsan!...
  » Qadın olmaq!
  » Top 10 Müəllif
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Mix.az-ın ən maraqlı xəbə ...
  » Bu O`dur?!
  » "Space" Amaci məhkəməsin ...
  » Mix.az qızları mixin 7 yaş ...
  » Sizə məsləhətim...
  » Peyğəmbərdən nurlu kəlaml ...
  » Peyğəmbərdən (s) nurlu kə ...
  » Əmi ilə xala:)
  » "Uzaq"
  » Azəri qızı Günel Bakıda f ...
  » Qızlarımızın Yay aksesuar ...
  » Uşaq vaxtı nələr etməmiş ...
  » Təsadüf
  » Mənim sənsiz romantikam
  » Anam haqlı imiş...
  » "Mix.az"-lıların Ana sevgi ...
  » Uşaqlar-uşaq evində və ail ...
  » 22 may 2012 ... Eurovision 1-c ...
  » "Buyuq da..."
  » ATV-nin ev fırıldağı
  » Ad günün mübarək, Mix.Az!
  » Qarabağ - Laçın
  » Life in Paper
  » Mix.az-ın qızları ) | Music ...
  » Kişi olmaq olar, amma Ata olm ...

Mi Comentario
Xəbər sayı -54
iKooo
Xəbər sayı -47
PsikoOOo
Xəbər sayı -45
mix dominant
Xəbər sayı -27
Sensiz_Qocaldim
Xəbər sayı -25
ayshan
Xəbər sayı -21
Mir_Celal
Xəbər sayı -21
krolochilapka
Xəbər sayı -11
nuku
Xəbər sayı -6
Hpad
Xəbər sayı -6



Yox








 
 
Mix.Az-ın keçmişinə səyahət Mix.aZ həyatı 
Mix.Az-ın keçmişinə səyahət (Adminimiz Turalın dilindən)

İlk öncə qeyd edim ki, Mix.Az-ın açılma səbəbi AzeriFire ilə mənim bir zamanlar oturduğumuz forumda adminin məni haqsız şəxsi maraqları üçün ban etməsi ilə başladı. "Bir gün mənim saytım sənin saytından yüksək olacaq" dedim və AzeriFire ilə birgə pulsuz bir domaində angel.webhous.de yeni forum açdıq. Mən bir çox forumlarda populyar user idim. O zamanlar bekarçılıqdan çox qızla danışırdım deyə saytı açmaq da problem yaratmadı.
Mənə haqsız ban qoyulduğunu görən userlər də mənimlə bərabər həmin saytdan küsdü və mənimlə gəldilər. Əvvəllər elə bilirdim bizdə alınmaz, amma baxdım maraqlı gedir, Mix.Az domaini aldım.
Mix ingilis sözü olub mənası qarışıq deməkdir, yəni bu saytda hər şey olacaq, hər şey haqqında mövzular qoyacağıq, amma bunu anlamayanlara Milli İnternet Xidməti deyə açıqlayıram))
2005-ci il mayın 15-i AzeriFire Azərbaycanda ilk dəfə DLE scriptindən istifadə edərək Mix.Az-ı açdı. Əvvəl 50 nəfər başladıq. AzeriFire ilə məndən başqa hamısı qız idi.
Sonra qızların çoxluğuna görə oğlanlar axını başladı sayta və Mix.Az tam bir ailə kimi idi. Kənar heç kim yox idi demək olar ki. Hamı bir-biri ilə çox mehriban idi, çünki bu qədər userlərin istəklərini anlamaq çox asan idi və hər bir istəyi də yerinə yetirə bilirdim. O zamanlar mövzularımız proqramlar, şəkillər və videolar idi.
Bu dövürdə biz həm də sevək.biz adı ilə sosyal şəbəkə saytı yaratdıq. O dövürlərdə demək olar ki, Facebookun adı buralara gəlməmişdi.
Hər gün onlarla insanlar qeydiyat edib bu saytda bir birlərinə dostluq göndərirdi.
Amma sonra oğlanlarının ayrıldıqları və ya intiqam aldıqları qızların şəkillərini profillərdə qoyub nömrə yazdıqdan sonra yaranan problemlər ciddiləşdi və biz sosyal saytı bağlamalı olduq. İndi kim bilir Azərbaycanın Milli Facebooku vardı))


2005-ci ilin Mix.Az arxivinə baxmaq üçün BURAYA daxil olun. Archive.org məşhur keçmişə səyahətə aparan saytdır, tək Mix.Az-ın deyil digər saytların da keçmişinə baxa bilərsiniz. Bunun üçün sayta daxil olub, istədiyiniz saytın adını yazıb həmin saytın keçmişinə baxa bilərsiniz. Sizə verdiyim linkdə Mix.Az-ın 2005-ci il keçmiş kalendarı açılacaq. Orda məlum olan günlər göy dairə ilə qeyd olunub.


Mix.Az-ın keçmişinə səyahət (Adminimiz Turalın dilindən)

Düz 1 il sonra 2006-cı ildə sayta artıq hər gün 3000 insan girirdi. Saytımızın hostu azərbaycanlı bir oğlanın hostunda idi. O da pulu ödəmədiyi üçün hostu bağladılar və bütün Mix.Az bazası beləcə silindi.
AzeriFire ilə daha bəsdir deyə düşündük ilk əvvəl sonra dedik yox bizim məqsədimiz başqadır və yenidən saytı 2006-cı il sıfırdan açdıq. Ona görə indi hamıda qeydiyyat tarixi 2006-dan başlayır. Sayt açılan kimi ilk ayda 1200 nəfər qeydiyyat elədi, baxdıq hər kəs geri gəlir davam etdik. 2006-da artıq sayt sürətlə inkişafa başladı çünki ilk milli əyləncə saytı idi Mix.Az.

2006-cı ilin Mix.Az arxivinə baxmaq üçün BURAYA daxil olun.


Mix.Az-ın keçmişinə səyahət (Adminimiz Turalın dilindən)

2006-2007-ci illər artıq Mix.Az-a 6000 user girdi, 2007-də artıq müğənni, qəzet və radioların bizdən xəbərləri oldu. Bizim xəbərlər qəzetlərdə çıxmağa başladı. Saytda qoyduğumuz sorğular radiolarda səsləndi. Müğənnilər sayta musiqilər göndərməyə başladı. Demək olar ki, dildən-dilə tanınmağa başlandı.
O vaxtın userləri bir başqa idi. Nədənsə çoxları eyni düşüncəli insanlar idi deyə rahat idi mövzulardakı yazılar. Hər mövzunu bəyənirdilər, hər mövzu haqda öz fikirlərini rahatlıqla yazırdılar. Düzdür, hərdən küsənlər olurdu, amma onları da yola gətirmək olurdu, problemlər olmurdu. Küsənlər özləri üçün yeni saytlar açırdılar))

2007-ci ilin Mix.Az arxivinə baxmaq üçün BURAYA daxil olun.

Mix.Az-ın keçmişinə səyahət (Adminimiz Turalın dilindən)

2007-2008-ci illər sayta artıq 9000 user daxil olurdu. 2008-ci ildə sayt artıq bir çox TV layihələrə informasiya dəstəyi oldu. Hər ay çoxlu sayda partylər xeyriyyələr edərək daha çox insanı özünə cəlb etdi. Artıq müğənnilər exclusive musiqilərini sırf Mix.Az-a verirdilər.
Bu dövrdə userlər tamam başqalaşdı, çünki userlərin çoxları efirlərdən, musiqilərdəki logolardan saytın adını eşidib gəlməyə başladı. Fərqli insanlar çoxluğu fərqli fikirlərin formalaşmasına gətirib çıxardı. Artıq bəzi mövzular bəziləri üçün maraqlı, bəziləri üçün maraqsızlaşdı. Söz-söhbətlər başladı, arada skandallar başladı. Bu dövrdə userlərin ən çox maraq göstərdiyi mövzular romantik mövzular idi. Sayt romantikləşmişdi tamam.

2008-ci ilin Mix.Az arxivinə baxmaq üçün BURAYA daxil olun.

Mix.Az-ın keçmişinə səyahət (Adminimiz Turalın dilindən)

2008-2009-cu illərdə sayta artıq 15.000 user girirdi. 2009-dan sonra daha Mix.Az-ın adını hardasa çəkməyə ehtiyac yox idi, o artıq tanınırdı. Artıq Mix.Az tipli saytlar çoxlu miqdarda AzNet-i basmışdı. Daha Mix.Az-a mövzu qoymağa peşman olurdun, 10 dəqiqə sonra digər saytlarda olurdu. Plagiatlıq baş alıb gedirdi.
Bu dövrdəki userlər mehriban idilər qırışsalar da hansısa tədbirlərdə yenə bir yerdə idilər. Bu əvvəlki dövrlərdə userlər arasında sevgi vardısa, bu dövrdə flirt daha dəbdə idi. Arxaca danışmalar çox olsa da inciməzdilər bir-birlərindən.

2009-cu ilin Mix.Az arxivinə baxmaq üçün BURAYA daxil olun.

Mix.Az-ın keçmişinə səyahət (Adminimiz Turalın dilindən)

2009-2010-cu illərdə Mix.Az-a girən user sayı 20.000 oldu… Bu ildə Mp3.Mix.Az açıldı və 100.000 mp3 arxivi ilə mp3 saytları arasında lider oldu. Bütün musiqi bazarını əlinə aldı.
Əlbətdə bütün bu nailiyyətlərə adminlərlə birgə redaktorlar və yüksək statuslu şəxslərdə yaxından iştirak etdi.
Bu dövrdə artıq userləri tanımaq olmurdu. Çünki o qədər user vardı ki, kimi yadında saxlayasan ki. Hamısı da bir-birindən nazlı bir-birindən kaprizli. Bu ilin userləri sözə baxan olmurdu. Elə mən də nazları ilə oynamırdım. Əvvəllər səs edəni küncə qoyardımsa, o dövrdə sinifdən çıxardardım. O qədər istəklər vardı ki, hansını edəsən.
2010-2011-ci illər Mix.Az-a giriş sayı 26.000 oldu. 6 yaşı oldu artıq Mix.Az-ın indiki userlər lap tamam başqadır. Nə söz çatdıra bilirsən, nə də qayda izah etmək olur. Srazı da küsür.. və gedir başqa sayta. Çünki o qədər əyləncə tipli saytlar var ki. Düzdür, bu məni məyus etmir, çünki bizə içində Mix.Az sevgisi olanlar lazımdır. İndi 30.000-ə yaxın user girir gündəlik. Düşünsənizə hər gün mənə neçə PM, zəng, sms və mail gəlir. Artıq problemlər də çoxalıb. Mp3, Forum, Chat və Sayt. Hər bölməmizdə çıxan problem neçə userə təsir edir ki, hərəsi də bundan şikayət edəndə gör nələr olur.
Əlbəttə, mən demirəm mən yaxşı adminəm, amma sadəcə hər kəs bir şeyi anlamalıdır ki, 2005-ci ildən sayt açılandan bu günə bu saytda qalan tək insan mənəm. Kimlər gəldi, kimlər getdi bunları görən də mənəm. Nə mövzular hansı tip userlər tərəfindən bəyənildi, hansılar bəyənilmədi bunları görəndə mənəm. Gəlmiş getmiş bu qədər userlə bu məkanı paylaşan tək insan da mənəm. Bütün userlər haqda tək-tək mövzuda yaza bilərəm. O qədər user haqda o qədər şey bilirəm ki, bir kitab belə yaza bilərəm))
Əgər ildən ilə bu qədər gözəl insanları bura toplamağı bacarmışıqsa, demək ki, nəyisə bacarırıq. Odur ki, nəyisə etmiriksə, buna görə heç kim adminlərdən inciməsin. Çünki bu qədər userin istəklərini etmək inanın asan deyildir. Həm bu yaxınlarda mən də gedəcəyəm, onda ürəkli deyərsiniz axır ki, bunu da yola saldıq, canımız qurtardı))

Odur ki, gəlin hamımız mehriban olağın və bir ağızdan deyəyin ki, "Yaşasın Mix.Az, Yaşasın Mix.Az, Yaşasın Mix.Az".

THE END :)

P.S Sonda indiyə qədər Mix.Az-da əməyi keçən hər bir insana - adminlərə, redaktorlara, sayt üçün hər zaman çalışan userlərə, ümumiyyətlə qəlbində Mix.Az sevgisi olanlara 6 yaşlıq bu doğma saytı bu günə qədər gətirib çıxartdıqları üçün təşəkkür edirəm. Bir gün hər kəs Mix.Az-lı öləcək xixi



 
 
#102 Şərhin müəllifi: hosted_man
 


Semi elə bildim sən yazmısanee bunları...Axırda admin söhbətini oxuyandan sonra başa düşdüm...Linklərdən də ancaq kalendarda qaralananlara baxmaq olurdu i vse...


--------------------

 
 
#101 Şərhin müəllifi: Ay_ishigi
 


Sitat: PRiNS_OF_BaKu
İlk Sayt adama doğma gəlir məndədə olub elə şey

Hə,ilk saytım idi...Heyf kimlərəsə görə bağlandı...

 
 
#100 Şərhin müəllifi: PRiNS_OF_BaKu
 


Sitat: Eynur
Əvvəl userləri bir-birindən fərqləndirmək üçün fərqli statuslar tez tez olurdu.

Əvvəllər Turalın elə özüdə Mix.aza həvəsi böyük idi Suallar qoyardı Mix.aza kim birinci tapdı pul verərdi )) Hamı səbirsizliklə Sualları gözdərdi.. İndi belə görünür Turalda hamı kimi soyuyub Mix.azdan..Əvvəlki Turaldan Əsər əlamət Yoxdu


--------------------

 
 
#99 Şərhin müəllifi: Raul
 


Sitat: PRiNS_OF_BaKu
Qoca Qurd status

Əvvəl userləri bir-birindən fərqləndirmək üçün fərqli statuslar tez tez olurdu. Gör neyləyirsən adama bir dənə Qoca qurd)


--------------------

 
 
#98 Şərhin müəllifi: PRiNS_OF_BaKu
 


Sitat: Ay_ishigi
Xeyr ona gore deyil.Orda mence Bronze idim baglananda...Yox ilk o saytda olmusdu xeberlerim,orda oyrenmisdim...

İlk Sayt adama doğma gəlir məndədə olub elə şey sad
Sitat: Eynur
Onsuz da getmiş kimiyik. Nə əvvəlki həvəs, nə əvvəlki münasibətlər demək olarki qalmayıb. Həm də facebooka o qədər mod salıblarki kimi axtarsan orda taparsan deyə çoxu burdan soyuyub. Bir veteran statusu alıb gedərik burdan..)

Doğrudanda elədi Kimi axtarırsan facedən çıxır ))..Görəkdə Tural nə vaxt Hazır Edəcək Qoca Qurd statusnu Versin bizə ))))


--------------------

 
 
#97 Şərhin müəllifi: Raul
 


Sitat: PRiNS_OF_BaKu
Deyirəm uje bizimdə vaxtımız çatıb ee mix.azdan yox olmağın bütün köhnə isdifadəçilər gedib yavaş yavaş gələk bizdə sükanı verək gənc mix.azçılara ..

Onsuz da getmiş kimiyik. Nə əvvəlki həvəs, nə əvvəlki münasibətlər demək olarki qalmayıb. Həm də facebooka o qədər mod salıblarki kimi axtarsan orda taparsan deyə çoxu burdan soyuyub. Bir veteran statusu alıb gedərik burdan..)


Sitat: PRiNS_OF_BaKu
Deyirəm uje bizimdə vaxtımız çatıb ee mix.azdan yox olmağın bütün köhnə isdifadəçilər gedib yavaş yavaş gələk bizdə sükanı verək gənc mix.azçılara ..

Onsuz da getmiş kimiyik. Nə əvvəlki həvəs, nə əvvəlki münasibətlər demək olarki qalmayıb. Həm də facebooka o qədər mod salıblarki kimi axtarsan orda taparsan deyə çoxu burdan soyuyub. Bir veteran statusu alıb gedərik burdan..)


--------------------

 
 
#96 Şərhin müəllifi: Ay_ishigi
 


Sitat: PRiNS_OF_BaKu
Baxma orda statusun böyük olduğu üçün eh çəkərsən )))

Xeyr ona gore deyil.Orda mence Bronze idim baglananda...Yox ilk o saytda olmusdu xeberlerim,orda oyrenmisdim...

 
 
#95 Şərhin müəllifi: PRiNS_OF_BaKu
 


Sitat: Eynur
Bizə qalan özümüz, 1də burdan olan tanışlıqlar qalacaq...

Doğrudanda elədi ..Deyirəm uje bizimdə vaxtımız çatıb ee mix.azdan yox olmağın bütün köhnə isdifadəçilər gedib yavaş yavaş gələk bizdə sükanı verək gənc mix.azçılara ..
Sitat: Ay_ishigi
Eh sevek.biz...

Baxma orda statusun böyük olduğu üçün eh çəkərsən )))


--------------------

 
 
#94 Şərhin müəllifi: Ay_ishigi
 



Bu dövürdə biz həm də sevək.biz adı ilə sosyal şəbəkə saytı yaratdıq.




Eh sevek.biz... sad

 
 
#93 Şərhin müəllifi: Raul
 


Sitat: PRiNS_OF_BaKu
Mix.az günü gündən maraqsız olur

Bizə qalan özümüz, 1də burdan olan tanışlıqlar qalacaq...


--------------------

 
 
#92 Şərhin müəllifi: PRiNS_OF_BaKu
 


Sitat: Eynur
Kimlər gəldi, kimlər getdi...

Məndə gedənlərdən olmaq isdəyirəm ayda ildə bir dəfə girib 1 şərh yazıb çıxmaq isdəyirəm sad Mix.az günü gündən maraqsız olur sad


--------------------

 
 
#91 Şərhin müəllifi: Raul
 






Kimlər gəldi, kimlər getdi...





--------------------

 
 
#90 Şərhin müəllifi: Mr. Artemida
 


Belə baxanda mənim əvəlki niklərim çox olub, sadəcə artıq təzə nik istədim və Artemida meydana gəldi, mənim xoşuma gəlir Nikim, elə xəbərlərim də, MİX.AZ-tarixi mənim üçüm maraqlı oldu.Təşəkkürlər. good


--------------------

 
 
#89 Şərhin müəllifi: ADPK
 


Odur ki, gəlin hamımız mehriban olağın və bir ağızdan deyəyin ki, "Yaşasın Mix.Az, Yaşasın Mix.Az, Yaşasın Mix.Az".
lovemix He Yasasin MIX.AZ..
bura evvel qeydiyyatsiz gelirdim. amma sonradan burdan basqa hec bir saytda qala bilmirem..

 
 
#88 Şərhin müəllifi: Miss_Lady
 


ÇOOOOOOOOOOOOOOOOOOX maraqlıdır


--------------------

 
 
#87 Şərhin müəllifi: Lady_Kapriz
 


hara gedirsen ,Tural?? yerine meni adminka qoyarsan?? smile
ama Aynur xanim duz deyir sizsiz burani tesevvur etmek olmaz..saytin bele maraqli olmasinin boyuk sebebkari sizsiz... chunki bashcidan chox shey asilidi

 
 
#86 Şərhin müəllifi: denizim
 


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.


--------------------

 
 
#85 Şərhin müəllifi: TARKANFAN
 


Sitat: Lunam
Bunu deyəsən heç vaxt deməmişdim :P . "Fanatka_roya"

Aa, Röyafan olmusan demək?))) Vallah bu nikindən heç xəbərim olmayıb).
Kefsən e)). Gör neçə niklə daxil olub e))).

 
 
#84 Şərhin müəllifi: denizim
 


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.


--------------------

 
 
#83 Şərhin müəllifi: KeLLe_BaS
 


Perfect ! smile

 
 
#82 Şərhin müəllifi: TATULYA
 


Bir gün hər kəs Mix.Az-lı öləcək xixi

wink
chox beyendim Semi, maraqli otchetniy xeber hazirlamisan, pasibki za eto)


--------------------

 
 
#81 Şərhin müəllifi: Blade_Ayka
 


Sitat: TARKANFAN
Həə, demək olar SP-də redaktorlardan çox admin cavab verirdi userlərə). Amma o düzdür ki, əvvəl daha sərt idi indikinə nisbətən. Hətta sərtlikdən başqa da, belə pis çıxacaq, amma özü dediyi üçün deyim də, kobud idi)).

Hmmmmm orasida duzdu.Ama onda adi user kimi idi buda haminin cox xosuna gelirdi


Sitat: Tural
yox yox.. o zamanlar hər şeyə reaksiya verərdim. İndi user çoxdur deyə, hər birinə nəzarət etmək çətinləşib deyə güzəştə getmək məcburiyyətində qalırsan.
Bu il kimsəni bir dəfəlik ban etməmişəm. Maksimum 2 günlük.

Narahat olma sen hemise yaxsi olmusan,onda 5 yas balaca idin belkede hirsli vaxtlarin idi.Indi artiq herseyi basa dusursenki insanlar muxtelifdir yola vermeyi bacarmaq lazimdi

 
 
#80 Şərhin müəllifi: EX_Connecticut
 


YEQIN KOHNESI DAHA YAXSI OLARDI.BELKE DE INDI OLDUGU KIMI DEYILDILER,EMEYE HORMET QOYUR,CAMAATIN STATUSUNU ARTIRIRDILAR

 
 
#79 Şərhin müəllifi: TARKANFAN
 


Huseyn87,

Çox sağ olun, minnətdaram bu dəyərə görə.
Allah razı olsun.
Sitat: Lunam
Bu user xatirinizdədir?

Sitat: Lunam
O nikim heç yadımda deyildi keçmişə baxmayana qədər :))).

Aa, heç mən də bilmirdim. Yadımda deyil e o nik. Özü də 2008-də də o niklə olmusan, bəs necə olur axı mənim yadımda deyil?((
Mən elə bilirəm əvvəl gündən "Denizim"lə olmusan.)
Sitat: Blade_Ayka
Amma Turalda onda daha cox userlerle unsiyyetde olurdu Admin kimi yox adi user kimi davranirdi

Həə, demək olar SP-də redaktorlardan çox admin cavab verirdi userlərə). Amma o düzdür ki, əvvəl daha sərt idi indikinə nisbətən. Hətta sərtlikdən başqa da, belə pis çıxacaq, amma özü dediyi üçün deyim də, kobud idi)).

 
 
#78 Şərhin müəllifi: Huseyn87
 


Mix.az-da en beyendiyim user TARKANFAN-di

 
 
#77 Şərhin müəllifi: Suada_86
 


Mən 2011-ci ilin fevral ayından burdayam. Yəni çoooox təzəyəm. Ona görə Mix.Az-ın keçmişi barədə söyləyəcək bir fikrim yoxdur. İnşallah sadiq istifadəçi olaramsa, illər sonra deyəcək sözüm çox güman ki, olacaq.
Sadəcə bunu deyə bilərəm ki, bu günə qədər inkişaf edib istifadəçiləri bir araya toplamaq və eyni zamanda öz maraq dairəsini qoruyub günü-gündən genişləndirmək hər gəncin bacarığı daxilində deyil. Bunu bacarana "əhsən" düşür.
Təşəkkür.......

 
 
#76 Şərhin müəllifi: katili
 


Həm bu yaxınlarda mən də gedəcəyəm

NIye? bir bele eziyyetden sonra getmekmi olar, Mix.az-i erseye getirenden ona bu qeder eziyyet chekenden sonra getmek? bu sizin boyudub 6 yasha chatdirdiginiz ovladiniz kimidi onu nece bashqalarinin eline teslim edeseksiniz?

Mix.az 2007-de yadimdadi, onda men Azerbaycanda yashamirdim... tesadufen nese axtaranda chixmishdi mix.az.. onada tedbirler olurdu, userler yigishirdi bir yere.. shekiller yayimlanirdi... sehv etmiremse O Tural idi shekillerde hemishe uzu bulaniq olurdu, bir defe sorsuhdum ki,
- niye uzunuzu gostermirsiniz?
- qorxarsiz - cavab gelmishdi:)
- ye'ni o qeder eybecersiniz?

Tural bir yana qaldi, qizlar meni olduresi olmushdu o sualima gore:))))

Muellife ise xususi teshekkur:)


--------------------

 
 
#75 Şərhin müəllifi: Heyatim
 


kecmis mix.az daha maraqli idi.belke de bir muddetden sonra da indiki mix.azi deyeceyik))
cox sozler yazmaq olar kesmis mix.azdan.o qeder xatireler var ki))
esas odu indi de var mix.az,bizlerde burdayiq.

 
 
#74 Şərhin müəllifi: denizim
 


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.


--------------------

 
 
#73 Şərhin müəllifi: PRAQMATIK
 


Zdenko ,Nina smile


--------------------

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!