|
|
|
| Ən çox bəyəndiyiniz Serial? |
|
|
|
| Mix.Az Friend | Mix.aZ həyatı | | 1miz2miz3un salam saytda və realda mənim ən yaxın dostum Elçin-di !!! (E.C.N) çünki bütün sözlərimiz və fikirlərimiz həmiwə bərabər olur pis yaxşı gündə həmişə birlikdə oluruq. Xasiyyətlərimiz tamamilə eynidir sakit danişan və az gülən v s. mənim kimidir yəni . Dostlar çoxdu Şükür Allaha . ama bu saytda yalnız Elçin olduğu üçün onu qeyd etdim.
VeLi_DRD Ən yaxın dostum.DOst sözü biraz məsuliyyətli sözdür. Saytda mənə yaxın olan çox insan var.Ən çox yaxın dostlarım Mr Anderson və Asi Girldir. Ən yaxın dostum sevdiyim insan Nərmin DRD-dir. Rozalina Saytda özümə yaxın hesab etdiyim insanlar olsa da, dostum var deməzdim. Dost daha geniş anlayışdı. Whatever Happens Realda və mixdə yalnız bir "dost" deyə biləcəyim insan var. O da Designdi. Allahın mənə bəxş etdiyi ən gözəl hədiyyədi. Ən dar və sevincli anımda hər zaman mənimlədi. Dostum, sağol ki,varsan. Mənə "dost" deyən hər kəsin dostuyam... Vugar Ən yaxın dostum saytda kissed_a_girl-dur.Məhlə uşağı,sinif yoldaşım ve s olduğuna görə.Yəni 7-ci sinifdən bir-birimizi tanıyırıq.Ona görə mənə ən yaxın dost odur saytda Ledi-Vamp Saytda dost dediyim heç kəs yoxdu.Mövzularını,fikirlərini həvəslə oxuduğum insanlar vardır.Hörmət etdiyim insanlar vardır. Gözəl münasibətim olan insanlar vardır. Beqi Düzü saytda haqqında geniş yazacağım bir dostum yoxdur..xətrini çox istədiklərim var..yəni tanışlar var dost deyəcəyim 1i yoxdur Resad-9 Virtual dostluqlara inanmıram, amma saytda yaxşı münasibətim olan insanlar çoxdur... Hamısının adını çəkməyim, iki ad çəkim sadəcə... Qızlardan Samirə (TARKANFAN), oğlanlardan Oğuz (Bozqurd)... TaMeLLa_HoST SWEETHEART24, KoLeRa, Psix_x, __JALE__, Yolu Belong VVith Me,Manson_9 bunlar mənə ən yaxınlardı saytda, qalan bütün userlərədə böyük hörmətim var, amma heç biri ilə tanışlığım yoxdur. Sweetheart24- bu user mənə saytda ən əziz insanlardan biridir, online user yarışmasında mənə dəstək olmuşdu sonra münasibətlərimiz başladı həmişə ünssiyətdə oluruq. __Jalə__ - Jalə ilədə online user 2-də tanış olmuşam oda iştirak edirdi bir-birimizə dəstək olurduq, sonra tanış olduq oda mənə yaxın insanlardan biridir saytda You_Belong with me - Bu userlədə online user yarışmasında tanış olmuşuq. Məni təbrik etmişdi sonra tanış olduq. Əzizdi mənim üçün Kolera, Psix_x, Manson_9- bu userlərlədə online user yarışmasında tanış olmuşam, o qədərdə yaxın münasibətim olmasada mənim üçün əziz insanlardır REQANA Dost böyük anlayışdır,həm də böyük məsuliyyətdir.Mixdə isə mənim tanışlar var ki,onlara güvənirəm və etibar edirəm.Adlarını çəkməyə lüzum görmürəm,çünki özləri bilirlər ki,kimləri nəzərdə tuturam. (Bakinech) Men saytdakı dostlarım barədə yazmağa başlasam gərək yazını oxuyan desinki bu nə çox ad yazıree nolduye day.. ona görə yazmıram məni özünə dost bilənlərin dostuyam) bilməyənlərində)). MİLANoooRE Mənim saytda dostum yoxdur. Sadəcə xətrini çox istədiyim və hörmət etdiyim insanlar var. Bozqurd İstər real həyatda, istərsə də virtualda Mənim ən yaxın dostum həmişə hansısa qız olub. Oğlan dostla kefə get, əyləncəyə get, oğlan dostla ölümə get, amma əsla ona ürəyinin dərinliklərində qoruyub saxladığın sentimental sirrlərini açıb demə, çünki nə də olmasa o bir öküzdür, səni anlama şansı 50%-dən çox deyil. Odur ki, Mən həmişə Məni 100% anlayan birini ən yaxın dostum kimi görməyə çalışmışam- həmin statusda isə tərslikdən həmişə qızlar olublar. Mix.azda ən yaxın dostum Skarpiona`dır. Milaya Skarpa. Mix.az-ın ən şirin qızı. Onunla ünsiyyət zamanı Mən özümü nə dərəcədə xoşbəxt hiss edirəm, Allah bilir. Sayta gəldiyim ilk gündən Mənə qarşı diqqətcil olub, düzdür təzə-təzə Məndən xoşu gəlməsə də, Mənə qarşı qıcıq olmaq özü də diqqətin bir forması idi. :) Saytda ən şirin sözlərin çoxusunu ilk dəfə Ondan eşitmişəm: "qıcıq herif", "hain erif", "Oğuzcan" və s. İstənilən əhval ruhiyyəmdə Məni sakitləşdirə bilir. Bəzən özüm-özümə düşünürəm ki, heç üzünü belə görmədiyim, səsini belə eşitmədiyim bir insan necə bu qədər rahatlıqla ürəyimin sarı simlərinə toxuna bilir və istənilən mövzuda Məni çox rahatlıqla- əksər hallarda ilk kəlmədən anlaya bilir?! Xasiyyətcə tez küsəyənəm (nə də olmasa qız bürcüyəm), o isə yeganə insandır ki, nazımı çəkməkdən zövq alır. :) Bir şəxsiyyət kimi xarakterini də çox bəyənirəm. Özünə qapalı, hər kəslə qaynayıb qarışmayan, amma qaynayıb qarışdıqları ilə də hədsiz səmimi və mehriban olan bir qız. Vətənpərvərdir, pmlərin birində real həyatından epizodlar danışanda gözümün önündə cuppulu bir sərçə canlanırdı: Bu sərçə balacadır, zərifdir, amma heç kimdən qorxmur, döşünü qabağa verib özünün müqəddəs amalları uğrunda güzəştsiz mübarizə aparmaqdan çəkinmir. Onun yaşda olan yuxarı sinif məktəbli qızlar adətən başqa mövzularla- oğlanlarla, dəbdə olan paltarlarla, yüngül şou biznes və başqa hər növ "xarici parıltı" ilə maraqlanırlar, Mənim sevimli və əziz dostum bayaca Xavərin isə həyat amalları həmyaşıdlarından çoooox daha yüksək və müqəddəsdir. Məqsədim Onu boğazdan yuxarı "tərifləmək" deyil. Əslində, başqaları Onun haqqında nə düşünür, bu Mənim üçün maraqlı da deyil. Bir insan haqqında düşünə bilmək üçün onu tanımaq lazımdır. Mən çox xoşbəxtəm ki, Allah qarşıma bucür sevimli bir virtual dostu- Kirlidimdik Sərçəmi çıxardıb. :) Manson_9 Saytda ən yaxın dostum deyəndəki hələ saytda təzəyəm və ən yaxın dostum yoxdur və tezdir.hətta mən real həyatda 6 il dost olduğum insanla belə dostluğumda bəzən tərəddüd içində qalıram.saytda hörmət etdiyim və dost olmaq istədiyim userlər çoxdur amma düşünürəmki gələcəkdə saytda SKARPİONA ilə dost olacam yəni buna inanıram SEBİSHKA_YK Saytda ən yaxın Dostum Xetai, Rufat vse 2 nəfərdir. Bunlarda demək olarki Joy.Azdandılar Mixdə dostum yoxdur )))Ürəkləri Mix.Az-la dolu olanların hamısını çoooox istəyirəm. 2 ci ailəmdilər Mix.Az-la, joy.az .Hə Birdə AyGüN Yk-dır oda heçdə əmim qızıdır ondan heçnə yazmayım ))) Skripachka Mənim saytda çox dostlarım var ama yəqin ki əsas dostumu soruşursan. Mən ilk günler bura gələnde buranın aurası çox xoş idi. Elə indiki kimi çünki userler çox mədeni və səmimidilər gələndən mən xoş davranan biri də var ki o Aşksız prensdir. Onunla söhbətimiz çox yaxşı tutur və mənim burda ən yaxın dostarımdan birinə çevrilib. Onunla söhbət etmək çox xoşdur çünki səmimi biridi. Feqan Mən 2008-ci ildən bəri saytdayam ve bu ilə qədərdə sayta ancaq xəbərlərə baxıb fikrimi bildirmək üçün girirdim ona gorə də saytda heç kimi tanımıram amma virtual olaraq çalışıram ki, dostum çox olsun. İndicə mənim ən yaxın dostum VİP-dir. Bax belə ))) Lady leli Ən yaxın deyendəki seninle yaxınam qızlardan çünki bilmirəm niyə :))Nəsə mənə səmimi,mehriban gəldin ona gorə. Həmdə səninlə çoxdandır danışıram ve tanıyıram.Amma oğlanlardan Vugar-la biraz yaxınam çünki qocadi deye hörmət edirəm ona:))Nə bilim ilk dəfədən Camayla ve Vugarla danışmışam pm-əe ona görə biraz onlarla yaxınam.Vəssalam bu qədər...))) KoLeRa Saytdakı hər kəs mənə doğma bacı və qardaş kimi gəlir..Çünki hamımız mix.az`lıyıq.. ən əsası da bir xalq,bil dil,bir Vətənin övladıyıq!!! Ayshan Saytda dostum dediyim insanlar var ama bir-bir ad çəkmək istəmirəm.. Ən əsası inandığım,güvəndiyim və onları incitməkdən qorxduğum BİZ var..Ümumiyyətlə isə xətrini çox istədiyim və hörmət etdiyim userlər var..Məncə ad çəkməyin o qədərdə mənası yoxdur..Əsas onlar özləri bilir ki,onlara münasibətim necədir Sharli Saydta mənə ən yaxın 2 nəfər var.Whatever Happens və Design. Onlarıda Mix forumdan tanımışam.Həyatda da görüşdük,danışdıq. Həqiqətən yaxşı insanlardı.Yaxşı ki də Mix var.2 gözəl insanı tanımağıma köməkçi oldu Liebe und Hass Sözun düzünü desəm saytda heçkimi tanımıram saytda yaxın dostumda yoxdu Çünki burdakı userler hamısı özündən razıdı başda Admin olmağla ona görəde mənimki özündən razı olan insanlarla tutmur demək istəyirəm ki biraz yerlə getsinlər göylə yox mənim dostluğum yerlə gedən insanlarla tutur göylə gedənlərlə yox dostluğa aid bir şer yazacam amma almanca freundschaft liebe verursacht schmerzen freundschaft lindert die schmerzen liebe reist wunden in dein herz freundschaft heilt diese schmerzen liebe lässt dich traurig sein freundschaft macht dich wieder glücklich liebe lässt dich ausrutschen und hinfallen freundschaft reicht dir eine hand um dir aufzuhelfen Cehennem_Sakini Saytda nə qədər Cənnət sakini varsa hamısı mənim dostumdur.. Amma məndən onlara dost olmaz.. Eleqant Ümumiyyetle dost sözü mənim üçün adi bir söz deyil,çox dəyərli sözdür.Məhz o səbəbda çox insanlar mənimlə dost olmaq istəsədə (real həyatda) mən bunu istəmirəm.Çünki artıq 4 dostum var. Artəq ən azından 10-15 illik dostuq Chrysalis Saytda dostum yoxdu...Amma dəyər verdiyim,tanimasam bele xetrini istediyim biri var.O da HEPISH(whatever happens).Adeten yaxindan tanimadigim insanlarla cox yaxin unsiyyet qurmuram.Amma Hepishle danishdigim vaxtdan tamam ferqli oldu...Hem semimiliyine inaniram,hem ureyinin gozel oldugunu bilirem...Hepish ne yaxshiki seni tanidim gozel urekli,sirin qiz))))Seni cox isteyirem... GANESA Həyatda virtualda ən yaxın dostum canım,həyatım bajım WUgirl-du... Onun haqqında nə yazsam az olar. Yeri tamam fərqli və özəldir...:)) Çalışıram hər zaman hiss etdirim nə qədər alınır onu bilmirəm...:((( Onla 5ci sinifdən bir yerdə oxumuşuq və neşə illərdir ona günü gündən ona sevgim bir qramda azalmır əksinə elə insan tanıdığımçun ALLAHa şükr edirəm...:)) Onun çooooooooooooooooox gözəl xasiyyəti var. İnsan olaraq hər zaman dürüst və paxıllığı olmayan... Pisi yaxşını çəkinmədən üzümə deyən... insana ürəkdən can yandıran... doğurdan sevgisini hiss etdiyim canım bajımdı...:))) VIP Saytda ən yaxın dostum sweetheart21-di..O mənim bacım kimidir.Nə dərdim nə sirrim olsa onunla paylaşıram.O mənə çoxlu məsləhətlər verir.Mənimlə çox mehribandı.Bu qədər Cama98 Mənim ən yaxın dostum Lady leli-di.O çox mehriban,çox gözəl,çox dostcanlı biridi.Ən əsasıda çox gülməli qızdır)Mən onu daha yaxında agentdə tanımışam.Onunla danışığımız sayəsində bir-birimizlə yaxın dost olmuşuq.Bütün günü onla danışırdım.Mən əsasən ona görə girirdim agentə.Lady-ə mən həmişə pişiy,o mənə isə doşan deyir.Artıq 1 ildi 1-1-imizi tanıyırıq.Mən onu tanıdığıma görə çox xoşbəxtəm.Lady leli-dən başqa da dostlarım var.Bunlar:(Bakinech),dark_way,XuLiQaN4iK,Lelya,Sharli və Feqan-dır.Mən bu userləri mənə şox mehriban,dostcasına və kobud davranmadıqları üçün sevirəm.Nə yaxşı ki Mix.az var və mənim belə dostlarım var! Mr_Bakinski Deməli Redaktor İşlədiyim Vaxtlarda İkooo(İlkin) və Djkayfa adlı Redoktorlarda vardı ki ən yaxın olduğum uşaqlar onlar idi.Ama dost kimi İkooo(İlkin) idi.Dost dedim çünki səbəb o idi ki bir birimizi başa düşürdük.Lazım olan yerdə bir-birimizə kömək edirdik.Nə bilim qaqaş kimi yaxşı oğlandı.Həmişə Galatasaray-Fenerbahçe derbisi olanda üz-üzə gəlirdik çünki o Galatasaraya Mənsə Fenerbahçeye azerkeşlik edirdim )))) ROMINA_21 .Saytda mənim yaxııın olduğum insanlar çoxdu..Ən yaxın olduqları isə Dr_Zara,Just Why,Stilyashka və E.C.N nikidir.. Dr_Zara-çox ürəyi təmiz səmimi biri olduğu üçün. Just Why-çox şirin olduğu üçün Stilyashka –Çox saf olduğu üçün, ürəyi çox tamizdi E.C.N-çox mədəni insane olduğu üçün(amma indi əsgərlikdədi:( __Realist__ Saytda ən yaxın dostum Financer_001-di. Bir neçə ildi onunla tanışam.Xarakterlerimiz oxşardı, amma bəzi mövzülarda fikirlərimiz kəskin dəyişir Neye gore sualini ise konkret sözlərlə ifadə edim: Yaltaq olmayan, Zalimə baç əyməyən,sözü və emeli duz, cemiyyetin cirkinliklerine qarsi goz yuma bilməyən gəncdi. Bir il öncə isə Bozqurd-u tanımışam.Yuxarıda sadaladığlarım ona da aiddir. Leyla ehhhh ən yaxın dostum varki? :)) Ən yaxşı dost anadır onada qeydiyyatdan keçim nickini deyəcəm sizə :)))) sənsən çünki mənlə yaşıdsan :))) Ən sevdiyim istifadəçilər Reqana ilə semichka_supudu :)MeLeYiNiZ saytda en yaxin dostum yoxdur... sadece dostluq etdiklerim meni dinlediklerine və dərdlərimə ortaq çıxdıqlarına görə, Skarpiona, Asi girl ve s. çunki qeydiyyatdan 1il keçsəmdə gec aktiv oldum ona görə də hələ yaxın dostum yoxdur.Realdada olduğu kimi virtualdada dostum yoxdur Aygun_YK Saytda ən yaxın dostum mənə çox yaxın olan Xuliqan4ik nickidir... Nicat səmimi,ürəyi təmiz,mehriban,heç vaxt mənə pisliyi dəyməyib... Ən çoooox istədiyim Mix.azda user Nicatdi... Nicatı canimdanda çooooox istəyirəm...Birdə əmim qızı Sebishka_YK var oda heçdə... ondan heçnə demirəm )) __Jale__ ____ÖZÜMƏ YAXIN BİLDİKLƏRİMƏ ƏRK EDİRƏM.BUNA ISƏ VİRTUALDA DOSTLUQ DEMƏZDİM .DOST HƏR ZAMAN DAR ANIMDA YANIMDA OLMASI KİMİ ANLAYİRAM.BURDA İSƏ BU GÜN TAPDİĞİM SABAH İZSİZ SORAQSİZ İTƏ BİLƏR.BU DOSTLUQ ADLANMIR. HÖRMƏT ETDİYİM,FİKRİMLƏ ÜST-ÜSTƏ DÜŞDÜYÜ ,HƏR ŞEYƏ ƏDALƏTLƏ YANAŞAN USERLER VAR.BUNLARDA DA DOSTLUQU YOX, ÖZÜMÜ TAPIRAM._____ WUgirl Mix.az-da ən yaxın dostum Turaldır. Hər sözümü deyə bilirəm, mənə qarşı pis hərəkətini görməmişəm:) Həmişə mənə dəstəkdir məni anlayır və inanır:) Bir sözlə zəhləmgetmişi çox istəyirəm :)) Enver Komputeri açdıqdan sonra internetə girib mix.az və forum.mix.az yazıb bura daxil olan hər kəs mənim dostumdur...Ona görə ki, bizlərin ən azından ortaq bir nöqtəmiz vardır...o da MİX.AZ-lı olmağımızdır.. Design_89 Düzü bu saytda hörmət etdiyim ve çox dəyər verdiyim userler var.Hardasa təxmini 10 nəfər olar.Amma dost dediyim insanlar A_def və Sharlidi.Hansıkı saytdan tanıyıb yaxın dost olmuşam.Whatever Happens isə uşaqlıqdan dostluq elədiyim insandı. Kida_167 Saytda dostum yoxdur, yəni dostum sozünü demək üçün reallıq və illər tələb olunur, bəzən heç o da yetmir... Ama belə saytda hörmət etdiklərm və xətirlərini çox istədiklərim var... AMA BİR NƏFƏR VAR Kİ, ONU BAŞQALARINDAN DAHA ÇOX İSTƏYİRƏM Onun da öz səbəbləri var... Onu görəndə hər nə əhvalda olsam da həmin an əhvalım düzəlir, üzümdə təbəssüm yaranır adını oxuyada belə))) Xətrini hədsiz çox istəyirəm, çox şirindir, zarafatcıldır, sayqılıdır, hər şeyin yerini biləndi (böyük-kiçik)... Bir sözlə o mənim ürəyim olan Semimdir, yəni Semichka_supu... O mənm üçün balaca şirin qardaşım kimidir, o dərəcə çox istəyirəm onu... Əslində xətirlərini istədiklərim var Maşallah, ona görə oğlanlardan yazmaq istədim, ən çox istədiyim də SEMİDİR...
Təşəkkür edənlər: (59) Shevchenko_Ali, denizim, Beqi, Whatever Happens, __Jale__, ayshan, Feqan, lady leli, AYGUN YK, Eleqant, you belong with me, Elgin, (Bakinech), Dandoline, Lady_Nejnost, selashka, Just Why, TaMeLLa_HoST, Cehennem_Sakini, DR XADYA, GANESA, ROMINA_21, Gold_life, miw_ulya, Rozalina, so_lonely, zaur16, Ledi-Vamp, ForeveR_SweeT, Robert Pattinson, A_L_F_A, TARKANFAN, yarpaq_dolmasi, _MILANoooRE_, ---Gul---, Resad-9, Junge, Vugar, BBX, Design_89, Miss_Light, rais 1983, SEBISHKA_YK, sweetheart24, _barbie__, Dr.Genetik, Rob_Pattz, MILADY, TATULYA, Secret_Man, Sharli, _REQANA_, Lady_Kapriz, _stilyawka_, JUJUKA, asya_lonely-, Robert, c ronaldo, _Cama98_ |  | |  |  | |
| Baxış sayı: 2960 Şərhlər (103) Müəllif : ~KediciK~ 14 Sentyabr 2010 15:47 | |  |  |  |  |
| |
 | #103 Şərhin müəllifi: sadece gunka | | | | | 
| Enver Komputeri açdıqdan sonra internetə girib mix.az və forum.mix.az yazıb bura daxil olan hər kəs mənim dostumdur...Ona görə ki, bizlərin ən azından ortaq bir nöqtəmiz vardır...o da MİX.AZ-lı olmağımızdır..
raziyam)) | |  | |  |  | 23 Fevral 2011 00:05 | Qeydiyyat: 22.01.2011 | Adı: Gunka | Ünvan: Fani dunyanin yalanci insanlariyla yasadigim bir yer ne ferqi var haradi....... | |  |  |  |  |
| | | #102 Şərhin müəllifi: RoMeO__BeZ__JulieTTa | | | | | 
| MashALLAH hami bir- biri ile dostduki ALLAH mehriban elesin)
--------------------
| |  | |  |  | 4 Dekabr 2010 21:02 | Qeydiyyat: 21.08.2010 | Adı: ĚñĭgmâŤĬķ | Ünvan: NzS | |  |  |  |  |
| | | #101 Şərhin müəllifi: _Barbi_ | | | | | 
| Sayta gələn gündən indiyə kimi özümə dost hesab etdiyim yalniz 1 nəfər var. Adini çəkməyim,yoxsa səs-küy düşəcək Ürəyimdə, hər kəsdən gizli qalsa daha yaxşidir | |  | |  |  | 30 Oktyabr 2010 22:27 | Qeydiyyat: 25.05.2009 | Adı: Günel | Ünvan: Россия, Москва | |  |  |  |  |
| | | #100 Şərhin müəllifi: _SKARPIONA_ | | | | | 
| Bozqurd İstər real həyatda, istərsə də virtualda Mənim ən yaxın dostum həmişə hansısa qız olub. Oğlan dostla kefə get, əyləncəyə get, oğlan dostla ölümə get, amma əsla ona ürəyinin dərinliklərində qoruyub saxladığın sentimental sirrlərini açıb demə, çünki nə də olmasa o bir öküzdür, səni anlama şansı 50%-dən çox deyil. Odur ki, Mən həmişə Məni 100% anlayan birini ən yaxın dostum kimi görməyə çalışmışam- həmin statusda isə tərslikdən həmişə qızlar olublar. Ok:))Bunun da zamanı gəldi:))Facedə duvarımda belə bir yazı oxumuşdum:Bu gün mənə pm gəlib.Dostlarım haqqında yazmalıyam.Amma mən səmnin adını yazmamışam".Cavabim "eybi yox" olsa ürəyimdən 100 dənə smayliki qoymaq keçdi:)))Bir də iki kəlmə:Hayin erif:)))Amma bu xəbəri açıb yazılanları oxuyanda təəccübləndim:))Məni bu qədər yaxşı tanıyan insanlardan biri də artdı:)0Çoox sevindim və saytda ən unudulmaz günlərədn biri oldu mənim üçün.Dostlarım hamısı mənim üçün çox dəyərlidir.Hamısını çox sevirəm.Həyatıma girib,mənə sevinc gətirən.anlayan,daima yanımda olan,dünyalar qədər qiymət verdiyim insanları dost adlandırıram mən:)))Dostlarımın məni unutmaması çoox əvəzedilməz hissdir:))Nə yaxşı ki varsan Oğuzcan.Xoşbəxtliyə ən çox haqqı olan insanlardansan.Ümid edirəm illər keçsə də bu yazıda təsvir etdiyindən fərqli bir insan olmayacam:))) | |  | |  |  | 30 Oktyabr 2010 22:09 | Qeydiyyat: 28.08.2009 | Adı: Skarpi. | Ünvan: Bura Azərbaycandır | |  |  |  |  |
| | | #99 Şərhin müəllifi: denizim | | | | | 
| Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
--------------------
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin. | |  | |  |  | 9 Oktyabr 2010 21:00 | Qeydiyyat: 1.08.2007 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #98 Şərhin müəllifi: TARKANFAN | | | | | 
| Sitat: Senyorita Sonra TARKANFAN realda tanımasam da nəsə çox istəyirəm bu qızı)) Can, xetrin eziz olsun. | |  | |  |  | 9 Oktyabr 2010 19:57 | Qeydiyyat: 18.11.2007 | Adı: Samira | Ünvan: Novaya Zemlya | |  |  |  |  |
| | | #97 Şərhin müəllifi: Senyorita | | | | | 
| Saytda dostlarım yox amma xətrini çox istədiyim, hörmət etdiyim userlər var. Onlardan biri də payızım nikidi. Sonra TARKANFAN realda tanımasam da nəsə çox istəyirəm bu qızı)) | |  | |  |  | 9 Oktyabr 2010 18:35 | Qeydiyyat: 18.08.2009 | Adı: ... | Ünvan: QaX-BuZoVnA | |  |  |  |  |
| | | #96 Şərhin müəllifi: denizim | | | | | 
| Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
--------------------
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin. | |  | |  |  | 7 Oktyabr 2010 17:47 | Qeydiyyat: 1.08.2007 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #95 Şərhin müəllifi: MeNDeN_YoXDuR | | | | | 
|
Hmmm...
--------------------
Изменяла…Изменяю…И буду Изменять… свою жизнь в лучшую сторону!=)
| |  | |  |  | 7 Oktyabr 2010 17:45 | Qeydiyyat: 12.02.2008 | Adı: Fairy | Ünvan: Pərilər məkanı | |  |  |  |  |
| | | #94 Şərhin müəllifi: Miss_Lady | | | | | 
| men cavabi gec yazdim teesuf
--------------------
Uzun fasilədən sonra yene qayıtdımmm.....
| |  | |  |  | 18 Sentyabr 2010 18:08 | Qeydiyyat: 6.09.2009 | Adı: TatLi CaDi | Ünvan: Cibine baxsan taparsan | |  |  |  |  |
| | | #93 Şərhin müəllifi: Huckleberry | | | | | 
| Sitat: beautiful_liar Mənim mix.azlı dostlarım: Bakinech,Nifret,Hucklberry,Shems_01,Mila
shka_SL,E.C.N - hamısını lap çox istiyirəm )))) Thank you my baby:))) | |  | |  |  | 18 Sentyabr 2010 10:39 | Qeydiyyat: 23.10.2009 | Adı: Huck | Ünvan: The Adventures Of Huckleberry Finn | |  |  |  |  |
| | | #92 Şərhin müəllifi: MeNDeN_YoXDuR | | | | | 
|
Cama, təşəkkür mənə də göndərdiyin PM üçün. Ama üzrümü qəbul et, bəzi texnik səbəblərdən gecikdim (((.
Romiiiiiiiii
--------------------
Изменяла…Изменяю…И буду Изменять… свою жизнь в лучшую сторону!=)
| |  | |  |  | 16 Sentyabr 2010 23:08 | Qeydiyyat: 12.02.2008 | Adı: Fairy | Ünvan: Pərilər məkanı | |  |  |  |  |
| | | #91 Şərhin müəllifi: Leyla | | | | | 
| menim yazdigima meleyiniz nickinin yazisindadie duzeldinde | |  | |  |  | 16 Sentyabr 2010 22:57 | Qeydiyyat: 25.04.2009 | Adı: »»-(¯`·.·´¯)->シ㋛ℓєуℓα㋛シ | Ünvan: |Yer kuresi|Azerbaijan|Baku | |  |  |  |  |
| | | #90 Şərhin müəllifi: SpLeNDiD_GirL | | | | | 
|
--------------------
Для меня не существует системы ценностей, этикета, морали и гуманизма, я живу по принципам: "Я так хочу" и "Мне так надо"!.
| |  | |  |  | 16 Sentyabr 2010 17:09 | Qeydiyyat: 18.05.2008 | Adı: adsiz | Ünvan: Afrika | |  |  |  |  |
| | | #89 Şərhin müəllifi: Lady_Kapriz | | | | | 
| hmmm... təşəkkürlərrr... bu bardə mən də xəbər hazırlamışdım ama mənim xəbərim akttiv olunmadı.... bir də ki burda bir çox maraqlı istifadəçilər vardır ki mən onlarında fikirlərini bilmək istərdim.... ama onlara pm yazmamısınız... | |  | |  |  | 16 Sentyabr 2010 16:51 | Qeydiyyat: 12.07.2010 | Adı: Sabina | Ünvan: ÖLMÜŞ ÜMİDLER QEBİRİSTANLIĞI | |  |  |  |  |
| | | #88 Şərhin müəllifi: _REQANA_ | | | | | 
| Demək bu xəbər aktiv olub,mən indi gördüm. Çoxusu yaxşı siyasət işlədib,afərin) Təşəkkür edirəm mənə də pm yazdığınız üçün.
--------------------
Biz arzu ediləndən ən çox arzu etməyə aşiqik! | |  | |  |  | 15 Sentyabr 2010 21:08 | Qeydiyyat: 5.09.2008 | Adı: _REQANA_ | Ünvan: ölkəm-AZƏRBAYCAN,paytaxtım-BAKI... | |  |  |  |  |
| | | #87 Şərhin müəllifi: ~KediciK~ | | | | | 
| Herkese tewekkur edirem..Bu arada qayitdiiiiiim | |  | |  |  | 15 Sentyabr 2010 18:09 | Qeydiyyat: 25.10.2008 | Adı: Cama | Ünvan: Memar Ecemi | |  |  |  |  |
| | | #86 Şərhin müəllifi: TATULYA | | | | | 
| spasibochki Cama, maraqli idi)
--------------------
Не поговорить с человеком, который достоин разговора - значит, потерять человека. А говорить с человеком, который разговора не достоин - значит, потерять слова. Мудрый не теряет ни слов, ни людей. | |  | |  |  | 15 Sentyabr 2010 09:44 | Qeydiyyat: 6.05.2008 | Adı: Тatulya | Ünvan: Mars | |  |  |  |  |
| | | #85 Şərhin müəllifi: Rob_Pattz | | | | | 
| İlk öncə müəllifə mənə də PM atdığına görə təşəkkür edirəm. Düşündüm, amma ad çəkmək istəmədiyim üçün sualı cavablandırmadım. Saytda mənim üçün xətri əziz olan insanlar var, barmaqla sayılacaq qədərdir. Onlar da özlərini bilirlər. :) Qeyd etməyə ehtiyac duymadım ona görə. | |  | |  |  | 15 Sentyabr 2010 03:01 | Qeydiyyat: 10.08.2009 | Adı: Bellz | Ünvan: Forks | |  |  |  |  |
| | | #84 Şərhin müəllifi: Mr_Anderson | | | | | 
| Sözsüz mənimdə dostlarım var, Həmişə qeyd etmişəm virtual olan heçnədir.. Hər şey realdır... Virtualı gözəl şəkildə reala çevirmişəm,Sayılıb-seçilən qız və oğlan dostlarım var... Ehtiyac yoxdu adlarını çəkməyə...
Üzürle hesab edin 4 gündü şəkərburaya dönmüşdüm... Ona görədə yaza bilmədim...Sitat: Dandoline Həə..Neçə gündü pm-i saxlayıram ki, qəşşəng rahatçılıqnan oturub dostikim Mr. Andersonu tərif edim..Elə az öncə gedib şokolad aldım, gəlib çayımı süzdüm və rahatca oturdum ki Camaya cavab yazam, dedim qoy əvvəlcə son rəylərə baxım..Bir də baxdım ki, xəbər uje çıxıb..Gejikdim..Hər işim belədi yee.. Heç yazmağa ehtiyacda yoxdu...çünki bir-birimizə verdiyimiz dəyəri ancaq özümüz anlaya bilərik..
--------------------
İndiana Pacers 2-2 Miami Heat
| |  | |  |  | 15 Sentyabr 2010 00:34 | Qeydiyyat: 8.05.2007 | Adı: Emhyr var Emreis-Mr_Anderson | Ünvan: To Miami....back to Cleveland | |  |  |  |  |
| | | #83 Şərhin müəllifi: Dj KaMiL | | | | | 
| Bozqurd,
Kef elə ))) Onsuzda mən nəinki belə adi şeylərə görə, heç bir şeyə görə incimirəm ))) Söz idi demişdimdə sənə, day xodda maşını Nabrana sür )))
--------------------
| |  | |  |  | 15 Sentyabr 2010 00:14 | Qeydiyyat: 10.08.2008 | Adı: Kamil | Ünvan: Neftçilər | |  |  |  |  |
| | | #82 Şərhin müəllifi: Nomre1 | | | | | 
| PM-nə cavab yazmaq istəsəm də imkan olmadı. Çünki neçə dəfə cavab yazmaq istədim yazıldı ki,İstifadəçinin Pm-ləri doludur. Bu tip bir şey:) Mənə Pm göndərdiyinçün Təşəkkür.
--------------------
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin. | |  | |  |  | 15 Sentyabr 2010 00:11 | Qeydiyyat: 29.08.2007 | Adı: -- | Ünvan: DörDivaR | |  |  |  |  |
| | | #81 Şərhin müəllifi: Dj KaMiL | | | | | 
| Sitat: Bozqurd Kamil, bura qədər yazdıqlarını başa düşdüm. Amma birdən birə bu temaya niyə girdin, bax onu anlamadım. Amma bir halda ki, özün bu haqda yazmısan, fikrimi deyim ki, Sənin xəbərlərin haqqında fikrimi şərhdə yox, pm-də demək barədə sözləşməmiz var yəqin xatırlayırsan. Çünki Sən xəbərinə aid tənqidi başqa cür başa düşürsən. İGSÇ hesab edirsən tənqidi. :)) Sənə onsuzda xeyri yoxdur )) Bax yenə bayaqları sözünün üstündə durmadın )) Realda da demişəm sənə, səninlə nə qədər pmlə danışsaq da xeyri yoxdur qaqa ))))) Eybi yox, ürəyin istəyir day camaatın içində denən pritenziyanı, no problem, söz keçmir onsuzda sənə ))) Mən realda görüşüb, çörək kəsdiyim insana sözü, qüsurunu obşakda demərəm heç vaxt ) Nəsə qüsurunu görmüşəmsə çəkib qıraqda deyərəm ) Əlbəttə o mənə obşakda birinci deyirsə o başqa ) mən də deyərəm. Sənə də pmdə dəfələrlə bunu izah etmişəm, ama qəmiş şeysən, başa düşmürsən ki, düşmürsən )) Bax uşağa bir dənə söz dedim, srazı başa düşdü, ama sənin boyda kişiyə nə qədər desəm də xeyri yoxdur ))))))
--------------------
| |  | |  |  | 15 Sentyabr 2010 00:03 | Qeydiyyat: 10.08.2008 | Adı: Kamil | Ünvan: Neftçilər | |  |  |  |  |
| | | #80 Şərhin müəllifi: Dj KaMiL | | | | | 
| Sitat: Bozqurd Ay nemes, (ya siftə!) Sən deyildin Sagoleranın "kimin kimdən zəhləsi gedir" xəbərində deyən ki, çox lazımlı xəbərdir, kimin kimlə münasibəti necədir, bilməliyik, indi noldu, söhbət xoş münasibətdən getdi deyə, arada dava-dalaş, kin-kidurət, boğazlama, qapazlama, saçyoldu, süpürüşmə, bıçaqlama olmadı deyə xəbər lazımsız oldu, hə?
Faşistsən sən. Bunu da yaz bir yerə. Hitler Kamil. Ay qaqaş bəyəndiklərim bəyənmədiklərim oldu da saytda, day dostlarım, qeyri dostlarım nəyə lazımdır? Onu deyirəm də mən ) Əslində bəyəndiklərim daha məntiqə uyğun idi, dost nədiye sən canın ) Virtualda dost anlayışı ancaq uşaqlara məxsus olan bir şey olar ) Onu qeyd etmişəm mən ) Mənimki faşistlik deyil, düşündüyümü demişəm ) Mən hər kəsi canla başla xəbərimdə qüsur axtarmağa gözləyirəm )) Ama cavabınızı da gözəl şəkildə verəcəm ))) Bacarırsızsa mən xəbərinizdə qüsur tapanda mənim də cavabımı verə bilin ))
--------------------
| |  | |  |  | 14 Sentyabr 2010 23:48 | Qeydiyyat: 10.08.2008 | Adı: Kamil | Ünvan: Neftçilər | |  |  |  |  |
| | | #79 Şərhin müəllifi: semichka_supu | | | | | 
| Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
--------------------
Sən. Bu. İmzanı. Oxuyarkən. Beynin. Səni. Dayandırır. Və. Mən. Bundan. Niyə. Zövq. Alıram. Və Ya. Niyə. Yazıram. Bilmirəm.  | |  | |  |  | 14 Sentyabr 2010 22:57 | Qeydiyyat: 6.06.2009 | Adı: Supçik) | Ünvan: Barbados | |  |  |  |  |
| | | #78 Şərhin müəllifi: DoReMiFaa | | | | | 
| Sitat: TARKANFAN Caaan:)). Yerlini unutmamisan:)). Amma gecikmisen:)).
Cama ilə pmda dalaşmmışıq deyəsən hirsdən yazmayıb ))))))AyGüN Yk
Birdə əmim qızı Sebishka_YK var oda heçdə... ondan heçnə demirəm ))
Bunaaa baxeeee Demə yaxşıdır məndə səndən heçnə deməmişəm | |  | |  |  | 14 Sentyabr 2010 22:45 | Qeydiyyat: 10.08.2008 | Adı: SəbishKaa | Ünvan: Paris | |  |  |  |  |
| | | #77 Şərhin müəllifi: TARKANFAN | | | | | 
| Sitat: A_L_F_A SALAM NİGER , PRİVET ÇERNO MAZİY , HELLO BLACK GİRL Hello my friend))).
Sitat: SEBISHKA_YK Səhv etmirəmsə TARKANFAN-da yazmışdım. Caaan:)). Yerlini unutmamisan:)). Amma gecikmisen:)).
Sitat: Bozqurd Üzr istəyirik xanım, amma Tarkanfanı gömrükdən buraxmadılar. :)))
 | |  | |  |  | 14 Sentyabr 2010 22:29 | Qeydiyyat: 18.11.2007 | Adı: Samira | Ünvan: Novaya Zemlya | |  |  |  |  |
| | | #76 Şərhin müəllifi: ~KediciK~ | | | | | 
| Sen artiq o pmni mene gec yazmiwdin..birinci yazdigni qebul etmek mecburiyyetinde qaldim | |  | |  |  | 14 Sentyabr 2010 22:25 | Qeydiyyat: 25.10.2008 | Adı: Cama | Ünvan: Memar Ecemi | |  |  |  |  |
| | | #75 Şərhin müəllifi: DoReMiFaa | | | | | 
| Saytda ən yaxın Dostum Xetai, Rufat vse 2 nəfərdir. Bunlarda demək olarki Joy.Azdandılar Mixdə dostum yoxdur )))Ürəkləri Mix.Az-la dolu olanların hamısını çoooox istəyirəm. 2 ci ailəmdilər Mix.Az-la, joy.az .Hə Birdə AyGüN Yk-dır oda heçdə əmim qızıdır ondan heçnə yazmayım )))
Səhv etmirəmsə TARKANFAN-da yazmışdım... | |  | |  |  | 14 Sentyabr 2010 22:19 | Qeydiyyat: 10.08.2008 | Adı: SəbishKaa | Ünvan: Paris | |  |  |  |  |
| | | #74 Şərhin müəllifi: EMI | | | | | 
| Sitat: TARKANFAN Adı: Samira | Ünvan: CƏNUBİ AFRİKA RESPUBLİKASİ SALAM NİGER , PRİVET ÇERNO MAZİY , HELLO BLACK GİRL
--------------------
| |  | |  |  | 14 Sentyabr 2010 22:16 | Qeydiyyat: 31.01.2009 | Adı: -- | Ünvan: BAKU | |  |  |  |  |
| |
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
| |
|
|