|
|
| Mix.az-lılar... | Mix.aZ həyatı | |

_SKARPIONA_
1.Mix.az mənim üçün çooox böyük məna kəsb edir. Bir çoxlarının təsəvvür edə bilməyəcəyi qədər böyük.Bu 1 ildə evdə ağır mübarizələr apararaq da olsa:)) elə gün olmayıb ki Mixə daxil olmayım. Mix.azdakı insanlar məni realdakı insanlardan yaxşı tanıyır. Çünki mən virtualda daha səmimi oluram.Şərhlərimdə bütün düşündüklərimi,necə varsa elə yazıram. Mix.azı gizli günlüyüm kimi gizlədirəm və maksimum çalışıram ki,_SKARPİONA_nı realda hec kəs tanımasındaha özünə qapanığam,kiminləsə oturub uzun-uzadı hansısa mövzu ətrafında söhbət etmirəm.Mix.az mənə ən böyük hədiyyəni verir:fikirlərimi paylaşmaq.Bəlkə də Mix.azda şərh yazmaq funksiyası olmasaydı mən bu sayta bu qədər bağlanmazdım. Və ən əsası məni bu sayta nə xəbərlər,nə yazılar,nə dizayn,nə musiqilər bu qədər bağlaya bilməz.Əsas məni Mix.azı hər gün ziyarət etməyimə səbəb Mix.az kollektividir. Mixdə mənə həddsiz yaxın olan dostlarım var ki,bəlkə heç bunu onların özlərinə də hiss etdirməmişəm.Bəlkə onlar təsəvvür edə bilməzlər ki,onlar mənə nə qədər əzizdirlər. Bir sözlə,Mix.az fikrinə hörmət etdiyim insanların,mənə əziz olan dostlarımın,maraqlı xəbərlərin ünvanı-mənim virtual ailəmdir. Mixdə yadda qalan günlər çox olub.Amma daha maraqlı bir gün ,həmin günləri geridə qoyur.O gün də şərhimdə qeyd etdim,Online user yarışması günlərində Mix 6-7 ayda yaşamadığı ən maraqlı günlərini yaşadı.Həmin gün saytdan çıxa bilmirdim.Userlərin çoxu onlayn,maraqlı və sağlam mübarizə,gözəl əhval-ruhiyyə,bir sözlə əsl ailə. Bir də VİP aldığım gün.İlahi necə sevinirdim.Bütün günüm xoş əhval-ruhiyyəylə keçdi.İnanmıram ki,bir də hansısa statusu alanda o qədər sevincli olsun mənə. Əgər kiməsə nəsə demək istəyirəmsə istəyirəmsə deyirəm.Düşündüklərimi ürəyimdə saxlamaq mənim üçün ən böyük əzabdır.Bəzən deyirlər çox qırmızı adamsan.:))Hər düşündüyünü demək olmaz.Amma mən deyirəm.Əgər nəyisə deməmişəmsə deməli şərait yaranmayıb. Əgər Mix.azın mənə etdiklərini,və mənim mix.aza etdiklərimi tərəziyə qoysaq hələki birinci daha ağır gələr.Ancaq Mix.az üçün aktiv,qaydalardan kənara çıxmayan,lazımlı xəbərləri və şərhlərilə seçilən user olmağa çalışmışam.Mix.az üçün edəcəklərim hələ gələcəkdədir.Gedib-qayıdandan sonra Mix.az üçün çox şey edəcəm inşALLAH.:)) İnsanlarla maksimum mehriban olmağa çalışıram.Düzdür hərdən bu mümkün olmur.Kiçik incikliklər olub.Amma kiminsə mənə quyu qazdığını,arxamca qeybət etdiyini eşitməmişəm.Ola bilsin ki,bunun səbəbi çevrəmin o qədər geniş olmamasıdır. Rastlaşmamışam belə hallarla və özümdə heç kəsə qarşı belə olmamışam. Xırda incikliklərsiz keçinmək mümkün deyil,amma məndə kin yaratmağa səbəb olan insanlarla rastlaşmamışam. Mix.azda xəbərlərdən çox narazı idim təxminən 1 ay öncəyə kimi.Çevir tatı,vur tatı sevgi xəbərləri,şou-biznes ulduzlarının məni 1 qram da maraqlandırmayan həyatları,bir də çərçivədən kənara çıxan bəzi xəbərlər çoxalmışdı.Bir də məni ürək xəstəsi edən server problemi.İndi şükür yoxdur o problemlər.Hədiyyələr daha rəngarəng maraqlı olsa daha yaxşı olar.Ümumilikdə götürsək hər şey əladır. Silver ,platinium,brilliant.Bu üç statusun ikonunu çooox sevirəm.:))Ümumiyyətlə statusları funksiyalarından çox ikonlarına görə ))bəyənirəm.Ən sevmədiyim status ikonunda isə hal-hazırda özüməm )ikon mənə 50-60 cı illərin ağ-qara kinolarını xatırladır Ürəyimdə qalan xəbərim”Güney Azərbaycan” idi.O da aktiv oldu bu yaxınlarda.Bir də,ürəyimdə qalan bir xəbər var.Yaxın zamanlarda o xəbər aktiv olunmayacaq bilirəm.Amma bir gün o xəbəri yazacam..Bir gün mütləq.... Mix.az userləri əsasən Azərbaycan gənclərindən təşkil olunduğu üçün sözüm Azərbaycan gənclərinədir. Biz xoşbəxt gənclərik çünki damarlarımızda Azərbaycan türkünün qanı axır.

Veli_DRD
Əvvala bu imkanı mənim üçün yaratdıqına görə təşəkkür edirəm Vüsal. Mix.Az mənim üçün bir ailədir.Mənim üçün virtual dostluq mənası verir Mix.Az. Burda hərzaman rahatam.Hətda statusum alınanda belə mən tərk etmədim saytı.Çünki burda mənə əziz olan insanların sevgisini,mənə qarşı dəyərini gördüm. Tam səmimi şəkildə deyə bilərəmki əgər nə vaxtsa sıxıntım olursa burda,saytdakıı dostlarımla paylaşıram.Həyatda bacım,qardaşım olmayıb mənim.Bunu ancaq mənim kimi evin bir övladı olanlar gözəl anlayarlar.Hərzaman tək olmuşam,amma Mixdə məni anlayan bir qrup insanlarla münasibət qurmuşam.Onlara burdan demək istəyirəm ki,çox saqolun gözəl insanlar. Mixə son zamanlar real həyatımda olan bəzi problemlərə görə çox daxil ola bilmirdim.Amma zaman var idi çox aktiv idim.inşAllah yaxın zamanlarda yenidən bu aktivliyi geri qaytarmaqa çalışacam. Ən yadda qalan günüm çox olub saytda.Çünki hər biri xoş xatirələr verir.Ən yadda qalan günlərdən biri ilk xəbərimin saytda dərc olunması olmuşdu.Həmən xəbəri Aze Girl xanım hazırlamışdı.Allah razı olsun ondanda.Bu mənə elə gəlir ki,hər bir userin saytda ən yadda qalan günüdür ki,onun ilk xəbəri dərc olunur.Sonra özüm yazdıqım "Körpəmiz olacaq" xəbəri çox bəyənilmişdi.May ayının ən gözəl xəbəri seçilmişdi istifadəçilər arasında.Bugün də mənim üçün unudulmaz bir gün idi.Pis gün olmayıb saytda. İndiyə kimi elə bir şey olmayıb ki,demək istəmişəm amma deməmişəm.Sadəcə istəyərdim ki,hər bir istifadəçi bir-birinə qarşı ən əsası mehriban olsun.Dəyərlərini bilsinlər. Mix.Az üçün virtual olaraq əlimdən nə gəlirsə onuda etmişəm.Bacardıqım qədər ilə.İnşAllah xeyiriyyə işləri gələcək də olarsa mütləq çalışacam ki,iştirak edim.Hə halda bu ailənin üzvüyüksə,çalışmalıyıq nəsə edək. Yox əsla.Mənə qarşı ikiüzlülük eliyən user olmayıb.Xətrimə dəyəndə olmayıb.Nədənsə hərzaman mehribançılıq olub hər bir istifadəçi ilə.Allah hərzaman bizləri mehriban eləsin inşAllah. Xeyr elə bir insan olmayıb.Ümumiyyətlə mən real həyatdada kimsə səhv edirsə onu bağışlamaq və ya bağışlamamaq söhbəti etmirəm.Çünki bağışlamaq və bağışlamamaq Allaha məxsusdur.Mən kiməmki?Mən sadəcə həyatın sıxıntılarını,xoş günlərini yaşayıb dəyərsiz şeyləri görüb dəyərlilərin dəyərini bilməyə çalışan bir insanam. Çox şükür hər şeydən razıyam.Narazı olduqum elə bir şey yoxdur.Mixdə ən əsası ondan razıyam ki,istifadəçilərin əksəriyyəti sünilikdən qaçıb xəbərlərə oxuyub öz şəxsi fikirlərini,rəylərini bildirirlər.Mix.Azı digər Aznet saytlarından fərqləndirən ən başlıca müsbət amillərdən biri budur. Hal hazır ki,statusumdan çox razıyam.Min şükür.Status əsas deyil,əsas hörmətdir,əsas sənə verilən qiymətdir,əsas sənin sayta verdiyin qiymətdir.Bəzi istifadəçilər var ki,statusa görə xəbər göndəririrlər.Əsla.Bu uşaq psixologiyasıdır.Anlayıram,statusda olmalıdır əlbətdə.Allah hər kəsə layiq olduqunu bəxş etsin inşAllah. Ürəyimdə qalan xəbər deyəsən olub.Yadımda deyil amma bir xəbəri tərcümə etmişdim,lakin sonradan məlum oldu ki,aznetdə olub.Onda təssüflənmişdim.Amma redaktorlardan çox razıyam.Allah onların əllərinə qüvvət versin. Mix.Az userlərinə sözüm budur ki,çalışaq mehriban olaq.Çalışaq bir-birimizin uğurlarına sevinək.Birdaha Vüsal sənə dərin təşəkkürümü bildirirəm qardaş.

HEYATIM
SALAM MIX EHLI)) Mix.az dedikde mençun semimi dostlar,xoş istirahet,eylence yada duşur.Mixden çox melumatlar topladim,bilikler qazandim.gozel dostlar tanidim. Yaxşi gunlerim çox olub.en esasi 1 aprel))hele de deyirem ey bunu)))qizlarin birlikde Turala etdiyi zarafat))sonra Turalin bize verdiyi Banner statusu,sonra ise yalançi admin statusu)) Ardindan 1 Aprel bitdikden sonra aldigim bronze statusu))nece sevinirdim))ne bilerdim neçe il o statusda çuruyecem Ayda yadima bir xatire daha duşdu.demeli o vaxti bir user vardi mixden qisas almaqcun(guya) getdi sayt açdi.biz userlere dedi destek olarsiz.ayda Vallah heç bilmirdim bu sayti mixe qarşi açib.nese girib 1-2 şerh yazmişdim ki,bes yeni saytinizda ugurlar. Sonra mix hardasa 2-3 gun işlemedi.demeli Alim,Asef obşakda danişiriq.deyirik-guluruk heç neden xeberimiz yox))birde gorduk Nina geldi ki,bes ban olmusuz))))bizde inanmiriq guluruk)) Sen deme sayt açilibda,spide soz-sohbetlerde olub da, biz burda hele xebersizik.çunki sayt bizde açilirdi amma evvelki sehifeler.ne qeder edirdik uçumuzde de açmirdi mix)) Camaat orda qirginda idi))men ozum bilmirdim ki,Tural mixin userlerinden kiminse başqa sayta getmesini xeyanet adlandirir.oncun Asefle menim statuslarimizi almisdi))men en çox ona pis olmuşdum ki,Asefinde statusu mene gore alinmişdi.menim uzunden(((çunki men dimişdim gedek destekfason şerh yazaq.neyse sonra Turala Asef dimişdi her seyi.anlaşilmazliqlar qalxmişdi,statuslarimizda geri gelmişdi))ondan sonra heç bir sayta daxil olmadim Sonra Ali ile Asefin 1 aya rekord vuraraq gonderdikleri xeber gunu.Status vermek huququ vardi her iki userin ve sag olsun Ali mene vermişdi statusu.Bir daha çox sag ol)) hemin gun bezi sebeblere gore sevine bilmemişdim Xoş Xatirelerimde olub,pis xatirelerim de.esas odu pisler unudulur,yaxşilar qalir. Elbet her kes kimi menim de xetrime deydiler,mende deydim.duzu eşitmemişem kimse haqqimda pis nese danişa.amma inanmiram ki,bu olmasin)) Eslinde indiye kimi ureyimde inciklik Aze ile olan incikliyim idi,o da Alinin xeberinde qeyd etmişdim.Ve o inciklik aradan goturuldu.başqa çox Şukur heç kesle incikli deyilem.o insandan inciyerem ki,o insan mencun deyerli olsun.. Onsuz kim ne edir ozune edir.hemişe dediyim soz var. KİMSE PİSLİYİNDEN QALMİRSA,MEN NİYE YAXŞİLİGİMDAN QALMALİYAM? Bagişlamaq ALLAHA mexsusdu.onçun gelib menden uzr isteyen her kesi bagişlayaram,amma qelbim hemin insanla birde heç vaxt barişmaz.sadece bagişlayaram. Mixde davalardan,soz-sohbetden naraziyam. Razi oldugumsa sahib oldugum deyerli dostlarimdi. Ureyimde qalan 1 xeber olub.bir defe oturdum yazdim.poema alindi))sonra sildim. O xeberi bir nefere yazacaqdim.didim ele qoy nece bilirse her şeyi ele de bilsin.belke bele meslehetdi. Satatus olaraq: Aktiv,Vip,Banner,Admin(yalançi)brilyant,bronze,silver olmuşam.hemişe maraqli olan adminka olub mene))çox ehtimal bu heç vaxt olmayacaq.yeni adminkani gormek))))en esasi platinium statusu çox maraqlidi))esas ozelliyini bilmek isterdim)) Ozune dimişen burda bir daha deyirem.Tural her şey ucun çox sag ol. Mix.az userleri size son sozum meni unutmayin

Bozqurd
Hər birinizi salamlayıram. Əslində Mən mix.az-da kifayət qədər yeniyəm. Çox güman ki, köhnə userlərin bir çoxu Məni tanımır. Futbol matçını çıxmaq şərtilə, heç vaxt partilərdə, tədbirlərdə, xeyriyyələrdə iştirak etməmişəm. Sizinlə maraqlı real sərgüzəştlərimi bölüşə bilməyəcəm, təəssüf ki. Ona görə də yazdıqlarım kiməsə maraqsız gəlsə, gərək bağışlayasınız. Özüm haqqında qısaca onu deyim ki, 25 yaşım var, Dillər Universitetinin “Avropaşünaslıq” fakültəsini bitirmişəm. Keçən ilin payızında təhsilimi xaricdə davam etdirməklə bağlı ciddi maraqlanırdım və bu maraq Məni- hələ 2008-ci ildə qeydiyyatdan keçdiyim mix.az saytına yenidən gətirib çıxardı. Realistin “Avropada Təhsil Sistemi və Azərbaycan” xəbərində xaricdə təhsil alan çoxsaylı mixazlılarla tanış oldum. Və məhz onların mövcudluğu Məndə bu saytın intellektual bazasına inam yaratdı və ogündən bu yana hələ də mix.azdayam Amma eyni zamanda sevdiyim insanla aramızda konfliktlər də yaranmışdı və məhz bu konfliktləri kəskinləşdirməmək üçün həyatımın ən böyük arzusu- xaricdə təhsil almaq planlarımın üzərindən xətt çəkməli oldum. Amma olacağa çarə yox imiş. Sevgi həyatım birdəfəlik ayrılıqla bitdiyi üçün yenidən öz uşaqlıq arzum- xaricdə təhsili düşünməyə başladım və inşAllah, böyük Allahın izni ilə 2011-ci ilin avqust ayından Canadada təhsilimi davam etdirmək niyyətindəyəm. Hələliksə başımı dayımın reklam şirkətində dizayner olaraq işləməklə qatıram. Mix.az Mənim üçün virtual ev hesab edilə bilər. Elə bir ev ki, hətta dalaşıb gedəndən sonra belə “evdəkilərdən” birinin mülayim telefon zəngi və “Oğuz, qayıt” xahişi əl-qolumun yumşalmasına və yenidən bu evə dönməyimə səbəb olur. 13 ildən artıqdır ki, internetdən istifadə edirəm. Dünyanın bir çox sosial şəbəkələrinin üzvü olmuşam. Amma mix.az yeganə kollektiv oldu ki, təmsil olunduğu ölkədə ona alternativ axtarmağı heç zaman ağlıma da gətirmədim. Mix.az-da indiyəcən maraqlı günlərim çox olub, amma Mənə elə gəlir ki, ən maraqlısı hələ bundan sonra- nə vaxtsa Turalın “redaktor olmaq istəyirsən?” sualını eşitdiyim gün olacaq. Mənim üçün mix.az sevdiyim userlərlə qaynayıb daşan zaman daha sevimli olur. Xasiyyətcə sentimental insanam və hətta ən adi bir userin belə inciyib saytdan getməsini istəmirəm. Mix.azı həmişə mehriban və səmimi görmək istərdim, amma onu da bilirəm ki, reallıqda bir-birindən zəhləsi gedən, bir-birinin qeybətini edən, hətta bir-birinin qanını içməyə hazır olan o qədər user var ki… Mənim özümün də sevmədiyim userlər zaman-zaman peyda olur. Saytda ən böyük konfliktim Cehennem Sakini ile olub. Bu məsələni yenidən gündəmə gətirmək istəmirəm, sadəcə onu deyəcəm ki, konflikt elə kəskin hal almışdı ki, onun ban olunmağını Turaldan tələb də etmişəm. Tural isə “forumumun adminini ban edə bilmərəm” demişdi. Bilirəm ki, Cehennem Sakini də Mənim ban olunmağımı Turaldan tələb edib, ona verilən cavabdan isə xəbərim yoxdur. :) Bu yaxınlarda forumda Mənim müsahibəmi açmaqla, və orada Məndən üzr istəməklə Cəhənnəm Sakini bir jest etmiş oldu, və bu jestə cavab olaraq qarşılıqlı şəkildə Mən də ondan üzr istəməklə keçmiş konflikti bağışlamış və unutmuş oldum. Digər userlərlə elə də ciddi problemim yoxdur, çox şükür. Düzdür, zaman-zaman kiminsə qəlbinə toxunmalar filan olur, amma bu “küsüb-barışmalar” o qədər sürətlə cərəyan edir ki, Mən indi onlardan birinin adını çəksəm belə, bu xəbər hazır olub saytda gedəndə artıq o insanla barışmış olacam yəqin ki. :) Hörmət etdiyim və xətrini çox istədiyim userlər həddən artıq çoxdur. Hamısının adını yazsam gərək Suallar və Problemlər səhifəsində təşəkkür düyməsini basanların yarısını köçürüm bura. Və yaxud əksinə, bəzi davranışlarına görə hörmətimi itirmiş userləri də qaralamaq, adlarını çəkmək istəmirəm. Hər nə oldu, keçmişdə qaldı. Gələcəyə boylanmaq lazımdır. Hər birinizə real həyatda uğurlar arzulayıram. Arzum budur ki, ürəyinizdəki bütün nifrət və laqeydlik hissləri tamamilə əriyərək yerini SEVGİyə versin. Hətta bu sevgini Sizə vaxtilə çox görmüş olsalar belə. Siz yenə də sevin! Dünyanı məhz sevgi xilas edəcək- V element. :)))
Hər birinizə sevgilərimlə, Bozqurd.

Mr_Anderson
Mix.az mənim üçün doğma bir virtual məkandır.Qeydiyyat nömrəm heç kəsi aldatmasın,elə özüm keçən ilin oktyabrın 9-u ilk xəbərimi göndərmişəm,və mixə müntəzəm olaraq daxil olmağı başlamışam.İnsanın nəyəsə marağı varsa,ora heç bir səbəbsiz də daxil ola bilər.Məndə həmçinin. Sözsüz artıq bir ilə yaxınlaşan mix.az fəaliyyətimdə çalışmışam müsbət cəhətlərimlə tanıdım insanlara özümü.Bu uzun müddət içərisində mənim pis və yaxşı günlərim çox olub,Pis günlərimə misal olaraq,ban olunduğum günləri göstərə bilərəm və ya Bozqurd ilə mərcdə uduzduğum günlər..Həmişə “qonaq ” kimi baxırdım və heç bir fikir bildirə bilmirdim,ümumiyyətlə tərəziyə qoysaq mənim pis günlərim daha çox olub nəinki yaxşı.. İnşAllah bundan sonra daha buludsuz ,sakit və gözəl günlər keçirərəm mix.də Movzuya girəndə necə deyərlər ilk olaraq Ana səhifəyə daxil olduq və ümumi reaksiyamı və fikirlərimi bildirdim. Amma saytin userləri var ki , söhbət əsl mix.azlılardan gedir,onlar saytın qan damarlarıdı..Bu damarlarda gedib-gələn qan isə münasibətdi..Yəni bir növ insanların bir-biri ilə əlaqə qurması,saytın canlanmasında ən böyük rol oynayır.Sözsüz stimul olaraq öz şəxsi düçüncələrimi bölüşmək istərdim,bu saytda dəyər verdiyim insanlar çoxdu,onların adını qeyd edib xəbəri daha da genişlətmək istəmirəm..Amma pis cəhətini qeyd etməliyəm ki,ilk sayta gəlişimdə bir çox userlərlə konflikt yaşamışam,Xoşbəxtlikdən mübahisələrimiz geniş vüsət almayıb və bir-birimizə xoş söz söyləməsəkdə ən azından hörmətsizlik edib qəlbimizi qırmamışıq.Deyiləcək sözlərim həmişə olub olacaqda,çünki hər sözümüz deyildikdə susmağımız müxtəlif cavab olur...Bir başqa aydınlaşdırma ilə izah edim,dediyim çox sözə görə peşman olmuşam,amma dilimə gətirmədiyim heç bir sözə görə peşman olmamışam.Çalışıram bu prinsipə zidd olmayaraq,bir çox user haqqında fikrimi,sözümü, saxlayım.Bir növ baza kimi....lazım olanda tərif edərəm lazım olanda pislərini açıb göstərərəm.İnsanı sözündən tutmağa çalışan birisiyəm,yəni onun necə olduğunu elə ilk kəliməsindən tanımaq hissi mənə çox yaxındır..Konkretləşdirmək lazım olsa deyərəm Whatever Happens və Financer_001 balacada olsa münaqişə yaşamışıq ,Amma indi hər ikisi ilə münasibətim yaxşıdır..Mənim xətrimə dəyən hələki olmayıb,amma onu bilirəm ki çoxunun xətrinə dəymişəm( Yeri gəlmişkən öz fəaliyyətimdən danışım,özüm mix.az üçün çox şey etmişəmmi etməmişəmmi onu deyə bilmərəm,bircə onu qeyd elə bilərəm ki,normal user reytinqini yaxalamışam,Bunu həm xəbər ,şərh ,həm də şəxsi hörmətimlə qazanmışam desəm yanılmaram.Amma bir nüansı qeyd etmədən keçmiyəcəm,Mix.azla bowlingə getməyim... ilk olaraq onu qeyd edəcəm çün ki,səmimi mix.az kollektivini ilk orda görmüşəm,Daha sonra mixin ad günü...Bir növ mixdə olduğuma görə özümü azda olsa bu böyük saytın bir üzvü hesab dirəm. Bayaq qeyd etdim,amma bu dəfə bir geniş izahat daha yazacam,Saytda ikiüzlü insanlar çoxdu,bunuda normal qarşılamaq lazımdı,Ən azından bu həyata yaxşı insanlar kimi pis insanlarda lazımdır,Bir növ qədir bilmək məsələsi..Əsasən ikiüzlülük məndə təəccüb yaratmadığından ona görədə incimirəm.Arxamca danışan,quyu qazan mütləq olmalıdır,buda həyatin qanunudur,Nə qədər yüksəyə doğru getsən aşağıdan sənin uğurlarına göz dikən insanlarda çoxalacaq..Düzdü bir az inciyəm,amma özümə qapanığ olmağım bunu büruzə verməməyimə yol açır.Xətir dəyməkdə iki cürdü biri qəsdən,biri isə təsadüfən...qəsdən xətrimə dəyən varsa və incimişəmsə ,o incikliyi göstərib sevindirmərəm Mixdən ümumən razıyam,amma narazılığımda sözsüz ki var,mənim fikrimcə şəkilli xəbərlər azalmalı,insanların müzakirə edəcəyi məsələlər,xəbərlər gündə ən azı 1-2 dəfə aktiv olunmalıdır,ən azından digər xəbərlərdə,əyləncə,maraqlı faktlar,mp3lər gün ərzində bir dəfə aktiv olunsa əla olar,Sözsüz bunlar mənim subyektiv fikirlərimdi,təcrübələri məndən çox olan admin heyəti və redaktorlar hər şeyi nizam-intizama salmağa çalışırlar. Status....Bilirsiz,ilk əvvəl mixə girəndə kaş mən bu saytın sahibi olardım deyirdim,daha sonra redaktorluq sevdasına düşdüm,indi isə Gold User olmaq istərdim deyirəm...Necədə böyük fərq var..Status önəmlidi,bu həm saytın admini tərəfindən sənə olan güvən,etirbardan irəli gəlir.Mənim üçün fərq etməz artıq,hər hansı status olursa olsun..Çünki necə deyərlər statusa olan sevgim ölüb,bir növ Silverə qədər qalxaraq qurdumu öldürmüşəm) Ürəyimdə heç vaxt xəbər qalmır,hərdən gecə yatağıma girərkən,telefonumda qeydlər edirəm ki sabah belə bir layihə üçün müraciət edim və ya başqa cür xəbər hazırlayım..Xəbər mövzusunda sərbəstəm,hər cür xəbər hazırlaya bilərəm.Çalışıram,hamı tərəfindən marağa səbəb olsun..Saytın bir qrupu üçün xəbər hazırlamıram.Hərdən gecə xəbər aktiv edirəm,Çün ki gecə kompyuter başında tək olanda yazmaq ürəyimdən keçir..Bir sözlə xəbərlə bağlı elə arzum yoxdu..Çalışdığım qədəri ilə istəklərimi yerinə yetirirəm. Mixlilərə son sözüm odu ki,əzizlərim bu sayt bir ələkdi,və yalnız sona Əsl mix.azlılar qalır...Hər dəfə bu ələk ələndikcə “qonaq” userlər azalacaq və sona mixlilər qalacaq, Bütün mixə səslənərək deyirəm,həm yola verməyi bacarın həmdə yola gəlməyi...düzgün yola gəlməyi bacarın..
P.S-Xəbər HƏYATİM xanımın öz düşüncəsi ilə yaradılmışdır və son mixlilər xəbərində bu mövzuya son qoyulmuşdu.Xəbəri canlandırmaqda məqsədim yeni mixlilərin simaları və düşüncələri ilə sizi tanış etmək idi.Məncə bu userlərin Mixli olmasına heç kəsin şübhəsi olmaz. Bu arada sualları eynilik təşkil etsin deyə mənə təqdim edən və xəbərin məğzini izah edən HƏYATİM nikli userə dərin təşəkkürlər.
Təşəkkür edənlər: (50) Bobo55, Nermishka_DRD, VeLi_DRD, Nikolka, ZDENKO, Dandoline, Trilli Villi, denizzzz, you belong with me, _MILANoooRE_, menim_heyatim, Shevchenko_Ali, VIP, lady leli, MeLaNia, Senyorita, Manson_9, Jeyibon, Lady_Gunka, zaur16, secret_love, TARKANFAN, so_lonely, A_L_F_A, Cehennem_Sakini, Mr.KAyfuyem, Unfaithful, ayshan, Diji, BBX, denizim, Gabriel, Vogue, zahra19, Heyatim, ROMINA_21, BOBO_DEMOS, Dr_Zara, Miss_Skazochka, LiLAmoooR, semichka_supu, Kida.167, Dr.Genetik, Half_spirit, __Jale__, Acidil, ForeveR_SweeT, _REQANA_, KoLeRa, PSiKoPaTKa |  | |  |  | |
| Baxış sayı: 2875 Şərhlər (96) Müəllif : Mr_Anderson 31 İyul 2010 12:21 | |  |  |  |  |
| |
 | #96 Şərhin müəllifi: semichka_supu | | | | | 
| Sitat: Bozqurd Semi, Mən kənddə olanda Skarpa ilə Sənin bu sözüvə doyunca gülmüşük. Zara və Skarpa mix-dəki şərhləri Mənə göndərirdilər facebook vasitəsilə. Sənin bu cümləvə o ki var gülmüşdüm. :))) Allah məni güldürsün :)))) Skarpa da oxuyub?) Nə əcəb cavab yazmıyıb burda bizə?))
--------------------
Sən. Bu. İmzanı. Oxuyarkən. Beynin. Səni. Dayandırır. Və. Mən. Bundan. Niyə. Zövq. Alıram. Və Ya. Niyə. Yazıram. Bilmirəm.  | |  | |  |  | 21 Avqust 2010 23:04 | Qeydiyyat: 6.06.2009 | Adı: Supçik) | Ünvan: Barbados | |  |  |  |  |
| | | #95 Şərhin müəllifi: semichka_supu | | | | | 
| Sitat: _REQANA_ Heç cürə dəyişə bilmərəm,sən də alışmalısan,başqa yolu yoxdur))
Sitat: Mr_Anderson Təki sən qarışma Yenə qarışdırdım)) Oke, özünüz bilərsiz)
--------------------
Sən. Bu. İmzanı. Oxuyarkən. Beynin. Səni. Dayandırır. Və. Mən. Bundan. Niyə. Zövq. Alıram. Və Ya. Niyə. Yazıram. Bilmirəm.  | |  | |  |  | 19 Avqust 2010 03:18 | Qeydiyyat: 6.06.2009 | Adı: Supçik) | Ünvan: Barbados | |  |  |  |  |
| | | #94 Şərhin müəllifi: Mr_Anderson | | | | | 
| Sitat: semichka_supu bir də onu deyim ki, bu smayldan smile az istifadə eləsən yaxşı olar məncə) Çünki hərdən şərhlərin süni çıxır smile :) Sahib o mənim "sığorta kağızımda " Bəzən sərt fikirləri gülüş altında demək lazımdı ki,qoyunun ruhu inciməsin...Sitat: semichka_supu Niyə eyni rəngdə yazırsız ki?)) Ən sevdiyim rənglərdən biridi,Bolt... Gələn gündən elə bu rəngdən istifadə edirəm,Reqana xanımda etiraz etməz.. Təki sən qarışma
--------------------
İndiana Pacers 2-2 Miami Heat
| |  | |  |  | 19 Avqust 2010 03:10 | Qeydiyyat: 8.05.2007 | Adı: Emhyr var Emreis-Mr_Anderson | Ünvan: To Miami....back to Cleveland | |  |  |  |  |
| | | #93 Şərhin müəllifi: _REQANA_ | | | | | 
| Sitat: semichka_supu Niyə eyni rəngdə yazırsız ki?)) Səhv saldım axı)) Mən bu rəngdən artıq 2 il olacaq ki,istifadə edirəm,öyrəşmişəm.Heç cürə dəyişə bilmərəm,sən də alışmalısan,başqa yolu yoxdur))
Sitat: Mr_Anderson Qarşılıqlıdı,nəinki mənim bütün mix userlərin hörmət etdiyi bir xanımsız... P.S- Kənardan baxırsız və insanları onların sinif yoldaşları kimi şərh edirsiz Təşəkkür edirəm,minnətdaram.
--------------------
Biz arzu ediləndən ən çox arzu etməyə aşiqik! | |  | |  |  | 19 Avqust 2010 03:09 | Qeydiyyat: 5.09.2008 | Adı: _REQANA_ | Ünvan: ölkəm-AZƏRBAYCAN,paytaxtım-BAKI... | |  |  |  |  |
| | | #92 Şərhin müəllifi: semichka_supu | | | | | 
| Həə, Anderson haqqında bir də onu deyim ki, bu smayldan az istifadə eləsən yaxşı olar məncə) Çünki hərdən şərhlərin süni çıxır :) Bir də bayaq aşağıdakı şərhivi oxudum elə bildim Reqana yazıb lool deyirəm Reqi belə şərh yaza bilməz axı :D Niyə eyni rəngdə yazırsız ki?)) Səhv saldım axı))
--------------------
Sən. Bu. İmzanı. Oxuyarkən. Beynin. Səni. Dayandırır. Və. Mən. Bundan. Niyə. Zövq. Alıram. Və Ya. Niyə. Yazıram. Bilmirəm.  | |  | |  |  | 19 Avqust 2010 02:59 | Qeydiyyat: 6.06.2009 | Adı: Supçik) | Ünvan: Barbados | |  |  |  |  |
| | | #91 Şərhin müəllifi: Dj KaMiL | | | | | 
| Mən də baxıram sonuncu şərhlərə, deyirəm ala bu xəbər indi aktiv oldu? )) Görürəm ki ana səhifədə yoxdur ))
K stati hamısı öz uşaqlarımızdır, yaxşı uşaqlardır ))
--------------------
| |  | |  |  | 19 Avqust 2010 02:55 | Qeydiyyat: 10.08.2008 | Adı: Kamil | Ünvan: Neftçilər | |  |  |  |  |
| | | #90 Şərhin müəllifi: Mr_Anderson | | | | | 
| Sitat: _REQANA_ Hörmət etdiyim insandır. Qarşılıqlıdı,nəinki mənim bütün mix userlərin hörmət etdiyi bir xanımsız... P.S- Kənardan baxırsız və insanları onların sinif yoldaşları kimi şərh edirsiz.
--------------------
İndiana Pacers 2-2 Miami Heat
| |  | |  |  | 19 Avqust 2010 02:53 | Qeydiyyat: 8.05.2007 | Adı: Emhyr var Emreis-Mr_Anderson | Ünvan: To Miami....back to Cleveland | |  |  |  |  |
| | | #89 Şərhin müəllifi: semichka_supu | | | | | 
| Bozqurd Oğuz elə yazıb ki başlıqda elə bil tribuna qarşısındadı) Oğuzu ilk dəfə İlin cütlüyü yarışmasında görmüşdüm)) Orda maraqlı bir şərh yazmışdı) Sonra nətər oldusa, Mix-də ilişdi qaldı)) Tərifləmiyəcəm Ouzu çünki xoşuna gəlmir) Bircə nikinin tez tez ban olunmağını istəməsi olmuyaydı da)) O cürə niklər heyif oldu( Nə yaxşı ki, artıq tərgidib o xüsusiyyətini)
Mr_Anderson Ou this is Anderson)) Anderson saytda aktiv olmağa başlıyanda deyəsən mən saytda aktivliyimi itirmişdim) Ya da diqqətimi çəkmirdi) Kimdir O-ya düşüb Silver olannan sonra, sayta qaynayıb qarışdı (mənə görə:) ) Sonra saytda Vəfa, Punka ilə çatları olurdu) Kimə gəldi söz atırdı :-P Saytda dəfələrlə ban olundu, şərh paneli bağlandı yenə özünə qoyulmadı) Bir çat olan kimi ban edirdilər, yəqin admin ərk edirdi ona görə) Bunun da səbəbi hər dəfə ban olunsa da yenə də gəlib öz işində olması idi məncə) Son 1-2 həftədə də ciddiləşib) Özünə də demişəm yaraşır ciddilik, amma qədərində ola da) deyəsən uje düşüb bu ciddiliyin içinə)
Çalışdım mən başqa prizmadan şərh edim, bilməm necə səmimi alındı ya yox, amma beynimnən keçənləri yazdım))
--------------------
Sən. Bu. İmzanı. Oxuyarkən. Beynin. Səni. Dayandırır. Və. Mən. Bundan. Niyə. Zövq. Alıram. Və Ya. Niyə. Yazıram. Bilmirəm.  | |  | |  |  | 19 Avqust 2010 02:51 | Qeydiyyat: 6.06.2009 | Adı: Supçik) | Ünvan: Barbados | |  |  |  |  |
| | | #88 Şərhin müəllifi: _REQANA_ | | | | | 
| Mr_Anderson - Bu insan haqqında fikirlərimi azdan-çoxdan forumda müsahibəsində bildirmişəm)ancaq yenə də düşüncələrimi deyəcəm. Deyəsən mixdə ilk əvvəllər Aforizm xəbərləri ilə məşhur oldu.Financer ilə bir-birlərinə kinayəli şərhlərini görürdüm.Daha sonra userlərlə qaynayıb-qarışdı.Mehriban,ağıllı userdir.Axır zamanlar bir az dəyişib,yəni ciddiləşib,bəlkə də əsil Anderson məhz budur.Əvvəl mövzulara dırnaqarası baxırdı,ancaq indi səlist şəkildə fikirlərini bölüşür,məntiqli insana bənzəyir.Hər kəslə dil tapır,dünyagörüşlüdür,savadlıdı
r.Emosiyalara qapılmaz)Hörmət etdiyim insandır.Uğurlar arzu edirəm.
PS.Bu arada şərh etdiyim userlərlə heç bir münasibətim yoxdur,sadəcə kənardan necə təsir bağışlayırlarsa çalışdım olduğu kimi xarakterizə edə bilim,nə dərəcədə alındı deyə bilmərəm,sadəcə fikrimi böldüşdüm.Ümid edirəm inciməli heç nə yazmamışam. Gec də olsa xəbərə görə təşəkkür edirəm,ən böyük təşəkkür Semişə düşür,o linki verməsəydi xəbərim olmayacaqdı,minnətdaram.
--------------------
Biz arzu ediləndən ən çox arzu etməyə aşiqik! | |  | |  |  | 19 Avqust 2010 02:48 | Qeydiyyat: 5.09.2008 | Adı: _REQANA_ | Ünvan: ölkəm-AZƏRBAYCAN,paytaxtım-BAKI... | |  |  |  |  |
| | | #87 Şərhin müəllifi: _REQANA_ | | | | | 
| Bozqurd - Şərhlərindən hiss edirəm ki,savadlı insandır,dünyagörüşü yetərincə var.Bəzən userlərlə kobudluq edir,bəzən isə əksinə olur.Müzakirə etməyi çox sevir.Nə barədə istəsəniz danışa bilər,buna ağlı və savadı imkan verir. Bir mənfi cəhətini görmüşəm,sadəcə demək istəməzdim.Hər halda öz işidir,uğurlar arzu edirəm.Sitat: Bozqurd Reqananı çox soyuq bir insan kimi tanıyırdım. Nə var, nə var, 5-10 şərhini oxumuşdum və bu qənaətə gəlmişdim. Amma sonradan onu yaxından tanıdıqca öyrəndim ki, çox istiqanlı insan imiş. Bu cür fikrinizi dəyişəcəyinizi heç ağlıma gətirməzdim.İlk dəfə mənə qarşı mənfi fikirlərinizi "Kimdir O?" da mən olanda yazmışdınız,düzü normal qarşılasam da,bir az pis oldum.Çünki məni tanımayan insan mənim haqqımda mənfi rəy söyləyəndə istər-istəməz insan bir cür olur.Bəli,5-10 rəylə bir insan haqqında fikir formalaşmaz.Şitlik etməyi sevmirəm,bu artıq mənim xarakterimdir.Adətən mənim tipli insanlar həddindən artıq istiqanlı insanlar olurlar.Sınanmış bir faktdır)Hər halda müsbətə doğru dəyişməniz xoş oldu.
--------------------
Biz arzu ediləndən ən çox arzu etməyə aşiqik! | |  | |  |  | 19 Avqust 2010 02:32 | Qeydiyyat: 5.09.2008 | Adı: _REQANA_ | Ünvan: ölkəm-AZƏRBAYCAN,paytaxtım-BAKI... | |  |  |  |  |
| | | #86 Şərhin müəllifi: Mr_Anderson | | | | | 
| Sitat: PuNKa vvəla özü məni çox yaxşı tanıyır belə bir şey etməz bilirəm nə özünə nə də mənə yaraşdırmaz))ona görə onunla rahat rahat zarafat edirəm)xasiyyəti isə akmaz kokmaz ...))mənlə yola gedirsə hamı ilə yola gedə bilər) Əlbətdə Punu...zarafatında yerini bilməliyik,elə sənlədə belə isti münasibətimizin qalmağına əsas səbəblərdən biri sənində xoş,zarafatcıl,dünyagörüşlü bir qızın olmağıdır.. Bilirsən ki realda və virtualda xətrini çox istəyirəm... Kimlərə görəsə sərt , qorxulu qızsan amma içində yumşaq xasiyyətli biri oturur.. Səni azda olaraq tanıdığım üçün dedim.. Əvəz olsun deyə tərifləmədim..
--------------------
İndiana Pacers 2-2 Miami Heat
| |  | |  |  | 19 Avqust 2010 02:29 | Qeydiyyat: 8.05.2007 | Adı: Emhyr var Emreis-Mr_Anderson | Ünvan: To Miami....back to Cleveland | |  |  |  |  |
| | | #85 Şərhin müəllifi: semichka_supu | | | | | 
| _SKARPIONA_ Skarpinin mix-ə təzə gəlməyinnən başdıyım) Əvvəllər yadıma gəlir, saytda Skarpi bir də Fateh əmimiz çat edirdilər çoxulu) Dalaşırdı userlərnən) O qədər də xoşum gəlmirdi düzü)) Sonradan isə mənə qarşı diqqətini gördüm, mən də eləyəm ki, biri bir az mənə qarşı diqqətli oldusa, onun 10 qat qarşılığını görəcək) Vətənpərvər bir qız təsirni bağışlayır, amma hərdən onda məncə bu hisslər daha qabarıq olur) Şərhləri şəxsən mənə süni gəlir. Bir də onu qeyd edim ki, fantaziyası var, nəsə ideya fikirləşib, birdən-birə adam sürpriz edib sevindirə bilər. Bu qədər)
Veli_DRD Oo, Vəli qaqaşım) Vəli sayta ilk gələndə Romantik anlar xəbərilə gəlmişdi deyəsən) Tez bir zamanda status qazanmağı bacardı. Görünürdü ki, AzNet təcrübəsi var artıq. VDP olannan sonra imzasında msn-ini qeyd etmişdi, mən add etmişdim. Eləcə tanış olmuşduq) Çox hörmət saxlayan biridi. Qarışqanı belə incitməz Statusu alınanda belə, çox təmkinli oldu, adətən çox az user bacarır bunu)) Nəisə, sözümün xülasəsi canlara dəyən oğlandı :)
HEYATIM Yoxa çıxıb e Həəəyatım(( Mən sayta gələndə Həyatım və dənizimin şərhlərini çox oxuyurdum, adama + enerji verirdi) Pozitiv qızımız) Özü də həmişə Caps Lock-la yazır deyənə şərhləri adamın gözünə girir, oxumadan keçmək olmur Mənə ilk dəfə hədiyyə göndərmişdi, mən də fikirləşmişdim ki, hədiyyə ilə cavab verərəm, sonra yadımnan çıxmışdı) Sonra mənim üzümə vurdu bunu :)) Çox utandım onda Amma sonra səhvimi düzəltdim)) Onu əvvəlki kimi aktiv görmək istərdim yenidən.
--------------------
Sən. Bu. İmzanı. Oxuyarkən. Beynin. Səni. Dayandırır. Və. Mən. Bundan. Niyə. Zövq. Alıram. Və Ya. Niyə. Yazıram. Bilmirəm.  | |  | |  |  | 19 Avqust 2010 02:23 | Qeydiyyat: 6.06.2009 | Adı: Supçik) | Ünvan: Barbados | |  |  |  |  |
| | | #84 Şərhin müəllifi: _REQANA_ | | | | | 
| _SKARPIONA_ - Əvvəl elə fikirləşirdim ki,bu xanım mənim həmyaşıdım olar.Ancaq 2-3 gün bundan əvvəl müsahibəsindən öyrəndim ki,hələ məktəblidir)Ağıllı xanımdır,mehriban,səmimi,bəzən emosiyalara qapılan xanım təsiri bağışlayır.Yadımadır ki,oktyabrın 30u bu xanımın ad günüdür.Keçən il haradansa öyrəndim,tez hədiyyə göndərdim.O vaxta kimi elə də söhbətimiz olmamışdı.Şərhlərinə diqqət edirəm,bir sözlə simpatiyam var.Uğurlar,inşallah tələbə adına layiq görülər.
Veli_DRD - Bu user birdən partlayış etdi,diqqət mərkəzinə birdən daxil oldu)Özü də çox yaxşı bunu bacardı.Zəhmətkeş,məsuliyyətli,tə rbiyəli,mədəni insandır.İndiyənə kimi onun artıq-əskik şərhini görməmişəm.Yerini bilən insandır.Bu arada çox diqqətcil insandır,hər bayramda təbrik etməyi unutmur,çox sağ olsun)Sevgisinə sadiq biri kimi görünür)Axır zamanlar az-az görsənir,özü də yazıb ki,problemləri var,İnşallah düzələr və aktivliyini bərpa edər.Bir müddət əvvəl statusu alınmışdı,düzü onda üzüldüm,onda da mən saytda az-az görsənirdim deyənə bilmirdim burada nələr baş verir.Təsadüfən xəbərlərin birində şərhini gördüm,adi user olmuşdu,çox məyus oldum.Çox güman ki,anlaşılmazlıq olmuşdu,bir müddətdən sonra statusu qayıtdı,yerinə sevindim.Çünki o statusu özü qazanmışdı,itirə bilməzdi.Hörmət etdiyim userdir.Uğurlar.
HEYATIM - Mixin pozitiv xanımı)Hər zaman bu cür müraciət edirəm.Bu xanımdan mən ancaq müsbət enerji ala bilərəm.İndiyənə kimi pessimist,əsəbi,aqressiv şərhini görməmişəm.Hər kəslə dil tapmağı bacarır.Belə el arasında söz var : ilanı yuvasından çıxarda bilər.Yəni çox şirindildir,səmimidir,mehribandır.Old uğu kimidir.Şəxsən mən kənardan belə hiss edirəm və belə də tanıyıram.Səhvi olduqda üzr istməyi bacarır,yəni bunu özünə qəbahət kimi görmür.Bu çox müsbət cəhətdir.Axır zamanlar görmürəm,yəqin ki, dincəlir.Hörmət etdiyim xanımdır,hər zaman pozitiv olaraq qalmağını arzu edirəm,uğurlar.
PuNKa,
A sən nə tez vaxt çatdırdın?))
--------------------
Biz arzu ediləndən ən çox arzu etməyə aşiqik! | |  | |  |  | 19 Avqust 2010 02:18 | Qeydiyyat: 5.09.2008 | Adı: _REQANA_ | Ünvan: ölkəm-AZƏRBAYCAN,paytaxtım-BAKI... | |  |  |  |  |
| | | #83 Şərhin müəllifi: _REQANA_ | | | | | 
| Sitat: semichka_supu bəlkə şərh edim? hmm? Aha başla,mən də yazıram)
--------------------
Biz arzu ediləndən ən çox arzu etməyə aşiqik! | |  | |  |  | 19 Avqust 2010 01:57 | Qeydiyyat: 5.09.2008 | Adı: _REQANA_ | Ünvan: ölkəm-AZƏRBAYCAN,paytaxtım-BAKI... | |  |  |  |  |
| | | #82 Şərhin müəllifi: semichka_supu | | | | | 
| Sitat: semichka_supu Amma şərh etməyəcəm çünki ancaq tərif gedəcək :) bəlkə şərh edim? hmm?
--------------------
Sən. Bu. İmzanı. Oxuyarkən. Beynin. Səni. Dayandırır. Və. Mən. Bundan. Niyə. Zövq. Alıram. Və Ya. Niyə. Yazıram. Bilmirəm.  | |  | |  |  | 19 Avqust 2010 01:45 | Qeydiyyat: 6.06.2009 | Adı: Supçik) | Ünvan: Barbados | |  |  |  |  |
| | | #81 Şərhin müəllifi: _REQANA_ | | | | | 
| Bu xəbəri mən indi gördüm,hələ xəbəri və şərhləri oxuyuram. Semiş bu linki mənə verdi,heç xəbərim yox idi.Sağ olsun) İndi ətraflı şərh yazacam,mütləq.. Az sonra))
--------------------
Biz arzu ediləndən ən çox arzu etməyə aşiqik! | |  | |  |  | 19 Avqust 2010 01:33 | Qeydiyyat: 5.09.2008 | Adı: _REQANA_ | Ünvan: ölkəm-AZƏRBAYCAN,paytaxtım-BAKI... | |  |  |  |  |
| | | #80 Şərhin müəllifi: Mr_Anderson | | | | | 
| Sitat: Miss_Skazochka saytda kimin nə yuvanın quşu olduğundan xəbərim var=) )quşları demirdik,quşları bizdə taniyırıq,mix.azlıları deyirdim Sitat: elshenati Mix.azı Joy.Azdan fərqləndirən nədir? Hansı daha maraqlıdır? Cavabınız mix.az olacaqsa bəs niyə Joy.az açılanda mix.az bu qədər istifadəçi itirdi? Birtərəfli sualları cavablamağı sevmirəm...Sizdəndə belə əcaib sual gözləməzdim...ən azından göz önündə olan cavabı bizdən istəyirsiz... Joy.azın mənfi və müsbət cəhətləri var...aktivlik mənfi cəhəti,sakitlik müsbət cəhətidi... Əsasən hərəkətlərimin səbəbimi acıqlamıram...amma sadəcə onu deyə bilərəm ki,Joy.azda oturub,niyə mix.aza joy.aza nəzərən çox adam daxil olur....Bir az səbr edin,orada gələrlər,ən azından aralarında 3-4 yaş fərq var...
--------------------
İndiana Pacers 2-2 Miami Heat
| |  | |  |  | 1 Avqust 2010 19:10 | Qeydiyyat: 8.05.2007 | Adı: Emhyr var Emreis-Mr_Anderson | Ünvan: To Miami....back to Cleveland | |  |  |  |  |
| | | #79 Şərhin müəllifi: __Jale__ | | | | | 
| _____ MIXE DAXIL OLURUQSA DEMEK SEVGI ICIMIZDEN GELIR, KIMSE BIZI MECBUR ETMIR BURA GIRMEYE. RAHATLIQLA BÖLÜŞE BİLECEYİMİZ ,HEMFIKIR,SEVILMEYE LAYIQ INSANLAR VARSA BURDA DEMEK MİXİ SEVMEYE DEYER. DANIŞIGINI BİLEN , ŞİT ZARAFATLAR ETMEYEN,XANİMLA DANIŞIGINA DİQQET EDEN OQLAN USERLERINE BÖYÜK HÖRMETİM VAR._____ | |  | |  |  | 1 Avqust 2010 16:55 | Qeydiyyat: 9.12.2009 | Adı: __JALE__ | Ünvan: -- | |  |  |  |  |
| | | #78 Şərhin müəllifi: semichka_supu | | | | | 
| Bayaq vaxtım vardı hamısını rahat rahat oxudum. Amma şərh etməyəcəm çünki ancaq tərif gedəcək :)
--------------------
Sən. Bu. İmzanı. Oxuyarkən. Beynin. Səni. Dayandırır. Və. Mən. Bundan. Niyə. Zövq. Alıram. Və Ya. Niyə. Yazıram. Bilmirəm.  | |  | |  |  | 1 Avqust 2010 16:09 | Qeydiyyat: 6.06.2009 | Adı: Supçik) | Ünvan: Barbados | |  |  |  |  |
| | | #77 Şərhin müəllifi: Tuvana | | | | | 
| Mr.Anderson və Bozqurd, Mix.azı Joy.Azdan fərqləndirən nədir? Hansı daha maraqlıdır? Cavabınız mix.az olacaqsa bəs niyə Joy.az açılanda mix.az bu qədər istifadəçi itirdi? Bozqurd, Bildiyim qədərilə forumda da olursan. Joy.Az forum Azərbaycanın ən əhatəli, texniki cəhətdən ən üstün forumudur. Bəs niyə Joy Foruma baş çəkmirsən? | |  | |  |  | 1 Avqust 2010 04:57 | Qeydiyyat: 3.07.2008 | Adı: Elşən | Ünvan: F5plus | |  |  |  |  |
| | | #76 Şərhin müəllifi: TARKANFAN | | | | | 
| Sitat: Bozqurd Ogün zarafata Tarkanfana bir söz yazmışam, inciyib. Amma yanında bircə dənə smaylik qoysaydım, inciməyəcəkdi, biləcəkdi ki, zarafat edirəm. Incimemishdim:). Sadece sebebini sorushdum ki, nese sehvim var bele kobud terzde yazmisan fikrini:).
| |  | |  |  | 1 Avqust 2010 02:48 | Qeydiyyat: 18.11.2007 | Adı: Samira | Ünvan: Novaya Zemlya | |  |  |  |  |
| | | #75 Şərhin müəllifi: Paradoxal_Despot | | | | | 
| Bozqurd önce tebrik edirem yer aldığın ucun sene bir iki söz demek isteyirem umid edirem xetrine deymecek sende xoşuma gelmen bir şey bezen mene ele gelir ki,sen zarfatın heddini bilmirsen yeni bezen tanımadığın insanla ele zarfat edirsen ki,mene qerie gelir birdeki bir şeyin qeribe gelir bu qeder ikrah hiss oyadan cemiyyetde insanlara bu qeder guvenmeyındır bu xasiyetıne qibte edirem.Bele baxanda realda görmemişem bilmirem necesen yegin 15 gun sonra görecem onda daha etraflı söhbet ederık vırtualda çox adamı tanımaq olmur her ama realda bir az söhbet eden kimi kim ne olduğu bilnir birde sende xoşuma gele xasiyyetın çox kitab oxumağındır çox kitab oxuyan insanlardan xoşum gelir he yeri gelmışken özuvü çox terifleyırsen senle futbol oynamaq isterdim qismet olsa | |  | |  |  | 1 Avqust 2010 02:24 | Qeydiyyat: 20.07.2010 | Adı: Zevs | Ünvan: Absurdstan | |  |  |  |  |
| | | #74 Şərhin müəllifi: Half_spirit | | | | | 
| oxudum hamisini boyuk maraqnan  | |  | |  |  | 1 Avqust 2010 01:50 | Qeydiyyat: 13.06.2010 | Adı: feride | Ünvan: hava | |  |  |  |  |
| | | #73 Şərhin müəllifi: Dr.Genetik | | | | | 
| Çox əla alınıb. Hər birini böyük maraqla oxudum.
--------------------
Thought is invisible nature. . . | |  | |  |  | 1 Avqust 2010 01:31 | Qeydiyyat: 12.12.2009 | Adı: Aska | Ünvan: Gənclik | |  |  |  |  |
| | | #72 Şərhin müəllifi: Kida.167 | | | | | 
| Birincini tam oxudum, add edirəm sonra oxuyacam indi kefim yoxdur(((
tşk-lər Anderson... | |  | |  |  | 1 Avqust 2010 01:06 | Qeydiyyat: 6.05.2008 | Adı: Kida | Ünvan: Baki | |  |  |  |  |
| | | #71 Şərhin müəllifi: _bella_ | | | | | 
| 4ox uzundu sorry oxumadim | |  | |  |  | 1 Avqust 2010 00:53 | Qeydiyyat: 27.06.2010 | Adı: nigar | Ünvan: baki,azerbaycan | |  |  |  |  |
| | | #70 Şərhin müəllifi: semichka_supu | | | | | 
| Oxuyum fikirlərimi yazacam)
--------------------
Sən. Bu. İmzanı. Oxuyarkən. Beynin. Səni. Dayandırır. Və. Mən. Bundan. Niyə. Zövq. Alıram. Və Ya. Niyə. Yazıram. Bilmirəm.  | |  | |  |  | 31 İyul 2010 22:44 | Qeydiyyat: 6.06.2009 | Adı: Supçik) | Ünvan: Barbados | |  |  |  |  |
| | | #69 Şərhin müəllifi: Dj KaMiL | | | | | 
| Sitat: A_L_F_A SAYTDA QARANQUŞLARDA VARMİŞ.MƏN ELƏ BİLİRDİM Kİ ÇOXU QARTALLARDİ Yox, hər növdən var burda, papuqaymı deyim, serçəmi deyim, sığırçınmı deyim, ehh daha nələr-nələr deyə bilərəm.. Hətta qaşqaldaq da var...
--------------------
| |  | |  |  | 31 İyul 2010 21:54 | Qeydiyyat: 10.08.2008 | Adı: Kamil | Ünvan: Neftçilər | |  |  |  |  |
| | | #68 Şərhin müəllifi: EMI | | | | | 
| Sitat: Miss_Skazochka saytda kimin nə yuvanın quşu olduğundan xəbərim var=) SAYTDA QARANQUŞLARDA VARMİŞ.MƏN ELƏ BİLİRDİM Kİ ÇOXU QARTALLARDİ
--------------------
| |  | |  |  | 31 İyul 2010 21:52 | Qeydiyyat: 31.01.2009 | Adı: -- | Ünvan: BAKU | |  |  |  |  |
| | | #67 Şərhin müəllifi: Miss_Skazochka | | | | | 
| Sitat: Gabriel )))))))
--------------------
|Женщину надо любить так, чтобы ей и в голову не пришло,что кто-то другой может любить её ещё сильнее. | | |  | |  |  | 31 İyul 2010 21:51 | Qeydiyyat: 14.02.2008 | Adı: Miss | Ünvan: www.Mix.Az | |  |  |  |  |
| |
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
| |
|
|