|
|
|
| Hansı layihə davam etsin? |
|
|
|
|
MİX.AZLİLAR... |
Mix.aZ həyatı |
|

TARKANFAN
MİX.AZ – Desəm ki, doğma bir məkanımdır, yalan olmaz. Günümün ən az ¼ hissəsini burda keçirirəmsə, demək ki, bu sayt mənim üçün həqiqətən də doğmadır. Əgər bir məkan məni əyləndirirsə, sevindirirsə, güldürürsə, bəzən kədərləndirirsə, niyə bu məkan mənə doğma olmasın?! Artıq nəinki bu sayt, hətta bu ad (Mix.Az) mənə doğmadır. Necə ki, doğma yurdum olan İsmayıllının adını eşidəndə, üzümdə təbəssüm yaranır, eləcə də başqa bir məkanda Mix.Az-ın adını eşidəndə, eyni hissləri keçirirəm. Mix.Az – budur mənim üçün. Bu saytda unudulmaz günlərim çoxdur. Amma bir günü demək lazımdırsa, bu, 2009-un 30 dekabr günüdür. Hansı ki, həmin gün mən 1 günlük “Admin” statusuna layiq görüldüm:). Deməli, axşam sayta daxil oldum və “Ana səhifə”də xəbərlərə baxıram və birdən gözümə xəbərləri redaktə etmə işarəsi dəydi, öz-özümə düşündüm ki, nə yaxşı “Gold user”lərdə bu funksiyanı açdılar, köhnə xəbərlərimi özüm redaktə edəcəm, linkləri dəyişəcəm:). Hələ yuxarıdakı “Admin paneli” görmürəm. Son şərhlərə baxdım və gördüm ki, mənə təbriklər gəlir. Sonra xəbərə daxil oldum və hər şey aydın oldu. Həqiqətən böyük sürpriz oldu mənim üçün, tam səmimi deyirəm ki, heç gözləmirdim ki, Qar qız mən seçiləcəm istifadəçilər tərəfindən. Fürsətdən istifadə edib məni Qar qız seçən istifadəçilərə və “Admin” statusunu 1 günlük də olsa, Adminimiz Turala bir daha öz təşəkkürümü bildirirəm. O gün mənim üçün çox gözəl, bəlkə də ən gözəl Yeni İl hədiyyəsi oldu. Minnətdaram! Nə yalan deyim, status mənim üçün hər zaman çox önəmli olub. Brilliant statusundan başqa hamısı yalandır:). Lazım olan bütün funksiyaları özündə daşıdığı üçün “Brilliant User” olmaq istərdim. Mix.Az üçün çox şey edənlərdən deyiləm. Təxminən 50 xəbərim (silinən xəbərlərimi də nəzərə aldım) olub saytda. Bunu da Mix.Az üçün yox, sadəcə öz əyləncəm, öz marağım üçün göndərmişəm, Mix.Az burda vasitəçidir. İndi bir bölməni (İstək mp3) öz öhdəliyimə götürmüşəm:), düşünürəm bu öhdəçiliklə bir şey etməyə çalışıram Mix.Az üçün. Amma yene de qeyd edim ki, burda da öndə mənim həvəsim, mənim əyləncəm durur. Əgər bu işdən zövq almasaydım, heç deməzdim ki, o bölməni verin mənə:). Yəni qarşılıqlı razılaşma var aramızda. Pisniyyetli insanlar hər bir yerdə olduğu kimi, 200 minlik istifadəçisi olan Mix.Az saytında olması da çox təbiidir. Düzdür, indiyə qədər özüm barədə qeybət eşitməmişəm, düşünürəm buna şərait də yaratmamışam ki, kimsə mənim qeybətimi etsin. Qeybet olubsa da, tam xəbərsizəm bu barədə. Qətiyyən kinli insan deyiləm, nə də tez inciyən biri deyiləm. Bir halda insanı silə bilərəm: təhqir olunduqda. Əgər belə bir şey olarsa, ümumiyyətlə, belə bir insanın olmadığını düşünərəm. Amma həmin insan gəlib üzr istəyərsə, səhvini boynuna alarsa, həminki səmimiyyət olmasa da, bağışlayaram. Əks halda, dediyim kimi, belə bir insan iqnordadır mənim üçün. Mix.Az-da mübahisə etdiyim istifadəçi olub, amma bağışlanmaz bir mübahisə olmayıb. Odur ki, Mix.Az-da bagışlamadığım bir istifadəçi yoxdur.
Əksər Mix istifadəçilərinə sözüm odur ki, çalışaq bu saytı reala çevirməyək. Realdakı pis xüsusiyyətləri virtuala qataraq bəzən iyrənc hala gətiririk. Düzü, onda özümü çox pis hiss edirəm. Öz-özümə fikirləşirəm ki, realdakı pis xüsusiyyətləri virtuala əks etdirməmək bu qədər çətindir? Yəni deməyim odur ki, onsuz da bu pis keyfiyyətləri (paxıllıq, qeybət, “quyu qazmaq”, təhqir etmək) realda çox görürük, barı bu əyləncə məkanında görməyək.

_REQANA_
Hər kəs üçün Mix.az müxtəlif önəm kəsb edir.Mənim üçün MİX yeni bir həyat,yeni bir həyatın başlanğıcı,yeni bir kəşf,yeni insanlar aləmidir. Bir sözlə virtual da olsa,fərqli cəmiyyət. Fərqli düşüncələr,fərqli insanlar toplusudur.Ən əsası isə istirahətimin ünvanı.Bir ildən çox burdayamsa mütləq başıma maraqlı hadisələr ola bilməsin ki,gəlməsin. Bunların arasında pisi də var, yaxşısı da. Ancaq nə yaxşı ki,sevincli,əvəzolunmaz,yadda qalan,unudulmaz anlarım çox olub ( 8 mart hədiyyəsi,forumda bir bölməni yerli – dibli silməyim və s.). Hər zaman xatırladıqca üzümdə gülüş,təbəssüm yarada bilir o xatirələr. Buna baxmayaraq kədərli,mənə təsir edən anlarım da az olmayıb.Onların da heç birisini unutmamışam,hətta həmin günün tarixini də belə yadımda saxlamışam. Mən istərdim mənə ən çox toxunan bir əhvalatı bölüşüm. Demək, keçən ilin aprel ayında mən düz bir ay Mixdə ola bilmədim. Axırıncı kursda oxuduğum üçün Universitetlə bağlı çətinliklərim var idi.Dərslər vaxtımı çox aparırdı.Günlər bilmirdim necə keçirdi. Mayın ortalarına kimi Mixdə olmadım. Ancaq buna baxmayaraq tanış uşaqlar vasitəsilə Mixdə nə cərəyan baş verirdisə xəbərim olurdu)))Bir gün Aze mənə sms yazdı ki,bəs Reqiş sayta gəlmirsən,dedim sabahdan artıq Mixdəyəm. Ardınca sms yazdı ki,bəs Tural səni Vip edib.Halbuki mən SİLVER statusunda idim. Düzü əvvəl elə də təsir etmədi.Ancaq səhərisi gün sayta girəndə özümü vipdə görəndə onda mənə çatdı və pis oldum. Özümə dedim ki,eybi yox da çalışaram aktiv olaram yenidən statusumu bərpa edərəm.Ancaq Turala pm yazmasaydım ürəyim partlayardı.Çünki mən Silverə qalxana kimi əziyyət çəkmişəm.O vaxtdı indiki kimi asanlıqla status almaq olmurdu.Gərək çox çalışasan.Təsəvvür edin 10 xəbərim var idi,mən Vip idim.Halbuki,indi 2-3 xəbərlə Vip olursan.Nə isə,sözüm bunda deyil,sadəcə demək istəyirəm statusa layiq olmaq çətin idi.Həm də maraqlı idi.Turala yazdım ki, “Salam,mən bir ay burda olmadım,gəlib gördüm Vip olmuşam. İnsanların əziyyətini belə tezliklə unutmaq olmaz.” Nəsə belə sözlər yazmışdım. Tural da cavabında yazdı ki, “Bəs mən elə bildim siz mənə təşəkkür edəcəksiniz ki,nə yaxşı vipdə saxlamısınız.Biz adətən yüksək statuslu userlərin statusunu alanda adi user veririk.Yüksək statuslar aktiv olmalıdır”. Mən də yazdım ki,”Bu həyatda heç kəs sığortalanmayıb.Bilmək olmaz nə zaman kimin başına nə gəlir.Elə bilməyin status xəstəsiyəm.Sadəcə əziyyətim heç oldu.Bu qədər,sağ olun”.Bir də gördüm ki,yenidən Silver olmuşam.Ay da çox sevindim.Tez Turala yazdım ki,”Təşəkkür etməyi özümə borc bildim”.O, da yazdı ki,”Sizi yenidən aramızda görməyimə şad oldum.”Həmin gün həm sevindim,həm də kədərləndim.Statusum qayıtsa da,həmin gün Nani416 Mixdən getdi. Qapalı,sirli insan olduğum üçün etiraf etməklə elə də aram yoxdur. Ancaq sizlərə kiçik bir sirr açacam.Forum moderlərinə digər bir user nəsə deyəndə mən özümdən çıxıram.Onlara xoşum gəlmir kimsə nəsə desin. Hətta forumun adminkasında Tural moderləri acılayanda,nəsə söz deyəndə özümdən çıxıram.Halbuki bəlkə də düz deyir,ancaq qəbul etmirəm.Bilmirəm niyə,onlara məndən başqa heç kim söz deyə bilməz,xoşum gəlmir.Çünki onların hər biri mənə əzizdir.Onlara deyilən söz sanki mənə deyirlər.Bunu ilk dəfə qeyd edirəm))Mix.az üçün bilmirəm nə etmişəm.Hər zaman yenilik axtarışında olmuşam,şablonçuluqdan uzaq qaçmışam.Konkret bir şey deyim ki,mix userləri ilə bağlı ilk mən xəbər hazırlamışam.”Niklərinin tarixi”, məndən əvvəl admin etmişdi imzalar ilə bağlı,həmin ərəfədə də mən bu xəbəri hazırlayırdım.Daha sonralar isə bi tipli xəbərlərin sayı artdı.Uzun şərh yazan 3 userdən biri mənəm))Sayt üçün deyə bilmərəm,forum üçün əlimdən gələni edirəm. İkiüzlü,qeybətcil,quyu qazan insanlar realda olduqları kimi virtualda da var.Ay Reqana özündən razıdır,ay Reqana ciddidir,ay Reqana heç kimi bəyənmir,ay Reqana kobuddur,ay Reqanadan zəhləm gedir,ay Reqana necə oldu admin oldu və s. Artıq normal qəbul edirəm.Əvvəl-əvvəl təsir edirdi,çünki özüm kimi bilirdim.Ancaq vaxt keçdikcə anladım ki,xəbər sayına görə,xəbərin aktiv olunmasına görə,şərh,baxış sayına görə,statusa görə qırğın edənlər,paxıllıq edənlər var imiş.Bunları bildikcə sadəcə güldüm.Xeyir,elə bir şey xatırlamıram ki,mənə dəhşətli dərəcədə təsir etsin,ola bilsin bir anlıq pis olum vəssalam.Sonrada həmin insanlar məndən üzr istəyib və barışmışam.Hər kəs bilir ki,kinli insanam.Qəlbimə toxunan olub,ancaq bağışlamamışam və heç zaman da bağışlamaq fikrim yoxdur.Bir sözlə o cür insanları özünü yormamaq üçün iqnor edirsən,vəssalam. Hal-hazırda isə bu kimi insana - mənfi enerji bəxş edən hallardan çox-çox uzağam.
Fikirləşirem görəsən mixdən nədən narazıyam?! Ümumilikdə baxış keçirsəm 50-50-dir.Mənə elə gəlir,Mix əvvəlki kimi daha maraqlı deyil.Hər şeydə olduğu kimi,deyəsən Mixdə keçid dövrünü yaşayır.Şəkilli,sevgi xəbərlərinin çoxluğu insanı yorur və şərh yazmağa da həvəsi öldürür.Ən xoşladığım hal isə öz dilimizdə yazan userlərin sayının çox olmasıdır,günbəgün artım hiss olunur.Bu həqiqətən məni fərəhləndirir,vətəndaş olaraq çox sevinirəm. Çox Şükür əziyyətim Mixdə hər zaman qiymətləndirilib.Düzdür gec olub,ancaq zamanla anlamışam ki,bunun da öz ləzzəti var.Onda status daha şirin,daha doğma,daha əziz gəlir.Mən heç zaman düşünməzdim ki,forum admini olacam.Ancaq bu oldu,özü də gözlənilmədən.Brillianta kimi bütün statusların dadına baxmışam.(Təbii ki,almaz statusunu çıxmaqla.Çünki o vaxtdı almaz statusu yox idi).Həmçinin bir günlük brilliantın da. Əvvəl məni gold cəlb edirdi, admin olduqdan sonra brilliant məni cəlb etdi.Ancaq brilliant statusunun forması dəyişdikdən sonra bəyənmədim. Elə ən yaxşısı gold statusudur.O daha xoşuma gəlir. Ürəyimdə qalan xəbərim fikirləşirəm ki,olmayıb.Ancaq bir insan var ki,həmişə istəmişəm ki,onunla birlikdə xəbərim olsun.Fərq etməz hansı mövzu olursa olsun mən yazmağa hazıram. Hər halda o, adi insan olmadığı üçün onunla fərqli mövzuda ikimizin xəbəri hər kəs üçün maraq doğura bilər.Qismət,bəlkə də nə vaxtsa oldu.Hə indi bu axırıncı sözlərdən sonra çoxusu fikirləşə bilər admindir.Nəzərinizə çatdırım ki,bu xanımdır! Çox istərdim ki,öz yazıları ilə xəbər göndərən istifadəçilərin sayı çox olsun.Bu daha maraqlı olur.Həm də özünüzü kəşf etmiş olursunuz.Ən əsası öz sağlamlığınızı qoruyun,əsəblərinizi xəbər üstündə,status üstündə korlamayın.Sadəcə Mixə daxil olanda əylənin,problemlərdən az da olsa uzaq olun.Bir sözlə virtual istirahət edin. Bura unutmayın ki,virtual kiçik evimizdir....

Shevchenko_Ali
Mix.az mənim üçün gündəlik həyatımın əsas hissəsinə çevrilib. Təxminən 18 aya yaxındır qeydiyyat olsam da, demək olar ki, 1 il bundan əvvəldən aktiv olmağa başlamışam. Elə bu müddətdə kiçik fasilələri çıxsaq hər gün mix.azdayam. İlk dəfə musiqi yükləmək üçün qeydiyyatdan keçsəm də artıq bu ailənin daimi üzvünə çevrilmişəm. Bu saytda çox şey öyrəndim, o cümlədən də Din barədə. Daha gözəl, xoş vaxt keçirirəm. İstifadəçilər arasında olan əvvəlki mehribanlıq əvvəlki kimi qalmasa da, Mix.aZ çox maraqlıdır. Hələ ki, bu ailədən ayrılmaq fikrim yoxdur!!! Mix.azda bir neçə yadda qalan günüm olsa da, avqust ayının sonunda 100 xəbər həddini keçdikdə birgə admin tərəfindən istifadəçilərdən birinə Brilliant statusu hədiyyə etdiyimiz gün daha fərqlidir. Çünki həmin günü heç gözləmədiyim halda belə bir şey olmuşdu. Ondan əvvəl belə bir hadisənin olmaması, Mix.azın tarixinə düşmək çox sevindirici idi. Diqqət mərkəzində olmağı xoşlamasam da, həmin gün Mix.azın diqqətində olmaq çox fərqli idi. İstifadəçilərdən birinə status hədiyyə etmək isə səhv etmirəmsə o günə qədər heç kimə qismət olmamışdı (admindən başqa))). Ən yadda qalan günlərimdən biri, mix.azda ən birincisi idi!!! Mix.azda əvvəllər daha qapalı idim. Son vaxtlar bu biraz dəyişib. Artıq dayana bilmirəm. İndi xüsusilə iradları demək istəyirəm. Çünki bir dəfə demədikdə artıq iş cığırından çıxır. Bu barədə sonra yazacam. Başqa demək istədiyim belə bir şey olmayıb. Sadəcə bir aralar ədalətsizliklər olurdu, layihələrdə saxtalaşdırmalar olurdu, istifadəçilər bir-birilərinə atmaca atırdı, amma dəqiq ünvanı bildirmirdi, mehribanlıqdan çox aqressiv cavablar və s. Bunlar bir ara səngimişdi, amma son vaxtlar yenə artıb. Belə halları xoşlamıram. Tənqid edəndə tənqidçini təhqir etmək isə artıq mix.azın qanına keçib. Və ya tənqid əvəzinə təhqir. Yeni istifadəçilər inciməsin, amma bu yeni istifadəçilər gəldikdən sonra daha da çoxalıb. Bəzən heç onlarla əlaqəsi olmasa da. Bunlar sentyabr ayından bu yana mix.azdakı ən böyük dəyişikliklərdəndir. Bax bunları demək üçün indi fürsət var idi, dedim. Bundan dərs çıxarılsa əla olar!!! Mix.az üçün nə etdiyimi özüm daha yaxşı deyə bilmərəm. Amma yəqin ki, göndərdiyim 500-dən çox xəbər mix.az üçün ən böyük etdiyimdir. Fikrimcə bunların böyük əksəriyyəti maraqlı, istifadəçilərin zövqüncə olub. Bunlar arasında Mix.az üçün, Azərbaycan üçün şad xəbərlər olub. Başqa nə etdiyimi istifadəçilər daha yaxşı deyə bilər. Mən bunu düşünürəm!!! Mix.azda da həyatda olduğu kimi həmişə mehriban olmağa çalışıram. Yəni xətrimə dəysə belə kim olmasından asılı olmayaraq üstündən keçirəm, zarafata çevirirəm, amma təhqir olanda yox. Bu günə qədər mix.azda təhqir olunmamışam, hamı ilə mehriban olmuşam. Çünki virtualda (eləcə də realda) heç nədən başqa cür hərəkətə yol vermirəm. Hamı ilə mehriban dolanmışam. Amma avqustda Brilliant statusu verdikdən sonra arxamca çox lazımsız bir söhbət olduğunu eşitdim. Əvvəl o qədər də təsir etmədi, amma sonra 2-ci dəfə eşitdikdə ədalətsizliyi qəbul edə bilmədim. Təəssüf ki, o insanı tapa bilmədim. İndi isə tapmaq istərdim. Yəni özü mənə pm yazıb desə ki, mən olmuşam. Bağışlamayacağımı düşünmürəm. Çünki mənim aləmimdə bəzi istisnaları çıxmaqla bağışlanmayacaq hərəkət yoxdur və ya bağışlanacaq hərəkət çoxdur. Hər xırda şeyə fikir vermədiyim üçün bağışlamaqda heç bir problem görmürəm. Arxamca danışan, qeybət edən və s. insanları şəxsən mən tanımıram, əgər varsa ALLAH canlarını sağ eləsin!!! Mix.azda razı olduğum məqamlar var: istifadəçilər adətən bir-birilərinə kömək etməyə çalışırlar, istifadəçilərin bir çoxu savadlı, dünyagörüşlüdür, son dövrlərdə sağlamlıq xəbərlərinin artması, Dini mövzuda bir çox userin gözəl şərhləri, xeyriyyə tədbirləri və s. Amma mən daha çox narazı olduğum halları qeyd edəcəm: sevgi xəbərlərinin tez-tez, daha çox aktiv olması, +18 xəbərlərinin tez-tez aktiv olması (aktiv olmasın demirəm, amma tez-tez yox), yuxarıda qeyd etdiyim kimi tənqidin qəbul edilməməsi, layihələrdə saxtakarlıqlar, tam tərcümə olmamış mətnlərin aktiv olması, ciddi səhvlər olan xəbərlər (xüsusilə başlıqları), Dini xəbərlərə meylin az olması, başqasınn fikrinə bəzən hörmət edilməməsi, bir gündə əvvəllər bir istifadəçinin maksimum 3 xəbəri aktiv olardı, amma indi 6-dan çox olması (kəmiyyət yüksək, keyfiyyət az olması), yersiz və az hallarda olan yaltaqlıqlar və s. Çox saymaq olardı, amma hər halda düzəlməyəcəksə saymağın faydası yoxdur!!! Açığı əvvəlki gündən bu yana heç vaxt status həvəskarı olmamışam. Yəni fərqi yoxdur mənə. Sadəcə Platinum statusda 1 ay olmuşam və çox maraqlı hesab edirəm. Saytda da bir neçə istifadəçini ona layiq bilirəm. Qısaca, özümü və bir neçə layiqli hesab etdiyim useri Platinum statusunda görmək istərdim. Amma daha buna görə özümə əl qatmaq kimi bir fikrim yoxdur. Təəssüf ki, net aləmində status üçün özünü “şəhid” edənlər olur. Bunun üçün müxtəlif variantlara əl atanlar olur. Ümid edirəm mix.azda belə bir hal indi yoxdur!!! Mix.azda 3 ay bundan əvvələ qədər ürəyimdə qalan xəbər yox idi. Amma 31 dekabr günü üzrlü səbəbdən sayta daxil ola bilmədim deyə göndərə bilmədiyim 1 yazı – xəbər var. Həmrəylik gününə aid, bir anda fikirləşib yazdığım, amma hələ bitirə bilmədiyim yazı var. İnşaallah bir gün o xəbəri yollayacam. Bu günə qədər ürəyimdə qalan xəbər o olub. İstifadəçilərdən mehriban olmağı xahiş edirəm. Ailə deyirik, günün çox hissəsini saytda virtual ünsiyyətlə keçiririk, mehribançılıq vacibdir. Birinin dedikləri digərinin “boğazından keçsin” və ya elə deyin ki, “boğazdan keçəsi söz” olsun!!! Səmimi olun, başqasının fikirlərinə hörmət edin, kişi-qadın mövzularında müharibə etməyin, qızlar mitinq etməsin. Yeni gələnlər, aramıza yeni qatılanlar ailə ab-havasını hiss etsinlər. Hər birimiz mix.az ailəsinin sevilən üzvü olaq. Düzdür yazıda bir çox iradlarım oldu, amma onu da deyim ki, saytda dəyərli userlərin sayı çoxdur. Bir neçəsi ötən il Mix.azı tərk etdi, amma yenə də sevilirlər, yenə də onlarla əlaqə saxlayırlar. Çalışaq biz də bir gün buranı tərk etdikdə eynilə hörmətə, sevgiyə, dəyərə sahib olaq!!! Mix.aza əlvida demək olmur. Yalnız bir istisna var. Bütün netə əlvida desən, həmin gün mix.aza da əlvida deyə bilərsən!!! Hər birinizə Mix.aZ və həyatda uğurlar!!! Şərhlərimin birində həyatı teatr səhnəsinə bənzədib bir söz demişdim. İndi onu mix.az üçün daha geniş formada deyirəm: Mix.az bir teatr səhnəsidir. Rejissorları adminlər, ssenaristi elə bizlər, köməkçiləri redaktorlar, aktyorları istifadəçilər, sevimli tamaşaçıları oxuyub şərh yazmayan istifadəçilər, xoşu gəlməyənlər digər aznet saytları, neytral tamaşaçılar informasiya dəstəyi olduğu verilişlərin tamaşaçılarıdır. Suflyoru isə MSN-dir (səhnəni müvəqqəti tərk edən istənilən aktyor suflyor vasitəsilə səni yanlış yönləndirilə bilər)!!! Çalışın öz rolunuzu yaxşı bilin ki, bu yönləndirməyə məruz qalmayasanız!!!

Splendid_Girl
Mix.az mənim üçün bir çox məna verir..Həm real həm virtual olaraq..Bəzi məqamlar var ki,mən onları açıqlaya bilmərəm.Amma Mix həqiqətəndə hər 2 mənada həyatımın bir hissəsinə çevrilib.Çox doğma gəlir mənə.Doğma gəlir deyəndə,elə doğmadır ))) Elə bir söz yoxdur ki,demək istəyim amma deməyib,saxlayım..Çünki mən sözü üzə deyən və səmimi insanam.Kimin haqqında nə düşünürəmsə şax üzünə deyirəm.Amma 1 şey var ki, demək istəsəm də deyə bilmirəm.Yəni deməməyə məcburam )) Həm də bu sirr olaraq qalsa yaxşı olardı məncə.Amma bunu baxmayaraq ki,şərhlərimdə qeyd edirəm,bir daha deyim ki,hərdən bəziləri statusları artdıqca elə zənn edirlərki vəzifələri artır )) Yəni insanlığı,səviyyəni statusla bir ölçürlər,həmən insanların düşüncəsi elə status qədər kiçicikdir )) Mix.az üçün az şey etməmişəm .. )) Bunu məni tanıyan, Mix.az Saytı üçün nə etdiyimi bilənlər desə lap əla olardı )) Amma mən heçnə deməyəcəm bu haqda. Nə etmişəmsə sevə-sevə etmişəm. Canla-başla,hövsələ ilə,həvəslə. Düzdür saytda bir çox üzlərlə qarşılaşdım.Təssüfflər olsun ki,hər kəs eyni ürəyə,düşüncəyə,səviyyəyə,məntiqə sahib olmur.Elə olsaydı yəginki həyat maraqsız olardı.Paxıllıq edənlər elə bilirlər hər kəs onlar kimi paxıldır.Yəni pis elə bilir hamı pisdir..Yaxşı elə bilir hamı yaxşı və safdır..Bu saytda yaltaq üzlər gördüm..İki user arasında mübahisə yarandığın görən ikiüzlülər hər iki tərəfə xəlvətcə deyərki,fikir vermə ona,onun səviyyəsinə enmə.İstər ki,hər iki tərəf üçün əziz olsun.Bu gün sənlə əlaqə saxlıyar,sabah o biri ilə saxlayıb sənin arxanca danışar.Qeybətimi edənlər də olub.Qoy etsinlər.Demək mən yetərincə özümü tanıtdırmışam ki,artıq arxamca danışırlar.Kim necə danışırsa onu da öz insafına buraxıram.O bilər,yaradan bilər..Bu gün mənə can deyib,sabahsi gunu məni arxamdan vurdular..Kim bilir daha nələr görəcəyik..Adamın bir üzü olar.Bir xasiyyəti,bir sözü olar.Bu gün belə olub,sabah nəyəsə,kiməsə görə dəyişən adam mənim üçün yox kimi bir şeydir. İndiyənə qədər saytda kin saxladığım, mənim üçün suni olan şəxs Salome.O artıq gedib.Heçnə deməyəcəm. Birdə ki, Asi_Girl. Bu qız böyük,kiçik yeri bilmir.Ona məsləhətim budur ki, sevgi xəbərlərinə bu qədər zaman ayırınca,o zamanını kitab oxumağa, mədəniyyət,etika-estetika haqqında oxusa daha da yaxşı və səmərəli olar.Hələ çoox gəncdir.Yəgin yaşı ilə əlaqədər olaraq bunun fərqinə varmır.Böyüyəndə başa düşər )) Baş qoşmuram,çünki hələ yeniyetmədir.Onun o vaxtlarıdır..Başa düşürəm )) Özümü ya Brilliant ya da Admin statusunda görmək istəyirəm )) Amma əsas olan status deyil.Səmimiyyət,səviyyə,insani keyfiyyətlərdir. Mənə elə gəlir ki,ürəyimdə qalan xəbərim olmayıb.Özüm yazdığım xəbərlərim qabaqcadan düşünülmüş olmayıb.Yəni ani vaxtda ağlıma gəLib və qələmə almışam.Ürəyimdə nə varsa yazıram ))<span style="font-fam
Təşəkkür edənlər: (65) FATEH_06, EQZOTIKA, Shevchenko_Ali, chrysalis, VeLi_DRD, -SAW-, Splendid_Girl, Whatever Happens, asya_lonely-, Dj KaMiL, NEPOSLUSHKA, LiLAmoooR, Morena, _lady_bdu_, WUgirl, Just Why____, TELEBELIK ILLERI, Optimistka_618, _SENSELESS_LIFE_, I Loove Azerbaijan, _Free_, Mr_Anderson, __jale__, _REQANA_, N I C O, Cehennem_Sakini, rena94, PaLeRmO, TATULYA, TARKANFAN, Rob_Pattz, Real Madrid Forever, frolicsome, Atbalaxanim, Mournful Boy, _stilyawka_, sema-210, Nicole_, SEVMEK_YUREK_ISTER, ROMINA_21, Aze_girl, Gabriel, Nothing iS Forever, Dandoline, ayshan, SeYTaN_MeLeK, zaur16, X-MAN5, lucky22, Nikolka, Damla_87, HeYaT_SenSizDe_ZoRDu, Miss_Light, BOBO_DEMOS, eva18, Dr.Genetik, UltrAslan, beautiful_liar, FeMeNiSTKa, Vogue, J_LADY, patriot-k, Mix-Fix Girl, .mix., Unfaithful
|
 |
|
 |
 |
|
Baxış sayı: 1828 Şərhlər (120) Müəllif : Heyatim 3 Mart 2010 22:05 | |
 |
 |
 |
 |
| |
 |
|
 |
 |
20 İyun 2010 10:28 | Qeydiyyat: 16.05.2010 | Adı: -- | Ünvan: -- | |
 |
 |
 |
 |
| |
|
#119 Şərhin müəllifi: TARKANFAN |
|
|
|
|

|
ZDENKO,
Beh beh)). Senin sherhini gormek nece de xoshdur:). Chox sag ol Nigu, gozel sozlerine gore. Men de seni tanimagima chox shadam. Seni yeniden gormek chox sevindirdi meni. Robi demishdi ki, iyunun evvellerinde burda olacaqsan, duzu inanmamishdim:). Amma geldin. Xosh geldin).
--------------------
Bu şarkılar da olmasa, Telefonlar çalmasa, Arkadaşlarım aramasa, Ne yapardım kim bilir?!
Bu Mix.az olmasaydı, nə edərdim, kim bilir?! |
|
 |
|
 |
 |
17 İyun 2010 02:11 | Qeydiyyat: 18.11.2007 | Adı: Samira | Ünvan: Qrenlandiyanin paytaxti | |
 |
 |
 |
 |
| |
|
#118 Şərhin müəllifi: ZDENKO |
|
|
|
|

|
Tarkanfan-saytda ilk tanish oldugum qizlardan biri. nese maskalarla bagli xeber idi o deqiq yadimdadir=) menim mailime yazdi ele de tanis olduq. onunla en chox zovqlerimizin ust-uste dushmeyine gore demek oalr ki yaxin olduq. yadimdadir msn-de ancaq o mene deyirdi filan mahnini taniyirsan? Men de ona. bele-bele gorduk ki chox oxshardir zovqlerimiz. Elvisden bashqa=). Amma sonradan az-az geldi msne yalnzi pmle danishirdiq. buna baxmayaraq bir birimizden uzaqlashmadiq. sevinirem ki saytda Samira kimi qiz tanimisham. 2 il erzinde demek olar ki hech fikir ayriligi olan sohbetimi olmayib. Shevchenko_Ali-nese meni yoxlamagi seven user. Eyni zamanda hele redaktor olan vaxtdan hirslendirmeyi bacaran=) Onu nidalarindan tanimisham bele deyim) chox eziyyet chekirdi sonda layiq olduguna goruldu. Her sheyin yerini bilen hormetini saxlayan userdir. Splendid_girl- mene deyirdiki niye bele ozunden razisan?)) men de demsihdim ki senle unsiyyetim yoxdur belke sene ele tesir bagishlamish ola bilerem. bilmirem fikrinden dondere bildim ya yox) amma bele dushunmesi normaldir. Bir sheyden eminem ki onun sherhleri mixi darixmaga qoymur. xususile al-elvan yazmagi. her cumle ferqli renglerde olur. forumda da musahibesi olanda ona istediyim suallari vermishdim ve cavab da almishdim) Kompleksizdir bildiyim qederi ile chekinmeden istediyi sherhi yazandir. Mixi beziyen userlerdendir)
--------------------
Нигде от них не скрыться...Ни под подушкой, ни под одеялом...Идёшь пить чай,а они садятся на край чашки и нагло смотрят тебе в глаза....Мысли...
|
|
 |
|
 |
 |
17 İyun 2010 01:53 | Qeydiyyat: 4.09.2008 | Adı: Niguuuuuuuu | Ünvan: Baku-Gənclik | |
 |
 |
 |
 |
| |
|
#117 Şərhin müəllifi: TARKANFAN |
|
|
|
|

|
Aa, Heyatim onunla bagli olan hisseni chixardib, amma chox nahaq:(. Basha dushurem seni, amma bunlar senin yox, menim fikirlerimdir, ona gore gerek ixtisar elemezdin o hisseni:). Eybi yox, yazida silinse de, sherhimde qeyd edecem, men yazmishdim ki, KIMDIR O layihesine dushen her bir userin statusu bir pille qalxir (lap yuksek statuslulardan bashqa), amma teessuf ki, bu Heyatimda istisna oldu:(. Hec duzgun olmadi achigi, bax bundan narazi idim:(.
Sitat: _REQANA_ Həri düz bilirsiniz, mən də sizinlə razıyam))) bu mixdə 2 normal insan gördüm ki, Tarkanfanın özündən razı olduğunu hiss etdi, biri sizsiniz, biri də mən)))) :wnk: Daha sene sozum yoxdur .
--------------------
Bu şarkılar da olmasa, Telefonlar çalmasa, Arkadaşlarım aramasa, Ne yapardım kim bilir?!
Bu Mix.az olmasaydı, nə edərdim, kim bilir?! |
|
 |
|
 |
 |
5 Aprel 2010 02:47 | Qeydiyyat: 18.11.2007 | Adı: Samira | Ünvan: Qrenlandiyanin paytaxti | |
 |
 |
 |
 |
| |
|
#116 Şərhin müəllifi: _REQANA_ |
|
|
|
|

|
Sitat: .mix. TARKANFAN ozunden raziya oxsuyursan. Həri düz bilirsiniz, mən də sizinlə razıyam))) bu mixdə 2 normal insan gördüm ki, Tarkanfanın özündən razı olduğunu hiss etdi, biri sizsiniz, biri də mən)))) Sitat: sema-210 nç nç nç heç demə pis Reqiş Çox sağ ol
--------------------
Əsrimizdə şöhrət və böyüklük qapalı bir evdir ki,yiyəsi altun,açarı təsadüf,qoruyucusu isə ölümdür... |
|
 |
|
 |
 |
30 Mart 2010 19:59 | Qeydiyyat: 5.09.2008 | Adı: _REQANA_ ,Reqiş,Reqişka,Reqi,Requlya... | Ünvan: ölkəm-AZƏRBAYCAN,paytaxtım-BAKI... | |
 |
 |
 |
 |
| |
|
#115 Şərhin müəllifi: TARKANKA_210 |
|
|
|
|

|
Sitat: _REQANA_ Bunlara bax, gör necə maraqlı gəlib?))) Ay sizi...qoy sirr qalsın. nç nç nç heç demə pis Reqiş 
--------------------
Gecədir ki, insanı kədərləndirən ? Yoxsa insan özü kədərlənmək üçün gecəni gözləyir ? Gecədir ki, səni mənə düşündürən ? Yoxsa mənəm səni düşünmək üçün gecəni gözləyən ? |
|
 |
|
 |
 |
28 Mart 2010 20:58 | Qeydiyyat: 30.07.2009 | Adı: Səma, Semka, Semoş )) | Ünvan: --- | |
 |
 |
 |
 |
| |
|
#114 Şərhin müəllifi: Splendid_Girl |
|
|
|
|

|
Sitat: PRAQMATIK Uzune deye bilersen? ele hemishe uzune demishem de
--------------------
Я красотуля!!! |
|
 |
|
 |
 |
27 Mart 2010 01:54 | Qeydiyyat: 18.05.2008 | Adı: Splendid | Ünvan: Öz dünyam və Mən | |
 |
 |
 |
 |
| |
 |
|
 |
 |
23 Mart 2010 17:32 | Qeydiyyat: 12.10.2008 | Adı: Ali | Ünvan: Baki | |
 |
 |
 |
 |
| |
|
#112 Şərhin müəllifi: TARKANFAN |
|
|
|
|

|
Sitat: .mix. TARKANFAN ozunden raziya oxsuyursan. Maraqlidir, ne menada ozumden razi?:) Ozumu dartmaqdan gedirse sohbet, duzu chalishiram bele sheye yol vermeyim, chunki menim de xoshum gelmir ozunu dartan insanlardan. Hem de bele bir minus tutmamishdilar mene:), bu ilk oldu). Yene de chox sag olun fikrinize gore.
Sitat: Shevchenko_Ali Qətiyyən düz oxşatmamısınız:)))))
Chox sag ol Ali cavab verdiyin uchun)). Amma oxshadib da, ne demek olar:).
--------------------
Bu şarkılar da olmasa, Telefonlar çalmasa, Arkadaşlarım aramasa, Ne yapardım kim bilir?!
Bu Mix.az olmasaydı, nə edərdim, kim bilir?! |
|
 |
|
 |
 |
23 Mart 2010 16:56 | Qeydiyyat: 18.11.2007 | Adı: Samira | Ünvan: Qrenlandiyanin paytaxti | |
 |
 |
 |
 |
| |
|
#111 Şərhin müəllifi: Shevchenko_Ali |
|
|
|
|

|
Sitat: .mix. TARKANFAN ozunden raziya oxsuyursan. Qətiyyən düz oxşatmamısınız:)))))
--------------------
Bütün statuslarda istifadə etdiyim yeganə avatar!!! |
|
 |
|
 |
 |
23 Mart 2010 16:21 | Qeydiyyat: 12.10.2008 | Adı: Ali | Ünvan: Baki | |
 |
 |
 |
 |
| |
|
#110 Şərhin müəllifi: .mix. |
|
|
|
|

|
TARKANFAN ozunden raziya oxsuyursan.
|
|
 |
|
 |
 |
23 Mart 2010 16:11 | Qeydiyyat: 20.02.2010 | Adı: mexx | Ünvan: azerbaycan,baki | |
 |
 |
 |
 |
| |
|
#109 Şərhin müəllifi: Mix-Fix Girl |
|
|
|
|

|
Hamisini oxudum,maraqlidi..Heyatda birce,az da olsa Spi-ni taniyiram..O daki, <14Mart> dan sonra...Az tanimagima baxmayaraq, Ilk baxisdan ele qeyd elediyi kimi tesir bagisladi..Duzdu,emin gun basi coox qarisiq idi,teskilatci idi ona gore..Aramizda adice salam olmagina baxmayaraq,xosum geldi ondan..Esas da menim kimi siltaq xasiyyete mexsus olmasi --> |
|
 |
|
 |
 |
18 Mart 2010 01:14 | Qeydiyyat: 23.12.2009 | Adı: Sevka_ | Ünvan: Baki | |
 |
 |
 |
 |
| |
|
#108 Şərhin müəllifi: baki_ogrusu |
|
|
|
|

|
bilmirem nece olub mahnilardan birinden mix .az esiddim daxil oldum cox xosuma geldi heyfki vaxt mehdududiyyeti imkan vermir |
|
 |
|
 |
 |
14 Mart 2010 23:37 | Qeydiyyat: 12.11.2008 | Adı: Emil | Ünvan: istanbul | |
 |
 |
 |
 |
| |
|
#107 Şərhin müəllifi: _REQANA_ |
|
|
|
|

|
Sitat: FeMeNiSTKa _REQANA_, ayda bu insanın mənə mix-də etdiklərinin mən hələ borcunu qaytara bilməmişəm. Femi əlimə keçsən səni öldürəcəm, belə söhbət etmə də)) Öldürəcəm səni)) Xətrin əziz olsun, bilirsən ki, qarşılıqlıdır qadası.
Sitat: sema-210 Çox maraqlı gəldiye Reqiş kimdi o elə ?? Sitat: TATULYA bu user xanim Londra deyil?) Bunlara bax, gör necə maraqlı gəlib?))) Ay sizi...qoy sirr qalsın. Uşaqlar hər birinizə təşəkkür edirəm. Mənə şəxsən maraqlı idi ki, nə düşünürsünü ;z mənim haqqımda. Hər bir sözünüz qəbulumdur. Çox sağ olun, minnətdaram.
--------------------
Əsrimizdə şöhrət və böyüklük qapalı bir evdir ki,yiyəsi altun,açarı təsadüf,qoruyucusu isə ölümdür... |
|
 |
|
 |
 |
6 Mart 2010 20:18 | Qeydiyyat: 5.09.2008 | Adı: _REQANA_ ,Reqiş,Reqişka,Reqi,Requlya... | Ünvan: ölkəm-AZƏRBAYCAN,paytaxtım-BAKI... | |
 |
 |
 |
 |
| |
|
#106 Şərhin müəllifi: LiLAmoooR |
|
|
|
|

|
Ayda bayaqdan şərhləri oxuyuram maraqlı idi)) Mən vaxt azlığından hər bir useri ayrı ayrılıqda xarakterizə etməmişəm amma deyim ki, hər birinin xətrini çox istəyirəm hörmət etdiyim userlərdi...Hər birinizə ayrı ayrılıqda uğurlar! |
|
 |
|
 |
 |
6 Mart 2010 00:43 | Qeydiyyat: 24.07.2007 | Adı: -- | Ünvan: -- | |
 |
 |
 |
 |
| |
|
#105 Şərhin müəllifi: FeMeNiSTKa |
|
|
|
|

|
Sh_Ali, əslində biraz çətindi oğlanı tərifləmək)))amma bir cümlə deyəcəm ki kaş ki bütün oğlanlar onun kimi yerini bilən və hörmət etməyi bacaran olardı!Saytda 2-3 dəyər verdiyim oğlanlardan biridi Splendid_girl, ayda nə qədər güldüm oxuyanda yazısını.Kefdidə bu qız.Gör nə qədər nik yazıbe orda)))Sözü üzə deyəndi xoşuma gəldi)))əsas onu tanıyanların fikridi.Onlar da spi haqda yaxşı danışırlarsa,demək onu tanımaq lazımdı ki necə insan olduğunu biləsən.Özü demiş ürəyi təmizdi bu elə hər şeyə dəyər)) Həyatik,sən də çox sağol.Çox əziyyət çəkmisən.Super xəbərdiSitat: TARKANFAN Men yazdim)). Buyur, davam ele :))).Femi, chox teshekkur edirem bu gozel sozlerine gore. Chox sag ol. Chox sevindim ki, menim haqqimda bele dushuncedesen. Inan ki, bu hormet,bu deyer tam olaraq qarshiliqlidir. Boşuna sənə bir nömrə demirik ki))yenə də sən sağole can))Təşəkkürə ehtiyac yoxdu olan şeyi yazmışam))Sevindiyinə mən də sevindim can
--------------------
Sanal aləmdə sənə edilən pisliklərə görə üzülmə. Bunların hamısı əldə etdiyin uğurlara görə sənə olan qısqanclığın nəticəsidir... By:Adaşımın atası Ənvər Yavəroğlu:) |
|
 |
|
 |
 |
6 Mart 2010 00:36 | Qeydiyyat: 10.08.2007 | Adı: FeMiiiiiiiiiiiii | Ünvan: Evde:) | |
 |
 |
 |
 |
| |
|
#104 Şərhin müəllifi: Heyatim |
|
|
|
|

|
MEN YAZACAQDİM SAMİRA QABAQLADİ)))
BU ARADA HER KESE TEŞEKKURUMU BİLDİRİREM.SİZLERDE COX SAG OLUN))
--------------------
♥(¯`´•.¸(¯`´•.¸ _____ღ♥ღ_____ ¸.•´´¯)¸.•´´¯)♥ ♥—==-♥°° HEYATİM°°♥-==—♥ ♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯ღ♥ღ¯¯¯¯¯ `´•.¸_) |
|
 |
|
 |
 |
6 Mart 2010 00:34 | Qeydiyyat: 22.09.2008 | Adı: -- | Ünvan: BAKİ | |
 |
 |
 |
 |
| |
|
#103 Şərhin müəllifi: TARKANFAN |
|
|
|
|

|
Sitat: FeMeNiSTKa Şərhim uzundu yazılıre((( hamısıni yaza bilmədim((( bir nəfər şərh yazsın da zəhmət olmasa)) Men yazdim)). Buyur, davam ele :))). Femi, chox teshekkur edirem bu gozel sozlerine gore. Chox sag ol. Chox sevindim ki, menim haqqimda bele dushuncedesen. Inan ki, bu hormet,bu deyer tam olaraq qarshiliqlidir.
--------------------
Bu şarkılar da olmasa, Telefonlar çalmasa, Arkadaşlarım aramasa, Ne yapardım kim bilir?!
Bu Mix.az olmasaydı, nə edərdim, kim bilir?! |
|
 |
|
 |
 |
6 Mart 2010 00:31 | Qeydiyyat: 18.11.2007 | Adı: Samira | Ünvan: Qrenlandiyanin paytaxti | |
 |
 |
 |
 |
| |
|
#102 Şərhin müəllifi: FeMeNiSTKa |
|
|
|
|

|
Heyf ki dünən vaxt tapa bilmədim gəlib oxumağa.Xəbəri yola vermək də istəmədim,çünki doğrudan çox gözəl insanlardı.Günah olardı hər sətri oxumadan fikir yazmaq.İndi elə həvəslə oxudum ki.. TARKANFAN- Məncə onu sevməyən yoxdue.Sözün əsl mənasında bir nömrədi.Həm də yeni istifadəçiləri(elə biri mən)sayta cəzb edən də onun mehribanlığı olub.Nə bilim.Ondakı səbr,optimizm,insanları olduğu kimi qəbul etmək xətrinə dəyməməkdən ötrü hərdən yola vermək bunu nadir insanlar bacarar.Çox istiyirəm onu.Əsl xoşbəxtliyə layiq qızdı! _REQANA_, ayda bu insanın mənə mix-də etdiklərinin mən hələ borcunu qaytara bilməmişəm.Əvvə llər onun şərhlərini oxuyanda uje mən şərh yazmırdım.Çox yaxın idi fikirlərimiz.Nə qədər də desələr kinlidi,ciddidi yenə də bir başqa aləmdi.Özü yazdığı kimi forumda moderləri daje o 1i adminlərin ayağına vermir.Səhv də olsaq müdafiə edir.Forumun anasıdı)))Sevinirəm ki saytda onun kimi qızlar var.Onu da çox istiyirəm))) Şərhim uzundu yazılıre(((hamısın 305; yaza bilmədim(((bir nəfər şərh yazsın da zəhmət olmasa))
--------------------
Sanal aləmdə sənə edilən pisliklərə görə üzülmə. Bunların hamısı əldə etdiyin uğurlara görə sənə olan qısqanclığın nəticəsidir... By:Adaşımın atası Ənvər Yavəroğlu:) |
|
 |
|
 |
 |
6 Mart 2010 00:25 | Qeydiyyat: 10.08.2007 | Adı: FeMiiiiiiiiiiiii | Ünvan: Evde:) | |
 |
 |
 |
 |
| |
|
#101 Şərhin müəllifi: Vafa1991 |
|
|
|
|

|
MIKS AZLILARA  SALAMLAR SIZLERE UGURLAR ARZU EDIREM MENIM SEBRIM CATMADI OXUMAQA TARKANIDA HEC SEVMIREM  AMMA YAZILANLAR MARAQLIDI fuuuuuuu |
|
 |
|
 |
 |
5 Mart 2010 06:03 | Qeydiyyat: 25.02.2010 | Adı: Vafa | Ünvan: Baki | |
 |
 |
 |
 |
| |
|
#100 Şərhin müəllifi: TARKANKA_210 |
|
|
|
|

|
TARKANFANMix.Az-ın adını eşidəndə, eyni hissləri keçirirəm
200 minlik istifadəçisi olan Aaa dogurdan elədir? nə yaxşı _REQANA_
adi insan olmadığı üçün onunla fərqli mövzuda ikimizin xəbəri hər kəs üçün maraq doğura bilər.Qismət,bəlkə də nə vaxtsa oldu. Çox maraqlı gəldiye Reqiş kimdi o elə ?? Shevchenko_Ali
Mix.azda da həyatda olduğu kimi həmişə mehriban olmağa çalışıram Ali narahat olma eləsən saytın ən mehriban və ən səbrli istifadəçisilərindən biri də sənsən
Dini xəbərlərə meylin az olması Məlumatlarımdakı dini xəbərlərimə baxıram doğurdan da şərh çox azdı Splendid_Girl
Özümü ya Brilliant ya da Admin statusunda görmək istəyirəm Avazın yaxşı gəlir
--------------------
Gecədir ki, insanı kədərləndirən ? Yoxsa insan özü kədərlənmək üçün gecəni gözləyir ? Gecədir ki, səni mənə düşündürən ? Yoxsa mənəm səni düşünmək üçün gecəni gözləyən ? |
|
 |
|
 |
 |
5 Mart 2010 02:38 | Qeydiyyat: 30.07.2009 | Adı: Səma, Semka, Semoş )) | Ünvan: --- | |
 |
 |
 |
 |
| |
|
#99 Şərhin müəllifi: UltrAslan |
|
|
|
|

|
ƏLA!! !
--------------------
Bir Anlıq Dəyərli Olduğumu Düşünürəm, Sayıram , 1, 2, 3, 4, 5 .... 5... 5... Ehhh ... DəYərsizəmmiş Hələ ...
Bu Videoya Baxın Bir ... Amma Sevənlər .... Bu Qız Ölüb =( |
|
 |
|
 |
 |
5 Mart 2010 01:27 | Qeydiyyat: 3.05.2009 | Adı: Ümidsiz Bir Gənc ... =( | Ünvan: Mənim Qaranlığım ... | |
 |
 |
 |
 |
| |
|
#98 Şərhin müəllifi: PRAQMATIK |
|
|
|
|

|
Sitat: Splendid_Girl İndiyənə qədər saytda kin saxladığım, mənim üçün suni olan şəxs Salome Uzune deye bilersen? |
|
 |
|
 |
 |
5 Mart 2010 00:06 | Qeydiyyat: 27.12.2008 | Adı: Kamil | Ünvan: Axirinci asirim | |
 |
 |
 |
 |
| |
 |
|
 |
 |
4 Mart 2010 19:51 | Qeydiyyat: 18.05.2008 | Adı: Splendid | Ünvan: Öz dünyam və Mən | |
 |
 |
 |
 |
| |
|
#96 Şərhin müəllifi: TARKANFAN |
|
|
|
|

|
Sitat: Splendid_Girl hee 1deki Just_Why-a meni muzakire edirdiz dunen.Men ince mince qizam,bilmirem kimle meni qarishdirmisiz Men bilirdim sen ince-mince qizsan))). 45 kilo nece olmalidir e?)) Amma seni Just Why-a sehv gosteribler, bir dolu qizi sen,ya da Punka kimi teqdim edibler))). Men onu deyirdim ki, o, ne Punkadir, ne de sen:)).
--------------------
Bu şarkılar da olmasa, Telefonlar çalmasa, Arkadaşlarım aramasa, Ne yapardım kim bilir?!
Bu Mix.az olmasaydı, nə edərdim, kim bilir?! |
|
 |
|
 |
 |
4 Mart 2010 19:48 | Qeydiyyat: 18.11.2007 | Adı: Samira | Ünvan: Qrenlandiyanin paytaxti | |
 |
 |
 |
 |
| |
 |
|
 |
 |
4 Mart 2010 19:38 | Qeydiyyat: 18.05.2008 | Adı: Splendid | Ünvan: Öz dünyam və Mən | |
 |
 |
 |
 |
| |
|
#94 Şərhin müəllifi: TARKANFAN |
|
|
|
|

|
Bir-bir sitat getirmek isterdim o xosh sozlerinize, amma teessuf ki, uzun rey alinir. Chox sevinirem achigi, bu gozel dushunceleriniz meni heqiqeten sevindirir. Chox sag olun. Allah razi olsun her birinizden. Bir daha deyim, bu deyer, bu hormet tam olaraq qarshiliqlidir.
Sitat: Londra Bircə dəfə xoşuma gəlməyən hərəkəti olub,bir imzası vardı heç ondan gözləməzdim,heç bəyənmədim o sözlərdi. Hmm... maraqlidir). Demek olar her zaman imzama mahni sozleri elave edirem, goresen o hansi mahninin sozleri olub ki, bele neqativ fikir yaradib sende? Duzu, chox maraqli geldi, belke deyesen). Xosh sozlerine gore de teshekkurler. Bilirsen ki, bu, tam olaraq qarshiliqlidir.
--------------------
Bu şarkılar da olmasa, Telefonlar çalmasa, Arkadaşlarım aramasa, Ne yapardım kim bilir?!
Bu Mix.az olmasaydı, nə edərdim, kim bilir?! |
|
 |
|
 |
 |
4 Mart 2010 19:37 | Qeydiyyat: 18.11.2007 | Adı: Samira | Ünvan: Qrenlandiyanin paytaxti | |
 |
 |
 |
 |
| |
|
#93 Şərhin müəllifi: Splendid_Girl |
|
|
|
|

|
Coooox uzr isteyirem,Nikleri sitat getirib yazdim,ama cox uzun rey olduguna gore getmedi Her birinize o xosh,gozel sozlerinize gore derin teshekkurumu bildiriremOxuyarken reylerinizi coox xosh oldum :) Sevindim ki,sevilirem.Meni isteyenler de var imish.Cox sagolun,Minnetdaram.Bu hormet,istek inanin ki,qarshiliqlidir Sitat: Aze_girl böyuk derdi olsada derdler ichinde gulmeyide baca bilmesidir Ayy saagol Aze.Sen mende bunu keshv ede bilmisen.Halaldir sene Sitat: Nothing iS Forever Mix.Az-da tanıdığım ən RİSOFKA qızdı Teki butun risovkalar menim kimi olsunlar Sitat: Huckleberry Realda isə saytda özünü sadə göstərənlərdən çox sadədir.Onun nə risofkalığı varsa şərhlərdə var. Realda yox)Hələ onun nə qədər utancaq olduğunu görməmisiniz:)) aayalaaa 1denesen ee
--------------------
Я красотуля!!! |
|
 |
|
 |
 |
4 Mart 2010 19:22 | Qeydiyyat: 18.05.2008 | Adı: Splendid | Ünvan: Öz dünyam və Mən | |
 |
 |
 |
 |
| |
|
#92 Şərhin müəllifi: Shevchenko_Ali |
|
|
|
|

|
Hər kəsə gözəl sözlərinə görə təşəkkür edirəm!!! Çoooox sağ olun!!!
Dünən gecə rəy uzun oldu deyə yaza bilmədim: Heyatim, bu üçlüyə məni də əlavə etdiyin üçün çox sağ ol!!!
--------------------
Bütün statuslarda istifadə etdiyim yeganə avatar!!! |
|
 |
|
 |
 |
4 Mart 2010 19:08 | Qeydiyyat: 12.10.2008 | Adı: Ali | Ünvan: Baki | |
 |
 |
 |
 |
| |
|
#91 Şərhin müəllifi: TELEBE QIZ |
|
|
|
|

|
VALLAH SEBRIM CATMADI OXUMAQA ANCAQ SERHLERI OXUDUM GORREM KI MARAQLI SEMEMIM SEYLER YAZILIB.MENIM GWNWM MIX AZDA KECIR NOMRE 1-DI MIX AZ  |
|
 |
|
 |
 |
4 Mart 2010 17:39 | Qeydiyyat: 15.08.2009 | Adı: TELEBE QIZ | Ünvan: BAKI | |
 |
 |
 |
 |
| |
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
| |
|
|