Sualım – Məktəb-də başınıza gələn ən maraqlı, ən yadda qalan hadisələr hansılar olub?

“ mix dominant ”
1.. Məktəb illərində yadımda qalan hadisələrdən biri o olmuşdu ki, 8 Mart qadınlar bayramında oğlanlar planlaşdırmışdılar ki, qızlara nəsə sürpriz hazırlayaq qeyri-adi. Yaman qeyri adi oldu. Nə isə 7 mart günü hədiyyələri verdilər sonra sinif yoldaşım evdən dvd gətirdi qəşəng mahnılar qoydular yaxşı oynadıq. Yasin adlı sinif yoldaşım vardı dedi gəlin tans mahnısı qoyaq qızlarla rəqs edək. Nə isə uşaqlar başladı rəqsə. Mahnıya o qədər səs verilmişdi ki, məktəb dağılırdı. Xəyallara dala-dala rəqs edirdilər. Bu arada mən telefonla danışdığım üçün heç kimlə rəqs edə bilmədim. Birdən qapı açıldı direktor, zavuç və digər müəllimlərimiz: Bu nə biabırçılıq neynirsiz burda? Axır birtəhər oğlanlar dedilər ki, qızlara bayram keçiririk. Nə isə ondan sonra qovdular bizi bir sözlə...
Bir dəfə də Azərbaycan-dili müəlliməmiz vardı. Oğlanlardan biri saqqızı götürüb müəllimənin oturduğu stula yapışdırmışdı, müəllim gəldi dərsini keçirdi elə ayağa qalxıb lövhəyə dərs başa salmağa gedəndə qalxdı gördü ki, arxasına saqqız yapışıb. Kim eləyib kim eləyib dedi. Amma heç kim boynuna almadı əlbəttə. Nə isə o günü direktor,
zavuç hamısı yığışdı sinifə məsələ həll olundu.

“ kenzo_kent ”
2.. Bir dəfə dərs vaxtı sinifdə voleybol oynuyurduq. Topa hərdən təpiklə də vururduq. Top mənə çatanda ayaqla vurdum gedib atapleniyanın krantına dəydi. O da qırıldı düşdü yerə. Bütün sinifi su basdı. Aşağı mərtəbəyə də su gedib çıxdı. Direktor girdi sinifə kim edib? Hamı Seymur dedi. Direktor üzümə baxdı, dedim mən eləmədim, top elədi. O da, sağ olsun necə lazımdı çırpdı məni. Əsəbdən bütün uşaqları qatdı mənə onları da əzişdirdi.
Həmişə dərsdən qaçıb futbol oynamağa gedərdim. Bir dəfə nizə direktrun dərsi idi. Mən də bilməyib dərsdən qaçmşam. Topa necə vurdumsa, gedib sinifimizin pəncərəsini qırdı. Top içəri düşdü. Mən qaçıb getmək əvəzinə durub pəncərəyə baxıram ki, bəlkə topu qaytaran oldu. Direktor topu alıb əlinə çıxdı pəncərəyə. Bu da mənim litseydə son günüm oldu. Məni ordan qovdular. Bu cür hadisələrə görə 4 məktəb dəyişmişəm. Məzunu olduğum məktəbi də bağlıyıblar. İndi o adda məktəb ümumiyyətlə yoxdu.

“ SpLeNDiD_GirL ”
3.. Məktəbdə başıma bir çox hadisələr gəlib, amma çoxunu xatırlamıram. Bizim riyaziyyat müəlliməmiz var idi, yazıq kişi hər dəfə ürək ağrısıyla bizim sinifdən çıxırdı. Başına oyun açırdılar uşaqlar. Bir dəfə onun dərsi idi. O sinifə daxil olmamışdan qabaq 1 oğlanı partanın üstünə uzatmışdılar, üstünə də paltoları atmışdılar. Guya ki, ölüb. Biri mərsiyə deyir, o biri ağlıyır. Müəllim sinifə girəndə şok olmuşdu.
Məktəbdə həmişə 1-ci partada əyləşmişəm. Riyazi fənnlərdən zəif idim bir az. Biz də litsey olduğundan tez-tez yazılı imtahanlar, testlər olurdu. Özü də şəxsən direktor özü, zavuçlarla bərabər keçirirdi, çox ciddi rejimdə. Özü də direktorumuz çox zəhimli qadın idi. Bir neçə dəfə həm sinifdə, həm bütün koridorda bütün sinilərlə bərabər, müəllim və direktorların nəzarətiylə olan imtahanlarda elə ustalıqla köçürə bilmişəm ki, heç kimin ruhu da duymuyub.

“ Trilli Villi ”
4.. Qış idi, hava çox soyuq, qar da dəhşətli yağmışdı. Səhər məktəbə getməli idik. Məktəbimiz də təmirdə idi. Məktəbin yarı otaqlarının çoxunda remont gedirdi. Ona görə də hər sinifə 1 otaq düşmüşdü. Yəni otaq olmasaydı dərsdə olmazdı. Bizim uşaqlarımız otağın pəncərələrini sındırdılar ki, dərs keçməsinlər. Belə eliyərək 3 gün bütün məktəbdə təkcə bizim sinifə dərs keçilmədi. 3 gün evdə qəşəng dincəldik.
“ KenaNik ”
5.. 10-cu sinifdə oxuyarkən bizim sinif oğlanlar ilə məktəbin üçüncü mərtəbəsinin dərsdən sonra bütün qapılarını çıxarıb gizlətmişdik. Səhəri gün məktəbin 3-cü mərtəbəsində dərslər açıq qapı keçirilmişdi.

“ loving_life ”
6.. Məktəb həyatım elə də maraqlı olmuyub. Ancaq dərs oxumaqla məşğul olmuşam. Ən çox yadda qalan buraxılış ilimdir. 10 illik məktəb həyatımda nə etməmişəmsə hamısını 11-ci sinifdə etmişəm. Bir dəfə fizika müəlliməmiz gəlməmişdi. Özü də axırıncı dərsimiz idi. Elə bildim dərs boş olacaq amma əvəzləyici göndərəcəklərmiş. Uşaqların başını pişirib dedim ki, gəlin gedək yaxınlıqdakı dağa gəzməyə. 2 nəfərdən başqa hamı razılaşdı. Bir az qorxdular bizimlə gəlmək istəmədilər. Mən də göndərdim evə. Nəysə biz 16 nəfər gizlənə-gizlənə arxa qapıdan çıxdıq. Dağ məktəbin 25-30 m uzaqlığındadı. Yəni məktəbin arxa pəncərələrindən baxanda görəcəkdilər bizi. Amma yenə də risk etdik. Martın axırları olduğuna görə hava çox gözəl idi. Sinifdə boş-boş otursaq adamın ürəyi partdıyardı. Mən də elə ona görə uşaqlara yaxşılıq eləmək istəmişdim. Biz yavaş-yavaş gülə-oynaya dağa tərəf getməyə başladıq. Həmin bu dağda maralın heykəli var. Ona görə "Maral dağ" adlanır. (yerlilərim və Qaxda olanlar bilər). Nəysə artıq dağa çatdıq və pilləkənlərlə həmin o heykəlin yanına çıxdıq. Bir az orda dayanıb rayonun gözəl mənzərəsinə tamaşa elədik və yenə yavaş-yavaş yuxarı qalxdıq. İlk dəfə idi ki, rayonun hansısa dağına gəzməyə çıxırdım. Heyf ki, yanımızda fotoapparat yox idi, şəkil çəkə bilmədik. Mənim telefonum olmasa da sinifdə bir-iki nəfərin var idi. Onlar çəkmişdilər amma effektli şəkillər olmadığına görə heç kim çıxartdırmaq istəmədi. Nəysə. Biz o günü şəkilsiz və ac da olsaq gözəl və yaddaqalan keçirdik və məktəbdə gözləyən sürprizdən xəbərsiz olaraq evə getdik. Səhər idman vaxtı hamı bizə baxıb danışırdı. Bildim ki, yoxluğumuzdan direktorun xəbəri olub. Əvəzləyici müəllim sinifə gəlib görüb ki, heç kim yoxdu. Muavini çağırıb o da direktora xəbər verib. Beləcə bütün məktəbə yayılıb. Sonra sinif rəhbərimizi də bizi də direktor otağına çağırdı.Yaxşıca danladı. 11-ci sinif olduğumuza və indiyə kimi pis bir hərəkətimizin olmadığına görə başqa heç bir cəza vermədi. Direktorumuzun bu hərəkəti bizi çox təəccübləndirmişdi. Çünki, Allah canını sağ eləsin o günə qədər hələ heç kim güzəştə getdiyini görməmişdi. Adı çəkiləndə müəllim, şagird qarışıq hamı qorxub çəkinirdi.Yəni biz sözün tam mənasında risk eləmişdik.

“ EXAM ”
7.. Yadıma gəlir 1-ci sinifdə oxuyanda sinif rəhbərimizin ağzın əyirdim həmişə. O da mənə heçnə demirdi. Bir müəllimə var idi bizim binada qalırdı ona deyirdi o da bizimkilərə deyirdi. Xeyri nədi mən yenədə ağzın əyirdim. Sonra 5-ci sinifdə oxuyurdum. Sinif rəhbərimiz var idi. Cavan müəllimə idi, amma çox savadlı idi və həm də çox qəşəng idi. Pis başa düşməyin haaaaa mən ona yalnızca müəllimə gözü ilə baxırdım. Onun da sinifdə ən çox istədiyi şagird mən idim. Nəys bir gün sinif uşaqları və həmin müəllimə getdik bulvara. O vaxtı bir kaçeli vardı Orbita deyilirdi. Uşaqlar hamısı dedi ki müəllimə ona minək. Müəllimə də mən dəcəl idim deyə mənim əlimdən tutmuşdu ki, o tərəf bu tərəfə qaçmıyım. Nəysə müəllimə razılaşdı ki, hə minək kaçeliyə. Bunu dedi mən müəllimənin əlini itələyib oppanıb düşdüm. Müəllimə də əsəbləşdi mindirmədi bizi ora. Bax belə. Başqaları da var amma çox uzun olacaq deyə mənim üçün ən maraqlı olanını yazdım.

“ miw_ulya ”
8.. Mən 1-ci sinifdə oxuyanda, dərslərdən qorxurdum. Bir yerdə uzun müddət qala bilmirdim. 1-2 gün dözdüm, gördüm alınmır. 1-ci sinifdə qaçdım dərsdən, getdim qonşumuzgilə. Ailəm məni axtarışa vermişdi, axır ki, qonşudan tapmışdılar.
Sonra uşaq vaxtı müəlliməmdən xoşum gəlmirdi, zəhləm gedirdi ondan. Onun deyəsən məndən xoşu gəlirdi. Səhv-sühv yazsam da mənə ulduzlu 5 yazırdı həmişə.
Bir də birinci sinifdə oxuyanda mənim bir sinif yoldaşım var idi, belə cüssəli oğlan idi, amma sakit idi. Mənim də sakit adamlardan heç vaxt xoşum gəlmiyib. Bir dəfə gördüm yenə dərsdə otura bilmirəm, bu oğlanı döydüm ki niyə sakitsən sən.
Səhərisi gün də anası anamın işinə gedib məndən şikayət etmişdi ki, qızın oğlumu döyüb.

“ AMORE ”
9.. Hələ 9-da oxuyuram müəllimlərlə dilləşmələr, dərsə girməyib başqa siniflərin qapısını döyüb qaçmağımız, lövhəni qırmağımız, jurnalı gizlətməyimiz və s. Yaddaqalan hadisələr hədsiz çox olub. Bir dəfə sinif rəhbərimiz xəstələnmişdi. Dərsə gələ bilmədi 1 həftə. Bir müəllim vardı, sinif rəhbərimizi o əvəz edirdi. Biz həmişə dərslərdə dəcəllik edirdik deyə həmişə üstümüzə qışqırırdı. Bir dəfə sinifimizdəki oğlanlar tənəfüsdə müəllimlərin oturduğu stolu götürüb həmin stolun yerinə oturacağın üst tərəfi qırıq olanı qoydular. Dərs başlayanda həmin müəllim gəlib oturanda yıxılmışdı.
Bu yaxınlarda da məktəbimizdə 11-ci sinifdə oxuyan oğlan var idi. İngilis dili dərsində gəlib sinfə ayaqqabı atmışdı, özü də elə səs çıxardı ki. yanındakılarla bir yerdə bütün sinif elə bilmişdi ki, bomba filandı. Hətta həmin oğlanı drektorumuz polisə də vermişdi.

“ Aska_5 ”
10.. Məktəb vaxtı çox maraqlı hadisələr olur, indi hansını danışım bilmədim. Amma havaya uyğun olaraq qarda yaşadığımız bir hadisəni danışmaq istərdim. Adi günlərdən fərqli olaraq, qarda məktəbə getməyi çox sevirdik. Çünki həmin günü çox maraqlı keçirdi, dərsə girmir, həyətdə uşaqlarla qartopu oynayırdıq. Amma həmin günü buna icazə vermədilər, hamımızı siniflərə saldılar. Oğlanlar isə bir yolunu tapıb dərsdən qaçmağa nail oldular. Qızlarla qərara gəldik ki, biz də qaçaq. Məktəbimizin 2 qapısı var idi. (xatırladım ki məktəbimiz "Bizim Cəbiş müəllim" filminin çəkildiyi məktəbdi) amma heç birindən çıxmaq mümkün olmadı. Artıq qərarımızı vermişdik, nə olursa olsun qaçmalıydıq. Çöldə qar amma biz sinifdəyik. Ağlımıza pəncərədən düşmək gəldi. Birimiz düşür, sonra o birimizin düşməyinə kömək edirdi. Dörd nəfər düşmüşdük ki, gördük polis nəzarətçisi bizə yaxınlaşır. Qızı pəncərədə sallana vəziyyətdə qoyub sumkalarımızı götürüb hərəmiz bir tərəfə qaçdıq. Səhərisi dördümüz də direktorun otağındaydıq.

“ Menim_gozel_alibim ”
11.. Məktəbdə inşa yarışması idi. Hər bir şagirdə 1 mövzü verirdilər, mənə çatanda isə "Anam, mənim mən olmağımın səbəbkarıdır" - deyə mövzunu verdilər. Bu mənim ən yadda qalan günümdür.
“ matematik ”
12.. Birinci sinifdə oxuyurduq. Bəlkə də oktyabr ayına təsadüf edərdi. Dərs başlamış hər kəs öz yerində əyləşmişdi. Birdən qapı döyüldü, sinif yoldaşımızın biri dərsə gecikmişdi. Gecikən şagird sinfə daxil olub nə etsə yaxşıdı: "Müəllim icazə olar?" deyə-deyə çantasını başında fırlatmağa başladı. Hamı təəccüblə onun qeyri-adi hərəkətinə baxırdı. Hələ müəllim nə etsə yaxşıdı: "Olar" deyib o, da sumkasını öz başında fırlatdı. Müəllim əsəbi olsa da, bütün sinfin gülməyi onu da güldürdü. Bu hadisə bütün sinif üçün 11-ci sinfə qədər xatırlandı və xatırlanacaq. Bu da uşaqlığın bir əlaməti olsa gərək.

“ Hayalperest ”
13.. Mən türk litseyi oxuyurdum. Məlum olduğu kimi həftə sonları məktəbdə qalırdıq. Yenə bu həftə sonlarından biri idi. Məktəbdə qalmışdıq. Bazar günü məktəbdə film saatları olurdu, hər kəs film izləyərdi. Sinif yoldaşlarımızdan biri də maşını ilə gəlmişdi. 4 nəfər fikirləşdik ki, heç kim yoxdu maşını sürək və keçdim rolun arxasına, maşını qaçırdıq. Sən demə biz çıxarkən müəllimlərdən biri görür və müdirə xəbər verir. Müdir elə qorxub ki, gecə paltarı ilə gəlmişdi. Artıq hər kəsə xəbər verilmişdi bizim qaçdığımız, hətta valideynlərimizə də. Məqsədimiz bizə gedib çay içmək idi. Amma bir an atamın evdə ola bilmə ehtimalını düşünüb evə girmədim. Məktəbə qayıtdım amma nə qayıtdım aləm dəyib bir birinə. Maşının sahibi də gəlmişdi. Nəysə müdir bizi məktəbdən uzaqlaşdırma qərarı almışdı. Amma anam müdiri ikna etti, birşey demədilər bu səfərlik bağışladıq dedilər.

“ Vugar ”
14.. Məktəbdə uşaqlıqdan 11-ci sinifə kimi həmişə qeyri-adi şeylər etmişəm. Dəcəllikləri nəzərdə tuturam. 4-də oxuyanda qabağımda bir uşaq otururdu, bir qızla oğlan. Hər ikisinin saçı çox idi. Mən də alça yeməyi çox xoşlayırdım. Dərsdə alça yeyib, tumları başlarına astaca qoyurdum xəbərləri olmurdu. Çünki tumları atmağa yer yox idi, gərək cibimə tökəydim. Onlar bir də 6-cı sinifdə ayıldı ki, mən başlarına alça tumları qoyuram, uje başlarında ağac bitmişdi.
Ən maraqlı illər isə 10 və 11-ci sinifdə olub. 10-ci sinifdəykən əsəbdən sinif rəhbərimizin ayağını fəlç etmişdim. Xəstə ziyarətinə ilk gedən də mən idim. Ən bardağ sinif kimi bitirmişdik 11-ci sinifi. Hətta o dərəcə manyak idik ki, Son Zəngə buraxılmamışdıq.

“ Bakinochka ”
15.. Yəqin ki, hamı razılaşar məktəbin ən yadda qalan vaxtları 9-11-ci siniflər olur. Düzü mənim yadımda qalan hadisələr dərsdən qaçmağım olub (hazırlıqlara görə). Çox vaxt dərsdən qaçıb, evi məktəbə yaxın olan sinif yoldaşımgilə gedirdik (bir dərslik). Bir dəfə qaniçən müəlliməmiz Svetlananın dərsindən qaçdıq samovar çayı içməyə. Dərsə qayıdanda gördük ki, Svetlana bizim sumkaları yığıb qoyub öz otağına, qapını da bağlıyıb. Gəl indi sumkasız get evə. Evdəkiləri başa sal ki, çay içmək üçün dərsdən qaçmışıq. Nəysə çay gözümüzdən gəldi.
Bir dəfə də arxada 2 nəfərlik stulda 3 nəfər oturmuşduq. Məndən qabaq da oturan qız da ayaq üstə idi. İcazə aldım stulunu götürdüm. Sən demə fikirli olub elə yalandan deyib hə. Bir də gördüm qızın ayaqları göydədi qışqırır. Çox pis yıxılmışdı. Həmin dəqiqə pis oldum, amma indi yadımıza salanda o qədər gülürük ki.

“ PRiNS_OF_BaKu ”
16.. Mənim üçün ən maraqlı günlərdən biri Türkiyədən gəldiyim gün olub. Heç bir sinif yoldaşım məni tanımırdı. Birini elə məktəbin həyətinə girəndə gördüm, sataşdım spor zad eliyəndən sonra gördüm uje davaya keçir dedim mənəm ee Kamran. Sinifə girdim hamı baxır bu oğlan kimdi. Orda da tanımadılar spor elədim, yaxşı edirəm girirəm mənim sinifimdi özüm bilərəm. Deyirlər sən hansı sinifdə oxuyursan ki, deyirəm 11e-də. Deyir Rus sektırında deyirəm Az sektırında. Baxırlar üzümə. Sonra dedim ki, mənəm də Kamran. Sonra da görüşüblər mənnən.
Bir dənə müəlliməmiz var idi. Bu girdi içəri keçdi oturdu mənə baxdı. Dedi sən kimsən? Dedim bu sinifdə oxuyuram güldüm. Dedi aaa Kamran xoş gəlibsən tanıdı. Uşaqlar deyir necə tanıdızda biz tanıya bilmədik. Deyir gülüşündən tanıdım.

“ PshikoPaTKa ”
17.. Uşaqlıqda bir az saf uşaq olmuşam. Başıma çox hadisələr gəlib. Amma ən çox yadımda qalan hadisəni danışım sizə. 3-cü sinifdə oxuyurdum. Həmişə müəlliməmiz sinifə gəlmədən qapının yanında düzülürdük. Çantalarımızı isə pəncərənin qarşısına qoyurduq. Çox kitab-dəftər yığırdım deyə çox ağır olurdu. Zəng vuruldu müəlliməmiz gəldi, qapını açdı və içəri girdik. Gəlib oturunca, rahatlaşınca birdən yadıma düşdü ki, çantam çöldə qalıb. İcazə alıb çıxdım çölə. Pəncərənin qarşısında heç nə yox idi. Uşağam da indi gözlərim doldu tez qaçdım koridora ki, bəlkə görən olub (elə bil özü yeriyib gedib). Birdə nə görüm çantam 11-ci sinif oğlanlarının ayağının altında futbol topu olub. Qaça-qaça tez getdim müəlliməmə dedim gəlib aldı.

“ Red cheek ”
18.. Məktəb illərim çox darıxdırıcı keçib. Demək olar ki yalnız dərs-ev söhbəti olub. Çünki evdə yüksək qiymət tələb edirdilər. Onu dəqiq bilirəm ki, qızların süfrələrini yazmaqda mənə çatan olmuyub. Bir də çox zaman sinifqom qapının açarını bəhanə gətirərək yerinə asmadan evə aparırdı. Onda da 1 dərs dəhlizləri gəzirdik, nə var-nə var ki guya otağın açarı evdə qalıb.
Bir də o yadımda qalıb ki, biz də həmişə idmandan sonra informatika olduğundan o dərsə də hər zaman gecikirdik və hər zaman da 21 ədəd qayıb alırdıq. Bir sözlə məktəb həyatım maraqlı olmuyub. Amma maraqlı anlar universitetdə çox olub.

“ EmBaO ”
19.. 11 illik məktəb ilim maraqlı olub. Ən azından maraqlı etməyi özümüz bacarmışıq. Adımızın "hababam sınıfı"-na çıxmağı da təsadüfi deyil. Bircə fərqimiz varıydı biz oxuyan uşaqlardıq. Və bunun da cəzasın həmişə çəkmişik. 5-ci sinifdə 33 nəfər idiksə 11 ci sinifdə cəmi 11 uşaq qalmışdıq və hətta 10-cu sinifdə dərsləri 5 nəfərlə keçirdik. Bunların hamısı əməllərimizin cəzası idi. Hababam sinfinə müəllimlər dərslərə girməyə etiraz edirdilər. Biz də qapıdan girib bacadan qaçırdıq. Müəllimlər də bizi izləyirdilər. Yeni ulduz müsabiqəsi, kurtlar vadisi filmi və bu kimi neçə-neçə tv programları bizim ifamızda yeni həyatlarına qovuşmuşdular. İyli əl bombalarının dərslərdə partladılması. Ehhh o günlər. 2-ci mərtəbədən aşağıya atdığımız partalar. Buna görə məktəbdə dustaq olmağımız. Azı 5 sinif rəhbəri dəyişmişdik. İkisi indi rəhmətlik olub (Allah rəhmət eləsin). Oxuyan uşaqlar olsaq da həmişə adımız pisə çıxmışdı. Amma direktorumuzun da xüsusi simpatiyası vardı. Elə buna görə də son günə qədər bizdən salam almırdı. Məndən xüsusi yanıqlı idi. Məni heç məktəbə də buraxmır, indi də. İbtidai sinifdə müəllimin üstünə qışqırmağım, sonradan müəllimin bağışla oğlum deməyi. Yaxşı-pis 11 ili başa vurduq və demək olar ki, 90 % uşaq tələbə adı qazandı. Bu da onlara kapak oldu.

“ Rena ”
20.. Məktəb vaxtı 1 oğlan, 2 qıznan aram yox idi. Daha doğrusu onlar dalaşmağa fürsət axtarırdılar. Bir dəfə onların facebook adreslərini öyrənib, məzələndim necə lazımdı. Adımı yox amma eyni məktəbdə oxuduğumuzu dedim. Səhəri gün həmin şəxsi (yəni məni) axtarırdılar. Amma hələ də tapa bilmiyiblər.
Sonra bir dəfə də müğənni Safura gəlmişdi məktəbə. Ondan xoşum gəlməməsinə baxmayaraq mən də o, olan zala daxil olub sual verdim.

“ krolochilapka ”
21.. Məktəb vaxtı ən yadda qalan hadisə biz 6-cı sinifdə oxuyanda baş verib. Qış ayları idi, biz məktəbimizin idman zalında bədən tərbiyə dərsini keçib qurtardıqdan sonra çıxdıq. 10 dəqiqə sonra küçədən keçən iri yük maşınının yaratdığı rezonans nəticəsində zalın tavanı uçdu. Əgər hadisə 10 dəq əvvəl baş versəydi sinifimiz müəllimlə bir yerdə 1 metr qalınlığında beton tavanın altında qalacaqdı. Nə isə bizi Allah saxladı.
9-cu sinifdə oxuyanda məktəbin stadionunda yıxılmışam, qolum biləkdən həm çıxmışdı, həm də sınmışdı. Həkimə apardılar. Axşamüstü həkim qolumu əyri salıb qoydu gipsə. Gecəni ağrıdan səhərə qədər yata bilmədim. Səhər apardılar rentgenə, dedilər əyri salınıb. Yenidən gips söküldü qolumu sındırıb yenidən düzəltdilər və gipsə qoydular.

“ Artemida ”
22.. Məktəbdə yox litseydə başıma çox şey gəlib bu 3 il ərzində. Deməli bir dəfə sinifdə idim bir qız varıydı söz atdı mənə əxlaqsız söz dedi amma. Mən də qaytardım ona. Hə qız xoddandı nə xoddandı. Elə-belə, söydü elədi. Sonra cin vurdu təpəsinə çıxdı çölə ki, adam gətirəcəm üstünə. Bir az sonra zəng gəldi ki, bəs qıza nə demisən gəlirəm. Oğlanlarımız da sağ olsun arxamda durdular. Bir qız da bunu sakitləşdirib ki, lazım deyil. Mənnən məzələnib bu qız. Başqa oğlana zəng vurdurub. Uzun sözün qısası oğlan gəlib çıxmadı. Allah qorudu məni.
İkinci dəfə bir qıznan da davam düşdü. Vurdum qıza arxadan necə lazımdı. Bu da dedi adam gətirirəm üstünə. Dedim gətir. Bu səfər gəldi. Ancaq heç nə olmadı. Qıznan danışdıq, barışdıq, həll elədik məsələni.
3-cü dəfə də o biri qıznan dalaşdım, bu mənə var-yox söyüşü söydü. Dedi adam gələcək üstünə. Bir qız var ikinci dava elədiyim bu qıznan söhbə elədiki gətirmə, o nə sözdü demisən, o da oğlandı bəs yaxşı ki, səni vurmadı. Axırı söyüş söyən qız 15 nəfərlik qrupun içində üzr istədi mənnən. Hamı da eşitdi. Barışdıq qurtardı.

Cavab yazan hər kəs sağ olsun. İnanıram ki, maraqlı oldu oxumaq. 