|
|
| Ömrümüzün sonuna 1 gün qalarsa (II hissə) | Mix.aZ həyatı | |
Əgər bir gün ölüm mələyi Hz. Əzrail qapınızı döysə və; “Ey insan! Ömrünün sonuna 1 gün qaldı! Rəbbinin hüzuruna çıxmağa hazırlaş!” deyə sizə nida etsə, nə edərdiz? Son 24 saatınızı necə keçirərdiz? Ömür kitabınızın son səhifəsini necə yazardız?   2ral.a"Mənim üçün ən maraqsız gün olardı həyatımda. Çünkü o gün etdiyimin Allah qarşısında bir dəyəri olmaz. Ölüm qorxusunda tövbə belə qəbul olmur mən bilən (Misal Firavun). O günlərdə dini ibadətimi necədirsə elə davam edərdim. Dünyalığa gəldikdə, sevdiklərimin yanında olardım, gələcəyə dair onlar üçün plan çizərdim, onlarla vaxtımı keçirərdim. Haqqları varsa, haqlarını məndən almalarını istərdim. Mənə çox bağlı insanlara bir az fərqli davranardım. Məndən sonra çox pis olmasın deyə özmü onlardan uzaqlaşdırmağı belə edə bilərəm. P.S Bunları bu gün deyə bilərəm. Amma o gün edə biləcəyimi deyə bilmərəm))
 AzadqadınBankdan ev üçün yığdığım pulu qızımın adına keçirərdim. Daha sonra ən bahalı restorana gedib ən dadlı yeməkləri sifariş verərdim )). Sonra dənizin qırağına gedib bir az gözəllikdən zövq alardım. Saytımda, facebookda hamı ilə vidalaşma xəbəri hazırlayardım. Həmin ərəfədə sevdiyim olarsa, onla görüşüb öpüşərdim. Sonra anamın yanına gedib mən olmayanda dərd çəkməməsi üçün onu psixoloji hazırlayardım. Ölümümə 2 saat qalmış isə məsçidə gedib namaz qılar, daha sonra Allaha dua və şikayətlərimi edərdim, məni bağışlamasını dilərdim. Bağışlamırsa, heç olmasa cəzamı yüngül etməyi arzulayardım. Sonra isə yuxu dərmanı atardım ki, əzrayın üzünü görməyim ) BakinochkaEger 1 gunluk omrum qalsa idi yeqinki gunumun cox hissesini sevdiklerimle kecirderdim. En coxda qizimla. ondan bir deqiqe bele olsa ayrilmazdim.Ona axirinci defe nelerise basha salardim, oyrederdim. Kimese nese soz vermishemse onlari yerine yetirerdim. Bir de sevdiklerime hediyyeler alardim. Calishardim onlari sevindirim. Tanishlara ise xosh sozler deyerdim.  BeqiElə bir şey olsa heç nə eləmərəm. Sözün əsl mənasında heç nə eləmərəm. Nə dua,nə tövbə,nə ibadət,nə sevdiyimə zəng,nə göz yaşı. Tamailə heç nə. Oturub gözləyərəm. Şokdan çıxsam bəlkə nəsə eləyərəm. Ölməkdən çox qorxuram deyə nəsə eləmək ağlıma gəlməz həmin an) BUTTERFLY 1Əzizlərimlə görüşərdim sonra da olan- qalan puluma da shoppingləri gəzərdim... EXAMQurban olduğum həyatımı yazıb sadəcə mən o həyatı düzgün aparmalıyam sona qədər. sonda isə qalan o 24 saatı deyə bilmərəm necə olacağ ama istərdim Sevdiyim insanların əhatəsində olum. Ama Ata Anam yanımda olmasın. Ona görə yox ki, onları sevmirəm sadəcə olaraq onlar mənim ölümümdən qəhərlənməsinlər deyə məndən sonra mənim ölməyimə görə əzab çəkməsinlər deyə məndən qabaq cənnətdə olsunlar. məndə sevinərək 24 saatımın tez bitməsini istərəm ki onların yanına gedim onlara qovuşum. Yenədə mənə körpəm gəldi evim yarı yaraşığı gəldi desinlər (bax bu cümlə məni ağlatdı. axır vaxtlar yaman kövrəy olmuşam ))))) ) _GULUM_Bilmirəm həmin an bəlkə də gec olar ama həmin günü tövbə və duadan basqa heçnə etmərəm HafsaHerkes kadar panik olurdum zannımı iyiye tutmak istesem rahmetinede sığınsamda halimi bilemeyeceğimdem korku içinde olurdum . doğdum ,büyüdüm, yaşadım değdi yorgunluğuma bir ölüm kaldıydı onu da gördüm beni pişman etmedi doğduğuma..
 iKoooİlk öncə sevdiyim yeməyi anama deyərdim hazırlayardı yeyərdim sonra əllərindən öpərdim o dadlı yeməyi hazırladığı üçün anamla söhbət edərdim öpərdim bağrıma basardım( sonra düşərdim həyətə uşaqlardan kimi görərdim bir az söhbət edərdim sonra gedərdim məscidə namaz qılmağa ordan sonra qardaşıma zəng edib görüş təyyin edərdim onunlada bir az danışardım sonra 2 rəhmətə gedən dostumu siyarrət edərdim və deyərdim dostlar gəlirəm yanınıza(( atama zəng edərdim yanina gedərdim onunla bir az gəzişərdim söhbət edərdim sonra zəng edərdim qürbətdəki dostlarımla danışardım amma ölüm xəbərini heç kimə deməzdim. sonra yenə evə gələrdim acardım kompu mix.az daxil olardim ən sevdiyim şərhə və xəbərə birdə nəzər yetirərdim (heç kim soruşmasın deməy) burdaki yaxın dəyərli dostlarla pm-ləşərdim sonra sevdiyim bölmə istək bölməsi olduğu üçün istəklərə nəzər yetirərdim sonda bu sml qoyub çıxardım saytdan duş qəbul edib ailəylə birlikdə söhbət edərdim sonra otağıma qayıdıb bir qələm birdə vərəq götürüb yazardım ANA SƏN DÜNYANIN ƏN GÖZƏL ANASISAN yazıb balıncımın altına qoyardım sonra otağın işığını söndürüb qapını örtüb uzanıb (YANNI - ONE MAN'S DREAM ) dinləyərdim yuxuya gedib onunlada dünyanı tərk edərdim!...
 M. SeyidzadehBir kəlmə ilə fikrimi izah edim.Son 24-saatımı Məscidə gedib ''günahlarımın bağışlanması'' üçün Rəbbimə dua edərdim Manson_9Çox istərdimki həmin gün Mansonun konserti olsun və ya Torresin oyununu izləmək istərdim lakin bunlar olmayacağına görə heç kimə heç nə demədən səhəri dostlarımla keçirərdim. Onları bir daha görə bilməyəcəyim üçün pis olardım doyunca söhbət edərdim. Hallalıq istərdim. Sonra məktəb vaxtı bir yaşlı kişi var idi tum satırdı onu axtarıb tapıb pulumu ona verərdim. Evdə də adi heç nə olmamış kimi davranardım. Mixə girib hami ilə danışardım, deyib-gülərdim və daha sonda zooparka getmək istərdim çünki ən böyük istəklərimdən biri şiri qucaqlamaq və yaxud timsaha əl vurmaq olub bunlarda təhlükəli olduğu üçün əgər öləcəyəmsə qoy ölümüm belə qeyri-adi olmasını istərdim. Elə yazdımki gözlərim doldu elə bildim ölürəm)) _MATİLDA_Hərdən ölüm haqqında fikirləşəndə heçnə hiss etmirəm, amma hərdən vahimələnrəm. Ömrünün sonuna 1 gün qaldığımı bilmək qəribə hisslər olardı. Ancaq dualar edərdim, bacardığım qədər yenə də yaxşılıq edərdim, mənə əziz olanların yanımda olmasını istərdim. Mənə əziz olub, amma küsülü olduğum biri olsa mütləq onunla barışardım. Mir_CelalHeşnə 1-2 Nəfər Var Onları Öldürərdim Canımı Boğazıma Yığıblar... Sora Çoxlu Gəzərdim))) Ye (İç) Kef Elə Prinsipylə Yaşıyardım Son 10 Saatı ))) ... Sora Öz Ailəmlə Keçirərəm Son Saatları Çoxlu Öpərdim ANAmı Axı 1 Də Görmüyəcəm Onu... nukuBəlkə də heç nə etməzdim. Sakitcə durub, ölümümü gözləyərdim. Təbii ki, ibadətlə, dua ilə. Ən azından ona görə ki, bilirəm ki, ölüm haqqdır. Bu gün də olsa sabah da olsa ölüm, hər birimizi tapacaq. Təki Allah bizlərə şərəfli ölümü nəsib etsin. Hər kəs rəhmət oxusun bizlərə. Amin!
 REBEKATəssəvür edilməsi belə qorxuludu. İnsan umumiyyetce bəzən bir ömrü boyu edə bilməyəcəyini 24 saat ərzində edə bilər. Əlbəttə ki hər çətin anımda olduğu kimi bu animda da yalnız Allaha sığınaram.çoxlu dualar ederem.İbadətimi edərəm surələr oxuyaram. Bacardığım qədər bütün tanıdığım insanlardan hallalıq alaram. Çalışaramki bu axrıncı saatlarımı sevdiyim insanların əhatəsində keçirdim. və birdə öz qəbrimin yerini gedib özüm təyin edərəm. Və xaiş edərəmki qəbrim hazır olanda çox sadə və ucuz adi bir qəbr olsun. çox kiçik bir baş daşiyla və sadə sinə daşıyla. sweetheart24Həyat böyük marketdir , nə istəyirsən götür lakin unudma , xəzinadar qarşıdadır hərşeyi ödəmək lazımdır! ArtemidaÇalışaram hamısı olmasa da qəza namazlarımın bir hissəsini qılım qurtarım. İkinci gedib bütün tanışlardan halallıq alaram. Üçüncü Allaha dua edib deyərəm ki, yerimi Cənnət eylə. Ancaq dualarım bununla bitməz əlbətdəki, günahlarımın bağışlanmasını diliyərəm.
 AMRAASSAAƏzrayıl qapıma gəlsə və 24 saat qaldığını desə bütün yaxınlarımla halallaşıb-gürüşərdim. Tek bir nəfərdən-"atamdan" başqa. Azdan-çoxdan nəyim varsa hamısını paylayardım. Özümçün Quran tapşırtdırardım və çoxlu fatihə və yasin oxuyardım....Birdə Əzrayıldan vaxtıma 24 saat qalmağına baxmayaraq çox xahiş edərdim ki, məni 4-5 il əvvələ qaytarsın bir səhvim var onu düzəldim və rahat ölüm....ondan sonra nə ölümdən nədə ömrümün sonuna 24 saat qalmağına vallah heç bir qramda heyfslənmərəm..heyfsləndiyim tək şey anamı və bacımı gözüyaşlı qoymaq olar.... Beyonce ft Rihanna"Dünən fikirləşirdim bu haqqda.Mənə elə gəldi ki, son günümdü.Düzünü desəm qorxdum. Gecə oldugundan heç nə etmədim.“ Ey insan! Ömrünün sonuna 1 gün qaldı! Rəbbinin hüzuruna çıxmağa hazırlaş!” deyə sizə nida etsə, "BAŞ ÜSTƏ" deyib günümü xoş keçirərdim. Urəyimdə bir söz var,onu deyib sonra hazırlaşardım yaxınlarımla görüşə(o biri dünyadakı)."  DenizimÖlümümdən əvvəlki son 24 saatı istərdim mənimçün yaxın olan insanlara görüşüb halallıqların alım (Xüsusən də 2 insandan), daha sonra isə Uca Yaradana günahlarımın bağışlanması üçün dua edim. Ölümdən qorxan insan deyiləm, amma Allahın dərgahında sorğu-sual olunduğum gündən çox qorxuram, əməl dəftərimdə günahımmı çoxdu, savabımmı, bunu bilmirəm, amma savabım azdır deyə düşünürəm. Son günümü yaşamaqla bağlı fantastik bir istəklərim yoxdur. Qeyd edim ki, mən öldüyüm günü bilmək istəmirəm və İnşaallah elə zamanda olsun ki, sürpriz bir şəkildə qarşılaşım ölümlə. Çox istərəm ki, qəbrim olmasın, İnşaallah belə də olar. Dominic TorettoRəbbim belə məsləhət görmüş deyərdim. Mənə görə insan son günə heçnə saxlamamalıdır. Hər gününü son günüymüş kimi yaşamalıdı. Çünki heç kim sabahı üçün siğortalanmıyıb. HAYALPERESTƏlvəda Qarabağ bağışla məni sənin gül qoxan torpağına ayaq basa bilmədən gedirəm. Cismən gələ bilmədim bəlkə ruhən gəldim. Liebe und HassKimin xetrine deymisemse bagislanilmagimi isterdim aileme haqqinizi mene halal edin deyerdim artiq son deqiqelerdi.. bu qeder diger son sözlerimi ise burda yazmaram onu göydeki Rebbim bilir birde men.
 miw-ulyaAiləmçün dua edərdim, günahlarımım əhv olunması üçün yalvarardım (ki bu o demək deyil ki indi kef edirəm, yalnız ölümümə bir gün qalmış yadıma düşür). Və son olaraq, görmək istədiyim heç vaxt cəsarət etmədiyim, sözümü demək istıyib də deyə bilmədiyim insanlarla görüşüb hər kəsdən halallıq alardım.
 MEMMED_ZADEBirinci Ezraildi xoş gəlib səfa gətirib. Əvvəl axır gəlməli idi də. ha bir gün tez ha bir gün gec. Onu təm təraqlı qarşılayıb keçərdim mətləbə...Əvvəlcə zəng edib mənə borcu olanlardan pulumu istəyərdim...(xeyir ola mən saglığımda zülümümü çəkib qazanmışam..mən öləcəm heç yadlarına da düşmüyüm..versünlər pullarımı)))))..Həyatda dəyər verdiyim insanlari qəşəng qonaglığa təşkil edərdim...Şou proqramlı...sonra Anamın-Minik kraliçəmin əllərindən öpüb (anamdan sonra ölmək istəmərəm),atamın gözlərinə doyunca baxardım....Dərs dediyim uşaqların hamısına 5 yazardım....))İşdə 300 AZN qalığım var onu tələb edərdim....Və sonda yuyunub Namazımı qılıb uzanardım Qibləyə... KİŞİSƏN GƏL AL CANIMI ƏZRAİL QAĞA)))))))))))))))
 MrS_BLaCKBeRRYƏvvəlcə bütün sevdiklərimlə görüşərdim. Amma onlara bildirməzdim belə bir şey olduğunu. Küs olduğum varsa , üzr istəyib barışardım. Sonra geriyə qalan saatlarımdan birini, bir dostuma həsr edərdim. Hansı ki, bu aralar yaman dərdlidir. Ona deyərdim ki, bax. Heç nəyə görə çox üzülməyə dəymir. Keçir gedir hər şey. Sonra da deyərdim ki, dəyərimi bilmədin e, sənə xüsusi vaxt ayırıram Qalan vaxtlarımı da Allaha dua edərək , ailəmi , dostlarımı, bütün sevdiklərimi qoruması üçün dua edərdim.
 PrincessaSon 24 saatımı valideynlərimdən,məni tanıyanlardan halallıq alardım,sonra görmədiyim,görmək istədiyim sevdiklərimlə görüşə gedərdim,sora çıxıb gəzərdim).Amma istəməzdim ölümümü əvvəldən bilim.ən pis şeydir,bilə-biləki o günün sonunda vəfat edəcək,heç insan nə etdiyini belə bilə bilməz. Heç kimə əvvəldən öləcəyini bilməsini arzulamıram. Rominaİncitdiyim insanlardan halalıq alardım...Allaha bu vaxta qədər etdiyim bütün günahları bağışlamağıüçün son dəfə yalvarardım... W_O_N_D_E_RNə yalan deyim birtəhər oldum. Ölümdən heç zaman qorxmamışam. Məni qorxudan başqa şey olub. ANAmdan əvvəl və ya sonra ölməyim. Cavabım həmin günün nə zaman gələcəyindən asılıdır. Amma ümumilikdə götürsəm, ilk növbədə yaxınlarımdan, tanıdıqlarımdan halallıq alardım. Yəqin ki, çoxları kimi son günümü sevdiklərimin arasında keçirərdim. Son ibadətlərimi edər, ruhum bədəndə ikən son dəfə ALLAHdan bağışlanmağımı diləyərdim. Bir də hər zaman etmək istədiyim, amma edə bilmədiklərimdən bir qismini etməyə çalışardım. Suzanson 24 saat... ailemi cox az gorurem, butun gunu universitet, ish, dersler.. hec neye vaxtim qalmir, ne nishanlimla, ne dostlarimla, ne de ailemle. butun 24 saatin her deqiqesini onlarla olardim. bundan artiqina heqiqeten ehtiyacim yoxdur. Dj KaMiLSon peşmançılıq fayda verməyəcəyinə və bu günə qədər etmədiklərimi bir günün içində edə bilməyəcəyimə görə oturub Fatmagülün serialına baxardım ))) krolochilapka Əvvəlcə bunu mənə bildirdiyinə görə Əzrailə təşəkkür, Rəbbimə şükr edərdim...Həmişə istəmişəm ki, öləcəyim günü bilim. Düzdü heç vaxt Əzrail gəlib əvvəlcədən xəbərdarlıq eləmir...amma mən bütün ömrü boyu öləcəyim günü əvvəlcədən bilməyi istəmişəm...xəbərdarlığı aldıqdan sonra, dəstəmaz alıb, iki rükət namaz qılardım...namazdan sonra oturub bütün ömrümü gözümün önünə gətirib, düşüncələrə dalardım...Sonra durub, gedərdim atamgilə...oturub onlarla söhbət edərdim, deyib gülərdim ( hər halda bacardığım qədər)...üzümdəki emosiyanı gizlətməyə çalışardım, amma ana ürəyi...atam bilməsə də, bəlkə də anam sezərdi ki, nə isə qeyri-adi bir şey var mən də...soruşsaydı nə deyərdim?...heç nə!...bir az qardaşımla söhbətləşərdim, sonra gedərdim bacımgilə...bir az da onunla söhbətləşərdim...sonra çıxardım rayona, dostlarımla-iş yoldaşlarımla görüşüb-söhbətləşərdim ( o günü bir bəhanə tapıb, işə getməzdim) ...Axırda gələrdim evə, bir az Quran oxuyardım...namaz qılardım, gecəni dualarla keçirərdim...vaxt tamam olduqda isə başımı səcdəyə qoyaraq; " Ya Rəbbim! Sənə layiq qul ola bilmədim, Sən, Sənə layiq rəhmətinlə bu günahkar qulunu əfv et!"...Əzraili başımın üstündə hiss edincə, şəhadətimi deyib, səcdə halında bu fani dünyaya əlvida deyərdim! "Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizə yetişər..."Nisa surəsi -78"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır."Mülk surəsi-2
"Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!"Ənbiya surəsi-35"Ləzzətləri acılaşdıran ölümü tez-tez yada salın..."Hədisi-şərif ALLAH HAMINIZA UZUN ÖMÜR, CAN SAĞLIĞI VERSİN! HƏR BİRİNİZƏ, SEVDİKLƏRİNİZLƏ BİRLİKDƏ XOŞ VƏ MƏNALI ÖMÜR ARZULAYIRAM!
İştirak edənlərin hamısına öz təşəkkürümü bildirirəm.
Təşəkkür edənlər: (43) EmBaO, Eynur, PeSSiMiST_LiFe, Manson_9, Glass heart, Hayalperest, Sensiz_Qocaldim, mix dominant, denizim, PSiKoPaTKa, _MATILDA_, Farid Rzayev, Mir_Celal, loving_life, EXAM, R.N.T, matematik, nuku, Azadqadin, sofiya, Bir insan, W_O_N_D_E_R, princessa, AMORE, Hpad, Never_love, hosted_man, Just Kurdish, kenzo_kent, VILESH, AMRASSAA, Aska_5, nuwka, Bakinochka, REBEKA, BUTTERFLY 1, Roya, Artemida, iKooo, miw_ulya, ForeveR_SweeT, MrS_BLaCKBeRRY, Beyonce ft Rihanna |  | |  |  | |
| Baxış sayı: 1733 Şərhlər (76) Müəllif : krolochilapka 12 Fevral 2012 21:00 | |  |  |  |  |
| |
 | #76 Şərhin müəllifi: nuwka | | | | | 
| Dj KaMiL, face dondurmuwam tezeden girsem gonderecem)) | |  | |  |  | 15 Mart 2012 23:41 | Qeydiyyat: 6.01.2012 | Adı: nuwka | Ünvan: BAKU | |  |  |  |  |
| | | #75 Şərhin müəllifi: Beyonce ft Rihanna | | | | | 
| men bu xeberi hele indi goruremee.unudulmadigimcun tewekkurler | |  | |  |  | 12 Mart 2012 19:45 | Qeydiyyat: 2.07.2010 | Adı: Fufuw | Ünvan: Baki | |  |  |  |  |
| | | #74 Şərhin müəllifi: lenetheyatimamen | | | | | 
| nehayet kii gozlediyim gun geldi deyereem wukur | |  | |  |  | 8 Mart 2012 17:24 | Qeydiyyat: 8.03.2012 | Adı: klrt | Ünvan: ;lkt | |  |  |  |  |
| | | #73 Şərhin müəllifi: Payiz_Yagisi | | | | | 
| O gun anami doya-doya operdim 24 saat Vaxt qalsaydi vehset namazimi ozum ozum ucun qilardim Birde halallasardim dogmalarimla | |  | |  |  | 25 Fevral 2012 01:52 | Qeydiyyat: 22.08.2007 | Adı: Gulnar | Ünvan: Baki | |  |  |  |  |
| | | #72 Şərhin müəllifi: MrS_BLaCKBeRRY | | | | | 
| Sitat: miw_ulya Təşəkkürlər mənə də yer ayırdıqınız üçün :) | |  | |  |  | 19 Fevral 2012 14:57 | Qeydiyyat: 31.01.2010 | Adı: Shefa | Ünvan: Yashamiram.. | |  |  |  |  |
| | | #71 Şərhin müəllifi: miw_ulya | | | | | 
| Təşəkkürlər mənə də yer ayırdıqınız üçün :)
--------------------
Никогда не знаешь, насколько ты привязан к человеку, пока эта связь не оборвётся... | |  | |  |  | 18 Fevral 2012 22:15 | Qeydiyyat: 25.08.2010 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #70 Şərhin müəllifi: Mr. Artemida | | | | | 
| Sitat: krolochilapka Vüqar heç, sizden amma gözləməzdim, ad yerine baxmırsan...(Elmar Abbaslı)..axı mənim nikimdə qıza aid nə var ki? Mission İmpossible filmində gizli silahın kod adı idi...mix.az-dan qeydiyyatdan keçəndə o filmə yeni baxmışdım...nikimi də belə yazdım...yenə kefim pozuldu...hər gün əsəb, stress...yorğunluq, həyatda və virtualda... Bilmirəm nə var, prosta deyiləndə adamın ağlına qız niki kimi gəlir. Əşşi kef elə.
--------------------
Hörmətli Mix.az-lılar İnşallah 1 il 6 aydan sonra görüşərik, məni unutmayın!!! | |  | |  |  | 18 Fevral 2012 17:22 | Qeydiyyat: 25.06.2010 | Adı: Tural Məhərrəmov | Ünvan: Bakı | |  |  |  |  |
| | | #69 Şərhin müəllifi: matematik | | | | | 
| Oğlan olmağın adət-ənənələri də var imiş...bunu da öyrənmiş olduq. Əvvəlcə insan olmaq lazımdır! | |  | |  |  | 15 Fevral 2012 21:03 | Qeydiyyat: 16.10.2011 | Adı: Viki | Ünvan: Azerbaycan | |  |  |  |  |
| | | #68 Şərhin müəllifi: krolochilapka | | | | | 
| Sitat: iKooo pm-ivə cavab yazmaq istəmirdim çünki ilk görnüşdən özündən razı kimi görünürdün Əcəb təəssürat yaratmışammmış ee mən mix.az-daSitat: iKooo bu xəbərdədə mənə yer ayırdığın üçün xüsusi təşəkkür edirəm sənə Elmar Cavab yazdığın üçün mən də sənə öz təşəkkürümü bildirirəm İlkin
--------------------
| |  | |  |  | 15 Fevral 2012 07:41 | Qeydiyyat: 25.12.2008 | Adı: Elmar Abbaslı | Ünvan: İMİŞLİ | |  |  |  |  |
| | | #67 Şərhin müəllifi: iKooo | | | | | 
| krolochilapka pm-ivə cavab yazmaq istəmirdim çünki ilk görnüşdən özündən razı kimi görünürdün sonra sonra gördüm yanılıram fikirimdə tam əksinə özünə qarındakına hörmət edən bir insansan. düşndüm məni insan bilib pm yazıbsan məndə insanlığımı yerinə yetirim deyə yazdım və bu xəbərdədə mənə yer ayırdığın üçün xüsusi təşəkkür edirəm sənə Elmar.
PS: Əcəb şərhlər gördüm.!
--------------------
 | | | |  | |  |  | 15 Fevral 2012 04:01 | Qeydiyyat: 16.05.2010 | Adı: iKooo | Ünvan: █ █ █ █ | |  |  |  |  |
| | | #66 Şərhin müəllifi: hosted_man | | | | | 
| Sitat: denizim Vampir olmaq istəyirəm:))) .Səbəb - istəmirəm məzarımın üstündə gəlib ağlasınlar. Deyir insan nəyisə ürəkdən istəyirsə o istəyinə mütləq çatır, mən də bu istəyimə çatacam!:) Vampir olmaq üçün,gərəy ilk öncə,vampir qanı içəsən,sonra da öləsən,buna dözə biləcəksən? Yoox,razılaşmıram..Hamıya ağlamalıdılar da....
--------------------
Özüm xəstə ola-ola,başqalarına yaxşı psixoloq oldum... | |  | |  |  | 14 Fevral 2012 23:27 | Qeydiyyat: 11.07.2009 | Adı: Hosted | Ünvan: Host Qalaktikası | |  |  |  |  |
| | | #65 Şərhin müəllifi: krolochilapka | | | | | 
| Sitat: Alone in the Dark : Alone in the Dark Bəli müəlliməm, şərhlərimdə düşündüklərimi yazıram...nə isə...
--------------------
| |  | |  |  | 14 Fevral 2012 23:16 | Qeydiyyat: 25.12.2008 | Adı: Elmar Abbaslı | Ünvan: İMİŞLİ | |  |  |  |  |
| | | #64 Şərhin müəllifi: Alone in the Dark | | | | | 
| Sitat: krolochilapka Nə olub ki mənim şərhlərimə? Mübahisə eləmək fikrində deyiləm. Demirəm ki, nəsə olub. Bildiyim qədəri ilə müəllimsən, bəlkə də ona görədi. Şərhlərində bir dənə jarqon və ya çox da dərinə getməyərək vulqar sözlərdən istifadə görməmişəm. Ona görə də mən elə başa düşdüm, saytın əksəriyyətinə baxanda bir az istifadə eləyirlər. Sən isə eləmirsən ona görə anlaşılmazlıq oldu. | |  | |  |  | 14 Fevral 2012 23:05 | Qeydiyyat: 27.03.2011 | Adı: Пустынная Крыса | Ünvan: Bakı | |  |  |  |  |
| | | #63 Şərhin müəllifi: krolochilapka | | | | | 
| Sitat: Alone in the Dark Bir az şərhlərində dəyişiklik eləsən pis olmaz Nə olub ki mənim şərhlərimə?
--------------------
| |  | |  |  | 14 Fevral 2012 22:55 | Qeydiyyat: 25.12.2008 | Adı: Elmar Abbaslı | Ünvan: İMİŞLİ | |  |  |  |  |
| | | #62 Şərhin müəllifi: Alone in the Dark | | | | | 
| Sitat: krolochilapka krolochilapka Uşaq-uşaq söhbətlər eləmə da... Deyəsən babat xətrivə dəyib. Heç kimin adı, familiyası, harda yaşamağı məni maraqlandırmır. Hər hansı bir xəbərdə userlərin nikinə, bir də şərhlərinə baxıram. İncimə amma sənin nikinə, nikin bir qırağa yazdığın şərhləri oxuyan da elə fikirləşirdim. Bir az şərhlərində dəyişiklik eləsən pis olmaz. Hər halda məndən başqa da mənim kimi düşünənlər var idisə, deməli günah sənin özündədi. Sitat: krolochilapka sən isə "Çöllük siçanı" yazmısan...yaxşı bəs sən kimsən??? Ad mənasında soruşursansa - Имена только для друзей, а мне они не нужны. Cinsimi soruşursansa - o da aydın məsələdi. | |  | |  |  | 14 Fevral 2012 22:22 | Qeydiyyat: 27.03.2011 | Adı: Пустынная Крыса | Ünvan: Bakı | |  |  |  |  |
| | | #61 Şərhin müəllifi: krolochilapka | | | | | 
| Sitat: Alone in the Dark Alone in the Dark Alnındakı əskini açıb ad yerimi oxusan görərsən...Elmar Abbaslı sözünü, mən ora adımı yazmışam...sən isə "Çöllük siçanı" yazmısan...yaxşı bəs sən kimsən???
--------------------
| |  | |  |  | 14 Fevral 2012 17:46 | Qeydiyyat: 25.12.2008 | Adı: Elmar Abbaslı | Ünvan: İMİŞLİ | |  |  |  |  |
| | | #60 Şərhin müəllifi: Alone in the Dark | | | | | 
| Sitat: Artemida Müəllif inciməsin, vallah mən də sizi qız user bilmişəm indiyə kimi. Eybi yox öyrəndim. Vallah mən də qız user bilirdim indiki dəqiqəyə qədər. Yaxşı oldu elə söhbət açıldı öyrəndim ki oğlandı. Həmişə də maraqlı gəlirdi ki, bu qızdısa niyə çox vaxt oğlan avatarları qoyur?) | |  | |  |  | 14 Fevral 2012 17:21 | Qeydiyyat: 27.03.2011 | Adı: Пустынная Крыса | Ünvan: Bakı | |  |  |  |  |
| | | #59 Şərhin müəllifi: krolochilapka | | | | | 
| Sitat: Artemida Müəllif inciməsin, vallah mən də sizi qız user bilmişəm indiyə kimi. Eybi yox öyrəndim. Vüqar heç, sizden amma gözləməzdim, ad yerine baxmırsan...(Elmar Abbaslı).. axı mənim nikimdə qıza aid nə var ki? Mission İmpossible filmində gizli silahın kod adı idi...mix.az-dan qeydiyyatdan keçəndə o filmə yeni baxmışdım...nikimi də belə yazdım... yenə kefim pozuldu...hər gün əsəb, stress...yorğunluq, həyatda və virtualda...
--------------------
| |  | |  |  | 14 Fevral 2012 17:11 | Qeydiyyat: 25.12.2008 | Adı: Elmar Abbaslı | Ünvan: İMİŞLİ | |  |  |  |  |
| |  | |  |  | 14 Fevral 2012 12:57 | Qeydiyyat: 25.06.2010 | Adı: Tural Məhərrəmov | Ünvan: Bakı | |  |  |  |  |
| | | #57 Şərhin müəllifi: Dj KaMiL | | | | | 
| Sitat: Vugar ona gore cox menasiz bir suala cavab veren her kesi tebrik edirem bawda manislarin doyunen ureyi dj kamil olmaqla Dəhşət də mənalı cavab vermişəm axı )))
--------------------
| |  | |  |  | 14 Fevral 2012 00:26 | Qeydiyyat: 10.08.2008 | Adı: Kamil | Ünvan: Neftçilər | |  |  |  |  |
| | | #56 Şərhin müəllifi: krolochilapka | | | | | 
| Sitat: Vugar men evvela sizin qiz oldugunuzu bilirdim, ..bunu birinci dəfədir ki səndən eşidirəm...2008-ci ildən burdayam indiyə kimi məni qız olaraq bilən olmayıb...Sitat: Vugar ,nikivize el gezdirsez pis olmaz nikimlə bağlı problem də yoxdur...filmdən götürülüb, bir silahın kod adıdır...qızla heç bir əlaqəsi yoxdur...Sitat: Vugar qiz bilib cox hediyye yollayardilar size,belke de ele gelib ne bilmek ola natrahat olma elə şey olmuyubSitat: Vugar sualin xetrine deymek ucun yazmisam ki cox menasiz bir sualsan sualı mən vermişəm, xəbəri də mən hazırlamışam...sizə mənasız gəldi...cavab yazmadız, bu xətrimə dəymədii...amma girib onu burda yazmaq lazım deyildi... Sitat: Vugar ,menim ilin kobud,menasiz werh yazan,xengel biwiren,dombalag awan istifadeci secilmeyim siz cenabin iwi deyil. əlbəttə ki, mənim işim deyil...onu mix.az-lılar seçmişdi...Sitat: Vugar her yere reyinizi soxmayin. her yere soxmamışam, birinci dəfə idi...
--------------------
| |  | |  |  | 13 Fevral 2012 23:23 | Qeydiyyat: 25.12.2008 | Adı: Elmar Abbaslı | Ünvan: İMİŞLİ | |  |  |  |  |
| | | #55 Şərhin müəllifi: Vugar | | | | | 
| Sitat: krolochilapka nahaq yerə səni keçən ilin ən kobud istifadəçisi, ən mənasız şərh yazan istifadəçisi seçməyiblər...günah məndədi ki, sənə pm göndərirəm men evvela sizin qiz oldugunuzu bilirdim,nikivize el gezdirsez pis olmaz,adiniz olan yerde elmar yazilmasaydi qiz bilib cox hediyye yollayardilar size,belke de ele gelib ne bilmek olar,neyse movzumuz cinsiyyet deyiwkenliyi deyil..hormetli roberto baccio evvela men esaslandirdim fikrimi ki niye ele yazmisam ve hormet cercivesinde sozumu bildirmisem size,sadece menasiz bir sual oldugunu ve niye ele oldugunu yazmisam,size hormet edib bir daha yaziram bu yazini da,men o yazimda sizin xetrinize deymek ucun yox (cunki,umumiyyetle cox verilen bir sualdi bu) sualin xetrine deymek ucun yazmisam ki cox menasiz bir sualsan sen ay sual  son olaraq,menim ilin kobud,menasiz werh yazan,xengel biwiren,dombalag awan istifadeci secilmeyim siz cenabin iwi deyil.her yere reyinizi soxmayin. | |  | |  |  | 13 Fevral 2012 23:01 | Qeydiyyat: 15.05.2007 | Adı: VuГar | Ünvan: -- | |  |  |  |  |
| | | #54 Şərhin müəllifi: krolochilapka | | | | | 
| Sitat: Vugar ,ona gore cox menasiz bir suala cavab veren her kesi tebrik edirem Sənin üçün mənasız ola bilər, mən sualda şərt qoymuşdum ki. əgər belə bir şey olarsa...əlbəttə ki, belə şey heç vaxt olmur... guya bir sən ağıllısan , camaat dəlidi...mən bununla insanlara "hər günümüz son günümüz ola bilər!" demək istəyirdim... ölüm hər an qapmızı döyə blər, bu haqda düşünməyə vadar etmək istəyirdim...userlərin çoxu pm-ə cavab yazarkən ağladıqlarını bildirmişdi... demək ki, məqsədimə az da olsa nail ola bilmişəm...qoy səninkimilər üçün mənasız olsun!...nahaq yerə səni keçən ilin ən kobud istifadəçisi, ən mənasız şərh yazan istifadəçisi seçməyiblər...günah məndədi ki, sənə pm göndərirəm
--------------------
| |  | |  |  | 13 Fevral 2012 22:54 | Qeydiyyat: 25.12.2008 | Adı: Elmar Abbaslı | Ünvan: İMİŞLİ | |  |  |  |  |
| | | #53 Şərhin müəllifi: Vugar | | | | | 
| mene de pm gelmiwdi,amma yazmaga soz tapmadim,cunki insan xestelikden vefat edirse heyatinin son saatlarini can vererek agir nefesler alib vererek (qarpiz,turwu isteyerek ve.s) kecirir,yeni can veren yerde kimise gormusuz desin 'stadion daniwin bir mac yapalim da oyle gideyim' deye?:S..ve ya masin vurur,damdan yixilir,tok vurur,bicaglanir,gullelenir ve.s kimi wekillerde geberir,ona gore cox menasiz bir suala cavab veren her kesi tebrik edirem bawda manislarin doyunen ureyi dj kamil olmaqla  | |  | |  |  | 13 Fevral 2012 22:38 | Qeydiyyat: 15.05.2007 | Adı: VuГar | Ünvan: -- | |  |  |  |  |
| | | #52 Şərhin müəllifi: BUTTERFLY 1 | | | | | 
| Menede yer ayirdiqiniz ucun tewekkurlerr | |  | |  |  | 13 Fevral 2012 22:30 | Qeydiyyat: 19.08.2010 | Adı: AYKA | Ünvan: BAKU | |  |  |  |  |
| | | #51 Şərhin müəllifi: useid | | | | | 
| Maraqlidi. Chox sag olun. Amma..... Teessufler olsun ki, bu mumkun olan deyil. Olum meleyi gelir, oz vezifesini yetirir. Canini alib gedir. Daha xeberdarliq olmur. Lakin bunu bilsem 24 saatimi ailemle birlikde kechirerdim. Ezrayilin can almasi yehudilerin fikridi. Islam dininde olum meleyi deyilir. | |  | |  |  | 13 Fevral 2012 20:33 | Qeydiyyat: 6.02.2007 | Adı: useid | Ünvan: Baki | |  |  |  |  |
| | | #50 Şərhin müəllifi: denizim | | | | | 
| Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
--------------------
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin. | |  | |  |  | 13 Fevral 2012 20:18 | Qeydiyyat: 1.08.2007 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #49 Şərhin müəllifi: hosted_man | | | | | 
| Sitat: krolochilapka sənin də xətrinə dəyməsin, rep deyən bir qrupun təsiri altına düşüb, gerçəklik və reallıqlardan uzaqlaşma....Bir gün Rəbbinin hüzuruna çıxarıldıqda " Nə ilə gəldin qulum?" sualına cavab vermək üçün, arada bir ölümü düşünmək lazımdır. Baş üstə :))
--------------------
Özüm xəstə ola-ola,başqalarına yaxşı psixoloq oldum... | |  | |  |  | 13 Fevral 2012 17:34 | Qeydiyyat: 11.07.2009 | Adı: Hosted | Ünvan: Host Qalaktikası | |  |  |  |  |
| | | #48 Şərhin müəllifi: eliw87 | | | | | 
| Size bir soz diyimki bizim omrumuz ele her an qurtara biler... biz gerek bu omrumuzu ele yawayaqki ele bil dogurdanda bizim 24 saatmiz qalib ... chunki TANRININ yazdigi bize qismet her an tukene biler ... ona gore insanlar siz ele ozuvuzu derk elediyviz gunden 24 saatlarivizi ele menali yashayin dua eliyin ALLAHDAN gunahlarivizin bagiwlanmasini istiyin... sagol...
| |  | |  |  | 13 Fevral 2012 16:58 | Qeydiyyat: 5.10.2009 | Adı: Elsad | Ünvan: baki | |  |  |  |  |
| | | #47 Şərhin müəllifi: sevgidolu | | | | | 
| olym haqqinda men bele EWITMIWEM KI, BOYUK ALIMLER BELE DEMIW OLUBLAR HER GYN OZ OLUMNY OZ QARWINA QOY KI, OLE BILERSIZ VE,BU HISSLERNEN HEYATDA YAWAMAQ MUBARIZESI APARMAQ OLAR..MENCE ALIMLERMIZDEN HANSISA BU FIKRI BU MENADA BILDIRMIW OLUB KI, YENI UZAQ OLASAN ODDAN ,SUDAN, MERMEZARDAN QEZALI TEHLYGELERDEN .YENI OZ QISMETNE ALLAHIN SENE YETIRDIYI RUZUYA WYGYR ETMEKLE ALLAHA TEVVEGYL EDMEKLE ALLAHA GYVENMEKLE.MEN BELE BAWA DYWDYM OLYM QALIM MESELESNI.ALLAHIN WEFASI OLSUN BIZLER YCYN BU AXIRET DYNYASINDA AXIRET HEYATINDA ,ILAHI AMIN..HEZRETI ELI EMIREL MOMININ BELE DEMIW ALLAHA TEVVEGYL ED HER CETINLIYIN ASAN OLAR .YENI EMIREL MOMININ HEZRETI ELINN BU KELAMININ MENASINI MEN BELE ANLADIM AXIRET HEYATINDA BUNU ETMIW OLSAQ OLYMDE BIZLER YCYN CETIN OLAR.. | |  | |  |  | 13 Fevral 2012 16:16 | Qeydiyyat: 2.08.2011 | Adı: meheebet | Ünvan: qesebe | |  |  |  |  |
| |
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
| |
|
|