» Daha sevgiyə inanmıram mən
  » 30.04.2009
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Dövlət idarələri mix.az ha ...
  » Mix.az-ın şərəf lövhəsi. ...
  » Ən gözəl zaman tuneli layih ...
  » Mix.aZ - 7 yaşın mübarək
  » 3 il keçdi...
  » Facebook-un yaradıcısı Mark ...
  » Onların cavabları-2ci hissə
  » Ən zövqlü mix.azlı layihə ...
  » Bu dəfə körpə mix.az-çıl ...
  » Mix.azlıların niklərinin m ...
  » Necə unudaq?
  » Mənim musiqi zövqüm - Aprel
  » Bu gün Qələbə günüdür
  » "Mix.az"-lıların Məktəb ...
  » Mix.az-ın qızları ) | Music ...
  » Anama yaxşı bax...ATA!
  » Mix.az userlərinin xarakteris ...
  » Mix.Az-lılar sehrli olsaydı ...
  » Mix.Az-lıların nik və avata ...
  » Mix.Az-ın Şirinələri
  » Bəzən...
  » Mix.az-lıların uşaqlıq dü ...
  » “Mix.az-lıların Uşaqlıq ...
  » Bu dəfə Müəllifin özünə ...
  » Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
  » Mixin 7 yaşı.....
  » Türklər Azərbaycan dilində ...
  » Mənim sənsiz romantikam
  » Sən axı qızsan!...
  » Qadın olmaq!
  » Top 10 Müəllif
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Mix.az-ın ən maraqlı xəbə ...
  » Bu O`dur?!
  » "Space" Amaci məhkəməsin ...
  » Mix.az qızları mixin 7 yaş ...
  » Sizə məsləhətim...
  » Peyğəmbərdən nurlu kəlaml ...
  » Peyğəmbərdən (s) nurlu kə ...
  » Əmi ilə xala:)
  » "Uzaq"
  » Azəri qızı Günel Bakıda f ...
  » Qızlarımızın Yay aksesuar ...
  » Uşaq vaxtı nələr etməmiş ...
  » Təsadüf
  » Mənim sənsiz romantikam
  » Anam haqlı imiş...
  » "Mix.az"-lıların Ana sevgi ...
  » Uşaqlar-uşaq evində və ail ...
  » "Buyuq da..."
  » ATV-nin ev fırıldağı
  » Ad günün mübarək, Mix.Az!
  » Qarabağ - Laçın
  » Life in Paper
  » Mix.az-ın qızları ) | Music ...
  » Kişi olmaq olar, amma Ata olm ...
  » İlk sevgi...

Mi Comentario
Xəbər sayı -54
iKooo
Xəbər sayı -47
PsikoOOo
Xəbər sayı -45
mix dominant
Xəbər sayı -27
Sensiz_Qocaldim
Xəbər sayı -25
Mir_Celal
Xəbər sayı -21
ayshan
Xəbər sayı -21
krolochilapka
Xəbər sayı -11
BiTTeRMooN
Xəbər sayı -6
M.Seyidzadeh
Xəbər sayı -6



Kurtlar Vadisi Pusu
Bir Kadın Tanıdım
Behzat Ç.
İffet
Papatyam
Akasya durağı
Ay tutulması
Sihirli Annem
Arka Sokaklar
Bir Çocuk Sevdim
Fatmagül'ün Suçu Ne?
Kanıt
Kuzey Güney
Öyle Bir Geçer Zaman ki
Umutsuz Ev Kadınları
Muhteşem Yüzyıl
Adını Feriha Koydum
Yahşi cazibe
Çocuklar Duymasın
Hayat devam ediyor
Lale Devri
Yer Gök Aşk








 
 
Mix.az-lıların uşaqlıq düşüncələri Mix.aZ həyatı 
(hazır-Resad-9)Mix.az-lıların uşaqlıq düşüncələri
Mix.az-lıların uşaqlıq düşüncələri
Mix.az-lıların uşaqlıq düşüncələri

Resad-9

Uşaq vaxtı hamımızın qəribə inancaları var idi, məsələn mən uşaq olanda özüm üçün kəşf etmişdim ki, yerdəki qır izləri xəritənin üstündəki materiklərdir, çox keçmədən reallığı öyrəndim... Həmçinin planım var idi ki, əgər şəffaf torbaları kistlata ilə əridib içsəm görünməz olacağam, yaxşı ki, təcrübədən keçirməmişəm...

Mix.az-lıların uşaqlıq düşüncələri

TARKANFAN

"Uşaqlıqda elə bilirdim ki, öləndən bir müddət sonra dirilirsən. Yadımdadır, "Çalıquşu"nda Munise öləndə, çox pis olmuşdum, onda qonşu dedi ki, orda müalicə alır, bir müddət sonra diriləcək)).
Babam da rəhmətə gedəndə, düşünürdüm ki, bir neçə gündən sonra dirilib gələcək.
Sonra bir serial verirdilər - "Rabınya İzaura". Onun musiqisini bütün günü zümzümə edirdim. Qonşu da əməlli bezmişdi. Axır mənə dedi ki, o mahnını oxuyanda, ruhlar, cinlər gəlir. Ondan sonra bir dəfə də olsun o musiqiyə müraciət etmədim)). Bu yaşıma çatmışam, hələ də o musiqini zümzümə etməyə çəkinirəm))."

Mix.az-lıların uşaqlıq düşüncələri

R.N.T

Uşaq olanda hər gecə qorxa-qorxa yatırdım ki,kimse gelib bizi öldürecek.Buna bənzər hisslər hərdən indidə olur məndə
Hər dəfə kanalizasiya quyularının yanından keçəndə düşünürdüm ki,bunun içi ilan-qurbağadı yeqin,içində çoxlu əjdahalar,adamyeyənlər var.Ona görə də quyunu görəndə 5m aralıdan keçirdim.
Anam şirniyyat bişirəndə hərdən mənə tapşırırdı ki,şirniyyata baxım və azca qızaran kimi ona deyim.Ele düşünürdüm ki,sobanın içində qəribə nələrsə var Və ən əsası səhər ayılıb görəndə ki qar yağıb qohum-əğraba qalmırdı hamıya zəng edib soruşurdumki görüm onlara da qar yağıb.Çünki elə bilirdim ki,qar təkcə bizdə var.


Mix.az-lıların uşaqlıq düşüncələri

VILESH

Uşaq vaxtı elə bilirdimki müəllimlər çörək yemir,həmbişə mənə maraqlı gəlirdiki görəsən müəllim evdə nə edir.....birdə kinoya baxanda kino təzə başlıyanda yazılar yazılırdı elə bilirdim kino qurtarır uje...həmbişə qardaşıma deyirdim qurtarır yoxsa başlıyır hə birdə evə kim qonaq gəlirdi axşamüstü olan kimi deyirdim hava qaralıbeeyy uje getmirsiz?

Mix.az-lıların uşaqlıq düşüncələri

Aska_5

Uşaq vaxtı çox sadəlövh uşaq olmuşam, hər deyilənə inanırdım. Belə ki, məni inandırmışdılar ki mən ördək yumurtasından çıxmışam, yəni ördək balasıyam. Səbəbi isə uşaq vaxtı sarışın olmağımla bağlıdı, axı ördək yumurtadan çıxanda sarı olur:)) Bu səbəbdən də ördəklərdən qorxurdum, dayım həmişə bizə gələndə özüylə karopka gətirirdi ki qoyun Əsməri aparıram, ördək dava salıb balasını istəyir. Məndə ağlayırdım ki mən karopkaya girə bilmərəm, mən ördəklərlə yaşaya bilmərəm:)) hə yaxşıca gülüş hədəfi olmuşam... Bir dəfə də rayona gedəndə 3 gün həyətə düşməmişəm ördəklərin qorxusundan, bu ördəklər uşaqlığımdan 3 günü oğurlayıblar

Mix.az-lıların uşaqlıq düşüncələri

ayshan

Uşaq vaxtı normal olmayan düşüncələrim çox olub məncə..baxmayaraq ki, elə də sadəlöv uşaq olmamışam)
məsələn ibtidai sinifdə oxuyanda, uşaqlar dərsdə səs salanda müəlliməmiz deyirdi ki, arxada da gözüm var, görürəm kimlər səs salır..mən və hamı bu yalana inanırdıq))sonra tv yə baxanda görünməyən hissələr elə bilirdim tv nin arxasındadır ya da yan yörəsində və hətta elə düşünürdüm ki, tv də aparıcı da bizi görür))ama bir şey var ki, bu yaşıma qədər dəyişməyən fikrim-hələ də inanıram ki, çarpayının altında xoxan var


Mix.az-lıların uşaqlıq düşüncələri

sevgi

Men usaq vaxti ele bilirdim muellimeler ne yemek yeyir ne su icir ne de ki, yatir.bir defe usaq iken katolik bir kisi (uzun qara plas geyinirler saqqali olurlar ,ellerinde su,birde comaq olur,indiye qeder onlarin esil adi nedir bilmirem)men parkda oynayarken gelib basima elindeki sudan bir damla tokdu ve nese dedi.o vaxt ele qorxmusdum aglaya-aglaya eve qacdim anama dedim meseleni.Anamda lap meni deli etdi saclarim uzun idi dedi ki ,o su seni kecellesdirecek .Aglamaqdan daha da ureyim partlamisdi

Mix.az-lıların uşaqlıq düşüncələri

Manson_9

Mən ailəmizlə bağlı deyil ibtidai sinif müəlliməmlə bağlı elə fikirləşirdim.Təkcə mən yox,əksər sinif yoldaşlarım)Deyirdim müəlliməmiz yemir-içmir,yatmır,hər hərəkətimizi görür hətta evdə olandada rahat otura bilmirdik elə bilirdik müəllimə evə kamera yerləşdirib.)Bir uşaqlıq düşüncəmdə bu olubki bacım demişdiki gecə yatanda qulağına cücü(həşaratlar) girəcək uzun müddət yatanda əllərimlə qulaqlarımı tuturdum).Xatırladığım bu qədər indi o düşüncələr yadıma düşür uşaqlığıma bolluca gülürəm

Mix.az-lıların uşaqlıq düşüncələri

Menim_gozel_alibim

Mən uşaqlıqda elə fikirləşirdim ki,anamın atamın toyunda məndə var idim.Birdə həmişə elə bilirdim ki,anam xəstəxanadadır,mən yatandan sonra gəlir evə.Amma əslində anam həyatda yox idi.Yalan danışa bilmirdim elə bilirdim ki,polislər gəlib məni tutacaq.


Mix.az-lıların uşaqlıq düşüncələri

NifreteNifret

Uşaq vaxtı evlənməyin nə demək olduğunu dərk eləmirdim) həmişə deirdimki böyüyəndə atamla evlənəcəm looool DD sonra bir müddət keçdi ( hələ də dərk eləmirdim evlənməyin nə demək olduğun ) bağçada bir yaxın padruqam oldu) onunla razılaşdıq ki, böyüyəndə bir birimizlə evlənəcəyik loool indi yadıma düşəndə özümə deməyə söz tapmıram)
Belə bir duzlu məzəli əhvalat)))

Mix.az-lıların uşaqlıq düşüncələri

_MATILDA_

Uşaq vaxtı anam bizə yalan danışmamağı öyrətmək üçün deyirdi ki, yalan danışanda elə həmin anda adamın alnında "Y" hərfi əmələ gəlir, hamı da görür ki sən yalançısan:) Buna o qədər inanmışdım ki, yalan danışanda alnımı əlimlə tutub danışırdım.) Ona görə alnımı tutan kimi anam bilirdi ki, nəyisə yalan deyirəm

Mix.az-lıların uşaqlıq düşüncələri

nuku

Mən 3-cü sinifə kimi elə bilirdim ki, müəllimlər yemək yemir.
Televizordakılar məni görməsin deyə televizorun arxasına keçib danışırdım.
Elə bilirdim ki, içimdən nə düşünürəmsə onu yalnız anam eşidir. Çünki çox vaxt nə haqqında düşünürdümsə anam elə bil onu hiss edirdi. Məsələn: hansı yeməyi bişirməsi barədə

Mix.az-lıların uşaqlıq düşüncələri

PshikoPaTKa


Pshikonun isə uşaqlığı haqda bir xatirəsi belə yadında deyil.Diyəsən o uşaq olmayıb :)

Mix.az-lıların uşaqlıq düşüncələri

Mary Max

Mən isə nənəmi və yaşlı qadıların hər zaman uzun ətək geyindiklərini görüb, onların ancaq topuqları görəndiyi üçün düşünürdüm ki , onların qıçlaı yoxdu.Ancaq ayaqları var


P.S - İştrak edən user-lərə təşəkkür edirəm.
İmza : Mary Max



 
 
#93 Şərhin müəllifi: sadece gunka
 


deyesen kohne userler daha girmirler ya da niklerini deyisdiribler

 
 
#92 Şərhin müəllifi: princessa
 


maraqli alinib


--------------------

 
 
#91 Şərhin müəllifi: carokosfran
 


Rolex, Rolex Relógios, Rolex réplica relógios, relógios Rolex falsos, baratos Relógios Rolex, comprar relógios Rolex, relógios Rolex, Rolex com desconto de venda Relógios, Rolex Relógios on-line

 
 
#90 Şərhin müəllifi: Aska_5
 


Sitat: Mary Max
Eyy chat elemiyin [ made in ALi ]:-)

of ürəyim üzüldüyee:))) adam yavaş-yavaş deyər, belə sözü birdən deməzlər xixi


Sitat: ToRPaQ
bishmishini hic sevmem :)

aa... nə danışırsan? mən çox sevirəm wink


--------------------

 
 
#89 Şərhin müəllifi: Mary Max
 


ToRPaQ,
Aska_5,
Eyy chat elemiyin [ made in ALi ]:-)


--------------------

 
 
#88 Şərhin müəllifi: ToRPaQ
 


Sitat: Aska_5
bişmişini, yoxsa dirisini?

bishmishini hic sevmem :)

 
 
#87 Şərhin müəllifi: Aska_5
 


Sitat: ToRPaQ
menim de inanasim vardi.. cunki o qeder insan deyirdi ki, bunu :)
ordekleri sevirem men

bişmişini, yoxsa dirisini? wink


--------------------

 
 
#86 Şərhin müəllifi: ToRPaQ
 


Sitat: Aska_5
onda biz dərd ortağıyıq ki? məsələ bundadı ki mən ördək olduğuma inanırdım

menim de inanasim vardi.. cunki o qeder insan deyirdi ki, bunu :)
ordekleri sevirem men smile

 
 
#85 Şərhin müəllifi: Aska_5
 


Sitat: ToRPaQ
mene de ushag vaxti ordek deyerdiler :))
hem yerishime hem de burnumun dikliyine gore :)))

onda biz dərd ortağıyıq ki? xixi məsələ bundadı ki mən ördək olduğuma inanırdım request


--------------------

 
 
#84 Şərhin müəllifi: ToRPaQ
 


Sitat: Aska_5
yenə uşaq vaxtı ördək olmağım yadıma düşdü

mene de ushag vaxti ordek deyerdiler :))
hem yerishime hem de burnumun dikliyine gore :)))

 
 
#83 Şərhin müəllifi: Aska_5
 


yenə uşaq vaxtı ördək olmağım yadıma düşdü wink


--------------------

 
 
#82 Şərhin müəllifi: Glass heart
 



Yaxwiydi


--------------------

 
 
#81 Şərhin müəllifi: Mila_azeri
 


cox maraqli alinib, rengareng uwaqlar olmusuz Mawallah, yaxwidi sual mene verilmiyib, MEN UWAQ OLMAMIWAM AXI,


 
 
#80 Şərhin müəllifi: Sensiz_Qocaldim
 


Sitat: memorial
Idea yoxlugundan

xixi

 
 
#79 Şərhin müəllifi: memorial
 


Sitat: Sensiz_Qocaldim
Nədənsə köhnə xəbərlər yenidən yayımlanır

Idea yoxlugundan

 
 
#78 Şərhin müəllifi: Sensiz_Qocaldim
 


Sitat: memorial
Bu xeberi oxumusdum men coxdan

Nədənsə köhnə xəbərlər yenidən yayımlanır

 
 
#77 Şərhin müəllifi: memorial
 


Bu xeberi oxumusdum men coxdan

 
 
#76 Şərhin müəllifi: gulka_GN
 


PshikoPaTKa
uwaqliqi daha maraqli olub xixi

 
 
#75 Şərhin müəllifi: prastoy_boy
 


Maraqli alinib

 
 
#74 Şərhin müəllifi: i-love-me
 


Menim_gozel_alibim


mene tesir etdi

 
 
#73 Şərhin müəllifi: NifreteNifret
 


Ayalllaaa avikim nə qəşəh düşübe)

Sitat: Beqi
sonra Tanrı qarşına məni çıxardı

xixi elədiki var))


--------------------

 
 
#72 Şərhin müəllifi: Dominic Toretto
 


mən mix.azlı deyiləm ?


--------------------

 
 
#71 Şərhin müəllifi: Mary Max
 


Sitat: VILESH
ox sag ol ay Mary yaddan çıxartmamısan...axırki hazır oldu bu xəbərin...( məni də adam yerinə qoyub verilişinizə dəvət etdiyiniz üçün sizə öz təşəkkürümü bildirirrəm... bildin də yəqinki)

ayyyyyyyyy sen and icmisen de meni infakt eliyessen


--------------------

 
 
#70 Şərhin müəllifi: _Lazy_
 


Bütün uşaqlıq xatirələri gözəl idi, amma lap güldüyüm xatirə bu oldu. Xatirəyə gülmədim. Sadəcə uşaqlıq təfəkkürünə gülümsədim... Eh uşaqlıq...

_MATILDA_

Uşaq vaxtı anam bizə yalan danışmamağı öyrətmək üçün deyirdi ki, yalan danışanda elə həmin anda adamın alnında "Y" hərfi əmələ gəlir, hamı da görür ki sən yalançısan:) Buna o qədər inanmışdım ki, yalan danışanda alnımı əlimlə tutub danışırdım.) Ona görə alnımı tutan kimi anam bilirdi ki, nəyisə yalan deyirəm

 
 
#69 Şərhin müəllifi: Beqi
 


NifreteNifret
razılaşdıq ki, böyüyəndə bir birimizlə evlənəcəyik loool

sonra Tanrı qarşına məni çıxardı xixi
mənim heç yadıma düşmür uşaqlıqda nəyə inanmışam ya yox..aydaa təmiz silmişəm e o illəri xixi


--------------------

 
 
#68 Şərhin müəllifi: AMORE
 


Maraqlı alınıb.. Ama mənə nəsə elə gəldi ki az user`dən hekayəsi soruşulub..


--------------------

 
 
#67 Şərhin müəllifi: Hayalperest
 


Maraqli idi


--------------------

 
 
#66 Şərhin müəllifi: denizim
 


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.


--------------------

 
 
#65 Şərhin müəllifi: ayshan
 


Sitat: denizim
Gecə çarpayının altını yoxlayıb yatırsan, ya qorxursan bunu etməyə? :))))

təbii ki, qorxudan yoxlamıram))naçnik yanılı olur çox vaxt)))ən böyük qorxum qaranlıqdı,ona görə bu düşüncəm var.a1.

maraqlı düşüncələri olub uşaqlığımızın))çoxuna ürəkdən güldüm)
təşəkkür edirəm həm userlərə,həm də müəllifə rose


--------------------

 
 
#64 Şərhin müəllifi: Mi Comentario
 


Menim_gozel_alibim

Mən uşaqlıqda elə fikirləşirdim ki,anamın atamın toyunda məndə var idim.

wink bizde qardasimla ele dusunurduk...hetta mammaya, papaya diyirdik palatkanin desiyinden size baxirdiq.. wink


--------------------

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!