
Qadın kişi əlaqəsinin sirri illərdir həll edilə bilmədi. Esquire jurnalı da "qadınlar haqqında kişilərin bilmədiyi 10 şey nədir?" deyə sorğu keçirdi.
Buyurun çaşdıran cavablar...
1- Bir qadın üçün gerçək eşq, şərtlər nə olursa olsun, imtina etməməkdir. Ölümünə döyüşmək, sevdiyi adam üçün hər şeyi gözə almaq və gərək digər qadınlarla gərəksə sevdiyi adamın ailəsiylə, yeri gəldiyində baş başa döyüşmək deməkdir. Kişilər bunu bilər ancaq çox vaxt bilməməzliyə vurar.
2- Qadınlar, kişilərin köhnə sevgililərindən bəhs etməsindən heç xoşlanmaz. Xüsusilə "köhnə sevgilim" deyərkən, sondakı "m" hərfinə vurğu edilməsinə heç dözümləri yoxdur. Çünki sevimli köhnəlmişsə, "sevgilim" deyə xarakterizə edilməməlidir. Olsa olsa, "köhnə sevimli" ola bilər.
3- Kişilər, eşqbazlıq edərkən, heç tutulmayacaqlarını zənn edər; ancaq aşiq qadın aldadıldığını hiss edər. Məsələn o qadında, aldadıldığını hiss etdiyi anda ürək sıxışması, mədə və baş ağrısı kimi hisslər yaranar. Unutmayın, qadın bilər! Görməsə də, eşitməsə də, ürəyi ilə bilər.
4- Qadınlar, təklikdən heç xoşlanmaz. Əslində bu, paylaşmağı çox sevmələrindən qaynaqlanar. Duyğu, düşüncə, sevgi kimi bir çox şeyi, qarşısındakılarla paylaşarlar. Qısacası, qadınlar üçün həyat, paylaşdıqca məna qazanar. Mövzuya bu baxımdan baxıldığında belə kişilər, qadınların həyatlarındakı əhəmiyyətinin fərqinə çox vaxt vara bilməz.
5- Qadınların hər vaxt güclü bir kişi axtardığı düşünülər. Halbuki qadın, təbiətcə kişidən daha güclüdür. Fiziki olaraq daha qüvvətli olmasa da ruhi olaraq zirehlərlə təchiz edilmişdir.Kişilər bilməlisiniz: Qadın zəif deyil və güclənmək üçün kişiyə ehtiyacı yoxdu.
6- Güvən duyğusu, kişilər üçün saf və gücsüz bir duyğudur. Ancaq bu, qadınlar üçün bir xəzinədir. Qadınların həyatları boyunca axtardıqları ən əhəmiyyətli duyğu, güvəndir...
7- Aldadılan qadın yoxdur, çünki hər qadın aldadıldığını hiss edər və aldadıldığı ortaya çıxmadan əvvəl intiqamını alar! Sevdiyi adamın başqa bir qadınla çox maraqlanması belə bir qadın üçün aldatmaqla ekvivalentdir və qadın özünə edilən bu haqsızlığın altında əsla qalmaz.
8- Bir qadın üçün həyatdakı ən əhəmiyyətli şey, sevgisini hiss etdirə bilən, "səni sevirəm" sözünü ürəkdən söyləyə bilən bir kişiyə sahib olmaqdır. Qadın üçün belə bir kişinin dəyəri, təxmin edə biləcəyinizdən də çoxdur.
9- Bir qadın, bir eşqdən digərinə bir neçə saatda keçə bilən, seçici olmayan bir kişidən əsla xoşlanmaz.
10- Bir kişi, qarşısındakı qadını anladığını zənn edər ancaq illər keçdikcə, yanıldığını, əslində qarşısında dayananın çox daha kompleks bir xarakterə sahib olduğunu anlar. Çünki qadınlar sürprizlərlə doludur və bir az araşdırmaya başlayınca onlar haqqında 10 şey deyil, 10 minlərlə şey bilmədiyinizi görərsiniz
M.H---Qadın üzüm kimidir.ona göstərilən diqqətə əsasən o ya sirkəyə çevrilib səni zəhərlər,ya da şəraba çevrilib səni məst edər....
Təşəkkür edənlər: (25) TEXAS, FATEH_0, Lunam, _lady_bdu_, Splendid_Girl, PaRaZiTkA, Naz119, Morena, _REQANA_, lucky22, AZERSUN, Р Влегант, Vogue, Unfaithful, Shevchenko_Ali, ex(((, apilsin, yaqut70, Lady_Nejnost, The first lady of Mix, YASEMIN ERGENE, leomano, Afiristka, VeLGeLmiNa, PoLaViNKa |