
3-cü minillikdə çadra aristokrat geyimi sayılırmış.
Yüngül əxlaqlı qadınlara çadra geyinmək qadağan imiş.
Müasirləşdikcə əxlaq və mənəviyyat anlamı da dəyişdi deyəsən.
Qadınlar azadıq dedilər, açdılar başlarını…
Amma dəyişən azadlıq olmadı
dəyişən mənəviyyat oldu,dəyişən kişiləri cəlb etmək oldu.
Dəyişən soyunmaq oldu,
dəyişən mədəniyyətsiz dəb oldu,dəyişən sadəcə azadlıq pərdəsi altında namus oldu...
Biz Azadıq deyə başladılar, lap cəsur urəkdəki freedom qışqırıgı kimi.
Çıxardılar içlərindəki o qapanmanı,tələb etdilər həmrəyliyi,bərabərliyi,eyni hüququluğu.
Amma nədənsə fərqli bir şey oldu.

Azadlığımı seçdilər,yoxsa niyyət başqa idi?
Hər şey azadlıq pərdəsi altındamı gizlənirdi,ya azadlıq deyənlərin niyyəti azadlıq,amma azadılığa dəstək olanların niyyəti başqa idi?
Azadiq deyə başladılar.... keçdi illər.
o illər ki,azadlığı yox,atılan o çadranı dəyişdi.
Qısaldı,qısaldı,daraldı,daraldı…,
Azadlıqmı qısaldı, azadlıqmı daraldı,yoxsa..
Yoxsa...azadıq bəhanəsi ilə atılan çadralarmı?
Bu gün mini yubkada gəzən qadın, əsla azad qadınam deyə düşünmür, mən necədə cazibədaram deyə düşünür.
Zaman keçdikcə anlaşılmayan tək şey oldu:
qadın azad olması üçün çadranımı atmalıdir?
qadın azad olması üçün, bu ilin dəbi iləmi geyinməlidir?
qadın azad olması üçün razrezimi artırmalıdır,dekoltenimi böyütrməlidir?

Zamanında qadınları çadrası,kişiləri isə papaqları ilə dəyərləndirirdilər.
Qadınlar çadranı atdı soyundu, kişilərdə papağı çıxardı, hara atdı,hələ də tapa bilmir.
Amma mən hesab edirəm ki, zamanında biz azadıq deyən qadınlar bilsəydi ki çadradan sonra "qızların" halı bu günə düşəcək,qızların geyimi bu şəklə gətiriləcək-onlar bunu etməzdilər.
Bəlkə də azadlığı geyimdə yox,həmrəylikdə axtarardılar.
Bəlkə də azadlığı geyimdə yox,qəlblərində axtarardılar,azad olardılar yalandan,paxıllıqdan,qeybətdən.
Bəlkə də azad qadın deyəndə xüsusi geyim düşünərdilər,amma bu halı görüb inanın BIZ AZADIQ deməzdilər.
Ay özlərini qadın hesab edənlər!
Azadlıq çadranı atmaqdır,ya...
SIZ AZADMISINIZ???

Zamanında azadlıq, bərabərlik tələb edən və buna görə çadranı atan qadınlar, sizcə hansı mənada azad olmaq üçün bunu elədilər? Qazandıaqları bə oldu?
Sizcə azadlıq nədir? Açıq saçıqlıq, ya fikirlərin, ürəklərin azad olması?
P.S Mövzu başqa saytlara qoyulmasın! Yazı mənə aitdir...