Milli Aviasiya Akademiyası.. » Mix.az
 
 

 
 
 





  » 30.04.2009
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Necə unudaq?
  » Bu gün Qələbə günüdür
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Ən gözəl saç - 2013
  » Mix.aZ - 8 yaşın mübarək
  » Əsl azərbaycanlı qoroskopu) ...
  » Mix.az TEAM - 8 yaş
  » Top 10 Müəllif
  » Şuşasız keçən 21 il...
  » Laçının təbii sərvətlər ...
  » Bürclər mayda nə vəd edir?
  » Onlar deyib, biz oxuyaq!
  » Poyraz ölür, Polat qaçır, ...
  » 2013 Eurovision mahnıları (F ...
  » "Eurovision 2013"ün qalibi ...
  » Çırağan sarayı
  » İnsanlardakı mənəvi boşlu ...
  » Paytaxtın simvolu
  » Romantik anlar davam edir..
  » Hansı sərinləşdirici içki ...
  » "Kelebeğin rüyası"
  » Qüsursuz Qatillər
  » Sənə həsr edirəm
  » Rafet El Roman Hüseyn Abdulla ...
  » Kişilər üçün qadınlar ha ...
  » Ernesto Che Guevara ’dan...
  » Qəbr əzabını artıracaq v ...
  » Heyvanların dilindən
  » Cәnnәt әhlinin хüsusiyyә ...
  » "Eurovision 2013"də Azərba ...
  » Röyanın yeni klipindən gör ...
  » Hiperrealizm şedevrləri
  » Bu video hər kəsi ağladıb. ...
  » "Özəl televiziya kanalları ...
  » Azərbaycanın ən gözəl qı ...
  » Sinqapuru tanıyaq
  » Azərbaycan təhsilində daha ...
  » Ata və 4 əkiz (VİDEO)
  » Hansı bürclərlə necə yola ...
  » Toylarda baş vermiş gülməl ...
  » Balaca rəqqas toyda
  » "Nə əkərsən onu da biçə ...
  » Pişik it doğdu
  » Sehirli ev
  » Qurani-Kərimdə "Əhli-Beyt ...
  » Kəşfləri həyatlarına mail ...
  » "Azan"-Müsəlmana ibadətə ...
  » Bakıda möhtəşəm «Xocalı ...
  » Azərbaycanda ilk McDonald’s ...
  » İnsanlıq hələ sağdır!
  » Toyuq kimi qaqqıldayan keçi ...
  » iPhone, Samsung Galaxy S III v ...
  » Budur ədalətsizlik uşaqlar ...
  » Ən zövqlü bürclər hansıd ...
  » Yuxuya gedən nazir
  » Gözəl görünən şəkillər
  » Röyadan bu ilin hiti olacaq m ...
  » Life In Paper

LAURENT
Xəbər sayı -73
MoliN
Xəbər sayı -44
memorial
Xəbər sayı -30
HappY_EnD
Xəbər sayı -13
Sad Clown
Xəbər sayı -10
krolochilapka
Xəbər sayı -10
SILENCE
Xəbər sayı -9
Queen`B
Xəbər sayı -7
_RaininG_
Xəbər sayı -6
niksiz
Xəbər sayı -4








 
 
Milli Aviasiya Akademiyası.. Maraqlı və məsləhətli 
Milli Aviasiya Akademiyası..
Yaranma tarixi: 1992
Rektor: Arif Paşayev
Şəhər: Bakı
Ölkə: Azərbaycan

Yaranma tarixi
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin Milli Aviasiya Akademiyası Milli Qəhrəman Yavər Əliyevin adını daşıyır. Bu ali məktəb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyun 1992-ci il tarixli, 337 saylı qərarı ilə “Milli Aviasiya Mərkəzi” adı ilə yaradılmış və sonra Nazirlər Kabinetinin 24 fevral 1994-cü il tarixli, 81 saylı qərarı ilə Milli Aviasiya Akademiyasına çevrilmişdir. Akademiya 1999-cu ildə Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə "Mülki Aviasiya Ali Təhsil Müəssisəsi" sertifikatına layiq görülmüşdür.

Əgər akademiyaya 1992-1993 tədris ili üçün iki ixtisas üzrə (mühəndis-pilot və mühəndis-texnik) 80 nəfər gənc qəbul olmuşdusa, 1998-1999-cu tədris ilində 11 ixtisas üzrə 276 nəfər daxil olmuşdur. Hal-hazırda Akademiyada 807 tələbə təhsil alır. Onlardan 609 nəfəri əyani şöbədə, 198 nəfəri isə qiyabi şöbədə oxuyur.

Akademiyada 135 müəllim fəaliyyət göstərir. Onlardan 2 nəfəri akademik, 1 nəfəri EA-nın müxbir üzvü, 6 nəfəri professor, 10 nəfəri elmlər doktoru, 11 nəfəri dosent, 43 nəfəri elmlər namizədidir. Milli Aviasiya Akademiyasının 4 tədris korpusu, onlarla müasir səviyyəli, ixtisaslaşdırılmış auditoriya və laboratoriyaları vardır. Tədris prosesinin məzmunlu və keyfiyyətli keçməsi üçün auditoriyalar və kabinələr lazımi funksional trenajorlar, stendlər, maketlər və sxemlərlə təmin olunmuşdur. İngilis, Azərbaycan və rus dili kabinələri lazımi linqafon cihazları və kompüter texnikası ilə təchiz olunmuşdur. Kompüter texnikasının, əsas fənlər üzrə öyrədici və nəzarətedici proqramların tətbiqi yolu ilə akademiyada tədris prosesi müntəzəm olaraq təkmilləşdirilir. Akademiyanın kitabxanası elmi-texniki, tədris-metodiki və sorğu ədəbiyyatları ilə komplektləşdirilmişdir. Kitabxananın fondu daim tələbata uyğun olan tədris ədəbiyyatları ilə zənginləşdirilir.

Fakültələr
Hava nəqliyyatının uçuş istismarı
Hava nəqliyyatının texniki istismarı
İqtisadiyyat və hüquq
İxtisasartırma
Qiyabi fakültə
Aerokosmik fakültə

İxtisaslar
Uçuş mühəndisliyi (mühəndis-pilot)
Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi (mühəndis-şturman)
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi (radiomühəndis)
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (mühəndis-sistemotexnik)
İnformasiyanın işlənməsi və idarəetmənin avtomatlaşdırılmış sistemləri (mühəndis-sistemotexnik)
Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi (mühəndis-mexanik)
Cihazqayırma mühəndisliyi (mühəndis-elektrik)
Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi (mühəndis-dispetçer)
Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi (mühəndis-avianəqliyyat istehsalatının təşkilatçısı)
Ekologiya mühəndisliyi (mühəndis-ekoloq)
Hidrometeorologiya
Menecment (mühəndis-iqtisadçı)
Dünya iqtisadiyyatı (iqtisadçı)
Hüquqşünaslıq (hüquqşünas)

Kafedralar
Aerokosmik İnformasiya Texnologiyası və İnformasiya Sistemləri
Fizika-riyaziyyat fənləri
İngilis dili
Humanitar fənlər
Aviasiya psixofiziologiyası və bədən tərbiyəsi
Uçuş fənləri
Hava naviqasiyası və havada hərəkətin idarə edilməsi
Avtomatika və aviasiya cihazları
Aviasiya texnikasının konstruksiyası, istismarı və riyazi modelləşdirilməsi
Aviasiya xüsusi avadanlıqları
Aviasiya radiotexnikası və elektronikası
Mülki aviasiya iqtisadiyyatı
Avianəqliyyat istehsalatı
Dil və ədəbiyyat

Akademiyada fəaliyyət göstərən tibb məntəqəsinin yüksəkixtisaslı həkimləri və köməkçi heyəti əməkdaşlara və tələbələrə lazımi səhiyyə xidməti göstərirlər. Akademiyada futbol və basketbol meydançaları, idman kompleksi vardır.

Akademiyanın I qrup ixtisaslarını seçmək istəyən abiturientlər yalnız test imtahanlarından əvvəl Akademiyada müvafiq müayinə və müsabiqələrdən müvəffəqiyyətlə keçməlidirlər.

Respublika Nazirlər Kabinetinin 14 oktyabr 1993-cü il tarixli 542 saylı qərarı ilə MAA-da hərbi kafedra açılmışdır. Kafedra xəttilə hərbi təyyarəçilər, aviasiya mühəndisləri, uçuşların yerüstü təminatı üzrə mütəxəssislər hazırlanır. Azərbaycan Milli Aviasiya Akademiyasının Dövlətlərarası Aviasiya Komitəsinin sertifikatına layiq görülməsi ona xüsusi əlavələr ilə təsdiq edilmiş nümunəvi proqramlar üzrə mütəxəssislər yetişdirməyə, onların peşə hazırlığının səviyyəsini xeyli yüksəltməyə imkan verəcəkdir.

Eyni zamanda Dövlətlərarası Aviasiya Komitəsinin sertifikatı akademiyaya yeni hüquqlar da verir. Akademiya M.İ.Lomonosov adına Moskva Dövlət Universiteti, N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti, Sankt-Peterburq Mülki Aviasiya Akademiyası, İstanbul Texniki Universiteti, Donetsk Dövlət Texniki Universiteti, Moskva Mülki Aviasiya Dövlət Texniki Universiteti, Baltik Dövlət Texniki Universiteti, K. E. Siolkovski adına Moskva Aviasiya-Texnoloji İnstitutu, Moskva Aviasiya İnstitutu, Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutu, Təbriz Universiteti və başqa ali məktəblərlə sıx əlaqə saxlayır. Məzunların təyinatı ilə “Azərbaycan Hava Yolları” Dövlət Konserni məşğul olur. Ehtiyacı olan tələbələrə gündə 3 dəfə pulsuz yemək verilir. Tələbələr müasir tələblərə cavab verən mənzil tipli yataqxana ilə təmin olunur.

(0)
Təşəkkür edən yoxdur.


 
 
#48 Şərhin müəllifi: razi321
 


Hava Neqliyyatinin Ucus Texniki istismari muhendisliyi..=AVIONIC= Dunyada Azerbaycanin 3 unisin taniyirlar-Xezer universiteti,Azerbaycan dovlet neft akademiyasi,Milli Aviasiya akademiasi....Fexr ediremki burda oxuyuram!

Hava Neqliyyatinin Ucus Texniki istismari muhendisliyi..=AVIONIC= Dunyada Azerbaycanin 3 unisin taniyirlar-Xezer universiteti,Azerbaycan dovlet neft akademiyasi,Milli Aviasiya akademiasi....Fexr ediremki burda oxuyuram!

 
 
#47 Şərhin müəllifi: LADY
 


yaxsi uni-di

 
 
#46 Şərhin müəllifi: NICE_BUTTERFLY
 


S.S.T.. -->
Sitat: ..S.S.T..
AzeriSat2012 Biz(Yani men ve koleqalarim idare edeceyik))AMIN:)

inşallah.Sizlər üçün çox böyük imkanlar yaradılacaq.Buna əmin olun.Bu sahəyə ciddi nəzarət olacaq.Güclü pilotlarımız olsa uçuş xəttlərimiz də genişlənəcək.Türk hava yollarının transitsiz keçdiyi şəhərləri hələ ki,transitlə gedirik.Bu aradan qaldırılacaq.Yəni gələcəyimizin parlaqlığı sizdən aslıdır.


--------------------

 
 
#45 Şərhin müəllifi: denizim
 


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.


--------------------

 
 
#44 Şərhin müəllifi: PATRIOTKA
 


AVIASIYANI BEYENIREM.YAXWI UNIDI.


--------------------

 
 
#43 Şərhin müəllifi: princessa
 


coxsaolun

coxsaolun


--------------------

 
 
#42 Şərhin müəllifi: ayshan
 


Sitat: denizim
Ayshan xanım, sizə bu haqda təklif gəlsə, denizimin ad familiyasın verərsiz ...

oldu Ağayeva Ş..... xanım))ama stüardessa olmaq üçün oranı oxumaq lazım deyil..əgər çox istəyirsənsə səni kursa yazdıra bilərəm,zarafatsız..ugur qazansan sonra oxuyarsan oranı:)
stüardessa olandan sonrakı halın-bədənindəki damarların görsənəcək, dərin quru olacaq,nəmləndirici kremlə daimi dostlaşacaqsan,ürəyindən də mugayat olarsan)))
rejimin pozulmasını heç demirəm))


--------------------

 
 
#41 Şərhin müəllifi: orik007
 


Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi (mühəndis-mexanik) burada bir az sehvlik var bu ixtisas ozu 3 ixtisasi birlewdirir, muhendis-mexanik, muhendis-elektrik ve muhendis-avionik. men hal hazirda muhendis-avionik ixtisasinda tehsil aliram.

 
 
#40 Şərhin müəllifi: qarabaqli
 


xebere gore coox sag ol...mende buranin telebesiyem....

 
 
#39 Şərhin müəllifi: denizim
 


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.


--------------------

 
 
#38 Şərhin müəllifi: ..::S.S.T::..
 


Qurban Olaram Aviasiyama))))Esq Olsun Hem Rektora Hemde bize;)))Aerokosmik Fakulte:)))Insalalh gelecekde)))AzeriSat2012 Biz(Yani men ve koleqalarim idare edeceyik))AMIN:)

Sitat: Qurban_Babayev
Bunu uje yalan danışdı.. Mən Mən Aviasiyanın üzgüçülük hovuzuna məşqə gedirəm, oranın yataqxanasını görürəm, yarısında qaçqınlar qalır, özüdə köhnə tikili yataqxanadı yəni heçdə müasır tələblərə cavab vermir )

Yalan deyir..Insallah Sentyabrin Axiri Uje verilir usaqlara tefil....Pilotlarin mesqi ucun xususi bir yeke Bina tikilib Vertual idare etme...

 
 
#37 Şərhin müəllifi: Hayalperest
 


Azerbaycan universitetleri baresinde hec bir melumatim yoxdu mix.az-in sayesinde olur


--------------------

 
 
#36 Şərhin müəllifi: NICE_BUTTERFLY
 


Aviasiyanı bitirməsəm də bu sahədə çalışıram.AZAL beynəlxalq hava yolları.Maraqlı bir sahədir.Həm avia sistemi həmdə turizm sahəsində.Çox perspektivli və gəlirli sahədir.Fərasət və savadın olsa güclü kadr ola bilərsən.Həm istər istəməz dünyanın hər yerindən özünə tanış yığırsan həm də daha açıq düşünə bilirsən.Bu sahədə çalışan hər kolleqama-istər Azal eləcə də AMADEUS sistemində çalışan bütün insanlara eləcə də TURİZM sahəsində Azərbaycanı (gəlir məqsədi ilə yox ölkənin adının qalxması üçün) qaldıran bütün tur menecer və tur operatorlara uğurlar arzu edirəm
maraqlı xəbər üçün təşəkkür


--------------------

 
 
#35 Şərhin müəllifi: loving_life
 


Sitat: BUTTERFLY 1
TEWEKKUR..



--------------------

 
 
#34 Şərhin müəllifi: Raul
 


Bakıda universitet az deyil amma dünya sıralamasındakı 20000 min universitet sırasına yalnız 3ü daxil ola bilib...


--------------------

 
 
#33 Şərhin müəllifi: qaqaw123
 


tesekkurler xebere gore ..bu xeberi gormek sevindirdi meni.mende aviasiya akademiyasinda oxuyuram.ixtisasimda Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi (radiomühəndis)

 
 
#32 Şərhin müəllifi: Ad_vokat
 


Sitat: Qurban_Babayev
Mehriban Əliyevanın atası..

Blirem ozude cox yaxwi bilirem kiwi

 
 
#31 Şərhin müəllifi: BUTTERFLY 1
 


TEWEKKUR..

 
 
#30 Şərhin müəllifi: Qurban_Babayev
 


Sitat: Ad_vokat
Rektor: Arif Paşayev Bu ad mene kimelrise xatrialdir!

Mehriban Əliyevanın atası..

 
 
#29 Şərhin müəllifi: Ad_vokat
 


Sitat: TARKANFAN
Ad, yoxsa familiya?)Yəqin o Paşayevlərdəndir.

Adda familyalrida smile

 
 
#28 Şərhin müəllifi: TARKANFAN
 


Sitat: Ad_vokat
Bu ad mene kimelrise xatrialdir!

Ad, yoxsa familiya?)
Yəqin o Paşayevlərdəndir.
Sitat: Qurban_Babayev
Ama heyf o elektriçkadan Bilgəh, Buzovna, Mərdəkan...düz şəhərə qədər. Adam həyatınnan bezirdi o gedib yerinə çatana qədər..

Onun bir başqa ləzzəti var idi).
Ən sevdiyim nəqliyyat növüdür qatar. Nə tramvay, nə trolleybus qoydular qalsın, olan-qalan bir dənə elektriçkamız var idi, onu da yerli-dibli yox elədilər.

 
 
#27 Şərhin müəllifi: Ad_vokat
 


Rektor: Arif Paşayev

Bu ad mene kimelrise xatrialdir!

 
 
#26 Şərhin müəllifi: Qurban_Babayev
 


Sitat: TARKANFAN
elə ordan da Buzovnaya da xətt çəkərdilər))).

Həə elə bir dənə Buzovnanın metrosu çatmırdı )).. Ama heyf o elektriçkadan Bilgəh, Buzovna, Mərdəkan...düz şəhərə qədər. Adam həyatınnan bezirdi o gedib yerinə çatana qədər..

 
 
#25 Şərhin müəllifi: iKooo
 


Sitat: TARKANFAN
20 illik planda yoxdur axı. Ola bilsin 2030-cu ildən sonra tikərlər.)

Yeni Hava Terminali Başa çhatandan soram Bəlkə Onda Başladılar) mənim vaxtımda eləmədilər ki rahat gedim gəlim)


--------------------

 
 
#24 Şərhin müəllifi: TARKANFAN
 


Sitat: Ikooo
Edəcəklər

20 illik planda yoxdur axı. Ola bilsin 2030-cu ildən sonra tikərlər.)

 
 
#23 Şərhin müəllifi: iKooo
 


Sitat: TARKANFAN
Yeri gəlmişkən, o vaxtki planda aeroporta da metro çəkilməli idi

Edəcəklər)


--------------------

 
 
#22 Şərhin müəllifi: TARKANFAN
 


Sitat: Qurban_Babayev
Bizə çox yaxındı ))

Hə, Buzovnaya 5 dəqiqəlik yoldur. Amma orda oxuyan tələbələrin 90% mərkəz tərəfdən gəlir axı)). Onlara çətindir. Metro çəkməlidirlər təcili)).
Yeri gəlmişkən, o vaxtki planda aeroporta da metro çəkilməli idi, özü də yer üstü xətt çəkilməli idi. Amma son planına baxdım metronun, şəhər kənarına çıxan xətt yoxdur. Amma maraqlı olardı, Əmircan, Suraxanı, aeroport, elə ordan da Buzovnaya da xətt çəkərdilər))).
Elektriçkanı heyf elədilər, heç olmasa metro çəksinlər).

 
 
#21 Şərhin müəllifi: MTN_500
 


orda oxuyursansa gerey masinin olsun

 
 
#20 Şərhin müəllifi: Qurban_Babayev
 


Sitat: ayshan
yolu uzaqdır:)

Sitat: TARKANFAN
Bir minusu var, şəhərdən çox aralıda yerləşir.

Bizə çox yaxındı ))

Tələbələr müasir tələblərə cavab verən mənzil tipli yataqxana ilə təmin olunur.

Bunu uje yalan danışdı.. Mən Mən Aviasiyanın üzgüçülük hovuzuna məşqə gedirəm, oranın yataqxanasını görürəm, yarısında qaçqınlar qalır, özüdə köhnə tikili yataqxanadı yəni heçdə müasır tələblərə cavab vermir )

 
 
#19 Şərhin müəllifi: B-033
 


Cox sagolun.Akademiya illerimi xatirladim.tewekkurler

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!




Fatal error: Call to a member function close() on a non-object in /home/mixaz/public_html/index.php on line 259