|
|
|
| Hansı əraziden girirsiniz? |
|
|
|
| O və O... | Maraqlı və məsləhətli | |
 Dəniz... Səma... Sahil... O və O... İki odlu ürəyin aşıb daan sevgisinə şahiddir Dəniz. Bir-birinə dedikləri şirin sözləri eşitdikcə dalğaları ilə musiqi bəstələyir Dəniz. Şəhanə bir musiqi... Bu musiqinin sədaları altında rəqs edən qağayılar... Onların saçlarına sığal çəkən həzin külək elə bil dənizlə bəhsə girib. Dalğalar onlara yaxın gəldikcə,külək onları geri itələyir. Sanki qurduqları sevgi qalasını dağıdacaqlarından qorxur... Amma dəniz belə düşünmür. Axı bu qala adətən bu sahildə uşaqların düzəltdiyi qalalardan deyil. Qum qalası deyil bu... Sevgi qalasıdı bu. Onu fəth etmək,dağıtmaq mümkün deyil. İstəsə də yıxa bilməz bu qalanı dəniz. Belə düşünürdü dəniz. Ardı-arası kəsilməyən şirin kəlmələri dinləyirdi dəniz. "Sən mənim dənizimsən... Mənim sənə olan sevgim bu dənizin hüdudu ilə belə ölçülə bilməz. Görürsənmi, qağayılar dənizi öpür. Dəniz o,bütün qağayılarındı,sənsə təkcə mənimsən. Dəniz gərək utansın sənin gözlərinin qarşısında..."
 Bu cütlüyə heyran olmuşdu dəniz. Ecazkar gəlirdi bu sevgi ona. Varlığı ilə baş eymişdi onların qarşısında... Getdi cütlük. Dəniz səbirsizliklə gözlədi onları. Günlər keçdi. Bir gün yenə uzağdan gələn əl-ələ tutmuş 2 gənc gördü dəniz. Birini həmin an tanıdı. Bu O idi. Amma yanındakı həmin O deyildi. Bu başqa O idi. Əvvəlcə anlamadı dəniz... Keçən dəfə o biri O ilə dayandıqları yerə gətirdi O Onu. Eynilə o dəfəki nəvazişləri eşitdi dəniz. Eynilə həmin şirin sözlər deyilirdi."Sən mənim dənizimsən... Mənim sənə olan sevgim bu dənizin hüdudu ilə belə ölçülə bilməz. Görürsənmi, qağayılar dənizi öpür. Dəniz o bütün qağayılarındı,sənsə təkcə mənimsən. Dəniz gərək utansın sənin gözlərinin qarşısında..." Aman Allah! Dəniz inana bilmirdi. 3 gün öncə birinə deyilən bu sözləri necə səmimi,necə içdən sanmışdı. Sözlər həmin sözlər idi. Sözlərin sahibi də həmin O idi. Amma sözlərin çatacağı ünvan həmin O deyildi. Anladı dəniz...Məyus oldu dəniz....Coşdu dəniz...Dalğalarını sahilə döyəclədi...Anladı..
Yazı tamamilə mənə aiddir.
Təşəkkür edənlər: (20) dr_zara, __jale__, -SAW-, venera13, _REQANA_, celladimin_ezraili, ayshan, Dr.Genetik, Beqi, zaur16, FeMeNiSTKa, Shevchenko_Ali, _stilyawka_, LiLAmoooR, 1CAN_2MIZ_3UN, ANGEL VO PLATi, Givenchy, VeLi_DRD, semichka_supu, chrysalis |  | |  |  | |
| Baxış sayı: 1203 Şərhlər (25) Müəllif : NezriN 11 Aprel 2010 11:00 | |  |  |  |  |
| |
 | #25 Şərhin müəllifi: chrysalis | | | | | 
| Mənim sənə olan sevgim bu dənizin hüdudu ilə belə ölçülə bilməz.
GOZEL YAZIDI...DUNEN BURDA OLMAMISAM GECDI AMA YENE DE AD GUNUNU TEBRIK EDIREM...ALLAH XOSBEXT ETSIN SENI... | |  | |  |  | 12 Aprel 2010 21:30 | Qeydiyyat: 28.07.2007 | Adı: chrysalis | Ünvan: ... | |  |  |  |  |
| | | #24 Şərhin müəllifi: mango | | | | | |  | |  |  | 12 Aprel 2010 15:50 | Qeydiyyat: 20.02.2010 | Adı: mexx | Ünvan: azerbaycan,baki | |  |  |  |  |
| | | #23 Şərhin müəllifi: NezriN | | | | | 
| Tebriklere gore cooooooooooooox sagolun | |  | |  |  | 12 Aprel 2010 15:13 | Qeydiyyat: 28.11.2009 | Adı: Nərmin | Ünvan: BDU-International Law | |  |  |  |  |
| | | #22 Şərhin müəllifi: semichka_supu | | | | | 
| Fərqli yazı idi. Təşəkkür Nərmiş)
--------------------
Sən. Bu. İmzanı. Oxuyarkən. Beynin. Səni. Dayandırır. Və. Mən. Bundan. Niyə. Zövq. Alıram. Və Ya. Niyə. Yazıram. Bilmirəm.  | |  | |  |  | 11 Aprel 2010 22:45 | Qeydiyyat: 6.06.2009 | Adı: Supçik) | Ünvan: Barbados | |  |  |  |  |
| | | #21 Şərhin müəllifi: VeLi | | | | | 
| Çox təbii alınıb məqalən. Sanki bir rəssam gözəl bir tablo çəkib. Afərin,əllərinə qüvvət. P.S;Sənin nə qədər çox istəyənlər var imiş Nərmishka
--------------------
Həzrəti Məhəmməd (S.a.s) peyğəmbər.:«Bir insanın qəlbini qırmaq 70 dəfə Kəbə evini dağıtmaqdan daha günahdır!» Həzrəti İmam Əli (ə):«Öz günahından başqa heç nədən qorxma, öz Rəbbindən başqa heç kəsə ümid bağlama.» Allah Yunus surəsi,44 ayədə buyurur: “Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!” | |  | |  |  | 11 Aprel 2010 21:57 | Qeydiyyat: 26.11.2009 | Adı: Xoşbəxtlər dünyasının İNSANI...ツ | Ünvan: Azərbaycan | |  |  |  |  |
| | | #20 Şərhin müəllifi: ANGEL VO PLATi | | | | | 
| men de Ad gununuzu tebrik edirem Nermishka. | |  | |  |  | 11 Aprel 2010 20:11 | Qeydiyyat: 5.08.2008 | Adı: -- | Ünvan: evimiz | |  |  |  |  |
| | | #19 Şərhin müəllifi: 1CAN_2MIZ_3UN | | | | | 
| Ad gunuvuz mubarək, təbrik edirəm xoşbəxt olasiniz inşallah!... Xəbərdə gozəldir, təşəkkurlər!... | |  | |  |  | 11 Aprel 2010 19:31 | Qeydiyyat: 18.02.2010 | Adı: -- | Ünvan: TəK_OnUn yanı... | |  |  |  |  |
| | | #18 Şərhin müəllifi: TELEBE QIZ | | | | | 
| AD GWNWN MWBAREK UZUN OMWR  YAZIDA OZWNEMEXSUSDU | |  | |  |  | 11 Aprel 2010 19:23 | Qeydiyyat: 15.08.2009 | Adı: TELEBE QIZ | Ünvan: BAKI | |  |  |  |  |
| | | #17 Şərhin müəllifi: _SKARPIONA_ | | | | | 
| Nərmişka ad günün mübarək..Xoşbəxt ol hər zaman...Yazıya isə söz ola bilməz... | |  | |  |  | 11 Aprel 2010 16:29 | Qeydiyyat: 28.08.2009 | Adı: Skarpi. | Ünvan: Bura Azərbaycandır | |  |  |  |  |
| | | #16 Şərhin müəllifi: _GLaMouR | | | | | 
| gözəl yazidi. | |  | |  |  | 11 Aprel 2010 16:19 | Qeydiyyat: 24.03.2010 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #15 Şərhin müəllifi: Shevchenko_Ali | | | | | 
| Gözəl Real olan yazı idi, təşəkkür. Eyni zamanda ad gününüz də mübarək olsun!!! ALLAH xoşbəxt etsin!!!
--------------------
Euro 2012 - status və pul qazanmaq şansı: Tezliklə... | |  | |  |  | 11 Aprel 2010 16:10 | Qeydiyyat: 12.10.2008 | Adı: Auuu | Ünvan: Baki | |  |  |  |  |
| | | #14 Şərhin müəllifi: Sharlo | | | | | 
| Sag olun.....Icaze verin men de tebriklere qosulum.Ad gununuz mubarek!  | |  | |  |  | 11 Aprel 2010 16:08 | Qeydiyyat: -- | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #13 Şərhin müəllifi: FeMeNiSTKa | | | | | 
| Sitat: PRAQMATIK Yagis yagarken lepelerle damlalarin qovuşma anıni izleyen olub? Qoy yağış yağsın,ləpələr də yarına qovuşsun..:)Demək tək mən bu tracki xatırlamadım.Elə daxil olanda fikirləşdim HOSTun Dəniz trackindən sitat gətirim.Doğrudan dənizi çox sevirəm.Amma bax yazının sonu reallıqdı.Çox heyf ki belədi.Amma məncə də dənizdən romantik yer yoxdu Təşəkkür Nərmişka ad günündə super xəbər) | |  | |  |  | 11 Aprel 2010 15:05 | Qeydiyyat: 10.08.2007 | Adı: Yox mənim yox adım | Ünvan: Başqa planet | |  |  |  |  |
| | | #12 Şərhin müəllifi: zaur16 | | | | | 
| Hemiseki kimi ferqli yazi.O deniz ne sevgilere ne gozyawlarina sahiddir. Dogum gununuz mubarek!
--------------------
Uvo ay ni. | |  | |  |  | 11 Aprel 2010 14:56 | Qeydiyyat: 22.08.2007 | Adı: ....... | Ünvan: uzaqlar | |  |  |  |  |
| | | #11 Şərhin müəllifi: Beqi | | | | | 
| yazi coox gozeldi..tam semimi deyirem yazi super..demeli bawqa soz yoxdur mence her wey cox gozel ifade olunub ve xususile indiki "sevgilerimiz"..ela..
P.S dogum gununuzu de tebrik edirem ..inwAllah bu yeni yawda heyatin yalniz ve yalniz gozel gunlerine addimlayarsiniz..
--------------------
Когда вы видите Месси в обычной одежде, он выглядит школьником, но когда он надевает футбольную форму, тогда все остальные становятся школьниками.
— Биксант Лизаразю -
| |  | |  |  | 11 Aprel 2010 14:46 | Qeydiyyat: 4.11.2008 | Adı: Mehriban | Ünvan: Uaqaduqu | |  |  |  |  |
| | | #10 Şərhin müəllifi: ayshan | | | | | 
| Sitat: PRAQMATIK Yagis yagarken lepelerle damlalarin qovuşma anıni izleyen olub? yagiwda denizi izlemeyin bawqa bir lezzeti var,super goruntudur..
Nermiwka deyesen ad gunundur,tebrikler..boyuk qiz olasan 
--------------------
| |  | |  |  | 11 Aprel 2010 13:36 | Qeydiyyat: 27.06.2008 | Adı: AHLI_SHIA_FATIMA♡ | Ünvan: Yer kuresi,Azerbaycan,Baki, Tooofiq ANS :))) | |  |  |  |  |
| | | #9 Şərhin müəllifi: Azbukalin | | | | | 
| BIlmirem gecdi ya vaxtindi ancaq mende butun tebriklere qowuluram. O ki, qaldi xebere sevgi movsuzu bele olanda xowuma gelir onuda yanliz siz bacarirsiz deyesen. Yeni sevgi yox bir insanin semimi olaraq hetda denizi bele aldatdigi sozleri subut edir ki,sevgi her insana mexsus deyil.Sadece insan hormet ve bir insana bagliliq neticesini sevgi adlandirir. | |  | |  |  | 11 Aprel 2010 12:55 | Qeydiyyat: 27.02.2009 | Adı: Memmed | Ünvan: 8 MKR | |  |  |  |  |
| |  | |  |  | 11 Aprel 2010 12:47 | Qeydiyyat: -- | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #7 Şərhin müəllifi: _REQANA_ | | | | | 
| Sitat: PRAQMATIK Yagis yagarken lepelerle damlalarin qovuşma anıni izleyen olub? Elə şey ola bilər ki? Mən görməmişəm. Maraqlı yazı idi, oxuduqca özümü dəniz kənarında oturmuş kimi hiss etdim. Təşəkkür edirəm. dr_zara,Bıy Nərmin xanımın ad günü imiş, mən də təbriklərə qoşuluram.
--------------------
Biz arzu ediləndən ən çox arzu etməyə aşiqik! | |  | |  |  | 11 Aprel 2010 12:21 | Qeydiyyat: 5.09.2008 | Adı: _REQANA_ | Ünvan: ölkəm-AZƏRBAYCAN,paytaxtım-BAKI... | |  |  |  |  |
| | | #6 Şərhin müəllifi: Rena | | | | | 
| Gözəl yazmısınız Nərmin xanım ad gününüzüdə təbrik edirəm!Sizə həyatda sevdiklərinizlə xoşbəxt həyat arzu edirəm
--------------------
Məndən mələk olmağımı istəyirsən, bəs cənnəti verə biləcəksənmi mənə??? | |  | |  |  | 11 Aprel 2010 11:52 | Qeydiyyat: 17.08.2009 | Adı: Rəna | Ünvan: Baki. | |  |  |  |  |
| | | #5 Şərhin müəllifi: PRAQMATIK | | | | | 
| Yagis yagarken lepelerle damlalarin qovuşma anıni izleyen olub?
--------------------
| |  | |  |  | 11 Aprel 2010 11:42 | Qeydiyyat: 27.12.2008 | Adı: -- | Ünvan: Anfield Road | |  |  |  |  |
| |  | |  |  | 11 Aprel 2010 11:39 | Qeydiyyat: 10.04.2010 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #3 Şərhin müəllifi: __Jale__ | | | | | 
| _____NERMIN XANIM, ICAZE VERIN SIZI SEMIMI QELBDEN TEBRIK EDIM .SENE İLK NÖVBEDE SEBR DİLEYİREM NIYE MEHZ SEBR? ÇÜNKİ SEBR BÜTÜN ARZULARİN AÇARİDİR. XOŞ SORAGİNİ EŞİTMEK ARZUSUYLA SENDEN AYRİLİRAM. XEBERE QALDIQDA ISE ; HEYIF KI, BEZEN BU'' YAXŞİ SÖZLER'' ONA LAYIQ OLMAYAN PIS İNSANLARİN, AGZİNDA SESLENIR. | |  | |  |  | 11 Aprel 2010 11:29 | Qeydiyyat: 9.12.2009 | Adı: __JALE__ | Ünvan: -- | |  |  |  |  |
| | | #2 Şərhin müəllifi: EVI_S | | | | | 
| Gözəl yazıdı. Bu arada hamı tebrik edir...) Ad Gunün Mübarək! Bunu yalnız sevgini dərk edən və qədrini bilən insan yaza bilər. Halaldı. | |  | |  |  | 11 Aprel 2010 11:09 | Qeydiyyat: 28.03.2010 | Adı: -- | Ünvan: Baku | |  |  |  |  |
| |  | |  |  | 11 Aprel 2010 11:02 | Qeydiyyat: 8.01.2010 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| |
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
| |
|
|