

Azad düşüncə - azad fikirə sahib, şüurlu insana xas olan bir xüsusiyyətdir. Biz bu xüsusiyyətə malikik?
Sizlərlə bu günə kimi 9 dövlət problemini müzakirə etdik. Heç bir məmur təhqir olunmadan və yalnış fikirlər söylənilmədən problemlərimizi diskusiya vasitəsi ilə bildirdik, lakin hamımızmı? Çox təəsüf edirəm ki , azad düşüncə sahibinə malik xüsusiyyəti az userdə gördüm. Bu dövlətin vətəndaşı olaraq, suyunu içib, torpağında gəzərək problemi bizim üçün anlamsızmı? Yoxsa biz fikrimizi bildirməkdən qorxuruq? Fikrimizi bildirib gülüş obyekdti olmaqdan qorxuruq? Xəbərlərimdə qoyduğum mövzular hər birimizin məişət durumunda yaşadığı problemlər idi amma nədənsə fikrini səlist şəkildə söyləmək deyil “ Həpiş, vəzifəyə gedəcəksən?, Həpiş arxanda duran var? Həpiş, bezmədin dövlətin problemindən?” kimi ifadələri daha çox gördüm. Nədənsə sevgimizi , intim münasibətlərə aid , şou-biznes haqda olan fikirlərimizi çox gözəl, sərbəst bildiririk. Mən demirəm ki, bunlardan uzaq duraq, təbiidir hər bir insanın tələbatıdır belə bir hissləri duymaq amma yaşadığın dövlətə qarşı, fikirlərini sərbəst şəkildə bildirmənə qarşı bu qədər şüuru sıxmaq nəyə gərək?
Çox diqqət etmişəm ki, TV proqramlarda hansısa jurnalist yoldan keçən bir gəncə hər hansı bir sual verərsə “ məni çəkmə” və ya ” lağ obyekti olan sözlər” işlədirlər. Halbu ki, bəlkə də bu gəncin ürəyində sözlər sətir-sətir lakin fikrini sərbəst şəkildə bildirməkdə sanki qorxur yada utanır. Azad, müstəqil bir ölkənin sərbəst vətəndaşıyıq axı nədən sıxılır? Bəlkə hər zaman basqı altında yaşayan bir ölkə olmamızdan irəli gəlir? Bəlkə də artıq bu qanımıza yeriyib.
Artıq 20 ildi müstəqilik, 20 ildə formalaşmadımı mənən azadlıq?
O zaman siz deyin, biz AZADMI deyilik yoxsa Azad fikrəmi sahib deyilik?
Daim sağlam düçüncəyə sahib ulu millətəmiz, daim qəhrəmanlar yetişdirən bu xalqımız nə olduda birdən birə susdu.
Susmaq qızıldırmı dedik yoxsa, səs salma yatanlar ayılarmı dedik???
Yoox yoox bələdəkə bizə kimsə SUS dedi. Danişma dedi.
Amma acıda olsa qəbul etməli olduğumu bir şey varsa oda mənliyimizi əzməyimizdir.
Doğru söz nə qədər acı olsada çox zaman bunu deməsini bacarmalıyıq.
Azad fikirli insanlar daim bir şeydən qorxmayıblar sözlərinə görə mühakimə olunmaqdan. O zaman bu mühakimədən çəkinmədən daim sözümüzü deməyi bacarmalıyıq.
Nəyin ki ictimai həyatda, olduğumuz mövqedən, tutduğumuz vəzifədən və zamandan asılı olmayaraq sadəcə bir şeyi qəbul edin ki, söz AZADDIR.
Problem sadəcə sözü Azadlığa çıxara bilməkdir.
Bəs siz Azad fikir söyləyə bilənlərdənmisiniz?