Keçmiş zamana nəzər yetirsək görərik ki, oğlanlar qız seçimi etdiklərində xarici görünüşə o qədərdə diqqət etmirdilər.Ondan daha vacib hesab olunan amillər var idi.Məsələn keçmişi, ailəsi, tərbiyəsi, evdarlığı. Bəs 2010-cu il Azərbaycan oğlanlarının qız seçimlərində hansı amillər cəmlənib? Gözəl fiquraya sahib olması, bir az ağıllı olması, tərbiyəli olması yoxsa əsas olan xoşbəxtlikdir deyib hər şeyin üzərindən xətt çəkmək? Zaman keçdikcə hər birimizin fikirləri dəyişir.Fikirlərimiz dəyişdikcə bizlərdə dəyişirik.Çoxu zaman bunu zamanın tələbi adlandırırıq.Ancaq əslində bu zamanın deyil bizim dəyişdirdiyimiz olanlardır.Çox zaman valiyenlərimiz bizə öz tanışlıq illərindən, öz həyatlarndan danışdıqları zaman indi ki, zamanda mövcüd olan çox şeylərin o zaman üçün qeyri-mümkün olduğunu dilə gətirirlər.

O zaman kişilərin seçimləridə çox fərqli idi.Kişilər 100 ölçüb bir biçərdilər, ailələri ilə məsləhətləşərdilər.İndi isə vəziyyət başqadır.Bəzi oğlanlar hələ də, bu qayda ilə getsələrdə çoxu üçün keçmiş zamanın tələbləri çox ağır görünür. İndi çox oğlanlar üçün xarici görünüş mühim rol oynayır.Bəziləri üçün bir qızın keçmişində olanlar ühim rol oynasada , bəziləri üçün bu heçdə mühim rol oynamır.Kişilər hamısı eynidir desəkdə seçimləri heçdə eyni olmur.Seçimlərin fərqli olması normaldır.Çünki heç birimiz eyni düşünmə qabliyyətinə sahib deyilik. Eyni zamanda qızlarda ərə gedəcək olan insanın məşhurdur, varlıdır deyə yox sağlam ailənin təməlini qurmaq üçün seçilirdi.
 Bəs 2010-cu il Azərbaycan qızlarının oğlan seçimlərində hansı amillər cəmlənib? Sevgidən daha çox gələcəyi düşünən amillərə xüsusi diqqət edən qızların dayı çoxdur.Bəlkə məhz elə buna görədir ki, kişilərin çoxu qızlara inanamaqda çətinlik çəkirlər? Hər qız hər zaman hər şeyin ən gözəlini arzu edir.Ancaq hər zaman unutduğumuz bir şey var.Görəsən arzuladığımız gözəlliklərə hər qız layiqdirmi?Layiq olacaq qədər xeyirli işlərin sahibiyikmi? Bu sualları oğlanlara ünvanlasaq çoxlarının cavabı belə olardı. Qızlar ailə qurduqları zaman yaxudda seçim etdikləri zaman madiyyata önəm verirlər, bəziləri isə hansısa məqsəd güdür.Seçimlər fərqlidir.Çünki hər qızın böyüdüyü şərait , olduğu cəmiyyət fərqlidir.
Təşəkkür edənlər: (32) Heyatim, dr_zara, denizim, ayshan, SHATENKA_87, FATEH_06, Nikolka, ZEKROMA, Krot, GHANJA, Shevchenko_Ali, ROMINA_21, SENDY, orxan__555, Lucia..., Dandoline, E.C.N, Dr.Genetik, SINDIYA, _lady_bdu_, Western_lady, Viva 4ever, Bobo_demos, FeMeNiSTKa, fever_girl, __jale__, Mournful Boy, indivium, Morena, LiLAmoooR, PIANIST_8, okean brilianti |