
- Yaxşı görülmüş bir işə qiymət verməyi öyrəndik:
"Mənə baxın, çıxın bir-birinizi həyətdə döyün, evi daha yeni təmizlədim!!!"
- Duaların gücünü öyrəndik:
"Yat qalx dua et ki, atan televizorun xarab olduğunu görmədi..."
- Zamana qarşı yarışmağı öyrəndik:
"O oyuncaqlarını yığışdır yoxsa hamısını pəncərədən aşağı atacam.."
- Məntiqli düşünməyi öyrəndik:
"Mən elə deyirəmsə elədir!!!"
- Əvvəlcədən düşünməyi öyrəndik:
"Çıxmamışdan təmiz geyin, yolda Allah qorusun başına bir iş gəlsə çirkli paltarda olduğunu görməsinlər"
- Həyatın tragi-komik tərəflərini görməyi öyrəndik:
"Sən daha orada gülməyə davam et, bir azdan mən səni yaxşı güldürəcəm... "
- Həyatın keşməkeşlərlə dolu olduğunu öyrəndik:
"Az danış, yeməyini ye!!!"
- Səbr etməyi öyrəndik:
" O yemək bitənə qədər süfrədən qalxmaq OLMAZ!!!"
- Hava proqnozunu verməyi öyrəndik:
" Bu dağınıqlığa bax... başqa biri görsə otaqda qasırğa olub fikirləşər..."
- Məsələləri böyütməyi öyrəndik:
"Sənə 500 min dəfə dedim çirkli ayaqqabılarınla içəri keçmə..!!"
- Davranış psixologiyasını öyrəndik:
"Atana oxşayacağına, bir az da mənə oxşasaydın nə olardı?"
- Qısqanmağı öyrəndik:
"Dunyada sənin anan atan kimi mükəmməl bir ailəyə sahib olmayan neçə milyon uşaq var bilirsənmi?!"
Təşəkkür edənlər: (32) VeLi_DRD, AMRASSAA, denizim, Nikolka, Miss_Skazochka, Unfaithful, Heyatim, Beqi, ASI_GIRL, EQZOTIKA, ulya_:, Lucia..., withyou, _lady_bdu_, Dj KaMiL, asya_lonely-, NifreteNifret, BeZNicK, FeMeNiSTKa, Splendid_Girl, baby girl, Dr.Genetik, ANGEL VO PLATi, Just Why____, Nilufer (nuna), __jale__, LiLAmoooR, _stilyawka_, dr_zara, Morena, moli, MiNaKo
|