» Daha sevgiyə inanmıram mən
  » 30.04.2009
  » El Clasico: Barselona-Real Mad ...
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Dövlət idarələri mix.az ha ...
  » GS-FB oyunundan sizə 300 Vman ...
  » Mix.az-ın şərəf lövhəsi. ...
  » Ən gözəl zaman tuneli layih ...
  » 3 il keçdi...
  » Mix.aZ - 7 yaşın mübarək
  » Onların cavabları-2ci hissə
  » Ən zövqlü mix.azlı layihə ...
  » Bu dəfə körpə mix.az-çıl ...
  » Mix.azlıların niklərinin m ...
  » Necə unudaq?
  » Mənim musiqi zövqüm - Aprel
  » Bu gün Qələbə günüdür
  » "Mix.az"-lıların Məktəb ...
  » Mix.az-ın qızları ) | Music ...
  » Anama yaxşı bax...ATA!
  » Mix.az userlərinin xarakteris ...
  » Burda yalnız qızlarımızdı ...
  » Mix.Az-lılar sehrli olsaydı ...
  » Bəzən...
  » Mix.az-lıların uşaqlıq dü ...
  » “Mix.az-lıların Uşaqlıq ...
  » Mix.Az-lıların nik və avata ...
  » Mix.Az-ın Şirinələri
  » Bu dəfə Müəllifin özünə ...
  » Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
  » Mixin 7 yaşı.....
  » Türklər Azərbaycan dilində ...
  » Mənim sənsiz romantikam
  » Sən axı qızsan!...
  » Top 10 Müəllif
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Mix.az-ın ən maraqlı xəbə ...
  » Bu O`dur?!
  » "Space" Amaci məhkəməsin ...
  » Mix.az qızları mixin 7 yaş ...
  » Ankarada Azərbaycanlılar haq ...
  » Peyğəmbərdən nurlu kəlaml ...
  » Peyğəmbərdən (s) nurlu kə ...
  » "Uzaq"
  » Azəri qızı Günel Bakıda f ...
  » Təsadüf
  » Mənim sənsiz romantikam
  » Sizə məsləhətim...
  » Elmar və Nigarın Qusarda mö ...
  » "Mix.az"-lıların Ana sevgi ...
  » Uşaqlar-uşaq evində və ail ...
  » "Buyuq da..."
  » ATV-nin ev fırıldağı
  » Ad günün mübarək, Mix.Az!
  » Qızlarımızın Yay aksesuar ...
  » Qarabağ - Laçın
  » Life in Paper
  » Mix.az-ın qızları ) | Music ...
  » İlk sevgi...
  » “Biz Production”

Mi Comentario
Xəbər sayı -39
iKooo
Xəbər sayı -38
PsikoOOo
Xəbər sayı -33
ayshan
Xəbər sayı -21
Sensiz_Qocaldim
Xəbər sayı -20
mix dominant
Xəbər sayı -20
krolochilapka
Xəbər sayı -11
Mir_Celal
Xəbər sayı -11
nuku
Xəbər sayı -6
BiTTeRMooN
Xəbər sayı -6



Ağdaş
Bakı
Sumqayıt
Gəncə
Mingəçevir
Şəki
Xaçmaz
Lənkaran
Göyçay
Əli Bayramlı
Şamaxı
Balakən
Salyan
başqa rayon
xarici ölkə
Naxçıvan








 
 
Mənim həyatım...? Maraqlı və məsləhətli 

Həyat əslində hər birimiz üçün eyni imkanlar yaradır.Sadəcə insanlar fərqli şərait altında yaşamağı təyin edirlər.
Məhz elə buna görədə hər birimizin həyatı fərqlidir.Çevrəmizdə ki, insanlar, səhnəsində rol aldığımız dünyamız fərqlidir.
Bizlər hər birimiz dünyaya gəlirik.Dünyanın üzərində səfər çıxırıq.Səfərə başladığımız an doğulduğumuz an, səfəri başa vurduğumuz an isə öldüyümüz andır.Bu ikisi arasında yaşadıqlarımız həyatımızda baş verənlərdir.

Mənim həyatım sevgidir!
Mənim həyatım insanları sevmək, təbiəti sevmək, hər canlını sevmək, yaşadığım həyatı sevməkdir!
Sevgimi bölüşdükcə böyüyəcək.O sevgi mənə xoşbəxtlik gətirəcək.Sevdikcə ətrafımda olan insanları xoşbəxt edəcəyəm.Mən bir gün kiminsə qəlbində fərqli yerə sahib olacağam.Mən kiminsə xüsusi marağına səbəb olub, sevgisini əldə edəcəyəm.Mən kiməsə öz sevgimi verəcəyəm.Qorxmadan, çəkinmədən bu yerə layiq görülən insan sənsən deyəcəm.Mən həyatımda olan sevgilərə inanıram.Ətrafımda hər zaman sevdiklərim və mənim fərqləndirdiyim sən olacaqsan ki, mən həyatı sevə bilim! Daima mənim həyatım sevgidir deyə bilim!

Mənim həyatım tikanlı yoldur!
Başlanğıcı gözəl ancaq sonu mənə kədər verən bir yoldayam.Yaşadığım sevinclər, əldə etdiyim uğurlar müəyyən müddətlikdir bilirəm.Ancaq yaşadıım qədəri ilə belə çox gözəldir.Bu yolun sonu tikanlıdır bilirəm...Bilirəm və addımlamaqda davam edirəm.Çünki başqa çarə yoxdur.Gün gələcək ən dəyərli olan əşyalarımı itirəcəyəm, ən əsası həyatımdakı o insanı itirəcəyəm.Amma olsun qismətdir deyib yoluma davam edəcəyəm.Mənim həyatım ən gözəl güllər içində tikanlardır.Ən gözəl güllər isə mənə qiptə edənlərdir.Mənə uzaqdan qiptə edib içimi bilməyənlər, dərdimi bilməyənlərdir.Mən hər zaman insanlara batdıqca itirdiklərinin dəyərini anlayacaqlar.Mən insanlara batdıqca peşmanlıq hissləri ilə alışıb yanacaqlar.Nə qədər əzab versəmdə ən böyük əziyyətim özümədir.Bu həyatı mən seçmədim.Tikanlar mənə sənin həyatın tikanlı yoldur dedi!

Mənim həyatım bir səhnədir!
Mənim həyatım gözləmədiyim bi halda mənə qollarını açar, gözləmədiyim bir halda isə mənə tərs üzünü göstərər.Hər birimizin həyatı fərqli ssenarilər üzərində qurulsada hər birimizin filmi eyni sonla nəticələnəcək.Hər birimiz bu səhnəni ölərək tərk edəcəyik.Çünki yaşadığımız səhnə real həyatdır!Hər birimiz həyatımızın gözəl olmasını istəyirik.Ən fərqli həyat, ən fərqli obraz arzu edirik.Ancaq istəmək hər şeydirmi?
Bəs istəklərimiz üçün nə qədər çalışır, səy göstəririk?Həyatım üzərində qərarları mən təyin edirəm.Obrazımda etdiyim dəyişiklər hər biri məndən aslıdır.Çünki həyatım məndən aslı olan bir səhnədir!

Mənim həyatım xəyallardır!
İnsanlar hərəkət edirsə, hansısa uğurlu bir görürlərsə o yaşayır, o yaradır deyirlər.Konkret olaraq desək insanlar "hərəkətə" həyat deyirlər.
İnsanlar hərəkət etmədiyi halda onu ölü adlandırırlar.Konkret olaraq desək "hərəkətsiz" insanlara canlı ölü deyirlər.Bəs real həyatda deyildə xəyallar dünyasında yaşayan insanlara nə deyirlər?Mən reallığı deyil xəyalən içində yaşadığım həyatı sevirəm.Çünki o xəyalları mən təyin edirəm!Çünki onları mən təyin edirəm.Orda heç bir zaman kədərə yer olmur.Daima sevincə, daimə qələbəyə, daima sevgiyə yer olur.Belə bir həyatı mən reallıqda necə axtara bilərəm axı?Pis insanların əhatəsindəmi?Yalançı insanların dünyasındamı?
Bəlkə real olmayacaq arzular arxasınca qaçıram.Bəlkə real olmayacaq sevginin həsrətindəyəm amma olsun ən əsası odur ki, o mənə aiddir.Kiçikdə olsa mənimdir!

Mənim həyatım sənsən!
Həyat kiminə görə böyümək, kiminə görə yaşamaq yaratmaq, kiminə görədə ölməkdir.Bəziləri üçün həyat təsadüflərdən ibarət bir səhnə, bəzilərinə görə fəlakət, bəzilərinə görə isə yaşayaraq ölməkdir.Bütün bunlar adi insanların yaşadıqları, hiss etdikləridir.
Ancaq bir insana aid olan, sadəcə onun üçün yaşayan, sadəcə bir insana hər an sadiq olmağa hazır neçə insan var aramızda?Neçəmiz gələcək üçün verə biləcəyimiz sözlərin üzərində dayanmağa hazırdır?Hər kəs vədlər verməyi bacarır, bəs əməl etməyi necə kimlər bacarır?
Bir insanın həyatındakı ən dəyərli insanlar kimlər ola bilər?Valideynlərimiz, dostlarımız, sevdiyimiz insan yoxsa bunlar deyil sadəcə yaşadığımız an?
Varlığı ilə bir insana aid olmaq, həyatının mənası onu etmək, həyatını ona bağlamaq, onu xoşbəxt görmək, onu sevmək hər an fəda verməyə hazır olmaq içimizdən neçəmiz bacara bilər axı?Hər birinizmi?
Xeyr! Yanılırsınız!Hər insana "Mənim həyatım sənsən" cümləsini demək qismət olur ancaq hər insana ən böyük sevgi qismət olmur.Hər insana mənim həyatım sənsən cümləsini dərk etmək qismət olmur!
Hər birinizə "Mənim həyatım sənsən" cümləsini dərk etmək ümudi ilə....


Həyat əslində gözəllikləri və pislikləri kəşf edə bilməkdir.Həyat bizlərə əslində nə qazandırır, nə də itirməyimizdə kömək olur.O sadəcə bizləri öyrətmək istəyir.O sadəcə bizlərə güclü yaxud zəif olduğumuzu demək istəyir.Nə qədər güclü və zəif ola biləcəyimizi isə bizlər təyin edirik....

Hər birimiz bu dünyaya doğularaq gəlirik.Hər birimiz borcu bu həyatı şərəfimizlə, namusumla tərk edə bilməkdir.
Qürur bizlər üçün ən vacib amillərdən biridir.Bir anlıq sevinc üçün, bir anlıq xoşbəxtlik üçün onu əzib keçməyin.
Hər birimiz o uğuru əlsə etmək üçün səy göstəririk.Əldə etdiyiniz uğurlarınızı bir anda məhv etməyin.
Yaltaqlıq üçün, müəyyən müddətlik şan-söhrət üçün kiminsə yanında alçalmayın.

Bunları həyata görə etməyə dəyməz...
Yazı tamamilə mənə aiddir!



 
 
#1 Şərhin müəllifi: skripachka
 


menim heyatim menim skripkamdir men onsuz yasaya bilmerem nn13 rem

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!